Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet70/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   66   67   68   69   70   71   72   73   ...   183

XƏSTƏNĐN  STASĐONARDA  QALMA 

MÜDDƏTĐNĐN  ORTA  UZUNLUĞU

  – 

stasionarların  işlərinin  göstəricisidir.  Đl  ərzində 

xəstələrin  stasionarda  keçirdiyi  çarpayı-günlərin 

sayının  çıxıb  getmiş  xəstələrin  (ölənlər  daxil 

edilməklə) sayına bölünməsi ilə hesablanır.    

 

XƏTALI  SEÇMƏ



  –  tərkibində  “kobud 

səhvləri”  olan  seçmə  müşahidəsidir.  Xətalı 

seçmədə  “tipik”  elementlərin  məlum  ehtimalı, 

paylanmanın  (1-ε)  qanuna  tabe  olan  X  təsadüfi 



 

272 


kəmiyyətidir.  Adətən,  paylanma  qanunu  qeyri-

məlum  olan  Y  təsadüfi  kəmiyyətinin  digər 

elementləri,  ε  ehtimallı  olur.  Y  kəmiyyətinin 

elementləri  “kobud  səhvlər”  adlanırlar.  Mövcud 

“kobud  səhvlərin”  uçotu  üçün  robast  (etibarlı) 

qiymətləndirilməsi metodundan istifadə edilir. 

 

XƏTTĐ ĐSTEHSAL FUNKSĐYASI

 – istehsal 

funksiyalarından  ən  sadəsidir.  Xəttilik  fərziyyəsi 

çox  hallarda  reallığı  uyğun  olmur,  buna  görə  də 

xətti istehsal funksiyası kifayət qədər mücərrəddir 

və aşağıdakı şəkildədir: 

y = 

n

n

x

a

x

a

x

a

+

+



+

...


2

2

1



1

 

burada 



i

a

  -  parametrdir.  Əvəzetmənin  bütün 

maksimum  normalarının  sabit  olması  fərziyyə 

olunur,  elastikliyin  maksimum  normaları  isə 

sonsuzluğa bərabərdir, 

i

x

 - istehsal ehtiyatlarıdır, 



i  =  1,  ...  ,  n;  y  –  buraxılışdır.  Əgər  asılı  olmayan 

dəyişənlər  kimi 



i

x

  iştirak  edirsə,  onda  xətti 

istehsal  funksiyası  buraxılış  funksiyası  adlanır. 

Əgər  buraxılış  həcmi  qeydə  alınmışdırsa,  onda 

xətti  istehsal  funksiyasını  xərclər  funksiyası 

adlandırırlar. 

Əgər  istehsalın  buraxılış  və  xərcləri  arasında 

miqdarca  əlaqə  statistik  xarakter  daşıyırsa,  onda 

xətti istehsal funksiyası reqressiya modelidir. 

 

XƏTTĐ TREND

 - 

t

Y

a + b·t (t vaxtı göstərir) 

asılılığı ilə göstərilən trenddir. Ən kiçik kvadratlar 

üsulu  ilə  a  və  b  parametrləri  müəyyən  edilir.  b 

parametri 

t

Y

-nin  orta  mütləq  artımını  müəyyən 

edir. 

 

XƏZĐNƏ  ĐSTĐQRAZ  KAĞIZI



  –  sahibinin 

büdcəyə  pul  vəsaiti  ödəməsini  təsdiqləyən  və 

xəzinədarlıq istiqraz kağızına sahib olduğu dövrdə 

ona  müəyyən  edilmiş  gəlirin  əldə  olunmasına 

hüquq 

verən 


dövlətin 

qiymətli 

kağızıdır. 

Azərbaycan  Respublikasında  xəzinə  istiqraz 

kağızının  ilkin  yerləşdirilməsi  prosesində,  onun 

köməyi  ilə  müəssisələr  arasında,  müəssisələrlə 

büdcə  arasında  hesablamalar  aparılır.  Xəzinə 

istiqraz  kağızından  bir  neçə  dəfə  istifadə 

edildikdən  sonra,  onlar  ikinci  dəfə  bazara  daxil 

olur  və  istənilən  hüquqi  şəxslərə,  o  cümlədən 

müəyyən 

güzəştli 

qiymətlərlə 

kommersiya 

banklarına satılır.  Hər  biri seriyalarla buraxılır  və 

müəyyən  banklar  vasitəsilə  xidmət  göstərilir. 

Xəzinə 

istiqraz 



kağızlarının 

alqı-satqı 

əməliyyatları  və  cari  kurs  üzrə  faiz  gəliri  vergiyə 

cəlb olunmur. 

 

XĐDMƏT

  –  müəyyən  tələbatı  ödəyən,  lakin 

maddi-əşya 

(maddi) 


formasına 

çevrilməyən 

fəaliyyətin faydalı nəticəsidir. Xidmətlər maddi və 

qeyri-maddi,  bazar  və  qeyri-bazar  xidməti  ola 

bilər,  ümumilikdə  cəmiyyətə  və  onun  ayrı-ayrı 

üzvlərinə  göstərilə  bilər.  Bazar  xidmətinin  dəyəri 

alınmış 

ödənişin 

miqdarı 

ilə, 


qeyri-bazar 

xidmətinin  dəyəri  isə  onların  göstərilməsinə 

çəkilən xərclərin məbləği ilə müəyyənləşdirilir. 

 

XĐDMƏT SAHƏLƏRĐNĐN FƏALĐYYƏTĐ-



NĐN  NƏTĐCƏLƏRĐ 

–  göstərilmiş  xidmətlərin 

və  əldə  olunmuş  gəlirlərin  ümumi  həcmidir. 

Xidmət 


sahələrinin 

fəaliyyət 



göstəriciləri 

sisteminə  MHS-də  əks  olunan  göstərilmiş 

xidmətlərin həcmi, ümumi buraxılış, ümumi gəlir, 

əlavə  dəyər  və  xalis  əlavə  dəyər,  xidmətlərin 

satışından  ümumi  və  xalis  mənfəət,  həmçinin 

xidmətlərin  satışından  əldə  olunan  gəlirlər  aiddir. 

Nəticələrin  göstəricilərinin  sayına,  həmçinin 

əhalinin  hər  nəfərinə  düşən  xidmətin  səviyyəsi 

göstəricisi də daxil edilir. 

 

XĐDMƏT SAHƏSĐ



 - nəticəsi istehsal fəaliyyəti 

olaraq,  ictimai  zərurət  hesab  edilən,  müəyyən 

şəxsi  və  ictimai  tələbatları  ödəyən,  lakin 

məhsullarda təmsil olunmayan sahələri birləşdirir. 

Beynəlxalq  metodologiyaya  keçidlə  əlaqədar 

olaraq,  xidmət  sahəsi  istehsal  sahəsi  kimi  qəbul 

olunmuşdur  və  fəaliyyəti  bütün  cəmiyyətə,  ayrı-

ayrı  kollektivlərə,  hüquqi  şəxslərə  və  ev 

təsərrüfatlarına  xidmət  göstərməkdən  ibarətdir. 

Xidmət  sahəsi  ümumi  daxili  məhsulun  (ÜDM) 

istehsalında  iştirak  edir,  ÜMD-in  yaranmasında 

onun  iştirakını  ümumi  əlavə  dəyər  əks  etdirir. 

Xidmət  sahəsinin  sahələr  üzrə  bölgüsü  Đqtisadi 

Fəaliyyət Növləri Təsnifatı ilə müəyyən edilir. 

 

XĐDMƏT  SAHƏSĐNDƏ  ÜMUMĐ  ƏLAVƏ 

DƏYƏR

  –  xidmət  sahəsinin  ümumi  daxili 

məhsulun istehsalında payını əks etdirən, fəaliyyət 

nəticələrinin 

ümumiləşdirici 

göstəricisidir. 

Xidmət  sahəsində  ümumi  əlavə  dəyər  ümumi 

məhsul  buraxılışı  ilə  aralıq  istehlak  arasındakı 

fərq kimi hesablanır. Ümumi buraxılış, mülkiyyət 

növündən  və  tabeçiliyindən  asılı  olmayaraq, 

xidmət  göstərən  bütün  iqtisadi  vahidlər  üzrə 

müəyyən  olunur  və  xidmətlərin  ümumi  dəyəri 

əsas  qiymətlərlə  qiymətləndirilir.  Aralıq  istehlaka 

maddi 

xərclər, 



qeyri-maddi 

xidmətlərin 

ödənilməsi,  ezamiyyət  xərcləri  (yol  pulu  və 

mehmanxana  xərcləri)  daxildir.  Aralıq  istehlak 

faktiki  xərclərin  məlumatları  əsasında  müəyyən 

edilir və onun tərkibinə maddi, habelə ona bərabər 

tutulan  xərclər  (alınmış  nemətlər  və  xidmətlər 

onların  satınalma  qiymətləri  ilə,  öz  istehsalı  isə 

istehsalın  faktiki  xərcləri  ilə  qiymətləndirilir) 

daxildir. 

 


 

273


XĐDMƏT  SAHƏSĐNĐN  ĐNFRASTRUK-

TURU

  -  ticarət,  nəqliyyat,  marketinq,  məlumat 

xidmətlərini  birləşdirən,  istehsala  və  satışa 

xidmətlər  göstərən  fəaliyyət  növləri  kompleksini 

özündə 


birləşdirir. 

Xidmət 


sahəsinin 

infrastrukturunun  inkişafı  xidmət  göstərilməsi 

kanallarının 

müxtəlifliyinə, 

xidmətin 

geniş 


spektrinə malik olmalıdır. 

 

XĐDMƏT SAHƏSĐNĐN MƏNFƏƏTĐ

 – onun 

fəaliyyətinin 

maliyyə 

nəticələrinin 

əsas 

göstəricilərindən  biridir.  MHS-də  əks  olunur  və 



gəlirliyin  (əsas  və  dövriyyə  fondlarının  həcmləri 

və 


ya 

aralıq 


istehlak 

nisbətində) 

qiymətləndirilməsi  üçün  istifadə  olunur.  Ümumi 

və  xalis  mənfəət  fərqləndirilir.  Xidmət  sahəsinin 

ümumi  mənfəəti  –  ümumi  əlavə  dəyərlə,  muzdlu 

işçilərin  əmək  haqları  və  xalis  əlavə  vergilər 

arasındakı  fərqlə  ölçülür.  Xidmət  sahəsinin  xalis 

gəliri – ümumi gəlirdən əsas fondların istehlakının 

(yəni  amortizasiyanın  illik  fondu  üstəgəl  (+)  əsas 

fondların amortizasiyasının başa çatmamış dəyəri) 

çıxılması ilə müəyyən edilir. 

 

XĐDMƏT  SAHƏSĐNĐN  SOSĐAL-ĐQTĐSA-



DĐ  POTENSĐALI

  –  xidmət  sahəsinin  mövcud 

əmək, 


maddi-texniki, 

maliyyə 


və 

təbii 


ehtiyatlarının  məcmu  qabiliyyəti  hazırkı  şəraitdə 

həm bütün cəmiyyət üçün, həm də onun ayrı-ayrı 

üzv  və  kollektivləri  üçün  maksimum  xidmət 

həcmini  istehsal  edir.  Xidmət  sahəsinin  sosial-

iqtisadi  potensialının  artma  amilləri  ehtiyatların 

həcminin  böyüklüyündən  –  potensial  daşıyıcıları 

(ekstensiv  amillər),  onların  keyfiyyətinin  artması, 

istifadənin 

balanslaşdırılmasının 

və 


səmərəliliyinin 

gücləndirilməsindən 

(intensiv 

faktorlar) ibarətdir. 

 

XĐDMƏT  SƏVĐYYƏSĐ

  –  bir  sakinə  düşən 

xidmətin  həcmidir.  Regionlar  üzrə  xidmət 

sahəsinin  inkişafı  və  bazarının  müqayisəsi, 



xidmətlərə 

tələbatın 

ödənilməsinin 

qiymətləndirilməsi 

və 


xidmət 

sahəsinin 

inkişafının xarakteristikası üçün istifadə olunur. 

 

XĐDMƏT 



STATĐSTĐKASI

 

 

tədqiqat 

mövzusu  istehsal,  satış  və  xidmətlərin  istehlakı 

prosesləri  və  onların  nəticələrinin  kəmiyyət 

xarakteristikası  hesab  edilən  elmi  və  praktiki 

statistika sahəsidir.   

 

XĐDMƏT  TARĐFLƏRĐ

  –  xidmət  sahəsi 

müəssisələrinin  istehlakçılara  xidmət  göstərdiyi 

tarif sistemidir. Əhaliyə xidmət tarifləri və istehsal 

xarakterli xidmət tarifləri vardır. 

Əhaliyə  xidmət  tarifləri  mahiyyətinə  görə 

pərakəndə  satış  qiymətləridir  və  bu  qayda  ilə  də 

yaranır.  Xidmət  növlərinin  əksəriyyətinə  (iaşə 

xidmətləri,  mədəni-iaşə  və  təsərrüfat  təyinatlı 

əmtəələrə  texniki  xidmət  və  təmir  və  s.)  istehsal 

xərclərini  kompensasiya  edən  və  onlara,  bu 

xidmətlərə olan tələbat nəzərə alınmaqla, gəlirlər, 

həmçinin  əlavə  gəlir  vergisi  daxil  olan  sərbəst 

(bazar)  tariflər  tətbiq  edilir.  Əhaliyə  xidmət 

göstərmək  üçün  materiallar,  ehtiyat  hissələri, 

yardımçı 

məmulatlar 

iaşə 

müəssisələrinə 



pərakəndə satış qiymətləri üzrə buraxılır. 

Azərbaycan  Respublikasında  mənzil-kommunal, 

xidmətlər  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

tənzimlədiyi tariflər üzrə ödənilir. 

Đstehsal  xarakterli  xidmət  tarifləri  öz  təbiətinə 

görə topdansatış qiymətləridir və bu qayda ilə də, 

əsas  rabitə  xidmətlərinə  və  dəmir  yolu  nəqliyyatı 

ilə  yüklərin  daşınmasına  (tənzimlənən  tariflər 

tətbiq  edilir)  olan  tariflər  istisna  olmaqla,  sərbəst 

(bazar) topdansatış qiymətlər kimi yaranır. 

 

XĐDMƏTĐN  GÖSTƏRĐLMƏSĐNƏ  GÖRƏ 

FƏALĐYYƏTDƏN  DÖVRĐYYƏ

  –  bütün 

göstərilmiş  xidmətlərdən  gələn  gəlirlərdir  (bank 

və işgüzar xidmətlər, sığorta xidmətləri, həmçinin 

avadanlığın  quraşdırılması,  texniki  xidmət,  təmir 

və icarəsi kimi köməkçi xidmətlər).  

Bu,  iqtisadi fəaliyyət  növləri təsnifatının  müvafiq 

seksiyalarında təsnifləşdirilir. 

Əsas  və  qeyri-əsas  fəaliyyətin  nəticəsi  hesab 

olunan  bu  göstərici  “Xidmətin  göstərilməsi  üzrə 

fəaliyyətdən  dövriyyə”ni  əks  etdirir  və  bəzi 

xidmət  növləri  sənaye  müəssisələri  tərəfindən  də 

yerinə yetirilə bilər. 

 

XĐDMƏTĐN  SATIŞINDAN  MƏDAXĐLĐN 



HƏCMĐ

  –  bütün  mülkiyyət  formalarından  və 

təşkilatı-hüquqi 

formalarından 

olan, 


rəsmi 

qeydiyyatdan 

keçmiş 

müəssisələrin 



pullu 

xidmətlərinin həcmlərinin, xidmət göstərməsi əsas 

fəaliyyət hesab edilməyən sənaye, tikinti və digər 

sahələrin 

kiçik 

müəssisələrinin 



pullu 

xidmətlərinin 

həcmlərinin, 

həmçinin 

birgə 

müəssisələrin  göstərdikləri  xidmətlərin  həcmləri 



və  ekspert  yolu  ilə  qiymətləndirilən,  fərdi 

sahibkarlar  tərəfindən  göstərilən  xidmətlərin 

həcmlərinin  cəmi  kimi  müəyyənləşdirilən  pullu 

xidmət  istehsalçılarının  fəaliyyətinin  nəticəsinin 

göstəricisidir.  

 

XĐDMƏTLƏR



 – (I) - milli hesablar sistemində 

xidmətlər  istehlakçıların  sifarişi  ilə  istehsalçılar 

tərəfindən yerinə yetirilən və adətən bu xidmətləri 

istehlak edən vahidlərin vəziyyətinin dəyişməsinə 

gətirib  çıxaran  müxtəlif  növ  fəaliyyətin  nəticəsi 

kimi müəyyən edilir. Xidmətlər mülkiyyət hüququ 



 

274 


şamil edilə bilən maddi obyektlər formasına düşə 

bilməz  və  onların  istehsalı  istehlakı  ilə  eyni 

vaxtda  baş  verir.  Yəni  xidmətlərin  istehsalının 

başa  çatması  anı  onların  istehlakçılara  təqdim 

edilmə anı ilə üst-üstə düşür. 

(II)  -  iqtisadi  vahidin  (şəxs,  müəssisə,  inzibati 

təşkilat  və  s.)  və  ya  bu  iqtisadi  vahidə  mənsub 

olan  əmtəənin  vəziyyətinin  birinci  vahidlə  ilkin 

razılaşmaya  uyğun  olaraq  digər  iqtisadi  vahidin 

fəaliyyəti  nəticəsində  dəyişməsi  kimi  (məsələn, 

təmir işləri) müəyyənləşdirilə bilər.  

 

XĐDMƏTLƏRƏ  TƏLƏBAT

  –  ödənilmə 

qabiliyyəti ilə təsdiq edilməmiş xidmətlərlə təmin 

olma vacibliyi, meylidir. 

 

XĐDMƏTLƏRĐN  KOLLEKTĐV  ĐSTEH-

LAKI

  –  (I)  -  eyni  vaxtda  cəmiyyətin  bütün 

üzvlərinə  (müdafiəyə,  idarəetməyə,  elmə)  və  ya 

ayrı-ayrı  ictimai  qrupların  üzvlərinə  (maarif, 

səhiyyə, 

sərnişin 

nəqliyyatı) 

göstərilən 

xidmətlərdir.  



(II)  -  cəmiyyətin  bütün  üzvlərinə  və  ya  ayrılıqda 

bir regionda yaşayan bütün ev təsərrüfatları kimi, 

cəmiyyətin 

ayrılıqda 

bir 

hissəsinin 



bütün 

üzvlərinə  eyni  vaxtda  göstərilən  xidmətdir. 

Kollektiv  xidmətlər  avtomatik  olaraq  cəmiyyətin 

və 


ya 

yuxarıda 

göstərilən 

ev 


təsərrüfatı 

qruplarının bütün üzvləri (onlar tərəfindən heç bir 

cəhd olmadan) tərəfindən alınır və istehlak edilir. 

 

XĐDMƏTLƏRĐN  SON  ĐSTEHLAKI



  –  ev 

təsərrüfatları,  ev  təsərrüfatlarına  xidmət  göstərən 

dövlət və qeyri-dövlət qeyri-kommersiya (ictimai) 

təşkilatları  tərəfindən  xidmətin  istehlakıdır.  Milli 



hesablar  sistemində  (MHS)  gəlirlərindən  istifadə 

edilməsi  hesabında  əks  etdirilir.  Müasir  MHS-də 

son  istehlak  xərcləri  və  faktiki  son  istehlak 

fərqləndirilir. 

Xidmətlərin 

son 


istehlakına 

müəssisələrin  öz  işçilərinə  pulsuz  və  ya  qismən 

ödənilməklə göstərdikləri sosial-mədəni xidmətlər 

daxildir: 

ödənişlə 

(fərdi 


sifarişlərlə) 

ev 


təsərrüfatları  tərəfindən  alınmış  bütün  növ 

xidmətlər

dövlət 


idarələrindən 

və 


ictimai 

təşkilatlardan  natural  formada  sosial  müavinətlər; 

şəxsi  istehlak  üçün  istehsal  olunmuş  məhsullar; 

şəxsi  mənzillərdə  yaşayış  üzrə  xidmətlərin  şərti 



dəyəri və s. 

 

XML 





EXTENSĐBLE 

MARKUP 

LANGUAGE

  (genişləndirilə  bilən  işarələmə 

dili)  -  veb  səhifələr  və  ya  sənədlər  düzəltmək 

üçün  istifadə  olunan  markup  dilidir.  Markup 

dillərinə  misal  olaraq,  html,  wml,  sgml  və  s. 

göstərmək 

olar. 

XML 


SGMLin 

(Standart 

Generalized Markup Language) sadələşdirilmiş və 

istifadə  üçün  daha  əlverişli  formaya  salınmış 

variantıdır (və ya SGMLdən istifadə etməklə daha 

sadə  və  əlverişli  formaya  salınmış  bir  markup 

dilidir).  

 

XÜSUSĐ  (ŞƏXSĐ)  KAPĐTAL



  –  1)  balansın 

təhlili  nöqteyi-nəzərdən,  xüsusi  kapital  şirkətin 

bütün aktivləri və onun passivləri (üçüncü tərəfin 

passivləri)  arasındakı  fərq  üzrə  müəyyən  edilir. 

Xüsusi 

kapital 


həmçinin 

kapitala 

ümumi 

qoyuluşlara, 



kreditlərin 

artmasının 

qiymətləndirilməsinə,  bölüşdürülməmiş  gəlirlərə, 

itkilərə,  investisiya  yardımlarına  və  qanunla 

müəyyən  edilmiş  (vergini  çıxmaqla)  ehtiyatlara 

uyğun  gəlir.  Milli  qanunvericilik  tələb  etdiyi 

hallarda  xüsusi  kapitala  xüsusi  uzunmüddətli 

istiqrazlar  (borclar)  (müəyyən  edilməmiş  vaxta) 

da  daxil  edilə  bilər;  2)  tamamilə  sahibkarın 

mülkiyyətində  olan  aktivlərin  məcmusudur.  O, 

hesabına  dəymiş  ziyanın  ödənməsi  üçün  iddia 

qaldıra  bilər.  Bütün  aktivlərin  -  istehsal,  qeyri-

istehsal  və  maliyyə  aktivlərinin  dəyərləri  və  cari 

vaxt ərzində bütün öhdəliklər arasındakı fərq kimi 

hesablanır.  Belə  hesablama  üçün  hər  bir  aktiv  və 

hər  bir  öhdəçilik  ayrılıqda  eyniləşdirilməli  və 

qiymətləndirilməlidir. Balanslaşdırıcı maddə kimi, 

xüsusi  kapital  institutsional  vahid  və  sektor,  o 

cümlədən 

bütövlükdə 

iqtisadiyyat 

üçün 


hesablanır.  

 

XÜSUSĐ  AVTOKORRELYASĐYA  FUNK-

SĐYASI

  –  X(t)  erqodik  stasionar  təsadüfi 

kəmiyyət 

ardıcıllığın 

)

(k



x

ρ

funksiyasıdır, 



),

(

1



1

t

x

=

),

(



1

2

2



h

t

t

x

x

+

=



=

 

..., 



n

n

t

x

x

(

=



=

)

1



h

t

n

+



 

müvəqqəti 

sırası 

ilə 


hesablanır 

və 


,

,

2



1

+

+



i

i

x

x

...


1

,



+k

i

x

müvəqqəti 

sırasının  aralıq  üzvlərinin,  onlara  orta  xətti 

təsirinin  aradan  qaldırılması  ilə 



i

=1,2,...,  n-k



k=0,1,2, ..., 

l

olduqda, 

i

x

və 


k

i

x

+

 aralarındakı 



asılılığın xüsusiyyəti üçün istifadə olunur.  

Bu 


funksiyanın 

qiymətləri 

belə 

tapılır: 



1

)

0



(

=

x

ρ



)



;

(

)



1

(

,



2

1

,



1

n

n

x

X

X

=



ρ

ρ



)

,...,


,

(

1



2

1

1



,

1



=

n



n

x

x

x

X

 

və 



)

,...,


,

(

3



2

,

2



n

n

x

x

x

X

=

sıraları 



arasındakı 

korrelyasiya 

əmsalıdır; 

)

,...,



,

(

2



2

1

2



,

1



=

n



n

x

x

x

X

və 


)

,...,


,

(

4



3

,

3



n

n

x

x

x

X

=

  sıralarının  hər  birinə 



)

,...,


,

(

1



3

2

1



,

2



=

n



n

x

x

x

X

  sırasının  xətti  təsiri 

istisna 

olmaqla 


1

,

2



,

3

2



,

1

)



2

(

;



=



n

n

n

x

x

x

x

ρ

ρ



onlar 

arasındakı  birinci  dərəcəli  xüsusi  korrelyasiya 

əmsalıdır. 

 


 

275


XÜSUSĐ 

BORCALMA 

HÜQUQLARI 

(XBH

)  –  Beynəlxalq  Valyuta  Fondu  (BVF) 

tərəfindən 

buraxılan 

beynəlxalq 

ehtiyat 

aktivləridir.  Xüsusi  borcalma  hüquqları  –  süni, 

şərti  pul  vahididir.  Onda  milli  valyutaların 

məzənnələri  ifadə  olunur,  valyuta  ehtiyatları 

qiymətləndirilir. 

BVF-yə 


üzv 

dövlətlərin 

hesablarında xüsusi qeyd kimi çıxış edir. 1969-cu 

ildə  həyata  keçirilmiş  və  başlanğıcda  onun  qızıl 

miqdarı  0,889  qram  təmiz  qızıl  olaraq  təyin 

edilmişdir.  1974-cü  ildən  xüsusi  borcalma 

hüququnun  məzənnəsi  valyuta  “səbət”i  əsasında 

təyin  edilməyə  başlanmışdır.  1981-ci  il  yanvar 

ayının  1-dən  “səbət”  beş  aparıcı  ölkənin 

valyutasından 

ibarətdir. 

Xüsusi 


borcalma 

hüquqları  sərbəst  enib-qalxan  valyuta  sistemi 

şəraitində  yeni  paritet  müəyyən  etmə  üçün 

“qiymətin  yeni  miqyası”  funksiyasını  yerinə 

yetirir.  Yalnız  mərkəzi  banklar  vasitəsi  ilə 

hökumətlərarası  hesablaşmalar  üçün  istifadə 

olunur.   


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   66   67   68   69   70   71   72   73   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling