Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


İkinci istiqamət – regional idarəetməyə xüsusi əhəmiyyət verilməsi


Download 95 Kb.
bet5/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

2.2. İkinci istiqamət – regional idarəetməyə xüsusi əhəmiyyət verilməsi.
Az.R-nın Prezidenti cənab İ.Əliyevın sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir. Bunun da ciddi səbəbləri vardır. Daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda mommunal infrastrukturun bərbad vəziyyətdə olması, işsizliyin hökm sürməsi və s. Bakı şəhəri ilə regionlar, hətta respublika əhəmiyyətli digər şəhərlər arasında tamamilə fərqli bir həyat yaratmışdı. Hamı şəhərdə yaşamaq, işləmək istəyirdi, regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Bu, nəticədə şəhər həyatının ritmini də pozurdu. Belə bir tarixi məqamda H.Əliyevin neft strategiyasının gerçəkləşməsi və ölkəmizə valyuta axını regionların sosial-iqtisadi problemlərinin həlli üçün davamlı maliyyə resurslarını yaratdı. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) tətbiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli fərmanda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası dövründə regionların siması tamamilə dəyişdi. Proqram ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin, o cümlədən istehsal və emal müəssisələrinin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatı, həmçinin keyfiyyətinin qaldırılmasına şərait yaratdı, sahibkarlıq mühitinin daha da yüksəldilməsində mühüm rol oynadı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2004-cü ildə ölkədə ÜDM istehsalı 8,5 milyard manat təşkil edirdisə, 2008-ci ildə bu göstərici 38 milyard manata çatmış, iqtisadiyyatda 2,4 dəfə real artıma nail olunmuşdur. Proqramın icrası dövründə regionlara yönəldilmiş dövlət investisiyalarının ümumi məbləği təxminən 6,8 milyard manat təşkil etmişdir.
2004-2008-ci illər üzrə nəzərdə tutulmuş işlərin davamı olaraq ölkə Prezidenti tərəfindən 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” növbəti fərman imzalandı. Bu fərmandan irəli gələn vəzifələrin icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. İqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılması üzrə qarşıya qoyulmuş məqsədlərə uyğun əməli işlər ardıcıl olaraq davam etdirilmiş və yoxsulluğun səviyyəsi 2011-ci ilin sonlarında 7,6 faizə enmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı da regionlarla paralel aparılmış və bu məqsədlə iki dövlət proqramı – “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, 2011-ci il mayın 4-də isə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Hər iki proqram regional inkişafla yanaşı, Bakı ətrafı qəsəbələrin də problemlərinin həllinə əhəmiyyətli dəstək olmuşdur.
Mərkəzlə regionların həyat səviyyəsindəki fərqlərin azaldılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər əhalinin miqrasiyasına ciddi təsir etmiş, əksinə, öz bölgələrinə qayıtma meyllərini artırmışdır. Bu da son nəticədə regionların torpaq və ehtiyatlarından istifadə imkanlarını artırır, insanların öz daimi yaşayış yerlərində məşğulluğu üçün şərait yaradılması isə yoxsulluqla mübarizənin səmərəliliyini gücləndirir.
Yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişaf çərçivəsində görülmüş və görüləcək tədbirlər insanların sosial-iqtisadi vəziyyətinin daha etibarlı qorunmasına şərait yaradır. Lakin müasir yanaşmaya görə, insanın yoxsulluqdan çıxması təkcə onun maddi gəlirlərinin minimum yaşayışını təmin edilməsi ilə ölçülmür, bu, onun həm də mənəvi tələbatının ödənilməsi ilə müşayiət olunmalıdır. Yoxsul olmayan insan dedikdə, kino, teatr və digər mədəniyyət müəssisələrinə getmək imkanı olan, ekoloji təmiz ərzaq məhsulları və içməli su ilə təmin olunan, keyfiyyətli kommunal xidmətlərlə əhatə olunan, yaxşı infrastruktura malik ərazidə yaşayan insan nəzərdə tutulmalıdır. Dövlətimizin də qarşısında duran başlıca məqsədlərdən biri bundan ibarətdir.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling