Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət
Download 0.7 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Daphne layihəsi
- Mütəxəssislər tərəfindən yardım xidməti
- Cinsi zorakılıq qurbanlarına dəstək
- Zorakılığın şahidi olmuş uşaqların qorunması və dəstəyi
- Mülki məhkəmə prosesləri və hüquqi müdafiə vasitələri
- Himayə, ziyarət hüquqları və təhlükəsizlik
- Təcavüz məqsədli təqib
- Cinsi Təcavüz, o cümlədən zorlama
- Qadın sünnəti (FGM)
- Məcburi abort və məcburi qısırlaşdırma
- Yardım etmək, əlbir olmaq və cəhd etmək
- Cinayətlərə, o cümlədən “namus-şərəf naminə” törədilən cinayətlərə qəbuledilməz bəraətin qazandırılması
- Cəzalar və tədbirlər
Birləşmiş Krallıqda, “Hörmət” QHT-si Məişət Zorakılığının Qarşısının alınması Proqramları və məişət zorakılığında təqsirkar olan kişilərlə işləyən Birləşmiş Dəstək Xidmətləri üçün akkreditasiya standartlarını işləyib hazırlamışdır. “Avropada məişət zorakılığının təqsirkarları ilə İş” adlı Aİ-nin Daphne layihəsi törədənlər üçün standartlar müəyyənləşdirmişdir. Almaniyada, "Kişilər üçün Münhen İnformasiya Mərkəzi" QHT-si (Münchner Informationszentrum für Männer e.V.) qəzəbin idarə edilməsi dərsləri, təcavüzkar kişilər üçün xüsusi proqramlar, məişət zorakılığının nəticəsi olaraq boşanmağa hazırlaşan valideynlər üçün uşaq himayəsi ilə bağlı məsələlərə dair məsləhətlər təklif edir.
Müdafiə və dəstək Konvensiyanın IV fəsli
Qurbanları mümkün olan ən yaxşı müdafiə və dəstək vasitələri ilə təmin etmək gələcəkdə onların yenidən zorakılıqla üzləşmələrinin qarşısını almaqla yanaşı fiziki, psixoloji və sosial cəhətdən bərpaları üçün də mühümdür. Konvensiya bir sıra müdafiə tədbirləri təklif edir ki, bunlara da aşağıdakılar daxildir:
fövqəladə hallarda təqsirkarın ailədən və evindən uzaqlaşdırılması üçün qaydaların qoyulması, qadağa və müdafiə əmrlərinin verilməsi;
qurbanlara hüquqları, yardımı necə və haradan ala biləcəkləri barədə məlumatlar vermək;
ixtisaslaşmış yardım xidmətləri təqdim etmək ;
18
mütəxəssislər və şahidlərin zorakılıdan şikayət etməyə həvəsləndirmək;
zorakılığa şahid olmuş uşaqları qorumaq və dəstəkləmək.
Mütəxəssislər tərəfindən yardım xidməti Zorakılığa məruz qalmış qadın qurbanlara mütəxəssislər tərəfindən dəstək verilməsi əsas yardım xidmətidir. Bu xidmətlər əksəriyyəti təkrar zorakılıqdan əziyyət çəkən və travmalar alan zərərçəkmiş insanların ehtiyaclarına uyğunlaşdırılmış gender cəhətdən həssas yanaşma tərzi təmin edir. Müəyyən qrup qadınların, məsələn gənc qızların, əlil və mühacirlərin xüsusi ehtiyacları var. Yaşanmış zorakılığın növündən asılı olaraq yardım ehtiyacları da fərqlənir, təcavüz və hücumlara məruz qalmış qadınlar üçün sığınacaqlar kimi xarakterik xidmətlər tələb olunur. Bəzi qadınların mürəkkəb problemləri olur ki, bu zaman da mütəxəssis yardımı labüddür. Xüsusi xidmətlər:
dərhal, qısa və uzun müddətli olmalıdır;
bütün ölkəni əhatə etməlidir;
bütün zərərçəkmişlər və onların uşaqları üçün əlçatan olmalıdır (və onların başa düşəcəyi dildə) ;
ixtisaslaşmış kadra, adekvat ehtiyat və fonda malik olmalıdır;
zərərçəkmişlərin hüquq və imkanlarını gücləndirməyə qadir olmalıdır.
Brüssel şəhərində qurbanları, onların yaxın qohumlarını və zorakılığın şahidlərini qarşılamaqla yanaşı polislərində işinə köməklik göstərən “Qurbanlar üçün Polis yardımı Ofisi” adlanan xüsusi xidmət yaradılıb. Xidmətin heyəti psixoloq və kriminoloqlardan ibarətdir. İsveçdə, Döyülən və Zorlanan Qadınlar üçün Milli Mərkəz cinsi zorakılıq sahəsində tibbi və səhiyyə heyəti üçün təlimlər və praktiki göstərişlər təşkil edir və bu məsələlər üzrə ekspert məsləhəti verən milli resurs mərkəzi olaraq fəaliyyət göstərir.
Cinsi zorakılığa, o cümlədən zorlanmaya məruz qalmış insanların təcili tibbi köməyə, məhkəmə-tibb ekspertizasına, travmaya qarşı dəstəyə, habelə yaxşı təlim keçmiş, ixtisaslaşmış mütəxəssislər tərəfindən uzunmüddətli psixoloji məsləhətlərə ehtiyacları olur. Bu isə zərərçəkmişlər üçün yetərli, rahat əldə edilə bilən zorlama böhranı mərkəzlərinin və ya cinsi zorakılıq qurbanlarına yardım mərkəzlərinin yaradılmasını tələb edir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə üzrə Avropa Şurasının İşçi Qrupu hər 200.000 əhali üçün bir mərkəzin yaradılmasını tövsiyə edir.
müddətli hüquqi məsləhət verən Cinsi hücumla bağlı (yönləndirmə) mərkəzləri açmışdır. Norveç hər bir qraflıqda cinsi zorakılığa və təcavüzə məruz qalan şəxslər üçün xidmət mərkəzləri yaratmışdır ki, onların da hamısı bələdiyyələrarası təcili yardım klinikaları ilə əlaqələndirilmişdir. İsveç cinsi hücum qurbanları üzərində tibbi müayinələr aparan, onları müalicə edən və dəstəkləyən Döyülən və Təcavüzə məruz qalan Qadınlar üçün Milli Mərkəz açmışdır.
Zorakılıq olan ailələrdə uşaqlar çox vaxt bu cür hadisələrdən məlumatlı olurlar və bəzən hətta onlara böyük zərər verən təcavüzlə özləri də üzləşirlər. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının 19 qurbanlarına yardım xidmətləri zorakılığın şahidi olmuş uşaqların ehtiyaclarını nəzərə almalı və onları psixo-sosial məsləhətlərlə də təmin etməlidirlər. Təqdim edilən hər bir dəstək uşaqların maraqlarına uyğun olmalıdır. İsveçin qadınlara qarşı zorakılıq üzrə Fəaliyyət Planı Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasına əsaslanır və böyüklərə qarşı zorakılığın “təkcə” şahidi olmuş uşaqların da qorunması faktını vurğulayır. Mütəxəssislər tərəfindən məlumat verilməsi
Qadınlara qarşı zorakılıq hadisələrinin çoxu barəsində şikayət olunmur. Zorakılıq çox vaxt qapalı qapılar ardında baş verir və qurbanlar da bundan səssiz-səmirsiz əziyyət çəkirlər. Bu isə qurbanların qorunması, gələcəkdə baş verə biləcək zorakılıq faktlarının qarşının alınması və günahkarların məsuliyyətə cəlb olunması üçün ən böyük maneədir. Qurbanlarla işləyən mütəxəssislər – həkim, psixoloq və sosial işçilər adətən baş vermiş zorakılıqdan xəbərdar olur, bunun yenidən təkrarlana biləcəyindən narahatlıq keçirsələr də, məxfiliyə riayət etməyi tələb edən qaydaların olmasına görə bundan şikayət edə bilmirlər. Konvensiya mütəxəssislərin ciddi zorakılıq hadisələrinə dair məlumatları müvafiq orqanlara çatdıra bilməsini təmin etmək məqsədilə həmin zorakılığın baş verdiyinə əmin olduqları və onun yenidən təkrarlanacağına inandıqları təqdirdə məxfilik qaydalarını aradan qaldırmaq imkanları verir .
Qanun dövlət və özəl sosial xidmət təşkilatları və qurumları üzərinə məişət zorakılığı kimi hadisələrin aşkarlanması, zamanında bu işlə məşğul olan magistrat yaxud prokurora məlumat verilməsi kimi öhdəliklər qoyur.
Maddi hüquq Konvensiyanın V fəsli Konvensiya bir sıra mülki və cinayət hüququ tədbirləri təqdim edir ki, bu da qadınlara qarşı müxtəlif növ zorakılıq, o cümlədən məişət zorakılığının qurbanları ədalət axtardıqları zaman qanunvericilikdə qarşılaşdıqları boşluqları doldurmaq məqsədi daşıyır. Bu boşluqlara qənaətbəxş olmayan kompensasiya sxemlərindən və uşaqların himayəsi ilə bağlı məsələlərdən tutmuş bir sıra zorakı davranışların bəzi üzv dövlətlərdə cinayət əməli hesab edilməməsi daxildir.
Bu müddəanın əsas məqsədi məhkəmələrə müəyyən bir davranışı dayandırmağa və qurbanlara qadağa, məhdudlaşdırıcı və ya çəkindirici əmrlər verilməsi üçün məhkəməyə müraciət etməyə imkan verən mülki hüquq vasitələrini təmin etməkdən ibarətdir. Bu əmrlər önəmli qoruyucu vasitələrdir, belə ki onlar təqsirkarın qurbanın evinə və ya yaşadığı yerin ətrafına yaxınlaşmasının qarşısını alır. Məişət zorakılığı məsələlərində bu əmrlər qurbanın uzunmüddətdə qorunmasına zəmanət verə bilər ki, qoruma ilə bağlı təcili qərarlarda bunu təmin etmək mümkün olmur.
Dövlət, qadınları məişət zorakılığı da daxil olmaqla, bütün növ zorakılıqlardan qorumaq öhdəliyi daşıyır. Zorakılıq hallarının dövlət orqanları tərəfindən qarşısının alınmasını, istintaqının aparılması və cəzalandırılmasını təmin etmək də dövlətin məsuliyyətindədir. Dövlət orqanları qurbanları adekvat yardımla təmin etmək və qorumaq işlərində uğursuzluqla qarşılaşdığı təqdirdə bunu aradan qaldırmaq üçün mülki hüquqi müdafiə vasitələri nəzərdə tutulmalıdır. Bevacqua and S.Bolqarıstana qarşı işində, ərizəçi davamlı olaraq həyat yoldaşı tərəfindən döyüldüyünü, məhz buna görə də 3 yaşlı oğlunu götürüb evi tərk etdiyini və 20 boşanmaq üçün ərizə verdiyini bildirib. Amma, qadın əri tərəfindən döyüldüyünün davam etdiyini bildirib. Qadın öz oğlu ilə birlikdə 4 gün təcavüzə məruz qalmış qadınlar üçün sığınacaqda qalmış və bu zaman ona uşağı qaçırtmaqla bağlı məhkəməyə cəlb olunacağı, uşağı üzərində birgə himayə haqqında qərar çıxarılacağı barədə xəbərdarlıq edilib. Qadın bildirib ki, onun əri belə himayəyə məhəl qoymur. Ərinə qarşı zorakılıqla bağlı ittihamlar irəli sürməsi zorakılığın təkrarlanması üçün zəmin yaradıb. Qadının müvəqqəti himayə tədbirləri ilə bağlı etdiyi müraciətlərə qulaq asılmayıb və yalnız bir il sonra, onun boşandığı elan edildikdən sonra ona himayə verilib. Növbəti il qadın yenə keçmiş əri tərəfindən döyülüb. Qadının kişini cinayət məsuliyyətinə cəlb etmək üçün etdiyi müraciətlər isə “şəxsi məsələ” adıyla rədd edilib. Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın8-ci Maddəsinin(ailə həyatına hörmət hüququ) pozuntusunu aşkar edib, belə ki, Bolqarıstan rəsmi dairələri ərizəçinin ərini cəzalandırmaq və nəzarətdə saxlamaq məqsədilə tədbir görməyiblər. Məhkəmə də vurğulayıb ki, münaqişənin “şəxsi məsələ” kimi nəzərə alınması hakimiyyətin üzərinə götürdüyü ərizəçinin ailə həyatını qorumaq öhdəliyinə uyğun deyil.
Konvensiya göstərilmiş cinayətlər nəticəsində dəyən zərər-ziyanın qarşılanmasına görə kompensasiya hüququ müəyyən edir. Dəyən ziyan və kompensasiyanın ödənilməsinə görə məsuliyyəti ilk növbədə təqsirkar daşısa da, qurbana ciddi bədən xəsarəti və ya onun sağlamlığına zərərin vurulduğu hallarda ikinci dərəcəli məsuliyyət Tərəf dövlətin üzərinə düşür. Dövlətin kompensasiya ödənilməsi ilə bağlı ikinci dərəcəli məsuliyyəti Tərəfləri, qurbanın təhlükəsizliyinə yetərincə diqqət yetirildiyi təqdirdə, törədən şəxsdən alınan kompensasiyanın azaldılmasını tələb etməkdən məhrum etmir.
Təqsirkarlar qurbana yenidən hücum etmək, onu daha ciddi zorakılığa məruz qoymaq üçün uşaqlarını ziyarət etmək hüququndan istifadə edirlər və bu bəzən hətta qurbanın ölümü ilə nəticələnir. Qurbanı qorumaq üçün nəzərdə tutulan bütün hüquqi tədbirlər ardıcıl olmalıdır. Məsələn, əgər mülki məhkəmə vasitəsilə təqsirkarın qurbanla hər hansı əlaqəsinə maneə qoyulursa, eyni qərarı ailə məhkəməsi də verməlidir. Buna görə, Konvensiya zorakılıq hallarının çoxunda uşaqları ziyarət və himayə hüquqları barədə qərar verərkən, uşaqların maraqların ən yaxşı şəkildə nəzərə alınmasını nəzərdə tutur.
Konvensiya Tərəflərdən geniş sayda cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmasını tələb edir ki, bunlara da aşağıdakılar daxildir:
Psixoloji zorakılıq:
bir kəsi müəyyən zaman ərzində qəsdən qorxutmaq və hədələməklə ona travma vurmaq. İntim münasibətlərdə psixoloji zorakılıq daha sonra fiziki və cinsi zorakılığa səbəb olur.
cinayəti törədənlər 3 illik həbsdən tutmuş 75000 avro cəriməyə kimi ciddi cəzalarla üzləşə bilərlər.
Təcavüz məqsədli təqib : kimisə davamlı olaraq izləyərək qorxutmaq, onunla istənməyən ünsiyyət qurmağa cəhd etmək və ya izləndiyi barədə məlumat verərək təhlükəsizliyi üçün qorxu yaratmaq. Buna 21 əmlakın dağıdılması, qurbanın ailəsi, dostları və ya ev heyvanlarını hədəfə almaq, onlar barəsində internetdə yanlış məlumat yaymaq da daxildir.
Psixoloji zorakılıq və təcavüz məqsədli təqibin prinsip etibarı ilə cinayət əməli hesab edilməli olmasına baxmayaraq, Konvensiya Tərəflərə onların hüquqi sistemlərinə uyğun olaraq bu cür davranışlara qeyri- cinayət cəzalarının tətbiq edilməsi üçün qeyd-şərt imkanı verir. Lakin, qeyri-cinayət cəzaları tətbiq edilməli, təqsirkarın cəzalandırılması və onu gələcəkdə belə davranışlardan çəkindirmək üçün yetərli olmalıdır.
Cinsi Təcavüz, o cümlədən zorlama: qarşıdakının razılığı olmadan onunla qəsdən həyata keçirilən cinsi hərəkət. Buna qurbanın bədəninin hər hansı bir hissəsinə təqsirkarın bədənin hər hansı bir hissəsinin və ya hər hansı əşyanın daxil edilməsi aiddir. Əksər cinsi zorakılıq hallarında qurban müqavimət göstərdiyini sübut edə bilmədiyi təqdirdə bu cür cinayətlər cəzasız qalır. Bu boşluğun aradan qaldırılması üçün Konvensiya müqavimət göstərilib-göstərilmədiyindən asılı olmayaraq razılığın verildiyi zaman qurbanın hansı şərtlər daxilində hərəkət etdiyinin araşdırılmasını tələb edir. Bu müddəa evli cütlər, ər-arvad və ya keçmişdə evli olmuş tərəflər arasında baş verən zorlama hadisələri cinayət elan edir.
Qaldırılması haqqında Bəyannamədə ailə daxili zorlamanın qadına qarşı zorakılığın bir növü olduğu qeyd olunmuşdur.
Cinsi qısnama : insanın ləyaqətini alçaldan, qorxu yaradan, təhqir edən, təcavüz mühiti yaradan, zorakılıq məqsədi daşıyan cinsi zəmində hər hansı istənilməyən
hərəkət, söz və ya psixoloji rəftar. Yenə də Konvensiya Tərəflərə bu cür davranışlara qarşı qeyri-cinayət cəzaları, yəni mülki və inzibati cəzalar tətbiq etməyə imkan verir.
Məcburi evlilik:
qəsdən fiziki və ya psixoloji hədələr istifadə etməklə böyüyü yaxud uşağı nigaha girməyə məcbur etmək və ya bu məqsədlə başqa ölkəyə aparmaq və ya qaçırtmaq.
Britaniya Xarici İşlər İdarəsi tərəfindən Britaniya vətəndaşlarının xaricdə məcburi evliliyə məruz qalmaları məsələsinə cavab olaraq məcburi evliliklər barədə polis təlimatları hazırlanmasına səbəb olmuşdur. Bolqarıstanın Cinayət Məcəlləsində bir insanı məcburi nigaha girməyə vadar etmək, xüsusilə qadınları bu məqsədlə qaçırmaq cinayət əməli hesab edilir.
Qadın sünnəti (FGM) : qeyri-tibbi səbəblərdən qadının cinsi orqanlarının dəyişdirilməsi və ya zədələnməsi üçün edilən bütün prosedurlar. Bu cür hallar qurbana sağalmaz daimi zərər vurur və adətən onun razılığı olmadan həyata keçirilir. Konvensiyada qadın sünnətini həyata keçirən şəxslərə yardım edənlərə üçün də cinayət məsuliyyət nəzərdə tutulur .
Avstriyada 2001-ci ilə qədər zərərçəkmiş tərəfin razılığı ilə baş vermiş fiziki xəsarətlərə görə cəza verilmirdi. Bu isə o deməkdir ki, gənc qızın valideynləri və ya qəyyumu onun sünnət olunmasına hüququ cəhətdən razılıq verdikdə heç bir cəza ilə üzləşmirdilər. Daha sonra, Cinayət Məcəlləsinə dəyişiklik etməklə Avstriya hökuməti cinsi orqanların kəsilməsi və zədələnməsinə razılığın verilməsini qəbul edilməz olduğunu və cinsi duyğuların pozulmasına səbəb olduğunu bildirdi.
22
Məcburi abort və məcburi qısırlaşdırma : qadının əvvəlcədən verilmiş məlumatlı razılığı olmadan abort edilməsi; qadının dünyaya uşaq gətirmək qabiliyyətini sona yetirmək üçün onun əvvəlcədən verilmiş məlumatlı razılığı və anlayışı olmadan əməliyyat edilməsi.
Konvensiyaya görə psixoloji, fiziki və cinsi zorakılıq, cinsi təcavüz məqsədi daşıyan təqib, məcburi evlilik, qadın sünnəti, məcburi abort və ya məcburi qısırlaşdırma kimi cinayətlərə kömək edən, onların törədilməsinə təhrik edən və ya dəstəkləyən hər kəs cinayət əməlində təqsirli bilinir. Bu müddəa cinayət, inzibati və mülki qanunvericiliyə əsasən cinayət əməli hesab edilən əməlləri əhatə edir. Fiziki və ya cinsi zorakılıq, məcburi evlilik, qadın sünnəti, məcburi abort və ya qısırlaşdırmaya cəhd də cinayət sayılır.
Qadınlara qarşı zorakılığın kökündə duran səbəbləri və zorakılığı adi hala çevirən, daimiləşdirən münasibətləri aydınlaşdırarkən Konvensiya cinayətin istənilən vəziyyətlərdə qəbul edilməz olduğunu bir prinsip olaraq təsbit etmişdir. Mədəniyyət, din, adət-ənənə və ya hər hansı başqa şəxsi səbəblə edilmiş cinayətkar davranışlardan qadınlara qarşı zorakılıq və məişət zorakılığına bəraət qazandırmaq üçün istifadə etmək qəbul edilməzdir. Bu növ səbəblər məhkəmə orqanları tərəfindən qanunlar interpretasiya olunan zaman əsas kimi götürülməməlidir. Belə səbəblərə görə zorakılıq daha çox məhkəməyə cəlb olunmaq üçün yaşı az olan uşaqlar tərəfindən törədilir ki, buna da onları ailə və ya cəmiyyətin yetişkin üzvi sövq edir. Belə boşluqların aradan qaldırılması üçün Tərəflər bu cür cinayətlərə təhrik edənləri cinayət məsuliyyətinə cəlb etməlidirlər.
Avropa Şurasının digər konvensiyalarında olan oxşar Yurisdiksiya Prinsipləri aşağıdakı məsələləri təmin etmək üçün tətbiq edilir :
Tərəflərdən öz ərazisində, bayrağı altında üzən gəmilərin göyərtəsində, bu ölkənin qanunlarına əsasən qeydiyyatdan keçmiş təyyarədə və ya vətəndaş və ya adətən onların ərazisində yaşayan şəxslər tərəfindən cinayət əməli törədildikdə həmin əməlləri cəzalandırmaq tələb olunur.
olduğu müddətdə onlara qarşı törədilən istənilən cinayət hadisəsini mühakimə edib cəzalandırmağa təşviq edilir.
və məcburi qısırlaşdırma kimi cinayətləri törədən vətəndaşları cəzalandırır. Hadisənin baş verdiyi ölkədə bunun cinayət sayılıb-sayılmamasından, qurban tərəfindən şikayətin edilib-edilməməsindən və dövlət orqanlarının apardığı istintaqdan asılı olmayaraq cəzalar tətbiq edilir.
Cinayətkar cinayətin törədildiyi və ya qurbanın yaşadığı ölkəyə ekstradisiya olunmadığı təqdirdə, o, ərazisində yaşadığı Tərəf dövlət tərəfindən mühakimə edilir.
Tərəflər Konvensiyada nəzərdə tutulan cinayət əməlləri üçün tətbiq edilən cəzaların zorakılığın ağırlıq dərəcəsinə uyğun olmasını təmin etmək öhdəliyi daşıyır. Cəzalar “effektiv, uyğun və daşındırıcı” olmalıdır. Cəzalara azadlıqdan məhrum etmə və uşaqların maraqları ən yaxşı şəkildə nəzərə alınmaqla valideynlik hüquqlarından məhrum edilə bilər ki, bu da qurbanın digər şəkildə təmin oluna bilməyən təhlükəsizliyi nöqteyi-nəzərindən vacibdir.
Download 0.7 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling