Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət
Download 0.7 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Maddə 21 – Fərdi/kollektiv şikayətlərlə bağlı yardım
- Maddə 22 – Mütəxəssislər tərəfindən yardım xidməti
- Maddə 24 – Telefon yardım xətləri
- Maddə 25 – Cinsi zorakılıq qurbanlarına dəstək
- Maddə 26 – Uşaq şahidlərin müdafiəsi və onlara dəstək
- Maddə 27 – Məlumat vermə
- Maddə 28 – Mütəxəssislər tərəfindən məlumat vermə
- V Fəsil – Maddi hüquq Maddə 29 – Mülki məhkəmə prosesləri və müdafiə vasitələri
- Maddə 31 – Himayə, ziyarət hüquqları və təhlükəsizlik
- Maddə 32 – Məcburi nigahların mülki fəsadları
- Maddə 33 – Psixoloji zorakılıq
- Maddə 35 – Fiziki zorakılıq
- Maddə 36 – Zorlama da daxil olmaqla cinsi zorakılıq
- Maddə 41 – Köməklik etmək və ya əlbir olmaq və buna cəhd etmək
- Maddə 46 – Ağırlaşdırıcı hallar
IV Fəsil – Müdafiə və dəstək
1 Tərəflər bütün zərərçəkmişləri hər hansı gələcək zorakılıq əməllərindən müdafiə etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2 Tərəflər məhkəmə, prokurorluq orqanları, hüquq-mühafizə orqanları, yerli və regional hakimiyyət orqanları, o cümlədən qeyri-hökumət təşkilatları və digər müvafiq təşkilat və qurumlar da daxil olmaqla müvafiq dövlət strukturları arasında bu Konvensiyada nəzərdə tutulmuş, o cümlədən Konvensiyanın 20 və 22-ci Maddələrində verilmiş ümumi və xüsusi yardım xidmətlərinə istinad etməklə bütün zorakılıq formalarının qurbanlarının və şahidlərinin müdafiəsi və onlara yardım göstərilməsi sahəsində səmərəli əməkdaşlıq üçün müvafiq mexanizmlərin olmasını təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
3 Tərəflər bu fəslə əsasən görülmüş tədbirlərin:
- qadınlara qarşı zorakılığın və məişət zorakılığının genderləşdirilmiş zorakılıq anlayışına əsaslanmasını və zərərçəkmişin insan hüquqları və təhlükəsizliyinə yönəlməsini;
-
zərərçəkmişlər, təqsirkarlar, uşaqlar və onların geniş sosial mühiti arasındakı əlaqələri nəzərə alan inteqrasiya edilmiş yanaşmaya əsaslanmasını; -
zorakılığın qadın qurbanlarının səlahiyyət əldə etməsi və iqtisadi müstəqilliyə yönəlməsini; -
nəzərdə tutulmasını; - zərərçəkmiş uşaqlar da daxil olmaqla müdafiəyə daha çox ehtiyacı olan şəxslərin xüsusi ehtiyaclarının qarşılanmasını təmin etməlidir.
39 4 Xidmətlərin təminatı qurbanın hər hansı cinayətkara qarşı iddialar qaldırması və ya şahidlik etməsindən asılı olmamalıdır.
5 Tərəflər beynəlxalq hüququn normaları əsasında götürdükləri öhdəliklərə uyğun olaraq öz xalqlarının nümayəndələrinə və digər qurbanlara konsulluq və digər müdafiə və yardım təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.
Tərələr qurbanların mövcud dəstək xidmətləri və hüquqi tədbirlər haqqında başa düşdükləri bir dildə adekvat və vaxtında məlumat aldığından əmin olmaq üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. Maddə 20 – Ümumi yardım xidmətləri
1 Tərəflər zərərçəkmişlərin zorakılığın nəticələrindən sağalmasını asanlaşdıran xidmətlərə çıxışını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. Bu tədbirlərə, tələb olunarsa, hüquqi və psixoloji məsləhətləşmə, maliyyə yardımı, sığınacaqla təmin olunma, təhsil, təlim və iş tapmaqda yardım kimi xidmətlər daxil olmalıdır.
2 Tərəflər qurbanların səhiyyə və sosial xidmətlərə çıxışını və xidmətlərin lazımı resurslarla təmin olunmasını, mütəxəssislərin zərərçəkmişlərə kömək etmələri üçün təlimləndirilməsini və müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. 3
Maddə 21 – Fərdi/kollektiv şikayətlərlə bağlı yardım Tərəflər qurbanların tətbiq olunan regional və beynəlxalq fərdi/kollektiv şikayət mexanizmləri haqqında məlumatlı olmasını və onlardan istifadə edə bilməsini təmin etməlidirlər. Tərəflər bu qəbildən olan hər hansı şikayətin təqdim edilməsində həssas və bilikli yardımın təmin edilməsini təşviq etməlidirlər.
1 Tərəflər bu konvensiya tərəfindən əhatə olunan hər hansı zorakılıq əməlinə məruz qalmış qurbana müvafiq coğrafi bölgüdə təxirəsalınmaz, qısa və uzun müddətli peşəkar yardım xidmətləri təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. 2 Tərəflər bütün zorakılıq qurbanı olan qadınlar və onların uşaqların üçün peşəkar yardım xidməti təmin və ya təşkil etməlidirlər. 40 Maddə 23 – Sığınacaqlar Tərəflər qurbanlar, xüsusilə qadınlar və onların uşaqlarını təhlükəsiz yaşayış yeri ilə təmin etmək və onlarla sıx əlaqə saxlamaq üçün kifayət sayda münasib, asanlıqla çıxış əldə edilə bilən sığınacaqların yaradılmasını təmin edən lazımı hüquqi və ya digər tədbirlər görəcək.
Tərəflər bu Konvensiyada nəzərdə tutulan bütün zorakılıq formaları ilə əlaqədar məxfi və ya anonimliyin qorunması yolu ilə bütün ölkə miqyasında müraciət edən şəxslərə gecə-gündüz (7/24) təmənnasız məsləhət verən telefon yardım xətlərinin yaradılması üçün zəruri hüquqi və digər tədbirləri görməlidirlər.
Tərəflər qurbanlara tibbi, məhkəmə ekspertizası, zədə yardımı və məsləhət xidməti təmin etmək məqsədilə kifayət sayda münasib, asanlıqla çıxış əldə edilə bilən zorlama böhran və ya cinsi zorakılıq mərkəzlərinin yaradılmadı üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
1
Konvensiyada nəzərdə tutulmuş bütün zorakılıq formalarının uşaq şahidlərinin hüquq və ehtiyaclarının nəzərə alınmasından əmin olmaq üçün zəruri hüquqi və ya digər tədbirləri həyata keçirməlidirlər.
2 Bu maddə əsasında görülən tədbirlərə bu konvensiyada əhatə olunan bütün zorakılıq formalarının uşaq şahidləri üçün yaşa uyğun psixi-sosial məsləhət xidməti daxil edilməli və uşaqların əsas maraqlarına xüsusi diqqət yetirilməlidir.
Tərəflər bu Konvensiya ilə əhatə olunan zorakılıq əməllərinin törədilməsinə şahidlik etmiş, yaxud bu cür əməlin törədilə biləcəyinə və ya gələcəkdə zorakılıq əməllərinin törədilməsinin ehtimal edilməsinə inanmaq üçün əsaslı səbəbləri olan şəxsləri bu barədə səlahiyyətli təşkilat və orqanlara məlumat verməyə həvəsləndirmək üçün lazımı tədbirlər görməlidirlər.
41 Maddə 28 – Mütəxəssislər tərəfindən məlumat vermə
Tərəflər beynəlxalq hüquqda müəyyən mütəxəssislər üçün nəzərdə tutulan məxfilik qaydalarının, bu Konvensiya ilə əhatə olunan ciddi zorakılıq əməlinin törədildiyinə və gələcəkdə də gözləndiyinə inanmaq üçün əsaslı səbəbləri olarsa, onların müvafiq şərtlər altında səlahiyyətli təşkilat və ya orqanlara məlumat verməsi üçün maneə təşkil etmədiyindən əmin olmaq üçün zəruri tədbirlər görməlidirlər.
Maddə 29 – Mülki məhkəmə prosesləri və müdafiə vasitələri
1 Tərəflər qurbanları təqsirkarlara qarşı müvafiq mülki müdafiə vasitələri ilə təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
beynəlxalq hüququn ümumi prinsipləri əsasında qurbanları, səlahiyyətləri daxilində zəruri preventiv və müdafiə tədbirləri görə bilməmiş Dövlət orqanlarına qarşı müvafiq mülki müdafiə vasitələri ilə təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. Maddə 30 – Kompensasiya
1 Tərəflər qurbanların bu Konvensiyada təsbit edilmiş hər hansı əmələ görə təqsirkardan kompensasiya tələb etmək hüququnu təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2 Bədəndə ciddi zədələr və sağlamlığın pisləşməsi hallarında dəymiş ziyan təqsirkar, sığorta və ya Dövlət tərəfindən maliyyələşən sağlamlıq və sosial təminatlar tərəfindən qarşılana bilmədikdə adekvat Dövlət kompensasiyası ödənilir. 3 Zərərçəkmişin təhlükəsizliyinə xüsusi diqqət yetirildiyi müddətcə bu, Tərəflərin təqsirkar tərəfindən ödənilən təzminatı azaltma tələbində mane olmur.
4 2-ci bənd əsasında görülən tədbir münasib zaman çərçivəsində kompensasiyanın verilməsini təmin edəcək.
42
1 Tərəflər himayədarlıq və uşaqları ziyarət hüquqlarının müəyyənləşdirilməsində bu Konvensiyada nəzərdə tutulmuş zorakılıq hallarının nəzərə alınmasını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2 Tərəflər hər hansı ziyarət və ya himayədarlıq hüququnun icrasının zərərçəkmişin və ya uşaqların hüquq və təhlükəsizliyinə xələl yetirmədiyini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
Tərəflər məcburi surətdə bağlanmış nigahların zərərçəkmişin çiyinlərinə qeyri- müvafiq maliyyə və ya inzibati yük qoymadan ləğv edilə və ya pozula biləcəyini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
Tərəflər məcbur etmə və ya hədə-qorxu vasitəsilə hər hansı bir şəxsin psixoloji vəziyyətinə ciddi xələl yetirən qəsdən törədilmiş əməllərin cinayət əməli olmasını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. Maddə 34 – Təcavüz məqsədli təqib
Tərəflər başqa şəxsə yönəldilmiş və onun öz təhlükəsizliyinə görə narahat olmasına səbəb olan hədə-qorxu xarakterli davranışı məqsədli şəkildə və təkrarən nümayiş etdirmənin cinayət əməli hesab edildiyini təmin etmək üçün zəruri hüquqi və digər tədbirlər görməlidirlər .
Maddə 35 – Fiziki zorakılıq
Tərəflər başqalarına qarşı qəsdən fiziki zorakılıq əməllərinin törədilməsinin cinayət olduğunu təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
1 Tərəflər aşağıda verilmiş məqsədli davranışların cinayət əməli hesab olunması üçün zəruri hüquqi və ya digər tədbirlər görəcək: 43 a bədənin hər hansı bir hissəsi və ya əşya ilə başqa şəxsin bədəninə onun razılığı olmadan cinsi xarakterli vaginal, anal və ya oral müdaxilə etmə b
hər hansı bir şəxslə onun razılığı olmadan digər cinsi xarakterli münasibətdə olmaq; c başqa şəxsin üçüncü şəxslə onun razılığı olmadan cinsi xarakterli münasibətə daxil olmasına səbəb olmaq.
2 Razılıq şəxsin ətrafındakı şərtlər əsasında qiymətləndirilən azad iradəsinin nəticəsi olaraq könüllü şəkildə verilməlidir.
3
edildiyi kimi, keçmiş və ya hazırkı həyat yoldaşları, yaxud partnyorlara qarşı törədilən əməllərə şamil edilməsini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
1 Tərəflər yetkinlik yaşına çatmış şəxsi və ya uşağı nigaha daxil olmağa qəsdən məcbur etmənin cinayət əməli olduğunu təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2 Tərəflər yetkinlik yaşına çatmış şəxsi və ya uşağı nikaha daxil olmağa məcbur etmək məqsədilə qəsdən aldadaraq yaşadığı ölkənin ərazisindən çıxarıb Tərəf və ya Dövlətin ərazisinə gətirmənin cinayət olduğunu təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. Maddə 38 – Qadın sünnəti
Tərəflər aşağıda verilmiş məqsədli davranışların cinayət əməli hesab olunmasını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər: a
qadın cinsiyyət orqanının : böyük dodaqlar, kiçik dodaqlar və ya klitorunun tam və ya hissəvi kəsilməsi, birləşdirilməsi və ya başqa şəkildə sünnət edilməsi
b qadını a bəndində sadalanan hallardan hər hansı birinə məruz qalmağa məcbur etmək və ya sadalanan halların icrasına yardım etmək; c
hər hansı qızın a bəndində qeyd edilən hallardan istənilən birinə məruz qalmasını təmin etmək və ya onu buna məcbur və ya təhrik etmək 44 Maddə 39 – Məcburi abort və qısırlaşdırma Tərəflər aşağıdakı məqsədli davranışların cinayət əməli olduğunu təmin etmək üçün lazımı hüquqi və digər tədbirlər həyata keçirməlidirlər:
a Öncədən məlumatlandırılmadan və razılığı alınmadan qadın abort edilməsi b
Öncədən məlumatlandırılmadan və razılığı alınmadan, həmçinin yerinə yetiriləcək ənməliyyat haqqında tam şəkildə anlayışı olmayan hər hansı bir qadında onun təbii nəsil vermə qabiliyyətini tükətmək məqsədi ilə və ya buna səbəb oçla biləcək hər hansı cərrahi əməliyyatın aparılması. Maddə 40 – Cinsi qısnama
Tərəflər hər hansı bir şəxsin ləyaqətini alçaltmaq məqsədi və ya təsiri ilə, xüsusilə qorxuducu, düşməncə, alçaldıcı, təhqiredici və ya xoşagəlməz mühit yaradarkən istənilən cinsi xarakterli sözlü, sözsüz və ya fiziki davranış formasına cinayət və ya digər hüquqi cəzanın tətbiq edilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. Maddə 41 – Köməklik etmək və ya əlbir olmaq və buna cəhd etmək
1 Tərəflər bu Konvensiyanın 33, 34, 35, 36, 37, 38.a və 39-cu Maddələrinə müvafiq olaraq müəyyən edilmiş zorakılıq əməllərinin törədilməsinə qəsdən köməklik etmə və ya törətmək məqsədi ilə əlbir olmanın cinayət əməli hesab edilməsi üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
müəyyən edilmiş əməlləri qəsdən törətmə cəhdlərinin cinayət əməli hesab edilməsi üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. Maddə 42 – Cinayətlərə, o cümlədən “namus-şərəf” naminə törədilən cinayətlərə qəbuledilməz bəraətin qazandırılması 1 Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan hər hansı zorakılıq aktının törədilməsindən sonra başladılan cinayət araşdırmasında mədəniyyət, adət, din, ənənə və ya “namus” kimi anlayışların bu cür əməllərin törədilməsi üçün bəraət təşkil etməməsini təmin edəcək zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. Buraya, xüsusilə də qurbanın müvafiq davranışının mədəni, dini, sosial və ya ənənəvi norma və ya adətləri pozması ilə bağlı iddialar daxildir.
2 Tərəflər hər hansı bir uşağın bir şəxs tərəfindən 1-ci bənddə istinad edilmiş əməllərdən hər hansı birini törətməyə təhrik edilməsinin bu şəxsin törədilmiş 45 əməllərə görə cinayət məsuliyyətini azaltmamasını təmin etmək üçün lazımı hüquqi və digər tədbirlər görməlidirlər.
Bu Konvensiya əsasında müəyyən edilmiş zorakılıq əməlləri zərərçəkmişlə təqsirkar arasında əlaqələrin xüsusiyyətindən asılı olmayaraq tətbiq edilir. Maddə 44 – Yurisdiksiya
1 Tərəflər bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməli üzrə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidir, bir şərtlə ki, cinayət əməli aşağıdakı şərtlərdə törədilmiş olsun: a onların ərazisində; və ya b onların bayrağı altında üzən gəminin göyərtəsində; və ya c onların qanunları əsasında qeydiyyatda olan təyyarədə; və ya d onların vətəndaşlarından biri tərəfindən; və ya e onların ərazisində daimi yaşayan şəxs tərəfindən.
2
və ya onun ərazisində daimi yaşayış yeri olan şəxsə qarşı törədilmiş hər hansı cinayət əməlinə görə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər .
3 Bu Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrinə müvafiq olaraq müəyyən edilmiş cinayət əməllərinin təqibi üçün Tərəflər yurisdiksiyalarının əməllərin törədildikləri ərazidə cinayət hesab edilməsi şərtinə tabe olmamasını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
4
əməllərin təqibi üçün Tərəflər 1-ci paraqrafın d və e bəndləri ilə əlaqədar yurisdiksiyalarının təqibin ancaq zərərçəkmişin cinayət əməli barədə məlumat verməsindən və ya cinayətin törədildiyi ərazinin Dövləti tərəfindən məlumatın təmin edilməsindən sonra başladıla biləcəyi şərtinə tabe olmadığını təmin etmək üçün zəruri hüquqi və digər tədbirlər həyata görməlidirlər.
5 Tərəflər iddia edilən təqsirkarın onların ərazilərində olduğu və sadəcə olaraq vətəndaşlığına görə onu başqa Tərəfə ekstradisiya etmədiyi hallarda bu Konvensiyaya müvafiq olaraq müəyyən edilmiş əməllər üzrə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. 46
6 Birdən çox tərəf bu Konvensiya ilə müəyyən edilmiş iddia edilən əməl üzrə yurisdiksiya tələb edərsə, əlaqədar Tərəflər, zəruri olduğu hallarda, təqib üçün ən müvafiq yurisdiksiyanın müəyyən edilməsi üçün bir-biri ilə məsləhətləşməlidirlər.
7 Beynəlxalq hüququn ümumi qaydalarına xələl yetirmədən bu Konvensiya tərəfdaş Dövlət tərəfindən onun daxili qanunvericiliyinə uyğun şəkildə icra edilən hər hansı cinayət yurisdiksiyasını istisna etmir.
1 Tərəflər bu Konvensiya ilə nəzərdə tutulan əməllərin, onların ağırlığını nəzərə alaraq effektiv, proporsional və qabaqlayıcı cəzalarla cəzalandırıla bilməsini təmin etmək üçün zəruri hüquqi və ya başqa tədbirlər görməlidirlər. Bu cəzalara, müvafiq hallarda, ekstradisiyaya səbəb ola biləcək azadlıqdan məhrumetmə cəzaları da daxildir.
2 Tərəflər təqsirkarlarla əlaqədar aşağıdakı kimi digər tədbirlər də görə bilərlər:
- təqsirləndirilən şəxslərin monitorinqi və ya onlara nəzarət; -
hansı digər halda təmin edilə bilməzsə, valideynlik hüquqlarının alınması
Tərəflər aşağıdakı halların, onlar artıq cinayət əməlinin tərkib elementlərini təşkil etmirsə, daxili qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq bu Konvensiya ilə müəyyən
edilmiş əməllərlə bağlı cəzaların müəyyənləşdirilməsində ağırlaşdırıcı hallar olaraq nəzərə alına bilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər: a zorakılıq əməli daxili qanunvericilikdə və ya öz ölkəsinin qanunvericiliyində müəyyən edildiyi kimi keçmiş və ya hazırkı həyat yoldaşı və ya partnyoruna qarşı ailə üzvü, zərərçəkmişlə birgə yaşayan şəxs və ya onu təhqir etmiş şəxs tərəfindən törədilmişdir; b zorakılıq əməli və ya əlaqədar əməllər təkrarən törədilmişdir; c zorakılıq aktı xüsusi hallar üzündən həssas vəziyyətə düşmüş şəxsə qarşı törədilmişdir;
47 d zorakılıq əməli uşağa qarşı və ya onun yanında törədilmişdir; e zorakılıq əməli iki və ya daha çox şəxs tərəfindən birlikdə törədilmişdir; f cinayət əməlindən əvvəl və cinayət əməli törədilən zaman hədsiz dərəcədə zorakılıq törədilmişdir; g cinayət əməli silah tətbiq etməklə və ya silah tətbiq etmək hədə-qorxusu ilə törədilmişdir; h cinayət əməli zərərçəkmişin ağır fiziki və ya psixoloji zədələnməsi ilə nəticələnmişdir; i təqsirkar əvvəllər də oxşar xüsusiyyətlərə malik əməllərin törədilməsində ittiham edilmişdir. Maddə 47 – Digər tərəfdaş Dövlət tərəfindən verilən cəzalar Tərəflər cəza müəyyən edərkən bu Konvensiyaya uyğun olaraq təsbit edilmiş cinayət əməlləri ilə bağlı digər Tərəf Dövlət tərəfindən verilmiş yekun cəzaların nəzərə alınmasını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
Download 0.7 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling