Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Download 95 Kb.
bet3/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

1.3. Yoxsulluğun azaldılması.
Yoxsulluğun azaldılması hazırda beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri bir problemdir. Ölkəmizdə bu problemin həlli aktual olsa da, bu sahədə ciddi nailiyyətlərin əldə olunması üçün irimiqyaslı maliyyə resursları tələb olunurdu. H.Əliyevin neft strategiyasının həyata keçirilməsi, “Əsrin müqaviləsi” çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı. Ümummilli liderin 2001-ci il 2 mart tarixli 636 nömrəli Sərəncamı ilə xüsusi dövlət komissiyası yaradılmış və Az. Res. Baş Nazirinin sədrlik etdiyi bu komissiyaya yoxsulluğun azaldılması sahəsində Dövlət proqramının hazırlanması həvalə olunmuşdu. Olduqca mürəkkəb bir sənəd olan “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı” 2003-cü il fevral ayının 20-də 854 nömrəli fərmanla təsdiq edilmişdir. Dövlət proqramının icrasına başlandığı dövrdə ölkə üzrə yoxsulluq səviyyəsi 49% olaraq qoymətləndirilirdi.


2. Müstəqilliyin İ. Əliyev mərhələsində Azərbaycanda sosial siyasətin başlıca istiqamətləri və aparılan islahatlar
Ümummilli lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız həm 2003-cü ildə, həm də 2008-ci ildə öz seçimi ilə bir daha H.Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada İ.Əliyevin siyasi xəttinə H.Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. H.Əliyev və İ.Əliyev dövlət quruculuğunun mahiyyətinə, aralarındakı səbəbli əlaqəyə diqqət yetirsək, görərik ki, ümummilli liderin uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən etdiyi strategiya İ.Əliyev tərəfindən bir o qədər dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı, İ.Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. Ulu öndərin irimiqyaslı neft-qaz layihələrinin gerçəkləşməsi və istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması H.Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, isfrastrukturun yenilənməsi üçün şərait yaratdı. İ.Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun ciddi əhəmiyyətə malik olan istiqamətləri var. Bu istiqamətləri aşağıdakı kimi təsnif etmək olar.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling