Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet58/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   54   55   56   57   58   59   60   61   ...   183

FĐLĐAL – 

hüquqi şəxsin olduğu yerdən kənarda 

yerləşən  və  onun  funksiyalarının  hamısını  və  ya 

bir 


hissəsini, 

cümlədən 



nümayəndəlik 

funksiyalarını  həyata  keçirən  ayrıca  bölmədir. 

Filialların  rəhbərləri  hüquqi  şəxs  tərəfindən  təyin 

edilir  və  onun  etibarnaməsi  əsasında  fəaliyyət 

göstərir. 

 

FĐLLĐPS  ƏYRĐSĐ



  –  iqtisadi  nəzəriyyədə 

inflyasiyanın  səviyyəsi  ilə  işsizliyin  səviyyəsi 

arasında  qarşılıqlı  əlaqəni  göstərən  əyridir.  1958-

ci  ildə  onu  ilk  dəfə  təsvir  edən  Avstraliya 

iqtisadçısı  A.V.Fillipsin  adından  götürülmüşdür. 

Absis  oxu  üzrə  faizlə  işsizliyin  səviyyəsi,  ordinat 

oxu  üzrə  isə  inflyasiyanın  illik  artımını  əks 

etdirilir. 

Fillips 


əyrisinə 

uyğun 


olaraq, 

inflyasiyanın 

yüksək 

səviyyəsi 



bazar 

iqtisadiyyatında  işsizliyin  yüksək  səviyyəsi  ilə 

müşahidə olunur və əksinə.  



 

FĐZĐKĐ  ŞƏXS

  –  (I)    a)  hüquqi  şəxs  statusu 

yaratmadan 

mülki 


hüquq 

münasibətlərinin 

iştirakçısı  olan  vətəndaşdır  (mülki  hüquq  və 

öhdəlikləri  daşıyan  vətəndaşdır).  Fiziki  şəxs 

iqtisadi  aktivlərə  malik  ola  bilər,  sazişlər  bağlaya 

bilər,  öhdəliklərinə  görə  cavabdeh  ola  bilər;  b) 

hüquq  münasibətlərində  öz  adından  iştirak  edən 


 

224 


insan fərdidir. Azərbaycan Respublikasında bütün 

vətəndaşlar, 

Azərbaycan 

Respublikasının 

ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti  qalan 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  fiziki 

şəxslərdir. 

(II) – fiziki şəxs terminindən hüquqi statusu ifadə 

edən hüquqlar verilmiş adamları qeyd etmək üçün 

qanunvericilikdə  və  müxtəlif  inzibati  idarələrdə 

istifadə edilir. 

 

FOB (FRANKO-BORT)

 - əmtəənin qiymətinə 

onun dəyəri, daşınma xərcləri və müəyyən edilmiş 

limanda  əmtəənin  yüklənmə  xərclərinin  daxil 

edildiyi halda çatdırılma şərtləridir. 



 

FOND  BAZARI

  –  maliyyə  bazarının  qiymətli 

kağızlarla  əməliyyatlar  həyata  keçirilən  bir 

hissəsidir  (“Qiymətli  kağızlar  bazarı”na  bax). 

Emitentlər  tərəfindən  qiymətli  kağızların  ilkin 

yerləşdirilməsi  ilkin  fond  bazarına  aid  edilir, 

qiymətli  kağızların  alqı-satqısı  üzrə  sonrakı 

əməliyyatlar 

təkrar 

fond 


bazarını 

yaradır. 

Đştirakçıları  fond  birjaları,  əmtəə  və  valyuta 

birjalarının  fond  şöbələri  hesab  edilən  birja  fond 

bazarı,  qiymətli  kağızlarla  əməliyyatlar  həyata 

keçirən  investisiya  fondları,  bankları,  broker 



firmaları  və  digər  təşkilatların  iştirakçısı  olduğu 

qeyri-birja fond bazarlarından fərqləndirilir. Fond 

bazarlarında  daima  və  fəal  ticarət  aparılan 

qiymətli 

kağızlara 

hazırkı 


dövrdə 

dövlət, 

qısamüddətli  istiqraz  vərəqələrini,  xəzinədarlıq 

öhdəliklərini

özəlləşdirilmiş 

müəssisələrin 

səhmlərini və s. aid etmək olar. 

 

FOND QĐYMƏTLĐLƏRĐ – mülkiyyət hüququnu 

təsdiq 


edən 

müəyyən 


forma 

və 


rekvizit 

sənədləridir, yalnız bu, sənədlərin təqdim edilməsi 

ilə  mülkiyyət  hüquqlarını  həyata  keçirmək  və 

vermək mümkün olar. 



 

FOND  VASĐTƏÇĐSĐ

  –  fond  bazarında 

vasitəçidir;  adətən  bu,  broker  (və  ya  diler) 

firmasıdır.  Fond  vasitəçisi  kimi  çox  vaxt 

kommersiya  bankları  və  maliyyə  şirkətləri  iştirak 

edirlər. 

 

FONDTUTUMU

  –  əsas  vasitələrin  dəyərinin 

bu  vasitələrin  köməyi  ilə  buraxılmış  illik  məhsul 

miqdarına 

bölünməsindən 

alınan 


qiymətə 

bərabərdir.  Əsas  vəsaitlərin  istifadə  edilməsi 

səmərəliliyinin əks göstəricisi fondverimi adlanır.  

 

FORFEYTĐNQ

  –  kommersiya  kreditinin  bank 

kreditinə  transformasiya  formasıdır.  Forfeter 

(alıcı)  kimi,  adətən  bank,  satıcı  kimi  isə  ixracatçı 

iştirak edir, hansı ki, nağd vəsaitlərin çıxardılması, 

özünün  likvidliyinin  yaxşılaşdırılması,  kredit 

riskinin  aşağı  salınması  və  öz  balansının  debitor 

borc  hissəsindən  azad  edilməsi  məqsədi  ilə 

hesablaşma sənədlərini inkassa edir. 



 

FORMAL 

PARAMETR

 

– 

alqoritmin 

(proqramın) standart sahəsinin tərtibi üçün istifadə 

olunan şərti dəyişən kəmiyyətdir. 

 

FRAXT/DAŞIMA  VƏ  SIĞORTALAMA 

…  QƏDƏR  ÖDƏNĐLĐB

  (...  təyinat  yerinin 

adı), CĐP (Carriage and Insurance Paid Тo (... 

named  place  of  destination))  -  satıcı  malı 

göstərilmiş  daşıyıcıya  çatdıracaqdır  mənasını 

daşıyır.  Bundan  başqa,  satıcı  göstərilmiş  təyinat 

məntəqəsinə  qədər  malın  daşınması  ilə  bağlı 

xərcləri 

ödəməlidir. 

Bu 

üsul 


ilə 

malın 


çatdırılmasına  qədər  alıcı  malın  itkisi  və  ya 

korlanması məsuliyyətini, həmçinin digər xərcləri 

öz  öhdəsinə  götürür.  Lakin  CĐP  şərtinə  əsasən, 

satıcının üzərinə, həmçinin daşınma zamanı malın 

itkisi  və  korlanması  təhlükəsinə  qarşı  sığortanın 

alınması  öhdəliyi  alıcının  xeyrinə  olur.  Beləliklə, 

satıcı  sığorta  müqaviləsi  bağlayır  və  sığorta 

haqlarını  ödəyir.  Alıcı  nəzərə  almalıdır  ki,  CĐP 

şərtinə 

əsasən, 


satıcıdan 

yalnız 


minimum 

ödəmələrlə sığortanın təmin edilməsi tələb olunur.  

Əgər alıcı daha böyük ödənişli sığorta istəyərsə, o 

zaman  o  bu  barədə  ya  satıcı  ilə  xüsusi  olaraq 

razılığa  gəlməlidir,  ya  da  özü  əlavə  sığorta 

müqaviləsinin 

bağlanması 

üzrə 


tədbirlər 

görməlidir.   

“Daşıyıcı”  sözü  altında  daşınma  müqaviləsi 

əsasında  dəmir  yolu,  avtomobil,  hava,  dəniz  və 

daxili su nəqliyyatı və ya bu nəqliyyat növləri ilə 

birlikdə  daşınmanı  özü  təmin  etmək  və  ya  təşkil 

etmək öhdəliyini üzərinə götürmüş hər hansı şəxs 

nəzərdə tutulur.  

Razılaşdırılmış  təyinat  məntəqəsinə  bir  neçə 

daşıyıcı  tərəfindən  daşınmanın  həyata  keçirilməsi 

halında  məsuliyyətin  keçidi  malın  onlardan 

birincisinə təhvil verilməsi anında baş verir.  

CĐP  şərtində  tələb  olunur  ki,  malın  ixrac  gömrük 

rəsmiləşdirilməsini satıcı yerinə yetirsin. 

Bu  termin,  qarışıq  daşınmalar  da  daxil  olmaqla, 

hər  hansı  nəqliyyat  növü  ilə  malın  daşınması 

zamanı tətbiq edilə bilər.  

 

FRANÇAYZĐNQ

  –  iri  şirkətlər  (françayzerlər) 

tərəfindən  kiçik  müəssisələrlə,  sahibkarlarla 

(françayzi) 

françayzer 

adından 

fəaliyyət 

göstərmək  hüququ  verən  müqavilə  əsasında 

həyata  keçirilən  iri  və  kiçik  sahibkarlığın  qarışıq 

formasıdır.  Bu  zaman  kiçik  müəssisə  öz 

sahibkarlıq 

fəaliyyətini 

yalnız 


françayzerin 

müəyyən  etdiyi  formada,  vaxtda  və  yerdə  həyata 

keçirir.  Françayzer  isə  françayzinqi  mallar  və 


 

225


texnologiyalar  ilə  təmin  edir,  habelə  onun 

sahibkarlıq fəaliyyətinə hərtərəfli kömək göstərir. 

 

FRANÇAYZĐNQ  ZƏNCĐRĐNĐN  VƏ  YA 

ALICI  QRUPUNUN  MAL  GÖNDƏRƏNĐ

 

–  bu  göstərici  topdan  satıcı  (və  ya  topdan 

satıcılardan  biri)  hesab  edilən  və  franşizə  dair 

sazişə  və  yaxud  alıcı  qrupuna  üzv  olması 

haqqında  kontrakta  malik  olan  və  bu  qrupa 

malların 

çatdırılmasına 

cavabdeh 

olan 


müəssisələrə aiddir. 

Françayzinq  -  bir  müəssisənin  müəyyən  qədər 

haqq  ödənilməklə  bəzi  xüsusi  şəraitlərdə  istifadə 

edilməsi  üçün  təyin  edilmiş  simvolla  xarakterizə 

olunan  ticarət  markasının  digərinə  verilməsi  üzrə 

müqavilə  ilə  əlaqədar  iki  müstəqil  müəssisə 

arasında  əməkdaşlıq  sistemidir.  Eyni  zamanda, 

françayzinq  qeyd  olunan  markadan  istifadə 

etməyə  imkan  verən  yardım  və  müntəzəm 

xidmətlərə təminat verir. 

Alıcı  qrupu  –  ayrı-ayrı  müəssisələrin  müstəqil 

əldə  edə  biləcəyinə  nisbətən,  malgöndərənlərdən 

daha  səmərəli  şərtlər  əldə  etmək  məqsədilə 

yaradılmış müəssisələr qrupudur. 



 

FRANKO  BORT

  (…yükləmə  limanının  adı), 

FOB  (Free  On  Board  (...  named  port  of 

shipment))  –  bu  terminin  mənası  odur  ki,  mal 

göstərilmiş 

yükləmə 

limanında 

gəminin 

məhəccərindən  keçdikdə,  satıcı  daşınma  üzrə  öz 

öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən 

malların  itkisi  və  ya  korlanması  üzrə  bütün 

xərcləri  və  zərərləri  alıcı  ödəyir.  FOB  şərtində 

tələb 


olunur 

ki, 


malın 

ixrac 


gömrük 

rəsmiləşdirilməsini  satıcı  yerinə  yetirsin.  Bu 

termin  yalnız  dəniz  və  ya  daxili  su  nəqliyyatı  ilə 

malın  daşınması  zamanı  tətbiq  edilə  bilər.  Əgər 

tərəflər  malı  gəminin  məhəccərindən  keçirmək 

niyyətində deyillərsə, o zaman FCA termini tətbiq 

edilməlidir. 

 

FRANKO  DAŞIYICI

  (...  yerin  adı),  FCA 

(Free  Carrier  (...named  place))  -  termininin 

mənası 


odur 

ki, 


satıcı 

malı 


gömrük 

rəsmiləşdirilməsindən  keçirdikdən  sonra,  alıcı 

tərəfindən 

təyin 


olunmuş 

daşıyıcıya, 

razılaşdırılmış  yerə  çatdıracaqdır.  Çatdırılma 

yerinin  seçilməsi  həmin  yerdə  malın  yüklənməsi 

və  boşaldılması  üzrə  öhdəliklərə  təsir  edir.  Əgər 

çatdırılma satıcının binasında həyata keçirilirsə, o 

zaman  satıcı  yüklənməyə  görə  cavabdehlik 

daşıyır.  Əgər  çatdırılma  digər  yerdə  həyata 

keçirilirsə,  o  zaman  satıcı  malın  yüklənməsinə 

görə cavabdehlik daşımır. 

Bu termin, qarışıq daşımalar da daxil olmaqla, hər 

hansı  nəqliyyat  növü  ilə  daşınma  zamanı  istifadə 

edilə bilər. 

«Daşıyıcı»  sözü  altında  daşınma  müqaviləsi 

əsasında  dəmir  yolu,  avtomobil,  hava,  dəniz  və 

daxili su nəqliyyatı və ya bu nəqliyyat növləri ilə 

birlikdə  daşınmanı  həyata  keçirmək  və  ya  təmin 

etmək öhdəliyini üzərinə götürmüş hər hansı şəxs 

nəzərdə tutulur. Əgər alıcı daşıyıcı olmayan digər 

şəxsə  malın  qəbul  edilməsini  etibar  edirsə,  o 

zaman satıcı malın çatdırılması üzrə öz öhdəliyini 

malın həmin şəxsə verilməsi zamanından etibarən 

yerinə yetirmiş hesab edilir. 

 

FRANKO  QĐYMƏTĐ

  –  yüklərin  çatdırılması 

üzrə  nəqliyyat  xərclərinin  istehlakçı  tərəfindən 

ödənilməsindən 

asılı 


olaraq, 

qiymətlərin 

təsnifləşdirilməsini 

əks 


etdirir. 

Əmtəələrin 

çatdırılmasının  son  məntəqəsinin  (vaqon,  anbar, 

gəmilərin  bortu,  dəmir  yol  stansiyası  və  s.) 

göstərilməsi  ilə  əlaqədə  tətbiq  edilir.  Franko-

stansiya göndərmə qiymətində əmtəə alıcıya onun 

istehsal  olunduğu  yerdə  satılır  və  alıcı  təyinat 

yerinədək  məhsulun  daşınması  üzrə  bütün  faktiki 

xərcləri 

ödəyir; 


franko-stansiya 

təyinat 


qiymətində  istehlakçıların  yerləşdiyi  yerdən  asılı 

olmayaraq,  onların  hamısı  üçün  vahid  qiymət 

formalaşdırılır.  Ona  bütün  daşımalar  üzrə  orta 

tarif  və  məsafə  üzrə  hesablanan  nəqliyyat 

xərclərinin eyni məbləği daxil edilir. 

Beynəlxalq  ticarətdə  daşınmalar  üzrə  xərclərin 

ödənilməsi  qaydaları  göndərmələrin  bazis  şərtləri 

ilə  müəyyənləşdirilir  və  13  variantı  özündə 

birləşdirir  ki,  bunlar  da  mal  göndərənlərin  və 

alıcıların xərclərinin həcmi və nəqliyyatın növünə 

görə fərqləndirilir. 

 

FRANKO ZAVOD 

(... yerin adı) - EX Works 

(...  named  place)    –  bu  termin  onu  göstərir  ki, 

satıcı  malı  öz  müəssisəsində  və  ya  digər 

göstərilmiş  yerdə  alıcıya  təhvil  verdiyi  andan 

öhdəliyini yerinə yetirmiş olur (məsələn, zavodda, 

fabrikdə,  anbarda  və  s.).  Satıcı  malın  nəqliyyat 

vasitəsinə 

yüklənməsinə 

və 


ixrac 

gömrük 


rəsmiləşdirilməsinə cavabdehlik daşımır. 

Beləliklə,  bu  termin  satıcının  üzərinə  minimum 

öhdəliklər qoyur və alıcı malın satıcı-müəssisədən 

təyinat  yerinə  qədər  daşınması  ilə  əlaqədar  bütün 

riskləri  və  xərcləri  özü  çəkir.  Lakin  tərəflər 

göndərilmə  yerində  malın  yüklənməsi  üzrə 

öhdəliyin satıcının öz üzərinə götürməsini və belə 

yükləmə üçün bütün riskləri və xərcləri çəkməsini 

istəyirlərsə,  o  zaman  bu,  alqı-satqı  müqaviləsinə 

müvafiq  əlavədə  dəqiq  qeyd  edilməlidir.  Alıcı 

ixracat formallıqlarını birbaşa və ya qismən yerinə 

yetirmək  iqtidarında  olmadığı  zaman,  bu  termin 

tətbiq  edilə  bilməz.  Bu  halda  FCA  (franko 

daşıyıcı)  termini  tətbiq  edilməlidir,  bir  şərtlə  ki, 

satıcı  malın  yüklənməsi  üçün  təhlükəsizliyə  və 

xərclərin çəkilməsinə razı olsun. 



 

226 


FRANKO 

ZONASI 

(GÖMRÜKSÜZ 

TĐCARƏT 

ZONASI) 

VƏ 

FRANKO-

ANBARLAR

  -  bir  qayda  olaraq,  gömrük 

ərazisinin  hissəsi  və  ya  onun  ərazisində  yerləşən 

yer  hesab  edilir.  Onlar  qalan  hissədən  ayrılmış 

şəkildə  olurlar.  Mallara  idxal  rüsumlarının 

tutulması  və  qeyri-gömrük  ərazisində  olan 

əmtəələr  kimi,  ticarət  idxalı  siyasəti  tədbirlərinin 

tətbiqi nöqteyi-nəzərindən baxılır. 

 

FRANŞAYZĐNQ  ZƏNCĐRĐ  ĐLƏ  BĐRLƏŞ-

MƏLƏR 

(ƏMƏKDAŞLIQ)

 

– 

franşiz 


haqqında  Avropa  Birliyinin  Nizamnaməsinə 

uyğun 


olaraq, 

müqavilə 

əsasında 

müəyyənləşdirilmiş  pərakəndə  ticarətçilərlə  mal 

göndərənlərin  (mal  və  xidmət  istehsalçılarının  və 

ya  topdansatış  ticarətçilərin)  əlaqələrini  özündə 

əks  etdirir.  Pərakəndə  ticarətçi  öz  maliyyə 

qoyuluşuna  cavab  olaraq,  texniki  köməkdən 

istifadə  edilməsində  və  adətən,  mal  göndərənin 

məhdud 


miqdarda 

yaydığı 


malların 

göndərilməsində 

üstünlük 

hüququ 


qazanır. 

Pərakəndə  ticarətçi  mal  göndərən  tərəfindən 

strateji  planların  qəbul  edilməsində  iştirak  edə 

bilməz. 


Məqsədindən asılı olaraq, franşizlər bir neçə növə 

bölünə  bilər:  sənaye  franşizası  əmtəə  istehsalına, 

ticarət  franşizası  əmtəələrlə  ticarətə  və  xidmət 

franşizası xidmət göstərilməsinə aiddir.  

 

FRANŞĐZ  (LĐSENZĐYA,  HÜQUQ)

  -    (I) 

müəssisənin və ya yerli vahidin istismar (istifadə) 

formasıdır.  O,  texnologiya,  ticarət  və  idarəetmə 

sahəsində  zəruri  yardımın  göstərilməsi  ilə  xüsusi 

texnoloji  proseslərlə  məşğul  olan,  “lisenziar” 

adlanan  bir  müəssisənin  orijinal  firma  nişanından 

istifadə  lisenziyasının  “lisenziat”  adlanan  digər 

müəssisəyə  verməsi  ilə  ifadə  olunur.  Lisenziar 

buna  görə  lisenziya  haqqı  alır  və  müəssisənin 

kapitalında iştirak hüququna malik olur. Lisenziat 

öz investisiyalarına görə tam məsuliyyət daşıyır. 

(II)  -  qeyri-maddi  məhsullarla  -  əmtəə  markaları, 

firmaların  adları,  patentlər,  nou-haularla  ticarət 

növləridir (icarələr, lisenziyalaşdırma). 

(III)  -  franşiz  haqqında  xüsusi  müqavilədir. 

Franşizinq  iki 

müxtəlif 

müəssisə  arasında 

müqavilə  əsasında  əməkdaşlıq  sistemi  hesab 

edilir. Belə ki, bu müqavilə ilə bu müəssisələrdən 

biri icarə haqqını, dəqiq müəyyən edilmiş şərtlərlə 

öz  ticarət  nişanını  və  ticarət  simvolunu  digərinə 

verir,  həmçinin  icarə  edilmiş  ticarət  nişanından 

daha səmərəli istifadə üçün təyin edilmiş yardıma 

və  müntəzəm  xidmətlərin  təmin  edilməsinə 

zəmanət verir. 

 

FRANŞĐZ  MÜQAVĐLƏSĐ

  -  turist  xidmətləri 

istehsalçısının turizm məhsulunun reallaşdırılması 

üzərində  olan  hüquq  və  imtiyazlarının  ötürülməsi 

müqaviləsidir.  Bu  zaman  franşiza  verənin  ticarət 

markasının 

istifadə 

edilməsi 

xidmətin 

keyfiyyətinin təminatı kimi çıxış edir. 

 

FRANŞĐZLƏR  VƏ  ONLARA  BƏRABƏR 

TUTULAN  HÜQUQLAR,  PATENTLƏR, 

LĐSENZĐYALAR,  ƏMTƏƏ  NĐŞANLARI, 

TEXNOLOJĐ  PROSESLƏR,  MÜLKĐY-

YƏT HÜQUQU VƏ ONLARA BƏRABƏR 

OLAN  QĐYMƏTLĐLƏR

  -  müəyyən  şərtlər 

daxilində  ixtiraçıya,  müəllifə  və  yaxud  patent, 

lisenziya,  əmtəə  nişanı,  texnoloji  proseslərdən 

istifadə,  yaxud  ədəbi  və  ya  bədii  əsərlərə  sahib 

olma,  yaxud  franşiz  sahibinə  verilmiş  hüququn 

qorunmasının 

təmin 

edilməsi 



ilə 

əlaqədar 

xərclərdir. 

 

FRASKATĐ  DƏRSLĐYĐ  (“TƏDQĐQAT-

LARIN  VƏ  EKSPERĐMENTAL  ĐŞLƏ-

MƏLƏRĐN  MÜAYĐNƏSĐ  ÜÇÜN  TƏKLĐF 

OLUNAN STANDART TƏCRÜBƏ”)

 – elm 


və  texnika  göstəriciləri  üzrə  Đqtisadi  Əməkdaşlıq 

və Đnkişaf Təşkilatının (ĐƏĐT) Milli ekspert qrupu 

tərəfindən  hazırlanmış  elmi  tədqiqatlar  və 

işləmələr 

statistikası 

üzrə 


ĐƏĐT-in 

rəsmi 


tövsiyələrdir. Tövsiyələrin birinci versiyası, ĐƏĐT-

ə  üzv  olan

 

ölkələrdə  elmi  axtarış  və  tədqiqatların 



statistik müayinəsinin keçirilməsinin yeganə üsulu 

kimi, ĐƏĐT-in Milli ekspert qrupunun 1963-cü ilin 

iyun ayında Đtaliyanın Fraskati şəhərində keçirilən 

müşavirəsində  qəbul  edilmiş  və  tövsiyə  şəhərin 

adı  ilə  adlandırılmışdır.  Həmin  andan  belə 

müayinələr müntəzəm xarakter almışdır; onlardan 

nəinki  milli  qiymətləndirmənin  bazası  kimi,  həm 

də  elmi  axtarış  və  tədqiqatlara  çəkilən  xərclər  və 

heyətin  göstəricilərinin  beynəlxalq  müqayisəsi, 

onların  təşkilinin  müqayisəli  təhlili  və  elmi-

texniki  siyasətinin  maliyyələşdirilməsində  baza 

kimi  istifadə  olunur.  Fraskati  dərsliyi  özündə 

elmin  inkişafı  haqqında  statistik  məlumatların 

yığılması, 

işlənməsi 

və 


təhlilinə 

dair 


ümumiləşdirilmiş  çoxillik  beynəlxalq  təcrübəni 

tam əks etdirir. 1980-ci illərin sonlarından o, elmi 

tədqiqat  və  işləmələr  statistikası  üzrə  əsas 

beynəlxalq standart olmuşdur ki, buna da ĐƏĐT-in 

müxtəlif 

təşəbbüsləri, 

cümlədən 



keçid 

iqtisadiyyatlı  Avropa  ölkələri  və  ĐƏĐT-ə  üzv 

olmayan  ölkələr  üçün  seminarların  təşkili  səbəb 

olmuşdur.  Elmi  tədqiqatların  və  işləmələrin 

təşkilində  milli  və  beynəlxalq  səviyyədə  elmi-

texniki  siyasətin  strategiyasında  dəyişikliklərlə, 

həmçinin  beynəlxalq  statistik  standartlara  (Milli 

hesablar  sistemi,  beynəlxalq  təsnifatlar  və  s.) 


 

227


yenidən 

baxılması, 

üzv-ölkələrdə 

praktiki 

təcrübənin  toplanması  ilə  əlaqədar  Fraskati 

dərsliyi  dövri  olaraq  dəqiqləşdirilir.  Fraskati 

dərsliyinin  axırıncı,  beşinci  redaksiyası  1993-cü 

ildə  qəbul  edilmiş  və  ingilis  və  fransız  dillərində 

1994-cü ildə nəşr edilmişdir. O, elmi tədqiqatlara 

və 


işləmələrə, 

institusional 

və 

funksional 



təsnifatlar  sisteminə,  elmi  tədqiqatlarla  və 

işləmələrlə  məşğul  olan  heyətin  sayının  və  bu 

məqsəd  üçün  xərclərin  ölçülməsinə  yanaşmalara, 

müayinələrin 

aparılması 

üsullarına, 

elmi 

tədqiqatların  və  işləmələrin  büdcə  təxsisatlarının 



qiymətləndirilməsi  və  təhlili  üzrə  tövsiyələrə, 

deflyatorların 

və 

valyuta 


prioritetlərinin 

hesablanmasına aid olan əsas anlayışları müəyyən 

edir. Fraskati dərsliyinin inkişaf ideyası üzrə ayrı-

ayrı  spesifik  problemlərə  dair  silsilə  beynəlxalq 

standartlar  hazırlanmışdır  (“Elm  və  innovasiya 

statistikasının beynəlxalq standartları”na bax) və 

onların dairəsi daima genişlənir.  



 

FRĐKSĐON ĐŞSĐZLĐK

 – (“Đşsizlikə bax). 



 

FUNDAMENTAL 

TƏDQĐQATLARA 

XƏRCLƏR

  –  yalnız  fundamental  tədqiqatların 

aparılmasında  aşkar  olunmuş  faktlara  ümumi 

qanunların  (qrafik 

təsvirlərin 

və 

izahedici 



tezislərin)  tətbiqi  məqsədi  ilə  aparılan  fiziki  və 

təbii  xüsusiyyətlərin,  strukturların  və  hadisələrin 

təhlili üçün ayrılan xərclərdir.  

 

FUNKSĐONAL TƏHLĐL

 – institusional vahid 

tərəfindən  həyata  keçirilən  fəaliyyətin  tədqiqinə 

xidmət  edir.  Belə  ki,  fəaliyyətin  bir  sıra  növləri 

hesab-fakturada  əks  olunmur,  statistik  məqsədlər 

üçün 

məlumatların 



normal 

qeydiyyatı 

və 

ölçülməsi  olmur  və  bu  da  onlardan  istehsalın 



təhlilində və sahələr üzrə təhlildə istifadəyə imkan 

vermir.  Funksional  təhlil  iqtisadi  hesablarda  əks 

olunan  və  olunmayan  bütün  fəaliyyət  növlərinin 

tədqiqatına aiddir. 

Müəssisələr  statistikasında  aşağıdakı  funksiyalar 

fərqləndirilir:  istehsal,  tədarük,  elmi-tədqiqat  və 

təcrübə  konstruksiya  işləri,  satış  və  marketinq, 

inzibatçılıq, mühasibat uçotu, idarəetmə, nəqliyyat 

(daxili),  təmir,  ticarət  və  s.  Bu  funksiyalar 

köməkçi  fəaliyyət  (müəssisə  daxilində  digər 

fəaliyyət növlərinin həyata keçirilməsini mümkün 

etmək  üçün  göstərilən  xidmət  növləri)  kimi 

olduqda, adətən hesablarda əks etdirilmir. 

Funksiyalar üzrə təhlilin digər tərifi bu və ya digər 

tələbatın  ödənilməsi  ilə  bağlı  olan  istehsal 

fəaliyyətinin  bütün  növlərini  özündə  birləşdirir. 

Aşağıda  göstərilən  funksiyaları  fərqləndirmək 

olar:  təhsil,  müdafiə,  mənzil  tikintisi,  geyim 

istehsalı,  marketinq,  nəqliyyat,  mühasibat  uçotu, 

ticarət  və  s.  Buna  görə  də,  funksiyalar  üzrə  təhlil 

çoxsaylı  sahə  bölmələrini  əhatə  edə  bilir.  Bu 

təhlilin  məqsədi  istehlakın  ödənilməsini  nəzərə 

almaqdan  ibarətdir,  məsələn,  təhsil  müxtəlif  sahə 

bölmələri tərəfindən təmin edilir. 

Funksional  təhlil  bir  sıra  xüsusi  təsnifatların 

yaradılmasına  səbəb  olmuşdur:  məqsədlər  üzrə 

fərdi istehlaka xərclərin, ev təsərrüfatı xərclərinin, 

dövlət  idarəetmə  orqanlarının,  dövlət  idarəetmə 

xərclərinin təhlili təsnifatlarının. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   54   55   56   57   58   59   60   61   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling