149
§ 16. SAĞLAM HƏYAT TƏRZİ VƏ ONUN MAHİYYƏTİ
Əgər bir insan həyatı, yaşamağı sevirsə, onda təbii ki, özünə
qarşı da bu hissləri keçirməlidir. Bunun üçün isə ilk növbədə
insan gərək öz sağlamlığının qaydına qalmalıdır ki, yaşasın,
yaşadıqca da sevib-sevilsin.
Sağlam həyat tərzi
hər bir insanın öz sağlamlığını yaxşı-
laşdırmağa, xəstəliklərin profilaktikasina və keyfiyyətli həyat
qurmağa yönəlmiş yaşam formasıdır. Sağlam həyat tərzinin
köməyilə insan öz ömrünü təkcə kəmiyyət baxımından deyil,
həm də keyfiyyətcə yüksəldir və öz sosial funksiyalarını
hərtərəfli, mükkəməl yerinə yetirir.
Sağlam həyat tərzinə təsir edən digər faktorlara cəmiyyət
strukturlarının mürəkkəbləşməsini, ekoloji, psixi, siyasi və
hərbi (müharibə) amilləri də aid etmək olar. Hansilar ki, insan
orqanizminə çox mənfi təsir göstərir.
Sağlam həyat tərzinin əsasını təşkil edən komponentlər var
ki, onlar fərdin ətraf mühitə və dəyişmiş mənəvi,
ruhi duru-
muna adaptasiyasının fizioloji mexanizmlırini təşkil edir. Sağ-
lam həyat tərzinin əsas komponenetləri aşagıdakılardır:
-
Mütəmadi fiziki işlər və idman;
- Rassional qidalanma;
-
Yuxu rejimi;
-
Şəxsi
gigiyena;
-
Orqanizmin möhkəmləndirilməsi;
-
Zərərli vərdişlərdən imtina (siqaret, spirtli içkilər, nar-
kotiklərdən istifadə və s.)
Fiziki işlər və ya idman.
Sağlamlığın əsas şərtlərindən biri
olan idman insanları həm formada saxlayır, həm də bədəndə
olan bəzi artıq piy piqmentlərini əridir. Piy piqmentləri insanlar
üçün ən böyük
problemdir, əsasən də sağlamlıq üçün
olduqca
təhlükəlidir (şəkil 69).