Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Üçüncü istiqamət – məqsədli dövlət proqramları ilə inkişaf


Download 95 Kb.
bet6/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

2.3. Üçüncü istiqamət – məqsədli dövlət proqramları ilə inkişaf.
Hazırda respublikada ölkə başçısı və ya hökumət tərəfindən təsdiq edilmiş xeyli sayda dövlət proqramı, milli strategiya, tədbirlər planı həyata keçirilir. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə və s. sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramları – Az.Res. regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı (1 iyul 2004-cü il), “Az. R-nın təhsil sahəsində İslahat Proqramı” (15 iyul 1999), “Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı” (7 aprel 2003-cü il), “2009-2015-ci illərdə Az. R-da sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”, “Az. R-da yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2005-2009-cu illər)”, “Az. R-da məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”, “Az. R-da xüsusi qayğıya eyhiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”, “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, Azərbaycan Res-da dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) Dövlət Proqramı (2006-2015-ci illər)”, “Texniki-peşə təhsilinin inkişafı Dövlət Proqramı (2007-2010-cu illər)”, “2009-2013-cü illərdə Az. Res-nın ali təhsil sisitemində islahatlar üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Şəkərli diabat üzrə Dövlət Proqramı”, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Elektron Azərbaycan Dövlət Proqramı”, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” əsasında xərclənməsi qeyd olunan sahələrin daha da inkişafına, bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, hər il dövlət büdcəsi zərfində növbəti 3 il üçün elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı proqramlarının layihəsi müzakirəyə təqdim olunur və bu layihələr dövlət büdcəsi ilə birlikdə təsdiq olunur.
Hər bir proqramda həyata keçirilən tədbirin adı, gözlənilən nəticələr, cavabdeh qurum və icra müddəti öz əksini tapmışdır. Sosial sahədə vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsi, vəsaitlərin ilk növbədə prioritet sahələrə yönəldilməsinə, xərclərin məqsədinin əvvəldən təyin edilməsi səbəbindən səmərəliliyin artırılmasına imkan verir. Əhalinin sosial müdafiəsinə yönəlmiş sosial və sosial-iqtisadi proqramlar sosial siyasətin səmərəliliyini və məqsədyönlülüyünü artırmağa xidmət edir.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling