Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət
Download 0.7 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Mübahisəli məsələlərin həlli ilə bağlı məcburi alternativ proseslərin və ya cəzaların qadağan edilməsi
- Təcili uzaqlaşdırma əmrləri
- Məhdudlaşdırma və ya qoruma əmrləri
- Miqrasiya və sığınacaq Konvensiyanın VII Fəsli
- Yaşayış (rezident) statusu 25
- Gender əsaslı sığınacaq tələbləri
- BMT Qaçqınlar üzrə Ali Komissarı(BMT QAK)
- Non-refoulement (qaçqınların geri qaytarılmaması)
- Monitorinq mexanizmi Konvensiyanın IX Fəsli
- Qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupu
- Ümumi Tövsiyyələr
- Monitorinqə Parlamentlərin cəlb edilməsi
- Digər Beynəlxalq Sənədlərlə əlaqə Konvensiyanın X Fəsli
Ağırlaşdırıcı hallar Konvensiya müəyyən hallarda, məsələn, cinayətin yaxın ailə üzvü tərəfindən törədildikdə, təkrar törədildikdə, xüsusilə həssas olan insana qarşı törədildikdə, uşağa qarşı və ya onun gözü önündə törədildikdə, bir neçə insan tərəfindən törədildikdə, ifrat zorakılıqla törədildikdə, silahdan istifadə etməklə 23 və ya silahla təhdid törədildikdə, qurbana ciddi xəsarət yetirildikdə və təqsirkar daha öncə oxşar cinayətlə məhkum olunduqda daha ağır cəzaların verilməsini nəzərdə tutur.
Cinayət Məcəlləsinin 148-ci Maddəsinə zorakılığın birbaşa (keçmiş) həyat yoldaşına və birgə yaşayıb-yaşamamalarından asılı olmayaraq təqsirkarın evliliyə bənzər münasibətdə olduğu şəxsə qarşı yönəldiyi hallarda cəzaların artırılması məqsədiylə dəyişiklik edildi. Belçikanın Cinayət Məcəlləsində məişət zorakılığı xüsusi cinayət əməli olaraq əksini tapmır. Amma, indiki və ya keçmiş həyat yoldaşı və ya partnyoru tərəfindən fiziki zorakılıq törədilməsi ən ciddi cinayətlərdən hesab olunur və ona qarşı daha ciddi cəzalar tətbiq edilir.
Zorakılığın baş verdiyi hallarda mübahisəli məsələlərin həlli üçün alternativ metodlar qadağan olunmuşdur, çünki qurbanla cinayətkar arasında vasitəçilik prosesi heç bir zaman bərabər ola bilməz. Konvensiyada əksini tapmış zorakılıq baş veribsə, bu cinayətdir və məsuliyyətə cəlb olunaraq mühakimə edilməlidir. Cinayətkardan cərimə ödəmək tələb olunduğu təqdirdə Tərəflər dolayı yolla bunun qurban üçün maliyyə çətinlikləri törətməməsini təmin etməlidirlər, belə ki, təqsirkar və qurban çox vaxt eyni ailənin üzvü olurlar ki, bu da ailə gəlirinə və ya alimentə təsir edə bilər.
İstintaq, məhkəmə təqibi, prosessual hüquq və qoruyucu tədbirlər Konvensiyanın VI fəsli Risklərin qiymətləndirilməsi və idarə olunması Bir çox qurbanlar təqsirkarlar tərəfindən ciddi zorakılıq və ya hətta ölümlə hədələnirlər ki, bu da xüsusilə qurbanlar evi tərk etdikdə yaxud təqsirkar məsuliyyətə cəlb olunma riski ilə üzləşdikdə baş verir. İstintaqın bütün mərhələlərində qurbanın qorunmasını təmin etmək üçün birgə fəaliyyət göstərən müvafiq orqanlar tərəfindən onun üzləşdiyi təhlükənin dərəcəsini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılmalı və bu riskin idarə olunması üçün bir plan hazırlanmalıdır. Bu dəyərləndirmə zamanı təqsirkarın odlu silahının olub-olmaması da araşdırılmalıdır. Bu kimi hallarda, Tərəflər qurbanın müdafiəsi üçün hər hansı odlu silahın və ya döyüş sursatının dərhal müsadirəsini nəzərdə tutan müəyyən tədbirlər görə bilərlər.
Qurbanın dərhal müdafiəsini təmin etmək üçün, Konvensiya zorakılıq törətmiş təqsirkarın öz evindən uzaqlaşdırılması, gələcəkdə zorakılıq hallarının qarşını almaq üçün qurbanla təqsirkar arasında fiziki məsafənin qoyulması kimi tədbirləri nəzərdə tutur. Mənzilin sahibi olsa belə, cinayətkarın uzaqlaşdırılması qurbanın əlavə travmalara məruz qalmasının qarşısını alır, əks halda zərərçəkən təhlükəsizlik üçün, əksər hallarda öz uşaqları ilə birgə yaşayış yerini tərk etməyə məcbur edilir. Bu kimi halların qarşısının alınması ilə bağlı hansı orqana səlahiyyət verilməsi məsələlərini Tərəflər özləri həll edirlər, amma bu zaman qurbanın və ya risk altında olan şəxsin təhlükəsizliyi prioritet olaraq qalmalıdır. 24 Məhdudlaşdırma və ya qoruma əmrləri Cinayətkarın zorakılığına əngəl olmaq və müəyyən vaxt müddətində onun qurbanla heç bir əlaqəyə girməməsi üçün Tərəflər bu əmrlərin Konvensiyada nəzərdə tutulan hər növ zorakılığa məruz qalan qurbanlara tətbiq edilməsini təmin etməlidirlər. Qurbanın təcili müdafiəsi məqsədilə bu əmrlər:
əldə oluna bilən olmalı;
dərhal qorunma üçün yararlı olmalı;
cinayətkarın başqa hüquqi icraatla üzləşib-üzləşməməsindən asılı olmayaraq əlçatan olmalı;
sonrakı hüquqi icraatlar müddətində icazə verilən olmalı;
sadəcə Tərəflərdən birinin xahişi ilə tətbiq edilə bilən olmalı;
ədalət məhkəməsində cavabdehin hüquqlarına xələl gətirmədən verilməlidir.
Məhkəmə prosesi zamanı qurbanların hüquqlarına hörmət bəslənməsini təmin etmək və onların başqa travmalarla üzləşməsinin qarşısını almaq məqsədilə Tərəflərdən bir sıra müdafiə tədbirləri təqdim etmək tələb olunur ki, onlara da aşağıdakılar daxildir:
xüsusi təhlükə altında olan qurbana cinayətkarın yeri ilə bağlı məlumat verilməsi;
mövcud xidmətlər, istintaqın gedişatı və onların məhkəmə işinin nəticəsilə bağlı məlumat verilməsi;
cinayətkarın iştirakı olmadan ifadə verməsinin və dəlil-sübutlar təqdim etməsinin təmin edilməsi və şəxsi həyatlarının və kimliklərinin müdafiəsi;
Miqrasiya və sığınacaq Konvensiyanın VII Fəsli
Miqrant və qaçqın qadınlar zorakılığa qarşı xüsusilə həssasdırlar. Buna görə, Konvensiya onun müddəalarının icrası ilə bağlı miqrant yaxud qaçqın statusu səbəbiylə kiməsə ayrı-seçkilik tətbiq edilməsini qadağan edir. Konvensiya həmçinin həssas şəxslərin ehtiyaclarını nəzərə almaqla belə zorakılığın qarşısının alınması tələb edir.
25 Avropa Şurasına üzv dövlətlərinin əksəriyyəti öz hüquqlarına əsasən yaşayış statusu verənə qədər müəyyən müddət ərzində ər-arvadın evli qalmasını və ya birgə yaşamasını tələb edir. Nəticədə miqrant və qaçqın qadınların çoxu zorakılıq vəziyyətini tərk etmirlər, çünki bu zaman onlar yaşayış statusunu itirmək təhlükəsi ilə üzləşirlər. Konvensiya zorakılığa məruz qalan miqrant qadınlara müstəqil yaşayış statusu əldə etmək imkanı yaradır və digər ölkədə zorla evliliyə məcbur edilən miqrant qurbanların öz yaşayış statuslarını bərpa etməsinə şərait yaradır.
Konvensiya Tərəflərə yaşayış statusu ilə bağlı müddəaları tətbiq etməmək və ya onları yalnız xüsusi hallar və şərtlərdə tətbiq etmək hüququ verir.
Sığınacaq axtaran qadınları müdafiə ilə bağlı spesifik məsələlər narahat edir ki, onlar da kişiləri narahat edən məsələlərdən fərqlidir. Mədəniyyət nöqteyi-nəzərindən həssas məsələlərə önəm verilməyən miqrant statusunun müəyyənləşdirilməsi prosesi zamanı zorlama kimi zorakılıqlara məruz qalan qadınlar adətən bunu dilə gətirə bilmir və ya demək istəmirlər. Çox vaxt cinsi qısnama və istismara məruz qalan bu qadınlar özlərini müdafiə etməkdə aciz qalırlar. Sığınacaq axtaran qadınlarla bağlı bir sıra məsələləri həll etmək üçün Konvensiya Tərəflər üzərinə aşağıda qeyd olunmuş öhdəlikləri qoyur:
qadınlara qarşı gender-əsaslı zorakılığı 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın mənası baxımından təqib kimi qəbul etməyi;
Qaçqın statusu verilərkən gender cəhətdən həssas təfsir verilməsini təmin etməyi;
Sığınacaq verilməsi prosesində qadınlar və kişilər arasındakı fərqlərin nəzərə alınmasını təmin etmək məqsədilə gender cəhətdən həssas prosedurları, təlimatlar və dəstək proqramları təqdim etməyi. Bu müddəa və aşağıda göstərilən non-refoulement (geri qaytarılmama) müddəası Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən şərh edilən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü bəndinə uyğundur və onların hüdudlarından kənara çıxmır.
haqqında Təlimatlar: 1951-ci il Konvensiyasının 1A(2) Maddəsi və/və ya onun 1967-ci il Protokolunun konteksti çərçivəsində Gender Əsaslı Təqib sənədini nəşr etdirib. Bu Təlimatların əsas məqsədi hökumətlər, hüquqi sahəsində çalışanlar, qərar qəbul edənlər və məhkəmələri, həmçinin bu sahədə qaçqın statusunun müəyyənləşdirilməsi işini həyata keçirən BMTQAK əməkdaşlarını hüquqi interpretasiya təlimatları ilə təmin etməkdən ibarətdir.
Konvensiya statusundan asılı olmayaraq beynəlxalq müdafiəyə ehtiyacı olan qaçqınların həmin ölkədə onları təhlükə gözlədikdə ya da işgəncəyə, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalma ehtimalları olduqda öz ölkələrinə geri qaytarılmamasını bir öhdəlik olaraq müəyyən edir. Non-refoulement (geri qaytarılmama) prinsipi sığınacaq axtaranlar və qaçqınların beynəlxalq müdafiəsi sahəsində əsas rol oynayan prinsipdir.
Tərəflərin Konvensiyanı tam şəkildə yerinə yetirməsindən əmin olmaq üçün o qüvvəyə mindikdən sonra monitorinq mexanizmi yaradılacaq. Bu mexanizm 2 qurumdan ibarət olacaq:
26
Qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupu- GREVİO adlanan texniki orqan insan hüquqları, gender bərabərliyi, qadınlara və məişət zorakılığına qarşı mübarizə, qurbanlara yardım kimi sahələr üzrə çalışan 10 və ya 15 mütəxəssisdən ibarət olacaq. Bu qrup Konvensiyada iştirak edən Tərəflərin(ölkələrin) vətəndaşlarından ibarət olacaq və burada gender, çoxşaxəli və coğrafi balans qorunub saxlanılacaq. Onun rolu Tərəflərin Konvensiyanı nə dərəcədə yerinə yetirdiyini müəyyənləşdirməkdən ibarət olacaq.
orqan həmin ölkələrin namizədliyini irəli sürdüyü şəxslər arasından GREVİO-nun üzvlərini seçəcək. Prosedur GREVİO hazırlayacağı sorğu əsasında Konvensiyada iştirak edən dövlətlərdən hesabatlar alacaq. O, həmçinin QHT-lərdən, vətəndaş cəmiyyətlərindən, insan hüquqlarının müdafiəsi üzrə milli institutlardan, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarından, Parlament Assambleyasından və Avropa Şurasının digər ixtisaslı qurumlarından yaxud Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiya (CEDAW) Komitəsi kimi digər beynəlxalq sənədlər tərəfindən yaradılan ixtisaslaşdırılmış qurumlardan məlumat ala bilər. Əgər verilmiş məlumat kifayət deyilsə yaxud hər hansısa bir məsələ təcili diqqət tələb edirsə, onda GREVİO bu dövlətin milli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində həmin ölkəyə səfər edə bilər. Alınan məlumat əsasında GREVİO sözügedən ölkə tərəfindən şərh edilməsi üçün bir hesabat tərtib edəcək. Bu şərhlər yekun hesabatda nəzərə alınacaq və GREVİO nəticələri Tərəflər Komitəsinə təqdim edəcək. Komitə GREVİO-nun əldə etdiyi nəticələr əsasında bu ölkənin göstərilmiş tarixdə yerinə yetirməsi üçün tövsiyyələr qəbul edə bilər.
GREVİO xüsusi bir Tərəf üçün deyil, iştirak edən bütün dövlətlər üçün nəzərdə tutulan tövsiyyələr qəbul edə və Konvensiyanın müddəalarının effektiv şəkildə yerinə yetirilməsinə dair aydın təlimatlar təklif edə bilər.
Monitorinqə Parlamentlərin cəlb edilməsi Konvensiyanın müddəalarının yerinə yetirilməsində oynadıqları rolu nəzərə alaraq Milli Parlamentlər monitorinq prosesində iştirak etməyə dəvət olunurlar və Tərəflərdən GREVİO hesabatlarını məsləhətləşmə məqsədi ilə parlamentlərə təqdim etmək tələb olunur.
Avropa Şurası Konvensiyasında ilk dəfə olaraq Parlament Assambleyası, Konvensiyanın yerinə yetirilməsini müntəzəm olaraq yoxlamağa dəvət olunur. Bu müddəa Parlament Assambleyasının qadınlara qarşı zorakılıq məsələsini Avropa Şurası və üzv dövlətlərin siyasi gündəminə gətirilməsində və bu məsələ ilə bağlı uzunmüddətli öhdəliyin qəbul edilməsində oynadığı önəmli rolu tanıyır.
Digər Beynəlxalq Sənədlərlə əlaqə Konvensiyanın X Fəsli Bu müddəa Konvensiya ilə digər beynəlxalq sənədlərin ahəngdar şəkildə mövcud olmasını təmin etmək məqsədilə onlar arasında münasibətləri əhatə edir. Konvensiya özünün də əhatə etdiyi məsələlərlə bağlı Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyası və onun Protokolları, Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiya və onun Fakültativ Protokolu kimi beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və vəzifələrə müdaxilə etmir. Konvensiya qadınlara qarşı zorakılığın və məişət zorakılığı qurbanlarının müdafiəsinin və onlara edilən dəstəyin genişləndirilməsi üçün tərtib edilmişdir. 27 Konvensiyada iştirak edən Tərəflər Konvensiyanın müddəalarını gücləndirmək və ya onun yerinə yetirilməsini genişləndirmək məqsədilə bəhs edilən məsələlər ətrafında ikitərəfli və ya çoxtərəfli sazişlər əsasında əməkdaşlıq etməyə həvəsləndirilirlər .
Konvensiyanın XII fəsli Qüvvəyə minməsi
Konvensiya Avropa Şurasına üzv dövlətlər, onun hazırlanmasında iştirak etmiş qeyri-üzv dövlətlər (Kanada, Vatikan, Yaponiya, Meksika və Amerika Birləşmiş Ştatları) və Avropa İttifaqı üçün imzaya açıqdır.
Konvensiya səkkizi Avropa Şurasına üzv dövlət olmaqla, 10 ölkə tərəfindən imzalandığı və ratifikasiya edildiyi təqdirdə qüvvəyə minəcək.
Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasına üzv olmayan istənilən dövlət ona qoşulmağa dəvət edilə bilər.
Tərəflərə yalnız icazə verilən maddələrə və yalnız bir dəfə yenilənməklə, beş il müddətinə qeyd-şərtlər etmək icazəsi verilir. Qeyd-şərtlərin edilməsi imkanı mümkün qədər çox dövlətin Konvensiyanı ratifikasiya etməsinə şərait yaratmalıdır, lakin xüsusi məsələlərlə bağlı onların qanunvericiliyinin uyğunlaşdırılmasına daha çox vaxt aparır.
Qeyd-şərtlər aşağıdakılarla bağlı edilə bilər :
Maddə 30 (Kompensasiya), 2-ci bəndinə;
Maddə 44 (Yurisdiksiya), 1.e, 3 və 4 –cü bəndlərə;
Maddə 55 (Ex parte and ex officio icraat), 35-ci Maddənin 1-ci bəndinə az əhəmiyyətli cinayətlərlə bağlı;
Maddə 58 (Məhdudiyyət Əsasnaməsi) 37, 38 və 39-cu Maddələrlə bağlı;
Maddə 59 (Yaşayış statusu).
Tərəflər, eyni zamanda Maddə 33-ə (psixoloji zorakılıq) və Maddə 34-ə (təcavüz məqsədilə təqib) qeyri- cinayət cəzaları tətbiq etmək hüququnu saxlaya bilərlər.
Qeyd-şərtlər Konvensiya imzalandıqdan və ratifikasiya olunduqdan sonra edilə və Avropa Şurasının Baş Katibi tərəfindən verilən Bəyanat ilə çıxarıla bilər. Beş ildən sonra qeyd-şərtlər yenilənmədiyi təqdirdə aradan qalxırlar. Tərəf öz qeyd-şərtini yeniləməyi qərara aldıqda onun səbəbləri barədə GREVIO-nu məlumatlandırmalıdır.
28 Şəkil Avropa Şurası Baş Katibinin Müavini tərəfindən Son söz 29
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının cəmiyyətin bütün təbəqələrinə təsir etdiyinə və üzv dövlətlərin hamısında geniş yayıldığına heç bir şübhə yoxdur. Cinsi zorakılıq və təcavüz, zorlama, məcburi evlilik, qadın sünnəti, partnyorları tərəfindən fiziki və psixoloji təcavüz, məcburi abort və qısırlaşdırma Avropa və dünyada bir çox qadınların üzləşdiyi kədərli reallıqlardır.
İstanbul konvensiyası qadınlara qarşı zorakılığın gender əsaslı zorakılığın bir forması olduğunu və yalnız qadın olduqları üçün qadınların başına gəldiyini və qadınların kişilərlə müqayisədə bu zorakılığa daha çox məruz qaldığını dərk etmə gerçəyi əsasında hazırlanıb. Burada insan hüquqları təhlükədə olduğundan, dövlətlər zorakılığın bütün formaları ilə mübarizə aparmaq, qurbanları qorumaq, təqsirkarları məsuliyyətə cəlb etmək kimi vəzifələrin məsuliyyətini daşıyırlar. Bura açıq danışmamız tələb olunur: əgər qadınlar iri miqyasda gender əsaslı zorakılığa məruz qalırsa, dövlət orqanları və qurumları isə buna laqeydlik göstərək görməzdən gəlirsə, onda qadınlar və kişilər arasında hansı real bərabərlikdən söz gedə bilər?!
İstanbul Konvensiyası qadınlara qarşı törədilmiş zorakılıq formalarını ünvanlasa da, ailə daxilində kişilər, uşaqlar və qocaların təcavüzə məruz qaldıqlarını əks elətdirən faktların da üstündən keçmir, onları gözardı etmir. Yardıma və müdafiəyə ehtiyacı olan hər kəsə kömək etmək məqsədilə, İstanbul Konvensiyası Tərəfləri məişət zorakılığının bütün qurbanları üçün nəzərdə tutulan tədbirləri tətbiq etməyə çağırır.
Parlament Assambleyası uzun zamandır ki, gender bərabərliyini inkişaf etdirmək üçün yollar axtarır və dövlətlərdən qadınlara münasibətdə ayrı-seçkilik qoyulması səbəbiylə yaranan təcili problemləri həll etmələrini tələb edir. Qadınlara qarşı zorakılığın gender bərabərliyi sahəsində başlıca maneə, insan hüquqları pozuntusu və cəmiyyətimiz üçün təhlükə olduğunu nəzərə alsaq, Assambleya zorakılığa qarşı mübarizə məqsədilə həm İstanbul Konvensiyasından əvvəl, həm də onunla bağlı danışıqlar gedən müddətdə, məcburi hüquqi qüvvəyə malik olan hərtərəfli standartlar toplusunun hazırlanmasında həlledici rol oynamışdır. Müqavilə bu təşəbbüslərin kulminasiyası olmaqla bərabər, dəyişikliyə səbəb olacaq beynəlxalq tədbirlər toplusudur. Mən inanıram ki, Assambleyanın cari öhdəliyi Konvensiyanı təbliğ və təşviq etməkdir. Mətn üzərində aparılan danışıqlar qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün güclü siyasi impuls yaratmışdır. Bu məqamdan istifadə edərək müqavilənin ən tez imkanda qüvvəyə minməsini təmin etmək vacibdir.
Bu stolüstü kitabla parlament üzvlərinə cəmiyyətdə İstanbul Konvensiyasının daha çox tanınması, onun müddəalarının izahı və vacibliyinin səbəblərini göstərilməsi üçün praktiki vasitə təqdim edilir. Mən əminəm ki, siz vəziyyətin tələb etdiyi inandırıcı arqumentləri tapa biləcəksiniz. Dünyada, o cümlədən Avropada yaşayan qadınlar sizin dəstəyinizə inanırlar.
Qabriella Battaini-Draqoni, Avropa Şurası Baş Katibinin Müavini Download 0.7 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling