Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- GƏLĐRLƏRĐN NATURA ŞƏKLĐNDƏ TƏKRAR BÖLÜŞDÜRÜLMƏSĐ HESABI
- GƏLĐRLƏRĐN TƏKRAR BÖLÜŞDÜ- RÜLMƏSĐ HESABI
- GƏLĐRLƏRĐN TƏMƏRKÜZLƏŞMƏ ĐN- DEKSĐ (CĐNĐ ƏMSALI)
- GƏMĐ BORTU BOYUNCA FRANKO (…yükləmə limanının adı), FAS (Free
- GƏMĐDƏN GÖNDƏRĐŞ (... təyinat limanının adı), DES (Delivered Ex Ship (...
- GƏMĐLƏRĐN FRAXTI (KĐRAYƏLƏN- MƏSĐ)
- GƏMĐNĐN YAN ALDIĞI KÖRPÜDƏN GÖNDƏRĐŞ (... təyinat limanının adı), DEQ (Delivered Ex Quay (... named port of
- GƏMĐNĐN YÜKDAŞIMA QABĐLĐYYƏ- TĐNDƏN ĐSTĐFADƏ ƏMSALI
GƏLĐRLƏRĐN ĐNDEKSLƏŞDĐRĐLMƏSĐ – istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq,
vətəndaşların pul gəlirlərinin və
əmanətlərinin artırılmasının dövlət tərəfindən müəyyənləşdirilmiş mexanizmidir. Gəlirlərin indeksləşdirilməsinin məqsədi – vətəndaşların pul gəlirlərinin və əmanətlərinin alıcılıq qabiliyyətinin saxlanmasıdır. O həm uyğunlaşdırıla bilər, həm də müəyyən hallarda əhalinin gəlirlərini tənzimləyən digər dövlət
metodları ilə
(əmək haqqı
səviyyəsinə, pensiya, təqaüd və
sosial müavinətlərin miqdarına yenidən baxılmaqla) dəyişdirilə bilər. Gəlirlərin indeksləşdirilməsi obyektləri aşağıdakılar ola bilər: pensiya, təqaüd, sosial müavinətlər (uşaqlı ailələrə, işsizlərə, müvəqqəti əmək qabiliyyətini itirmişlərə və s.); mülkiyyət formasından asılı olmayaraq, müəssisələrin, idarələrin və təşkilatların işçilərinin əməyinin ödənilməsi; vətəndaşların kommersiya banklarındakı əmanətləri; dövlət istiqrazları və digər dövlət qiymətli kağızları, sosial sığorta təşkilatlarına ödəmələr və s.
Gəlirlərin indeksləşdirilməsi üçün əsas istehlak qiymətləri indeksi hesab olunur. Dünya təcrübəsində gəlirlərin indeksləşdirilməsinin iki əsas forması mövcuddur – avtomatik və yarım avtomatik.
232
Gəlirlərin avtomatik indeksləşdirilməsində əmək haqqı və digər gəlirlər proporsional olaraq artırılır. Gəlirlərin yarım avtomatik indeksləşdirilməsi (müqavilə ilə) aşağıdakı qaydada aparılır: dövlət səviyyəsində alim-mütəxəssislər cəlb edilməklə, işverənlər, həmkarlar ittifaqı və hökumət
orqanlarının iştirakı ilə danışıqlar aparılır. Danışıqların nəticəsi kollektiv müqavilələrin bağlanması üçün sosial müdafiənin ən aşağı həddini təyin edən tövsiyələr hesab edilir. Hər bir müəssisədə işçilərin müxtəlif sosial müdafiə tədbirlərini nəzərə alan öz daxili kollektiv müqavilələri bağlanır.
NATURA ŞƏKLĐNDƏ TƏKRAR BÖLÜŞDÜRÜLMƏSĐ HESABI
– MHS-nin hesabıdır. Bu hesabda sərəncamda olan təshih edilmiş gəlir yaranır və pul formasında sərəncamında qalan gəlirlərdən başqa, bazar və qeyri-bazar məhsul və xidmətlər şəklində natura formasında sosial transferlər də daxil edilir.
– Milli hesablar sisteminin hesabıdır, institusional vahidin və ya bölmələrin əldə etdiyi ilkin gəlirlərinin, cari transferlərin alınması və verilməsi nəticəsində sərəncamda qalan gəlirlərə necə çevrilməsini göstərir. Cari transferlər gəlir vergisindən, maddi qiyməlilərə və s. vergilərdən, sosial sığortaya, dövlətin və ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının sosial
transferlərinə üzvlük
haqlarından, maddi
yardımlardan, digər transferlərdən (həyat sığortası ilə bağlı olmayan sığorta mükafatları və sığorta iddiaları) ibarətdir.
DEKSĐ (CĐNĐ ƏMSALI) – gəlirlərin bərabər ölçüdə bölüşdürülməsi xəttindən onun əhali arasında faktiki
bölüşdürülməsi həcminin kənarlaşma səviyyəsini əks etdirir. Gəlirlər bərabər bölüşdürüldükdə Cini əmsalı 0-a yaxın olur; əhalinin polyarlaşması səviyyəsi artdıqca, əmsal 1-ə yaxınlaşır. GƏLMƏ VƏRƏQƏSĐNƏ QOŞULAN STATĐSTĐK UÇOT TALONU
– miqrasiyanın cari uçotunun ilkin sənədlərindən biridir. Vətəndaşların qeydə alınması zamanı pasport işinin aparılmasına səlahiyyət verilən şəxslər
tərəfindən tərtib
olunur. Talonda
miqrasiyanın axınları və miqrasiya edənlərin tərkibi haqda toplu məlumatları almaq üçün zəruri olan məlumatlar verilir: miqrasiya edənin doğulduğu tarix və yer, milliyyəti, təhsili, haradan və nə vaxt gəlib, əvvəlki yaşayış yerində harada və nə vəzifədə işləmiş, neçə il orada yaşamış, nikah vəziyyəti və ər (arvadı) ilə və ya onsuz gəlib, əgər 15 yaşınadək uşaqlarla gəlibsə, onda hər valideynin talonunda uşaqların sayı, valideynlərdən birinin talonunda isə – hər bir gələn uşağın cinsi, doğulduğu il və ay göstərilir. Ərazi daxili işlər orqanları ayda 1 dəfədən az olmayaraq doldurulmuş talonları işlənmək üçün yerli statistik orqanlarına təqdim edirlər.
yük və sərnişin daşımaq, təsərrüfat, elmi-tədqiqat, ov, idman, turizm, faydalı qazıntı hasilatı, habelə hərbi
məqsədlər ücün
quraşdırılmış suda üzən qurğudur. Gəmilərin adı dedikdə istismarçı tərəfindən gəmiyə şərti olaraq verilmiş ad nəzərdə tutulur. Onların tipi texniki- istehsal göstəricilərinə (registr tutumu, sərnişin tutumu, gücü və s.) uyğun olaraq gəmilərin qruplaşdırılmasıdır. Gəminin gücü – gəminin mühərrikinin mexaniki gücünü, avar vintinə ötürülən gücünü göstərir və kVt və ya At Gücü ilə ölçülür. 1 kVt=1.36 a.g və ya 1 a.g=0.735 kVt. Statstikada gəminin balans dəyəri inventar uçotunun muhasibat sənədlərinə uyğun olaraq ilin sonuna manatla göstərilir.
«Gəmi bortu boyunca franko» termininin mənası odur ki, satıcı malı razılaşdırılmış yükləmə limanına gətirir və onu gəmi bortu boyunca sahildə və ya lixterlərdə yerləşdirdikdə, öz öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən, malların itkisi və ya korlanması üzrə bütün xərcləri və zərərləri alıcı ödəyir. FAS şərtində tələb olunur
ki, malın
ixrac gömrük
rəsmiləşdirilməsini satıcı
yerinə yetirsin. “Đnkoterms”in əvvəlki nəşrlərində malın ixracının gömrük rəsmiləşdirilməsi öhdəliyi alıcının üzərinə düşürdü. Lakin əgər tərəflər malın ixrac gömrük rəsmiləşdirilməsi üzrə öhdəliyi alıcının öz üzərinə götürməsini istəyirlərsə, o zaman bu, alqı-satqı müqaviləsinə müvafiq əlavədə dəqiq qeyd edilməlidir. Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə malın daşınması zamanı tətbiq edilə bilər.
GÖNDƏRĐŞ (... təyinat limanının adı), DES (Delivered Ex Ship (... named port of destination)) - mənası odur ki, satıcı idxal gömrük rəsmiləşdirilməsini keçməmiş malı razılaşdırılmış təyinat limanında gəminin bortunda alıcıya təhvil verdiyi zaman çatdırılmanı yerinə yetirmiş sayılır. Malın boşaldılması anına qədər təyinat limanına malın çatdırılması üzrə 233
bütün xərcləri və məsuliyyəti satıcı çəkməlidir. Əgər tərəflər malın boşaldılması üzrə xərcləri və məsuliyyəti satıcının öz öhdəliyinə götürməsini istəyirlərsə, o zaman DEQ (gəminin yan aldığı körpüdən göndəriş) termini tətbiq edilməlidir. Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı vasitəsilə daşınmalar zamanı və ya mal təyinat limanına gəmidə gətirilən zaman qarışıq
daşınmalarda tətbiq edilə bilər.
MƏSĐ) – yük daşınması üçün gəmilərin kirayə edilməsi haqqında fraxt (çarter) müqaviləsinin bağlanmasıdır. Çarter gəmi sahibi ilə kirayəçi arasında bütün gəminin və ya onun bir hissəsinin müəyyən reys və ya müddətə kirayə edilməsi haqqında tərtib edilir və onda, tərəflərin adları (gəmini kirayəyə verən və kirayəçi), onların olduqları yer, kirayənin miqdarı, gəmi və yükün xüsusiyyətləri və s. qeyd olunur. Kirayəçi – kirayələmə müqaviləsi üzrə müəyyən məbləğə, müəyyən yükün kirayələnmiş gəmidə və ya onun bir hissəsində dəniz yolu ilə daşınmasına hüququ olan
şəxsdir. Gəmini
kirayəyə verən
– kirayələnmə müqaviləsi üzrə yük daşınması üçün gəmini, onun bir hissəsini və ya konkret gəmi yerini verən şəxsdir. Fraxt – yükün dəniz yolu ilə daşınmasının ödəniş haqqıdır.
GÖNDƏRĐŞ (... təyinat limanının adı), DEQ (Delivered Ex Quay (... named port of destination) - mənası odur ki, satıcı idxal gömrük rəsmiləşdirilməsindən keçməyən malı
razılaşdırılmış təyinat limanında gəminin yan aldığı körpüdə alıcıya təhvil verdiyi zaman çatdırılmanı yerinə yetirmiş sayılır. Satıcı malın daşınması və gəminin yan aldığı körpüyə boşaldılması ilə bağlı bütün risk və xərcləri çəkməlidir. DEQ (gəminin yan aldığı körpüdən göndəriş) termini alıcının üzərinə idxal gömrük rəsmiləşdirilməsi, eləcə də rüsum, vergi və idxal zamanı digər yığımların ödənilməsi öhdəliyini qoyur.
Lakin tərəflər malın idxalı üzrə xərclərin hamısını və ya bir hissəsinin satıcının öz üzərinə götürməsini istəyirlərsə, o zaman bu, alqı-satqı müqaviləsinə müvafiq əlavədə dəqiq qeyd edilməlidir. Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı vasitəsilə daşınmalar zamanı və ya mal təyinat limanında gəmidən gəminin yan aldığı körpüyə boşaldılan zaman qarışıq daşınmalarda tətbiq edilə bilər. Əgər tərəflər malın limanda gəminin yan aldığı körpüdən digər yerə (anbara, terminala və s.) və ya limandan kənarda yerdəyişməsi ilə bağlı məsuliyyət və xərcləri satıcının öhdəliklərinə daxil etmək istəyərlərsə, o zaman DDU (rüsum ödənilmədən göndəriş) və DDP
(rüsum ödənilməklə göndəriş) terminləri istifadə edilməlidir.
gəmisində yükdaşıma qabiliyyətindən istifadə dərəcəsidir. Hesabat dövrü ərzində gəmi ilə yerinə yetirilmiş yük dövriyyəsinin (ton-millərlə və ya ton-kilometrlərlə), bu dövr ərzində limanda boş və ya yüklənmiş vəziyyətdə olan gəmilərin yolda olma vaxtına (ton-millərlə və ya ton-kilometrlərlə) nisbəti ilə müəyyənləşdirilir. GƏNC ƏHALĐ – əhalinin yaş strukturunun ümumiləşdirilmiş xarakteristikasıdır ki, burada uşaqların xüsusi çəkisi çox, ahıl və qoca adamların payı isə azdır. BMT-nin təsnifatına görə, gənc əhali o əhali sayılır ki, onda 65 və daha yuxarı yaşda olan şəxslər 4%-dən az təşkil edir. Əhalinin təkrar istehsalının daxili qarşılıqlı əlaqələrində gənc əhali yüksək doğum və ölüm səviyyələrinin saxlanılmasının nəticəsidir, yaş
və daralmış təpəyə malikdir. Gənc əhali üçün əhalinin yüksək artım templəri səciyyəvidir.
obyektləri tərəfindən elektron şəklində verilən statistik hesabat blanklarından məlumatların daxil edilməsi və ya
fayllardan məlumatların yüklənməsindən sonra informasiyaları qəbul edən məlumatlar bazasıdır. GĐRĐŞ NÖQTƏSĐ (proqramlaşdırmada) – əməliyyatçının simvolik adı, işarəsi və ya ünvanıdır. Onun vasitəsilə proqramlar üçün mümkün olan (altproqramlar, modullar, bölmələr, fazalar, qaydalar) müstəqil proqram vahidlərinin çıxışı zamanı müraciətin idarəetmə vasitəsidir. GĐRĐŞ-ÇIXIŞ QURĞUSU - giriş məlumatlarının və
proqramlarının EHM–in
yaddaşına daxil edilməsini, həmçinin əlifba-rəqəm və qrafik məlumatların alınmasını həyata keçirən qurğudur.
vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi qismində ona verilmiş əmlaka münasibətdə, kreditorun müəyyən hüquqlarını birləşdirən, sazişin şərtlərinin yerinə yetirilməsinə təminatın növüdür. Əmlak üzərində girov hüququna malik olan kreditor girov alan, özünə və ya digər şəxsə (onun razılığı ilə) məxsus olan mülkü girov verən borclu isə girov verən adlanır. Qanunla qadağan
234
edilən xüsusi hüquqların (aliment haqqında tələb, səhhətə vurulmuş zərərin əvəzinin ödənilməsi və s.) başqasına güzəştə gedilməsi istisna olmaqla, girov əşyası kimi bütün əmlak çıxış edə bilər. Girov haqqında müqavilə yazılı formada bağlanır və girova qoyulmuş əşya, onun qiyməti, mövcudluğu, ölçüsü və vəzifələrinin yerinə yetirilməsi müddəti göstərilir. Girov əmlakı həm əmlakın fiziki verilməsi, həm də onsuz, yəni verilmədən (daşınmaz əmlak
girov-ipoteka) həyata keçirilə bilər. Borclu vəzifələrini yerinə yetirmədiyi təqdirdə, girov alan kreditor girova qoyulmuş əmlakın satılması yolu ilə
kompensasiya (gəlir) əldə etmək hüququna malikdir. Girov qoyanın öz vəzifələrini yerinə yetirməsi girov müqaviləsində natura şəklində deyil,
dəyər ifadəsində göstərilir. Girov
dövriyyədə olur, yalnız borcun qaytarılma vaxtı çatarkən müştərinin ödəmə qabiliyyəti aşağı olduqda, satış üçün təklif oluna bilər, yəni borclu əmlakdan təsərrüfat fəaliyyətinin aparılması üçün istifadə etmə hüququna malikdir və eyni zamanda istər onun üçün, istərsə də kreditor üçün riskin səviyyəsi azalır.
və müştəriyə aid olan mal, ya da qiymətli kağızlar (daşınan əmlaka) hüququna zəmanətlə girova verilən kreditdir. “GĐZLĐ (KÖLGƏ) ĐQTĐSADĐYYAT” – 1)
məcmu məlumatlarda öz əksini tapmayan, “ənənəvi müşahidə metodları ilə müşahidə olunmayan” iqtisadiyyatın bir hissəsidir. Gizli iqtisadiyyat MHS-93-də iqtisadiyyatda qanuni fəaliyyət olmaqla aşağıdakı səbəblərə görə məlumatların gizlədilməsi kimi başa düşülür: gəlir, əlavə dəyər və digər vergilərini ödəməkdən yayınma; sosial sığorta ayırmalarını ödəməkdən yayınma; qanunvericiliklə müəyyən olunmuş standartlarda, məsələn, əməyin ödənilməsinin minimum əmək haqqı ilə uzlaşması, iş vaxtının uzunluğu, təhlükəsizlik və sanitariya normalarına uyğunluq baxımından yayınma; müəyyənləşdirilmiş inzibati qaydalardan, o cümlədən statistika və digər inzibati hesabatların doldurulmasından yayınma. Gizli iqtisadiyyat aşağıdakı formalarda özünü göstərir: statistik hallarda – hesabatın təqdim olunmaması, aktual olmayan
informasiyanın təqdim
olunması, qeydiyyatdan keçməmək, məlumatları bilərəkdən təhrif etmək. Statistikada gizli iqtisadiyyat termini ilə yanaşı, müşahidə olunmayan iqtisadiyyatın “qeyri-qanuni”, “qeyri-formal” istehsal (xidmət) və “ev təsərrüfatlarının öz istehlakı üçün” istehsalı da istifadə olunur. 2) qanunla qadağan olunmayan mal və xidmətlər istehsalı ilə məşğul olan, lakin müəyyən səbəblərə görə fəaliyyətini dövlət orqanlarından gizlədən istehsal vahidlərinin məcmusudur. Bu vahidlər tərəfindən fəaliyyətləri barədə məlumatların gizlədilməsi və ya təhrif edilməsinə aşağıdakılar səbəb ola bilər: - vergilər və sosial təminat ödəmələrindən boyun qaçırmaq; - qanunvericiliklə müəyyən olunmuş
bəzi standartlara (minimum əmək haqqı, iş vaxtı, əməyin təhlükəsizliyi və sanitar normaları və s.) riayət olunmaması; - müəyyən inzibati proseduralardan (statistik və digər hesabatların təqdim edilməsi) boyun qaçırmaq. Gizli fəaliyyət nəticəsində real və iqtisadi əhəmiyyət kəsb edən həcmlərdə məhsul və xidmətlər istehsal olunursa, bu fəaliyyət istehsal sərhədlərinə daxil edilir və Milli Hesablar Sistemi göstəricilərində nəzərə alınmalıdır. Gizli istehsal qeyri-qanuni və qeyri-formal istehsalla birlikdə müşahidə olunmayan iqtisadiyyatı təşkil edir. GĐZLĐ CĐNAYƏTKARLIQ
– real cinayətkarlığın müəyyən
səbəblər üzündən
statistikada uçota alınmayan hissəsinin qeydə alınması üçün qəbul edilmiş şərti anlayışdır. GÖMRÜK ANBARI – (I) - malların, gömrük rüsumu və vergilər ödənilmədən, həmçinin onlara ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük nəzarəti altında olan ərazidə gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük
qaydalarıdır. (II) - malların saxlanıla biləcəyi, gömrük orqanları tərəfindən bəyənilən və nəzarət olunan istənilən yerdir. Anbarlaşdırmanın belə üsulları aşağıdakı malların gömrük
anbarlarında saxlanmasına imkan verir: - AĐ-yə üzv ölkələrin malları hesab olunmayan, idxal rüsumları və ya ticarət siyasəti tədbirlərinə məruz qalmamış əmtəələr; - AĐ-yə üzv dövlətlərin mallarıdır və bunlar üçün AĐ-nin xüsusi qaydasında nəzərdə tutulur ki, onların gömrük anbarlarında yerləşdirilməsi malların ixracı ilə əlaqədar tədbirlərin tətbiq edilməsinə səbəb olacaqdır. Müəyyən edilmiş şərtlərlə, mallar
gömrük anbarlarında yerləşdirilməməklə də gömrük qaydalarına məruz qala bilər. GÖMRÜK BƏYANETMƏSĐ – xarici iqtisadi fəaliyyəti tənzimləyən dövlət üsullarından biridir. Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik 235
aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri haqqında Azərbaycan Respublikası gömrük orqanlarına verilən sənəddir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Gömrük bəyanetməsində xarici ticarət əməliyyatlarının növü, əmtəəni göndərən və alan, ödəmə valyutası, ümumi faktura dəyəri və əmtəələrin mahiyyətini və valyuta
gəlirlərinin əldə
edilməsinin xüsusiyyətlərini açıqlayan digər məlumatlar göstərilir. Bu və digər məlumatlar xarici ticarətin gömrük
statistikası üzrə
rəsmi nəşrlərin formalaşdırılmasını təmin edir. Azərbaycan Respublikasında bəyanetmə formasını və qaydalarını, həmçinin gömrük məqsədləri üçün lazım
olan məlumatların siyahısını Dövlət Gömrük Komitəsi müəyyən edir.
Mallar onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Dəniz, çay və hava gəmiləri Azərbaycan Respublikasının gömrük ərazisində, gəldikləri su və ya hava limanında, yaxud Azərbaycan Respublikası gömrük ərazisindən yola düşdükləri su və ya hava limanında bəyan edilir. Boş nəqliyyat vasitələri və sərnişin daşıyan nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən bəyannamə təqdim edirlər. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling