Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət
Download 0.7 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Konvensiyası (CETS No.210)
- I Fəsil – Məqsədlər, anlayışlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə, ümumi öhdəliklər Maddə 1 – Konvensiyanın məqsədləri
- Maddə 2 – Konvensiyanın əhatə dairəsi
- Maddə 4 – Əsas hüquqlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə
- Maddə 5 – Dövlətlərin öhdəlikləri və səyləri
- Maddə 6 – Gender baxımından həssas siyasətlər
- II Fəsil –Vahid siyasətlər və məlumatların toplanması Maddə 7 – Hərtərəfli və əlaqələndirilmiş siyasətlər
- Maddə 8 – Maliyyə resursları
- Maddə 9 – Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti
- Maddə 10 – Əlaqələndirici orqan
- Maddə 11 – Məlumatların toplanması və araşdırma
- III Fəsil – Preventiv tədbirlər Maddə 12 – Ümumi öhdəliklər
- Maddə 15 – Mütəxəssislərin təlimi
- Maddə 16 – Qabaqlayıcı müdaxilə və müalicə proqramları
- Maddə 17 – Özəl sektor və mətbuatın iştirakı
Əlavə I 30 Avropa Şurası Qadınlara qarşı Zorakılıq və Məişət Zorakığılınin Qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiyası (CETS No.210) İstanbul, 11 may 2011-ci il Preambula 31 Avropa Şurasının üzvü olan Dövlətlər və bu Konvensiyanı imzalayan digər tərəflər, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiya (ETS No. 5, 1950-ci il) və onun Protokolları, Avropa Sosial Xartiyası (ETS No. 35, 1961-ci il, 1996-cı ildə yenidən baxılmış, ETS No. 163), Avropa Şurasının İnsan Alveri əleyhinə Fəaliyyətə dair Konvensiyası (CETS No. 197, 2005-ci il) və Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi İstifadədən Müdafiəsinə dair Konvensiyasını (CETS No. 201, 2007-ci il) xatırlayaraq; Nazirlər Komitəsinin Avropa Şurasının üzv Dövlətlərinə aşağıdakı tövsiyələrini: Qadınların zorakılıqdan müdafiəsinə dair Rec(2002)5 saylı Tövsiyə, Gender bərabərliyi norma və mexanizmlərinə dair CM/Rec(2007)17 saylı Tövsiyə, Münaqişələrin qarşısının alınması və həll olunmasında, sülhün bərqərar edilməsində qadın və kişilərin roluna dair CM/Rec(2010)10 saylı Tövsiyə və digər müvafiq tövsiyələri xatırlayaraq; Qadınlara qarşı zorakılıq sahəsində əhəmiyyətli normalar yaradan Avropa İnsan Hüquqları Məhkəməsinin genişlənən presedentlərini diqqətə alaraq; Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966-cı il), İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt (1966-cı il), BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası (“CEDAW”, 1979-cu il) və onun Fakültativ Protokolu (1999-cu il), o cümlədən CEDAW Komitəsinin qadınlara qarşı zorakılıqla bağlı 19 saylı Ümumi Tövsiyəsi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası (1989-cu il) və onun Fakültativ Protokolları (2000-ci il) və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının (2006-cı il) müddəalarını diqqətə alaraq; Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna (2002-ci il) nəzər salaraq; Beynəlxalq humanitar qanunvericiliyin, xüsusilə də Müharibə dövründə mülki şəxslərin müdafiəsi ilə əlaqədar Cenevrə Konvensiyasının (IV) və onun I və II Əlavə Protokollarının (1977-ci il) təməl prinsiplərini xatırlayaraq; Qadınlara qarşı zorakılığın və məişət zorakılığının bütün formalarını pisləyərək; Qadınlarla kişilər arasında de-yura və de-fakto bərabərliyin bərqərar edilməsinin qadınlara qarşı zorakılığın qarşısının alınmasında əsas element olduğunu qəbul edərək; Qadınlara qarşı zorakılığın qadınlarla kişilər arasında tarixən qeyri-bərabər səlahiyyət bölgüsünün təzahürü olduğunu və bunun kişilərin qadınlar üzərində üstünlüyü və kişilər tərəfindən qadınlara qarşı ayrı-seçkilik, qadınların tam şəkildə tərəqqisinin qarşısını alması ilə nəticələndiyini qəbul edərək; Qadınlara qarşı zorakılığın struktur xüsusiyyətinin gender zəminli zorakılıq olduğunu və qadınlara qarşı zorakılığın kişilərə nisbətdə qadınların ikinci dərəcəli mövqedə qalmasını ən mühüm sosial mexanizmlərindən biri olduğunu qəbul edərək; Qadınların və qızların insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olan və qadınlarla kişilər arasında bərabərliyə nail olmaq üçün maneə törədən məişət
32 zorakılığı, cinsi qısnama, zorlama, məcburi nikah, namus cinayətləri və qadın sünnəti kimi ciddi zorakılıq formalarına tez-tez məruz qaldıqlarını böyük narahatçılıqla qəbul edərək; Silahlı münaqişələr zamanı mülki əhaliyə, xüsusilə də qadınlara geniş yayılmış və ya sistemli zorlama və cinsi zorakılıq formasında təsir edən insan hüquqlarının davamlı olaraq pozulması hallarının və həm münaqişələr zamanı, həm də onlardan sonra artan gender zəminli zorakılıq potensialının olmasını qəbul edərək; Qadınların və qızların kişilərlə müqayisədə daha çox gender zəminli zorakılıq riskinə məruz qaldıqlarını qəbul edərək; Məişət zorakılığının qadınlara qeyri-bərabər təsir etdiyini və kişilərin də məişət zorakılığı qurbanına çevrilə biləcəyini qəbul edərək; Uşaqların ailədə zorakılığa şahidlik etmə halları daxil olmaqla məişət zorakılığı qurbanları olduğunu qəbul edərək; Qadınlara qarşı zorakılıqdan və məişət zorakılığından azad bir Avropa yaratmaq ümidindən ilham alaraq, Aşağıdakılar barədə razılığa gəlmişlər:
1 Bu Konvensiyanın məqsədləri aşağıdakılardır: a qadınları zorakılığın bütün formalarından müdafiə etmək, qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısını almaq, təqib etmək və aradan qaldırmaq; b qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına yardım etmək və qadınların səlahiyyətlərinin genişləndirilməsi də daxil olmaqla qadınlarla kişilər arasında mülki bərabərliyi təşviq etmək ; c bütün qadınlara qarşı zorakılıq və məişət zorakılığı qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlər hazırlamaq; d qadınlara qarşı zorakılıq və məişət zorakılığını aradan qaldırmaq istiqamətində beynəlxalq əməkdaşlığı təşviq etmək; e
qadınlara qarşı zorakılıq və məişət zorakılığının aradan qaldırılmasına vahid yanaşma qəbul etmək məqsədilə təşkilat və hüquq-mühafizə orqanlarına effektiv əməkdaşlıq üçün yardım etmək. 2 Konvensiyanın müddəalarının onu imzalayan Dövlətlər tərəfindən effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə xüsusi monitorinq mexanizminin yaradılması nəzərdə tutulur. Maddə 2 – Konvensiyanın əhatə dairəsi 1 Bu Konvensiya məişət zorakılığı da daxil olmaqla, qadınlara qeyri-mütənasib formada təsir edən qadınlara qarşı zorakılığın bütün formalarına şamil olunur. 33 2
Tərəflər bu Konvensiyanı bütün məişət zorakılığı qurbanlarına tətbiq etməyə çağırılır. Konvensiyaya qoşulmuş Dövlətlərin bu Konvensiyanın müddəalarını həyata keçirərkən gender zəminli zorakılığın qadın qurbanlarına xüsusi diqqət yetirməsi tələb olunur. 3 Bu Konvensiya sülh dövründə və silahlı münaqişə vəziyyətlərində tətbiq olunur. Maddə 3 – Anlayışlar Bu Konvensiyanın məqsədləri üçün: a “qadınlara qarşı zorakılıq” insan hüquqlarının pozulması və qadınlara qarşı ayrı-seçkilik forması kimi başa düşülür və ictimai və ya şəxsi həyatda baş verməsindən asılı olmayaraq qadınlara fiziki, cinsi, psixoloji və ya iqtisadi zərər, yaxud işgəncə, o cümlədən bu cür davranış təhlükələri, məcbur etmə və ya özbaşına azadlıqdan məhrumetmə ilə nəticələnən bütün gender zəminli zorakılıq əməlləri mənasını ifadə edir. b
“məişət zorakılığı” dedikdə təqsirkarın qurbanla eyni yaşayış yerini paylaşdığından və ya paylaşmış olmasından asılı olmayaraq, ailə daxilində, məişət vahidində, yaxud keçmiş və ya hazırkı həyat yoldaşları, partnyorlar arasında bütün fiziki, cinsi, psixoloji və ya iqtisadi zorakılıq əməlləri nəzərdə tutulur; c “gender” dedikdə hər hansı bir cəmiyyətin qadın və kişilər üçün müvafiq hesab etdiyi sosial rollar, davranışlar, fəaliyyət və atributlar başa düşülür; d “qadınlara qarşı gender zəminli zorakılıq” qadın olduqları üçün onlara qarşı yönləndirilən və onlara qeyri-proporsional şəkildə təsir edən zorakılıq deməkdir; e a və b maddələrində göstərilən hallara məruz qalan hər bir şəxs “qurban” hesab edilir; f
18 yaşından kiçik qızlar da “qadın” hesab edilir. Maddə 4 – Əsas hüquqlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə 1 Konvensiyaya qoşulmuş Tərəflər hər kəsin, xüsusilə də qadınların həm ictimai, həm də şəxsi həyatda zorakılıqdan azad yaşama hüququnu təşviq və müdafiə etmək üçün zəruri hüquqi və digər tədbirlər görməlidir. 2 Tərəflər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını pisləyirlər və onun qarşısını almaq üçün xüsusilə də aşağıdakı yollarla zəruri təxirəsalınmaz hüquqi və digər tədbirlər görməlidirlər: - milli konstitusiyalarında və digər müvafiq qanunlarında qadınlarla kişilərin bərabər olması prinsipini təcəssüm etdirmək və bu prinsipin təcrübədə tətbiqini təmin etmək;
- lazım olarsa, sanksiyalar tətbiq etmək yolu da daxil olmaqla qadınlara qarşı ayrı-seçkiliyi qadağan etmək;
- qadınlara qarşı ayrı-seçkiliyin nəzərdə tutulduğu qanun və təcrübələri ləğv etmək.
34 3 Bu Konvensiyanın müddəalarının Konvensiyaya qoşulmuş Dövlətlər tərəfindən həyata keçirilməsi zamanı, xüsusilə də qurbanların hüquqlarının müdafiəsi tədbirlərində cinsi əlamətlərindən, irqindən, rəngindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli və ya ictimai mənşəyindən, milli azlıqlara mənsub olmasından, mülkiyyət, doğum,
cinsi oriyentasiyasından, gender mənsubiyyətindən, yaşından, sağlamlıq vəziyyətindən, əlillik, ailə vəziyyəti, miqrant və ya qaçqın statusu və digər vəziyyətlərindən asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilə bilməz. 4 Qadınların gender zəminli zorakılığa məruz qalmasının qarşısını almaq və onları qorumaq üçün zəruri olan xüsusi tədbirlər bu Konvensiya çərçivəsində ayrı- seçkilik hesab edilməməlidir. Maddə 5 – Dövlətlərin öhdəlikləri və səyləri 1 Tərəflər qadınlara qarşı hər hansı zorakılıq əməlində iştirakdan çəkinməli və Dövlətin adından fəaliyyət göstərən Dövlət orqanlarının, məmurların, rəsmi şəxslərin, qurumların və digər tərəflərin bu öhdəliyə əməl etməsini təmin etməlidirlər. 2 Tərəflər qeyri-Dövlət qurumlarının törətdiyi və bu Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılıq əməllərinin qarşısını almaq, araşdırmaq, cəzalandırmaq və təzminat təmin etmək məqsədilə zəruri hüquqi və digər tədbirlər görməlidirlər. Maddə 6 – Gender baxımından həssas siyasətlər Tərəflər bu Konvensiyanın müddəalarının tətbiqi
və nəticələrinin qiymətləndirilməsinə gender perspektivini daxil etməyi və qadınlarla kişilərin bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə siyasətləri təşviq edib səmərəli şəkildə həyata keçirməyi öz öhdəliyinə götürürlər.
1 Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq üçün bütün müvafiq tədbirləri özündə əks etdirən Dövlət miqyasında effektiv, hərtərəfli və əlaqələndirilmiş siyasətlər qəbul edib həyata keçirmək və qadınlara qarşı zorakılığa vahid cavab vermək məqsədilə lazımı hüquqi və digər tədbirlər keçirməlidirlər. 2 Tərəflər 1-ci bənddə istinad edilmiş siyasətlərin zərərçəkmişlərin hüquqlarını bütün tədbirlərin mərkəzində saxlanmasını və bütün müvafiq agentlik, qurum və təşkilatlar arasında səmərəli əməkdaşlıq yolu ilə həyata keçirilməsini təmin etməlidirlər. 3 Bu müqavilə əsasında görülən tədbirlərə, lazım gələrsə, hökumət agentlikləri, milli, regional və yerli parlamentlər və orqanlar, milli insan hüquqları institutları və vətəndaş cəmiyyəti təşkilatları kimi bütün müvafiq tərəflər cəlb edilməlidir. Maddə 8 – Maliyyə resursları Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq məqsədilə qeyri-
35 hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənlər də daxil olmaqla inteqrasiya edilmiş siyasət, tədbir və proqramların müvafiq qaydada icrası üçün lazımı maliyyə və insan resursları ayırmalıdırlar. Maddə 9 – Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti Tərəflər qadınlara qarşı zorakılıqla mübarizə sahəsində fəal olan müvafiq qeyri- hökumət təşkilatları və vətəndaş cəmiyyətinin işini bütün səviyyələrdə tanımalı, stimullaşdırmalı və dəstəkləməli, o cümlədən bu təşkilatlarla effektiv əməkdaşlıq yaratmalıdırlar.
1 Tərəflər bu Konvensiyanın şamil olunduğu zorakılığın bütün formalarının qarşısının alınması və onlarla mübarizə sahəsindəki siyasət və tədbirlərin əlaqələndirilməsi, icrası və qiymətləndirilməsi üzrə məsul bir və ya daha çox rəsmi orqan təyin və ya təsis etməlidirlər. Bu orqanlar Maddə 11-də istinad edildiyi kimi məlumatların toplanmasını əlaqələndirəcək, nəticələri təhlil edib yayacaq. 2 Tərəflər bu maddəyə uyğun olaraq təyin edilmiş və ya yaradılmış orqanların VIII Fəslə müvafiq olaraq görülən tədbirlərin ümumi cəhətləri haqqında məlumat almasını təmin edəcək. 3 Tərəflər bu müqaviləyə uyğun şəkildə təyin edilmiş və ya yaradılmış orqanların bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanına malik olmasını və digər tərəfdaş Dövlətlərdəki həmkarları ilə əlaqələri genişləndirməsini təmin edəcək. Maddə 11 – Məlumatların toplanması və araşdırma 1 Bu Konvensiyanın tətbiqi məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: a bu Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formaları ilə bağlı hadisələr haqqında müntəzəm intervallarla təfərrüatlı müvafiq statistik məlumat toplamaq;
b
zorakılıq formalarının əsas səbəblərini və təsirlərini, baş vermə və məhkum edilmə dərəcələrini, o cümlədən bu Konvensiyanı tətbiq etmək üçün görülən tədbirlərin effektivliyini müəyyən etmək üçün bu Konvensiya tərəfindən əhatə olunan bütün zorakılıq formaları sahəsində aparılan araşdırmalara dəstək olmaq. 2 Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq formalarının yayılmasını və meyllərini qiymətləndirmək məqsədilə müntəzəm intervallarla əhaliyə əsaslanan sorğular keçirməyə çalışmalıdır. 3 Tərəflər, bu Konvensiyanın 66-cı Maddəsində istinad edildiyi kimi, beynəlxalq əməkdaşlığa təkan vermək və beynəlxalq təhlillərin keçirilməsinə imkan yaratmaq üçün ekspertlər qrupunu bu maddəyə əsasən toplanmış məlumatlarla təmin etməlidir. 4 Tərəflər bu maddəyə uyğun olaraq toplanmış məlumatların ictimaiyyətə açıqlanmasını təmin etməlidir. 36 III Fəsil – Preventiv tədbirlər Maddə 12 – Ümumi öhdəliklər 1 Tərəflər qadınların aşağı təbəqə olması fikrinə və ya qadın və kişilərin stereotiplərə məruz qalmış rollarına əsaslanan zehniyyəti, adət-ənənələri və digər təcrübələri aradan qaldırmaq məqsədilə qadın və kişilərin sosial və mədəni davranış formalarının dəyişməsini təşviq etmək üçün lazımı addımlar atmalıdırlar. 2 Tərəflər hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən bu Konvensiyada nəzərdə tutulan bütün zorakılıq formalarının törədilməsinin qarşısını almaq üçün zəruri hüquqi və digər tədbirlər görməlidirlər. 3 Bu Fəslə uyğun olaraq görülən hər hansı tədbir zamanı müəyyən şərtlər nəticəsində müdafiəsiz qalmış şəxslərin xüsusi ehtiyacları nəzərə alınmalı və qarşılanmalı, o cümlədən zərərçəkmişlərin insan hüquqları diqqət mərkəzində saxlanmalıdır. 4 Tərəflər cəmiyyətin bütün üzvlərinin, xüsusilə də kişi və oğlanların bu Konvensiyada nəzərdə tutulmuş bütün zorakılıq formalarının qarşısının alınmasına fəal şəkildə yardım etməsini stimullaşdırmaq üçün lazımı addımlar atmalıdırlar. 5 Tərəflər mədəniyyət, adət, din, ənənə və ya namus məsələlərinin bu Konvensiyada nəzərdə tutulan zorakılıq əməllərindən hər hansı birinin törədilməsi üçün əsas hesab edilməməsini təmin etməlidirlər. 6 Tərəflər qadınlara verilən səlahiyyətlərin genişləndirilməsi məqsədilə proqram və səlahiyyətlərin təşviqi üçün lazımı tədbirlər görməlidirlər. Maddə 13 – Maarifləndirmə
1 Tərəflər, lazım olarsa, milli insan hüquqlarının müdafiəsi institutları və bərabərliyin təşviqi ilə məşğul olan orqanlar, vətəndaş cəmiyyəti və qeyri- hökumət təşkilatları, xüsusilə qadın təşkilatları ilə əməkdaşlıq da daxil olmaqla ümumi ictimaiyyət arasında bu Konvensiyada nəzərdə tutulan bütün zorakılıq formaları, onların uşaqlara təsirləri və bu cür zorakılığın qarşısını alma ehtiyacı haqqında məlumatlılığı və anlayışları artırmaq məqsədilə müntəzəm olaraq və bütün səviyyələrdə məlumatlılığın artırılması kampaniya və ya proqramlarının keçirilməsini təşviq və tətbiq etməlidirlər.
2
zorakılıq əməllərinin qarşısını almaq üçün mövcud tədbirlər haqqında məlumatların geniş yayılmasını təmin etməlidirlər. Maddə 14 – Təhsil 37 1 Tərəflər, tələb olunarsa, qadınlarla kişilər arasında bərabərlik, stereotiplərə məruz qalmayan gender rolları, qarşılıqlı hörmət, münaqişələrin şəxslərarası əlaqələrlə qeyri-zorakı yolla həlli, qadınlara qarşı gender zəminli zorakılıq və şəxsi təhlükəsizlik hüququ kimi məsələlərlə bağlı tələbələrin inkişaf edən imkanlarına uyğunlaşdırılmış tədris materiallarının təhsilin bütün səviyyələrində rəsmi tədris kurrikulumuna daxil edilməsi üçün zəruri addımlar atmalıdırlar. 2 Tərəflər 1-ci bənddə istinad edilmiş prinsiplərin qeyri-rəsmi təhsil müəssisələrində, o cümlədən idman, mədəniyyət və istirahət obyektlərində və mətbuatda təşviq edilməsi üçün lazımı qaydada tədbirlər görməlidirlər.
1 Tərəflər bu Konvensiyada nəzərdə tutulan bütün növ zorakılıq əməllərinin qurbanları və ya törədiciləri ilə çalışan mütəxəssislərin bu cür zorakılıq hallarının qarşısının alınması və aşkar edilməsi, qadınlarla kişilər arasında bərabərlik, zərərçəkmişlərin ehtiyac və hüquqları, o cümlədən ikinci dəfə qurbana çevrilmə ehtimalının qarşısının alınması ilə bağlı təlimləndirilməsini təmin etməlidirlər. 2 Tərəflər 1-ci bənddə nəzərdə tutulan təlimə bu Konvensiyanın əhatə etdiyi zorakılıq hallarında işlərə hərtərəfli və lazımı qaydada baxmaq imkanı verən agentliklərarası əlaqəli əməkdaşlıqla bağlı təlimin daxil edilməsini müdafiə edir.
1
Tərəflər, gələcəkdə zorakılığın qarşısını almaq və zorakı davranış formalarını dəyişmək baxımından məişət zorakılığı törədənlərin şəxslərarası münasibətlərdə qeyri-zorakı davranış aşılamağa yönəlmiş proqramlar hazırlamaq və ya bu cür proqramların hazırlanmasına kömək etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidir. 2 Tərəflər zorakılıq əməlləri, xüsusilə də cinsi tərkibli cinayət əməli törədicilərinin təkrar cinayət törətmələrinin qarşısını almağa yönəlmiş proqramlar işləyib hazırlamaq və ya onların hazırlanmasına dəstək olmaq üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər. 3 1 və 2-ci bəndlərdə istinad edilmiş tədbirləri gördükdə Tərəflər zərərçəkmişlərin təhlükəsizliyinin, onlara yardımın və onların insan hüquqlarının diqqət mərkəzində dayanmasını və tələb olunarsa, bu proqramların zərərçəkmişlər üçün peşəkar yardım xidmətləri ilə sıx əlaqədə hazırlanıb həyata keçirilməsini təmin etməlidirlər.
1 Tərəflər özəl sektor, informasiya və kommunikasiya texnologiyaları sektoru və mətbuatı ifadə azadlığı və müstəqilliklərinə lazımı hörmət göstərməklə siyasətlərin işlənib hazırlanması və tətbiqində iştirak etməyə və qadınlara qarşı
38 zorakılığın qarşısını almaq və onların ləyaqətinə hörməti artırmaq məqsədilə təlimat və özünütənzimləyici normalar yaratmağa həvəsləndirir. 2 Tərəflər özəl sektor təmsilçiləri ilə birgə uşaqlar, valideynlər və tədris sahəsində çalışanlar arasında zərərli ola biləcək cinsi və ya zorakı tərkibli alçaldıcı məzmuna çıxış təmin edən məlumat və kommunikasiya mühiti ilə necə davranmaq bağlı vərdişlər yaratmalı və təşviq etməlidir.
Download 0.7 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling