Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Azarbavcancılıa vа vatanparvarlik mafkurasi so 107 ся
- _______________ Reyhan Mirzəzadə ________________ EO 108 03
- ______ ___ ______ Reyhan Mirzazada _______________ so770ca UŞAQLAR DÜNYANIN ƏN BÖYÜK SƏADƏTİDİR
- _______________ Reyhan Mirzəzadə ________________ ю 112 ся
- _______________ Reyhan Mirzəzadə _____________ __ so1J4e
- _______________ Reyhan Mirzəzadə ________________ s o / 76 ca
- Azərbavcancılıa və vətənpərvərlik məfliurəsi __ __ so //7 ca
- _______________ Reyhan Mirzəzadə ________________ ю 118 oa
- Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
_______________ Reyhan Mirzazada ________________ so 106 oa yatmış şahzadə qız”, “Düyməcik”, “Kölgə”, “Kralın təzə libası”,“Qar kraliçası” , “Vəhşi Qu quşları” daxil olan kitab lar piştaxtaya qoyulan kimi satılıb. Dünya uşaqlarının çox sevdiyi əsərlərdən biri rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları”adlı nağılıdır ki, bu nağılın motivləri əsasında 1975-ci ildə Belarusfilm kinostudiya sında “Buratinonun macəraları” adlı ikiseriyalı musiqili film çəkilib. Filmə bu gün də dünyanın istər balaca, istər sə də böyük tamaşaçıları maraqla tamaşa edirlər. Avstrid Liqre XX əsr İsveç uşaq ədəbiyyatının gör kəmli nümayəndəsidir.Onun “Uzuncorab Peppi”, “Myo, mənim myom” povestləri, “Balaca və damda yaşayan Karlson” trilogiyası balaca oxucuların sevimli əsərlərinə çevrilmişdir. Xanım Liqre 1965-ci ildə Moskvada olarkən kitabxanaların birində ona qeyri-adi hədiyyə - “Balaca və damda yaşayan Karlson”un oxumaqdan didik-didik olmuş nüsxəsi verilmişdi. Kitabın içinə yapışdırılmış qeydiyyat vərəqəsindən məlum olurdu ki, onu həmin vaxta qədər 1000-dən çox uşaq alıb oxumuşdu. Karlson obrazı azərbaycanlı balaların da böyük ma rağına səbəb olmuşdu. Yazıçı Əzizə Əhmədova uşaq aləminə yeni töhfə bəxş etdi. Əsas qəhrəmanlarından biri Karlson olan “Damdabaca” romanından sonra “Damda yaşayan Karlsonla bacada yaşayan damdabacanın ma cəraları” adlı kitabı ilə həm balacaları, həm də böyükləri sevindirdi. Bacalarımızın daimi sakini Damdabaca Karlsonu Bakıya dəvət edir. Roman isveçli qonağın Abşeronla ta nışlığı ilə başlayır. Yazıçı bu yolla balaca oxucuları Bakı nın keçmişi, onun qədim memarlıq abidələri - Qız Qalası, İçərişəhərlə tanış edir. Damdabaca Karlsonu qarış-qarış Bakını gəzdirir, xalqımızın milli adət və ənənələrindən Azarbavcancılıa vа vatanparvarlik mafkurasi so 107 ся bəhs edir. Ona atalar sözlərimizi, tapmacalarımızı, yanılt- macalarımızı öyrədir, əfsanələr, rəvayətlər danışır, isveçli qonaq Azərbaycan toyunda iştirak edir. Zəngin Azərbay can mətbəxinin dadlı taamlarından dadır. Gördükləri yeni, qəribə olan Karlsonla Damdabacanın başına neçə-neçə macəralar gəlir. Burada bir qədər haşiyəyə çıxmaq istəyirəm. Çünki yazar Gülzar İbrahimovamn müasir ruhda böyüyən azəri balaları üçün mövzusu aktual olan nağılları yadıma düşür. Çoxsaylı nağılları içində Gülzar xanımın əfsanəvi qəhrəman, hökmdar xanım Tomiris, Məhəmməd Pey ğəmbər, Naxçıvanın Əlincə qalası, Qəbələnin tarixi və fü sunkar təbiəti, dünyanın yaxşı tanıdığı məşhur loğman Hippokrat, Odlar Yurdumuzda neftin kəşfi, Roma qoşun larının Qobustana yürüşü, atəşpərəstlik, karfagenlərlə ro- malıların döyüşü haqqındakı nağılları təbii ki uşaqlar üçün xüsusilə yaddaqalandır. Dünya uşaq ədəbiyyatının ən tanınmış və ən sevimli sənətkarlarından biri fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvü Şarl Perrodur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi - yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaradaraq, uğrunda mübarizələr aparmalı olmuşdur. Şairin yaşadığı XVII -XVIII əsrlərdə Fransada sənətin hər sahəsində ciddi problemlər mövcud idi və mütərəqqi sənət uğrunda qızğın mübarizə gedirdi. Yaradıcılığı bir çox xalqların sə nətkarlarına müsbət təsir edən Şarl Perroya qələbə və dünya şöhrəti qazandıran onun nağıl janrında yazdığı bədii əsərləri oldu. “Anam Qız Xatunum nağılları və ya keçmiş zamanlardan ibrətli əhvalat” kitabını Perro oğlu Darmannurun adı ilə nəşr etdirmişdi. O, xəlqilik ənənələri ilə yaranan nağıl janrını dəyərli, tərbiyəvi, əxlaqi əsərlər yaratmaqla yazılı bədii ədəbiyyatın janrları sırasına daxil _______________ Reyhan Mirzəzadə ________________ EO 108 03 etdi. Sonralar bu janr geniş yayılıb ümumdünya əhəmiy yəti qazandı. Şarl Perronun qeyd olunan kitabına onun “Qırmızı papaq","Çəkməli pişik” və s. əsərləri də daxil edilmişdi. Fransız yazıçısı, məşhur “Balaca şahzadə” roma nının müəllifi Antuan dö Sent Ekzüperinin adı zəngin uşaq dünyasına yaxşı məlumdur. Yada salım ki, təyyarəçi Ekzüperinin “Gecə uçuşu” əsəri 1931-ci ildə filosof - ya zıçıya Femina Mükafatı qazandırmışdı Ədəbi aləmdə Ekzüperi qədər həyatı və yaradıcılığının bir-biri ilə sıx bağlı olduğu ikinci bir yazıçı tapmaq çətindir. Bəşəriyyət səmanın maraqlı sirlərini, təyyarəçilik peşəsinin roman tikasım Ekzüperinin əsərləri ilə mənimsəmiş, səmadan Yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, planetimizin gözəlliyini, əzəmətini Ekzüperi ilə duymuş dur. Təyyarəçilərin danışıqları, raportlarında olan aydın lıq, lakonizm və yığcamlıq Ekzüperi yaradıcılığının, eləcə də “Gecə uçuşu”nun səciyyəvi cəhətlərindəndir. Amerika romantizminin görkəmli nümayəndəsi Ceyms Fenimor Kuperin “Dəri corab” pentalogiyasma da xil olan “Sonuncu mogikan" romanında Amerikada ingilis lərin və fransızların daha böyük ərazilər ələ keçirmək uğ runda mübarizəsi ilə yanaşı, yerli hindu qəbilələrinin ek zotik və mürəkkəb həyatı təsvir edilmişdir. Əsər müxtəlif dillərə,o cümlədən Azərbaycan dilinə tərcümə olunmuş dur. İngilis yazıçısı Robert Luis Stivenson macəra ədə biyyatının tanınmış nümayəndələrindən biri kimi sevilir. Onun “Dəfinələr adası” romanında tamahkarlıq, varlan maq ehtirası pislənilir, insana inam, yüksək mənəvi key fiyyətlər təcəssüm olunur. Dünya uşaq ədəbiyyatı içərisində özünəməxsus yeri olan “Ellada qəhrəmanları" adlı kitab bəşər xalqına zən- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ fo 109 ca gin bir irs bəxş etmiş ellinlərin-qədim yunanların mifologi ya qəhrəm anları Yazon və Herakldan bəhs edir. Kitabda adı çəkilən arqonavtlar (gəmi və dəniz səyyahı mənasını verir) qədim yunan mifologiyasında əjdahanın qoruduğu qızılyunlu qoç dərisini gətirmək üçün Yasonun başçılığı ilə “A rq o ” gəmisində Kolxidaya gedən qəhrəmanlardır. C adugər qadın Medeyanın köməyi ilə arqonavtlar qızıl- yunlu qoç dərisini ələ keçirmiş və Yunanıstana gətirmiş dilər. Kitabın birinci hissəsində qızıl yun dalınca Kolxida ya yollanan arqonavtlar və onların başçısı Yazondan da nışılır. İkinci hissədə isə yunan miflərinin ən güclü qəhrə m anlarından olan Heraklın on iki qoçaqlığından bəhs edilir. Tanınm ış rus şairi Ivan Savviç Nikitinin şeirlərində uşaqlara qayğıkeş münasibət xüsusi yer tutur. Sonralar xəstə ikən yazdığı “Uşaqlıq xatiratı” adlı şeirində şair öz uşaqlıq illərini həsrətlə gözünün önündə canlandırır: Nə yaxşıdır uşaqlığın halları, Nə gözəldir uşaqlıq xəyallan! Yada gəlir ağlamağım, şadlığım, Bu dünyanın qəmindən azadlığım. Şeirin digər misralarını oxuduqca, çöhrəmizə tə bəssüm qonur: Şirin-şirin nənəm nağıllar deyir, Mənim yuxum qaçır, nənəm əsnəyir. Ş air haqlıdır. Doğrudan da uşaqlığın xəyalları yaxşı dır, pakdır, safdır, gözəldir, əvəzolunmazdır. O, ömür bo yu insana sədaqətli dost, həmdəm olur. Uşaqlıq aləmi m üqəddəs kainatdır. Gəlin hamımız bərabər bu kainatı sevək, əzizləyək və qoruyaq! “Azad Azərbaycan” qəzeti, 1 aprel 2012-ci il ___________________Reyhan_Mirzazada_________________so770ca_UŞAQLAR_DÜNYANIN_ƏN_BÖYÜK_SƏADƏTİDİR'>______ ___ ______ Reyhan Mirzazada _______________ so770ca UŞAQLAR DÜNYANIN ƏN BÖYÜK SƏADƏTİDİR “Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir: o, insanın taleyini həll e d i r . ____ Azərbaycançılıq va vatanparvarlik mafkurasi ____ V.Belinski Rus yazıçısı, filosofu və ədəbi tənqidçisi “İnsanın başqaları üçün görə biləcək ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir'’. Çingiz Aytmatov Qırğız yazıçısı və ictimai xadimi İki xalqın görkəmli simalarının dəyərli fikirlərini iqtibas seçməyim təsadüfi deyil. Həqiqətən tərbiyə ailə də müqəddəs vəzifə olmaqla, həm də ciddi ümumxalq işidir, ictimai işdir, vətəndaşlıq borcudur. Tərbiyə işinin uşaqlıqdan, kiçik yaşlardan düzgün qurulmasının böyük əhəmiyyəti vardır. Görkəmli İrlandiya yazıçısı, şairi və filosofu Oskar Uayld yazırdı ki, uşağa buyurmaq yox, öyrətmək, yol gös tərmək; idarə etmək yox, istiqamət vermək; əmr etmək yox, məsləhət vermək; öyüd vermək yox, isbat, sübut et mək lazımdır. Uşaqlara qarşı mümkün qədər tələbkar ol maq, amma mümkün olduğu qədər də böyük hörmət qoy maq lazımdır Tələb etməzdən əvvəl, öyrətmək lazımdır. Görkəmli fars şairi Sədi Şirazi deyib:“Uşağa yalnız ana-ata olmaq kifayət deyildir, həm də ona yaxşı dost, əsl sirdaş olmaq lazımdır. so 111 oa Rus yazıçısı Maksim Qorkinin tövsiyəsi idi:“Belə elə mə” az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə". Azərbaycanın maarifpərvər yazıçı və filosofu Mirzə Fətəli Axundzadə dönə-dönə bildirirdi ki, uşaqları tərbiyə edərkən onlara çubuq və sillə vurmaq uşaqların əxlaqını pozur, təbiətini alçaldır, fitri cövhərini boğur, onların qorxaq və yalançı olmalarına səbəb olur. Deməli, uşaqların tərbiyəsində ailənin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bu yolda ən güclü təsir qüvvələrindən biri ədəbiyyatdır. Xalqın sabahı, xoşbəxt gələcəyi naminə balalarımızın mükəmməl tərbiyə alıb böyüməsində həlledici amil kimi uşaq ədəbiyyatının rolu danılmazdır. Məşhur alman yazıçısı Jella Lepmanın “Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız" fikirləri reallığı əks etdirir. Bu xanımın təşəbbüsü, YUNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının qərarı ilə 1967-ci ildən etibarən dünya şöhrətli nağılçı N.Andersenə hörmət və sevgi əlaməti olaraq, yazıçının doğum günü-2 aprel tarixi Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Hər iki ildən bir həmin tarixdə uşaq yazarlarına və kitab qrafikası rəssamlarına Ander- senin adını daşıyan beynəlxalq mükafat - Qızıl Medal təqdim olunur. Yalnız həyatda olan müəlliflərə verilən bu mükafatı “Balaca Nobel” adlandırırlar. Mütəxəssislər deyirlər ki, insan yaddaşının təsirləri ən yaxşı qavrayan, ən həssas dövrü 5-12 yaşlardır. Bu dövrdə uşağın ətrafında hər şey gözəl və rəngarəng ol malıdır: geyimi də, eşitdiyi sözlər də, mahnılar da, divar dakı bədii lövhələr də, ata-ananın, yaxud müxtəlif tərbi yəçilərin bir-birinə münasibəti də. İlk dəfə körpə yaddaşına nəqş olunan bütün bu yeni təsirlər çox dərin izlər buraxır və əksəriyyəti ömürlük _______________ Reyhan Mirzəzadə ________________ ю 112 ся hafizədə qalır. Yəqin buna görədir ki, uşaqlıqda eşitdiyi miz “Şəngülüm-şüngülüm", “Ala-bula boz keçi", “Gəl-gəl, a yaz günləri" yaddaşımızda həmişəlik yaşayır. İstər ölkəmizdə, istər başqa məmləkətlərdə uşaq ədəbiyyatında təzə nümunələr üzə çıxdıqca, mənəvi sər vətimiz zənginləşdikcə, uşaqlarımızın yaddaş xəzinəsinə yeni-yeni qiymətli incilər daxil olur. Bu, çox sevindiricidir. Lakin etiraf edək ki, bu gün arxivlərimizdə də ötən dövrlə rin yadigarı-balacalar üçün yazılmış zövq oxşayan gözəl poeziya nümunələri az deyil. Latın əlifbasına keçdikdən sonra dünyanın müxtəlif xalqlarına məxsus olan uşaq şeirlərinin heç də hamısı yeni əlifba ilə nəşr olunmayıb. Unudulmasın və balalarımız bu şeirlərdən faydalansın deyə, ən müxtəlif mənbələrdən onları tapıb, seçib Bey nəlxalq Uşaq Ədəbiyyatı Günü münasibəti ilə bəzilərini bütöv, bəzilərini ixtisarla balaca şeirsevərlərimizə hədiyyə etmək arzusundayam. Əvvəlcə uşaq ədəbiyyatı barədə məni düşündürən məsələlərdən söz açmaq istərdim. Balacalar üçün yazılan əsərlərə, uşaq poeziyası na dərindən bələd olduqca, bir daha anlayıram ki, uşaq yazıçısı, yaxud şairi hər şeydən əvvəl tərbiyəçi və peda- qoq olmalıdır. Çünki onun üzərinə bədii, keyfiyyətcə zən gin əsər yaratmaqla bərabər, eyni zamanda tərbiyə et mək, ləyaqətli, cəsur, Vətənini və xalqını sevən sədaqətli, bir sözlə, əsl insan yetişdirmək vəzifəsi düşür. Götürək bu sadə və səmimi misraları Ukrayna şairi Platon Nikitoviç Voronkonun “Ən gözəl yer Vətəndir" şeirindən: Durna-durna-dur-durna! Çox gəzdi qur-qur durna. Qanadını yordu o, Ayağını qırdı o. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ to 113 oa Soruşduq biz durnadan: -Haradır ən gözəl yer? Durna uçdu durmadan: -Ən gözəl yer Vətəndir! Görün bu bir neçə kəlmədə körpə şüurlara Vətənə məhəbbət, Vətənə bağlılıq necə həssas duyğular və təbii çatarlarla aşılanır. İlk baxışdan adama elə gəlir ki, bunları yazmaq asandır. Amma elə deyil. Uşaq ədəbiyyatının öz səciyyəsi, mürəkkəb xüsusi- yətləri vardır. İstər şeir olsun, istər nəsr nümunəsi, burada surətin reallıq və canlılığı, hadisələrin təbiilik və axarlılığı, təsvirin oynaqlıq və şirinliyi, mükalimələrin yığcamlığı, nə inki sözlərin, səslərin belə qulağı oxşaması, durğu işarə lərinin yerli-yerində işlənməsi əsas və başlıca şərtlərdən dir. Çünki uşaqlar bədii ədəbiyyatda şüarçılıq və yersiz haşiyələri sevmir, onlar yazıçıdan sübut və nəticə tələb etmirlər. Onlara surət, boya və səs lazımdır. Uşaqlar üçün yazılan əsərlərdə hər şeydən əvvəl əyləndirici, cəzbedici və sövqedici süjet xətti olmalıdır. V. Belinski de mişdi ki, uşaq yazıçısı titrətən bu qabiliyyətə malik olma lı, sonradan uşaq yazıçısı olmamalıdır. Bu da bir növ ver gidir. Burada yalnız istedad deyil, xüsusi bir düha lazımdır. Bəli, uşaq yazıçısının yaranması üçün çox, ol duqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpə qəlbi kimi saf bir ürək, yüksək məlumatlı bir ağıl, əşyalara aydın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də yaradıcı, şairanə bir xəyal, hər şeyi canlı, rəngarəng surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır. Aydındır ki, uşaqlara məhəbbət, uşaq yaşının tələb, xüsusiyyət və təfərrüatını dərindən bilmək də ən mühüm şərtlərdəndir. Uşaq yazıçısı sənətkarlığının bu “sirri"nə gəlincə, bu, yalnız uşaq ədəbiyyatında, hətta yalnız _________________Reyhan_Mirzəzadə__________________s_o_/_76_ca'>_______________ Reyhan Mirzəzadə _____________ __ so1J4e& ədəbiyyatda deyil, bütün sənətlərdə sənətkarın istedadı məsələsidir. Ümumiyyətlə, sənətkardan öz sənətinə tək istedad tələb olunursa, uşaq yazıçısından, uşaq rəs samından, uşaqlar üçün yazan şairdən, uşaq tərbiyəsi ilə məşğul olan hər bir şəxsdən əlavə olaraq, xüsusi pedo- qoji istedad, tərbiyəçilik qabiliyyəti, eyni zamanda uşaq lara böyük qayğı və məhəbbət tələb olunur. Çünki uşaq ların başa düşəcəyi kimi sadə yazmaq, fikirləri şux, bədii obrazlı ifadə etmək o qədər də asan iş deyil. Voronkonun “Bahar nəğməsi” nə diqqət yetirək: - Bahar, Bahar ay Bahar! - Oksana, gəldim, nə var? - Tez qov dumam, qaçsın, Novruzgülülər açsın. Gəlsin aprelin səsi, Deyək “Bahar nəğməsi”. Bahar güldü ürəkdən: -Balaca Oksana, al, Bağışladım sənə mən Günəşli, xoş günləri, Meşədəki gülləri, Bu “Bahar nəğməsini” Verdim sənə, Oksana, Mənə də oxusana. Zənnimcə, şərhə ehtiyac yoxdur. İstedadlı uşaq yazıçısı, şairi həyata yaratdığı qəhrə manının gözü ilə baxmağı bacarmalıdır. Bu bacarıq ya zardan geniş müşahidə qabiliyyəti tələb edir. Bir sözlə, uşaq yazıçısı və şairi məhz “uşaq dilində” yaza bilməlidir. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 115 ea Mütəxəssislərin dediyi kimi, bu uşaq dili isə bəzilərinin yanlış başa düşdükləri tək heç də “r” əvəzinə “у", “ş” əvə zinə “s”, “k" əvəzinə “ç" hərfləri işlətməkdən, yəni uşaq tələffüzünü yamsılamaqdan ibarət deyil. Eyni zamanda uşaqlar üçün yazılan əsərlərdə sadəliyi dayazlıqla, dərin liyi səthiliklə, məzmunu sözçülüklə, təbiiliyi sadə təqlid çiliklə qarışdırmaq da olmaz. Uşaq ədəbiyyatının dili can lı, dolğun, dəqiq, düzgün, oynaq, məzəli olmalıdır. Ədə biyyatın başlıca mövzusu müasir həyat məsələlərindən, inkişaf etmiş yeni cəmiyyətin gələcək vətəndaşına layiq xarakter tərbiyə etməkdir ki, bu cəhətdən ümumi ədəbiy yatla uşaq ədəbiyyatı arasında deyərdim ki, heç bir fərq yoxdur. Uşaq əsərlərində çox sadə və adi məsələlərdən: təmizkar, səliqəli, sədaqətli olmaq, zəifə kömək, ata- anaya, böyüyə hörmət etmək, sənət seçmək kimi gün dəlik məsələlərdən danışılır ki, bunlar da müasir dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələri kimi sevilir. Yu nan şairi Fotula Yannokopulunun “Ana uşağını çimdi rəndə” şeirində olduğu kimi: Ağ köpüklü sabunun, Suyla dolu ləyənin, Gözləyir, gəl, çim, oğlum, Təmiz olsun bədənin. ...Ağlayır şeytan oğlum Canına su dəyəndə. Amma çiməndən sonra Çıxmaq bilmir ləyəndən. Ləyən boşalır, dolur, Bədəni təmiz olur. ...Ana, zərif əlinlə Çimdir hər vaxt oğlunu. _______________ Reyhan Mirzəzadə ________________ s o / 76 ca ö z göyərçin balanı, Körpə, şıltaq oğlunu. Təmiz olsun bədəni Təzə yağmış qar kimi, Ağ olsun qular kimi. Əbəs yerə deməyiblər ki, sənət həyatın dərsliyidir. İtalyan uşaq yazarı Canni Rodarinin “Hər sənətin ətri var” şeiri bu barədə gözəl nümunədir. Şeirdə sənətlər haq qında balacalar məhz kiçik yaşlarından məlumatlandırıl maqla bərabər, onlarda sənətə qarşı maraq, zəhmətə qarşı həvəs duyğuları oyadılır: Hər bir sənətin ö z ətri olur. Bişən bulkanın Ətri yayılır. Salsan yolunu Emalatxanaya- Taxta yonqarı Xoş ətir yayar. Rəngsazın üst-başı Rəng ətirlidir. Şüşəsalandan- Təzə yaxıncın Qoxusu gəlir. Sürücüdən gəlir Benzinin iyi. Maşın yağıdır Fəhlə pencəyi Təzə ləpənin Getmir qoxusu Şirniyyatçıdan. Azərbavcancılıa və vətənpərvərlik məfliurəsi __ __ so //7 ca Xələtii həkim Qoxuyur hər vaxt Şəfalı dərman. Şumlayan zaman Kotanla yeri- Gəlir kəndlidən Torpağın ətri. Dəniz ətrini, Balıq iyini Duya bilərsən Balıqçıdan sən. Heç bir şey ətri Gəlməz işsizdən! Tənbəl varlılar Ətirlənsə də Gündə o ki var- Bunun xeyiri Yoxdur bir kəsə, Bilin, uşaqlar! ö z milli dəyərlərinə, Ana dilinə, doğma xalqına bağ lılığını başlıca meyar kimi önə çəkməklə, beynəlxalq mə dəni ənənələri, yeni təfəkkürün formalaşması proseslərini də öyrənmək vacibdir. Çünki tərbiyə yalnız bir xalqa, bir millətə və bir nəslə xas olmayıb, bütün bəşəriyyətə aid olan ənənədir. Buna görə də biz tərbiyəvi anlayışlara, nəzəriyyələrə və ideyalara həm müxtəlif millətlərin, həm də Azərbaycan xalqının istər şifahi ədəbiyyatında - ulu babalarımızın idrakı və hikməti ilə yaranmış rəvayət, he kayət, nağıl, lətifə, atalar sözləri və zərbi-məsəllərdə, is tərsə də kitabə və əlyazmalarda tez-tez rast gəlirik. Bütün bunlar öz yerində. Amma bir etiraf da yerinə düşür. Elə bir xalq yoxdur ki, onun yeni nəslinin tərbiyəsinə nağıl qə _______________ Reyhan Mirzəzadə ________________ ю 118 oa dər geniş yayılan ikinci uşaq ədəbiyyatı nümunəsi təsir göstərmiş olsun. Uşaqlar nağılları maraqla qarşılayır, həvəslə dinləyir, yaddaşlarına həkk edir, sevə-sevə bir- birilərinə danışırlar. Qəribə əhvalatların maraqlı dillə təs viri, haqqın nahaq üzərində qələbəsi, sehirli əşyaların möcüzələri, qorxulu qüvvələrin məhvi, yurda bağlılıq, saf məhəbbətin təntənəsi və c. balacaları əsrarəngiz bir alə mə qərq edir. Görkəmli rus pedaqoqu K.Uşinski yazırdı ki, mən xalq nağıllarını uşaqlar üçün yaradılan və yazılan hər hansı bir əsərdən qat-qat üstün tuturam. Hələ məktəbli ikən qəzetdə oxuduğum maraqlı bir məqalə təbəssümlə yadıma düşür. 1910-cu ildə Lev Tolstoyun ölümündən sonra bir uşaq Qorkiyə belə bir məktub yazır: “Əzizim Maksim Qorki, bütün rus yazıçıları ölüb get dilər. Bircə sən qalmısan. Mənə bircə dənə nağıl yaz, göndər”. Qorki bu kiçik məzəli məktuba belə bir cavab yazmışdı: “Mənim əzizim ilyuşa! Düzdür, Tolstoy insandı - o, vəfat etdi, lakin dahi bir yazıçı kimi o, hələ ölməmişdir, o, həmişə bizimlədir. Bir neçə il keçəndən sonra sən bö yüyüb boya-başa çatacaqsan, Tolstoyun gözəl əsərlərini özün oxumağa başlayacaqsan, mənim əziz balam, onda sən böyük sevinclə hiss edəcəksən ki, Tolstoy ölməzdir, o, səninlədir, onu oxuduqca həzz alırsan. Bir də Vladimir Korolenko adında gözəl bir yazıçı var. Atana de ki, o, sə nə Korolenkonun “Qoca zəngçalan" adlı hekayəsini uca dan oxusun. Məktubuna görə təşəkkür edirəm. Arzunu yerinə yetirib sənə bir nağıl yazıb göndərirəm". Bu gün xalqlar və ölkələr arasında əlaqələrin möh kəmləndiyi, müəyyən fikir və münasibətlərin çox iti sürətlə yayıldığı bir vaxtda uşaqlarımızın dünyadakı yaşıdlarının Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling