Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Dördüncü istiqamət – sosial problemləri yaradan səbəblərin aşkarlanması


Download 95 Kb.
bet7/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

2.4. Dördüncü istiqamət – sosial problemləri yaradan səbəblərin aşkarlanması.
Hazırda ölkədə sosial siyasətdə nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bunları aradan qaldırmaqüçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün mənfi nəticələrin baş verməsinin də qarşısını alır. Az. Res-da əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində onlarla yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da insanların sağlamlığının qorunması, eləcə də böyrək çatışmazlığı xəstəliklərinin baş verməsinin azaldılmasına imkan verəcəkdir.


2.5. Beşinci istiqamət – qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunması, insanlarda xeyriyyəçilik ruhunun tərbiyə olunması.
Ölkəmizdə sosial sahənin inkişafı barəsində danışarkən H.Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyildir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyi sayəsində sosial həyatın ən müxtəlif sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə ciddi uğurlar əldə olunmuşdur. H.Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan xəstəliklərindən olan talassemiya və hemofiliya xəstəliklərinin müalicəsi, qan təminatının yaradılması, milli musiqimizin inkişafı ilə bağlı fəaliyyəti özünün ciddi nəticələrini göstərməkdədir. Fondun ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirdiyi layihə və proqramlar günümüzün ritmi ilə səsləşən ən həssas məsələlərə hərs olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir.
Əlbəttə, əhalinin sosial müdafiəsi sahəsində qarşıda daha böyük vəzifələr durur. Bu vəzifələri dərhal həyata keçirmək mümkün deyil, çünki sosial sahə həddən artıq həssasdır, o, radikal dəyişikliklərə dayanıqlı təsir göstərməyə bilər. Göründüyü kimi, sosial siyasətin Azərbaycan modeli uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir.
Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling