Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet6/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   2   3   4   5   6   7   8   9   ...   55

so 69 ca

Şəfqətli,  ədalətli  Tanrının adı  ki var,
Hikmət xəzinəsini açan açardır açar.
“isgəndərnamə”yə diqqət yetirək:
Ey Tanrı,  dünyada sənsən  padişah,
Biz kiçik  bəndəyik,  sən  böyük Allah.
Yaxud  “Leyli  və  Məcnun”dakı  misraları  yada  salaq:
Ey adı  ən  gözəl  başlanğıc olan,
Adınla  başlanır yazdığım dastan.
Nizaminin  hər bir əsərinə Allahın  tərənnümü  ilə  baş­
laması  dediyimiz  kimi,  təsadüfi  deyildir.  Bu  onun  yüksək 
zəka,  dərin  mənəviyyat,  geniş  dünyagörüşü,  mərifət,  hik­
mət  sahibi  olduğuna  dəlalət  edir.“Allah”,  "Tanrı”,  “Yara­
dan"  məfhumlarını  Nizami  bir  məna  siqlətinə  malik  anla­
yışlar  kimi  təqdim  edir.  Burada  Nizaminin  böyüklüyü,  da­
hiliyi  bir  də  onunla  ölçülür  ki,  o,  təkallahlıq  (monoteizm) 
ideyasına  gəlməklə  Məhəmməd  Peyğəmbərin  təkallahlıq 
anlayışını  təsdiqləyir.  Şair  bununla  da  vahid  din  ideyasını 
irəli  sürməklə  xalqlar,  millətlər,  milli  etnik  qruplar,  tayfalar 
arasında  mövcud  olan  milli-dini  zəmində  çəkişmələrə, 
münaqişələrə son  qoymaq  istəyir.
“Xosrov  və  Şirin”  poemasında  Allahın  tərənnü­
mündən  sonra  “Peyğəmbərin tərifi" ndə oxuyuruq:
Böyük  Məhəmmədə yüz min  afərin!
Xilqət torpağıdır,  buna  ol əmin.
Nizami  islam  şəriətinin  böyük  əxlaqi,  mənəvi  dəyər­
lərə  malik  olduğunu  yüksək  qiymətləndirir.  Yaxud  götürək
_______________
Reyhan Mirzəzadə
_______________ _
so 70 ea
onun  “Sirlər  xəzinəsi”  poemasında  “Peyğəmbərin  mədhi” 
şeirindəki fəlsəfi fikirlərini:
İslamın sütunutək o dörd  bayraq  ucaldı 
Şəninə gecə-gündüz beş kərə təbil  çaldı 
Oldu  Məkkən,  Mədinən  çiçəklənən gülzarın,
Gözünə  işıq  gədi  hər bir qərib zəvvarın.
Azərbaycanın  orta  əsrlər və sonrakı  dövrlərdə yaşa­
yıb-yaratmış  Bəhmənyar,  Sührəverdi,  Şeyx  Mahmud  Şə- 
büstəri,  Seyid  Yəhya  Bakuvi  kimi  filosof və mütəfəkkirləri, 
Fələki  Şirvani,  Xacə  Nəsrəddin  Tusi,  Hüseyn  Tiflisi,  Əb- 
dürrəşid  Bakuvi,  Hacı  Zeynalabdin  Şirvani  kimi  alimləri, 
Xaqani,  Nəsimi,  Füzuli,  Məsihi,  Marağalı  Əhvədi  kimi dahi 
şairləri  məhz  İslam  zəminində  yetişib  böyük  şəxsiyyətlər 
kimi  tanınmışlar.  Xüsusi  ilə  yada  salmaq  istərdim  ki,  hə­
min dövrdə aparılan tədqiqatlarda çox zaman  din və  möv­
humat  bir-biri  ilə  qarışdırılır,  dolaşıq  salınır,  görkəmli  mü­
təfəkkir  və  sənətkarların  fanatizmə,  xürafata  qarşı  müba­
rizəsi  dinə  qarşı  mübarizə  kimi  təqdim  edilirdi.  Bu  proses 
sonralar  da  davam  etdi.  Qasım  bəy  Zakir,  Mirzə  Ələkbər 
Sabir,  Seyid  Əzim  Şirvani,  Cəlil  Məmmədquluzadə,  Hü­
seyn  Cavid,  Cəfər  Cabbarlı  və  digər  görkəmli  şəxsiyyət­
lərin  mövhumata,  cəhalətə  qarşı  ucalmış  etiraz  səsləri 
dinə  qarşı  olan  münasibət  kimi  qələmə  verilirdi.  Tanınmış 
yazıçımız  və  naşirimiz  Cəlil  Məmmədquluzadənin  bir  hə­
rəkəti  belələrinə  ən  yaxşı  cavab  idi.  Məlumdur  ki,  1930- 
1931-ci  illərdə  “Molla  Nəsrəddin" jurnalının adı  dəyişdirilib 
“Allahsız”  qoyulmuşdu.  Bu  işdən  hiddətlənən  böyük 
ədib:“Mən  heç  vaxt  Allahsız  olmamışam,  mən  yalnız 
mövhumata,  xürafata  qarşı  mübarizə  aparmışam”-deyib 
jurnalın  redaktorluğundan  imtina  etmiş  və  ailəsini  dolan­
dırmaq  üçün  Bakı  hamamlarından  birində  xəzinədar
Azarb ay can ç ıliQ   из vətənpərvərlik  m əfkurəsi_
___
so 
71 ea

işləməyə  məcbur  olmuşdu.  Bəzi  alimlər  isə  öz  elmi 
tədqiqatlarında  bu  cür  böyük  şəxsiyyətlərə  böhtan  atıb 
onlara  materialist,  ateist və.s kimi damğalar vurmuşdular.
Qurani-Kərimin  nazil  olmasından  bir  müddət  əvvəl 
Fransada  “Qadın  insandırmı  və  ya  onu  insan  saymaq 
olarmı?”  mövzusunda  toplantı  keçirilmiş  və  bu  toplantıda 
“Qadın  insan  olsa  da,  qüsurlu  bir  məxluqdur  və  kişinin 
1/3-nə  bərabərdir”  qərarı  qəbul  olunmuşdu.  İngiltərədə 
qadın  çirkin  bir  məxluq  elan  edilmiş  və  onun  İncilə  əl  vur­
masına  yasaq  qoyulmuşdu.  İngilis  qadınına  Incil  oxumaq 
haqqı  1509-cu  ildə  hakimiyyətə  gəlmiş  kral  VII  Henrinin 
hakimiyyəti vaxtı  verilmişdi.
Qadınların  adam  sırasına  aid  olmadıqlarının  daha 
bir “isbatı"  1753-cü  ildə Almaniyada  buraxılmış  bir kitabda 
da  əksini  tapmışdı.  1690-cı  ildə  Almaniyada  latın  dilində 
nəşr  edilmiş  başqa  bir  kitabçada  da  qısa  və  aydın  yazıl- 
mışdı:“Qadın  adam deyil".  Hətta XX əsrdə Almaniyada  bir 
yazıçı  qadının  yazdığı  “Qadın-bizim dövrümüzün azarıdır" 
adlı  əsərinə bənzər bir cox kitablar buraxılmışdı.
Sonralar  alman  faşistləri  də  ağalığı  ələ  keçirdikləri 
ölkələrdə  qadınların  hüquqsuzluğunu  müdafiə  edirdilər. 
Onlar  deyirdilər  ki,  siyasət  və  sənət  qadınlar  üçün  deyil. 
Hitler  Nyunberq  qurultayında  bildirmişdi  ki,  Reyxstaqda 
qadınlar  iştirak  etmiş  olsaydı,  onu  rüsvay  edərdi.  Hitlerin 
yaxmı  Hebbels  də  qürurlanırdı  ki,  biz nasional-sosialistlər 
qadını  ictimai  həyatdan  qovmuşuq.  Təbiət  qadınları  dörd 
divar arasındakı  həyat üçün yaratmışdır.
Qadın  haqqında  məşhur  xristian  kilsə  atası  Loann 
Zlatoust  görün  nə  sərsəmləmişdi:  “Qadınlardan  ən  yaxşı­
lan  yalnız bəzənmiş tabutlardır”.
Bütün  bunlar  islamdan  əvvəlki  cahilliyyə  dövrünü 
xatırladır.  Çünki  həmin  dövrdə  qız  uşağına,  qadına  vəhşi 
bir münasibət mövcud  idi.  O dövrdən  yadigar qalan  bir  rə­
_______________
Reyhan Mirzəzadə
________________
ю  72 ra
vayət  indi  də  adamı  sarsıdır.  Qəbilə  başçılarından  biri  is­
lamı  qəbul  etməmişdən  əvvəl  qızını  diri-diri  torpağa 
basdırır.  Bu  zaman  balaca  zavallı  ona  deyir:“Ata,əl  saxla, 
qoy saqqalındakı tozunu silim..."
İslam  dini  qadına  həmişə  mərhəmətlə  yanaşmış, 
onu  yüksək  dəyərləndirmişdir.  Məhəmməd  Peyğəmbər­
dən  əvvəl  ailədə  qız  uşağının  dünyaya  gəlməsi  bədbəxt­
lik  sayılırdı.  Lakin  Peyğəmbər  qız  uşağının  doğulmasmı 
ulu  göylərin  xüsusi xeyirxahlığı  adlandırırdı.  Ananın  ayaq­
ları  dəydiyi  yeri  cənnət  hesab  edirdi.  Qız  uşağının  doğul­
duğuna  görə  körpənin  valideyin  tərəfindən  qətlə  yetiril­
məsi  Quranda  pislənilirdi:  “Allah-taala  axirət  günü  hər  bir 
uşağın  hansı  günahına  görə  diri-diri  torpağa  gömül­
düyünü  soruşacaqdır”.
Məhəmməd  Peyğəmbər  müraciətlərinin  birində  bu- 
yurmuşdu:“Mən  sizə  vəsiyyət  və  sifariş  edirəm  ki,  öz 
qadınlarınıza yaxşılıq  edin  Ona görə  ki,  qadınlar sizin  əli­
nizdə  olan  ilahi  bir  əmanətdirlər  və  Allah  yalnız  onların 
icazəsi  ilə  qadınları  sizə  halal edibdir”.
Bir  nəfər  Peyğəmbərin  yanına  gəlib  deyir:“Mən 
cihad  etmək  istəyirəm,  amma  buna  gücüm  çatmır”.  Pey­
ğəmbər  soruşur:"Valideyn!ərindən  sağ  olanı  varmı?”  Hə­
min  adam  anam  var”-  deyir  Peyğəmbər  buyurur 'Onun 
qulluğunda  durmaqla  Allahın  hüzuruna  yetiş,  bunu  etsən, 
həm  həcc və ümrə ziyarəti,  həm  də cihad etmiş olarsan”.
Məhəmməd  Peyğəmbərdən  belə  bir  hədis  nəql  edi- 
lir:“Merac  gecəsi  mənə  qadınlar  haqqında  o  qədər  töv­
siyələr  buyurdular  ki,  ümumiyyətlə,  qadını  heç  bir  vəchlə 
boşamağın  mümkün  olmadığını  dərk  etdim”.  Böyük  Pey­
ğəmbər onu  da  bildirmişdi  ki,  qadın  barəsində ərin  şübhə­
sini  həmin  hadisəni  öz gözləri  ilə  görən  dörd  nəfər şəxsin 
şahidliyi təsdiq edilməlidir.
Azdrbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
ю  
73
 ra

Göründüyü  kimi,  islam  dini  qadına  münasibətdə 
özündən  əvvəlki  bütün  dinlərdən  müqayisəedilməz  dərə­
cədə  irəli  getmiş,  bir  sıra  vəhşi  adətləri  qadağan  etmişdi. 
Dinimiz  hərbi  yürüşlərdə  qadınların  köməyinə  də  böyük 
əhəmiyyət  vermiş,  qadının  ailə-məişət  həyatındakı  misil­
siz xidmətlərini  qəbul etmiş,  qadını  zəriflik,  gözəllik nümu­
nəsi  saymış,  etibarlı  və  sədaqətli  qadınları  yüksək  qiy­
mətləndirmişdi.  islam  aləmində  ağıllı  və  cəsarətli  qadın­
ların  dövlət xadimi,  cəsur sərkərdə,  istedadlı  şairə,  elm və 
ədəbiyyat xadimləri  kimi yetişməsi nümunələri az deyildi.
Məlumdur  ki,  adın  həyatda  böyük  əhəmiyyəti  vardır. 
İslam  təfəkkürünə  görə,  insan  bütün  həyatı  boyu,  hətta 
axirətdə  də  ona  qoyulan  adla  çağırılacaqdır.  Gündəlik 
həyatda  bəzi  adamların  öz  adına  görə  xəcalət  çəkdiyini 
müşahidə  edirik.  Bu  xəcalətin  əsas  səbəbi  valideynlərin 
öz  övladlarına  ad  qoymaqda  düzgün  qərar  verməmələ­
ridir.  Məhəmməd  Peyğəmbər  Abdullah  və  Əbdürrəhman 
kimi  adları  sevir,  onlara  üstünlük  verirdi.  Həmin  dövrdə 
Əbdülüzza  və  Əbdüşşəms  kimi  Allaha  şəriklər  qoşmağı 
ifadə  edən  adlar  müsbət  qarşılanmırdı.  Uşaqlara  gözəl 
adlar  qoymağın  vacibliyi  haqqında  Peyğəmbər  demiş­
di:  “Qiyamət  günü  şübhəsizki  adlarımzla  və  atalarınızın 
adları  ilə  çağırılacaqsınız.  Elə  isə  özünüzə  gözəl  ad 
seçin".
Malik  ibn  Ənəs  ailədə  mütləq  bir  adamın  Məhəm­
məd  adını  daşımasını  tövsiyə  edər  və  deyərdi  ki,  ailədə 
bir  adam  Məhəmməd  adını  daşıyarsa,  ailənin  bütün  üzv­
lərinin  ruzisi  bol olar.
İslam  dinində  müharibə  heç  bir zaman  iftixar ediləsi 
hadisə  olmamışdır.  Əgər  müharibə  baş  verirdisə,  bunun 
arxasında  zor  tətbiq  etməklə  hakimiyyət  qurmaq  deyil, 
məhz  özünü  müdafiə  etmək  və  dünyada  sülhü  bərqərar 
etmək  niyyəti  olmuşdur.  Məhəmməd  Peyğəmbər məkkəli
_________________Reyhan_Mirzəzadə___________________so_74_ea'>_______________
Reyhan Mirzəzadə
________________
so 74 ea
müşriklərin  zülmü  dözülməz  hala  çatdıqda  zalımın  müsi­
bətlərinə  son  qoymaq  üçün  məcburən  döyüşə  icazə  ver­
mişdi.  Lakin  uşaqlar  döyüşlərə  əsgər kimi əsla  cəlb  olun­
murdu.  Vuruşlar  zamanı  düşmən  tərəfin  uşağı  olsa  belə, 
onun  öldürülməsinə  qəti  icazə  verilmirdi.  İslam  aciz, 
gücsüzlərə toxunmağı  qadağan,  onları  hətta  döyüş  təhlü­
kələrindən qorumağı  əmr etmişdi.
Misir  ruhanilərindən  olan  doktor  Fuad  Məhəm­
məd  Qahirədə  çıxan  “Minbər  əl-lslam” jurnalında  (1964- 
cü  il,  №1) dərc olunmuş  məqaləsində təsdiq  edirdi ki,  ilkin 
müsəlman  icmasının  nizamnaməsi  və  şəriət  müharibədə 
iştirak  edən  müsəlman əsgərlərinə uşaqları,  qadın  və qız­
ları,  xəstələri,  qocaları,  yaralıları  öldürməyi,  əkin  sahələri 
və  meyvə  bağlarını  məhv  etməyi  qadağan  edirdi.  Mə­
həmməd  Peyğəmbər  Mədinəyə  köçdükdən  sonra  müsəl­
man  icmasının  nizamnaməsini  tərtib  etmişdi.  İcmanın  ni­
zamnaməsində  deyi!irdi:“Bundan  sonra  mühacirlərlə  ən- 
sarilər vahid  bir icma  təşkil  edirlər.  Yəhudi və bütpərəstlər 
də  həmin  icmaya  daxil  olub  öz  dinlərini  mühafizə  edə 
bilərlər".  Sonra  həmin  nizamnamədə  istila  olunmuş  xalq­
ların  daşınan  və  daşınmayan  əmlakının  dağıdılması  qa­
dağan  olunurdu.
islam  dönə-dönə  təlqin  edirdi  ki,  mənəvi  hakimiyyət 
ancaq  Allaha  məxsusdur.  Hökm  ancaq  Allahındır.  Haqqı 
ancaq  o  bəyan  edir.  Hökm  edən  Allahdır,  heç  kəs  onun 
hökmünü  dəf  edə  bilməz.  O,  heç  kəsi  öz  hökmünə  şərik 
etməz.  Kim  Allahın  hökmlərini  qoyub,  onun  yaratdıqla­
rının  hökmü  ilə  oturub-durursa,  sonda  peşmançılıq  çə­
kəcəkdir.
Mütəxəssislər  haqlı  olaraq  qeyd  etmiş  və  edirlər  ki, 
Məhəmməd  Allahın  rəsulu  kimi  onun  yer  üzündə  birbaşa 
təmsilçisi  idi  və  İslam  dövlətinin  bütün  forma  və  funksi­
yalarını  öz simasında  birləşdirirdi.
____
Azərbaycançılıq və vətanparvərlik məfkurəsi
____
so 75 
ca

Təbii  ki,  dövlətin  müəyyən  funksiyaları  vardı.  O, 
daxili  təhlükəsizliyi  qorumalı,  sərhədlərin  düşmənlərin  hü­
cumundan  müdafiəsini  təşkil  etməli,  təcavüzün  qarşısını 
almalı,  ədaləti  təmin  etməli,  cinayətkarları  cəzalandırmalı, 
ictimai  binalar tikdirməli,  yollar çəkdirməli idi.
Qazılar  olmasa  da,  hakimlər  vardı.  Hakim  insanlar 
barəsində  hökmü  icra  edənə,  zülm  edəni  zülm  etməyə 
qoymayana  deyirdilər.  Mübahisə,  yaxud  münaqişə  mey­
dana  çıxanda,  kiməsə  zərər  yetiriləndə  hakimlər  hökm 
verirdilər.  Hər  qəbilənin  öz  hakimləri  vardı.  Onlar  ağıllı, 
geniş  dünyagörüşünə  malik,  ədalətli,  zülm  və  rəzilətdən 
uzaq  olan adamlar kimi  tanınırdı.  Hakimlər içində qadınlar 
da vardı.
Qeyd  etdiyimiz  kimi,  Quran  İslamın  mahiyyətini 
təmsil  edən,  müsəlmanların  həyat  tərzinin  ifadəçisi  olan, 
davranış  qaydalarını  tənzimləyən,  ictimai  məna  daşıyan 
müqəddəs  abidədir,  islamın  dövlət  dini  olduğu  ölkələrdə 
onun  kəlamları  hüquq  normalarının  və  qanunvericiliyin 
əsasını  təşkil  edir.  Böyük  İslam  övladlarının  müsəlman 
əqidəsinə  həkk  olunan  mərhəmətli  fikirlərinin  Quranın 
nazil  olduğu  bu  mübarək  Ramazan  ayında  ruhlara  nur 
bəxş  etməsi  arzusundayıq.  Belə  ki,  Peyğəmbər  deyirdi: 
“Allahın  ən  sevimli  bəndələri  insanlar  üçün  daha  xeyirli 
olanlar və Allahın  haqqını  yerinə yetirməyə daha çox çalı­
şanlar,  həmişə  xeyir  işlər  görmək  və  yaxşılıq  etmək  istə­
yənlərdir".  İmam  Həsən  Əsgəri  buyururdu:“Allah  oruc  tut­
mağı  həm  də  ona  görə  vacib  etmişdir  ki,  ehtiyacsız yaşa­
yanlar  aclığın  nə  olduğunu  bilsinlər  və  nəticədə  yoxsul­
lara  qarşı  mehriban  olsunlar”.
Ramazan ayının  töhfəsi,  ilahi kitablardan  sonuncusu 
və  ən  böyüyü  olan  Qurani  -  Kərim  məlum  olduğu  kimi, 
ərəb  dilində  nazil  olmuş  və  İslamın  zühurundan  başla­
_________________Reyhan_Mirzəzadə__________________ю__7S_ся'>_______________
Reyhan Mirzəzadə
________________
so 
76 CA
yaraq  onu  qəbul  etmiş  bütün  xalqlar tərəfindən  yalnız  bu 
dildə oxunmuş və oxunmaqdadır.
Quran  öz  məzmun  və  formasına  görə  möcüzəli  və 
bənzərsiz  sayıldığından  (buna  bir  istilah  kimi  “Icaz  əl- 
Quran”  deyilir)  müsəlman  ruhaniləri  onun  mətninin  adi 
insan  tərəfindən  başqa  dilə  tərcüməsini  nəinki  qeyri- 
mümkün  saymış,  hətta  bunu  zərərli  və  küfr  hesab edərək 
həmin  təşəbbüsdə  olanları  cəzalandırmışlar.  Elə  bu  sə­
bəbdən  də  Quranın  əsl  ərəb  mətni  olmadan  başqa  mü­
səlman  xalqlarının  dillərinə  çevrilməsinə  uzun  müddət 
icazə  verilməmişdir  Yalnız  XX  əsrin  30-cu  illərində  Qahi­
rədəki  məşhur əl-Əzhar  dini  mərkəzi tərəfindən  bu  yasaq 
aradan  götürüldükdən  sonra  Quranın  ilk  öncə  Türkiyədə 
olmaqla,  həmin  dillərə  ayrıca  və  müstəqil  tərcümələri 
yaranmışdır.
Quranın  tərcüməsinin 
yasaq 
edilməsinə 
bax­
mayaraq,  İslamı  qəbul etmiş  qeyri-ərəb xalqlar hələ erkən 
vaxtlarda  bu  müqəddəs  kitabdakı  mətləbləri  öz  Ana 
dillərində  oxumağa,  onu  doğru-düzgün  dərk  etməyə  ehti­
yac  duymuşlar.  Bu  ehtiyac  onları  Qurani-Kərimin  tərcü­
məsi  ilə  bağlı  düşünüb-daşınmağa,  yeni  yollar  axtarmağa 
sövq  etmişdir.  Həmin  axtarışların  nəticəsi  olaraq,  X 
yüzillikdən  başlayaraq,  Quranın  ilkin  sətiraltı  tərcümələri 
meydana  çıxmışdır.  Günümüzə  qədər gəlib  çatmış qədim 
əlyazmalar  sübut  edir  ki,  bu  işdə  farslar  öncül  olmuşlar. 
Quranın  belə  sətiraltı  tərcümələrində  bu  müqəddəs  kita­
bın  adətən  iri  süls  xəttilə  yazılan  ərəbcə  mətninin  altında 
hər  bir  sözün  aşağısında  narın  nəsx  xəttilə  (daha  sonra- 
lar  nəstəliq  xəttilə  də)  onun  farsca  daşıdığı  lüğəti  mənası 
yazılmışdır.  Tərcüməni  əsl  mətndən  seçdirmək  üçün  çox 
vaxt onu qırmızı  mürəkkəblə  yazırdılar.X  yüzilliyə  aid  belə 
Quran  tərcümələrindən  birinin  əlyazması  Kabuldakı  Milli 
Arxivdə saxlanılır.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so 77 ca

Quranın  türkcəyə  ən  qədim  tərcüməsi  Sankt-Peter­
burq  Şərqşünaslıq  institutunun  kitabxanasında  saxlanılan 
və  “Orta Asiya  təfsiri”  kimi tanınan əlyazma  hesab olunur. 
Bu  əlyazmanın  katibi  və  köçürülmə  tarixi  qeyd  olunmasa 
da,  V.Bartold,  F.Köprülü  kimi  dünya  şöhrətli  türkoloqların 
fikrincə,  tərcümənin  dil  xüsusiyyətləri  sübut  edir  ki,  onun 
əsli XI  əsrdə  hazırlanmışdır.
inqilabdan  əvvəl  Azərbaycan  dilində  Quranın  iki 
tərcümə-təfsiri  nəşr  olunmuşdur.  Tərcümənin  birincisinin 
müəllifi  Bakı  qazısı,  görkəmli  Azərbaycan  alimi,  mükəm­
məl  dini  təhsil  görmüş,  dövrünün  böyük  ruhanisi  və  müc­
təhidi  Mirməhəmməd  Kərim  Ağa  olmuşdur.  İkinci  tərcü­
mə-təfsir  ilk  Zaqafqaziya  Şeyxülislam  Məhəmmədhəsən 
Movlazadə  Şəkaviyə  məxsusdur  ki,  onun  bu  kitabı  1908- 
ci  ildə Tiflisin  “Qeyrət”  mətbəəsində çap  olunmuşdur.
1988-ci  ilin  sonunda  Qafqaz  Müsəlmanları  idarə­
sinin  tövsiyəsi  ilə  Quranın  Azərbaycan  dilinə  daha  uyğun 
şəkildə  yeni  tərcüməsi  görkəmli  alimlər  akademik  Ziya 
Bünyadov və  Vasim  Məmmədəliyevə  həvalə olundu.  Yeni 
variantda  Qurani-Kərimin  məsləhətçisi  və  redaktoru 
Şeyxüllislam  Hacı Allahşükür Paşazadədir.  Müstəqilliyimi­
zin  ilk  illərində  qeyd  olunan  tərcümələrlə  bərabər,  Şeyxü­
lislam  Hacı  Allahşükür  Paşazadənin  "Quranın  təfsiri  və 
tərcüməsi  tarixi”  və  “islamda  ümmət  və  şüubilik”  əsərləri 
ilə  Azərbaycanda  Quran  elmləri  təşəkkül  tapmağa  başla­
dı.  A.Məmmədovun  bir  sıra  əsərlərində  İslam  ictimai  və 
fəlsəfi  fikri  tədqiq  edildi.  R.Mürsəlov,  K.  Məmmədova, 
R.Aslanova,  R.Əliyev  və  başqaları  İslam  elm  və  təliminin 
dünyəvi  prinsiplərinin  meydana  gəlib  inkişaf  etmə­
si  proseslərini  öyrənmək  istiqamətində  səmərəli  fəaliyyət 
göstərdilər.  Bu  işlər indi  də  layiqincə davam  etdirilir.
islamın  cəmiyyətin  həyatındakı  rolunu  yalnız  ibadət, 
əxlaq  və  məişət  məsələləri  ilə  məhdudlaşdırmaq,  onun
_______________
Reyhan Mirzəzadə
________________
ю  
7S ся
siyasət-və  dövlət  məsələlərinə  nüfuz  etmədiyini  düşün­
mək  heç  də  doğru  olmazdı.  Bütün  səmavi  dinlər,  o 
cümlədən  İslam da  cəmiyyətə  dini-əxlaqi  dəyərlərlə yana­
şı,  sosial-siyasi,  iqtisadi,  mədəni prinsip və meyarlar gətir­
mişdir.  Məhəmməd  Peyğəmbər  özünün  varislik  əlaqəsini 
belə  izah  edirdi:  “Mənim  məndən  qabaqkı  peyğəmbərlərə 
oxşarlığım  ona  bənzər  ki,  bir  nəfər  bir  bina  tiksin,  onu 
yaxşı  və  gözəl tiksin,  amma  onun  künclərindən  birində bir 
kərpic  yeri  boş  qalsın.  Adamlar  gəlib  binanın  ətrafında 
dolansınlar,  ona  heyran  olsunlar,  amma  bir  kərpicin  na­
qisliyinə görə təəssüflərini bildirsinlər.  Mən  həmin  o  kərpic 
misalındayam,  Peyğəmbərlərin  möhürüyəm”.
Quranın  dünyəvi  əhəmiyyəti  tarix  boyu  öz  üstün­
lüklərini  kainata  diqtə  etmişdir.  İngilis  mütəfəkkiri  Herbert 
Uells Avropada  nəşr edilən bir elmi jurnalın verdiyi  “Bəşə­
riyyət  tarixinin  əvvəlindən  başlayaraq  hansı  kitab  ona 
daha  çox təsir bağışlamış və  hansı  kitab daha əhəmiyyət­
lidir?”  sualına  belə  cavab  vermişdi:“Ən  əhəmiyyətli  kitab­
lardan  biri  Qurandır.  Başqa  kitablardan  fərqli  olaraq, 
yalnız  bu  kitab  bütün  dünyaya  təsir  göstərmişdir.  Yalnız 
və yalnız  bu  kitab həqiqi  dinin,  təkallahlığın,  əxlaq  qayda­
larının,  mənəviyyatın düzgün göstəricisidir".
İngiltərənin  siyasi  və  hərbi  xadimi  Corc  Alonsonun 
sözləridir."İslam  dini  paklıq,  ədalət,  namus,  bərabərlik, 
doğruluq  dinidir”.
Avstriyalı  siyasətçi,  islamşünas  Leo  Poldvis  İslam 
dinini  necə  qəbul  etməsi  haqqında  deyirdi:“Mən  İslamı 
qəbul etməzdən əvvəl  bu din  haqqında  heç bir xüsusi təli­
mim  olmayıb.  Məni  İslama gətirən  onun yüksək əxlaqi də­
yərləri  və  elmiliyi  olmuşdur.  İslam  mənim  nəzərimcə,  di­
gər  dinlərlə  müqayisədə  ən  kamilidir.  Bu  dində  artıq,  ya 
əskik  heç  nə  yoxdur.  Hər  şey  həmahəng  və  bir-birini  ta­
mamlayandır.  Mən  Quranı,  sünnət  və  hədisləri  dönə-dö-
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi_
___
so 79 ca

nə  mütaliə  elədim,  islam  tarixini  oxudum.  Onun  əleyhinə 
və  lehinə  yazılmış  kitablarla  tanış  olaraq  islamı  qəbul  et­
dim.  indi müsəlman olmağımla fəxr edirəm ”.
Yaponiyalı  iqtisadçı,  ictimai  xadim,  rahib  öm ər 
Milanın dedikləri:
"Mən  əminəm  ki,  islam  tezliklə  Yaponiyanın  sadə, 
zəhmətsevər  xalqı  tərəfindən  tədricən  qəbul  ediləcək, 
islam-yəni  Sülh!  islam  - yəni fiziki  və  mənəvi  paklıq!  İslam 
- yəni  insanın  insana  məhəbbəti,  sonda Allaha  itaət!”.
Tailand  alimi  Teyatat  Teyasen  də  etiraf  edir:"Mən 
inanıram  ki,  Quranda  1400  il  əvvəl  ifadə  edilmiş  hər  şey 
doğrudur və  elmi  yollarla  sübut edilmişdir.  Bu,  bütün  elm­
ləri  bilən  Allahın  ilhamıdır.  Beləliklə,  bunu  deməyin  vaxtı 
gəlmişdirAllahdan  başqa  Tanrı  yoxdur  və  Həzrət  Mə­
həmməd  (c) onun  Rəsuludur".
_______________
Reyhan Mirzəzadə
________________
“Azad Azərbaycan” qəzeti, 
17 avqust 2012-ci il
so 80
 ce
DÜNYANI  MAARİFLƏNDİRƏN  DİN
İslam aləmi Qurban bayramına hazırlaşır
“Mən  Quranı  hər  yöndən  araşdırdım.  H ər  kəlmə­
sində  böyük hikmətlər gördüm.  Mən bunu iddia edirəm ki, 
Həzrəti Məhəmməd seçilmiş bir insandır.  Belə  bir insanın 
yenidən dünyaya gəlməsi ehtimaldan uzaqdır.
Ey  Məhəmməd!  Sənin  çağdaşın  ola  bilmədiyim 
üçün  çox  kədərlənirəm,  öyrətdiyin  və  yaydığın  bu  kitab 
sənin  deyildir.  Bu,  Allah  kəlamıdır.  Bu  kitabın  Allah  sözü 
olduğunu  inkar  etmək  bugünkü  elmlərin  lazımsızlığını 
iddia  etmək  qədər gülüncdür.  İnsanlıq sənin  kimi seçilmiş 
bir  qüdrəti  bir  dəfə  görmüş,  bundan  sonra  bir  daha 
görməyəcəkdir.  Hüzurunda  tam hörmətlə əyilirəm!".
Otto Bismark 
(d ə m ir  kan sler)
XIX əsrdə Almaniyanın görkəmli 
dövlət xadimi,  diplomatı  və  kansleri
Miladi  tarixi  ilə  610-cu  ilin  adi  bir  Ramazan  gecəsi 
idi.  Əbasına  bürünmüş  Məhəmmədin  ürəyi  yenə  həyəcan 
içində  çırpınırdı.  Birdən  vücudları  sarsıdan  əzəmətli  bir 
səda  eşidildi.“Ey  əbaya  bürünmüş!  Əbanı  at!  Ayağa  dur, 
şəhər civarındakı  Nur dağının  Hıra  mağarasına  gəl!  Deyi­
lənlərə əməl etsən,  anadangəlmə  mübtəla  olduğun bu hal 
bir daha təkrar olunmayacaq!” .
Bu  sədanı  Məhəmmədin  xanımı  Xədicə,  əmisi  oğlu 
Əli  və  Məhəmmədin  övladlığa  götürdüyü  Zeyd  ibn  Sabit 
də eşitdi.
Məhəmməd  büründüyü  əbasını  atıb,  cəld  bir  hərə­
kətlə  ayağa  durdu.  Gecəyarısı  Hıra  mağarasına  yollan-
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling