Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət
Maddə 48 – Mübahisəli məsələlərin həlli ilə bağlı məcburi alternativ
Download 0.7 Mb. Pdf ko'rish
|
Maddə 48 – Mübahisəli məsələlərin həlli ilə bağlı məcburi alternativ proseslərin və ya cəzaların qadağan edilməsi 1 Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq formaları ilə əlaqədar vasitəçilik və barışdırma daxil olmaqla icbari alternativ mübahisə həlli proseslərini qadağan etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2 Tərəflər cərimənin ödənilməsi göstərişi verildikdə təqsirkarın zərərçəkmişə qarşı maliyyə öhdəliklərini yerinə yetirmə imkanına xüsusi diqqət göstərilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. VI Fəsil – Araşdırma, təqib, prosessual hüquq və müdafiə tədbirləri Maddə 49 – Ümumi öhdəliklər 1 Tərəflər bu Konvensiyanın əhatə etdiyi bütün zorakılıq formaları ilə əlaqədar araşdırma və məhkəmə proseslərinin hədsiz gecikmə olmadan aparılmasını və cinayət təqibinin bütün mərhələlərində zərərçəkmişin hüquqlarının nəzərə alınmasını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. 2 Tərəflər insan hüquqlarının təməl prinsiplərinə uyğun olaraq və zorakılıq haqqında genderləşdirilmiş anlayışla bu Konvensiyada təsbit olunmuş cinayət 48 əməllərinin effektiv şəkildə araşdırılması və təqibini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
1 Tərəflər məsul hüquq-mühafizə agentliklərinin bu Konvensiyaya daxil olan bütün zorakılıq formalarına qarşı zərərçəkmişlər üçün müvafiq və təxirəsalınmaz müdafiə təklif etməklə dərhal və lazımı şəkildə cavab verməsini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
2
Tərəflər preventiv əməliyyat tədbirlərinin tətbiqi və dəlillərin toplanması da daxil olmaqla bu Konvensiyanın əhatə etdiyi bütün zorakılıq formalarının qarşısının alınması və onlara qarşı müdafiədə məsul hüquq-mühafizə orqanlarının fəal və lazımı qaydada fəaliyyətini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.
1
bütün müvafiq qurumlar tərəfindən riskləri idarə etmək və lazım olarsa, əlaqəli təhlükəsizlik və dəstək təmin etmək məqsədilə qiymətləndirildiyini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görəcək.
2 Tərəflər 1-ci bənddə istinad edilən qiymətləndirmənin araşdırmanın və müdafiə tədbirlərinin tətbiqinin bütün mərhələlərində bu Konvensiyada əhatə olunan zorakılıq əməllərini törədən təqsirkarların odlu silah daşıması və ya odlu silahlardan istifadəyə çıxışının olması faktının lazımı qaydada nəzərə alındığını təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.
Tərəflər səlahiyyətli orqanların təxirəsalınmaz təhlükə vəziyyətlərində məişət zorakılığı törədicisinə riskə məruz qalmış zərərçəkmiş və ya şəxsin yaşayış yerini kifayət qədər zaman müddətinə tərk etmək və təqsirkara riskə məruz qalan zərərçəkmiş və ya qurbanın yaşayış yerinə daxil olmağı və ya onunla əlaqə saxlamağı qadağan etmək əmrləri vermək səlahiyyətinə malik olmasını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidir. Bu maddəyə uyğun şəkildə görülən tədbirlərdə riskə məruz qalmış zərərçəkmiş və ya risk altında olan şəxslərin təhlükəsizliyi məsələsinə üstünlük verilməlidir.
49
1 Tərəflər bu Konvensiya ilə əhatə olunan bütün zorakılıq formaları qurbanları üçün müvafiq məhdudlaşdırma və ya qoruma əmrlərinin olmasını təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidir.
2 Tərəflər 1-ci bənddə istinad edilən məhdudlaşdırma və ya qoruma əmrlərinin:
təxirəsalınmaz müdafiə üçün və zərərçəkmişin üzərinə ağır maliyyə və ya inzibati yük qoyulmadan mövcud olmasının;
müəyyən bir müddətə, yaxud dəyişiklik və ya ləğv edilənədək verildiyini; lazım gələrsə, dərhal təsiri qüvvəyə minməklə tək tərəfin şikayəti əsasında (ex
parte) verildiyini; digər icraatlardan asılı olmayaraq və ya onlara əlavə olaraq mövcud olduğunu;
sonrakı məhkəmə araşdırmalarında təqdim olunmasına icazə verildiyini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
3
əmrlərinin pozulmasına görə effektiv, proporsional və qabaqlayıcı cinayət və ya digər hüquqi cəzaların tətbiq edilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
Tərəflər hər hansı mülki və ya cinayət araşdırmasında zərərçəkmişin cinsi keçmişi və davranışı ilə bağlı dəlillərdən istifadəyə ancaq müvafiq və zəruri olduğu hallarda icazə verilməsini təmin etmək üçün lazımı qaydada hüquqi və digər tədbirlər görməlidirlər.
aparılan icraatlar 1 Tərəflər, cinayət əməli tam və ya qismən onun ərazisində törədilmişsə, bu Konvensiyanın 35, 36, 37, 38 və 39-cu Maddələrinə əsasən müəyyən edilmiş cinayət əməllərinin araşdırılması və təqibinin tam olaraq zərərçəkmişin təqdim etdiyi məlumat və ya şikayətə əsaslanmamasını və araşdırmaların hətta zərərçəkmişin öz ifadə və ya şikayətini geri çəkməsindən sonra da davam edə biləcəyini təmin etməlidir.
50 2 Tərəflər daxili qanunvericiliklərində nəzərdə tutulan şərtlərə uyğun olaraq hökumət və qeyri-hökumət təşkilatları və məişət zorakılığı ilə məşğul olan məsləhətçilərin bu Konvensiyada müəyyən edilmiş cinayət əməlləri ilə əlaqədar aparılan araşdırma və məhkəmə prosesləri zamanı istək əsasında zərərçəkmişlərə yardım və/ya dəstək göstərmə imkanı təmin etmək üçün lazımı hüquq və ya digər tədbirlər görməlidirlər.
1 Tərəflər xüsusilə də aşağıda təsvir olunmuş yollarla araşdırma və məhkəmə proseslərinin bütün mərhələlərində zərərçəkmişlərin, şahid qismində kimi xüsusi ehtiyacları da daxil olmaqla, hüquq və maraqlarını müdafiə etmək üçün aşağıdakılar da daxil olmaqla, lazımı hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər: a zərərçəkmişləri, onların ailələrini və şahidləri hədə-qorxu, qisas və təkrar cinayət qurbanına çevrilməkdən müdafiə etmək; b zərərçəkmişlərin cinayəti törədən şəxsin qaçması və ya müvəqqəti, yaxud qeyri-müəyyən müddətə azad edilməsi nəticəsində ən azından özlərinin və ailələrinin təhlükədə ola biləcəyi hallarda məlumatlandırılmasını təmin etmək; c
daxili qanunvericilikdə nəzərdə tutulan şərtlər əsasında onlara hüquqları və yararlana biləcəklər xidmətlər, şikayətləri ilə bağlı işin gedişatı, cəzalar, istintaqın və məhkəmə prosesinin ümumi gedişatı və onların bu sahədə rolları, o cümlədən prosesin nəticələri haqqında məlumat vermək; d zərərçəkmişlərin daxili qanunvericiliyin prosessual qaydalarına uyğun şəkildə dinlənilməsinə, dəlil təqdim etməsinə və birbaşa və ya vasitəçinin köməyi ilə fikir, ehtiyac və narahatlıqlarının ifadə edilməsi və nəzərə alınmasının təmin edilməsinə imkan yaratmaq; e
zərərçəkmişləri hüquq və maraqlarının düzgün qaydada təqdim edildiyi və nəzərə alındığı şəkildə müvafiq dəstək xidmətləri ilə təmin etmək; f zərərçəkmişin şəxsi həyatının və nüfuzunun qorunması üçün tədbirlərin qəbul edilməsini təmin etmək; g
məhkəmə və hüquq mühafizə orqanları daxilində zərərçəkmişlərlə təqsirkarlar arasında əlaqənin mümkün olduğu qədər olmamasını təmin etmək; h
zərərçəkənlər məhkəmə prosesində iştirak etdikdə və ya dəlil təqdim etdikdə onları müstəqil və səlahiyyətli tərcüməçi ilə təmin etmək; i daxili qanunvericilikdə nəzərdə tutulan qaydada zərərçəkənlərin məhkəmədə iştirak etmədən və ya ən azından iddia edilən təqsirkarın iştirakı olmadan, mümkün
olarsa, müvafiq
kommunikasiya texnologiyalarından istifadə etməklə şahidlik ifadəsi verməsinə imkan yaratmaq.
51
2 Qadınlara qarşı zorakılığın uşaq qurbanı və ya uşaq şahidi üçün, mümkün olan hallarda, uşaqların əsas maraqlarının nəzərə alındığı xüsusi müdafiə tədbirləri görülməlidir.
Tərəflər daxili qanunvericiliklərində nəzərdə tutulmuş şərtlər altında zərərçəkmişlər üçün hüquqi yardım və pulsuz hüquqi məsləhət hüququ təmin etməlidirlər. Maddə 58 – Müddət keçdiyinə məsuliyyətə cəlb edilməmə qanunu Tərəflər bu Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrinə əsasən hər hansı hüquqi prosesin başladılması üçün müddətin keçməsinə görə məsuliyyətə cəlb edilməmə qanununun zərərçəkmişin yetkinlik yaşına çatmasından sonra prosesin səmərəli şəkildə başladılmasına imkan verən və sözügedən zorakılıq əməlinin ağırlıq dərəcəsinə uyğun olan bir müddətə davam etməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.
1 Tərəflər nigah və ya münasibətlərin pozulması halında yaşamaq statusu daxili qanunvericilikdə nəzərdə tutulduğu kimi həyat yoldaşının və ya partnyorunun statusundan asılı olan və olduqca çətin şərtlərdə yaşayan zərərçəkmişlərə müraciət əsasında nigah və ya münasibətin müddətindən asılı olmayaraq müstəqil yaşamaq haqqında icazə verilməsini təmin etmək üçün lazımı hüquqi və digər tədbirlər görməlidir. Müstəqil yaşayış haqqında icazənin verilməsi və müddəti ilə bağlı şərtlər daxili qanunvericiliklə müəyyən olunur. 2 Tərəflər zərərçəkmişlərin müstəqil yaşayış haqqında icazə üçün müraciət etməsinə imkan yaratmaq məqsədilə daxili qanunvericilikdə müəyyən edildiyi kimi həyat yoldaşı və ya partnyorunun yaşamaq statusundan asılı olan yaşamaq statusu ilə əlaqədar başladılmış miqrasiya proseslərinin dayandırılmasına nail ola bilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. 3 Tərəflər aşağıdakı vəziyyətlərdən birində və ya hər ikisində zərərçəkənlər üçün yenilənə bilən yaşayış haqqında icazə verməlidirlər: a aidiyyatı olan orqan onların şəxsi vəziyyətləri əsasında qalmaqlarının zəruri olduğunu hesab etdikdə; b aidiyyatı olan orqan istintaq və məhkəmə proseslərində əlaqədar qurumlarla əməkdaşlıq məqsədilə onun qalmasının vacib olduğunu hesab etdikdə. 4 Tərəflər nigah məqsədilə başqa ölkəyə gətirilmiş və nəticədə daimi yaşayış yeri olan ölkədə yaşamaq statusunu itirmiş məcburi nigah qurbanlarının statuslarını geri ala bilmələrini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata keçməlidir. Maddə 60 – Gender əsaslı sığınacaq tələbləri 52 1 Tərəflər qadınlara qarşı gender zəminli zorakılığın 1951-ci ilin Qaçqınların Statusu haqqında Konvensiyasının 1, A (2) Maddəsinin kontekstində təqib və əlavə müdafiəni şərtləndirən ciddi zərər formasında qəbul edilə biləcəyini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. 2 Tərəflər Konvensiyanın hər bir əsasının gender baxımından həssas interpretasiya olunmasını və nəzərdə tutulan təqibin bu əsaslardan bir və ya bir neçəsi üçün olduğu müəyyən edildikdə isə müraciət edənlərə qüvvədə olan müvafiq sənədlərə uyğun şəkildə qaçqın statusunun verilməsini təmin etməlidirlər. 3 Tərəflər sığınacaq axtaranlar üçün gender baxımından həssas qəbul prosedurları və dəstək xidmətləri, o cümlədən qaçqın statusunun müəyyən edilərək beynəlxalq müdafiə üçün müraciət edilməsi daxil olmaqla gender təlimatları və gender baxımından həssas sığınacaq prosedurları işləyib hazırlamaq üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidir.
1 Tərəflər beynəlxalq hüquq əsasında mövcud olan öhdəliklərə uyğun olaraq non- refoulement prinsipinə hörmətlə yanaşılması üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. 2 Tərəflər status və ya yaşayış yerindən asılı olmayaraq müdafiəyə ehtiyacı olan qadınlara qarşı zorakılıq qurbanlarının heç bir halda həyatlarının təhlükə altında qalacağı və işgəncə, qeyri-insani və ya alçaldıcı davranış və cəza ilə qarşılaşa biləcəkləri ölkəyə qaytarılmaması üçün lazımı hüquqi və digər tədbirlər görməlidirlər.
1 Tərəflər bu Konvensiyanın müddəalarına uyğun şəkildə və mülki və cinayət məsələləri sahəsində əməkdaşlıqla bağlı müvafiq beynəlxalq və regional sənədləri, vahid və qarşılıqlı qanunvericilik və daxili qanunlar üzrə razılaşdırılmış tədbirləri tətbiq etməklə aşağıdakı məqsədlərlə mümkün qədər geniş miqyasda əməkdaşlıq etməlidirlər: a bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq formalarının qarşısının alınması, onlara qarşı mübarizə və təqib; b zərərçəkənlərin müdafiəsi və yardımla təmin edilməsi; c bu Konvensiya ilə müəyyən edilmiş zorakılıq əməlləri ilə bağlı araşdırma və proseslər; d Müdafiə haqqında göstərişlər daxil olmaqla Tərəflərin məhkəmə orqanlarının verdiyi müvafiq mülki və cinayət qərarlarının qüvvəyə minməsi. 2 Tərəflər bu Konvensiya ilə müəyyən edilmiş və yaşadığı yerdən fərqli olaraq tərəfdaş Dövlətin ərazisində törədilmiş zorakılıq əməllərinin qurbanlarının yaşadıqları Dövlətin əlaqədar orqanları qarşısına şikayət edə bilməsi üçün lazımı hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər. 53 3 Əgər sazişin olması ilə bağlı şərti olaraq cinayət məsələləri, ekstradisiya və ya bu Konvensiyaya Tərəf olan digər ölkə tərəfindən çıxarılmış qərarların icrası ilə bağlı qarşılıqlı hüquqi yardım göstərən Tərəf belə yardımın göstərilməsi ilə bağlı saziş bağlamadığı bir ölkədən müraciət alırsa, həmin Tərəf ölkə bu Konvensiyanı cinayət məsələləri, ekstradisiya və ya digər Tərəf ölkə tərəfindən bu Konvensiyada nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı qarşılıqlı hüquqi yardım göstərilməsi üçün hüquqi baza hesab edə bilər. 4 Tərəflər müvafiq olduğu zaman, üçüncü Dövlətlərin mənfəəti üçün nəzərdə tutulan inkişaf naminə yardım proqramlarında qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və bununla mübarizənin birləşdirilməsinə səylər göstərməli və 18-ci Maddənin 5-ci bəndinin şərtlərinə uyğun olaraq zərərçəkmişlərin müdafiəsini asanlaşdırmaq məqsədilə üçüncü Dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər bağlamalıdırlar.
Əlində olan məlumat əsasında hər hansı bir Tərəf bir şəxsin başqa Dövlətin ərazisində Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrində istinad edilən hər hansı zorakılıq aktına məruz qalma təhlükəsi altında olduğuna inanarsa, məlumata malik olan Tərəfin müvafiq müdafiə tədbirlərinin görülməsini təmin etməklə bu məlumatı sonuncuya ötürməsi tələb olunur. Mümkün olarsa, bu məlumatlara təhlükədə olan şəxsin mənafeyi naminə istifadə oluna biləcək mövcud müdafiə qanunları haqqında təfərrüatlar da daxil edilməlidir. Maddə 64 – Məlumat 1 Sorğu edilən Tərəf sorğu göndərən Tərəfi dərhal bu fəsil çərçivəsində görülmüş tədbirlərin yekun nəticələri haqqında məlumatlandırmalıdır. Sorğu edilən Tərəf həmçinin sorğu göndərən Tərəfə nəzərdə tutulan tədbirin həyata keçirilməsini mümkünsüz edən və ya əhəmiyyətli şəkildə gecikməsinə səbəb olan şərtlər haqqında da məlumat verməlidir. 2 Tərəf, daxili qanunvericiliyi çərçivəsində əvvəlcədən tələb olmadan öz araşdırmaları nəticəsində əldə etdiyi məlumatları, bu məlumatların açıqlanmasının Konvensiyanın müəyyən etdiyi zorakılıq əməllərinin qarşısının alınmasında və ya bu cür cinayət əməlləri ilə əlaqədar istintaq və məhkəmə proseslərinin başladılması, yaxud həyata keçirilməsində məlumatı qəbul edən Tərəfə kömək edəcəyi, və ya bu fəsil çərçivəsində həmin Dövlət tərəfindən əməkdaşlıq tələbinə gətirib çıxaracağı hesab edildikdə, digər Tərəfə ötürə bilər. 3 2-ci paraqrafa uyğun olaraq məlumat qəbul edən hər hansı bir Tərəf bu cür məlumatı məhkəmə araşdırmalarında, yaxud müvafiq mülki və cinayət proseslərində nəzərə alına bilməsi məqsədilə əlaqədar orqanlara təqdim etməlidir. Maddə 65 – Məlumatların qorunması Şəxsi məlumatlar Konvensiya çərçivəsində Tərəflərin Şəxsi məlumatların avtomatik emalı baxımından şəxslərin müdafiəsi (ETS No 108) üzrə götürdükləri öhdəliklər əsasında saxlanılır və istifadə olunur.
54 Fəsil IX – Monitorinq mexanizmi Maddə 66 – Qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı fəaliyyət üzrə ekspertlər qrupu 1 Qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı fəaliyyət üzrə ekspertlər qrupu (bundan sonra “GREVİO”) bu Konvensiyanın tərəf Dövlətlər tərəfindən həyata keçirilməsinə nəzarət edəcək. 2 GREVIO gender və coğrafi balans, o cümlədən çoxsahəli biliklər nəzərə alınmaqla minimum 10, maksimum isə 15 nəfərdən təşkil olunacaq. Onun üzvləri Tərəf Dövlətlərin Komitəsi tərəfindən Tərəf Dövlətlər tərəfindən namizədliyi irəli sürülmüş şəxslər arasından bir dəfə yenilənə bilən dörd illik müddətə və Tərəflərin vətəndaşları arasından seçiləcək. 3 İlkin 10 üzvün seçimi bu Konvensiyanın qüvvəyə minməsindən sonra bir il ərzində aparılmalıdır. 5 əlavə üzvün seçimi isə 25-ci ratifikasiya və ya qoşulmadan sonra keçiriləcək. 4 GREVİO üzvlərinin seçimi aşağıdakı prinsiplərə əsaslanmalıdır: a onlar yüksək mənəvi xüsusiyyətlərə, insan hüquqları, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı, yaxud zərərçəkənlərə yardım və onların müdafiəsi sahəsində geniş səriştəyə malik və ya bu konvensiyada nəzərdə tutulmuş sahələrdə peşəkar təcrübə nümayiş etdirmiş şəxslər arasından şəffaflıq prinsipi əsasında seçiləcək; b GREVİO-nun iki üzvü eyni Dövlətin nümayəndəsi ola bilməz; c onlar əsas hüquqi sistemləri təmsil etməlidirlər; d onlar qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində müvafiq tərəf və qurumları təmsil etməlidirlər; e onlar fərdi səlahiyyətə malik olmalı, öz vəzifələrinin icrasında müstəqil və qərəzsiz olmalı və vəzifə öhdəliklərini effektiv şəkildə yerinə yetirmək iqtidarında olmalıdırlar. 5 GREVİO üzvlərinin seçim proseduru Tərəflərlə məsləhətləşmələr keçirib onların yekdil razılığını aldıqdan sonra, bu Konvensiyanın qüvvəyə minməsindən sonrakı altı ay müddətində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən müəyyən ediləcək. 6 GREVIO öz prosedur qaydalarını qəbul etməlidir. 7 GREVIO üzvləri və 68-ci Maddənin 9 və 14-cü bəndlərində nəzərdə tutulduğu kimi ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri bu Konvensiyaya əlavədə müəyyən edilmiş imtiyazlardan və toxunulmazlıqlardan istifadə edəcəklər. Maddə 67 – Tərəflərin Komitəsi 1 Tərəflərin Komitəsi Konvensiyaya qoşulmuş Tərəflərin nümayəndələrindən təşkil olunmalıdır. 2 Tərəflərin Komitəsi Avropa Şurası Baş Katibi tərəfindən çağırılacaq. Komitənin ilk toplantısı GREVİO üzvlərinin seçilməsi məqsədilə bu Konvensiyanın qüvvəyə
55 minməsindən sonra bir il ərzində keçiriləcək. Bundan sonra isə Tərəflərin üçdə biri, Komitə sədri və ya Baş Katib müraciət etdikdə toplanacaq. 3 Tərəflərin Komitəsi özünün prosedur qaydalarını qəbul etməlidir. Maddə 68 – Prosedur 1 Tərəflər GREVİO tərəfindən tərtib olunmuş sorğu anketi əsasında Avropa Şurasının Baş Katibinə GREVİO-nun nəzərdən keçirməsi üçün bu Konvensiyanın müddəalarının icrası ilə bağlı həyata keçirilən hüquqi və digər tədbirlərlə bağlı hesabat təqdim edəcək. 2 GREVIO 1-ci bəndə uyğun olaraq təqdim edilmiş hesabatı əlaqədar Tərəfin nümayəndələri ilə nəzərdən keçirəcək. 3 Növbəti qiymətləndirmə prosedurları GREVİO tərəfindən təyin olunan dövrlərə bölünməlidir. Hər dövrün başlanğıcında GREVİO qiymətləndirmə proedurunun əsaslanacağı xüsusi şərtləri seçərək sorğu anketi göndərməlidir. 4 GREVIO bu monitorinq prosedurunu həyata keçirmək üçün müvafiq vasitələr müəyyən etməlidir. O, xüsusilə də hər qiymətləndirmə dövrü üçün sorğu anketi qəbul edə bilər ki, onun əsasında Tərəflər tərəfindən icra proseduru qiymətləndirilmiş olsun. Tərəflər bu anketə və GREVİO tərəfindən göndərilən istinilən məlumat sorğularına cavab verməlidirlər. 5 GREVIO Konvensiyanın icrası ilə bağlı qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə milli institutlardan da məlumatlar ala bilər. 6 GREVIO bu Konvensiyanın əhatə dairəsinə daxil olan sahələrdə digər regional və beynəlxalq sənəd və qurumlardan əldə edilən mövcud məlumatı lazımı şəkildə nəzərə almalıdır. 7 Hər qiymətləndirmə dövrü üçün sorğu anketi qəbul edərkən GREVİO bu Konvensiyanın 11-ci Maddəsində istinad edildiyi kimi, tərəfdaş Dövlətlərdəki mövcud məlumat toplanmalarını və araşdırmaları nəzərə almalıdır. 8 GREVIO Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Parlament Assambleyası və müvafiq ixtisaslaşmış, o cümlədən beynəlxalq sənədlər çərçivəsində əsası qoyulmuş qurumlardan məlumat ala bilər. Bu qurumlara təqdim edilən şikayətlər və onların nəticələri GREVİO üçün əlçatan edilməlidir. 9 Əldə edilən məlumatlar kifayət etmədikdə və ya 14-cü bənddə verilmiş hallarda GREVIO milli strukturlarla birgə və müstəqil milli ekspertlərin köməyi ilə ölkə səfərləri təşkil edə bilər. Bu səfərlər zamanı müxtəlif sahələr üzrə mütəxəssislər GREVİO-ya yardım edə bilər. 10 GREVIO qiymətləndirmənin əsaslandığı müddəaların həyata keçirilməsi ilə bağlı təhlili, o cümlədən əlaqədar Tərəfin müəyyən edilmiş problemləri necə həll etməsi ilə əlaqədar təklifləri əks etdirən hesabat layihəsi hazırlayacaq. Hesabat layihəsi rəy verilməsi üçün qiymətləndirmənin aparıldığı Tərəfə təqdim ediləcək. Onun rəyləri hesabatı qəbul edərkən GREVİO tərəfindən nəzərə alınacaq. 56 11 Əldə edilən bütün məlumatlar və Tərəflərin şərhləri əsasında GREVİO bu Konvensiyanın müddəalarının həyata keçirilməsi ilə bağlı əlaqədar Dövlət tərəfindən görülən tədbirlərlə bağlı hesabat və yekunları qəbul edəcək. Bu hesabat və yekunlar əlaqədar Tərəfə və Tərəf Komitəsinə göndəriləcək. GREVİO-nun hesabat və yekunları qəbul edildikdən sonra əlaqədar Tərəfin son rəyləri ilə birlikdə ictimaiyyətin diqqətinə çatdırılacaq. 12 1-8-ci bəndlərdə nəzərdə tutulmuş qaydalara xələl yetirmədən Tərəf Komitəsi GREVİO-nun hesabat və yekunları əsasında bu Tərəfə ünvanlanmış a) GREVİO- nun yekunlarını həyata keçirmək üçün görülən tədbirlər, tələb olunarsa onların həyata keçirilməsi ilə bağlı məlumat təqdim etmək üçün tarixin müəyyən edilməsi ilə bağlı və b) bu Konvensiyanın düzgün şəkildə icrası üçün həmin Tərəflə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tövsiyələr qəbul edə bilər. 13 GREVİO Konvensiyanın ciddi pozuntu hallarının miqyas və ya sayının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün təcili diqqət tələb edən problemlərin olduğu vəziyyətləri əks etdirən etibarlı məlumat alarsa, qadınlara qarşı ciddi, kütləvi və ya davamlı zorakılıq hallarının qarşısını almaq üçün görülən tədbirlərlə bağlı xüsusi hesabatın təcili surətdə təqdim edilməsini tələb edə bilər. 14 Əlaqədar Tərəfin təqdim etdiyi, o cümlədən ona məlum olan hər hansı digər məlumatı nəzərə alaraq GREVİO araşdırma aparmaq və nəticələri təcili surətdə GREVİO-ya məruzə etmək üçün bir və ya bir neçə üzvünü təyin edə bilər. Tələb olunarsa və Tərəfin razılığı ilə araşdırmaya onun ərazisinə səfər da daxil edilə bilər. 15 14-cü bənddə istinad edilmiş araşdırmanın nəticələrini təhlil etdikdən sonra GREVİO bu nəticələri rəy və tövsiyələrlə birgə əlaqədar Tərəfə və müvafiq olarsa, Tərəf Komitəsi və Avropa Şurasının Nazirlər Komitəsinə təqdim etməlidir. Maddə 69 – Ümumi tövsiyələr GREVIO, müvafiq hallarda bu Konvensiyanın icrası üzrə ümumi tövsiyələr qəbul edə bilər.
1 Milli parlamentlər bu Konvensiyanın həyata keçirilməsi üçün görülən tədbirlərin monitorinqində iştirak etmək üçün dəvət olunmalıdır. 2 Tərəflər GREVİO-nun hesabatlarını milli parlamentlərinə təqdim etməlidirlər. 3 Avropa Şurasının Parlament Assambleyası bu Konvensiyasının icrasını müntəzəm olaraq qiymətləndirməyə dəvət ediləcək. X Fəsil – Digər beynəlxalq sənədlərlə əlaqələr Maddə 71 – Digər beynəlxalq sənədlərlə əlaqələr 1 Bu Konvensiya bu Konvensiyaya üzv Dövlətlərin qoşulduğu və ya gələcəkdə qoşulacağı digər beynəlxalq sənədlərdən irəli gələn və bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı müddəaları əks etdirən öhdəliklərə təsir etməyəcək. 2 Bu Konvensiyanın Tərəfləri onun müddəalarını tamamlamaq və ya gücləndirmək, yaxud onda əks olunan prinsiplərin tətbiqini asanlaşdırmaq 57 məqsədilə bu Konvensiyada bəhs olunan məsələlərlə bağlı bir-biri ilə ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilərlər.
1 Bu Konvensiyaya düzəliş edilməsi ilə bağlı edilmiş hər hansı təklif Avropa Şurası Baş Katibinə təqdim edilməli və onun tərəfindən Maddə 75-in şərtlərinə uyğun olaraq Avropa Şurasına üzv Dövlətlərə, bütün imzalayanlar, Tərəflər, Avropa İttifaqı, bu Konvensiyanı imzalamağa dəvət edilmiş bütün Dövlətlər və 76-cı maddənin şərtləri əsasında bu Konvensiyaya qoşulmağa dəvət edilmiş bütün Dövlətlərə ötürülməlidir. 2 Avropa Şurasının Nazirlər Komitəsi təklif olunan düzəlişi nəzərdən keçirməlidir və Konvensiyanın Avropa Şurasına üzv olmayan Tərəflərilə məsləhətləşdikdən sonra Avropa Şurası Nizamnaməsinin 20.d Maddəsində təsbit edilmiş əksəriyyət tərəfindən düzəlişi qəbul edilə bilər. 3 Nazirlər Kabineti tərəfindən 2-ci bəndə uyğun olaraq qəbul edilmiş hər hansı düzəlişin mətni razılaşdırılması üçün Tərəflərə göndərilməlidir. 4 2-ci bəndə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş bütün Tərəflərin düzəlişi qəbul etdiklərini Baş Katibliyə bildirdiyi tarixdən sonra bir aylıq müddətin bitməsinin ardından gələn ayın ilk günündə qüvvəyə minəcək. XII Fəsil – Yekun maddələr Maddə 73 – Bu Konvensiyanın təsirləri Bu Konvensiyanın müddəaları qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və bununla mübarizə sahəsində insanlara daha əlverişli hüquqlar verən və ya verəcək məcburi hüquqi qüvvəyə malik olan, qüvvədə olan və ya qüvvəyə minəcək daxili qanunvericiliyin müddəaları və beynəlxalq sənədlərin şərtlərinə xələl gətirməyəcək Maddə 74 – Mübahisələrin həlli 1 Tərəflər bu Konvensiyanın müddəalarının tətbiqi və ya şərhindən irəli gələ biləcək hər hansı mübahisəli məsələni ilk öncə danışıq, razılaşma, məhkəmə və ya onlar arasında razılaşdırılmış digər sülh yolu ilə həll etməyə çalışmalıdır. 2 Avropa Şurasının Nazirlər Kabineti Tərəflərin də razılığı ilə mübahisəli məsələlərdə onların istifadə edə biləcəyi həll prosedurları müəyyən edə bilər. Maddə 75 – İmzalama və qüvvəyə minmə 1 Bu Konvensiyanı Avropa Şurasının üzv Dövlətləri, onun hazırlanmasında iştirak etmiş üzv olmayan Dövlətlər və Avropa İttifaqı imzalaya bilər. 2 Bu Konvensiya ratifikasiya, qəbul və təsdiq edilə bilər. Ratifikasiya, qəbul və təsdiq sənədləri Avropa Şurasının Baş Katiblinə təqdim ediləcək. 3 Bu Konvensiya Avropa Şurasının ən az 8 üzvü daxil olmaqla 10 imzalayan tərəfin 2-ci bəndin şərtlərinə uyğun olaraq Konvensiyanın öhdəliklərini qəbul
58 etmək haqda razılıq verməsindən sonra üç aylıq müddətin bitməsinin ardından gələn ayın birinci günü qüvvəyə minəcək. 4 1-ci bənddə qeyd edilmiş bütün Dövlətlər və Konvensiyanın şərtlərinə tabe olmağı qəbul edən Avropa Birliyi baxımından Konvensiya ratifikasiya, qəbul və təsdiq sənədinin qəbul edildiyi tarixdən sonra üç aylıq müddətin bitməsinin ardından gələn ayın birinci günü qüvvəyə minəcək.
1 Bu Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Konvensiyanın Tərəfləri ilə məsləhətləşdikdən və onların yekdil razılığını aldıqdan sonra Konvensiyanın işlənib hazırlanmasında iştirak etməmiş Avropa Şurasına üzv olmayan Dövlətləri Avropa Şurasının Nizamnaməsinin 20.d Maddəsində nəzərdə tutulan çoxluğun qəbul etdiyi qərar və Tərələrin Nazirlər Komitəsində təmsil olunmaq səlahiyyəti verilmiş nümayəndələrinin yekdil razılığı ilə bu Konvensiyaya qoşulmağa dəvət edə bilər. 2 Hər hansı qoşulan Dövlət baxımından Konvensiya qoşulma sənədinin Avropa Şurasının Baş Katiblinə təqdim edildiyi tarixdən sonra üç aylıq müddətin bitməsinin ardından gələn ayın birinci günü qüvvəyə minəcək.
1 Hər hansı bir Dövlət və ya Avropa İttifaqı Konvensiyanın imzalandığı və ya ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma sənədlərinin qəbul olunduğu zaman Konvensiyanın şamil olunacağı ərazi və ya əraziləri müəyyənləşdirə bilər. 2 Hər bir Tərəf sonradan istənilən vaxt Avropa Şurasının Baş Katibinə ünvanlanmış bəyanatla bu Konvensiyanın tətbiq sahəsinə bəyanatda qeyd edilən və beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, yaxud adından öhdəlik vermə səlahiyyətinin təmin olunduğu digər əraziləri daxil edə bilər. Bu cür ərazi baxımından Konvensiya belə bəyanatın Baş Katib tərəfindən qəbul edildiyi tarixdən sonra üç aylıq müddətin bitməsinin ardından gələn ayın birinci günü qüvvəyə minəcək. 3 Əvvəlki iki bənddə verilmiş şərtlər əsasında, qeyd edilmiş ərazi ilə bağlı verilmiş hər hansı bəyanat Avropa Şurası Baş Katibinə ünvanlanmış bildirişlə geri götürülə bilər. Geri götürülmə bu cür bildirişin Baş Katib tərəfindən qəbul edildiyi tarixdən sonra üç aylıq müddətin bitməsinin ardından gələn ayın birinci günü qanuni qüvvəyə minəcək. Maddə 78 – Qeyd-şərtlər 1 Bu Konvensiyanın hər hansı müddəası ilə bağlı 2 və 3-cü bəndlərdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir qeyd-şərt irəli sürülə bilməz. 2 Hər hansı Dövlət və ya Avropa Birliyi Konvensiyanın imzalandığı və ya ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma sənədlərinin qəbul edildiyi vaxt Avropa Şurası Baş Katibinə ünvanlanmış bəyanatla aşağıda verilmiş müddəaları ancaq 59 xüsusi hallarda və ya vəziyyətlərdə tətbiq etməmək və ya etmək hüququnu özündə saxladığını bəyan edə bilər:
Maddə 30, 2-ci bənd; Maddə 44, 1.e, 3 və 4-cü bəndlər;
Xırda cinayət əməlləri ilə bağlı 35-ci Maddə baxımından 55-ci Maddənin 1- ci bəndi ;
37, 38 və 39-cu Maddələr baxımından Maddə 58; Maddə 59.
3 Hər hansı Dövlət və ya Avropa Birliyi Konvensiyanın imzalandığı və ya ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma sənədlərinin qəbul edildiyi vaxt Avropa Şurası Baş Katibliyinə ünvanlanmış bəyanatla 33 və 34-cü maddələrdə nəzərdə tutulmuş davranışlara görə cinayət sanksiyalarının əvəzinə qeyri-cinayət sanksiyaları təmin etmək hüququnu özündə saxladığını bəyan edə bilər. 4 Hər hansı bir Tərəf Avropa Şurasının Baş Katibliyinə ünvanlanan bəyanatla qeyd ləğv edə bilər. Bu bəyanat Baş Katib tərəfindən qəbul edildiyi tarixdən etibarən qüvvəyə minəcək.
1 78-ci Maddənin 2 və 3-cü paraqraflarında istinad edilən qeydlər bu Konvensiyanın əlaqədar Tərəf baxımından qüvvəyə mindiyi gündən etibarən beş il müddətinə etibarlıdır. Lakin bu cür qeydlər eyni müddətli dövrlərlə təkrar yenilənə bilər. 2 Qeyd-şərtin etibarlılıq müddətinin bitməsindən on səkkiz ay əvvəl Avropa Şurası Baş Katibliyi əlaqədar tərəfə etibarlılığın bitməsi haqqında bildiriş ünvanlayacaq. Etibarlılıq müddətinin bitməsindən əvvəl üç aydan gec olmayaraq Tərəf Baş katibliyə qeyd-şərtini saxladığı, ona düzəliş etdiyi və ya ləğv etdiyi barədə bildiriş verməlidir. Əlaqədar Tərəf bildiriş təqdim etməzsə, Baş Katib həmin Tərəfi qeyd-şərtin avtomatik olaraq altı ay müddətinə uzadıldığı haqqında məlumatlandıracaq. Əlaqədar Tərəfin müddətin bitməsindən əvvəl qeyd-şərtini saxladığını və ya ona düzəliş etdiyini bildirməməsi qeydin bitməsi ilə nəticələnəcək. 3 Əgər hər hansı bir Tərəf 78-ci maddənin 2 və 3-cü paraqraflarına uyğun olaraq qeyd-şərt irəli sürürsə, onun yenilənməsindən əvvəl və ya tələb əsasında GREVİO-ya bu qərarını əsaslandıracaq izahat verməlidir. If a
1 Hər bir tərəf istənilən vaxt Avropa Şurasının Baş Katibinə bildiriş ünvanlamaqla bu Konvensiyanı etibarsız elan edə bilər. 2 Belə denonsasiya Baş Katibin bildirişi qəbul etdiyi tarixdən keçən üç ay müddətindən sonrakı ayın birinci günü etibarlı sayılır.
Avropa Şurasının Baş Katibi Avropa Şurasına üzv Dövlətlərə, Konvensiyanın işlənib hazırlanmasında iştirak etmiş üzv olmayan Dövlətlərə,
60 Konvensiyanı imzalamış bütün Dövlətlərə, bütün Tərəf Dövlətlərə, Avropa Birliyinə və bu Konvensiyaya qoşulmağa dəvət edilmiş bütün Dövlətlərə aşağıdakılar barədə məlumat verməlidir: a hər bir imza; b ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma sənədlərinin qəbulu; c 75 və 76-cı Maddələrə uyğun olaraq bu Konvensiyanın bütün qüvvəyə minmə tarixləri; d 72-ci Maddəyə əsasən qəbul edilmiş bütün düzəlişlər və onların qüvvəyə minmə tarixləri; e 78-ci Maddəyə uyğun hər hansı bir qeyd və ya qeydin ləğvi ; f 80-ci Maddənin şərtlərinə müvafiq olaraq həyata keçirilmiş hər bir denonsasiya faktı; g bu Konvensiya ilə əlaqədar hər hansı bir akt, bildiriş. Bu Konvensiya bu iş üçün səlahiyyət verilmiş şəxslər tərəfindən təsdiq edilərək imzalanıb. [2011-ci ilin] may ayının [11-ci] günü [İstanbul] şəhərində ingilis və fransız dillərində tərtib edilmişdir; hər iki mətn tamamilə autentikdir, bir nüsxədədir və Avropa Şurasının arxivində saxlanacaq. Avropa Şurasının Baş Katibi mətnin təsdiq edilmiş surətlərini Avropa Şurasına üzv dövlətlərə, Avropa Şurasına üzv olmayan, lakin bu Konvensiyanın hazırlanmasında iştirak edən dövlətlərə, Avropa Birliyinə və Konvensiyaya daxil olmağa dəvət olunan hər bir Dövlətə göndərməlidir.
1 Bu əlavə Konvensiyanın 66-cı Maddəsində nəzərdə tutulan GREVİO- nun üzvlərinə, o cümlədən ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvlərinə şamil edilir. Bu əlavə çərçivəsində “ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri” ifadəsinə Konvensiyanın 68-ci Maddəsinin 9-cu bəndində qeyd olunan müstəqil milli ekspert və mütəxəssislər və ölkə səfərləri zamanı GREVİO-nu müşayiət etmək üçün Avropa Şurası tərəfindən işə götürülmüş tərcüməçilər daxildir. 2 GREVİO-nun üzvləri və ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri ölkə səfərlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı vəzifələrini yerinə yetirərkən və bu vəzifə öhdəlikləri çərçivəsində səyahət edərkən aşağıdakı imtiyazlardan istifadə edirlər: a şəxsi həbs və ya saxlanma, şəxsi yükün müsadirəsi və vəzifə səlahiyyətləri çərçivəsində deyilən və ya yazılan sözlər və edilən hərəkətlər baxımından bütün növ
hüquqi proseslərdə toxunulmazlıq; b yaşadıqları və vəzifə səlahiyyətlərini icra etdikləri ölkəni şəkildə tərk etmək və qayıtmaq azadlığına qoyulan məhdudiyyətlərdən,
61 vəzifə səlahiyyətlərinin icrası üçün səfər etdikləri və ya tranzit olaraq keçdikləri ölkədə əcnəbi kimi qeydiyyata alınmaqdan azad edilmə. 3 Vəzifə səlahiyyətlərinin icrası məqsədilə edilən səfərlər zamanı GREVİO-nun və ölkələr səfər edən nümayəndə heyətlərinin digər üzvlərinə gömrük və mübadilə yoxlamalarında müvəqqəti rəsmi səfərdə olan xarici dövlət nümayəndələri üçün yaradılan eyni imkanlar yaradılacaq. 4 GREVİO və ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri tərəfindən həyata keçirilən Konvensiyanın icrasının qiymətləndirilməsi ilə əlaqədar sənədlər GREVİO-nun fəaliyyəti ilə əlaqədar olduğu üçün toxunulmaz qalacaq. GREVİO-nun rəsmi yazışmalarına və ya GREVİO üzvlərinin və ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvlərinin rəsmi kommunikasiyaları dayandırılmayacaq və onlara senzura tətbiq edilməyəcək. 5 GREVİO üzvləri və ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri üçün öhdəliklərinin icrası zamanı söz azadlığı və tam müstəqillik təmin etmək üçün əlaqədar şəxslərin artıq bu cür vəzifə öhdəliklərinin icrasında iştirak etməməsinə baxmayaraq, söylənən və yazılan sözlərə və edilən hərəkətlərə görə hüquqi proseslərdə toxunulmazlıq saxlanacaq. 6 Üstünlüklər və siyasi toxunulmazlıq şəxsi mənafe üçün deyil, GREVİO- nun maraqları çərçivəsində vəzifələrinin müstəqil şəkildə icrasını təmin etmək məqsədilə bu əlavənin 1-ci bəndində qeyd edilən şəxslərə verilir. Bu əlavənin 1-ci bəndində nəzərdə tutulan şəxslərin toxunulmazlıqları onların ədalətin bərqərar olmasına mane olduğu düşünülərsə və GREVİO- nun maraqlarına xələl yetirilməzsə Avropa Şurası Baş Katibi tərəfindən ləğv ediləcək. 62 Əlavə II İmza və ratifikasiya cədvəli Yenilənmiş məlumat əldə etmək üçün Avropa Şurası Saziş İdarəsinin rəsmi saytına daxil olun: www.conventions.coe.int
63
64
və Məişət Zorakığılınin Qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiyası - CETS No.210
Saziş üzv dövlətlər, onun hazırlanmasında iştirak etmiş qeyri-üzv dövlətlər, Avropa ittifaqı və başqa qeyri-üzv dövlətlərin imzasına açıqdır.
İmza etmə üçün açılış Məkan: İstanbul Tarix : 11/5/2011
Qüvvəyə minmə Şərtlər: 8-i üzv dövlət olmaqla 10 ratifikasiya. Tarix : //
Tarixə kimi vəziyyət: 25/10/2012 65
Avropa Şurasına Üzv dövlətlər
Dövlətlər İmza Ratifikasiya Albaniya
19/12/2011 Andorra
Ermənistan
Avstriya 11/5/2011
Azərbaycan
Belçika
11/9/2012
Bosniya və Herseqovina
Bolqarıstan
Xorvatiya
Kipr
Çex
Respublikası
Danimarka
Estoniya
Finlandiya 11/5/2011
Fransa 11/5/2011
Gürcüstan
Almaniya 11/5/2011
Yunanıstan 11/5/2011
Macarıstan
İslandiya 11/5/2011
İrlandiya
İtaliya
27/9/2012
Latviya
Lixtenşteyn
Litva
Lüksemburq 11/5/2011
Malta 21/5/2012
Moldova
Monako 20/9/2012
Çernoqoriya 11/5/2011
66 Niderland
Norveç 7/7/2011
Polşa
Portuqaliya 11/5/2011
Rumıniya
Rusiya
San Marino
Serbiya 4/4/2012
Slovakiya 11/5/2011
Sloveniya 8/9/2011
İspaniya 11/5/2011 r
İsveç
11/5/2011
İsveçrə
"Keçmiş
Yuqoslaviya Respublikası Makedoniya ”
8/7/2011
Türkiyə 11/5/2011 14/3/2012 Ukrayna
7/11/2011
Birləşmiş Krallıq 8/6/2012
Avropa Şurasına qeyri-üzv dövlətlər Dövlətlər İmza Ratifikasiya Kanada
Vatikan
Yaponiya
Meksika
Amerika Birləşmiş Ştatları
Beynəlxalq təşkilatlar Dövlətlər İmza
Ratifikasiya 67 Avropa İttifaqı
Ratifikasiya ilə nəticələnməmiş imzaların ümumi sayı: 23 Ratifikasiyaların/ konvensiyaya qoşulmaların ümumi sayı: 1
68 Əlavə III
tövsiyələrinin siyahısı (2000-2012)
Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiyanın Təbliği üzrə Qətnamə № 1861 (2012)
Məişət zorakılığı qurbanları üçün Müdafiə əmrləri haqqında Qətnamə № 1853 (2011)
Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiya layihəsinə dair rəy № 280 (2011)
Gender əsaslı sığınacaq tələbləri üzrə Qətnamə № 1765 və Tövsiyə 1940 (2010)
Məişət zorakılığının şahidi olmuş Uşaqlar haqqında Qətnamə № 1714 və Tövsiyə № 1905 (2010)
Məişət zorakılığına məruz qalma riski altında olan miqrant qadınlar haqqında Qətnamə № 1697 və Tövsiyə № 1891 (2009)
Tövsiyə № 1887 (2009)
Belə adlanan “namus-şərəf” cinayətləri ilə təcili mübarizə ehtiyacı haqqında Qətnamə № 1681 və Tövsiyə № 1881 (2009)
№ 1873 (2009)
Gender əsaslı insan hüquqlarının pozulması, o cümlədən qadın və gənc qızların qaçırılması ilə mübarizə hərəkatı haqqında Qətnamə № 1662 və Tövsiyə № 1868 (2009)
(2009)
Avropa Şurası Konvensiyası ilə Qadınlara qarşı zorakılıqla mübarizə haqqında: Avropa Şurası Konvensiyasına doğru Qətnaməsi № 1635 və Tövsiyə № 1847 (2008)
Qətnamə № 1582 və Tövsiyə № 1817 (2007) , kampaniyanın aralıq qiymətləndirilməsi
“Yırtıcı narkotik”lərlə əlaqəli cinsi təcavüz üzrə Tövsiyə № 1777 (2007)
Qadınlara qarşı məişət zorakılığı ilə mübarizədə birləşmiş Parlamentlər haqqında Qətnamə № 1512 və Tövsiyə № 1759 (2006)
Avropada qadınlara qarşı zorakılıqla mübarizə kampaniyası haqqında Tövsiyə № 1681 (2004)
Belə adlanan “namus-şərəf” cinayətləri haqqında Qətnamə № 1327 (2003)
Qadınlara qarşı məişət zorakılığı haqqında Tövsiyə № 1582 (2002)
Qadın sünnəti haqqında Qətnamə №1247(2001)
Avropada qadınlara qarşı zorakılıq haqqında Tövsiyə № 1450 (2000) 69 Əlavə IV Qadınlara qarşı zorakılıqla bağlı Avropa İnsan hüquqları Məhkəməsi tərəfindən baxılmış işlərin siyahısı
V.C. Slovakiyaya qarşı, 2011
Ebcin Türkiyəyə qarşı, 2011
Izevbekhai İrlandiyaya qarşı, 2011
Omeredo Avstriyaya qarşı, 2011
Hajduová Slovakiyaya qarşı, 2010
A. Xorvatiyaya qarşı, 2010
N. İsveçə qarşı, 2010
E.S. və başqaları v. Slovakiyaya qarşı, 2009
Opuz Türkiyəyə qarşı, 2009
Branko Tomašić və başqaları Xorvatiyaya qarşı, 2009
Bevacqua and S. Bolqarıstana qarşı, 2008
Maslova and Nalbandov Rusiyaya qarşı, 2008
Kontrova Slovakiyaya qarşı, 2007
M.C. Bolqarıstana qarşı, 2003
Aydın Türkiyəyə qarşı, 1997
X. and Y. Niderlanda qarşı, 1985
70 71 Əlavə V
Avropa Şurası Nazirlər Komitəsinin qadınların zorakılıqdan qorunması haqqında üzv dövlətlərə 2002-ci il tarixli 5 saylı Tövsiyəsi
Təşkilatının Konvensiyası (CEDAW) və onun Əlavə Protokolu
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiya (CEDAW) Komitəsinin qadınlara qarşı zorakılıq haqqında 19 saylı Ümumi Tövsiyəsi
Uşaq Hüquqları haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyası və onun Fakültativ Protokolları
Bəyannaməsi
Qadınlara qarşı zorakılığın qarşısının alınması, cəzalandırılması və aradan qaldırılması haqqında Amerika daxili Konvensiyası (Belem do Para konvensiyası)
Protokol ( Maputo Protokolu)
72 Əlavə VI
73 “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsinin üzvlərinin siyahısı Siyasi Əlaqələndirici: Cənab Mendes Bota (Portuqaliya, AXP/CD), Qadınlara qarşı zorakılıqla bağlı məsələlər üzrə Baş Məruzəçi.
25 Oktyabr 2012-ci ilə Üzv Dövlətlər Əlaqə saxlamaq üçün parlament üzvləri Siyasi qrup Albaniya Lajla Pernaska EPP/CD
Andorra Sílvia Eloïsa Bonet Perot SOC Ermənistan Hermine Naghdalyan ALDE
Azərbaycan Sevinj Fataliyeva EDG Avstriya Gisela Wurm SOC
Belçika Fatiha Saïdi SOC Bosniya və Herseqovina Ismeta Dervoz EPP/CD
Bolqarıstan Yuliana Koleva NR Xorvatiya Igor Kolman ALDE
Kipr Athina Kyriakidou SOC Çex Respublikası Alena Gajdůšková
SOC Danimarka Lone Loklindt ALDE Estoniya Mailis Reps ALDE
Finlandiya Ritta Myller SOC Fransa
Marie-Jo Zimmermann (National Assembly) EPP/CD Bernadette Bourzai (Senate) SOC Gürcüstan Chiora Taktakishvili ALDE
Almaniya Marlene Rupprecht SOC Yunanıstan Maria Giannakaki NR
Macarıstan Attila Gruber EPP/CD İslandiya Þuriður Backmann UEL
İrlandiya Maureen O'Sullivan UEL İtaliya
Deborah Bergamini (Chamber of Deputies) EPP/CD Anna Maria Carloni (Senate) SOC Lixtenşteyn Leander Schädler EPP/CD
Litva Dangutė Mikutienė
ALDE
Lüksemburq Lydia Mutsch SOC Malta
Francis Agius EPP/CD
Moldova Respublikası Liliana Palihovici EPP/CD Monako
Nicole Manzone-Saquet EPP/CD
Niderland Khadija Arib SOC Norveç
Håkon Haugli SOC
Polşa Elzbieta Radziszewska EPP/CD
EPP/CD 74 Üzv Dövlətlər Əlaqə saxlamaq üçün parlament üzvləri Siyasi qrup Rumıniya Maria Stavrositu EPP/CD
Portuqaliya Rusiya Federasiyası Nadezda Gerasimova EDG San Marino Nadia Ottaviani EPP/CD
Serbiya Elvira Kovács EPP/CD Slovakiya Respublikası Helena Mezenská NR
Sloveniya Andreja Črnak Meglič
SOC
İspaniya Carmen Quintanilla Barba EPP/DC İsveç
Carina Hägg SOC
İsveçrə Gerhard Pfister EPP/CD "Keçmiş
Yuqoslaviya Respublikası Makedoniya " Ermira Mehmeti Devaja SOC Türkiyə
Nursuna Memecan ALDE
Ukrayna Olena Bondarenko EPP/CD Birləşmiş Krallıq Baroness Nicholson ALDE
Müşahidəçilər Əlaqə saxlamaq üçün parlament üzvləri
Kanada David Tilson
Meksika Blanca Judith Díaz Delgado
Demokratiya naminə tərəfdaşlar Əlaqə saxlamaq üçün parlament üzvləri
Mərakeş Jamila El Mossalli
Fələstin Milli Şurası Najat Alastal Fələstin Milli Şurası
75
Siyasi mövqeyimizi nümayiş etdirərək aydın və qəti şəkildə, qanunverici orqanın nümayəndələri olaraq qadınlara qarşı zorakılığın cinayət və insan hüquqları pozuntusu olduğunu hesab etdiyimizi, buna göz yummağa, bəraət qazandırmağa və ya minimallaşdırmağa hazırlaşmadığımızı bildirmək;
çünki, o, zorakılığa mədəniyyət , adət-ənənə, din və ya “namus” kimi anlayışların fonunda bəraət qazandırılmasını istisna edir;
çünki, o, qadına qarşı zorakılığı adiləşdirən gender stereotiplərini və münasibətin dəyişdirilməsini məqsədə çevirib;
çünki, o, əlaqələndirilmiş yanaşma, yəni qabaqlayıcı tədbirlər, müdafiə, məhkəməyə cəlb olunma və vahid siyasətin bir araya gətirilməsinə əsaslandığı üçün qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında effektiv vasitə olacaqdır;
çünki, o, qadınlara qarşı zorakılığın bütün formalarını əhatə etməklə yanaşı məişət zorakılığının digər qurbanlarına - uşaqlar, kişilər və qocalara şamil edilə bilər;
çünki, o, minimum standartlar müəyyənləşdirməsinə baxmayaraq, dövlətlərə də daha qoruyucu standartlar təqdim və tətbiq etmək üçün imkanlar yaradır;
çünki, onun həyata keçirilməsi güclü və sərbəst mexanizm vasitəsilə monitorinq olunacaq;
çünki, effektiv şəkildə icrası üçün əlavə təminat olaraq Konvensiya milli parlament üzvlərini də monitorinq prosesinə cəlb edir;
çünki, qadınlara qarşı zorakılığın köklü şəkildə aradan qaldırılması üçün güclü siyasi və hüquqi fəaliyyət labüddür və hətta bunun zamanı artıq çoxdan çatıb.
Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsinin Üzvləri Document Outline
Download 0.7 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling