Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet98/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   94   95   96   97   98   99   100   101   ...   183

(II)  konkret  il  ərzində  1  yaşadək  körpələr  (hər 

1000 diri doğulana) arasında ölüm hallarının sayı 

ilə hesablanır. 

Bu göstərici konkret ildə hər 1000 diri doğulana 1 

yaşadək  körpələr  arasında  həmin  ildə  baş  vermiş 

ölüm hallarının sayını göstərir.  

Hesablamalar  ədliyyə  orqanlarının  qeydiyyat 

şöbələrinin məlumatları əsasında aparıldıqda (əgər 

onlar etibarlı xarakter daşıyırsa), 1 yaşa qədər diri 

doğulmuş  və  ölmüş  uşaqların  sayı  haqqında 

məlumatların  qiymətləndirilməsi  eyni  bir  il  üzrə 

həyata  keçirilir.  Ölənlərin  sayı  diri  doğulanların 

sayına bölünür, nəticə isə 1000-ə vurulur.  

Hesablamalar 

ev 

təsərrüfatlarının 



müayinə 

materialları əsasında aparıldıqda isə, körpə ölümü 

haqqında 

qiymətləndirici 

məlumatlar 

həm 


bilavasitə 

(uşaqların 

doğum 

tarixi 


məlumatlarından 

istifadə 

etməklə, 

məsələn, 

demoqrafik 

və 


tibbi-sanitar 

müayinələrin 

aparılmasında),  həm  də  dolayısı  ilə  (Brass 

metodunun  tətbiq  edilməsi  ilə,  məsələn,  klaster 

seçməsi  tətbiq  edilməklə  bir  çox  göstəricilər  üzrə 

müayinələrin  keçirilməsində)  əldə  edilir.  Körpə 

ölümü  haqqında  qiymətləndirici  məlumatların 

dolayısı  ilə  əldə  edilməsi  5  yaşadək  uşaq  ölümü 

parametrlərinə 

münasibətdə 

əsaslı 

hesab 


edilməlidir  (Minilliyin  bəyannaməsində  əks 

olunmuş inkişaf göstəricilərindən). 

 

KÖRPƏLƏR  EVĐ



  –  yetim,  fiziki  və  əqli 

inkişafında  qüsurları  olanların  yerləşdirilməsi  və  

tərbiyəsi  üçün  nəzərdə  tutulmuş  müəssisədir. 

Körpələr evi səhiyyə orqanlarının tabeliyində olur 

və oraya səhiyyə orqanlarının göndərişi əsasında 3 

yaşına  qədər  olan  uşaqlar  qəbul  edilir.  Uşaqların 

körpələr  evindən  çıxarılması  valideynlərin  istəyi 

və  təkidi  ilə  və  ya  uşaqlığa  götürmə  zamanı  baş 

verir. Uşaqlar 3 yaşına çatdıqdan sonra  onlar uşaq 

evlərinə  və  ya  sosial  müdafiə  sisteminin  müvafiq 

müəssisələrinə köçürülürlər. 

 

KREDĐT



  –  (I)  -  kreditorla  borc  alan  (debitor) 

arasında  iqtisadi  münasibətləri  əks  etdirən  borc 

kapitalının  hərəkət  formasıdır.  Kredit  qaytarmaq 

müddətli  və  adətən,  faizin  ödənilməsi  şərti  ilə 

verilir.  Kreditin  aşağıdakı  növləri  mövcuddur: 

dövlət  krediti  –  dövlət  tərəfindən  borc  şəklində 

cəlb olunan vəsait, qiymətli kağızların emissiyası; 

bank  krediti  –  banklar  tərəfindən  müəssisə  və 

təşkilatlara,  o  cümlədən  banklar  tərəfindən  qısa 

müddətə, 

depozit 

formasında 

bir-birində 

yerləşdirilən  pul  vəsaitləridir  (yəni  banklararası 



 

376 


kreditdir). 

Bank 


kreditləşmələri 

həmçinin 

obyektlər üzrə fərqlənir: alt əsas vəsaitlər, ehtiyat 

və  xərclər,  əmək  haqqının  ödənilməsi  və  s.  kimi 

əsaslandırılmış 

vəsaitlər. 

Kreditlər 

verilmə 

müddətindən  asılı  olaraq,  uzunmüddətli  və 

qısamüddətli  olurlar;  təminat  növlərinə  görə 

təmin  edilən  və  təmin  edilməyən  kreditlərə 

bölünür ki, bunlar da öz növbəsində şəxsi və bank 

kreditlərinə 

ayrılır; 



kreditorların 

spesifik 

xüsusiyyətlərinə görə - dövlət, bank, kommersiya, 

rolover,  revolver,  konsorsional  banklara  bölünür 

ki,  bunlar  da  öz  növbəsində  klub  (kreditorların 

məhdudlaşdırılmış  sayı  ilə)  və  açıq  banklara 

ayrılır;  debitorların  növünə  görə  -  sənaye,  kənd 

təsərrüfatı,  kommunal,  şəxsiyə  bölünür;  təqdim 



etmə  qaydalarına    görə  -  birbaşa,  veksellə, 

konsiqnasiya  (xaricə  gedən  malın  mal  sahibi 

hüququna  malik  olan  ticarət  agenti  vasitəsilə 

satılması). 



(II)  –  vaxtında  ödənilməli  olan,  ssudanın 

verilməsinin 

nəticəsi 

hesab 


edilən 

borc 


öhdəliklərinin 

müəyyənləşdirilməsi 

üçün 

mühasibat  uçotu  sistemində  istifadə  olunan 



termindir. 

 

KREDĐT  KARTI



  –  1)  hesabların  həyata 

keçirilməsini  öz  üzərinə  götürən  hər  hansı  bir 

bank  tərəfindən  debitorun  (müştərisinin)  adına 

verilmiş 

şəxslərin 

əmtəə 


və 

xidmətlərin 

ödənilməsində  istifadə  etdiyi  plastik  kartdır.  Belə 

hesablama  texnikası  ABŞ-da  keçən  əsrin  40-cı 

illərinin axırlarında meydana gəlmişdir. Bu forma 

tədricən bütün dünyada yayılmağa başlamışdır və 

bu,  ödəmənin  çek  formasını  məhdudlaşdırır;  2) 

bank  və  ya  ticarət  firması  tərəfindən  buraxılan, 

sahibinə pərakəndə satış ticarətində nağdlı ödəmə 

olmadan  malların  və  xidmətlərin  əldə  etməsinə 

hesab hüququ verən adlı pul sənədidir.  

 

KREDĐT  MULTĐPLĐKATORU



  –  oxşar 

kredit 


təşkilatları 

qrupu 


tərəfindən 

həyata 


keçirilən  kreditləşmənin  həcminin  dinamikasının 

kreditlərin  həcminin  dəyişməsinə  səbəb  olmuş 

ehtiyat  aktivlərin  dinamikasına  (müsbət  və  ya 

mənfi)  nisbətidir.  Đstənilən  halda,  multiplikatorun 

miqdarı  məcburi  ehtiyatların  normasından  və 

kreditləşmənin  həcminin  dəyişməsi  nəticəsində 

ehtiyat 

aktivlərin 

azalmasının 

miqdarından 

asılıdır. 

 

KREDĐT  RĐSKĐ



  –  müştərinin  portfelinin 

keyfiyyəti ilə əlaqədar bank ssudası və ya qiymətli 

kağızlar  üzrə  ödəməmə  riskidir.  Kredit  riski 

müxtəlif  növlüdür:  sui-istifadə  riski;  xarici  kredit 

üzrə  risk;  daxili  borclar  (istiqrazlar)  üzrə 

ödəməmə riski. Kredit riskinin səviyyəsi müxtəlif 

metodlarla 

optimallaşdırılır. 

Onlardan 

aşağıdakıları  göstərmək  olar:  təkrar  yaradılan 

kredit  təşkilatları  üçün  nizamnamə  kapitalının 

minimum  ölçüsü;  nizamnamə  kapitalının  qeyri-

pul  hissəsinin  son  həddi;  bir  borclu  və  ya 

borclular  qrupu  ilə  əlaqədar  riskin  maksimum 

ölçüsü;  bir  kreditora  (əmanətçi)  maksimum  risk; 

kapitalın  satıla  bilmə  və  kafilik  normativləri; 

əhalinin  cəlb  edilmiş  depozitlərinin  maksimum 

ölçüsü;  ehtiyatların  minimum  ölçüsü;  digər 

hüquqi  şəxslərin  səhmlərin  əldə  edilməsi  üçün 

xüsusi  bank  vəsaitlərindən  istifadə  normativləri; 

kredit  təşkilatları  tərəfindən  öz  səhmdarlarına 

(payçılarına)  təqdim  edilən  kredit,  təminat  və 

zəmanətlərin maksimum ölçüsünü.  

 

KREDĐT  TƏŞKĐLATI



  –  (I)  –xüsusi  icazə 

(lisenziya)  əsasında  fəaliyyətinin  başlıca  məqsədi 

borc  vəsaitlərinin  təqdim  edilməsindən  gəlir  əldə 

etməkdən  ibarət  olan  hüquqi  şəxsdir.  Kredit 

təşkilatı  mülkiyyətin  istənilən  forması  əsasında 

yaradıla 

bilər 

və 


qanunvericiliklə 

nəzərdə 


tutulmuş əməliyyatları həyata keçirmək hüququna 

malikdir.  



(II)  -  fəaliyyəti  əmanətlərin  və  ya  digər 

qaytarılmalı  vəsaitlərin  qəbul  edilməsindən  və  öz 

xüsusi  hesabına  kredit  verilməsindən  ibarət  olan 

müəssisədir.  

 

KREDĐTƏ  GÖRƏ  FAĐZ 

–  kreditorun  borc 

verdiyi 

(banklar 

və 

digər 


maliyyə-kredit 

institutlarından)  vəsaitlərdən  istifadəyə  görə  borc 

götürəndən  (hüquqi  və  fiziki  şəxsdən,  dövlətdən) 

aldığı  ödənişdir.  Kreditə  görə  faiz  borcun 

məbləği,  xüsusiyyəti  və  müddəti  ilə  müəyyən 

olunur; kreditin məbləğinə (şərti olaraq il ərzində 

kreditdən 

istifadəyə 

görə 

hesablamaya 



əsaslanaraq)  nisbətən  faizlə  hesablanır.  Kreditə 

görə faiz qısamüddətli (bir ildən az olan müddətə 

verilən) və uzunmüddətli (bir ildən artıq müddətə 

verilən)  borclara  bölünür.  Təsbit  edilmiş  və 

dəyişən  faizlər  tətbiq  olunur.  Kreditə  görə  təsbit 

edilmiş  faiz  bazar  konyunkturasından   asılı  deyil. 

Dəyişən  faiz  bütün  kredit  müddətinə  qeydə 

alınmır  və  müvafiq  kredit  bazarındakı  vəziyyətin 

dəyişməsindən  asılı  olaraq,  kreditor  və  borclu 

arasında 

razılaşdırılmış 

müddətlərdə 

(faiz 

dövrləri) yenidən baxılır. Bütövlükdə, kreditə görə 



faiz  bazis  tariflərindən  və  müxtəlif  əlavələrdən 

(komissiya haqqı və s. yığımlar) toplanır. 

 

KREDĐT-ĐCARƏ 

ƏMƏLĐYYATI

 

–  

kreditləşdirmə  texnikasıdır  ki,  bu  zaman  lap 

əvvəldən  borc alan  əmlakını  bankın  mülkiyyətinə 

verir, o isə satış haqqında birtərəfli öhdəçiliyə dair 

icarə  müqaviləsinə  uyğun  olaraq  mülkiyyəti 

tədricən almaq hüququna malikdir.  

 


 

377


KREDĐTLƏRĐN  ÖDƏNĐŞ  (VERĐLMƏ) 

SÜRƏTĐ

 – kommersiya bankları (KB) tərəfindən 

verilən kreditlər iki üsulla ödənilə bilər: birdəfəlik 

və möhlətlə. Möhlətlə ödəmə uzunmüddətli böyük 

kreditlərin  qaytarılması  və  ya  istehlak  borcları 

zamanı  istifadə  olunur.  Borclar  üzrə  ödəniş 

möhlətinin,  ehtiyacı  olan  müştərinin  maliyyə 

vəziyyətinin  və  təsərrüfatın  xüsusiyyətlərindən 

asılı  olaraq,  bir  neçə  növü  vardır.  Möhlətin 

növündən  asılı  olaraq,  borc  məbləği  dəyişir.  Belə 

ki,  borc  faizi  borcun  ödənilməmiş  hissəsinə 

hesablanır.  Borc  alan  borcun  hissəsini  nə  qədər 

tez ödəsə, sonda kredit ona bir o qədər ucuz başa 

gəlir.  Borc  ödənişlərinin  digər  üsulları  da 

mümkündür: 

ödənişlərin 

reqressiyası 

ilə; 

müştərinin  istəyi  ilə  -  vaxtından  əvvəl;  kredit 



verənin  tələbi  ilə  -  borc  alanın  əvvəlcədən 

xəbərdarlıq edilməsi ilə. Kommersiya bankları öz 

müştərilərinə müxtəlif borclar təqdim edirlər: cari 

hesabdan  (kontokorrent),  kredit  kartı  əsasında, 

akseptli, hesabaalma ilə, çeklə və s. 

 

KREDĐTOR_BORCLARI'>KREDĐTOR  BORCLARI



  –    müvafiq  hüquqi 

və  fiziki  şəxslərə  qaytarılmalı  olan,  istiqraz 

vəsaitlərinin 

dövriyyəsində 

istifadə 

olunan, 


kreditorlara  olan  borcların  məbləğidir.  Özündə 

aşağıdakıları 

birləşdirir: 

 

mallara, 



işlərə 

(xidmətlərə),  o  cümlədən    daxil  olmuş  material  

qiymətlilərinə  görə  kreditorlarla  hesablaşmalar 

üzrə; törəmə müəssisələrlə, əmək haqqı üzrə fəhlə 

və  qulluqçulara  verilmiş  veksellər  üzrə;  büdcə  və 

qeyri-büdcə  fondları  ilə  hesablaşmalar  üzrə; 

növbəti ödəmələr üzrə alınmış avansların məbləği 

də daxil edilməklə, alınmış avanslar üzrə borclar. 

Vaxtın  bitməsi  ilə  əlaqədar  qaytarılması  tələb 

olunmamış  kreditor  borclarının  məbləği  kreditor 

müəssisənin gəlirinə silinir. 

 

KREDĐTOR



  –  1)  kredit  təqdim  edən  (verən) 

hüquqi  və  ya  fiziki  şəxslərdir;  2)  mülki  hüquqda 

öhdəlik üzrə digər tərəfdən – borcludan müəyyən 

hərəkətləri  etməklə,  yaxud  onları  etməkdən 

çəkinməklə  əlaqədar  vəzifələrin  icrasını  tələb 

etmək  hüququna  malik  olan  tərəfdir.  Đkitərəfli 

müqavilələrdə  tərəflərin  hər  ikisi  kreditor  hesab 

olunur.  Məsələn,  alqı-satqı  müqaviləsində  alıcı-

kreditor  satıcıdan  malın  ona  verilməsini,  satıcı-

kreditor  isə  alıcıdan  həmin  malın  dəyərinin 

ödənilməsini  tələb  etmək  hüququna  malikdir;  3) 

əsassız  əldə  edilmiş  əmlakı  geri  tələb  etmək 

hüququna malik olan şəxsdir. 

 

KUK  ƏMSALI



  –  kredit  müəssisələrində  tətbiq 

olunan  və  öz  risk  dərəcəsi  üzrə  qiymətləndirilən, 

xüsusi fond və aktivləri arasında 8% səviyyəsində 

nisbəti tələb edən ödəmə qabiliyyəti əmsalıdır. 

 

KÜTLƏVĐ  (ĐCTĐMAĐ)  KĐTABXANA

  - 


təhsil  səviyyəsi,  ixtisası,  dini  etiqadı  və  digər 

əlamətlərinə  görə  məhdudiyyət  qoyulmadan 

əhalinin  bütün  təbəqələrinə  öz  fondundan  istifadə 

imkanı  verən  təşkilatdır.  Rəsmi  statistikada  hər  il 

aşağıdakı 

göstəricilər 

üzrə 

nəzərə 


alınır: 

kitabxanaların  maddi  bazası  və  texniki  vasitələri; 

gəlmələrin 

və 


oxucuların 

sayı; 


kitabxana 

fondunun  tərkibi  və  hərəkəti;  kitabxanalararası 

abonement;  təhsil  səviyyəsinə  və  iş  stajına  görə 

kitabxana  işçilərinin  sayı;  maliyyə  vəsaitlərinin 

daxil olması və istifadəsi. Đcmal məlumatlar ərazi 

və tabeçilik üzrə işlənib hazırlanır. 

 

KÜTLƏVĐ 

XĐDMƏT 

NƏZƏRĐYYƏSĐ 

(NÖVBƏLƏR  NƏZƏRĐYYƏSĐ)

  –  ehtimal 

nəzəriyyəsinin  bölməsidir, təsadüfi  proseslər  olan 

və  kütləvi  xidmət  prosesi  adlanan  kütləvi 

xidmətlərin  modellərini  öyrənir.  Vəzifəsi  daha 

səmərəli  kütləvi  xidmət  sisteminin  seçilməsi  və 

təşkilidir.  Kütləvi  xidmət  sisteminə  daxildir: 

xidmətlərə daxil olan təsadüfi tələb axını; xidməti 

həyata  keçirən  mexanizm;  daxil  olan  tələblər 

axını. 


Xidmətin 

müxtəlif 

alqoritmləri 

mövcuddur. 

Olduqca  sadə  sistemlər  dərəcələrə  bölünür: 

gözləmə  ilə  sistemlər  və  ya  növbə  ilə  sistemlər, 

məhdud  uzunluqlu  növbəli  sistemlər,  imtinalarla 

sistemlər, çoxkanallı sistemlər, dəstə ilə daxil olan 

axınlı və dəstə ilə xidmət göstərilən sistemlər. Bu 

təsnifləşmədən  başqa,  daxil  olan  ərizələrə  görə 

xidmətin 

prioritetləri 

ilə 

dərəcələrinin, 



alqoritmlərinin birləşməsi ola bilər.  

 

KÜTLƏVĐ  ĐSTEHSAL

  –  eyni  vaxtda  və 

paralel 

hazırlanan, 

təyinatı, 

konstruksiyası, 

texnoloji  növü,  eyni  cinsli  (yalnız  ayrı-ayrı 

parametrlərində və quruluşunda nəzərə çarpmayan 

fərqlər  ola  bilər)  məmulatların  ciddi  məhdud 

nomenklaturada  daimi  buraxılışı  ilə  xarakterizə 

olunan  istehsalın  təşkili  formasıdır  (istehsalın 

növüdür). Məhsul vahidinin sistemdən keçid vaxtı 

nisbətən qısadır. Məmulatların adlarının sayı aylıq 

və  illik  proqramlarda  uyğun  gəlir.  Kütləvi 

istehsala 

xətlərin 

və 

detalların 



yüksək 

standartlaşması  və  unifikasiyası  və  texnoloji 

proseslərin 

yüksək 


dərəcədə 

kompleks 

mexanikləşdirilməsi 

və 


avtomatlaşdırılması 

xasdır. Kütləvi istehsal avtomobil zavodları, kənd 

təsərrüfatı  maşınları  zavodları,  ayaqqabı  sənayesi 

və digər müəssisələr üçün xarakterikdir.  

 

KVALĐMETRĐYA

  (marketinqdə)  –  malın 

keyfiyyət  xarakteristikasına  kəmiyyət  qiyməti 

verilməsinə imkan verən elm sahəsidir.      

 


 

378 


KVANTĐL

  –  riyazi  statistikada  tətbiq  edilən 

təsadüfi  kəmiyyətlərin  say  xarakteristikalarından 

biridir.   F

x

(x) fasiləsiz paylama funksiyası ilə X-

in  fasiləsiz  təsadüfi  qiyməti  üçün  q  səviyyəli 

Kvantil - u

q

-nin elə təsadüfi qiymətidir ki, burada 



F

x

(u

q

)  =  P(X

q

)  =  q  olur.  Xüsusi  hallarda 

Kvantillər aşağıdakı kimi olurlar: 

u

5

,



0

 - median; u

25

,

0



, u

5

,



0

, u


75

,

0



 - kvartillər; u

1

,



0

u



2

,

0



,  ...,  u

9

,



0

  -  desillər;  u

01

,

0



,  u

02

,



0

,  ...,  u

99

,

0



  - 

faizlərdir. 



q  təsadüfi  diskret  kəmiyyəti  üçün  Kvantil,  bu 

kəmiyyətin mümkün iki qonşu χ



q

),

(

 və  



 χ 

q

i

),

1



( +

(hansılar üçün F



x

( χ


q

),

(

) < q, lakin  



(χ 

q

i

),

1



( +

 q)) qiymətləri arasında yerləşən ədəd 



kimi müəyyən edilir. 

Seçmə  Kvantillər  –    χ

1

,  χ


2

,  ...,  χ



n

  seçməsi  üzrə 

qurulan    χ

)

1



(

,  χ


)

2

(



,  ...,  χ

)

(n



  variasiya  (dəyişən) 

sırasının üzvləridir.  

Adətən  Kvantil  əvəzinə  faiz  nöqtələri  istifadə 

olunur.  X  fasiləsiz  kəmiyyətinin  Q  –  faiz  nöqtəsi 

dedikdə,  onun  elə 

Q

ω

qiyməti  başa  düşülür  ki, 



orada da 1 - F

x

(

Q

ω

) = P(X 





Q

ω

) = 



100

Q

 .  


 u

q

)



1

(

100



q

ω



  ehtimal olunur. 

 

KVAZĐKORPORASĐYA



  –  (I)  -  qeyri-

korporativ  müəssisədir.  Fəaliyyət  xüsusiyyətləri 

korporasiyalarla, 

yəni 


törəmə 

müəssisələrlə 

eynidir.  Kvazikorporasiyalar  hüquqi  cəhətdən 

məxsus  olduqları  vahiddən  asılı  hesab  edilmirlər. 

Buna  görə  də,  sahibləri  ev  təsərrüfatları  və  ya 

dövlət 

idarəetmə 

orqanları 

hesab 


edilən 

kvazikorporasiyalar,  maliyyə  və  qeyri-maliyyə 

korporasiyaları  sektorlarının  korporasiyaları  ilə 

qruplaşdırılır. 

Milli 

Hesablar 



Sistemində 

kvazikorporasiyanın  3  əsas  növü  qəbul  edilir:  1) 

dövlət  idarəetmə  orqanlarına  aid  olanlar;  2)  ev 

təsərrüfatlarına  aid  olanlar;  3)  sərhəddən  kənarda 

yerləşən  institutsional  vahidlərə  aid  olanlar. 

Kvazikorporasiya  müəssisələrinin  tanınmasının 

vacib  şərti  -  hesabların  tam  komplektinin,  o 

cümlədən    balans  cədvəllərinin    mövcudluğu 

hesab edilir. 

(II) - a) institusional rezident vahidə mənsub olan, 

sərbəst  korporasiyada  olduğu  kimi  fəaliyyət 

göstərən, 

öz 


sahibinə 

faktiki 


münasibəti 

korporasiyanın  öz  səhmdarlarına  olan  münasibəti 

kimi  olan  qeyri-korporativ  müəssisədir.  Belə 

müəssisə hesabların tam dəstinə malik olmalıdır. 

b)  institusional  qeyri-rezident  vahidə  mənsub 

olan,    uzun  müddət  və  ya  qeyri-müəyyən  dövr 

ərzində  iqtisadi  ərazidə  əhəmiyyətli  həcmdə 

istehsalla  məşğul  olduğu  üçün  institusional 

rezident  vahid  kimi  baxılan  qeyri-korporativ 

müəssisədir. 



 

KVAZĐKORPORASĐYALARIN  GƏLĐR-

LƏRĐNDƏN 

GÖTÜRMƏ

 

– 

kvazi-


korporasiyalara  elə  baxılır  ki,  əgər  onlar 

korporasiya  olsaydılar,  onda  öz  mülkiyyətçisinə 

divident  ödəmək  yolu  ilə  gəlirlərini  bölə 

bilməzdilər. 

Lakin 

kvazikorporasiyaların 



mülkiyyətçisi  və  ya  mülkiyyətçiləri  müəssisənin 

bütün sahibkarlıq gəlirini götürə bilərlər.  

 

KVĐNTĐL

  -  ev  təsərrüfatlarının  sərəncamda 

qalan  gəlirlərini  artan  qaydada  düzərək,  ev 

təsərrüfatlarının  sayına  görə  5  bərabər  20%-lik 

qrupun  yaradılmasıdır.  Bu  zaman  birinci  kvintilə 

ən  az  gəlirləri  olan,  beşinci  kvintilə  isə  ən  çox 

gəlirləri  olan ev  təsərrüfatları  düşür.  Desil  (10%) 



qruplarında eyni qayda ilə məlumatlar düzülərək 

10  bərabər  hissəyə  bölünür.  Təhlil  və  müqayisə 

üçün  eyni  göstəricilər  istehlak  xərclərinə  görə  də 

hesablanır.  

Azərbaycanda  tətbiq    olunmuş  və  göstəricilərin 

əksəriyyəti 

beynəlxalq 

standartlara 

uyğunlaşdırılmışdır.  Qruplar  ilk  dəfə  olaraq 

yüksək  analitik  keyfiyyətə  malik  olan  SPSS 

proqram paketindən istifadə əsasında hazırlanmış, 

yekun  cədvəllər  alınmışdır.  Tədqiqatda  bütün 

seçmə müşahidələrə xas olan bir sıra göstəricilərin 

baş  məcmudan  orta  hesabi  kənarlaşması  və  bəzi 

göstəricilərin çatışmazlığı halları mövcuddur.  

 

KVOTA

  –  (lat.- quota  - hər  nəfərə  düşən  hissə, 

lat.  nə  qədər)  –  1)  pay,  hissə,  normadır.  Vergi 

kvotası  –  müəyyən  əsaslı  qoyuluş  vahidindən 

tutulmalı olan verginin həddi; 

2)  kartel  sazişi  iştirakçıları  arasında  mənfəət 

kvotasının həcminə uyğun surətdə bölüşdürülür.  

 

KVOTALAŞDIRMA

  –  malların  (işlərin, 

xidmətlərin)  müəyyən  nomenklaturasının  natural 

və  dəyər  ifadəsinin  (“Lisenziya”ya  bax)  idxal  və 

ixrac  həcminin  müəyyən  dövr  üçün  dövlət 

tərəfindən  müəyyən  edilən  kəmiyyət  və  ya  dəyər 

məhdudiyyətləridir. Kvotalaşdırmadan  idxal-ixrac 

əməliyyatlarının  dövlət  tənzimlənməsinin  qeyri-

tarif vasitəsi kimi istifadə olunur.     

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   94   95   96   97   98   99   100   101   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling