Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet61/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   57   58   59   60   61   62   63   64   ...   183

 

GÖMRÜK  BĐLDĐRĐŞĐ

  –  xarici  iqtisadi 

fəaliyyətin  dövlət  tənzimlənməsinin  üsullarından 

biridir. 

 

GÖMRÜK  BĐRLĐYĐ

  –  iki  və  ya  daha  çox 

ölkənin  üçüncü  ölkələrə  münasibətdə  vahid 

gömrük tarifi və qarşılıqlı münasibətdə rüsumların 

tam  ləğvi  ilə  əhatə  olunan  ümumi  gömrük 

ərazisidir. 

 

GÖMRÜK  BROKERĐ

  -  öz  adından  başqa 

şəxsin  əvəzinə  hərəkət  etdiyini  bildirən  hər  bir 

şəxs  gömrük  brokeri  hesab  edilir  və  yalnız  öz 

adından  başqa  şəxsin  əvəzinə  hərəkət  etməklə, 

gömrük 

ərazisində 



gömrük 

bəyannaməsinin 

təqdim  edilməsi  zamanı  digər  şəxsləri  onların 

əvəzinə təmsil etmək hüququna malikdirlər  



 

GÖMRÜK  EKSPERTĐZASI

 



gömrük 

orqanları  tərəfindən  gömrük  nəzarəti  və  gömrük 

rəsmiləşdirilməsi  zamanı  mübahisəli  məsələləri 

həll  etmək  məqsədilə,  gömrük  laboratoriyaları 

tərəfindən 

aparılan 

ekspertizadır. 

Gömrük 


ekspertizasının  məqsədi  gömrük  sərhədindən 

keçirilən malların tərkibinin keyfiyyətini müəyyən 

etmək  üçün  tədqiqatlar  aparmaqla,  onların  xarici 

iqtisadi fəaliyyətinin mal siyahısına uyğun düzgün 

təsnifləşdirilməsini müəyyən etməkdən ibarətdir.  

 

GÖMRÜK  ƏRAZĐSĐ

  –  dövlətin  quru  ərazisi, 

onun  ərazi  və  daxili  suları  və  üzərində  olan  hava 

məkanıdır.  Azərbaycan  Respublikasında  gömrük 

ərazisinə,  onun  yalnız  iqtisadi  dəniz  zonasında 

yerləşən süni adaları, Azərbaycan Respublikasının 

hüquqi  cəhətdən  malik  olduğu  qurğu  və  tikililər 

daxildir.  Azərbaycan  Respublikasının  ərazisində 

sərbəst  gömrük  zonaları  və  sərbəst  anbarlar 

yerləşə  bilər.  Sərbəst  gömrük  zonası  və  sərbəst 

anbar 

əraziləri 



Azərbaycan 

Respublikasının 



Gömrük  Məcəlləsi  və  gömrük  işləri  üzrə 

Azərbaycan  Respublikasının  digər  qanunvericilik 

aktlarının  müəyyən  etdikləri  hallar  istisna 

olmaqla, gömrük ərazisi xaricində sayılır.  



 

GÖMRÜK 

NƏZARƏTĐ

 

– 



gömrük 

sərhədindən  keçən  mal  və  nəqliyyat  vasitələrinin 

bütün  növləri  üzrə  həyata  keçirilir.  Gömrük 

nəzarəti  –  gömrük  işi  haqqında  Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə, 

həmçinin 

icrasına  nəzarət  Azərbaycan  Respublikasının 

gömrük  orqanlarına  həvalə  edilmiş,  Azərbaycan 

Respublikasının 

digər 


qanunvericiliyinə 

və 


Azərbaycan 

Respublikasının 

dövlətlərarası 

müqavilələrinə  riayət  edilməsini  təmin  etmək 

məqsədilə  həyata  keçirilən  tədbirlər  toplusudur. 

Mal  və  nəqliyyat  vasitələri  nəzarətin  başlandığı 

andan  qurtarmasınadək,  gömrük  rejiminə  uyğun 

olaraq, gömrük nəzarəti altında olur. Đdxal zamanı 

gömrük  nəzarəti  mal  və  nəqliyyat  vasitələrinin 

gömrük  sərhədlərini  keçdiyi  andan,  ixrac  zamanı 

isə - gömrük bəyannaməsinin qəbul edildiyi andan 

başlanır.  Gömrük  ərazisi  sərhədlərindən  xaricə 

göndərilən 

mal 


və 

nəqliyyat 

vasitələrinin 

buraxılışı  zamanı,  gömrük  nəzarəti  onların 

ölkənin  gömrük  sərhədini  keçdiyi  andan  başa 

çatmış olur. 



 

GÖMRÜK 

REJĐMĐ

 

– 



Azərbaycan 

Respublikasının  gömrük  sərhədindən  keçən  mal 

və nəqliyyat vasitələrinin statusunu müəyyən edən 

Gömrük Məcəlləsində nəzərdə tutulan maddələrin 

(hüquqi  təyinatların)  məcmusudur.  Mal  və 

nəqliyyat 

vasitələrinin 

Azərbaycan 

Respublikasının  gömrük  sərhədlərindən  keçməsi, 

bu mal və nəqliyyat vasitələrinin istifadə və idarə 

olunmasının  həyata  keçirilməsi  gömrük  rejiminə 

uyğun  olaraq  baş  verir.  Malların  yerdəyişməsini 

həyata  keçirən  şəxs  istənilən  vaxt  istənilən 

gömrük  rejimini  seçməyə  və  yaxud  onu,  malın 


 

236 


xarakterindən,  sayından,  təyinat  ölkəsindən  və  ya 

mənşə  ölkəsindən  asılı  olmayaraq,  dəyişmək 

hüququna  malikdir.  Azərbaycan  Respublikasının 

Gömrük  Məcəlləsində  gömrük  rejimi  tətbiqinin 

bəzi  məsələlərini  tənzimləyən  maddələr  nəzərə 

alınmadığı 

halda, 

müvafiq 


qanunvericilik 

aktlarının  qəbul  edilməsindən  öncə,  Azərbaycan 

Respublikasının  hökumətinin  və  Dövlət  Gömrük 

Komitəsinin  özünün  səlahiyyətləri  çərçivəsində 

gömrük 

rejiminin 



hüquqi 

tənzimlənməsinin 

xüsusiyyətlərini  müəyyən  etməyə,  həmçinin 

Gömrük  Məcəlləsində  nəzərə  alınmamış  gömrük 

rejimini  təyin  etməyə  hüququ  vardır.  Azərbaycan 

Respublikasında gömrük tənzimləməsi məqsədləri 

üçün  mal  və  nəqliyyat  vasitələrinin  gömrük 

rejiminin  aşağıdakı  növləri  vardır:  1)  sərbəst 

dövriyyə  üçün  buraxılış;  2)  yenidən  idxal;  3) 

tranzit;  4)  gömrük  anbarı;  5)  rüsumsuz  ticarət 

mağazası;  7)  gömrük  nəzarəti  altında  emal;  8) 

müvəqqəti idxal (ixrac); 9) sərbəst gömrük zonası; 

10)  sərbəst  anbar;  11)  gömrük  ərazisindən 

kənarda  emal;  12)  ixrac;  13)  yenidən  ixrac;  14) 

məhvetmə; 15) dövlətin xeyrinə imtina.  

 

GÖMRÜK  RƏSMĐLƏŞDĐRMƏSĐ

  -  mal  və 

nəqliyyat  vasitələrinin  müəyyən  gömrük  rejimi 

altında 


yerdəyişmə 

prosesi 


və 

bu 


rejim 

fəaliyyətinin 

Azərbaycan 

Respublikasının 



Gömrük  Məcəlləsinin  maddələrinin  tələblərinə 

uyğun 


olaraq 

başa 


çatmasıdır. 

Gömrük 


rəsmiləşdirməsi mal göndərənin və ya mal alanın, 

yaxud  onun  alt  strukturlarının  yerləşdiyi,  gömrük 

orqanının  fəaliyyət  göstərdiyi  regionun  bunun 

üçün  müəyyən  olunmuş  yerlərində  aparılır. 

Gömrük rəsmiləşdirməsi mənfəət götürənin xahişi 

ilə, onun hesabına və razılığı ilə digər yerlərdə və 

gömrük  orqanının  iş  vaxtından  kənar  vaxtlarda 

aparıla  bilər.  Đdxal  və  ixrac  zamanı,  gömrük 

rəsmiləşdirməsi  gömrük  orqanının  vəzifəli  şəxsi 

tərəfindən,  əməliyyatların  əvvəlcədən  aparılma 

qaydalarının  gözlənilməsi  ilə,  yük  gömrük 

bəyannaməsinin qəbulu anından başlayır. Gömrük 

rəsmiləşdirməsi,  yük  gömrük  bəyannaməsinə 

“Buraxılışa  icazə  var”  möhürünün  vurulması 

anına  aid  olur.  Gömrük  rəsmiləşdirməsi  başa 

çatdırılmayınca  mal  və  nəqliyyat  vasitələrindən, 

heç  kimin  istifadə  etməyə  hüququ  yoxdur 

(Gömrük  Məcəlləsi  və  Dövlət  gömrük  normativ 

aktlarında nəzərdə tutulan hallar istisna  olmaqla). 

Azərbaycan  Respublikasının  gömrük  sərhədlərini 

keçən,  mal  və  nəqliyyat  vasitələrinə  görə 

səlahiyyətə  malik  olan  şəxs,  yük  aparan  şəxs, 

anbar  sahibi  və  ya  digər  şəxslər  gömrük 

orqanlarının tələblərinə uyğun olaraq, yükün nəql 

edilməsini,  çəkilməsini  və  ya  mal  sayının  digər 

şəkildə 


müəyyənləşdirilməsini, 

yükün 


vurulmasını, 

boşaldılmasını, 

yenidən 

yüklənməsini,  zədələnmiş  qablaşdırmanın  bərpa 

edilməsini,  qablaşdırmanın  açılmasını,  gömrük 

rəsmiləşdirməsi  aparılmış  malların  və  nəqliyyat 

vasitələrinin  qablaşdırılmasını  və  ya  yenidən 

qablaşdırılmasını,  həmçinin  onların  yerləşdiyi 

yerlərin,  tutumların  və  digər  yerlərin  açılmasını 

həyata 


keçirməyə 

borcludurlar. 

Gömrük 

orqanlarının 



gömrük 

rəsmiləşdirməsi 

üçün 

malların  nümunələrini  götürmək,  onları  tədqiq 



etmək hüquqları vardır. 

 

GÖMRÜK  SƏRHƏDĐ

  –  ölkənin  gömrük 

ərazisinin  hüdudlarıdır,  həmçinin  sərbəst  gömrük 

zonalarının  və  sərbəst  anbarların  perimetrləridir. 

Azərbaycanda  bu,  Azərbaycan  Respublikasının 

quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin 

(gölünün)  Azərbaycan  Respublikasına  mənsub 

olan  bölməsindən  (o  cümlədən  onda  yerləşən 

adalar, qurğular və tikililər) və onların üzərindəki 

hava məkanından ibarət olan sərhəddir.  



 

GÖMRÜK  STATĐSTĐKASI

  –  xarici  əlaqələr 

statistikasının 

tərkib 

hissəsidir 



və 

ölkənin 


sərhədindən  keçən  mallarla  yanaşı,  həm  də 

göstərilən  xidmətləri  öyrənir.  Gömrük  statistikası 

xarici  ticarətin  gömrük  statistikasına  və  xüsusi 

statistikaya bölünür. 

 

GÖMRÜK  STATĐSTĐKASI  ÜZRƏ  KON-

FĐDENSĐAL  MƏLUMAT

  –  xarici  iqtisadi 

əlaqələrin  iştirakçıları  ilə  bağlanmış  konkret 

sövdələşmələr 

haqqında 

yük 

gömrük 


bəyannamələrində 

əks 


olunan 

məlumatdır. 

Azərbaycan 

Respublikasında 

qanunvericiliklə 

müəyyən  olunmuş  qaydalara  uyğun  olaraq, 

konfidensial  məlumat  qismində  xarici  ticarətin 

gömrük  statistikasının  formalaşması  prosesində 

meydana  gələn  digər  məlumat  və  göstəricilər  də 

ola  bilər.  Azərbaycan  Respublikasının  dövlət 

müəssisələri,  idarələri,  təşkilatları  və  vətəndaşları 

haqqında  gömrük  orqanları  tərəfindən  təqdim 

olunan  xarici  ticarət  üzrə  məlumatlar  yalnız 

gömrük  məqsədləri  üçün  istifadə  oluna  bilər. 

Konfidensiallıq rejiminin  tətbiq  edilməsi  zamanı 

statistik  hesabatlarda  təhrif  etmələrin  əmələ 

gəlməsinə  yol  verməmək  üçün,  həmçinin  nəşr 

olunan  məlumatların  tamlığını  saxlamaq  məqsədi 

ilə,  xarici  ticarətin  gömrük  statistikasında  nəşr 

olunan 

ümumi 


massivdə 

konfidensial 

məlumatların seçilməsinə imkan verməyən xüsusi 

texniki  üsullardan  istifadə  edilir.  Xarici  iqtisadi 

əlaqələrin  konkret  iştirakçılarının  idxal-ixrac 

əməliyyatları  haqqında  məlumatların  təqdim 

edilməsi, 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna 

olmaqla, qadağan edilir.   

 


 

237


GÖMRÜK 

STATĐSTĐKASI 

ÜZRƏ 

NƏŞRLƏR

  -  müvafiq  olaraq,  rüblük  və  illik 

dövrilikdə nəşr olunan rəsmi statistika məcmuələri 

və  bülletenləridir.  Ölkənin  xarici  ticarətinin 

vəziyyətini xarakterizə edən əsas məlumatları əks 

etdirir: bütövlükdə və ölkələr və ölkə qrupları üzrə 

bölgüdə  ixrac  və  idxalın  dəyərini,  xarici  ticarət 

balanslarının saldosunu; bu və ya digər məhsulun 

mənşə  və  təyinat  ölkələri  haqqında  məlumatları. 

Đxracın  və  idxalın  dəyəri  haqqında  məlumatlar 

ölkələrin  aşağıdakı  iqtisadi  qrupları  üzrə  bölgüdə 

verilir:  MDB,  Avropa  Đttifaqı,  Mərkəzi  və  Şərqi 

Avropa, ĐƏĐT, OPEK ölkələri və s. Malların ixracı 

və  idxalı  haqqında  məlumatlar  natural  və  dəyər 

ifadəsində  Xarici  Đqtisadi  Fəaliyyətin  Əmtəə 

Nomenklaturasının  kodlarında  “məhsul-ölkə”  və 

“ölkə-məhsul” bölgüsündə verilir. Xarici ticarətin 

gömrük  statistikası  nəşrlərində  yerləşdirilmiş 

statistik  məlumatlar,  iqtisadi  məzmunu  və 

hesablama  üsulları  xarici  ticarətin  gömrük 

statistikasının metodologiyası ilə müəyyən olunan 

xüsusi  göstəricilər  üzrə  verilir.  Bu,  ölkələr 

arasında 

və 

illər 


üzrə 

məlumatların 

müqayisəliliyini 

təmin 


edir. 

Məcmuə 


və 

bülletenlərdə nəşr olunan göstəricilərə və ayrı-ayrı 

cədvəllərə qısa metodoloji izahatlar verilir. 

Xarici  ticarət  gömrük  statistikası  üzrə  rəsmi 

nəşrlər  beynəlxalq  təcrübədə  qəbul  edilmiş 

reqlament  müddətlərində:  illik  məcmuə  -  hesabat 

dövründən  sonrakı  120-ci  gün,  rüblük  bülletenlər 

– hesabat rübündən sonrakı 60-cı gün çıxır. Xarici 

ticarətin  gömrük  statistikası  üzrə  rəsmi  dövri 

nəşrlər, dövlət hakimiyyəti və idarələri üçün xarici 

ticarətin  dövlət  tənzimləməsi  məsələləri  üzrə 

qərarların 

qəbulu 

zamanı 


məlumatların 

təminatının mühüm mənbəyidir.  



 

GÖMRÜK  TARĐFĐ

 

– 



ölkənin 

gömrük 

sərhədlərindən  keçən  mallara  tətbiq  olunan 

gömrük rüsumlarının normaları (Gömrük tarifləri) 

haqqında 

məlumatdır. 

Azərbaycan 

Respublikasında 

gömrük 

tariflərinin 



tərtib 

edilməsi və tətbiqi qaydaları, həmçinin sərhəddən 

keçən  mallara  vahid  gömrük  ərazisində  fəaliyyət 

göstərən  (“Gömrük  rüsumları  haqqında”  Qanunla 

müəyyən  edilmiş)  gömrük  rüsumlarının  tətbiqi 

qaydalarıdır. 

Gömrük 

tarifi 


Azərbaycan 

Respublikasının  Xarici  ticarət  fəaliyyətinin  mal 



nomenklaturasına uyğun olaraq, sistemləşdirilmiş 

mallara 


tətbiq 

edilir, 


gömrük 

rüsumları 

normalarını,  norma  növlərini  və  onların  təyinat 

qaydalarını:  mövsümi  və  xüsusi  rüsumların 

tətbiqini; 

malların 

gömrük 

dəyərinin 



müəyyənləşdirməsinin  sistem  və  üsullarını  və 

onların  tətbiqi  qaydalarını;  malların  mənşə 

ölkəsinin  müəyyənləşdirmə  prinsiplərini;  tarif 

imtiyazlarını, 

üstünlüklərini 

təyin 


edir. 

Azərbaycan  Respublikasının  dünya  bazarı  ilə 

qarşılıqlı  əlaqəsində  onun  ticarət  siyasətinin  və 

daxili  əmtəə  bazarında  dövlət  tənzimlənməsinin 

aləti  kimi  iştirak  edən  Gömrük  tarifinin  əsas 

məqsədləri bunlardır: 1) ölkəyə mal idxalının mal 

strukturunun səmərələşdirilməsi; 2) ölkə ərazisinə 

mal  idxal  və  ixracının,  valyuta  gəlirləri  və 

xərclərinin səmərəli nisbətinə  kömək  edilməsi; 3) 

ölkədə  malların  istehsal  və  istehlak  strukturunda 

proqressiv dəyişikliklər üçün şəraitin yaradılması; 

4)  ölkə  iqtisadiyyatının  arzu  olunmayan  xarici 



rəqabət  təsirindən  müdafiəsi;  5)  Azərbaycan 

Respublikasının  dünya  iqtisadiyyatına  səmərəli 

inteqrasiyası üçün şərtlərin təmin edilməsi.  

 

GÖMRÜK  TRANZĐTĐ

  -  malların  bir  gömrük 

orqanından gömrük nəzarəti altında digər gömrük 

orqanına daşınması və nəqlidir. 

 

GÖMRÜK  YÜK  BƏYANNAMƏSĐ  (GYB)

 

–    rezidentliyindən,  hüquqi  statusundan,  coğrafi 

mövqeyindən, gömrük güzəştlərinin istifadəsindən 

asılı 

olmayaraq, 



xarici 

ticarət 


əməliyyatı 

iştirakçılarının 

Azərbaycan 

Respublikasının 



gömrük  sərhədlərindən  keçirilən  malların  hər 

partiyası  üçün  tərtib  edilən  gömrük  məqsədləri 

üçün unifikasiya edilmiş sənəddir. GYB-də xarici 

ticarət  əməliyyatının  növü,  rekvizitləri,  malı 

göndərən və qəbul edən, ödəmə valyutası, ümumi 

faktiki  dəyəri  və  malın  və  valyuta  mədaxilinin 

mahiyyətini  göstərən  məlumatlar  əks  olunur. 

GYB universal statusa malikdir. O, xarici ticarətin 

gömrük statistikasının formalaşdırılmasına xidmət 

edən baza sənədi olmaqla yanaşı, həm də maliyyə 

sənədlərinə 

gömrük 

nəzarətinin 

həyata 


keçirilməsi, 

xarici 


iqtisadi 

əlaqələr 

üzrə 

iştirakçıların 



dövlət 

büdcəsi 


ilə 

qarşılıqlı 

münasibətlərinin  müəyyənləşdirilməsi  üçün  əsas 

hesab edilən hüquqi sənəddir.  

Azərbaycan 

Respublikasında 

GYB-nin 

doldurulması qaydası Gömrük Məcəlləsinə əsasən 

hazırlanmışdır,  gömrük  orqanlarının  və  xarici 

iqtisadi  fəaliyyət  iştirakçılarının  uzunmüddətli 

perspektivdə işlərinin həyata keçirilməsini özündə 

əks etdirir. 



 

GÖMRÜKXANA  ƏRAZĐSĐNDƏN  KƏ-

NARDA  MALLARIN  EMALI

  -  ölkənin 

mallarının  iqtisadi  siyasət  tədbirləri  tətbiq 

olunmadan 

ixrac 


edilməsinin 

və 


ölkənin 

gömrükxana  ərazisindən  kənarda  onların  emalı 

(quraşdırma, emal, təmir, bərpa və malın emalının 

özü)  məqsədi  ilə  və  ölkənin  gömrükxana 

ərazisində sərbəst tədavülə sonrakı buraxılış üçün 

əvvəlcədən  ödənilmiş  ümumi  ixrac  rüsumlarının, 

vergilərinin  qaytarılması  ilə,  tam  və  ya  qismən 

vergi,  ixrac  rüsumlarının  yığılmasından  azad 


 

238 


edilməsi,  həmçinin  məhsullara  iqtisadi  siyasət 

ölçüsü 


tətbiq 

edilməsinin 



gömrükxana 

qaydalarıdır.  Gömrükxana  ərazisindən  kənarda 

məhsulların  emalı  lisenziya  ilə  aparılır.  Gömrük 

ərazisindən  kənarda  emal  ölkənin  gömrük  orqanı 

tərəfindən  təyin  olunmuş  və  gömrük  orqanlarının 

qaydaları 

ilə 


müəyyən 

olunmuş 


vaxtda 

aparılmalıdır.  Vaxtın  müəyyən  edilməsi  məhsul 

emalı  işinin  iqtisadi  cəhətdən  əsaslandırılmış 

davamiyyətinə əsaslanır. Gömrük orqanı həmçinin 

(gömrük  məqsədi  ilə)  məhsul  emalından  alınan 

çıxışın mütləq kəmiyyətini də müəyyən edə bilər. 

Gömrükxana  ərazisindən  kənarda  malların  emalı 

zamanı  gömrük  rejimindən  aşağıdakı  hallarda 

istifadə oluna bilməz: 1) əgər malların ixracı idxal 

gömrük  rüsumlarının,  vergilərinin  qaytarılmasını, 

onlardan azad etməni, yaxud ixrac zamanı verilən 

ödəmələri  tələb  etmək  üçün  əsas  verirsə;  2)  əgər 

mallar  ixrac  edilməzdən  əvvəl  idxal  gömrük 

rüsumlarından, 

vergilərdən 

tamamilə 

azad 

olunmaqla 



sərbəst 

dövriyyəyə 

buraxılıbsa, 

azadetmədən  istifadə  başa  çatanadək;  3)  ölkə 

gömrük  işini  aparan  Dövlət  Gömrük  Komitəsi 

Đqtisadi Đnkişaf Nazirliyi ilə razılaşdırma əsasında 

müəyyən etdiyi hallarda. 

 

GÖMRÜYÜN  TƏYĐNATI

  -  vahid  inzibati 

sənəddə  nəzərdə  tutulmuş  üsullardır  ki,  bunun 

əsasında  malların idxal  və  ya  ixracı  bəyan  (rəsmi 

surətdə elan) edilir.  



 

GÖNDƏRĐLMĐŞ  (YÜKLƏNMĐŞ)  MƏH-

SULLARIN 

HƏCMĐ

 

– 

istehsalçının 

hesablaşma  hesabına  pul  vəsaitinin  daxil  olması 

faktından  asılı  olmayaraq,  istehlakçıya  faktiki 

göndərilmiş  öz  istehsal  etdiyi  məhsulların 

(yerində  akt  üzrə  sifarişçiyə  təqdim  olunmuş 

məhsullar da daxil edilməklə), sifarişçi tərəfindən 

qəbul  edilmiş,  yerinə  yetirilmiş  iş  və  xidmətlərin 

dəyəridir. 

 

GÖNDƏRMƏ  (MALIN)  ÖLKƏSĐ

  -  malın 

hərəkətinin  fasiləsizliyinə  əməl  etməklə  və  ya 

tranzit  ölkədə  müvafiq  olmayan  daşınmalarla 

hüquqi  əməliyyatların  həyata  keçirilməməsi 

şərtləri  ilə,  idxalçı  ölkəyə  əmtəəni  göndərən  ilkin 

ölkədir.  



 

GÖNDƏRMƏ  (MALLARIN) 

-  malların 

ölkələrin  birindən  o  birisinə  göndərilməsidir  və 

mallar göndərmənin predmeti hesab edilir. 

 

GÖNDƏRMƏ  AYI

    -  fyuçer  müqaviləsinin 

(gələcəyə dair müqavilə) satıcısı ona uyğun olaraq 

əmtəələri 

göndərməli 

olduğu, 


fyuçer 

müqaviləsinin  alıcısının  isə  həmin  malları  qəbul 

etməli olduğu aydır. 

 

GÖNDƏRMƏ KATEQORĐYASI

 – vaqon və 

konteynerlərin  verilməsi,  istifadə  edilməsi  və 

daşımaların 

təşkil 


edilməsi 

şərtlərini 

müəyyənləşdirən,  dəmiryol  nəqliyyatında  konkret 

yük 


partiyasının 

(dəstinin) 

əlamətidir 

(nişanəsidir). 

Aşağıdakı 

kateqoriyalar 

fərqləndirilir:  xırda  (kiçik)  –  ayrıca  vaqon 

verilməsini tələb etməyən, konteyner – konteyner 

və  konteyner  qruplarının  verilməsini  tələb  edən, 

vaqon  –  vaqonun  və  ya  kiçik  vaqonlar  qrupunun 

verilməsini  tələb  edən,  marşrut  –  şəbəkənin 

konkret  poliqonuna  çevrilən,  qatar  karvanına 

bərabər  olan  vaqonlar  qrupunun  verilməsini  tələb 

edən.  

 

GÖSTƏRĐCĐ 

(ĐŞARƏ)

 

(məlumatların 

işlənməsində)  –  EHM-in  yaddaşında  saxlanan 

məlumatların 

elementlərini 

göstərə 


bilən 

informasiya növüdür. 

 

GÖSTƏRĐCĐLƏR

  –  hadisələr  və  onların 

inkişafı  haqqında  fikir  yürütməyə  imkan  verən 

məlumatlardır (artım göstəriciləri, orta göstəricilər 

və sair).  

 

GÖZLƏMƏ  MÜDDƏTĐ

  –  1)  kütləvi  xidmət 

sistemində  tələbin  yarandığı  anla  bu  tələbin 

ödənilməsinə  başlanılan  an  arasındakı  müddətdir; 

2)  sorğuya  cavab  almaq  üçün  gözlənilən 

müddətdir;  3)  mərkəzi  prosessorun  gözləmə 

vəziyyətində olma müddətidir. 

 

GÖZLƏNĐLMƏYƏN 

NƏTĐCƏLƏR

 

– 



müəyyən  bir  dövrdə  aşağıdakı  gözlənilməyən 

vəziyyətləri əhatə edən nəticələrdir:  

-  şirkətin  iş  fəallığının  adi  növlərinə  uyğun 

gəlməyən və nadir hallarda baş verən vəziyyət; 

-  metodiki  dəyişikliklərin  və  səhvlərin  təshih 

edilməsinin nəticəsi; 

-  bölmələrin  və  yaxud  iş  fəallığının  ayrı-ayrı 

növlərinin  satılmasının  və  yaxud  bağlanmasının 

nəticəsi; 

qanunla 



müəyyənləşdirilmiş 

ehtiyatların 

hərəkəti. 

Onlar  adətən  mənfəətə  vergilər  çıxılmaqla 

göstərilir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   57   58   59   60   61   62   63   64   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling