Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet68/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   64   65   66   67   68   69   70   71   ...   183

X12-ARĐMA 

– 

dəyişən 


(sürüşən) 

kəmiyyətlərdən 

istifadə 

edərək 


mövsümi 

kənarlaşmaların  hamarlaşdırılması  üzrə  kompüter 

proqramıdır.  Sıralar  ARĐMA  modellərinə  uyğun 

olaraq 


mövsümi 

kənarlaşmaların 

hamarlaşdırılması üzrə proqnozlaşdırılır. 

 

“XALĐS”

  -  MHS-nin  termini  kimi  iki  əsas 

mənaya  malikdir:  1)  əsas  kapitalın  istehlakı 

nəzərə alınmır, məsələn, iqtisadiyyatın xalis gəliri, 

xalis mənfəəti; 2) balanslaşdırıcı hesab edilir, yəni 

əks  iqtisadi  faydaya  malik  məbləğin  ondan 

çıxılması yolu ilə müəyyənləşdirilir, məsələn xalis 

vergilər  (subsidiyalar  çıxılmaqla  vergilər),  xalis 

ixrac (idxal çıxılmaqla ixrac). 

 

XALĐS  AKTĐVLƏRĐN  DƏYƏRĐ

  -  əgər 

müəssisənin  daimi  fəaliyyət  göstərə  bilməyəcəyi 

nəzərə  alınarsa,  xərclər  çıxılmaqla  aktiv  və 

passivlərin satışının dəyəridir.  



 

XALĐS DAXĐLĐ MƏHSUL

 - bazar qiymətləri 

üzrə  xalis  daxili  məhsul  ÜDM-dən  əsas  kapitalın 

istehlakını çıxmaq yolu ilə əldə edilir. 

 

XALĐS  DÖVRĐYYƏ

  -  (Avropa  Đttifaqı 

Şurasının  4-cü  direktivinin  28-ci  maddəsində 

müəyyən  edildiyi  kimi)  əmtəə  və  xidmətə  görə 

artıq  ödənişlərin  qaytarılması,  ƏDV  və  dövriyyə 

ilə əlaqədar olan digər vergilər çıxılmaqla, şirkətin 

tipik fəaliyyətinə aid olan əmtəələrin satılması və 

xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin 

məbləğindən ibarətdir. 



 

XALĐS ƏLAVƏ DƏYƏR

 - aralıq istehlakın və 

əsas  kapitalın  istehlakının  dəyəri  çıxılmaqla, 

məhsulun dəyəri kimi müəyyənləşdirilir. 

 

XALĐS  ĐNVESTĐSĐYALAR

  -  əsas  fondların 

amortizasiyasının 

həcmindən 

investisiya 

çıxılmaqla, ümumi investisiyadır. 

 

XALĐS  KREDĐT  VERMƏ  VƏ  YA  BORC 

ALMA

  -  kapitalla  əməliyyatlar  hesabında 

balanslaşdırıcı  maddədir  və  aşağıdakı  kimi 

müəyyən edilir: 

a)  xalis  yığım  üstəgəl  əldə  edilmiş  kapital 

transferlər, çıxılsın ödənilmiş kapital transferlər; 

b)  əsas  kapitalın  istehlakı,  silinmiş  qeyri-maliyyə 

aktivləri çıxılmaqla alınmış dəyər. 

 

XALĐS  MĐLLĐ  GƏLĐR

  -  istehsal  prosesində 

əldə  olunmuş  ilkin  gəlirlərin  MHS-də  ümumi 

kəmiyyətidir və qalan dünya ölkələri ilə qarşılıqlı 

əlaqələr  nəticəsində  mülkiyyətdən  gəlirlərin 

saldosudur. Xalis milli gəlir ümumi milli gəlirdən 

əsas  kapitalın  istehlakının  çıxılması  ilə  bazar 

qiymətləri üzrə müəyyənləşdirilir.  

 

XALĐS  REGĐSTR  TUTUMU  (netto)

    - 


gəminin  kommersiya  məqsədilə  istismar  olunan 

həcmidir.  Bu  göstərici  gəminin  tam  registr 

tutumundan yük və sərnişin daşımaq üçün istifadə 

edilə 


bilməyən 

hissələrini 

çıxmaqla 

müəyyənləşdirilir.

  

 

XALĐS  SƏHVLƏR  VƏ  BURAXILIŞLAR 

(MÜHASĐBAT 

UÇOTUNDA)

 



ikili 

yazmanın 

nəzəri 

sistemidir, 



kredit 

üzrə 


yazmaların  məbləğinin  debet  üzrə  yazmaların 

məbləğinə 

bərabər 

olmasını, 

başqa 

sözlə, 


hesabların  saldosunu  ifadə  edir.  Təcrübədə, 

məlumatların  müxtəlif  keyfiyyət  üzrə  fərqlənən 

mənbələrindən  istifadə  edilməsinə  uyğun  olaraq, 

bir  sıra  əməliyyatlar  üzrə  göstəricilər  qeyri-dəqiq 

müəyyənləşdirilə 

bilər 


və 

ümumiyyətlə, 

müəyyənləşdirilə bilməz. Bu ona gətirib çıxarır ki, 

kredit  və  debet  yazmalarını  balanslaşdırmaq 

mümkün  deyildir,  onlar  “xalis  səhvlər  və 

buraxılışlar”  adlanan  balanslaşdırıcı  yazmaları 

aparmaq  hesabına  kənarlaşdırılır.  Bu  yazma 

müəyyən  dəqiqliyi  təmin  edir,  lakin  yadda 

saxlamaq  lazımdır  ki,  kredit  və  debet  üzrə 

yazmalardakı  səhvlərin  özü  balanslaşdırıla  bilər, 

buna  görə  də,  bu  yazmanın  adı  “xalis”  terminini 

özündə birləşdirir. 



 

XALQ

 – etnik mənada etnosdur



 

XALQ  TƏSƏRRÜFATI  BALANSI  (XTB)

 

–  planlı  iqtisadiyyat  şəraitində,  təkrar  istehsalın 

əsas  iqtisadi  göstəricilərini,  artım  sürətini  və 

proporsiyalarını  əks  etdirən  balans  cədvəlləridir. 

Keçmiş SSRĐ-də ölkə üzrə XTB ilk dəfə 1923/24-

cü  maliyyə  ili  üçün  tərtib  edilmişdir  və  1991-ci 

ilədək hazırlanmışdır. XTB aşağıdakı üç hissədən 

ibarət  olmuşdur:  1)  ümumi  məhsulun  və  milli 

gəlirin təkrar istehsalı balansı; 2) əmək balansı; 3) 

milli  sərvət  balansı.  XTB  ümumi  məhsulun 

istehsalı,  istehlakı və yığımı  balansı (toplu  maddi 

balansı);  ümumi  məhsulun  və  milli  gəlirin 

istehsalı, bölüşdürülməsi, yenidən bölüşdürülməsi 

və  son  istehlakı  balansı  (yekun  maliyyə  balansı); 

ümumi  məhsulun  dövriyyəsi  balansı;  məhsul  və 

xidmətlərin 

istehsalı 

və 

bölüşdürülməsinin 

sahələrarası  balansı;  əhali  balansı  (demoqrafik 

balansı);  əmək  ehtiyatları  balansı;  fəhlə  və 

mütəxəssislərin  ixtisaslı  kadrlar  balansı;  əsas 

fondlar  balansı;  kapital  qoyuluşları  balansı;  əmək 

və  əsas  fondların  sahələrarası  balansı;  dövlətin 

maliyyə  ehtiyatları  balansı,  əhalinin  pul  gəlirləri 

və  xərcləri  balansı  göstəriciləri  daxil  edilirdi. 


 

265


XTB-də  xalq  təsərrüfatı  iki:  istehsal  (maddi 

nemətlər  yaradan)  və  qeyri-istehsal  (maddi 

nemətləri istehlak edən) sahələrinə bölünürdü. 

Đstehsal sferasında yaradılan məhsullar bölünürdü: 

maddi-əşya 

forması 


baxımından 

istehsal 

vasitələrinə 

və 


istehlak 

mallarına; 

dəyər 

baxımından  digər  malların  üzərinə  keçirilmiş  və 



yeni  yaradılmış  (ödəmələr  və  milli  gəlir)  dəyərə. 

Ölkənin 


təsərrüfat 

fəaliyyətinin 

və 

maddi 


istehsalının  son  nəticəsi  bütövlükdə  milli  gəlirin 

həcmi  ilə  müəyyən  edilirdi.  Beləliklə,  XTB-də 

qeyri-istehsal  sahəsində  əhaliyə  (maarif,  səhiyyə, 

mədəni xidmət) və cəmiyyətə göstərilən xidmətlər 

(elm,  idarəetmə)  kənarda  qalırdı.  XTB-də 

cədvəllər  sahələr  və  mülkiyyət  növlərinə  görə 

tərtib edilirdi.  

Hazırda  XTB  əvəzinə  Milli  Hesablar  Sistemi 

(MHS) tətbiq olunur. 

 

XAMMAL

  –  hasil  edilmiş  faydalı  qazıntılar  və 

başqa  təbii  resurslar,  onlardan  hazırlanmış, 

sonradan 

yenidən 


emal 

edilməli 

olan 

materiallardır. 



 

XAMMAL 

VAHĐDĐNDƏN 

ALINAN 

MƏHSUL

 

– 



hazır 

məhsul 


istehsalında 

xammaldan 

istifadənin 

texniki-iqtisadi 

göstəricisidir.  Müəyyən  növ  hazır 

məhsul 


buraxılışının,  məhsulun  istehsalına  sərf  olunan 

əsas  xammalın  və  ya  yarımfabrikatın  miqdarına 

olan  nisbəti  kimi  hesablanır;  xammal  nə  qədər 

yaxşı istifadə olunarsa, xammal vahidindən alınan 

məhsul  bir  o  qədər  çox,  xammal  sərfinin  xüsusi 

çəkisi  isə  az  olar.  Xammal  vahidindən  alınan 

məhsul  göstəricisi  məhsul  vahidinə  sərf  olunan 

xammalın xüsusi çəki göstəricisinə tərs mütənasib 

göstəricidir  və  bu,  daha  çox  kənd  təsərrüfatı 

məhsullarının  təkrar  emalı  sahəsində  tətbiq 

olunur.  

Xüsusi  çəki  sərfi  (m)  adətən,  maddi  ehtiyatların 

hər  bir  növünün  ayrı-ayrılıqda  fiziki  vahidlərdə 

məhsul  növünün  natura  formasında  verilən 

vahidinə  bölünməsi  ilə,  m  = 

g

M

  düsturu  ilə 

hesablanır  (burada  M  -  bütün  məhsul  həcminin 

istehsalı  üçün  verilən  ehtiyat  növünün  ümumi 

sərfi;  g  –  istehsal  edilmiş  yararlı  məhsul 

vahidlərinin  sayıdır).  Xammal  vahidindən  alınan 

məhsul  göstəricisi  (G)  oxşar  olaraq  hesablanır  və 

aşağıdakı düsturla müəyyən edilir:  

      G = 

m

1

  və ya  G = 



M

g

 

Xammal  vahidindən  alınan  məhsul  göstəricisinin 



dinamika  əmsalı  ümumi  şəkildə  aşağıdakı  kimi 

olur: 


1

0

m



m

 = 


0

0

M



g

1

1



M

g

 

 

XAMMAL  VƏ  MATERĐALLAR

  –  (I)  -  

böyük  və  ya  kiçik  dərəcədə  emala  məruz  qalmış, 

sonradan  hazır  məhsulun  hissəsi  olacaq  əşya  və 

maddələrdir.  



(II)  -  mal  və  xidmətlərin  istehsalı  və  əsas 

fondların  artırılması  üçün  alınmış  əşya  və 

materiallardır. 

Köməkçi 


və 

qablaşdırıcı 

materiallar  kimi  istehlak  olunan  xammalı  özündə 

birləşdirir.  



(III)  -  öz  istehsalı  prosesində  aralıq  ehtiyatlar 

qismində sahibkarın istifadə üçün nəzərdə tutduğu 

mallardır  (yanacaq,  alınmış  yarımfabrikatlar  və 

komplektləşdirici  məmulatlar,  konstruksiyalar  və 

detallar,  ehtiyat  hissələri,  məhsulların  (malların) 

qablaşdırılması  və  nəqli  üçün  taralar,  tikinti 

materialları,  toxum  və  əkmək  materialları,  yem, 

mineral  gübrələr,  zəhərli  kimyəvi  preparatlar, 

biopreparatlar).  Belə  mallar  yenidən  satılmaq 

üçün nəzərdə tutulmamışdır. 



 

XAMMAL,  MATERĐAL  VƏ  DĐGƏR 

ƏMƏK  ƏŞYALARININ  EHTĐYATLARI-

NIN DƏYĐŞMƏSĐ

 – ƏDV (əlavə dəyər vergisi) 

çıxılmaqla, 

alıcıların 

qiymətləri 

ilə 


qiymətləndirilir.  Bu  ehtiyatlar  istehsalda  aralıq 

məsrəflər  kimi  istifadə  olunmaq  üçün  nəzərdə 

tutulur.  Müsbət  və  mənfi  olan  bu  göstəricilər 

əlavə dəyərin hesablanmasına imkan verir. 

Đstehsal prosesində istifadə olunmaq üçün nəzərdə 

tutulmuş  məhsullar  həm  mal,  həm  də  xidmətlər 

kimi ola bilər. 

Đstifadəçilərdə  ehtiyatların  dəyişməsi  istehsal 

vahidində  olan  xammal,  material  və  digər  əmək 

əşyalarının bütün ehtiyatlarına bərabərdir. Belə ki, 

bu  ehtiyatlar  iqtisadi  vahidin  istehsal  prosesində 

istifadə  olunur  və  onlar  “aralıq  istehlakın” 

makroiqtisadi 

kateqoriyasının 

bir 

hissəsini 



formalaşdırır. 

 

XAMMAL,  MATERĐAL,  DĐGƏR  ƏMƏK 

ƏŞYALARI  VƏ  XĐDMƏTLƏRĐN  ALIN-

MASI

  -  mülkiyyət  və  avadanlıqların  icarəsi, 

lizinq,  müvəqqəti  heyət  və  ümumilikdə  şəxsi 

istifadə  (təhlükəsizlik  xidməti,  süpürgəçilər  və s.) 

üçün  kənar  təşkilatların  bütün  xidmətləri  kimi 

istehsal  amillərinin  təmin  edilməsinə  aid  edilən 

istehsal  prosesində  və  xidmət  göstərilməsində 

istifadə olunan bütün mallar hesab edilir. 

Alındığı  vəziyyətdə  yenidən  satılmaq  üçün 

alınmış  xammal,  material,  digər  əşyalar  və 

xidmətlər  bu  maddədən  çıxarılır  və  “Alındığı 

vəziyyətdə  yenidən  satılması  üçün  əmtəə  və 

xidmətlərin alınması” başlığı altına daxil edilir. 



 

266 


Xammal,  material,  digər  əmək  əşyaları  və 

xidmətlərin  alınması  Avropa  Milli  Hesablar 

Sistemində  (AMHS)  müəyyənləşdirildiyi  kimi, 

milli  hesablar  sistemində  “Aralıq  istehlak” 

sərlövhəsi altında təsnifləşdirilir. 

Xammal,  material,  digər  əmək  əşyaları  və 

xidmətlərin  alınması  “Əmtəə  və  xidmətlərin 

alınması” göstəricisinin bir hissəsi hesab edilir.  



 

XARĐCĐ  BAZARDA  ĐXRACIN  PAYI

  – 


ölkənin dünya tələbatında ixracatının həcmidir. 

 

XARĐCĐ  BAZARDA  TOPDANSATIŞ  TĐ-

CARƏTĐ

 – müəssisələrə o zaman xarici bazarda 

topdansatış  ticarət  fəaliyyətli  kimi  baxılır  ki, 

onların  əsas  və  yeganə  iş  fəaliyyəti  aşağıdakı 

fəaliyyət növlərindən biri olsun: 

- əmtəənin xaricdə alınması və onların topdansatış 

ticarəti  müəssisəsinin  yerləşdiyi  ölkədə  təkrar 

satışı (idxal ticarət); 

-  əmtəələrin  topdansatış  ticarəti  müəssisəsinin 

yerləşdiyi  ölkədə  alınması  və  onların  xarici 

ölkələrdə təkrar satışı (ixracat); 

-  əmtəələrin  xarici  ölkələrdə  alışı  və  təkrar  satışı. 

Bu  zaman  müəssisənin  yerləşdiyi  ölkədə  bu 

əmtəələrin  sərhədi  keçməsi  faktı  əhəmiyyət  kəsb 

etmir  (tranzit  ticarət).  Təkrar  satış  üçün  nəzərdə 

tutulmuş əmtəələrin idxalı və ya əmtəələrin ixracı, 

müvafiq  olaraq,  əmtəə  alışı  və  ya  təkrar  satışının 

ümumi  həcminin  50%-nə  bərabər  və  ya  ondan 

çoxdur. 


 

XARĐCĐ  ƏMTƏƏLƏR

  –  1)  xarici  mənşəli 

olub,  müəyyən  ölkə  xaricində  sərbəst  dövriyyəyə 

buraxılan  əmtəələrdir;  2)  Azərbaycan  əmtəələri 

kateqoriyasına düşməyən istənilən əmtəələrdir. 

 

XARĐCĐ GÖMRÜK SƏRHƏDĐNDƏ NƏQ-

LĐYYAT  NÖVÜ

  –  “fəal  nəqliyyat  növü”  kimi 

müəyyənləşdirilmiş növdür. Burada,  

-  ixracda  əmtəələr  ölkənin  statistik  ərazisindən 

çıxarılmalıdır;  

- idxalda əmtəələr ölkənin statistik ərazisinə daxil 

olmalıdır. 

 

XARĐCĐ  ĐQTĐSADĐ  ƏLAQƏLƏR  (XARĐ-

CĐ  ĐQTĐSADĐ  FƏALĐYYƏT)

  -  dövlətin 

xarici 


ölkələrlə 

ticarət-iqtisadi, 

elmi-texniki 

əməkdaşlığının, 

valyuta-maliyyə 

və 


kredit 

münasibətlərinin  istiqamət,  forma,  üsul  və 

vasitələrinin məcmusudur.  

 

XARĐCĐ  ĐQTĐSADĐ  ƏLAQƏ  STATĐSTĐ-



KASI

  –  xarici  ölkələrlə  ticarət,  xidmət,  xarici 

investisiya,  turizm,  istehsal  kooperasiyaları  və 

valyuta 

əməliyyatlarını 

xarakterizə 

edən 


statistikadır. 

 

XARĐCĐ 

ĐQTĐSADĐ 

FƏALĐYYƏTDƏ 

XĐDMƏTLƏR

  –  istehsal  prosesi  ilə  sıx  bağlı 

olan  xidmətlərlə  beynəlxalq  ticarətdir.  Belə  ki, 

xidmətin  istehsalı  prosesi  azı  iki  tərəfin  – 



rezidentlərin  və  qeyri-rezidentlərin  iştirakını 

nəzərdə  tutur.  Xidmətin  fərqləndirici  cəhəti 

istehsal və istehlak arasında qarşılıqlı əlaqə hesab 

edilir.  Bu  onu  göstərir  ki,  yeni  yaradılan  xidmət 

sonrakı istehlak üçün saxlanıla bilməz. 

Beynəlxalq  xidmətin  əsas  növlərinə  aşağıdakılar 

daxildir:  nəqliyyat  və  turist  xidmətləri  (səfərlər), 

rabitə  xidmətləri,  tikinti  xidmətləri,  sığorta  və 

maliyyə  xidmətləri,  kompüter  və  informasiya 

xidmətləri,  lizinq  mükafatlandırılması  və  digər 

işgüzar  xidmətlər,  mədəniyyət  və  istirahət 

sahələrində xidmətlər, təhsil xidmətləri, hüquq və 

mühasibat  xidmətləri,  dövlət  xidmətləri  və 

göstərilənlərə daxil olmayan digər növ xidmətlər. 

 

XARĐCĐ 



ĐNVESTĐSĐYALAR

 

– 

xarici 


investorların  gəlir  əldə  etmək  məqsədi  ilə 

sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə 

qoyduqları  bütün  növ  əmlak  və  intellektual 

dəyərlərdir.  Xarici  fiziki  və  hüquqi  şəxslər, 

dövlətlər, beynəlxalq təşkilatlar xarici investor ola 

bilərlər.  Xarici  investisiyalar  birbaşa,  portfel  və 

sair investisiyalara bölünür.  

 

XARĐCĐ  ĐNVESTORLAR

  –  hər  hansı  bir 

ölkədə,  yerləşdikləri  ölkənin  qanunvericiliyinə 

əsasən  investisiyalar  həyata  keçirən  ölkələrin 

xarici  fiziki  şəxsləri,  həmçinin  dövlət  və 

beynəlxalq təşkilatlarıdır. 

 

XARĐCĐ KREDĐT

 – borc kapitalının valyuta və 

əmtəə  resurslarının  qaytarılma,  müddətlilik  və 

faizlərin  ödənilməsi  şərtləri  ilə  müvəqqəti 

istifadəyə  verilməsi  ilə  bağlı  beynəlxalq  iqtisadi 

münasibətlər sahəsindəki hərəkətidir.    

 

XARĐCĐ 

MĐQRASĐYA

 



“Beynəlxalq 

miqrasiya”ya bax. 

 

XARĐCĐ 

MÜLKĐYYƏT

 

– 

beynəlxalq 

təşkilatların,  xarici  dövlətlərin,  xarici  hüquqi 

şəxslərin,  xarici  vətəndaşların  və  vətəndaşlığı 

olmayan şəxslərin mülkiyyətidir. 

 

XARĐCĐ  PORTFEL  ĐNVESTĐSĐYALARI

 

–  səhmlərə  investisiyaların  qoyulması,  digər 

qiymətli kağızlar və onların birbaşa investisiyalara 

daxil  olmayan,  “portfel  investisiya”nı  təşkil  edən 

törəmə 

maliyyələridir. 



Qiymətli 

kağızlara 



 

267


səhmlərdən  başqa  istiqrazlar,  bonlar  (pul  və  s. 

almaq  üçün  kredit  kağızı),  veksellər,  köçürülmüş 

depozit  sertifikatları,  imtiyazlı  səhmlər,  bank 

akseptləri  (pul  sənədinin  ödənməsinə  razılıq 

haqqında qeyd) və bazar borc qəbzləri aid edilir. 

 

XARĐCĐ TĐCARƏT

 – ixrac və idxaldan ibarət 

ölkələrarası  ticarətdir.  Xarici-ticarət  maliyyə 

əməliyyatları  müəssisə  və  təşkilatlar  tərəfindən 

sərbəst  keçirilir,  silah  və  strateji  xammal  ticarəti 

isə dövlətin səlahiyyətində qalır.     



 

XARĐCĐ  TĐCARƏT  BALANSI

  –  digər 

ölkələrlə  ixrac  və  idxalın  həcmini  əks  etdirən 

sənəddir.  Đxracın  həcmi  idxalın  həcmindən  çox 

olduqda,  xarici  ticarət  balansı  aktiv,  əksinə 

olduqda isə passiv sayılır. 

 

XARĐCĐ  TĐCARƏT  QĐYMƏTĐ 



–  idxal  və 

ixrac  məhsullarının  satış  qiymətidir.  Onun 

formalaşdırılmasında  dünya  qiymətinin  səviyyəsi 

və bazarın konkret seqmentində qiymət səviyyəsi, 

rəqiblərin təklif etdikləri məhsulların satış şərtləri, 

satışın  həcmi,  əmtəələrin  çatdırılması  vaxtı,  onun 

yenilikləri  və  keyfiyyəti  nəzərə  alınır.  Xarici 

ticarət təcrübəsində məhsulların satışının müxtəlif 

variantları  yayılmışdır  ki,  bu  da  mal  göndərmə 

(göndərmə,  təyinat  və  s.  məntəqələr)  şərtlərindən 

fərqlənir. 

Vergilərin 

ödənilməsi, 

əmtəələrin 

sığortalanması  və  nəqliyyat  xərclərinin  ödənməsi 

sövdələşmənin şərtləri ilə müəyyən edilir. 

 

XARĐCĐ  TĐCARƏT  MÜQAVĐLƏSĐ  (SA-

ZĐŞĐ)

 – tərəflərdən biri (kontragent) xarici hüquqi 

şəxs  olan  və  həm  alıcı  (idxalçı),  həm  də  satıcı 

(ixracatçı)  tərəfindən  imzalanan  müqavilədir 

(sazişdir).  Müqavilədə  mal,  xidmət  və  s. 

mübadiləsi 

üzrə 

idxal-ixrac 



əməliyyatları 

sahəsində  tərəflərin  (kontragentlərin)  müəyyən 

hüquq 

və 


vəzifələri 

müəyyənləşdirilir. 



Müqavilənin  əsas  şərti  əmtəənin  mülkiyyət 

hüququnun satıcıdan alıcıya keçməsidir.  

 

XARĐCĐ  TĐCARƏT  ÜZRƏ  GÖMRÜK 

STATĐSTĐKASININ 

METODOLOGĐ-

YASI

 

– 



ölkənin 

xarici 


ticarətinə 

dair 


məlumatların kontragent-ölkələrin məlumatları ilə 

müqayisəliliyini  təmin  etmək  məqsədilə  tətbiq 

edilən,  xarici  ticarət  üzrə  statistik  göstəricilərin 

unifikasiyası,  onların  hesablanması  metodları, 

təsnifat  və  siyahılarına  dair  materiallardır.  Bu 

metodologiya  Gömrük  Əsasnaməsi  və  “Gömrük 

tarifləri  barədə”  ölkənin  qanunvericilik  aktlarına 

əsaslanır,  ölkənin  bu  sahədə  qanunvericilik 

aktlarında  BMT-nin  Statistika  Komissiyasının 

təklifləri  və  AĐ  Statistika  Bürosunun  “Xarici 

ticarət 

statistikası 

üzrə 

istifadəçilər 



üçün 

tövsiyə”ləri  nəzərə  alınmışdır.  Metodologiyada 



xarici  ticarətin  gömrük  statistikasının  uçot 

obyektləri  və  onların,  o  cümlədən  boru  kəmərləri 

ilə  nəql  edilən  və  elektrik  ötürücüləri  vasitəsilə 

ötürülən  malların  (əmtəələrin)  uçotu  qaydalarını 

müəyyənləşdirir.  Bütün  idxal  olunan  və  ölkədən 

ixrac  edilən  malların  uçotunun  əsas  prinsipləri 

gömrük 

rejimi 


ilə 

müəyyənləşdirilir. 

Metodologiyada  həmçinin  kontragent-ölkənin, 

malların  uçotu  anlarının,  malların  statistik 

dəyərinin, 

malların 

təsnifatının 

və 


s. 

müəyyənləşdirilməsi  prinsipləri  də  verilir.  Xarici 

ticarətin  gömrük  statistikasında  malların  idxal  və 

ixracının uçotu ticarətin uçotunun ümumi sistemi 

əsasında  aparılır.  Materiallarda  istifadə  edilən 

göstəricilərin eyni qaydada şərh edilməsinin təmin 

olunmasına  dünya  təcrübəsində  və  özündə  əsas 

gömrük 


rejimi 

anlayışlarını 

əks 

etdirən 


Azərbaycan 

Respublikasının 

Gömrük 

Məcəlləsində  verilmiş  termin  və  anlayışların 



köməyi ilə nail olunur.  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   64   65   66   67   68   69   70   71   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling