Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Download 95 Kb.
bet1/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
  1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR


Asim MƏMMƏDOV
GDU. Sosial fənlər kafedrası
Mühazirə 3: MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR
PLAN
1. Müstəqilliyin Heydər Əliyev Mərhələsində Azərbaycanda Sosial Siyasətin Başlıca İstiqamətləri və Aparılan İslahatlar
2. Müstəqilliyin İlham Əliyev Mərhələsində Azərbaycanda Sosial Siyasətin Başlıca İstiqamətləri və Aparılan İslahatlar


ƏDƏBİYYAT
Hadi Rəcəbli. Azərbaycan Respublikasının Sosial Müdafiə Sistemi (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, MBM, 2012


1. Müstəqilliyin H. Əliyev mərhələsində Azərbaycanda sosial siyasətin başlıca istiqamətləri və aparılan islahatlar
Təhlillər göstərir ki, ilk müstəqilliyin Heydər Əliyev mərhələsində Azərbaycanda sosial siyasətin başlıca istiqamətləri – sosial prioritetləri əsasən aşağıdakılardan ibarət olmuş və eyni zamanda ölkəmizdə onların səmərəli həlli yolları tapılmışdır.


1.1. Pensiya islahatları.
Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə sisteminin mühüm sahəsi kimi qəbul olunmuşdur. Bu isə pensiya təminatının mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir. Hər bir ölkənin pensiya siyasəti pensiya sisteminin iki əsas funksiyasının gerçəkləşdirilməsinə yönəldilmişdir. Birinci funksiya sosial funksiyadır – bu, əmək qabiliyyətini itirmiş şəxslərin normal həyat şəraitini təmin etməyi nəzərdə tutur. İkinci, iqtisadi funksiya olub, pensiya ilə əmək fəaliyyəti arasında asılılığı təmin etməkdir. Sadə şəkildə desək, əmək fəaliyyəti gələcək pensiya təminatı üçün əsas olmalıdır.
Pensiya islahatları mürəkkəb, maliyyə tutumlu, uzun müddət tələb edən bir prosesdir. Çünki hər kəsin pensiya hüququ illər ərzində qazanılır, eyni zamanda ödənilən sığorta haqlarının məbləği və əmək stajı bilavasitə pensiyanın məbləğinə təsir edir. Bu sahədə düzgün verilməyən qərar bütövlükdə ölkənin sosial müdafiə sistemini sarsıda bilər. Eyni zamanda, problemlərin diqqətlə öyrənilərək aradan qaldırılması yolları tapılmışdır. Ölkəmizin pensiya sisteminin problemləri əsasən aşağıdakılardan ibarət idi: sosialist sistemindən miras qalan və sığorta prinsipinə söykənməyən pensiya sisteminin problemləri; 1991-1995-ci illərdə baş verən yüksək inflyasiya prosesləri nəticəsində insanların əvvəlki dövr üçün əmək haqqının real dəyərdən düşməsi; hüquqi bazanın təkmil olunmaması; sosial sığorta sisteminin dövlət sosial yardımı sistemindən ayrılmaması və s. Eyni zamanda, maliyyə çatışmazlığı şəraitində əmək haqlarının kəskin surətdə az olması pensiyaların da məbləğinə təsirsiz ötüşmüşdü. Elə bu səbəbdən də ödənilən pensiyaların maksimum miqdarına uzun illər məhdudiyyət tətbiq olunmuşdu.
Ulu öndər H. Əliyevin sosial siyasətində pensiya islahatlarının əsas məqamları aşağıdakılar olmuşdur.
1997-ci il iyunun 13-də Milli Məclis tərəfindən qəbul olunmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan R. Qanunu pensiya sistemində həmin dövr üçün zəruri hesab edilən bir sıra islahatlara yol açdı. Belə ki, pensiya yaşı mərhələlərlə kişilər üçün 60 yaşdan 62 yaşa, qadınlar üçün 55 yaşdan 57 yaşa çatdırıldı. Eyni zamanda, pensiyaların hesablanması sistemində müəyyən dəyişikliklər edildi. Nəticədə 650 min vətəndaşın pensiyası orta hesabla 2,1 dəfə artırılaraq 1993-cü ildən sonra pensiyaya çıxmış vətəndaşların pensiyaları ilə bərabərləşdirildi.
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə olunmasını, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədilə ümummilli lider 2001-ci il 17 iyul tarixli sərəncamla “Azərbaycan R-da Pensiya İslahatı Konsepsiyası”nı təsdiq etdi. Pensiya İslahatı Konsepsiyası vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllini nəzərdə tuturdu.
Burada xüsusi qeyd etmək lazımdır ki, ümummilli liderin önəmli fərmanlarından biri də pensiya sistemində islahatların aparılmasına aid idi. “Azərbaycan R-da dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 2003-cü il 4 avqust tarixli 908 saylı fərmanla Az.R-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Az.R-nın Dövlət Sosial Müdafiə Fonduna verildi. Bununla da sosial sığorta haqlarının yığılması, idarə olunması və sosial sığorta ödənişlərinin, o cümlədən pensiyaların maliyyələşdirilməsi, təyin olunması, əhaliyə çatdırılması üzrə vahid strukturun yaradılması istiqamətində həlledici addım atıldı.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling