Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________
- _______________ Reyhan Mirzəzadə ________________ SO 60 СЯ
- _______ Reyhan Mirzəzadə ________________
- _______________ Reyhan Mirzəzadə ________________ ю 64 c a
- _______________ Reyhan Mirzəzadə ________________ “Reportyor.com" 21 fevral 2013-cü il SO 66 03
- _______________ Jteyhan Mirzəzadə ________________ so 68 03
______________ _ Reyhan Mirzəzadə ________________ ю 56 oa qüvvələr də az deyil. Israillli politoloq, İsrail Immiqrasiya Nazirliyinin baş elmi işçisi Vladimir Xanin, Azərbay candakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon ixiilov, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nü mayəndəliyinin rəhbəri Zəki Qazioğlu tək yüz minlərlə sağlam təfəkkür və əqidə sahiblərinin dediyi kimi: “Dağlıq Qarabağ gec-tez Azərbaycanın nəzarətinə keçəcək!”. "Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək. İstər Xocalıda, istərsə də Qarabağın digər bölgələrində cinayət törədənlər öz cəzalarına çatacaq- larl”. “Qarabağ Azərbaycanındır və üçrəngli Azərbaycan bayrağı orada dalğalanacaqdır!”. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ “Lent.az” 18 oktyabr 2012-ci il ю 57 oa MİLLƏTİN MİLLİLİYİNİ SAXLAYAN ONUN DİLİDİR 21 fevral - Beynəlxalq Ana Dili Günüdür “Dilimiz xalqın yaratdığı dastanlar, zərb-məsəllər, hekayə və nitqlər vasitəsilə dünyanın ən böyük dillən ilə rəqabət edə bilər. Azərbaycan dili o qədər qüvvətli, onun sərf və nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə daxil edilmiş fars və ərəb kəlmələri xaric edilsə belə, onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh etmək mümkündür”. _______________ Reyhan Mirzəzadə ________________ Seyid Cəfər Pişəvəri Tanınmış dövlət xadimi, publisist və jurnalist Azərbaycan xalqının ümummill lideri Heydər Əli yevin nəsillərə yadigar qalan gözəl kəlamları və tövsiyə lərindən biri də budur:uMənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə də mən istədiyim yolla gedə bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə də milli mənliyimizi gərək itirməyək. Milli mənliyimiz də var, onunla da biz fəxr edə bilərik. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. Bu fikirlər vaxtilə Azərbaycanın görkəmli ziyalıla rının çalışdığı "Füyuzat” jurnalındakı bir “duyğulu səda”nı yaddaşımda səsləndirdi:"Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mər həmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim!”. ю 5S oa Azərbaycanın görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanov elə bil bu sədaya ilham verirdi: “Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bu dildə bəyan edir. Bir dil ki, sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır". Bu gün bütün dünyada Beynəlxalq Ana dili Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21- ni Beynəlxalq Ana dili Günü elan edib. Hadisənin tarixi xeyli əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilən aksi yada polis və silahlı qüvvələrin toqquşması nəticəsində dörd nəfər günahsız insan şəhid olmuşdu. Banqladeş nü mayəndələri BMT-yə bu tarixi günü həmin şəhidlərin xatirəsinə ehtiram hissləri nümayiş etdirilməsi məqsədi ilə Ana dili günü elan olunmasını təklif etmişdilər.YUNESKO nun Baş Konfransında qeyd olunan tarix Beynəlxalq Ana dili günü kimi rəsmiləşdirilib və üzv ölkələrə bildirildi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, seminarlar keçirilsin. Əlbəttə, buna böyük ehtiyac vardı. Çünki hər bir xalq öz dili ilə yaranır və hər bir xalqın ən böyük sərvəti ilk növbədə onun Ana dilidir. Bu baxımdan gürcü xalqı hör mət və məhəbbət rəmzi olaraq paytaxt Tbilisinin gözəl bir guşəsində Ana dili abidəsi ucaldıb. Hər il sentyabr ayının 1-də məktəblilər bu abidənin önündə öz Ana dili və Ana Vətəninə sədaqət andı içirlər. Olduqca əhəmiyyətli və alqışalayiq ənənədir. Bizim respublikamızda müvafiq sərəncamdan sonra hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu tarix ölkəmizdə sevimli bay ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ £o 59 03 rama çevrilib. Həmin gün müvafiq müəssisə və təş kilatlarda Ana dilimizin müqəddəsliyinə həsr olunmuş tədbirlər həyata keçirilir, mətbuatda məqalələr dərc olunur, efir məkanlarında silsilə verilişlər yayımlanır. Çoxmilyonlu Azərbaycan xalqının tükənməz varlığı olan Azərbaycan dili tarixin çətin sınaqlarından uğurla çıxıb, yadelli işğalçıların təzyiqləri qarşısında yenilməz qaya kimi dayanıb. Elə bir azərbaycanlı tapılmaz ki, öz Ana dilinin keçmişi, mövcud dövrü və gələcəyi barədə düşünməsin, bu dilin əsrlər boyu keçdiyi yol haqqında fikirləşməsin. Dünya xalqları öz doğma Ana dili gününü bayram etdiyi anlarda millətimin fəxri olan Azərbaycan dilimizin tarixi, onun qədimliyi haqqında söhbət açmağı özümə borc bilirəm. Bayaq dediyim kimi, xalqımın dili zamanın sınaqla rından şərəflə, qürurla çıxıb. Dilimiz inkişaf etdikcə, onun düşmənləri də artıb. Həqiqətdən uzaq olanlar şərdən- yalandan yan keçməyiblər. Onlar zəif iradəli adamları daim öz əqidəsinə tabe etməyə çalışıblar. Təəssüflə qeyd etmək istəyirəm ki, İranda yaşayan tədqiqatçı Əhməd Kəsrəvi 1921-ci ildə “Azəri ya zəban bastane Azərbaycan" adlı kitabını çap etdirib. Müəllif bu əsərində azərbaycanlıların türksoylu xalq olmadığı, azəri adlı ayrı bir millət mövcud olduğu fikrini irəli sürüb. Kəsrə- viyə görə, Azərbaycan dili türk dili ailəsinə mənsub deyil və guya bu dil İran mənşəlidir. Onun iddiasına əsasən, guya azərilər səlcuqların İrana gəlməsi ilə türkləşməyə başlayıblar. O da məlumdur ki, Əhməd Kəsrəvi “Azəri ya zəban bastane Azərbaycan" kitabında irəli sürdüyü iddianı əsas lı şəkildə isbat və təsdiq edə bilməyib. Buna baxmayaraq, _______________ Reyhan Mirzəzadə ________________ SO 60 СЯ İranda S. Fəqih, M. Məşkur, Ə.Dehqani, Z Səfa, R. Şəfəq və b. kimi müəlliflər də Kəsrəviyə dəstək veriblər. Hər kəsin öz fikrində azad olmasını nəzərə alsaq, müstəqil ölkəmizdə də bu gün Kəsrəvinin doğru olmayan iddiasına tərəfdar olanlar tapılır. Əsl həqiqəti isə tarixin özündə arayaq. Orta Asiyanın türk köçəri tayfalarından olan səl- cuqlar XI əsrin əvvəllərində Orta Asiyanın Mərkəzi və Qərb hissəsini, İranı, İraqı, Qafqazı, Dağıstanı, Dərbəndi, Gürcüstanı işğal etmişdi. Həmin ərazilərdə türk dilləri ilə qohum olmayan dillərdə danışan çoxlu xalqlar yaşayırdı. Sual olunur, əgər səlcuqların gəlməsi onların işğal etdiyi yerlərdəki xalqların dillərini tamamilə dəyişdirə bilirdisə, bəs nə üçün erməni, yaxud gürcü dilini, habelə Dağıstan- dakı bir çox dilləri dəyişib səlcuqların dilinə çevirmədi? Səlcuqlar o vaxt İran, İraq, Misir və bir sıra ərəb ölkələrini də tutmuşdular. Eyni müddətdə və eyni şəraitdə səlcuq işğalı nəticəsində farsların və ya ərəblərin dilləri niyə dö nüb türk dillərindən biri olmadı? Tarixdən məlumdur ki, hələ səlcuqlardan çox-çox əvvəl Azərbaycanı ərəblər işğal etmişdilər. Səlcuqlarla ərəb işğalları arasında təxminən 350 - 400 illik bir tarixi dövr vardır. Niyə bəs bu uzun müddətdə Azərbaycan dili dönüb ərəb dili olmadı? Azərbaycan dili səlcuqların Azərbaycanı tutma sından qabaq da mövcud idi. Sadəcə, Qafqazdakı başqa dillərdən, məsələn, gürcü, erməni və s. dillərdən fərqli olaraq, Azərbaycan dili o vaxt Azərbaycana gəlmiş səl- cuqların dili ilə qohum olmuşdur. Buna görə də səlcuq- ların dili Azərbaycan dili ilə qaynayıb-qarışmış, bu dilin daha da yayılmasına, hələ o dövrdə geniş istifadəsinə şərait yaratmışdı. ___ _Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi £0 6/Oä Onu da bilirik ki, şifahi xalq ədəbiyyatı nümunələri yazılı ədəbiyyatdan çox-çox əvvəllər yaranmış, nəsillər dən - nəsillərə ötürülmüş, ağızlardan-ağızlara keçmiş və zəmanəmizə qədər gəlib çıxmışdır. Şifahi xalq ədəbiy yatının nəsr qolu söyləyənlərin danışıq tərzinə, ləhcəsinə uyğun olaraq, müəyyən söz, ifadə, cümlə dəyişikliyinə uğraya bilər. Lakin folklorun şeirlə yaranmış hissəsi - ba yatılar, qoşmalar, laylalar, tapmacalar, atalar sözləri və s.vəzn, qafiyə və müəyyən ölçü ilə bağlı olduğu üçün demək olar ki, dəyişmir və ilkin formasını olduğu kimi qüvvədə saxlamış olur. Buna görə də şifahi xalq ədəbiy yatının şeir qolunda dilin qədim xüsusiyyətləri, habelə xalqın tarixi ilə bağlı digər əlamətlər zamanın yaddaşın dan heç vaxt silinmir. Bu barədə çox nümunələr göstər mək olar. Mənsə bu yazımda mövzuya münasibəti mi tanınmış Azərbaycan alimi, dilçisi, professoru, peda- qoqu Qəzənfər Kazımovun yüksək dəyər verdiyim fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Azəri dilinin iran dil qrupuna aid olması barədə iddialar xalis cəfəngiyyatdır. Bir anlığa düşünək ki, bu iddialar (Azərbaycan əhalisinin dilinin azəri adlanan İran köklü tayfa dili olması) doğrudur və ölkə əhalisinin dili fars dilindən fərqli bir dil imiş. Cəmi 37-38 il ömür sürmüş Şah İsmayıl bu dili necə dəyişib türk dilinə çevirə bilərdi? Şah İsmayıldan 200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi iri şəhərlərin, paytaxt şəhərinin əhalisinin türkdilli olduğunu qeyd edirsə, o zaman “iranköklü" azəri dilində kim danışırmış? “Azəri” sözü bizim dilimizi bütövlükdə (şimallı- cənublu) adlandıra bilən ən uğurlu termindir. Azərbaycan türklərinə daim azəri türkləri demişlər və bu ifadə Azər baycan xalqını həm Anadolu türklərindən, həm də Şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah döv _________________'>_______ Reyhan Mirzəzadə ________________ so 62 cs ründə İranda buraxılmış "Name-i Daneşvaran" adlı kollek tiv əsərdə Cənubi Azərbaycan əhalisinin dili azəri dili ad landırılmış və aydın olmaq üçün izahat verilmişdir: “Azəri dili”- yə'ni “zəban-i turkan" (türk dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe də bu cür nəzərdə tutmuş, azəri sözünü “Azərbaycanın qədim türk dili” adlandırmışdır". Əslən azəri türklərindən olan Cahangir Zeynaloğlu- nun 1924-cü ildə istanbulda çap etdirdiyi “Müxtəsər Azər baycan tarixi" əsərində yazılır:“Hər yerdə olduğu kimi, burada da(Azərbaycanda) azlıq çoxluğa tabe olaraq, qə dim əhalidən tat,talış,ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər yerli türklər ilə qarışıb birləşmişlərdir və bey- ləcə yeni bir türk xalqı, yeni azəri türkləri vücudə gəl mişdir...Gözəllik və sadəliyi sayəsində bütün Qafqaz və Rusiyada, hətta İran və bütün Asiyada işlənən, beynəl miləl bir dil halını da almışdır” . 1805-ci ildə Azərbaycanı ziyarət edən fransız şərq şünası P.Amde Jober Azərbaycan dilinin öyrənilməsini nəinki yalnız dilçilərə, həm də tarixçilərə və şərqşünaslara da məsləhət görərək yazırdı:“Bu dil təkcə dilçilik və tarix şünaslıq nöqteyi-nəzərindən deyil, eyni zamanda Şərqdə yeganə siyasi bir dildir” . P.Amde Joberin müasiri,görkəmli rus şairi Mixail Yuryeviç Lermontov Azərbaycanın bir neçə şəhərlərini gəzmiş və Azərbaycan dili haqqında öz fikirlərini belə ifa də etmişdi:“Avropada fransız dili kimi, Asiyada da Azər baycan dili zəruri bir dildir”. Böyük Lermontovun dilimizə verdiyi yüksək qiymət dən sonra elə rus xalqının daha bir şair oğlu Boris Dubro- vinin “Azərbaycan dili” şeirini(tərcümə Xəlil Rzanındır) eh tiram hissi ilə yada salmaq zəruridir: ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ r o 63 r a Ah, sədəfli sazın tarım telləri Susuz könlümüzə yenə bulaq çək. Vurğunun vulkan tək qüdrətli şeiri Dil açsın səninlə həmrəng, həmahəng. Gəmidə, mədəndə, tarlada, sexdə Sevgi çələnginə çevrilir bu dil. Onda qızılgülün zərifliyi var, Onda bənövşədən saçılan ətir. Bir şair qəlbindən güc alıb gələn Qaynar nəhrlərin gəncliyi onda. Xəzər dənizinin büllur vüsəti, Qoşqarın, Şahdağın dağ əzəməti Yaşayır ildırım misralarında! Ağ, qara şanının şəhdi, şərbəti Xalqın ləyaqəti, qüdrəti onda. Qəhrəman ürəkli Rəsul Rzanın Süngü sözlərinin cürəti onda. Şair Nəbi Xəzri qanadlanır ki, Zamanla, tarixlə yanaşı getsin. Söz üstə yananlar elə yanır ki, Xeyri işıqlatsın, şəri kül etsin. Azərbaycan dili silahdı, qafil, Qalacaq cahanda günəş qalınca. Gül yarpağı qədər bu tər, incə dil Qəzəbli vaxtında dönür qılınca. Ulu öndərimiz Heydər Əliyev dilimizlə qürur duyur- du:“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi _________________Reyhan_Mirzəzadə__________________“Reportyor.com"_21_fevral_2013-cü_il_SO_66_03'>_______________ Reyhan Mirzəzadə ________________ ю 64 c a köklərə malikdir. Şəxsən mən öz Ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Fəxrimiz olan Ana dilimizin inkişafında görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəm məd ağa Şaxtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının böyük xidmətləri olub. Bu sahədə Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xosayev, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin zəhməti də danılmazdır. Heydər Əliyev sovetlər birliyi zamanı Azərbaycana rəhbərlik etdiyi illərdə bəzi müttəfiq respublikalardakı həmkarlarının və keçmiş SSRİ başçılarının qısqanclıq və maneçilklə yanaşmasına baxmayaraq, mübarizə yolu ilə 1978-ci ildə Konstitusiyamızda Ana dilimiz - Azərbaycan dilinin rəsmi dil kimi qəbul edilməsinə nail oldu. 1995-ci ildə artıq müstəqil dövlətimizin qəbul edilən yeni Konstitusiyasında Ulu öndərin tarixi əsasları və dili mizə xalqın milli - mənəvi sərvəti kimi yanaşmanı bir daha rəhbər tutaraq, dövlət dilinin adı bərpa olunub Azər baycan dili qeyd edildi. Bundan sonra dövlət və hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqa mətində mühüm sənədlər imzalandı. Ölkə Parlamentində 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləş dirilməsi haqqında", 30 sentyabr 2002-ci ildə “Azərbay can Respublikasında Dövlət dili haqqında” Qanunlar qə bul olundu. Prezident İlham Əliyevin müxtəlif tarixlərdə imza ladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr lərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında”, “Azərbaycan ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ во 65 ca dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamları və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dünyaya göz açanda qəlbimə günəşin özüylə axan Ana dilimizə olan məhəbbətimi və son sözlərimi böyük şairimiz Bəxtiyar Vahabzadənin çox sevdiyim misraları ilə ifadə etmək istəyirəm: Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil bir - birimizlə əhdi-peymanımızdır. Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil - əcdadımızın bizə qoyub-getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək. Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqlarla dolu tarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şan - şöhrətim saxlanır. Mənim adım - sanımsan, Namusum, vicdanımsan. _______________ Reyhan Mirzəzadə ________________ “Reportyor.com" 21 fevral 2013-cü il SO 66 03 İSLAM - PAKLIQ, ƏDALƏT, NAMUS, BƏRABƏRLİK, DOĞRULUQ DİNİDİR Onun mənəviyyat abidəsi olan müqəddəs Quran mübarək Ramazan ayında nazil olub 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quru landan sonra, bolşevik liderləri xalqa yaxınlaşmaq, onla rın hüsn-rəğbətini qazanmaq məqsədi ilə təntənəli surət də belə bir təlimat verdilər ki, onlar müsəlmanların dini- imanlarına, adət-ənənələrinə böyük ethiram və hörmətlə yanaşacaqlar. Təəssüf ki, bu vəd də bolşeviklərin başqa vədləri kimi, ancaq sözdə və kağızda qaldı. 1923-cü ildən istər ümumən Sovetlər İttifaqında, istərsə də Azərbay canda müsəlman ruhaniliyinin təqibinə başlanıldı. Artıq 1928-ci ildə dindarlar bütün hüquqlarından məhrum edilmişdi. Oxucuların diqqətinə 1923-cü ildə proletariatın “dahi rəhbəri” adlandırılan V.Leninin Kremldə keçirdiyi müşa virədən bəzi faktları çatdırmaq istərdim. Müşavirədə L.Trotski, F.Dzerjinski, G.Çiçerin və başqaları iştirak edirdi. V Lenin:“Nəhayət, ən əsas mə sələ. Biz dinin kökünü kəsməliyik. Bu işə müsəlman lardan başlamalıyıq. İslam bizə ciddi müqavimət göstərə bilər. Ona görə də gözlərinin odunu almaq, başqalarına dərs olmaq üçün Qafqazda on min, Türküstanda da bir o qədər din xadimi güllələnməli, məscidlərin hamısı yerlə yeksan edilməli, ən nadir müsəlman ibadətgahlarmdan isə klub, anbar kimi istifadə olunmalıdır. Biz ölkədə ideoloji vakum, bir növ ideoloji xaos yaratmalıyıq. Bu işləri biz əzizim Lev Davidoviç, (Trotski) sizə tapşırırıq!”. Azərbaycanın qabaqcıl ziyalıları həmin dövrlərdə dinimizə qarşı yönəldilən kütləvi hücumları tam açıqlığı ilə ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ SO 67 GÄ görür və dərk edirdilər. Unudulmaz ədibimiz Abdulla Şaiq Talıbzadə yazırdı:“Mədəniyyətimizə hər vəchlə daxil olmaq istəyən ateizm insanlıq üçün ən böyük bəladır”. 1923-cü ildən Azərbaycanda başlayan ateizm təbli ğatının məntiqi nəticəsi 1925-ci ilin aprel ayında Bakıda “Allahsızlar cəmiyyəti”nin yaradılması oldu. Cəmiyyətin sədri tanınmış bolşevik Vəli Xuluflu təyin olunmuşdu. Məktəb uşaqları, gənclər məcburi şəkildə “Allahsızlar cə miyyəti" nə üzv edilirdi. Onlardan 30 qəpik alıb, əvəzində qırmızı kitabçalar verirdilər. 1926-cı ilin martında Bakıda “Allahsızlar cəmiyyəti” nin 1-ci konfransı çağırıldı. İki il ərzində cəmiyyət üzvlərinin sayı 1200-1400 nəfərə çat mışdı ki, onların da əksəriyyəti xaçpərəst və yəhudilər idi. Həmin o “Allahsızlar cəmiyyəti” nin üzvlərinə tanrı necə qəzəbləndisə, onların böyük əksəriyyəti kütləvi şəkildə 1937-1938-ci illərin repressiya qurbanlarına çevrildilər. Xalqımızın milli mənliyinin əsasını təşkil edən İslam dəyərləri tarixin böyük imtahanlarından üzüağ çıxdı. Millətimiz bu ali dəyərləri müqəddəs varlıq kimi daim uca tutdu. Zamanın hökmü ilə sınsa, əzilsə belə, xalqımız İslama, Qurana, böyük Allaha misilsiz məhəbbətini hər zaman yaşatdı. Milli məfkurəmizin tarixi abidəsi olan böyük “Dədə Qorqud”umuzu xatırlayaq. “Kitabi-Dədə Qorqud”u oxuduqca, burada Allahın “Qadir” adının daha tez-tez işləndiyi müşahidə olunur. “Qadir Tanrıdan hacət dilədi”, “Ya qadir Allah, birliyin, var lığın, həqqiçün”, “Qadir qorsa, yapam, çıxam”, “Qadir qor- sa, başın kəsəm”, “Qadir Tanrı yol vermiş” və s. Dastan da bir olan Allaha “Üstümüzdə Allah", “Qəhhar”, “Haqq Təala”, “Yaradan qadir Tanrı” “Yaradan Allah”, “Ucalar dan uca”, “Yoxdan var edən Allah", “Padşahlar padşahı”, “Əziz”, “Cabbar”, “Səttar”, “Əhəd”, “Səməd”, “Ulu”, “Co mərdlər comərdi” və başqa adlarla müraciət olunur. _______________ Jteyhan Mirzəzadə ________________ so 68 03 Oğuzların bir olan Allahı necə sevmələri abidədə Dəli Domrulun, Bəkil oğlu Əmranın dilindən söylənilmiş, Qaz lıq Qoca oğlu Yeynəyin söyləmələrində belə təsvir olun muşdur: ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ Ucalardan ucasan, uca Tanrı! Kimsə bilməz necəsən, körklü Tanrı! Səp anadan doğmadın, Sən atadan olmadın, Kimsə rizqin yemədin, Kimsəyə güc etmədin, Qamu yerdə əhədsən, Allahu-Səmədsən... ...Ululuğa həddin yox: Sənin boyun-qəddin yox. Ya cismilə cəddin yox. Urduğun ulıtmayan, ulu Tanrı! Basdığın bəiirtməyən bəlli Tanrı! Götürdüyün göyə yetirən görklü Tanrı! Qaqdığın qəhr edən qəhhar Tanrı!.. Böyük Allahın “Kitabi-Dədə Qorqud”dakı adlarının demək olar ki, əksəriyyəti İslamın müqəddəs kitabı, elə dastanın özündə də “Yazılıb-düzülüb göydən endi Tanrı elmi” adlandırılan, vəhy yolu ilə 23 il ərzində Məhəmməd Peyğəmbərə yetişən “Qurani-Kərinrfdən götürülmüşdür. Təsadüfü deyildir ki, ümumdünya şöhrətli Azərbay can şairi Nizami Gəncəvi şah əsərləri olan “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”,“Xosrov və Şirin”, “Yeddi gözəl”, “Isgəndərnamə” mənzum romanlarında ən qiy mətli fikri, ecazkar sözü Allahın tərənnümünə həsr edib. “Sirlər xəzinəsi" belə bir bəşəri misralarla başlayır: Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling