Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet69/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   65   66   67   68   69   70   71   72   ...   183

XARĐCĐ  TĐCARƏTDƏ  ORTA  QĐYMƏT 

ĐNDEKSĐ

  –  vaxt  və  ya  ərazi  üzrə  ixrac  (idxal) 

məhsullarının  orta  qiymət  səviyyəsinin  nisbi 

dəyişməsini əks etdirən göstəricidir. 

 

XARĐCĐ  TĐCARƏTĐN  FĐZĐKĐ  HƏCM 



ĐNDEKSĐ

  –  daimi  qiymətlərlə  əmtəələrin 

ixracının  (idxalının)  həcminin  nisbi  dəyişməsini 

əks etdirən göstəricidir.   

 

XARĐCĐ 



TĐCARƏTĐN 

QĐYMƏT 

ĐNDEKSLƏRĐ 

(ĐXRAC 

VƏ 

ĐDXAL 

QĐYMƏTLƏRĐ  ĐNDEKSLƏRĐ)

  –  xarici 

ticarət  yollarına  daxil  olan  məhsulların  qiymət 

dinamikasını  əks  etdirir.  Đlkin  məlumat  daxili 

qiymət  indeksindən  prinsipial  olaraq  fərqlənir. 

Xarici  ticarət  indeksinin  hesablanmasında  əksər 

ölkələrdə  konkret  qiymət  deyil,  özündə  idxal 

(ixrac)  edilən  məhsul  növünün  ümumi  dəyərinin, 

onun  natural  idxal  (ixrac)  həcminə  olan  nisbətini 

göstərən əmtəə qruplarının orta qiymətindən geniş 

istifadə  edilir.  Mahiyyətcə  xarici  ticarət  indeksi 

orta qiymət indeksi hesab edilir. Bu indeks xarici 

ticarət 


fəaliyyətini 

həyata 


keçirən 

bütün 


təşkilatların  uçotunun  xüsusiyyətləri  ilə  şərtlənir 

və  yalnız  əmtəə  dövriyyəsinin  dəyərlə  həcminin 

və 

satılmış 



əmtəələrin 

miqdarının 

yekun 

göstəricilərinin hesablanması üçün istifadə etməyə 



imkan  verir.  Əmtəə  bölmələri  və  həmçinin  ölkə 

üzrə  xarici  ticarət  fəaliyyətində  ayrı-ayrı  əmtəə 

nomenklaturaları  və  altqrupları,  qrupları  üzrə 

qruplaşmalarda  hesablanır.  Daxili  qiymətlərlə 



 

268 


hesablamalar,  hesabat  ilinin  əmtəə  strukturu  üzrə 

aparılır.  

 

XARĐCĐ  TĐCARƏTĐN  ÖLÇÜ  VAHĐDĐ 

TƏSNĐFATI

 

– 

məlumatların 

vahid 

təsnifləşdirmə və kodlaşdırma sistemində (VTKS) 

istifadə olunan ölçü vahidləri təsnifatıdır. 

 

XARĐCĐ  TĐCARƏTĐN  UÇOT  SĐSTEMĐ

  – 

ticarəti “ümumi” və “xüsusi” hissəyə bölür və bu 

ayırma  1973-cü  ildə  Kiotoda  imzalanmış  gömrük 

qaydalarının 

sadələşdirilməsi 

və 


uyğunlaşdırılması  üzrə  Beynəlxalq  Konvensiya 

qərarı  əsasında  aparılır.  Daxili  istifadə  üçün  ölkə 

ərazisinə  gətirilən  xarici  mənşəli  məhsullar; 

gömrük  nəzarəti  altında  malların  ölkə  ərazisində 

yenidən  işlənməsi  üçün  idxal  edilməsi;  ölkənin 

gömrük  anbarlarında  daxili  istifadə  üçün  elan 

edilmiş  malların  ölkəyə  idxal  edilməsi  xüsusi 

idxala  aid  edilir.  Ümumi  idxal  xarici  mal 

idxalının  bütün  həcmini,  eyni  zamanda  daha 

sonrakı  təxsis  edilmədən  asılı  olmayaraq  (ölkə 

daxilində  istifadə,  ya  da  növbəti  təkrar-ixrac 

üçün),  ölkənin  sərbəst  anbarlarına  və  sərbəst 

gömrük zonalarına idxalı əhatə edir. Xüsusi ixrac 

aşağıdakı  növ  tədarüklərdən  ibarətdir:  ölkə 

mənşəli  malların  sərhədlərdən  xaricə  aparılması; 

gömrük 

nəzarəti 



altında 

malların 

yenidən 

işlənməsindən  sonra  ixracı;  “milliləşdirilmiş” 

malların  ixracı  (verilən  ölkə  ərazisində  sərbəst 

tədavüldə olan xarici mənşəli məhsullar). Ümumi 



ixraca  adı  çəkilən  əməliyyatlardan  əlavə,  sərbəst 

anbarlardan  və  sərbəst  gömrük  zonalarının 

ərazilərindən  sərhədlərin  xaricinə  ixrac  edilən 

xarici  mənşəli  mallar  da  aid  edilir.  Beləliklə, 

uçotun 

ümumi 


sistemində 

mənşəyi 


və 

təyinatından  asılı  olmayaraq,  xüsusi  sistem 

sayəsində  –  ölkənin  gömrük  sərhədlərindən 

keçirilərək  yeri  dəyişdirilmiş  mallar  ölkəyə  gələn 

(idxal)  və  ölkədən  çıxan  (ixrac)  bütün  mallar  əks 

etdirilir.  



 

XARĐCĐ TURĐZM STATĐSTĐKASI

 – “turist 

girişi”  (xarici  vətəndaşın  və  ya  vətəndaşlığı 

olmayan  şəxslərin  hər  hansı  bir  ölkəyə  səyahətə 

gəlmələri)  və  “turist  çıxışı”na  (hər  hansı  bir 

ölkənin  vətəndaşının  digər  ölkəyə  səyahəti)  dair 

göstəriciləri 

xarakterizə 

edən 


statistikadır. 

Turistlərin  uçotunun  əsas  şərtlərindən  biri  ölkə 

ərazisində 1 gündən 12 aya qədər müddət ərzində 

olması hesab edilir. 

 

XARĐCĐ  VALYUTA

  –  1)  müvafiq  xarici 

dövlətin  və  ya  dövlətlər  qrupunun  ərazisində 

tədavüldə  olan  və  qanuni  ödəniş  vasitəsi  sayılan, 

eləcə  də  tədavüldən  çıxarılmış  və  ya  çıxarılan, 

lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına 

dəyişdirilə  bilən  banknotlar,  xəzinə  biletləri  və 

sikkələr  şəklində  pul  nişanlarıdır.  Başqa  sözlə, 

xarici valyuta beynəlxalq hesablaşmalarda istifadə 

edilən xarici ölkələrin pul nişanlarıdır, tədavül və 

ödənişlərin kredit vasitəsidir; 2) xarici dövlətlərin 

pul  nişanıdır,  həmçinin  xarici  pul  vahidləri  ilə 

ifadə  olunmuş  və  beynəlxalq  hesablaşmalarda 

istifadə  olunan  tədavül  və  ödəmənin  kredit 

vasitəsidir. Azərbaycanda Azərbaycan manatından 

başqa bütün valyutalar xarici valyuta hesab edilir. 

Valyuta  əməliyyatları  valyuta  tənzimlənməsi 

sistemində  rezidentlərə  və  qeyri-rezidentlərə 

bölünən  təsərrüfatçılıq  subyektləri  və  fiziki 

şəxslər tərəfindən həyata keçirilir. 

 

XARĐCĐ  YADDAŞ

  –  elektron  hesablama 

maşınlarının (EHM), müxtəlif texniki xüsusiyyətli 

xarici  yaddaş  qurğularının  köməyi  ilə  reallaşan 

yaddaşıdır. 

Xarici 

yaddaşa 


yerləşdirilən 

məlumatlar 

yalnız 


operativ 

yaddaşa 


yerləşdirdikdən  sonra  maşın  əmrləri  ilə  işlənə 

bilər.  Xarici  yaddaş  EHM-in  ayrılmaz  hissəsi 

hesab  olunmur  növünə  və  tutumuna  görə 

əhəmiyyətli dərəcədə dəyişə bilər.  

 

XEDJER

  –  qiymət  riskini  minimuma  endirmək 

(xedjerləşdirmə) 

üçün 

təcili 


və 

opsion 


əməliyyatlarından  istifadə  edən  hüquqi  və  ya 

fiziki şəxslərdir. 

 

XEDJERLƏŞDĐRMƏ

 

– 

fyuçers 


(təcili) 

sövdələşmələrinin yerinə yetirilməsində qiymət və 

mənfəətin  sığortalanması  formasıdır.  Sövdələşmə 

müddəti 


ərzində 

qiymətlərin 

dəyişməsində 

mümkün  itkilərdən  xedjerləşdirmənin  köməyi  ilə 

bazar  subyektlərinin  sığortalanması  yolu  ilə  bank 

risklərinin  bütün  növləri  optimallaşdırılır.  Geniş 

mənada 

xedjerləşdirmə 



müxtəlif 

metodlarla 

valyuta  risklərinin  sığortalanması  anlayışı  ilə,  o 

cümlədən  xarici  ticarət  və  kredit  əməliyyatları, 

təcili  valyuta  sövdələşmələri;  valyuta  ticarətinin 

və ya kredit sövdələşmələrinin dəyişməsi; valyuta 



riskinin 

dövlət 


sığortalanması; 

valyuta 


məzənnələrinin  dəyişməsi  nəticəsində  mümkün 

itkilərin  ödənməsi  üçün  ehtiyatların  yaradılması 

ilə eyniləşdirilir. 

 

XƏRCLƏR



  –  (I)  -  milli  hesablarda  xərclər 

alıcıların  əmtəə  və  xidmətlərə  görə  satıcılara 

ödədikləri  və  ya  ödəməyə  razı  olduqları  dəyər 

kimi  müəyyənləşdirilir.  Göstərilən  əmtəə  və 

xidmətləri  satıcılar  ya  alıcılara,  ya  da  onların 

göstərişi 

ilə 

digər 


institusional 

vahidlərə 

göndərirlər.  Ödəməyə  öhdəlik  qəbul  edən  alıcı, 

həmin  əmtəə  və  xidmətin  mülkiyyətçisi  olmaq 

istəyən iqtisadi vahidin olması mütləq deyildir. 


 

269


Şirkətlərin 

hesablarında 

xərclər 


bütün 

ödəmələrin  cəmi  kimi  müəyyənləşdirilə  bilər  və 

nəticə  etibarilə  məxaricin  sinonimi  kimi  baxıla 

bilər. 


Qeyd: Milli hesablarda xərclər çox böyük mənada 

müəyyənləşdirilmişdir.  Milli  hesablar  sistemi 

(MHS)  özündə  bütün  növ  alıcı  və  satıcıları 

birləşdirir,  burada  işçi  öz  iş  qüvvəsini  satan, 

sahibkar isə işçi qüvvəsini alan sayılır. 

(II)  –  ödənilmiş  və  ya  ödənilməyə  aid  edilən 

məbləğdən ibarətdir. Ona daxildir:  

- ya şirkət tərəfindən istehlak edilmiş, göndərilmiş 

əmtəə,  işlər  və  xidmətlərlə  mübadilə  xərcləri, 

həmçinin ona verilmiş güzəştlər;  

-  ya  da  hüquqi  öhdəçiliyə  uyğun  olaraq,  şirkətin 

ödəməli olduğu xərclər; 

-  və  yaxud  istisna  olaraq,  kompensasiyasız 

xərclər. 

Maliyyə ilinin nəticələrini hesablamaq məqsədi ilə 

xərclərə həm də aşağıdakılar daxil edilir: 

-  amortizasiya  ayırmalarına  və  ya  ehtiyatlara 

xərclər; verilmiş aktivlərin qalıq dəyəri. 

 

XƏRCLƏR  MƏRKƏZĐ



  -  xərcləri  istehsal 

məsrəflərinə bölüşdürülə bilən uçot vahididir. 

 

XƏRCLƏR  ÜZRƏ  ÜMUMĐ  DAXĐLĐ 

MƏHSUL  (ÜDM)

  –  xərclər  üzrə  ÜDM 

istehlakçı  qiymətləri  ilə  müəyyənləşdirilir  və 

aşağıdakı 

qaydada 


hesablanır: 

istehlakçı 

qiymətləri  ilə  ev  təsərrüfatlarının  son  istehlakına 

xərclər  +  alıcıların  qiyməti  ilə  qeyri-kommersiya 

təşkilatlarının  son  istehlak  xərcləri  +  istehlakçı 

qiymətləri  ilə  dövlət  idarəetmə  orqanlarının  son 

istehlak  xərcləri  +  istehlakçı  qiymətləri  ilə  əsas 

kapitalın  ümumi  yığımı  (sıradan  çıxmışlar 

çıxılmaqla 

alınmışlar) 

maddi 


dövriyyə 

vəsaitlərinin  ehtiyatlarının  dəyişməsi  +  FOB 

qiymətləri  ilə  mal  və  xidmətlərin  ixracı  –  FOB 

qiymətləri ilə mal və xidmətlərin idxalı.  

 

“XƏRCLƏR-BURAXILIŞ” 

CƏDVƏL-

LƏRĐ

  –  məhsul  və  xidmətlərin  istehsalı  və 

istifadəsini,  həmçinin  istehsal  prosesində  yaranan 

gəlirləri  xarakterizə  edən  cədvəllər  sistemidir. 

“Xərclər-buraxılış”  cədvəllərinin  iki  növü  vardır: 

ehtiyatlar  və  onların  istifadəsi  cədvəlləri  və 

“xərclər-buraxılış”ın 

simmetrik 

cədvəlləri. 

Sonuncular  ölkə  təcrübəsində  istehsalın,  məhsul 

və  xidmətlərin  istifadəsinin  sahələrarası  balansı 

adlanır.  Onlar  MHS  nəzəriyyəsi  sahəsində, 

anlayışlar  və  təsnifatların  müqayisəsini  təmin 

edən  əlaqələndirici  sistem  olduğu  kimi,  statistika 

təcrübəsində  də  müxtəlif  mənbələrdən  alınan 

göstəricilərin  ədədi  müqayisəsini  təmin  edən 

əlaqələndirici  sistemdir;  istehsalın  strukturunun, 

tələbin,  idxalın,  ixracın  mütənasibliyinin,  kapital 

qoyuluşlarının 

səmərəliliyinin, 

iqtisadiyyatın 

müxtəlif 

faktorların 

təsirinə 

məruz 

qalan 


iqtisadiyyatın və s. təhlili üçün böyük əhəmiyyətə 

malikdirlər.  

“Xərclər-buraxılış” 

cədvəllər 

sistemində 

“Ehtiyatlar”  cədvəli  özündə  ehtiyatların  əmtəə  və 

xidmətlərin 

yerli 


istehsaldan 

və 


idxaldan 

formalaşmasını 

və 

onların 


son 

istehlakda 

qiymətlərinin  yaranmasının  əsas  komponentləri 

haqqında  məlumatları  əks  etdirir.  Özündə 

mübtədası – eyni mənşəli məhsul qrupları, xəbəri 

-  sahələr  (eyni  təsnifat  koduna  aid  olan  müəssisə 

qrupları)  və  məhsul  qruplarının  son  istehlak 

qiymətlərinin 

yaranma 

komponentləri 

olan 

düzbucaqlı  matrisanı  əks  etdirir.  Cədvəlin 



sütunlarında  iqtisadiyyatın  müxtəlif  sahələrində 

buraxılan  məhsulların  istehsal  həcmləri  haqqında 

məlumat  verilir.  Cədvəlin  sətirləri  üzrə  yekunlar 

eyni  mənşəli  məhsul  qruplarının  ümumi  istehsal 

həcmlərini,  sütunlar  üzrə  yekunlar  -  iqtisadiyyat 

sahələrinin  ümumi  istehsal  həcmini  xarakterizə 

edir. 

“Xərclər-buraxılış”  cədvəllər  sisteminin  “Əmtəə 



və  xidmətlərin  istifadəsi”  cədvəlində  əmtəə  və 

xidmətlərdən  istifadə  növləri,  həmçinin  sahələr 

üzrə 

xərclər 


haqqında 

məlumatlar 

vardır. 

Cədvəllərin  sxemi  sahələrarası  balansın  sxeminə 

oxşardır  ki,  o  da  3  kvadranta  ayrılır:  aralıq 

istehlak  (1),  son  istifadə  (2),  əlavə  dəyər  (3). 

Cədvəl,  sahələrarası  balansdakı  “məhsul-məhsul” 

prinsipindən 

fərqli 

olaraq, 


“sahə-məhsul” 

prinsipləri  üzrə  qurulur.  Bu  cədvəldə  məhsul 

qrupları  və  sahələrin  təsnifatı,  onların  “Əmtəə  və 

xidmətlər  ehtiyatları”  cədvəlindəki  təsnifatına 

uyğun olur. 

 

“XƏRCLƏR-BURAXLIŞ” 



MODELĐ

 

 

Leontyev modeli”nə bax.  

 

XƏRCLƏRĐN  ĐNFLYASĐYASI

  –  bazar 

iqtisadiyyatında  istehsal  amillərinə  qiymətlərin 

kəskin  artmasına  görə  məcmu  təklifin  məcmu 

tələb  üzərində  qısamüddətli  artması  ilə  şərtlənən 

inflyasiyadır.  Belə  artım,  əsasən  məhsulun 

olmamasından,  ixrac  xammallarının  (məsələn, 

neftin)  əhəmiyyətli  bahalaşmasından,  yaxud  milli 

valyutanın  kursunun  düşməsindən  əmələ  gəlir. 

Bazar  iqtisadiyyatında  xərclərin  inflyasiyası 

istehsalın  həcminin  ixtisara  düşməsi  və  işsizliyin 

artması  ilə  müşahidə  olunur.  Dəyişməz  məcmu 

tələbatda  əmək  haqqının  ixtisara  düşməsinə  və 

digər  istehsal  amillərinə  xərclərin  azalmasına 

səbəb  olur  ki,  bu  da  nəticədə  qiymətlərin  aşağı 

düşməsinə  gətirib  çıxarır.  Əgər  pulların  təklifi 

çoxalırsa  və  nominal  büdcə  xərcləri  artırsa,  bu 

zaman  məcmu  tələbat  və  uyğun  olaraq  istehsalın 



 

270 


həcmi  artır,  işsizlik  azalır,  ancaq  son  məhsula 

qiymət artımı baş verir. 

 

XƏRCLƏRĐN  VƏ  GƏLĐRLƏRĐN  TƏN-

ZĐMLƏNMƏSĐ  VƏ  BÖLÜŞDÜRÜLMƏSĐ 

HESABLARI

 – il ərzində baş vermiş bütün xərc 

və  gəlirlərin  bir  maliyyə  ilində  bağlanması  üçün 

vaxt üzrə xərc və gəlirlərin bölüşdürülməsidir.  

Bu kateqoriyaya aşağıdakı mövqelər daxildir: 

- bir neçə maliyyə ili üzrə bölüşdürülmüş gəlirlər; 

- əlavə edilmiş xərclər; 

- ödənməyə aid olan xərclər; 

- əlavə edilmiş gəlirlər; 

- debitor borcları. 

Xərclərin 

və 

gəlirlərin 



tənzimlənməsi 

və 


bölüşdürülməsi hesabları müvafiq balansın bölmə 

və  maddələri  üzrə  təsnifləşdirilmiş  hesablara 

daxildir.  Beləliklə,  ödəməyə  aid  olan  xərclər 

hesabı  və  debitor  borcları  üçüncü  tərəfə  aid  olan 

müvafiq hesablara əlavə edilir. 

 

XƏSTƏXANA  ÇARPAYILARI



  –  xəstələrin 

stasionar  müalicəsi  üçün  tibb  müəssisələrində 

yerləşdirilmiş 

çarpayılardır. 

Smeta 

üzrə 


çarpayılarını və faktiki açılmış çarpayıları özündə 

birləşdirir. Smeta çarpayısı – tibb müəssisələrinin 

smeta-maliyyə 

planlarına 

uyğun 

olaraq 


maliyyələşdirilir.  Faktiki  açılmış  çarpayı  – 

inventarlarla  təchiz  olunmuş,  xəstələrin  qəbulu 

üçün  hazır  olan  və  xəstəxananın  smetası  üzrə 

maliyyələşdirilən çarpayılardır.  

 

XƏSTƏXANA MÜƏSSĐSƏLƏRĐ (ĐDARƏ-

LƏRĐ)

 - hospitallaşdırılmış xəstələrə tibbi xidmət 

həyata 


keçirən 

müəssisələrdir. 

Birləşmiş 

xəstəxanaların 

tərkibinə 

stasionarlar 

və 

poliklinikalar 



daxil 

olurlar. 

Xəstəxana 

müəssisələri  müxtəlif  növlərə  bölünürlər:  ərazi 

əlamətləri üzrə - Muxtar Respublika, şəhər, rayon, 

sahə  və  digərləri;  ixtisaslaşma  üzrə  -  yoluxucu, 

əsəb,  ciyər  və  digər;  yaşa  görə  -  uşaq,  yaşlı, 

həmçinin digər əlamətlər üzrə. 

 

XƏSTƏLƏNMƏ

 

– 

ayrı-ayrı 

adamların 

xəstələnmə hallarıdır. Onlar əhalinin xəstələnməsi 

statistikasında uçot vahidi kimi iştirak edir. 

 

XƏSTƏLƏNMƏ  CƏDVƏLLƏRĐ

  –  əhalinin 

yaşdan 


asılı 

olaraq 


xəstələnmə 

tezliyinin 

dəyişməsini və başqa xarakteristikalarını göstərən 

kəmiyyətlərin  nizamlanmış  ardıcıllığıdır;  fərz 

olunan 

koqortada 



xəstələnmənin 

rəqəmli 


modelidir. 

Əhalinin 

xəstələnmə 

cədvəlləri 

ümumi 

xəstələnmə 



statistikasının 

göstəricilərini 

hesablamaq  üçün istifadə  olunur,  verilmiş  dövrdə 

bu  və  ya  digər  xəstəlikdən  sosial-iqtisadi  ziyanı 

müəyyən 

etmək 


üçün, 

riyazi 


modellərin 

qurulmasına  imkan  yaradır.  Demoqrafik  təhlil 

aləti  kimi,  xəstələnmə  cədvəlləri  geniş  tətbiqini 

tapmamışdır. 

Xəstələnmə  cədvəlləri  3  növdə  olur:  inteqral 

(bütöv); ayrı-ayrı xroniki (uzun sürən) xəstəliklər; 

kəskin  xəstəliklər  üzrə.  Birinci  və  üçüncü 

xəstələnmə  cədvəlləri  üçün  əhalinin  təkrar 

istehsalının 

brutto 


və 

netto-əmsallarının 

hesablanma metodikası tətbiq olunur. 

Ayrı-ayrı  xroniki  xəstələnmələrin  cədvəlləri 

aşağıdakı  şərtlərə  əməl  edilməklə  hesablanır:  a) 

müəyyən 


dövr 

üçün 


bilavasitə 

tibbi 


müşahidələrdən  alınan  xəstələnmə  halları  haqda 

məlumatların  doğruluğu;  b)  ayrı-ayrı  yaş-cins 

qruplarında 

əhalinin 

sayı 

haqda 


dəqiq 

məlumatların  olması.  Belə  cədvəllər,  halların 

təkrar  olunmazlığı  mövcud  olan  və  bütün  əhali 

xəstələrə və qeyri-xəstələrə bölünə bilən yalnız bir 

neçə xroniki  xəstəliklər  üzrə tutulur.  Bu  zaman  il 

ərzində  tibbi  yardım  üçün  müalicə-profilaktika 

idarələrinə müraciətlər üzrə qeydə alınmış xroniki 

xəstəliklərin yeni halları, həmçinin kompleks tibbi 

müayinələrin məlumatları üzrə xəstələnmələrin ilk 

dəfə 


qeydə 

alınan 


halları 

nəzərə 


alınır. 

Xəstələnmə əmsalı (m



x

), xəstələnmə ehtimalı (q



x

), 


xəstələnənlərin 

sayı, 


stasionar 

əhalidə 


xəstələnmələrin  sayı,  həmin  xroniki  xəstəlik 

olmadıqda 

orta 

ömür 


dövrü 

hesablanır. 

Xəstələnmə cədvəlləri modeli, ölüm cədvəllərində 

olduğu  kimi,  eyni  əsas  biometrik  funksiyalardan 

ibarətdir.  Bu  cədvəllər  xəstələnmə  proqnozlarını 

tərtib etmək üçün istifadə olunur. 

 

XƏSTƏLƏNMƏ 

SƏVĐYYƏSĐ

 

əhali 


arasında  xəstəliyin  yayılmasını  xarakterizə  edən 

statistik  göstəricidir.  Əhalinin  müvafiq  sayına 

hesablamaqla, ümumilikdə əhali və onun ayrı-ayrı 

qrupları  (yaş,  cins,  peşəkarlıq  və  s.)  arasında  ilk 

dəfə  qeydiyyata  düşmüş  xəstələnmə  hallarının 

sayını  əks  etdirir.  Müasir  statistikada  “xəstəlik” 

terminindən  –  həm  yeni  baş  vermiş  xəstəliklərin, 

həm  də  keçən  illərdə  aşkara  çıxarılmış  və  həmin 

ildə  müraciət  etmiş  xəstələrin  sayında  istifadə 

edilir. 


Ümumi 

(bütün 


xəstəliklərin 

cəmi), 


hospitallaşdırılmış  (xəstəlik  kartına  görə  qeydə 

alınmış  və  müalicədən  sonra  stasionardan  çıxmış 

xəstələrin  sayı),  peşə  (hər  10  min  nəfərə 

hesablamaqla 

işçilərdən 

peşə 


xəstəliyinə 

tutulanların  sayı),  yoluxucu,  əsas  qeyri-yoluxucu 

xəstəliklərlə  xəstələnmə,  əmək  qabiliyyətini 

müvəqqəti  itirməklə  nəticələnən  xəstələnmələr 

fərqləndirilir. 

 

XƏSTƏLĐK  STATĐSTĐKASI



  –  əhalinin 

səhiyyə  statistikasının  bölməsidir.  Əhalinin  əsas 

 

271


xəstəlik  siniflərini  və  ayrı-ayrı  xəstəliklərin 

yayılmasını öyrənir. 

 

XƏSTƏLĐK, 

ZƏDƏ 

VƏ 

ÖLÜMÜN 

SƏBƏBLƏRĐ  TƏSNĐFATI

  –  tibb  elmində 

xəstəliklərin  qəbul  edilmiş  adlarının  siyahısı  və 

müəyyən 

prinsiplər 

üzrə 

xəstəliklərin 



qruplaşdırılmasıdır.  Azərbaycan  Respublikasında 

X  baxış  Xəstəliklərin  Beynəlxalq  Təsnifatından 

istifadə  edilir  və  bu,  normativ  sənəddir.  Xəstəlik, 

zədə  və  ölümün  səbəbi  təsnifatı  xəstəliklərin 

öyrənilməsi, 

ölümün 


səbəbi 

və 


səhiyyə 

orqanlarının  fəaliyyətinin  müşahidə  edilməsinin 

sistemləşdirilməsində əsas hesab edilir.  

 

XƏSTƏLĐKLƏRĐN  BEYNƏLXALQ  TƏS-



NĐFATI

,  xəstəliklərin,  zədələrin  və  ölümün 

səbəblərinin  beynəlxalq  statistik  təsnifatı  –  tibb 

elminin indiki inkişafı mərhələsində qəbul edilmiş 

xəstəliklərin 

adlarının 

siyahısı, 

xəstəliklərin 

müəyyən 

əsas 


üzrə 

qruplaşdırılmasıdır. 

Xəstəliklərin  beynəlxalq  təsnifatı  xəstələnmənin, 

ölümün  səbəblərinin  və  səhiyyə  idarələrinin 

fəaliyyətinin  öyrənilməsi  zamanı  müşahidələri 

sistemləşdirmək  üçün  əsas  sənəddir.  Onluq 

sistemi üzrə qurulub və bütün patoloji vəziyyətləri 

əhatə edir. 

J.Bertilyon tərəfindən təklif olunmuş xəstəliklərin 

birinci 


beynəlxalq 

təsnifatını 

(ölümün 

səbəblərinin  siyahısı)  1893-cü  ildə  Beynəlxalq 

Statistika  Đnstitutu  qəbul  etmişdir.  1900-cü  ildən 

müntəzəm 

olaraq 

xəstəliklərin 



beynəlxalq 

təsnifatına  yenidən  baxılır  (1900,  1910,  1920, 

1929, 1938, 1948, 1955, 1965, 1975, 1992). ÜST 

tərəfindən  yenidən  baxılma  üzrə  çağırılmış  6-cı 

konfrans 

(1948) 


xəstəliklərin 

beynəlxalq 

təsnifatına  ən  mühüm  dəyişikliklər  etmişdir. 

1970-ci  ildən  xəstəliklərin  8-ci  beynəlxalq 

təsnifatı  qüvvədə  olub,  1981-82-ci  illərdən  9-cu 

tətbiq  edilib  və  bu,  özündə  17  xəstəliklər  sinfini 

birləşdirir,  106  qrup  və  999  sərlövhəyə  bölünüb. 

Xəstəliklərin  10-cu  beynəlxalq  təsnifatı  1985-ci 

ildən  tətbiq  edilir,  orada  tibb  elminin  son 

nailiyyətləri  nəzərə  alınmış,  müxtəlif  xəstəliklər 

qrupunun mümkün detallaşma həcmi genişlənmiş, 

xəstəliklər  sinfi  və  qrupların  məzmununun  hərfi 

ifadəsi  tətbiq  edilmişdir.  Xəstəliklərin  X  baxış 

beynəlxalq  təsnifatı  –  aşağıdakı  xəstəliklər 

siniflərinə ayrılmışdır:  

I – bəzi yoluxucu və parazitar xəstəliklər (rubrika 



A00–B99);  II  –  yenitörəmələr  (C00–D48);  III  – 

qan, qanyaradan orqanların xəstəlikləri və immun 

mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-

ayrı  pozğunluqlar  (D50–D89);  IV  –  endokrin 

sistemin  xəstəlikləri,  maddələr  mübadiləsinin  və 

qidalanmanın pozğunluqları (E00–E90); V – psixi 

pozuntular  və  əxlaq  pozuntuları  (F00-F99);  VI  – 

əsəb sistemi xəstəlikləri (G00–G99); VII – göz və 

gözün  əlavə  aparatının  xəstəlikləri  (H00–H59); 

VIII  –  qulaq  və  məməyəbənzər  çıxıntının 

xəstəlikləri  (H60–H95);  IX  –  qan  dövranı 

sisteminin  xəstəlikləri  (I00–I99);  X  –  tənəffüs 

orqanlarının  xəstəlikləri  (J00–J99);  XI  –  həzm 

orqanlarının xəstəlikləri (K00–K93); XII – dərinin 

və  dərialtı  birləşdirici  toxuma  xəstəlikləri  (L00–

L99);  XIII  –  sümük-əzələ  sistemi  və  birləşdirici 

toxumaların xəstəlikləri (M00–M99); XIV – sidik-

cinsiyyət  sistemi  xəstəlikləri  (N00–N99);  XV  – 

hamiləlik,  doğuş  və  zahılıq  dövrün  ağırlaşmaları 

(O00–O99);  XVI  –  perinatal  dövrdə  meydana 

çıxan  ayrı-ayrı  vəziyyətlər  (P00–P96);  XVII  – 

anadangəlmə 

anomaliya 

(inkişaf 

qüsurları), 

deformasiyalar 

və 


xromosom 

pozğunluqları 

(Q00–Q99);  XVIII  –  kliniki  və  laborator 

tədqiqatlar  zamanı  aşkar  olunmuş  və  başqa 

rubrikalarda 

təsnifləşdirilməmiş 

simptomlar, 

əlamətlər və normadan kənarlaşmalar (R00–R99); 

XIX  –  travmalar,  zəhərlənmələr  və  xarici 

səbəblərin  təsirinin  digər  nəticələri  (S00–T98); 

XX  –  xəstələnmə  və  ölümün  xarici  səbəbləri 

(U01–Y98); XXI – əhalinin sağlamlıq vəziyyətinə 

və səhiyyə idarələrinə müraciət etməyə təsir edən 

amillər (Z00–Z99). 

Demək  olar  ki,  bütün  xəstəliklərin  üçrəqəmli 

təsnifatı sərlövhələri dördrəqəmliyə bölünüb, bəzi 

hallarda  fakultativ  beş-rəqəmli  daxil  edilib. 

Xəstəliklərin  beynəlxalq  təsnifatında  vəziyyətin 

ikiqat kodlaşdırılması prinsipi təsdiq olunmuşdur, 

onlarda  xəstəliyin  etnologiyası  və  onun  təzahür 

formaları  haqqında  informasiyanın  müstəqil 

əhəmiyyəti  var  (vərəm  meningiti,  diabetik 

katarakt və s.). Xəstəliyin əlavə təzahür kodundan 

planlaşdırmada,  ayrı-ayrı  həkim  ixtisasları  üzrə 

tibbi 

yardımın 



həcmi 

və 


keyfiyyətinin 

qiymətləndirilməsi 

zamanı 

istifadə 



olunur. 

Xəstəliklərin 

beynəlxalq 

təsnifatına 

tibb 

idarələrinin  əsas  fəaliyyət  növləri,  cərrahiyə 



növləri  və  proseduraları  üzrə əlavə təsnifləşdirmə 

sistemi, 

laboratoriya 

proseduraları, 

rentgen-

radioloji, müalicəvi və diaqnostika işinin təsnifatı, 

xəstəliklərin  nəticələrinin  və  s.  təsnifatı  əlavə 

edilir.  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   65   66   67   68   69   70   71   72   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling