Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _________ _______ Reyhan Mirzəzadə ________________ so 44 oa
- _______________ Reyhan Mirzəzadə ________________ ю 46е
- _______________ Reyhan Mirzəzadə __ ________ _
- ________ _______ Reyhan Mirzəzadə ________________ ю 50 oa
- _______________ Reyhan Mirzəzadə ________________ 80
- ______ Revhan Mirzəzadə ________________
_______________ Reyhan Mirzəzadə ____________ _ to 42 oa yuyan mehtabına, otağa bənzər eyvanlarına, gülərüzlü kişilərinə, çatmaqaşlı, sürməgözlü qızlarına. Gözəl şeydir bakılı olmaq! Sevdim bu Bakını!”. Dost Bolqarıstanın bu incəruhlu yazarının ürəkdolu saf, büllur kimi sözlərindən sonra yenə gözəl bir bolqar şairinin - Dimitr Zlatevin “Bakı gecələri” adlı şeirindəki misraları dinləmək yerinə düşərdi: Sakit yatan limana enir payız gecəsi, Sirli nağıl içində əriyir Bakı qat - qat. Kiminsə əllərilə yanır milyon çilçıraq, Sonuncu gecəsini töhfə verir Şəhrizad. Dənizkənarı parkda sanki Yesenin gəzər, Şirin - şəkər səsilə səsləyir Şahanəni. Bəyaz köhlənə bənzər bəyaz dalğalı Xəzər, Şirin pıçıltılarla sanki ona səs verər ...Tütək səsi astaca inləyər bu arada, Bax, ağ yaylıq yellədir kimsə Qız qalasından. Nal səsləri kəsilir qədim karvansarada, Qızıl Aypara kimi Bakı yanır anbaan. Ağzı nara bənzəyir gümüşü fantanların, Üzündən günəş doğur fədakar insanların. Gülüşdür gözündəki, qürurdur alnındakı, Qollarını çırmayıb sabaha addımlayır, həm qoca, həm gənc Bakı. Tarixin ən qədim səhifələrindən oxuyuruq ki, Abşe ronun zəfəranı, duzu, nefti hələ uzaq keçmişdən yurdu muzu çox ölkələrdə tanıdıb. VIII əsrin tarixçisi Yaqut Ba- ____ Azərbaycançılıq va vatanparvarlik mafkurasi _____ to 4 3 ca kımn əzəmətini yığcam bir cümlədə ifadə etmişdi: “Bakı. Bakıda isə neft var". Əsrlərin yadigarı olan bu qısa kəlmələr Albaniya şairi Həmzə Koçionu və onun “Bakı” şeirini yada salır: ...Mən şair olmağı düşünməzdim heç, Sevdim, şair oldum görəndən səni. İndi bircə gün də saxlamaq olmur, Sinəmdə çağlayan, coşan nəğməni! ...Alqış, zəhmət sevən o mərd fəhlənin, Memarın, alimin amallarına! Alqış, zavoduna, mədənlərinə, Alqış, qəlbin kimi gen yollarına! Alqış, buruqları nur saçan dəniz! Alqış, gözəl Bakım, şöhrətim-şanım! Sən mənə həmişə əzizsən əziz, Ölkəmin qardaşı Azərbaycanım! Anisim Kronqauz Rusiyada yaşamış yəhudiəsilli şairlərdəndir. Zəngin yaradıcılığı, ruhu oxşayan şeirləri var. Şairin “Gözəl Bakı" şeiri həm Bakımıza olan dərin məhəbbətindən, həm də onun istedadlı qələm sahibi ol masından xəbər verir; - Ana Volqa Xəzərə axır - dostlar, bunu biz Uşaqlıqdan bilirik - uzun illərdən bəri. Lakin nə qədər xoşdur, sevimlidir, bilsəniz, Durub gözəl Bakıda seyr edəsən Xəzəri. _________ _______ Reyhan Mirzəzadə ________________ so 44 oa ...Baxasan ordu kimi dənizə hücum çəkən Uca dorlara bənzər buruqlara bir zaman, Görəsən göy sularda üzən gəmiləri sən, Onları seçmək olmur dəniz buruqlarından. ...Ana Volqa Xəzərə, buradan görürəm mən Coşqun dalğalarıyla qüdrət gətirib gəlir. Bakı neftçilərinə qardaş rus ellərindən Tükənməz bir məhəbbət, qüvvət gətirib gəlir. Sevilən Bakımızın dayağı, vüqarı olan əzəmətli Abşeronumuzun hüsnünə neçə-neçə əsərlər, şeirlər, poemalar həsr olunub. Həmyerlimiz Abram Plavnikin “Abşeron" şeiri isə sanki saf bir çeşmənin suyu kimi ürəyə süzülür: ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ Dəniz əngin yaşıllığa bürünür Şəfəq gəmi bayrağı tək görünür. Bağ-bağatlı, od-alovlu Abşeron, Xəzri qopsa - başı lovlu Abşeron, Sükutunda müdrik, həzin bir muğam Qumunda dürr, qayasında ehtişam Açıq, təmiz ürəyimiz Abşeron İlhamımız, çörəyimiz Abşeron! Dahilər haqlı deyib ki, görkəmli şəxsiyyətlər xalqın zəkası, elmi, mədəniyyəti, mənəviyyatını dünyaya nüma yiş etdirirlər. Görkəmli şərqşünas, iranşünas, türkoloq, SSRİ EA, İran EA, Ərəb (Dəməşqdə) EA-nın müxbir üz vü, Özbəkistan və Tacikistanın əməkdar elm xadimi Yev geni Eduardoviç Bertels Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədqiqatlarına görə 1948-ci ildə SSRİ Dövlət Müka fatı laureatı adına layiq görülüb. Onun Nizaminin həyat və so 45 ca yaradıcılığı ilə bağlı elmi əsərləri 1939-cu ildən çap olunmağa başlanılıb. Bertels Nizami irsinin tədqiqatını apararkən konkret tarixi üsullardan istifadə edərək, görkəmli Azərbaycan şairinin əsərləri ilə ondan əvvəlki, yaxud müasirlərinin ya radıcılıqları arasında sıx əlaqəni aşkar etmişdi. Alim “Orta əsr Şərq ədəbiyyatında fars dilində yazılan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur" fikri ilə ilk dəfə məhz əsl həqiqəti açıqlamışdı. Bertels “Dahi Azərbaycan şairi Nizami” kitabında yazır: “Nizaminin müxtəlif ölkələrdə fars və ərəb dilləri va sitəsi ilə öz dünyagörüşünü yaya və şöhrətlənə bilməsi faktına diqqət yetirməmək olmaz. Yalnız bu səbəblə bö yük sənətkarın necə deyərlər, əli-qolu bağlı qalmışdır. Onun yaratdığı əsərlərin itməməsi üçün o, öz dövrünün yazılı ədəbiyyat dilinin tələblərinə riayət etmək məcbu riyyətində idi". Ədəbi tarixdən məlumdur ki, müxtəlif xalqların xeyli sayda şərqşünas, türkoloq və tədqiqatçıları Nizami irsinə müraciət edərək, bu barədə cild-cild kitablar yazmışlar. Dünyanın neçə-neçə şairi Nizami sözünün, Nizami şeiri nin qüdrətini yaddaşlara ərməğan etmişlər. Qardaş xalq lar Nizami gücündən və istedadından xüsusi qürur duy muşlar. Elə görkəmli qazax şairi Xalican Bekxojin kimi. Nizamiyə həsr etdiyi “Afaqnamə" adlı poemasında şair sanki böyük söz dühasına üzünü tutub deyir: Ey şeir mülkünün şahı, sultanı, Sözünlə bəzədin bütün dünyanı. Firdovsidən alıb söz bayrağını, Ucaltdın sənətin təmtərağını. _________________Reyhan_Mirzəzadə___________________ю_46е'>_______________ Reyhan Mirzəzadə ________________ ю 46е& ...Səsin ariflərin öz səsi oldu, Nəğmən sevənlərin Kəbəsi oldu. Yer qızını elə bəzədin ki, sən, Cənnət huriləri yandı həsəddən. Nakam məhəbbəti Leyli-Məcnunun Etdi çox şairin qəlbini məhzun. Yaxındır ruhuma gözəl Şirin də; Gözəllik gəzirəm hər şeydə mən də. Sən də eşq oduna yandın, ay ustad; Səni də duyğu qoymadı rahat. ...Qılınclardan iti sözün-söhbətin Sirrini açıbdır əbədiyyətin. Aşiq sinəsinə dağ çəkənlərin Külünü göylərə sovurub şeirin. İncə qəlb sahibi neçə nazənin Əbədi ad alıb sayəndə sənin. Sən başı göylərə dəyən uca dağ, Mən isə bir ovuc torpağam ancaq. Hələ sovetlər dönəmində xalqımızın rəğbət və mə həbbətini qazanan bir sıra çinli görkəmli yazıçı və şairlər Bakıya gələrək iqtisadi və mədəni həyatımızla, xalqımızın əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmuşdular. Çinin tanınmış yazıçılarından biri Mao Dun demişdi: “Azərbay can xalqının qədim mədəni ənənələri vardır. XII əsrin şa iri Nizaminin gözəl əsərləri Azərbaycan xalqının nəcib ю 47 ce ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ hisslərini, çoxəsrlik yüksək mədəniyyətini bizə aydın gös tərir. Görkəmli şair Səməd Vurğunun, gözəl nasirlərdən Mirzə İbrahimov və Mehdi Hüseynin ən yaxşı əsərlərini çinlilər sevə-sevə oxuyurlar. Azərbaycan mahnı və rəqs ansamblının qastrolları Çin tamaşaçılarının qəlbini fəth etmişdir. Ansamblın parlaq milli koloriti, yüksək musiqi və xoreoqrafıya sənəti qastrolun böyük müvəffəqiyyətini tə min etmişdir. Bizim rəqs və musiqi ustalarımız Azər baycan ansamblının çıxışlarından çox şey öyrənmişlər”. Çin şairi Ke Çjun-Pin əmək və zəhmət səltənəti, dostluq və qardaşlıq şəhəri olan Bakıdan aldığı təəssürat nəticəsində paytaxtımıza şeir həsr etmişdi. Şair buruqları göylərə baş vuran Bakıda qaynayan əmək həyatından, neft diyarının cəsarətli adamlarından, dənizin dərinliklə rindən qara qızıl çıxaran qəhrəmanlardan fəxrlə danışır, Azərbaycan və Çin neftçilərinin dostluğundan bəhs edə rək, doğma paytaxtımızın ona Çinin neft rayonlarını xatır latdığını söyləyirdi: Çində də neft çıxarırlar, mən o yerdə doğulmuşam, İlk dəfədir gəlib səni görsəm də mən, Qızıl Bakı əməyinlə, ürəyinlə çoxdan bəri dost olmuşam. Budur, Xəzər sahilində nəhəng-nəhəng meşələr var, Onlar qalxır əzəmətlə hər qış, bahar. O meşələr, o meşələr uca dağlar zirvəsindən Addımlayır göy Xəzərə, sularda ki, meşə bitməz?! Bitər! - dedim mən baxdıqca heyran-heyran bu yerlərə, Nağıllardan gözəl ölkə, nağıllardan gözəl diyar!.. Bu əfsunlu qüdrətini aldın hardan, gözəl diyar? Yoxdur, yoxdur, bir qəm izi, kədər izi bu torpaqda, Sıxdı isti qucağına məhəbbətlə Ellər bizi bu torpaqda. _______________ Reyhan Mirzəzadə __ ________ _ ю 4S’ oa ö z doğma Vətəni naminə xarüqələr yaradan Azər baycan zəhmətkeşlərinin mədəni həyatı İraq şairi Mə həmməd Saleh Bəhrul - Üiumun da dost qəlbini riqqətə gətirmişdi. Sevimli yurdu İraqdan azərbaycanlı qardaşları na salam yetirən, Nizami və Füzuli kimi ölməz söz baha dırları yetişdirən Azərbaycan xalqına dostluq hisslərilə həsr etdiyi “Bakılı dostlar" adlı şeirini aşağıdakı misralarla bitirirdi: ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ Yanaşı döyünsün ürəklərimiz, Var olsun sədaqət, vəfa, etibar. Bir gün də Bağdadda görüşərik biz, Əlvida, mehriban bakılı dostlar! İstər slavyan, istərsə də Orta Asiya xalqlarının ziya lıları ilə bərabər, bayaq qeyd etdiyim kimi, Avropa xa dimləri də Azərbaycanımıza, qədim və müasir mədə niyyətimizə daim maraq göstərmişlər. Onların milli və mə nəvi dəyərlərimizə hörmət və məhəbbətlə yanaşması ina nın ki, arxivdəki “yadigar abidələri” üzə çıxardıqca, ruhu mu səmalara qanadlandırırdı. Oxuyur, oxuyur, zövq alır dım. Bir daha azərbaycanlı olmağımla fəxr edirdim. Axı necə sevinməyəsən? Ürəyin qürur hissi ilə döyünməsin? Görün, xalqımızın incəsənət və ədəbiyyatının tərəqqisini yüksək qiymətləndirən alman yazıçısı Anna Zegers nə deyir: "Fikrət Əmirovun “Sevil” operasını dinlədim, gör düm və duydum. Xalqın, yaradıcı xalqın yaratdığı incəsə nəti mən böyük incəsənət adlandırıram. Azərbaycan in cəsənəti isə xalq incəsənətidir; buna görə də onun pərəs tişkarı çoxdur". Nazim Hikmətsə söyləyirdi: “Azərbaycan mədəniy yətinə bağlıyam. Bu, yalnız Azərbaycanın bugünkü mədəniyyətinə deyil, inqilabdan əvvəlki mədəniyyətinə də ю 49 ca aiddir. Məsələn, “Dədə Qorqud" bir Azərbaycan yazıçısı üçün də ilk böyük ədəbi abidədir, mənim üçün də. “Ko roğlu” həm Azərbaycanın xalq qəhrəmanıdır, həm də mənim". “Azərbaycan poeziyası çox zəngin bir keçmişə ma likdir. Şeirə məhəbbət, həqiqi şairə hörmət - Azərbaycan xalqının keçmişindən gələn, hələ də yaşayan ənənələ rindəndir. Azərbaycana etdiyim səyahətimdə xalqın şeiri necə dinlədiyinin, şeiri necə sevdiyinin şahidi oldum". “Füzuli Azərbaycan xalqının, azərbaycanlı qardaş lar, izin verin deyim ki, mənim də xalqımın sizin dühanız sayəsində insanlıq, mədəniyyət tarixinə yolladığı ən böyük elçilərdən biridir”. "İnsana, bəşəriyyətə hədsiz məhəbbət böyük yazı çının yaradıcılığının əsas qayəsini təşkil edir. Bu keyfiyyət M.F.Axundovun ədəbi əsərlərinin canına, qanına keçmiş dir və mütəfəkkirin siyasi-fəlsəfi görüşlərini müəyyənləş dirir". “Sabir - Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı satiriki, heyranı olduğum ustad mənim də ənənələrim içində böyük bir yer tutur”. “Mənə elə gəlir ki, Azərbaycanda Səməd Vurğunun adını eşitməmiş, Səmədin şeirini oxumamış, onun şeirinə qulaq asmamış bir insan tapmaq mümkün deyil. Səməd necə də xoşbəxtdir". “Rəsul Rza xalq və klassik ədəbiyyata pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorla rından (yenilikçilərindən - R. Mirzəzadə) biridir”. “Əhməd Cəmilin poetik dili hay-küysüz və pafossuz (təm-təraqsız - R.Mirzəzadə) danışan adamların dilinə yaxındır. Mən şeirdə məhz belə bir dili sevirəm. Onun bir sıra şeirləri həqiqətən dost söhbətini xatırladır”. __________________Reyhan_Mirzəzadə__________________ю_50_oa'>________ _______ Reyhan Mirzəzadə ________________ ю 50 oa Bunları Nazim Hikmət deyirdi. Əziz və unudulmaz Nazim Hikmətimiz. Azərbaycanımızın bir parçası, ürəyinin yarısı olan Naxçıvan da dost və əcnəbi yazarların diqqətindən heç zaman yayınmamışdır. Onun təbii nemətləri, memarlıq abidələri, müqəddəs yerləri, bu yerlər qədər əziz olub vəsf edilən qalaları şirin-şirin söhbətlərin mövzusu, ma raqlı yazıların hədəfi olub. Məğrurluq və qeyrət rəmzi olan Əlincə Qalasını seyr edən Pyotr Saykonun heyrə tamiz duyğuları sanki yazdığı “Əlincə Qalası” şeirinin sətirlərinə hopub: Dağlarda vüqarla durub Əlincə, Tarixdən əbədi bir xatirə tək. Göstərir işğalçı xanlara necə Bu yer qalib gəlib odlar keçərək. O, şöhrət qazanıb vuruşmalarda, Polad səngər olub ellərə dünən. Amansız Teymurun qılıncı burda Zirehli döşlərlə düşüb kəsərdən. Dağların əyilməz təbiətini, O, bir kitab kimi danışır bizə, Qoca Nəiminin məhəbbətini Yadigar saxlamış ellərimizə. Onun görkəmində bir əzəmət var, Zirvələr ucadır, dərələr dərin. Zərbinə dözmüşdür bu sərt qayalar, Silaha söykənən cahangirlərin. Bu gün o, göstərir bütün cahana, Odlar ölkəsinin məğrurluğunu, Şərəf çələngidir Azərbaycana, Dağlar öz köksündə saxlayır onu. ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 5/ ca Gəncəmizin bir addımlığında olan, təbiətimizin nazlı gözəli - Göy gölümüz. Günah olmazmı bu füsünkar gö zəli unutmaq? Rus şairi Pyotr Kolosov “Göy Göl" şeirini necə də ürəkdən yazıb: Günəş qızıl balıqtək sularında oynayır, Göygölüm! Camalına baxıram - könlüm, gözüm doymayır, Göygölüm! Sən bir qövsi-qüzehsən, suların neçə rəngdir, Göygölüm! Qoy dünyalar eşitsin: gözəl, mavi çələngdir' Göygölüm! Günəş qızıl telini hörər suyunda sənin, Göygölüm! Ceyranlar öz əksini görər suyunda sənin, Göygölüm! Göllərin gözəlisən, göllərin qəşəngisən. Göygölüm! Söylə, hardan almısan bu hüsnü, bu rəngi sən. Göygölüm! Camalının önündə sanki laldır ürəyim. Göygölüm! Mən qayıtdım, elə bil səndə qaldı ürəyim, Göygölüm! Şərq xalça sənətinin əsas mərkəzlərindən biri olan Azərbaycan hələ qədim zamanlardan yüksək keyfiyyətli xovlu və xovsuz xalçaları ilə dünya şöhrəti qazanıb. Xal çaçılıq xalqımızın mənəvi və maddi sərvəti olub, xalqı mızın milli rəmzinə çevrilən qədim el sənəti kimi sevilib. Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul _______________ Reyhan Mirzəzadə ________________ 80 52 a olublar. Yurdumuzda xalçaçılığın inkişafı haqqında Hero dot, Klavdi Elian, Ksenofont, Kalankatlı və digər qədim dünya tarixçiləri məlumat veriblər. Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Onlar bə zən daş-qaşlarla da bəzədilib. Müxtəlif dövrlərdə Azər baycanda olmuş istər Qərb, istərsə də Şərq tarixçi və səyyahları, o cümlədən Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri, Əl-Müqəddəsi və Məsudi, Yaqut Həməvi, Mar ko Polo və b. xalqımızın milli el sənətindən bəhs edərkən onun xalı və xalçalarını yüksək qiymətləndirmişlər. Dün yanın məşhur muzeylərindəki Azərbaycan xalçalarına tamaşa edən yüz minlərlə insan əsrlərdən bəri xalqımızın ilmələrdə yaşatdığı möcüzələrə heyran qalmışlar. Hələ XIII əsrdə məmləkətimizi gəzmiş italyan səyyahı Marko Polo yazırdı:"Buraya (Azərbaycana) gələn tacirlər çox böyük mənfəət götürürlər”. O, həmçinin qeyd edirdi ki, səlcuqilər ölkəsində dünyada ən gözəl və ən nazik xalça lar toxuyurlar. Gözəl sənət əsəri kimi yüksək dəyərləndirilən Azər baycan xalçaları müxtəlif dövrlərdə görkəmli Avropa rəs samlarının bir sıra məşhur əsərlərində zinət vasitəsi kimi geniş istifadə edilib. Avropa rəssamlarının tablolarında təsvir edilmiş xalçalar artıq XIX əsrin sonu, XX əsrin əv vəllərində Avropa və Amerika sənətşünaslarının diqqətini cəlb edib. Avropa sənətşünasları bu xalçaları təyin edər kən onları ümumi ad altında gah Şərqə, gah Kiçik Asiya ya, gah da Qafqaza aid etmişdilər. İstedadlı sənətkarımız, görkəmli xalçaşünas alim Lətif Kərimov ilk dəfə olaraq Avropa rəssamlarının əsərlə rindəki xalçaların dördünün, 1969-cu ildə etnoqraf Mehdi Quliyev isə üçünün Azərbaycanda toxunduğunu tədqiq edib. Lətif Kərimov Avropa rəssamlarından Hans Memlin- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 8Ə 53 a qin “Məryəm öz körpəsi ilə" və Hans Holbeynin “Səfirlər” əsərlərindəki xalçaları Şirvana, Karlo Krivellonun “Müjdə” əsərindəki xalçanı isə Gəncə - Qazax zonasına aid edib. H.Memlinqin eyni adlı - “Məryəm öz körpəsi ilə” adlanan ikinci əsərində də Azərbaycanda “Muğan” adı ilə məşhur olan xalça təsvir edilib. XV əsr Niderland boyakarlıq sə nətinin banilərindən biri hesab edilən Yan van Eykin taxta üzərində işlənmiş üç hissədən ibarət “Mehrab" əsəri xüsusilə maraqlıdır. M.Quliyev əsaslı tədqiqatları ilə bu xalçanı Azərbaycanın Şirvan zonasına aid edib. Etnoq- rafın "Bağçada güllər” və “Saxsıda güllər” adı ilə Qarabağ qrupuna aid etdiyi ikinci xalçalar məşhur italyan rəssamı Antonello da Messinanin “Müqəddəs Sebastyan” əsərin dəki xalçalardır. Azərbaycan xalçasının təsviri XVI əsr italyan rəssamı Pintura ikkonun “Silvio Pikolomini Eneyin həyatından bir səhnə” adlı əsərində də müşahidə edilib. İtaliya rəssamlarından Domeniko di Bortolonun “Findlin- qin toyu", həmçinin Domeniko Moçellinin “Müqəddəs Fomanın təvəllüdü” və həmin rəssamın “Vinsenzo fererio” əfsanəsi əsasında çəkilmiş rəsmində təsvir edən Azər baycan xalçaları da böyük əhəmiyyət kəsb edir. Bütün bunlar, yazılanlar və yazılacaqlar qürurla qeyd etməyə haqq verir deyək ki, millətimizin imzası par lamış və parlayır millətlər və məmləkətlər içində. 1918-ci ilin 28 mayında dünya tarixinin ən demokratik dövlət qu rumlarından biri, türk-müsəlman şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) müstəqillik qazanıb 23 ay yaşasa da, nadanlar tərəfindən süquta uğradılsa da, tarix öz ədalətli diqtəsini yenidən verdi. 1991 -ci ilin 18 oktyab rında respublikamız öz tarixi müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin 21-ci bayramında zaman-zaman yaşadı ğı siyasi rejimdən asılı olmayaraq, Vətənimə, xalqıma, ______ Revhan Mirzəzadə ________________ so 54 cü onun övladlarına, sərvətlərinə ünvanlanmış bu səmimi kəlmələri, misraları, ilmələrimizin şərəf gətirən duyğularını bir daha yad etməsəydim, bunu özümə qəbahət hesab edərdim. Xoşbəxtəm ki, xalqımın və dövlətimin müstəqilli yinin bərpasını gözlərimlə gördüm. 21 ildir ki dünyanın 50 milyondan artıq azərbaycanlısı ilə bərabər bu səadəti ya şayıram. Amma bəzən ürəyim sızıldayır. Sızıldayır ona görə ki, Stalin repressiyalarının günahsız qurbanları olan neçə-neçə Azərbaycan övladları, şairləri, yazıçıları, elm xadimləri bu günü görmədi. Ruhunuz şad olsun, haqq dünyasına qovuşan azadlıq həsrətli azərbaycanlılar! ölkəmiz, xalqımız indi yenidən müstəqildir, azaddır, öz sahibidir, söz sahibidir. Müstəqil Azərbaycanın azad bayrağı ən böyük, ən nü fuzlu beynəlxalq təşkilatlarda, tədbirlərdə dalğalanır. Azərbaycan indi heyrətləndirici inkişafı ilə dünyanın hər tərəfli diqqət mərkəzindədir. Yurdumuza inam, hörmət və məhəbbət anbaan sərhədləri aşmaqdadır. Milyonlarla soydaşımın, yurddaşımın qəlbi kimi mə nim də ürəyim Azərbaycanıma kainata sığmayan sonsuz sevgi hissi ilə döyünür. Bu məhəbbət dolu ürəyinsə bır tərəfi nə edim ki, yaralıdır. Bu, qaysaqlanmış Qarabağ yarasıdır... ...1998-ci ildə Türkiyənin Elazığ vilayətində ədə biyyat tədbirlərinin birində iştirak edirdim. Orada Nurala Göktürk adlı Doğu Türküstanlı bir şairə xanımla tanış oldum. Daxilən parlaq və zəngin insan olan Nurala ilə müxtəlif mövzularda xeyli söhbət etdik. Mövzumuz hər ikimizin ağrılı yerinə gəlib çıxdı. Yurdumuzun talan edil miş mədəniyyət beşiyi olan Qarabağa, Qarabağ dərdinə. Bir qədər danışdıqdan sonra ayağa qalxdı, əlində kitabla geri döndü. Onu mənə hədiyyə etdi. Kitabı dərhal vərəqlədim. “Gökbayrak sevdası” adlı kitab “Azerbay- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi so55ca canıma” adlı şeir - üsyanla bitirdi. Şairə xanım sanki içindən bir haray çəkirdi: Baku’de atılmış toplar tüfekler Karabağ’da ezilmiş nice yürekler Yurt için savaştı güçlü bilekler Perişan edene lanetler olsun... Anaları çoçuklardan ayırmış Suçsuz vücutlardan kanlar sıyırmış Nice başı ğövdesinden ayırmış Haksız ayırana yazıklar olsun... ...Allahım Azeri Türk’üne kuvvet Gavurda yoktur ki imanlı kudret Her birinden ediyorum yürekten nefret Nefret etmeyene yazıklar olsun... İnsanlığı tapdalamış düşmənə nifrətlə əslində haqqın- ədalətin səsini ucaldan bu qeyrətli türk qızı ona "lanetler olsun!”- deyir. Düz deyir. Olsun! Çünki illərlə çörəyini yediyi, suyunu içdiyi xalqa xəyanət və riyakarlıq edən, onun müqəddəs torpağına xaincəsinə göz dikən, günah sız insanları vəhşicəsinə qanına qəltan edən bir qon şunun “nailiyyəti" bəşəriyyətin bəslədiyi məhz lənət, nifrət olmalıdır və olacaqdır. Bu nifrət və lənətdir onun “uğuru”, “qazancı”. Biz isə əlbəttə ki, səbiriiyik, hələ dözürük. Yeni dən qanlar tökülməsini, göz yaşları axıdılmasmı istəmirik. Lakin səbrin də bir həddi, hüdudu var. Yəqin ki, erməni lərin güvəndiyi Fransanın əziz Düması sağ olsaydı, azər baycanlıların o kişi sözünü lənətlənmişlərə xatırladardı. Bəli, Azərbaycan öz qətiyyətli sözünü deməyə qa dirdir və onun ətrafında haqq sözünü deyən tərəqqipərvər Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling