Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- KONOSAMENT
- KONSERVASĐYA
- KONSESSĐYA
- KONSESSĐYAÇI (konsessiya sahibi)
- KONSESSĐYAÇI, KONSESSĐYANIN SA- HĐBĐ
- KONSESSĐYALARA, PATENTLƏRƏ, LĐSENZĐYALARA, ƏMTƏƏ NĐŞAN- LARINA VƏ
- KONSESSĐYALARA, PATENTLƏRƏ, LĐSENZĐYALARA, MAL NĐŞAN- LARINA VƏ OXŞAR HÜQUQLARA
- KONTEYNER (NƏQLĐYYATDA)
- KONTOKORRENT HESAB
- KONTOKORRENT KREDĐT
- 1) qəti qiymət
- 3) qeyri-sabit sürüşkən qiymət
- KONYUNKTUR MƏSLƏHƏTLƏŞMƏ- LƏRĐ
- KORLANMIŞ (POZULMUŞ) TORPAQ- LAR
KONKORDASĐYA ƏMSALI – sıra
şkalasında ölçülən
bir
neçə
əlamətlər arasında əlaqənin xarakteristikasıdır. M-ölçülü X= (X
1, X 2,.... X m ) t baş məcmusundan n həcminin seçilməsində X j
əlamətlərini sıra şkalasında ölçmək olar.
Konkordasiya (uyğunluq) əmsalı
aşağıdakı düsturla hesablanır: ∑ ∑ =
+ − − = n k m j j k m n m i n n m K 1 2 1 3 2 2 ) 1 ( ) ( ) ( 12 €
burada: (i j ) k – j əlamətinin ranqı, yəni əlamətin variyasiya sırasının i k -ci üzvüdür. KONOSAMENT (gəmi ilə göndərilən yükə görə verilən sənəddir) – dəniz yolu ilə daşınan yükü göndərənə gəmi sahibinin (daşıyıcının) verdiyi sənəddir. Konosament yükün daşınmaya qəbul edilməsini təsdiq edən və müvafiq sənəd almaq müqabilində təyinat limanında daşıyıcının yükü yük alıcısına verməyi öhdəsinə qoyan, malı müşahidə edən sənəd hesab edilir. Konosament – dənizdə daşınan yüklərin gömrük nəzarətində zəruri olan
əsas sənədlərindən biridir. Konosament göndərənin və ya alanın (orderlə) əmrinə görə, təqdim edənə və ya qəbul edənə (adlı) tərtib edilə bilər. Bu halda bank tərəflərdən birinin maliyyə agenti və ya sövdələşmənin bütün iştirakçıları arasında maliyyə vasitəçisi hesab olunur. Çarterdən fərqli olaraq konosament daşıyıcıya yük sahibi üçün yük anbarı və ya gəmisi təqdim etmək öhdəliyinə baxmır. Bu
sənəd beynəlxalq gəmiçilikdə daşıyıcı ilə yük sahibi arasındakı münasibətləri müəyyən edir.
partnyorların bir-birini başa düşməsi və tərəflər üçün qəbul olunan bir mövqeyə gəlməsidir.
– konsert fəaliyyətinin təşkili ilə məşğul olan müəssisədir: filarmoniyalar, konsert birlikləri və zalları, müstəqil balansda olan və hüquqi şəxs hesab edilən fərdi
(musiqi, xor,
rəqs və
s.) kollektivlərdir. Statistika hesabatlarına aşağıdakı göstəricilər daxil edilir: konsertlərin sayı, dinləyicilərin sayı, konsert fəaliyyətindən əldə olunan gəlirlər və s. Yekun məlumatlar ərazilər və kollektiv və ya ifaçıların (filarmoniya, estrada ifaçılarının) janrları üzrə işlənilir.
– müvəqqəti dayandırılmış tikintilərdə binaların və tikililərin qurulmuş hissələrinin dayandırılması və gələcəkdə tikintinin davam etdirilməsi məqsədi ilə həyata keçirilən işlərdir. Konservasiyanın aparılması üçün zəruri
369
dayandırılmış tikinti və obyektlərə bunun üçün sənədi rəsmiləşdirilmişlər daxildir.
(dövlət xidmətləri) – (I) – faydalı qazıntıların çıxarılması, müxtəlif qurğuların tikintisi və sair hüququ torpaq sahəsinin dövlət tərəfindən sahibkarlara və xarici firmaların sənaye
müəssisələrinə istifadəyə verilməsinə dair müqavilədir.
olunur ki, hüquqi şəxs statuslu dövlət kooperativ müəssisələri (konsessiyanı təmsil edən şəxs) və dövlət və ya xüsusi şəxs (konsessiyanı alan), aşağıdakı elementlər daxil edilməklə, müqaviləyə və qanuna əsaslanan qarşılıqlı əlaqələrə girsinlər: - özünün
məsuliyyəti və
riski hesabına konsessiyanı alana xidmətlərin göstərilməsi; - dövlət sektoru mülkiyyətindən istifadə edilməsinə müstəsna hüququn verilməsi; - və/və ya konsessiyanı təmsil edən, tapşırılmış və ya nümayəndə göndərilmiş şəxslərə istismar üçün müstəsna hüququn verilməsi; - ümumi xarakterli (montaj
və lazımi
avadanlıqlara texniki xidmət, texniki şərtlərə uyğun olaraq onun təzələnməsi) xidmətlərin göstərilməsi üzrə
öhdəliklərin konsessiyanı alanlardan qəbul edilməsi; - konsessiya verən şəxs öz sərəncamında olan vasitələri uzun müddətə konsessiyanı alana verir; - konsessiyanı alan tərəfindən avadanlıq və digər əsas fondların (ödənişlə və ya ödənişsiz) qaytarılması; - konsessiya alana, müqavilədə şərtləndirilmiş tarifə uyğun olaraq, konsessiya çərçivəsində istifadəçilərə göstərilən xidmətlərdən çıxılan haqlar hesabına ödənişlər.
mövcud ərazidə satışlara və ya bütün satışlardan komisyon haqqına müstəsna hüququ olan, franşiz müqaviləsindən qazanc əldə edən şəxsdir.
- franşiz (benefisiar) şərtlərlə bağlanan müqavilədən alınan gəlirdən istifadə edən şəxsdir. Bu müqavilə - konsessiyaçıya mövcud ərazidə satışa və ya bütün növ satışlardan olan komisyon haqqına müstəsna hüquqa malik olmağa imkan verir.
PATENTLƏRƏ, LĐSENZĐYALARA, ƏMTƏƏ NĐŞAN- LARINA VƏ ONLARA BƏRABƏR TUTULAN HÜQUQLARA (ĐCAZƏLƏ- RƏ) ĐNVESTĐSĐYA QOYULUŞLARI – məlumatlardan istifadə hüququna malik olan, nou- hou vahidinin məlumatlarından istifadəsini məhdudlaşdıran hüquqların (onun milli
qanunvericiliyə uyğun olaraq investisiyalaşdırıla bilmək dərəcəsində) dəyəridir. Həmçinin vahidin hesabat dövrü ərzində aldığı və hazırladığı hüquqlar da (1 ildən çox dövr ərzində onlardan istifadə etmək nəzərdə tutulduğu halda) bura daxil edilir. Bu hüquqlar satış qiyməti və ya istehsal xərclərinə görə qiymətləndirilir. Üçüncü tərəfdən alınan
lisenziyaların, əmtəə
nişanlarının, patentlərin, konsessiyaların və onlara bərabər tutulan hüquqların əldə olunmasına çəkilən xərclər də bura daxildir. Həmçinin vahid tərəfindən hazırlanan hüquqların dəyərinə əlavə edilmiş bu hüququn qeydiyyatının dəyəri, hüquqların qeydiyyatından əvvəlki biliklərin və nou-haunun inkişafının, yeni ilkin informasiyanın yığılmasının dəyəri hesab edilir. Artıq “Elmi tədqiqatlara və işləmələrə çəkilən xərclər” maddəsinə daxil olunmuş xərclər istisna edilir.
KONSESSĐYALARA, PATENTLƏRƏ, LĐSENZĐYALARA, MAL NĐŞAN- LARINA VƏ OXŞAR HÜQUQLARA QOYULAN ÜMUMĐ ĐNVESTĐSĐYALAR
– məlumatlardan, biliklərdən və “nou-hau”dan istifadə hüquqlarının dəyərlərini onların sahibinin xeyrinə (milli qanunvericiliyə görə kapitallaşdırıla biləcək dərəcədə) məhdudlaşdırır. Bu
kateqoriyaya hesabat dövrü ərzində həm satın alınmış hüquqlar, həm də mövcud iqtisadi vahidin istehsal etdiyi hüquqlar (onların istifadəsi 1 ildən çox müddətdə nəzərdə tutulursa) daxildir. Bu hüquqlar satın alınma qiyməti və ya onların istehsalına çəkilmiş xərclərin həcmi ilə
qiymətləndirilir. Bu
növ investisiyalara lisenziyaların, mal
nişanlarının, patentlərin, konsessiyaların və oxşar hüquqların üçüncü tərəfdən satın alınması xərcləri daxildir. Mövcud iqtisadi vahid tərəfindən istehsal edilən hüquqların dəyərinə, bu hüquqların qeydiyyat dəyəri
ilə yanaşı,
onların qeydiyyatınadək olan biliklərin əldə edilməsi, “nou-hau”ların işlənib hazırlanması və yeni məlumatların yığılması dəyərləri də daxildir. Kompüter proqramı təminatlarının işlənib
hazırlanması, geoloji kəşfiyyat və əyləncəli, ədəbi və
bədii əsərlərin orijinallarının istehsalı məlumatların yığılması və biliklərin əldə olunmasına nümunədir. Tədqiqat və inkişaf xərclərinə daxil edilmiş xərclər məsrəflərə daxil edilmir.
yük daşınması üçün münasib olaraq quraşdırılaraq möhkəmləndirilmiş xüsusi qutu başa düşülür.
370
Konteynerlərin daxili həcmi bir kub metrdən az olmamaq şərtilə uzun müddətli istifadə olunur və yükün bir neçə nəqliyyat vasitəsi ilə ötürülməsinə imkan verir. Dəniz nəqliyyatında konteynerlər ölçülərinə görə 20 futluq (uzunluğu 20 fut, eni 8 fut) və 40 futluq (uzunluğu 40 fut, eni 8 fut) konteynerlərə və
xüsusi böyük
tutumlu superkonteynerlərə bölünürlər. Fut ölçü vahidi olmaqla, 0.3048 metrə bərabərdir. Bir sıra hallarda konteynerlər şərti olaraq iyirmi futluq ekvivalentlə (ĐFE) ölçülür və bir ĐFE 20 futluq konteynerə bərabər götürülür. Məsələn, 40 futluq konteyner iki ĐFE-yə bərabərdir. Konteynerlər Beynəlxalq Standartlar Təşkilatının (BST və ya ĐSO) standartlarına görə aşağıdakı kimi qruplaşdırılır: 1. Ümumi təyinatlı konteynerlər; 2. Xüsusi təyinatlı konteynerlər: ventilyasiya olunan bağlı
konteynerlər; üstüaçıq konteynerlər; platforma üzərində yan
tərəfdən açıq
konteynerlər; platforma üzərində yuxarısı çərçivəli yan
tərəfdən açıq
konteynerlər; platforma üzərində yuxarısı yarımçərçivəli və dikinə bərkidilmiş yan tərəfdən açıq və bu tipli konteynerlər; kontenyer-platformalar; 3. Xüsusi yüklər üçün konteynerlər: izotermik konteynerlər (eyni temperaturu saxlayan); istilik keçirməyən (termoizolyasiya) konteynerlər; soyuducu amillə (soyutma prosesini gücləndirən kimyəvi məhlulla) təchiz olunmuş
refrijeratorlu konteynerlər; soyutma maşınlı refrijeratorlu konteynerlər; istilik sistemli konteynerlər; refrijerator və istilik sistemli konteynerlər; konteyner-sisternlər; səpilən (dənəvər) məhsullar üçün konteynerlər; digər növ yük daşımaq üçün konteynerlər (avtomobil, mal-qara daşımaq üçün və s.).
bankda
müştəri üçün açılmış vahid cari və ssuda hesabıdır; vəsaitlərin saxlanmasına və hesabların həyata keçirilməsinə xidmət edir. Kontokorrent hesab üzrə həm ssudalar, həm də əmanətlər, ssudaların qaytarılması və s.
şəklində müştərilərdən banka daxil olan vəsaitlər keçir.
hesabı olan müştərilərə verilən bank krediti növüdür. Ssudanın həcmi və müddəti müştərinin təsərrüfat tələbatı əsasında, ancaq kredit
müqavilələrində müəyyənləşdirilmiş limit çərçivəsində hər bir borc alan üzrə, onun maliyyə vəziyyəti və
etibarı nəzərə
alınmaqla müəyyənləşdirilir. Cari hesabdakı dövriyyələr saldolaşdırılır. Mənfi (debet) saldonun baş verdiyi vaxt müştəriyə ssuda verilir. Cari hesabdan krediti nağd, digər
hesaba köçürmə, veksellərin ödənilməsi, qiymətli kağızların əldə edilməsi və s. vasitəsilə almaq olar. Kontokorrent kreditə görə ödəmələr mövcud tarif faizləri, müştəri tərəfindən faktiki istifadə edilmiş kreditin həcm və müddəti nəzərə alınmaqla müəyyənləşdirilir.
– malın alqı- satqısına dair sazişdə, o cümlədən xarici ticarət əməliyyatlarında qeyd edilən qiymətdir. O, aşağıdakı formalarda ola bilər: 1) qəti qiymət – belə qiymət kontrakt bağlanan anda müəyyən səviyyədə qəti müəyyən edilir;
tərəflərin razılaşdırıldığı müddətlərə müəyyən edilir;
qüvvədə olduğu dövr ərzində razılaşdırlmış sxem üzrə dəyişdirilir.
(marketinqdə) – bazarın əsas parametrlərini daimi yoxlayan, bazarda vəziyyətin dəyişməsinə uyğun olaraq marketinq fəaliyyətinə zəruri düzəlişlər verən və marketinqin səmərəliliyini qiymətləndirən, marketinq tədbirləri planının və
proqramının yerinə
yetirilməsinə nəzarət sistemidir. KONVERSĐYA EDĐLƏN MÜƏSSĐSƏ - hərbi ehtiyaclar üçün elmi və ya istehsal fəaliyyəti ixtisar edilən və ya dayandırılan və mülki məhsulların buraxılması üzrə təbdirlər həyata keçirən, istənilən mülkiyyət formasından olan müəssisədir (və ya təşkilatdır). Konversiya edilənlərə həmçinin, profillərinin dəyişdirilməsi texniki-iqtisadi cəhətdən məqsədəuyğun olmadığına görə, fəaliyyətlərinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul edilmiş müdafiə müəssisələri də daxildir.
vəsaitlərinə məhdudiyyətsiz dəyişdirilən pul vahididir; 2)
qismən konvertasiya edilən valyutadır – yalnız bəzi xarici valyutaya və bəzi beynəlxalq ödəniş vəsaitlərinə dəyişdirilən pul vahididir.
– müəssisədə istehsalın təşkili üsuludur (istehsalın planlaşdırılmasının növüdür), verilmiş ritmlə işləyən, avadanlıqlar kompleksindən ibarət olan konveyer xətlərində yerinə yetirilən istehsal prosesinin ayrı-ayrı əməliyyatlara bölünməsi ilə xarakterizə olunur. Đstehsal prosesinin fasiləsizliyi ixtisaslaşmanın yüksək səviyyəsini təmin edir və avtomatlaşdırılmış avadanlıqlardan istifadə üçün şərait yaradır. Konveyer istehsalı kimya sənayesi, avtomobilqayırma, qida məhsulları istehsalı və 371
digərləri üçün
xarakterikdir. Konveyer istehsalında istehsala buraxılmış məmulatın “itələmə” və
“çəkib çıxarma” sistemləri fərqləndirilir. Çox zaman məmulatın “itələmə” sistemi tətbiq olunur. Bu sistem məmulatın hazırlanmasının istehsal xəttinin bir başından başlayaraq, ardıcıl olaraq bir sıra texnoloji əməliyyatlardan keçməsini və istehsal zəncirinin digər başında emalının başa çatmasını nəzərdə tutur. Bu zaman bir sahədə emal başa çatdıqdan sonra, növbəti sahənin məmulatı emala qəbul etməyə hazır olub-olmamasından asılı olmayaraq, oraya “itələnir”. Hər bir sahə istehsal planına malik olur. Konveyer istehsalında məmulatları “çəkib çıxarma” sistemi məmulatın əvvəlki sahədən zərurət yarandıqca alınmasını nəzərdə tutur. Bu sistem “just in time” (“dəqiq vaxtda”) və ya “kan-ban” adını almışdır. Bu sistemin çevikliyini yüksəltməyə və artıq
istehsal ehtiyatlarını azaltmağa imkan verir. Đlk dəfə 1972- ci ildə “Toyota” şirkətində təklif olunmuşdur. Bu, sistemin müəllifi T.Ono sənaye istehsalı üçün super-marketlərdə tətbiq olunan, alıcının zəruri kəmiyyətdə, çeşiddə və s. məlumat mənbəyi olan, “sonuncu bənd” prinsipindən istifadə etmişdir; istehlakçıların müəyyən etdiyi tələbat bu sistemin işlənməsinə xidmət edir. Oxşar olaraq, sənaye müəssisələrində yalnız son yığım xətti plana malikdir və
buradan müəyyən
hissələrin istehsalının zəruriliyi haqqında məlumat qabaqdakı sahələrə daxil olur. Sahələrdə plan hər gün formalaşdırılır ki, bu da sistemin çevikliyini şərtləndirir.
qiymətləndirilməsi haqqında öz rəyi ilə çıxış etdiyi, firma (müəssisə) rəhbərlərinin və aparıcı mütəxəssislərinin toplantısıdır. Müzakirələrin gedişində qiymətləndirmələr yaxınlaşır və
razılaşdırılır. Daha
çox müdafiə
olunan qiymətləndirmə qəbul edilir.
Konyunktur məsləhətləşmələri beyin həmləsinin (hücumunun) əlamətlərinə malikdir.
sahələrində ümumi məqsədə nail olmaq üçün fiziki şəxslərin təşkilati cəhətdən rəsmiləşdirilmiş könüllü birliyidir. Kooperasiyanın yaşı o qədər də qədim deyildir. O, sosial-iqtisadi problemlərin həlli vasitəsi kimi XIX yüzilliyin ortalarında Qərbi Avropada meydana gəlmişdir. Kooperasiyanın növlərinə mənzil-tikinti kooperativi, təchizat kooperativi, kəndli (fermer) kooperativi və s. daxildir.
– hər bir ölkədə
kooperasiyanın hüquqi
statusunu müəyyənləşdirən qanunlara uyğun
olaraq fəaliyyət göstərən təşkilatlardır. Onlar bir sıra ümumi prinsiplərə riayət edirlər, məsələn, onlar yalnız öz üzvlərinə xidmət göstərməlidirlər, gəlirlər müvafiq cəmiyyətin işinə üzvlərin pul qoyuluşlarına mütənasib bölüşdürməlidir və s.
– ayrı-ayrı kooperativlərin və
kooperasiya birliklərinin mülkiyyətidir. Kooperativ təşkilatları, onların birlikləri və nizamnamələri əsasında mülkiyyət hüququ ilə onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verir. Kooperativ təşkilatları və onların birliklərinin mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ yalnız mülkiyyətçiyə məxsusdur.
– əhalinin öz vəsaitləri hesabına və bank kreditlərinin köməyi ilə yaşayış-tikinti kooperativlərinin tikdikləri yaşayış evlərindən ibarətdir.
LAR – təsərrüfat fəaliyyətləri nəticəsində ilkin dəyərini (əhəmiyyətini) itirmiş və torpaq qatının korlanması, hidroloji rejimin dəyişməsi və s. ilə əlaqədar olaraq, ətraf mühitə mənfi təsir göstərən mənbə hesab edilən torpaq sahəsidir. Korlanmış torpaqlara karxana çuxurları, torf mədən yerləri, çuxurlar, şaxta sahələrinin deformasiyaya uğramış (çökmələr, əyilmələr, uçurumlar) üst səthləri, durulducu və toplayıcı hovuzlar, terrikonlar (şaxtalardan çıxan boş süxurlardan düzələn konusşəkilli təpəciklər), zənginləşdirici fabriklərin qalıqlarının saxlandığı yer, elektrik stansiyalarının kül tullantıları, metallurgiya zavodlarının şlak layları (filizdən metal əridildikdən sonra qalan qalıqlar), neft və digər yataqlarda çirkləndirilmiş torpaqlar, zibilxanalar, tullantıların basdırılması üçün sahələr və s. aiddir. Statistikada korlanmış torpaqlar hər-hansı bir ana (vaxta) və baxılan dövrə (toplanmış yekuna) görə sahə üzrə ümumilikdə və ayrı-ayrı pozuntu növləri üzrə öyrənilir. Đstifadə edilmiş və tam və ya qismən bərpa
göstəriciləri ilə
bərabər korlanmış torpaqların sahələri torpaq ehtiyatlarından səmərəli istifadə səviyyəsinin xarakteristikası hesab edilir. Yekunlar fəaliyyət sahəsi və region üzrə həyata keçirilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling