Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet112/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   108   109   110   111   112   113   114   115   ...   183

MEDĐANA

  –  1)  təsadüfi  hallı  kvantilin 

paylanmasının  miqdarca  xarakteristikasıdır:  ½ 

mediana sırasının kvantili m ədədi adlandırılır ki, 

bu da F(m)

5

,

0



 və F(m+0)>0,5 şərtlərini təmin 

edir.  Burada  F(m)  –  X  təsadüfi  kəmiyyətlərin 

paylanma  funksiyasıdır.  Riyazi  statistikada  asılı 

olmayan  x

1

,  x



2

,  ...  x

n

  müşahidə  sırası  üçün 



mediananın  qiymətləndirilməsi  üçün  variasiya 

sırasının  mərkəzində  yerləşən,  seçmə  mediana 

(M

e

)  adlandırılan  əlamətin  qiymətindən  istifadə 

edilir.  Əgər  sıra  müşahidələrin  tək  sayına 

malikdirsə  (2

n

+1),  onda  mediana  (n+1)-m 



qiymətinə uyğun gəlir, cüt (2

n

) olduqda isə sıranın 



mərkəzində  yerləşən  iki  əlamətin  qiymətlərinin 

orta  hesabi  kəmiyyəti  kimi  müəyyənləşdirilir;  2) 

müəyyən qaydada düzülmüş variasiya sırasını tən 

iki  bərabər  hissəyə  bölən  ədəd  mediana  adlanır. 

Tək  üzvlü  variasiya  sırasında  sıranın  mərkəzində 

yerləşən  variant  mediana  hesab  olunur  və  ardıcıl 

düzülmüş  variasiya  bölgü  sırası  cüt  olarsa, 

mediana  ortada  yerləşən  iki  variantın  hesabi  orta 

kəmiyyəti kimi müəyyən edilir.   Fasiləli variasiya 

sıraları  əsasında  mediananı  hesablamaq  üçün 

aşağıdakı düsturdan istifadə edilir:  

           



m

m

e

f

S

f

d

X

M

1

0



2



+

=



 

Burada  X0  –  median  fasiləsinin  aşağı  sərhədini,  

d- median variantında fasilənin böyüklüyünü. 



f

-  variasiya  sırasında  çəkilərin  (tezliklərin) 

cəmini, 


)

1

( −



m

S

  -  mediana  fasiləsindən  əvvəl  olan 

variantların  çəkilərinin  artan  yekunla  cəmini, 

m

f

  

- mediana fasiləsində variantın çəkisini göstərir. 



 

MEHMANXANA 

XĐDMƏTLƏRĐ

 

– 



mehmanxanalarda, 

kempinqlərdə 

və 

ya 


kempinqlərin  ərazilərindəki  tikililərdə,  konkret 

təşkilatın  məhdud  və  ya  qeyri-məhdud  üzvləri  ilə 

əhali  üçün  açıq  qısamüddətli  yaşayış  təqdim 

edilməsi  üzrə  ödənişli  xidmətlərdir;  həmçinin 

motellər, yataqxanalar, gözləmə salonları, gələnlər 

üçün  evlər,  gecələmə  evləri  və  s.  göstərilən 

xidmətlərdir. 

 

MEHMANXANA  VƏ  MEHMANXANA 



TĐPLĐ  MÜƏSSĐSƏLƏR

  -  nömrələrin  sayı 

müəyyən  edilmiş  minimum  saydan  çox  olan, 

vahid  rəhbərliyə  malik,  nömrələrində  gündəlik 

yataqların 

səliqəyə 

salınması 

və 

sanitar 


qovşaqların 

yığışdırılması 

daxil 

edilməklə, 



turistlərə 

müəyyən 


xidmətlər 

göstərilən, 

xidmətlərin və mövcud avadanlıqların səviyyəsinə 

əsasən qrup və kateqoriyalara bölünən müəssisələr 

aiddir. 

 

MEHMANXANALAR 



(MOTELLƏR, 

GƏLMƏLƏR  ÜÇÜN  YATAQXANALAR) 

TƏRƏFĐNDƏN  VERĐLƏN  ÇARPAYI-

GÜNLƏR

 

– əvvəlcədən ayrılan nömrə və yerlər 



daxil olmaqla, daimi və müvəqqəti istifadə olunan 

yerlərin  sayıdır  və  yaşayanların  qeydiyyat  kitabı 

əsasında müəyyən edilir. 

 

MEHMANXANALARIN 



(MOTELLƏ-

RĐN,  GƏLMƏLƏR  ÜÇÜN  YATAQXA-

NALARIN)  BĐRDƏFƏLĐK  TUTUMU

  – 

bütün nömrələrdə quraşdırılmış daimi çarpayıların 

sayıdır. 

 

MEHMANXANALARIN 



(MOTELLƏ-

RĐN, 

GƏLMƏLƏR 

ÜÇÜN 

YATAQ-

XANALARIN)  ÜMUMĐ  SAHƏSĐ

  –  bütün 

nömrələrin və yardımçı yerlərin (mətbəxin, vanna 

və  yaxud  duşxanalar,  tualetlər,  saxlanma  yerləri, 

bufetlər,  anbar  və  məişət  otaqları,  dəhlizlər, 

girəcəklər,  gözləmə  otaqları  və  s.)  ümumi 

sahəsidir. 

 

MEXANĐKĐ  SEÇMƏ

  –  1)  seçmə  məcmusuna 

vahidlərin  daxil  edilməsi  üçün  hər  hansı  bərabər 

intervallarla 

(addımlarla) 

həyata 

keçirilən 



 

431


seçmədir.  Məsələn,  seçməyə  hər  5;  10;  15;  20-ci 

və  s.  vahidlər  (seçmə  intervalı  5-ə  bərabərdir) 

daxil  edilir.  Seçmənin  başlanğıcı  cədvəldəki 

nömrələrin təsadüfü sayından 1-ci intervala uyğun 

olaraq (məsələn, 1, 2, 3, 4, 5), püşkatma yolu ilə, 

hesablama yolu ilə (məsələn, seçmə addımını 2-yə 

bölməklə)  və  ya  təsadüfi  rəqəmlər  cədvəlindən 

təyin edilir; 

2)  seçmə  məcmusunun  sistematik    (mexaniki) 

seçilmiş 

vahidlərdən 

ibarət 


olan 

sistemləşdirilməmiş 

və 

ya 


sistemləşdirilmiş  

altçoxluğudur:  əlifba  sırası  üzrə,    coğrafi 

prinsiplər  üzrə,  hər  hansı  bir  əlamətin  artması  və 

ya azalması qaydasında və s. 

 

MERÇENDAYZĐNQ

 

(əmtəəşünaslıq) 

– 

ticarət  və  satış  işlərində  əmtəələrin  satışının 



intensivləşdirilməsinə 

(qiymətlərin 

çevik 

tənzimlənməsinə, 



iri 

alıcılara 

həvəsləndirici 

güzəşt  və  imtiyazların  verilməsinə,  satış  və 

satışdan  sonrakı  xidmətlər  dəstinin,  əmtəələrin 

reklamının (firma qablaşdırmaları, əmtəələrin açıq 

qoyulması və nümayişi və s.) genişləndirilməsinə) 

yönəldilən kompleks marketinq tədbirləridir. 

 

MENECMENT

 

– 



idarəetmə 

elminin 


nailiyyətlərinin  istifadə  edilməsi  ilə  istehsalın  və 

istehsal  heyətinin  idarə  edilməsi  prinsiplərinin, 

formalarının,  metodların,  üsulların  və  vasitələrin 

məcmusudur.  Menecmentin  əsas  məqsədi  – 

istehsalın  yüksək  səmərəliliyinə  nail  olmaq, 

müəssisənin, 

firmanın, 

şirkətin 

resurs 

potensialından düzgün istifadə etməkdir.   



 

MEŞƏ  BƏRPASI

  –  1)  talalarda,  yanmış  meşə 

ərazilərində,  boş  yerlərdə,  ağacları  kəsilmiş 

yerlərdə  və  əvvəllər  meşə  altında  olmuş  digər 

sahələrdə  meşələrin  bərpası  üzrə  tədbirlərin 

həyata  keçirilməsidir.  Meşə  bərpası  meşələrdən 

səmərəli 

istifadəni 

xarakterizə 

edən 

əsas 


göstəricidir  (ona  ağacların  basdırılması  və  əkini, 

həmçinin  ən  qiymətli  ağac  növlərinin  cavan  və 

körpələrinin  törəməsi  və  qorunmasına  imkan 

verən və onun təbii bərpasını təmin edən tədbirlər, 

o  cümlədən  meşənin  təzələnməsini  təmin  etmək 

üçün 


qırılmış 

və 


ağac 

altındakı 

yerlərin 

yumşaldılması;  talaların  çəpərlənməsi,  meşələrin 

kəsilməsində  qiymətli  ağac  növlərinin  qorunması 

və  s.  daxildir).  Meşələrin  bərpası  statistikasında 

baxılan  dövrdə  müvafiq  işlərin  yerinə  yetirilməsi 

əsasən  sahələrin  ölçüləri  üzrə  öyrənilir.  Meşə 

bərpası  işlərinin  səmərəliliyi  yetişmə  qabiliyyəti 

göstəricisi 

ilə, 

yəni 


yetişmiş 

meşələr 


kateqoriyasına 

keçirilmiş 

cavan 

meşələrin 



sahəsinin basdırılmış və əkilmiş meşələrin ümumi 

sahəsinə  olan  nisbəti  ilə  xarakterizə  edilir;  2) 

əvvəllər  meşə  yerləri  olmuş,  kəsilmiş,  yanmış  və 

boş  yerlərdə,  açıqlıqlarda  və  digər  sahələrdə 

meşələrin 

bərpa 


edilməsi 

üzrə 


aparılan 

tədbirlərdir. 

Meşə 

bərpa 


işləri 

ağacların 

basdırılmasını,  əkilməsini  və  təbii  təzələnməsinə 

(bərpa edilməsinə) yardımı birləşdirir. 

 

MEŞƏ  EHTĐYATLARI  STATĐSTĐKASI

  –  

meşələrin mövcudluğunu, vəziyyətini, istifadəsini, 

bərpasını,  konkret  yer  və  zaman  şəraitində onlara 

xidmət 


üzrə 

tədbirləri, 

həmçinin 

meşə 


təsərrüfatının  aparılması  üçün  əmək,  material  və 

maliyyə  ehtiyatlarından  istifadəni  əks  etdirən 

statistika sahəsidir. Meşə ehtiyatları statistikasının 

göstəricilər sistemi meşə fondları ərazisinin torpaq 

kateqoriyaları 

üzrə 


bölünməsini, 

meşələrin 

qorunmasının  (suyun  qorunması,  mühafizə  və  s.) 

qruplar  və  kateqoriyalar  üzrə  mövcudluğu  və 

vəziyyətini,  meşəni  təşkil  edən  əsas  növlər 

(iynəyarpaqlı,  yarpaqlı),  yaş  və  s.  üzrə  meşələrin 

qruplaşdırılmasını  əks  etdirir.  Meşə  ehtiyatları 

statistikasının  göstəriciləri  meşə  ehtiyatlarını, 

onun  istifadəsi  və  yenidən  bərpa  edilməsini 

(meşənin 

kəsilməsi, 

meşə 


yanğınları, 

ziyanvericilərdən və xəstəliklərdən məhv olmalar, 

meşəyə  qulluq  etmək  üçün  kəsmələr,  təbii 

təzələnməyə  yardım  və  s.)  müəyyən  edir. 

Göstəricilər  meşə  ehtiyatlarının  və  onlardan 

istifadənin 

vəziyyətinə 

nəzarətin, 

qiymətləndirilməsinin  və  təhlilinin  və  onlardan 

istifadənin, 

meşə 

təsərrüfatı 



istehsalının 

aparılmasının uçotu, həmçinin meşə təsərrüfatının 

inkişafının  perspektiv  və  problemli  məsələlərinin 

həll edilməsi üçün tətbiq edilir. 

 

MEŞƏ  FONDU

  –  1)  ölkənin  ərazisinin  meşə 

örtüyü altında olan, həmçinin meşə örtüyü altında 

olmayan,  lakin  meşə  təsərrüfatının  ehtiyacları 

üçün  nəzərdə  tutulan  bir  hissəsidir.  Meşə  fondu 

torpaqlarına  daxildir:  a)  meşə  sahələri  (meşə  ilə 

örtülmüş  və  meşə  ilə  örtülməmiş);  b)  qeyri-meşə 

sahələri  (meşələrdəki  biçənəklər,  otlaqlar,  yollar, 

keçidlər,  sular,  bataqlıqlar  və  s.).  Meşə  fondu 

torpaqları  dövlət  əhəmiyyətli  meşələrdən  (meşə 

təsərrüfatlarının xüsusi təşkilatlarının istifadəsində 

olan  meşələr;  nazirlik  və  baş  idarələrə  məxsus 

olan meşələr; qoruq meşələri və s.), habelə ictimai 



kənd  təsərrüfatı  istehsalına  məxsus  meşələrdən 

ibarətdir. 

Meşə  ehtiyatları  iqtisadi  əhəmiyyətinə  və  yerinə 

yetirdiyi funksiyaya görə xarakterizə olunur və üç 

qrupa  bölünür:  1)  daha  çox  su  mühafizəedici, 

qoruyucu,  sanitar-gigiyenik  və  sağlamlaşdırıcı 

funksiyaları yerinə yetirən meşələr, o cümlədən su 

mühafizəsi 

zonalarının 

meşələri, 

şəhərətrafı 

yaşıllaşdırma zonaları, qoruqlara məxsus meşələr 

və s; 2) az meşəli rayonlarda yerləşən və məhdud 

istifadə  əhəmiyyətinə  malik  meşələr;  3)  çox-


 

432 


meşəli  rayonlarda  yerləşən  və  mühüm  istifadə 

əhəmiyyəti  olan  meşələr.  Meşələr  yetkinlik 



dərəcəsinə  görə,  təzə  basdırılan,  inkişafda  olan, 

yetişmiş,  qocalmış  və  s.  meşələrə;  cins  tərkibinə 

görə  isə  iynəyarpaqlı,  enliyarpaqlı,  bərkyarpaqlı, 

yumşaq yarpaqlı və s. meşələrə bölünür. 

Meşələrin  uçotuna  dair  materiallar  meşə  fondu 

haqqında  statistik  məlumatların  mənbəyi  hesab 

edilir.  Meşə  fondunun  öyrənilməsi  həm  meşəaltı 

sahə göstəriciləri üzrə, həm də meşə mənbələrinin 

ehtiyatları  (həcmi)  üzrə  həyata  keçirilir.  2) 

Azərbaycan 

Respublikasında 

meşə 


qanunvericiliyinə 

uyğun 


olaraq, 

müdafiə 


torpaqlarında  və  yaşayış  məntəqələrində,  habelə 

meşə  ilə  örtülü  (meşə  və  qeyri-meşə  torpaqları) 

olmasa  da,  meşə  fonduna  aid  edilən  torpaqlarda 

yerləşən meşələr istisna olmaqla, bütün meşələrin 

məcmusudur. 

 

MEŞƏ  ĐLƏ  ÖRTÜLÜ  SAHƏ



  -  meşə 

fondunun  bir  hissəsi  hesab  edilən,  faktiki  olaraq 

meşəsalmanı  təşkil  edən  meşə (ağac)  növlərindən 

ibarət  olan  ərazidir.  Meşə  ilə  örtülməmiş  ərazi 

meşəsalmanı  təşkil  edən  meşə (ağac)  növlərindən 

ibarət  olan  ərazidir.  Meşə  ilə  örtülməmiş  ərazi 

məhv olmuş ərazini, qırılmış, boş yerləri, talaları, 

seyrək  yerləri  və  digər  sahələri  əhatə  edir;  meşə 

ilə  örtülməmiş  ərazi  sonradan  meşəsalma  üçün 

nəzərdə tutulmuşdur. Meşə ilə örtülmüş sahə meşə 

ehtiyatlarının  dövlətlərarası  müqayisəsinin  həyata 

keçirilməsi  üçün  mühüm  beynəlxalq  məlumat 

(xarakteristika) hesab edilir. 

 

MEŞƏ  ĐLƏ  ÖRTÜLÜ  TORPAQ  SAHƏ-

LƏRĐNĐN  PAYI

  (Minilliyin  bəyannaməsində 

əks olunmuş inkişaf göstəricilərindən) - ümumi 

torpaq  sahəsinin  tərkibində  meşə  massivlərinin 

payıdır.  Torpaq  sahəsi  –  iri  çay  və  göllər  kimi 

daxili  sularla  örtülmüş  rayonlar  istisna  olmaqla, 

müvafiq ölkənin ümumi sahəsinin səthidir. BMT-

nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatının 

“Global  Forest  Resources  Assessment,  2000” 

(Meşə  ehtiyatlarının  qlobal  qiymətləndirilməsi, 

2000-ci  il)  sənədindəki  tərifə  görə,  meşə  anlayışı 

özündə həm təbii meşələri, həm də salınmış meşə 

sahələrini  birləşdirir.  Bu  anlayış,  mövcud  və 

mümkün  ağac  örtüyü  10  faizdən  çox  olan,  sahəsi 

0,5 ha-dan az olmayan və ağaclarının hündürlüyü 

5 m-dən az olmayaraq bitə bilən torpaq sahələrinə 

aiddir.  Meşə  həm  ağacların  mövcudluğu  meyarı 

üzrə,  həm  də  onların  sahələrində  torpaqdan 

istifadənin  digər  metodlarının  tətbiq  olunmaması 

faktı  üzrə  müəyyənləşdirilir.  Meşəsi  silinmiş, 

lakin  yaxın  gələcəkdə  meşənin  bərpası  işlərinin 

aparılması nəzərdə tutulan torpaq sahələri də  bura 

aiddir.  Birinci  növbədə  kənd  təsərrüfatı  istehsalı 

üçün  yaradılmış  meşələr,  o  cümlədən  meyvə 

ağaclarının əkilməsi buraya aid deyildir.  

Ümumi torpaq sahəsinin tərkibində meşələrin payı 

ölkələr  tərəfindən  təqdim  olunan  peyklərdən 

alınmış  görüntülər  əsasında  və  yaxud  məsafədən 

zond  etmə  məlumatlarının  təhlilinin  digər 

alətlərinin köməyi ilə alınmış məlumatlar əsasında 

hesablanır. Meşə göstəricilərinin müvafiq dəyişmə 

tendensiyalarının 

aşkar 

edilməsi 



məqsədilə 

kompüter işləmələrindən istifadə edilir.  

 

MEŞƏ  TƏSƏRRÜFATI  MƏHSULLARI-

NIN  BURAXILIŞI

  –  bu  sahəyə  daxil  olan 

bütün  altsahələrdə  istehsal  olunan  məhsulların 

dəyəridir.  Đqtisadi  fəaliyyət  növləri  təsnifatına 

görə, meşə təsərrüfatına meşəçilik, yabanı ağac və 

qeyri-ağac  meşə  məhsullarının  yığılması,  meşə 

təsərrüfatında əsas  proseslərə  xidmət  göstərilməsi 

daxildir. 

Meşəçilik 

məhsullarının 

buraxılışı 

meşə 

əkmələrinin  becərilməsi    təbii  meşələrə  qulluq 



üzrə  çəkilən  xərclərdən  ibarətdir.  Meşəçilik 

məhsulları  buraxılışının  həcmi  meşə  bitkilərinin 

salınmasına,  onlara  qulluq  edilməsinə  çəkilən 

xərclərin  miqdarı,  həmçinin  meşələrin  təbii 

təzələnməsinə  yardımçı  olan  işlərin  dəyəri  ilə 

müəyyən  edilir.  Məhsulun    bazar  üçün    olan 

hissəsi  (toxumlar,  tinglər,  toxmacarlar  (toxumdan 

cücərən  bitkilər))  satışın  faktiki  qiymətləri  ilə 

qiymətləndirilir.  

Məhsul  buraxılışına  ev  təsərrüfatlarının  satış  və 

özünün  istehlakı  üçün  tədarük  etdikləri  odunun, 

torfun, 


göbələyin, 

meyvənin, 

giləmeyvənin, 

müalicəvi  və  digər  bitkilərin  dəyəri  daxildir. 

Bazar  məhsulları  satışın  faktiki  qiymətləri  ilə, 

qeyri-bazar  məhsulları  isə  şərti  olaraq  orta 

qiymətlərlə qiymətləndirilir.  

“Meşə  təsərrüfatında  əsas  proseslərə  edilən 

xidmətlər” 

(meşələrin 

zərərvericilərdən, 

yanğınlardan qorunması və s. altsahəsinin məhsul 

buraxılışı  bu  işlərə  çəkilən  xərclərin  miqdarı  ilə 

qiymətləndirilir. 

 

MEŞƏLƏRĐN  ƏKĐLMƏSĐ  VƏ  SƏPĐNĐ

  - 

meşələrin  salınması  və  bərpası  üzrə  tədbirlərdir. 

Meşə  əkininə    meşə  bitkiləri  sahələrində 

toxmacarların,  tingələrin,  şitillərin,  qələmlərin  və 

s.  əkin  materiallarının  əkini  aiddir.  Meşənin 



səpilməsi, 

səpin 


üsulundan 

(əllə, 


mexanikləşdirilmiş,  havadan)  asılı  olmayaraq 

meşə  bitkiləri  sahələrində  ağac  toxumlarının 

səpinini özündə əks etdirir. Meşələrin əkilməsi və 

səpilməsi  meşə  bərpasının  intensivliyinin  əsas 

xarakteristikası hesab edilir. 

 

MEŞƏLƏRĐN 



ZĐYANVERĐCĐLƏRDƏN 

VƏ XƏSTƏLĐKLƏRDƏN QORUNMASI

 –  

 

433


meşənin  ziyanvericilər  tərəfindən  korlanmasının 

qarşısının  alınması  və  ziyanverici  və  xəstəlik 

mənbələrinin 

məhv 


edilməsinə 

yönəldilmiş 

kompleks  tədbirlərdir.  Əsasən  bioloji  və  kimyəvi 

metodlarla  həyata  keçirilir.  Bioloji  metod  meşə 

ziyanvericilərinin  mənbələrinə  yırtıcıların  və 

parazit  həşəratlarının  (böcəklərin)  buraxılmasına, 

göbələk,  bakterial  və  virus  preparatlarının  tətbiq 

edilməsinə  əsaslanır.  Kimyəvi  metod  pestisidlərin 

(zəhərli-kimyəvi  maddələrin)  tətbiq  edilməsi  ilə 

əlaqədardır. 

Statistikada 

meşələrin 

ziyanvericilərdən  və  xəstəliklərdən  qorunması 

müvafiq  tədbirlər  (ümumilikdə  və  mühafizənin 

növləri üzrə) aparılmış ümumi sahə üzrə öyrənilir.  

 

MEŞƏYƏ  QULLUQLA  BAĞLI  AĞAC-

LARIN  KƏSĐLMƏS

Đ 

salınmış 



meşə 

sahələrində  ağac  və  kolların  inkişafdan  qalan  və 

əsas  cins  ağacların  inkişafına  mane  olan 

hissələrinin 

vaxtaşırı 

kəsilməsidir. 

Meşəyə 

qulluqla  bağlı  ağac  kəsilmələrində  aşağıdakılar 



fərqləndirilir:  cavan  meşəyə  qulluq  (işıqlandırma 

və  təmizləmə),  seyrəkləşdirmə,  keçid  və  seçmə 

sanitar  kəsilmələr  (ağacların  doğranması  və 

meşənin  qurumuş,  tufandan  yıxılmış  və  külək 

yıxmış  ağaclardan,  həmçinin  meşə  zərərvericiləri 

tərəfindən  və  xəstəliklər  nəticəsində  zədələnmiş 

ağaclardan  təmizlənməsi).  Statistika  meşəyə 

qulluq  üzrə  ağac  kəsilmələrini  sahə  (ha),  kəsilən 

ağacları  isə  m

3

  ilə  nəzərə  alır.  Meşəyə  qulluqla 



bağlı ağac kəsilmələri haqqında məlumatlar dövri 

statistik hesabatlardan alınır. 

 

METOD 

–  hər  hansı  məqsədin  tədqiqatı  və  ona 

nail olunması, konkret vəzifələrin həlli üsuludur. 

 

METODĐKA

 – hər hansı bir işin praktiki yerinə 

yetirilməsi  metodlarının  məcmusudur;  metodiki 

(ardıcıl) – ciddi ardıcıllıq, sistemli və plana dəqiq 

əməl edilməsidir.  

 

METODOLOGĐYA

 – ayrı-ayrı elmlərdə tətbiq 

olunan  metodların  məcmusudur.  Statistikada 

metodologiya  - statistik məlumatların toplanması, 

işlənib  hazırlanması,  hesablanması  və  təhlilinin 

elmi  əsaslandırılmış  təşkili  qaydalarını  müəyyən 

edən, 

sosial-iqtisadi 



proseslərin 

statistik 

tədqiqatının 

üsul, 


qayda 

və 


metodlarının 

məcmusudur. 



 

METODOLOJĐ 

TÖVSĐYƏ

 

statistik 

göstəricilərin  hesablanması  qaydalarını  və  ya 

onların  təhlilini  müəyyənləşdirən,  habelə  konkret 

hesabat  formalarının  tərtibi  qaydalarını,  konkret 

göstərişləri əks etdirən izahdır. 



 

MEYARIN  GÜCÜ

  –  sıfır  hipotezlərinin  (H

0



düzgün  kənarlaşma  (yayınma)  ehtimalıdır,  başqa 

sözlə,  ikinci  sırada  xətalara  yol  verməmək 

ehtimalıdır  (1-β).  Beləliklə,  meyarın  gücü  elə  bir 

ehtimala bərabərdir ki, sıfır hipotezi (H

0

) aldadıcı 



(yalançı) 

olduğu 


halda, 

meyarın 


seçmə 

xarakteristikası (statistika) kritik sahəyə düşür.  

 

MƏCBURĐ  KÖÇKÜN 

 milliyyətinə, irqi və 

vətəndaşlıq  əlamətinə,  dini  etiqadına,  dilinə, 

habelə  siyasi  əqidəsinə,  müəyyən  sosial  qrupa 

mənsubiyyətinə 

görə 

təqibə 


məruz 

qalan, 


həyatına, 

ailəsinə, 

əmlakına 

real 


təhlükə 

yaranması  ilə  əlaqədar  daimi  yaşadığı  dövlətin 

onu  müdafiə  etməsindən  istifadə  edə  bilməməsi, 

yaxud  təhlükəyə  görə  bu  müdafiədən  istifadə 

etmək  istəməməsi  üzündən  ölkə  ərazisində  daimi 

yaşayış  yerini  tərk  etməyə  məcbur  olub,  başqa 

yerə köçən şəxslərdir.  

 

MƏCBURĐ 

MĐQRASĐYA

 

– 



ərazi 

yerdəyişmənin məcmusu; insanların onlardan asılı 

olmayan  səbəblər  üzündən,  bir  qayda  olaraq, 

onların  arzusuna  baxmayaraq  (təbii  fəlakətlər, 

sənaye  qəzaları,  ekoloji  bədbəxt  hadisələr,  hərbi 

əməliyyatlar,  vətəndaşların  əsas  hüquq  və 

azadlıqlarının 

pozulması), 

daimi, 

yaxud 


müvəqqəti  yaşayış  yerinin  dəyişməsi  ilə  bağlıdır. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   108   109   110   111   112   113   114   115   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling