Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet12/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

_____ _________
_Reyhan Mirzəzadə
_______ _
Mustafa  Kamal Atatürk
1923-cü  ildən  bəri  bu  əzəmətli  tarixi  günü  qardaş 
Türkiyə  Cümhuriyyəti  özünün  qürur  mənbəyi  olan  milli 
bayramı  kimi geniş  qeyd  edir.  Türk dünyasının digər ölkə­
lərində  olduğu  kimi,  Azərbaycan  xalqı  da  bu  bayram 
günündə  öz  sevincini  qardaş  Türkiyə  ilə,  dini  bir,  dili  bir, 
qanı  bir olan türk xalqı  ilə  bölüşür.
Tarix  və  zaman  sübut  edir  ki,  müstəqillik  yolu  çətin 
və  məsuliyyətli,  ağrılı  və  əzablı,  böyük  siyasi  fırtınalardan 
keçən,  lakin  çox  şərəfli  və  müqəddəs  bir  yoldur.  Bu  mü­
barizə  yolunu  keçən  hər  bir  xalq  daha  da  möhkəmlənir, 
mətinləşir və bəşəriyyət tarixində öz  layiqli yerini tutur.  Və 
yurdunun,  torpağının,  ölkəsinin  müstəqilliyi  naminə  bu 
xalqın  içərisində  yetişən  fədakar  insanların  böyük  xid-
8o 
150 oa
mətləri  heç  bir  zaman  unudulmur,  onların  arzu  və 
amalları,  məqsəd  və  ideyaları  əsrlər  boyu  nəsillərin,  tari­
xin  zəngin  yaddaşında  yaşayır.  Belə  tarixi  şəxsiyyətlər­
dən  biri və xalqının  baş tacı  olan  Mustafa  Kamal Atatürkü 
xüsusi qeyd etmək  istəyirəm.
Tarix  boyu  bir  çox  dövlət  və  imperiyalar  quran 
türklər,  sonuncu  dəfə  dünyanın  ən  böyük  və  ən  uzun­
ömürlü  imperiyasını  yaratmışlar.  Bu  dövlət  600  ildən  çox 
yaşamış.  Birinci  Dünya  müharibəsində  məğlubiyyətə 
uğramışdı.  Bundan  sonra  Türkiyənin  həyatında  olduqca 
çətin  dövr  yaranmışdı.  Çünki  1918-ci  ilin  30  oktyabrında 
imzalanan  Mudros  sülh  müqaviləsinin  şərtlərinə  görə, 
Anadolu  torpaqları  yadellilər  tərəfindən  işğal  olunmağa 
başlanmışdı.
Xalqın  xarici  işğalçılara  qarşı  müqavimət  hərəkatını 
təşkil  etmək  üçün  1919-cu  il  mayın  12-də  19  nəfərlik  bir 
dəstə  ilə  Qara dənizdəki  Samsun  limanına  gələn  Mustafa 
Kamal  Atatürk,  ölkənin  o  vaxtkı  vəziyyətini  belə  təsvir 
edirdi:  “Osmanlı  İmperiyasının  daxil  olduğu  dövlətlər 
qruplaşması  müharibədə  məğlub  olub.  Orduda  aləm  bir- 
birinə  qarışıb.  Bizim  üçün  əlverişsiz  şərtlərlə  sülh  bağla­
nıb.  Uzun  illər  müharibədən  üzülmüş  ölkədə  yoxsulluq 
hökm  sürür...  Antanta  ölkələri  barışığa  gəlmək  fikrində 
deyillər.  Onlar müxtəlif  bəhanələrlə  hərbi  dəniz  və  piyada 
qüvvələrini  İstanbula  cəlb  edirlər.  Fransızlar  Adana  vila­
yətini,  ingilislər  Urfanı,  Maraşı  işğal  ediblər  Konyada  İta­
liya  qoşunları  yerləşdirilib..."
Göründüyü  kimi,  işğalçılar  Türkiyəni  tamam  bölüş­
dürməyə  hazırlaşırdılar.  Türklərin  əlində  yalnız  Anadolu 
yarımadasının  mərkəzindəki beş-altı  vilayət qalmışdı.
Türkiyənin  fəlakət  günü  gəlib  çatmışdı.  Marşal  və 
generallar  bütün  ümidlərini  itirmişdilər.  Çoxları  təslim 
olmağı  üstün tuturdular.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
БО 
151 CA

Hər  şeyini  itirmiş  ölkədə  tək  bir  Kişi  düşmənlərə 
qələbə çalacağına  inanırdı.  Bu,  Çanaqqala  müharibəsinin 
böyük  komandanı  Mustafa  Kamal  idi.  Həmin vaxt koman­
dan müsahibə aparan jurnalistə bildirmişdi:
“Müttəfiqlər  indi  qələbə  sevinci  içindədir.  Qazandıq­
larını  bölüşmək  üçün  çəkişirlər.  Onların  bu  zəif damarın­
dan  istifadə  edib  Anadoluya  keçilərsə,  azadlıq  döyüşünə 
girilərsə,  müttəfiqlər əsla  müdaxilə edəmməz,  sadəcə ola­
raq  seyrçi kimi qalarlar".
Mustafa  Kamal  Paşanın  müstəqillik  uğrunda  öz  mü­
barizə  planı  var  idi  O,  özünün  əvvəllər üzv olduğu  “Gənc 
Türklər”  təşkilatının  proqramından  fərqli  olaraq,  silahlı 
üsyan  yolu  ilə  hakimiyyəti  ələ  keçirməyə  çalışmırdı.  Başa 
düşürdü  ki,  müstəqillik  uğrunda  mübarizə  nə qədər mütə­
şəkkil  olsa  belə,  onu  tək  partiya  üzvləri  ilə  deyil,  məhz 
xalq  ilə  bərabər aparmaq  lazımdır.
Mustafa  Kamal  Paşa  əmin  idi  ki,milli  inqilab  demok­
ratik  prinsiplərə  əsaslansa,qalib  gələ  bilər  və  hər  şeydən 
əvvəl  bu  mübarizə  üçün  siyasi  zəmin  yaradılmalıdır.Buna 
görə  də  Türkiyədə  müstəqillik  uğrunda  mübarizə  hərbi 
xarakter  alanadək  öncə  siyasi  sahədə  aparılırdı.Mustafa 
Kamalın  bütün  ideya  və  amalları  geniş  kütlənin  istəyi  ilə 
eyni  olub  üst-üstə  düşdüyündən,böyük  Türkiyə  xalqı 
onun  arxasında  durdu,  millət  dalınca  getdi.Atatürk  tarixdə 
heç  bir  komandan  və  dövlət  adamının  qarşılaşmadığı  gü­
cün  üzərində  qələbə  çaldı.Qızğın  döyüşlərə  sinə  gərdi. 
Türkiyənin  yeni  mədəni tarixi  bu  qüdrətli  insanla  başladı.
Mustafa  Kamal  Paşanın  Ankaraya  gəlişindən  sonra 
1920-ci  il  aprelin  23-də  Türkiyə  Böyük  Millət  Məclisi  təsis 
edilib  fəaliyyətə  başladı. 1923-cü  ilin  13  oktyabrında  ölkə 
Parlamenti Ankaranı  yeni  paytaxt elan etdi.  Həmin  il  M us­
tafa  Kamal  Paşanın  və  onun  silahdaşlarının  Böyük  Millət 
Məclisinə  verdikləri  təkliflə  dövlət  quruluşunun  cüm hu­
_______________
Reyhan Mirzəzadə
________________
2 0
152 a
riyyət  (respublika)  forması  qəbul  edildi.  Daha  sonra  Ata­
türk  yekdilliklə  Türkiyə  Cümhuriyyətinin  ilk  cümhur  baş­
qanı,  Prezidenti  seçildi.  Oktyabrın  30-da  Mustafa  Kamal 
Paşanın  ən  yaxın  silahdaşı  İsmət  Inönü  tərəfindən  res­
publikanın  ilk  hökuməti  qurularaq  “Yurdda  sülh,  cahanda 
sülh” təməlləri  üzərində yüksəlməyə başladı.
Vətən  və  xalq  qarşısında  böyük  xidmətlərinə  görə 
Türkiyə  Böyük  Millət  Məclisi  1934-cü  ildə  Mustafa  Kamal 
Paşaya “Atatürk” adım verdi.
Mustafa  Kamal  Atatürk  misilsiz  sərkərdə  olduğu 
kimi,  həm  də  son  dərəcə  diqqətli,  alicənab,  qayğıkeş,  cə­
fakeş,  elm  və  mədəniyyət  sahəsində  fəaliyyət  göstərən 
istedadlı  insanları  qiymətləndirən,  onların  qədrini  bilən 
dahi  bir  şəxsiyyət  idi.  Oxuduğum  xatirələrin  birində  təsvir 
olunan  hadisə  məni  çox  kövrəltdi,  bu  qüdrətli  insan  göz­
lərimdə  daha  da  ucaldı,  ona  hörmət  və  ehtiramım  daha 
da dərinləşdi.
Türkiyənin  tanınmış  yazarı  Əhməd  Rasim  vaxtilə 
böyük  və  çoxsaylı  əsərləri  hesabına  çoxlu  pul  qazanmış, 
ancaq  dünya  malında  gözü  olmadığından  onu  ehtiyacı 
olan  insanlara,  dostlarına  xərcləmişdi.  İllər  ötdükdən 
sonra  o,  xəstəliyə  tutulur  Sağlamlığım  və  gücünü  yavaş- 
yavaş  itirən  Əhməd  Rasim,  ehtiyac  içində  yaşayır,  ö m ­
rünün  bu  çağında  o,  bir  idarə  işində çalışmaq  istəyir.
Elə  bu  fikirlə  də qatara  minir.  Qatardan  düşüb Anka­
raya  ayaq  basdığı  zaman  dövrünün  mütərəqqi  hökumət 
adamlarından  olan  ismayıl  Müştaq  Maykonla  qarşılaşır. 
Onlar  uzun  illərdən  tanış  idilər və  bir-birilərinə  böyük  mə­
həbbətləri  vardı.  Hal-əhvaldan  sonra  ismayıl  Müştaq 
soruşur:
- Xeyir ola,  ustad?  Hansı  ruzgar gətirib  bura səni?!
Əhməd  Rasim  kədərqarışıq  dalğınlıqla  cavab  verir: 
“Yeməklər  öncə  dörd  evə  çatardı,  indi  birinə  də  çatmır!..
Azdrbaycançılıa və vatanparvərlik  məfkurəsi
____
20 153 CA

Bir  loxma  çörək  tapmışdım,  fəqət  əlimdən  düşüb  yuvar­
landı,  onun  dalınca  buraya  qədər  qaçdım,  dostum!.,  indi 
həmən  çörək aslanın ağzındadı!..”
Bir  qədər  sonra  ayrılırlar.  İsmayıl  Müştaq  Əhməd 
Rasimlə  aralarındakı  söhbəti  həmən  gecə  Çankayada 
olduğu  kimi Atatürkə danışır.  Atatürkün  ilk sualı  bu olur:
-  Nə cavab  verdin ona?!
- Heç  nə!  -deyir Maykon.
Atatürk əsəbləşərək:
-  Otuz  ildən  artıq  bu  yurdun  mədəniyyətinə  xidmət 
etmiş  bir  insan  sənə  “acam”  demək  istəmiş,  əvəzində  isə 
laqeydlik göstərmisən!..
Həmin  gecə  polislər  Ankaranın  hər  tərəfini  yoxlayıb 
Əhməd  Rasimi  Atatürkün  hüzuruna  gətirirlər.  Atatürk  onu 
ayaq  üstə  qarşılayır,  süfrədə  yanında  oturdur.  Hal-əhval­
dan sonra Atatürk:
-  Ustad,  -  deyir,  -  İstanbul  millət  vəkilliyini  lütfən 
qəbul  edərsinizmi?
Əhməd  Rasim  ayağa  qalxıb  Atatürkün  əlini  öpdük­
dən sonra:
-  Dediyim  düz  çıxdı.  Çörək  aslan  ağzındaymış!..-
deyir.
Əhməd  Rasim  1927-ci  ildə  İstanbul  millət vəkili  olur. 
Elmə,  mədəniyyətə  böyük  qiymət  verən  Atatürkün  sayə­
sində.
Ötən  əsrin  sonlarında  yeni  iqtisadi  strategiyanı 
həyata  keçirməyə  başlayan  Türkiyə,  Qərb  ilə  əlaqələrini 
inkişaf  etdirmiş  və  dünya  bazarındakı  mövqeyini  xeyli 
yaxşılaşdırmışdı.
Qoca  tarixin  səhifələrinə  türk  dünyasının  onlarca 
böyük  hökmdarlarının  adları  və  xidmətləri  yazılıb.  Aləm- 
dar Mustafa  Paşa,  Alp Arslan, Atilla,  Babur şah,  Qazi  Os­
man  Paşa,  Qılınc  Əli  Paşa,  Köprülü  Mehmet  Paşa,  I  Mə-
_________________Reyhan_Mirzəzadə__________________so__154__caa'>_______________
Reyhan Mirzəzadə
________________
so 
154
 caa
likşah,  tV  Murad,  I  Səlim  Yavuz,  Uluq  bəy,  Fateh  Sultan 
Mehmet,  Feyzi Çakmak və başqaları.
1938-ci 
il  noyabrın 
10-da  dünyasını 
dəyişən 
Mustafa  Kamal Atatürk hələ  ölümündən  əvvəl,  düşmənlər 
üzərində  qələbə  çalarkən  öz  əməlinə  belə  qiymət  ver­
mişdi:
“Allah  məni  Türkiyəni  bəladan  qurtarmağa  məmur
etdi”
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi_
____
“Xalq qəzeti” 
27 oktyabr 2001-ci il
ю  
155
 oa

“HƏR  BİR SƏUDİYYƏ İNSANININ  ÜRƏYİNDƏ 
AZƏRBAYCANIN XÜSUSİ YERİ VAR”
Sovet  dövründə  Azərbaycan  və  Səudiyyə  Ərə­
bistanı  Krallığının  əlaqələrində  fasilə  yaransa  da,  onlar 
tarixi  və  mədəni  köklərilə  həmişə  bir-birinə  bağlı  məkan­
lar  olub.  Vaxtilə  ziyalılarımız,  sadə  insanlarımız  bu  mü­
qəddəs  diyarı  böyük  arzu  və  ümidlərlə  ziyarət  edib. 
Azərbaycanın  tanınmış  şairi,  yazıçısı,  alimi,  mütəfəkkiri 
və  tərcüməçisi  Abbasqulu  ağa  Bakıxanovun  1847-ci  ildə 
ən  ülvi  mətləbi  ilə  Həcc  ziyarətinə  getməsi,  arzusuna  nail 
olub  son  niyyəti  kimi  Tanrıdan  məhz  bu  torpaqlarda  vəfat 
etməsini  diləməsi,  llahinin  hökmü  ilə  Məkkə  və  Mədinə 
şəhərləri  arasında,  Vadiyi-Fatimədə  dünyasını  dəyişib 
burada  dəfn  olunması  haqqında  mənbələrdən  həyəcanla 
oxumuşam.
Şükürlər  olsun  ki,  müstəqilliyimizin  səadəti  içində 
xalqlarımız  yenə  bir-birinə  qovuşdu.  Əlaqələrimiz  bərpa 
olunub  genişləndi.  Dünyanın  nəhəng  iqtisadi mərkəzlərin­
dən,  inkişaf etmiş  güclü  dövlətlərindən  biri  olan  Səudiyyə 
Ərəbistanı  Azərbaycana  isti  qucaq  açdı.  Ən  çətin  günlə­
rimizdə  bizimlə  bərabər  oldu.  İqtisadiyyatımızın  dirçəldil­
məsinə  kömək  etdi,  imtiyazlı  kreditlər verdi,  “Əsrin  müqa- 
viləsi’’nə  töhfəsini  əsirgəmədi,  təmənnasız  qardaş  yar­
dımları  göndərdi,  qaçqın  və  məcburi  köçkünlərimizə  ən 
böyük  qayğılarını  unutmadı.  Beynəlxalq  aləmdə Azərbay­
can  həqiqətlərini  müdafiə  etdi.  Torpaqlarımızın  işğalına 
etirazını  bildirdi.  Xocalı  faciəsinə  qəzəbini  bəyan  etdi. 
Azərbaycana  qarşı  ədalətsiz  mövqeyinə  görə,  Ermənis­
tanla  heç  bir  əlaqə  yaratmadı.  Bakı  və  Ciddə  şəhərləri 
qardaşlaşıb  bir daha  doğmalaşdı.
Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanda  ikinci 
dəfə  respublika  rəhbərliyinə  gələrkən  Səudiyyə  Ərəbis-
_______________
Reyhan Mirzəzadə
________________
ю  
156
 ca
tam  ilə  hərtərəfli  əlaqələrin  genişlənməsinə  böyük  dəyər 
verdi,  öndərimizin  qardaş  ölkədəki  müqəddəs  yerləri, 
Həcci  necə  böyük  məhəbbət  və  qürurla  ziyarət  etməsi 
gözlərimiz önündən indi də çəkilmir.
Azərbaycan  Prezidenti  cənab  ilham  Əliyevin  bu  ilin 
aprelində bəşəriyyətin iki müqəddəs ocağına ziyarəti dün­
yanın  diqqət  mərkəzində  oldu.  Prezidentimizin  bu  ocaq­
lara  məhəbbətli  və  ehtiramlı  yanaşmalarından  birini  yada 
salıram:  “...Səudiyyə  Ərəbistanı  müsəlman  dünyasının 
mərkəzidir,  bu  ölkədə  bizim  ziyarətgahlarımız  yerləşir, 
Vatikan  isə  xristian  dünyasının  mərkəzidir.  Dini,  milli,  mə­
nəvi  dəyərlərimizə  sadiq  qalaraq,  Azərbaycan  uğurla, 
əmin  addımlarla,  müasirləşmə yolu  ilə irəliləyir” .
Hörmətli  Prezidentimizin  müsəlman  dünyasının  dini 
mərkəzi  olan  Səudiyyə  Ərəbistanına  xüsusi  münasibəti 
öz  hərarətini  müvafiq  çıxışlarında  hər  zaman  özünü 
göstərir,  ötən  ay  müqəddəs  Ramazan  ayı  münasibəti  ilə 
Qafqaz  Müsəlmanları  İdarəsi  tərəfindən  verilmiş  iftar 
mərasimində  möhtərəm  İlham  Əliyev  nitqində  dedi:“  Bir 
neçə  il  bundan  əvvəl  mən  Məkkə  ziyarətində  müqəddəs 
Kəbənin  içində  dualar  edərək  niyyət  etmişdim  ki, 
Azərbaycanda  böyük,  möhtəşəm  məscid  tikiləcək  və  bu 
məscidin  adı  Heydər  Məscidi  olacaq.  Bu  ilin  aprel  ayında 
mənə  yenidən  Kəbənin  içində  dualar  etmək  xoşbəxtliyi 
nəsib  olub.  Müqəddəs  Kəbənin  qapıları  mənim,  şeyx 
həzrətlərinin,  ailə  üzvlərimin  üzünə  açılmışdır  və  yenidən 
müqəddəs  Kəbənin  içində  dualar  edərək,  ürəyimdə 
dedim  ki,  Heydər  Məscidi  tikildi.  Bir  müsəlman  kimi 
mənim  üçün  bundan  böyük  xoşbəxtlik  ola  bilməz.  Bu, 
atamın  ruhu  qarşısında  mənim borcumdur.  Bir müsəlman 
kimi  mən  xoşbəxt  adamam  ki,  buna  nail  ola  bilmişəm  və 
eyni  zamanda  xoşbəxt  adamam  ki,  müqəddəs  Kəbənin 
içində  üç dəfə dualar etmişəm”.
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 157
 03

ölkə  rəhbərimizin  öz  müsəlmanlığından  qürur  duy- 
ması  və  bunu fəxrlə  ifadə etməsi  İslam  aləminə  böyük nü­
munədir.  Elə  bu  parlaq  yanaşma  ilə  də  Prezidentimizin 
böyük  dəyər  verdiyi  məmləkətə  yollanacaq  çoxsaylı  in­
sanlarımızın  Həcc ziyarəti və  bu  dost,  qardaş ölkənin  milli 
bayramı  ərəfəsində  Səudiyyə  Ərəbistanı  Krallığının  səfir­
liyində ölkənin  birinci  diplomatı  ilə  maraqlı  söhbətim  oldu.
Müsaid  bin  ibrahim  əs-Süleym  Səudiyyə  Ərəbistanı 
Krallığının  Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli  səfi­
ri,  qardaş  ölkənin təcrübəli  diplomatlarından biridir.
O, 
1963-cü  ildə  Uneyzədə  anadan  olub.  Ər-Riyad- 
dakı  Kral  Səud  adına  Universitetdə  hüquq  sistemləri, 
London  Universitetində  beynəlxalq  və  diplomatik  araşdır­
malar  üzrə  ali  təhsil  alıb,  ingilis,  yapon  və  ispan  dillərini 
bilir.
Səudiyyə  Ərəbistanı  Krallığının  daxilində  və  xari­
cində  təşkil  edilmiş  siyasi,  diplomatik,  iqtisadi  inkişafla 
bağlı  tədqiqatlara  həsr  olunan  çoxsaylı  kurs  və  kon­
franslarda  iştirak edib,  ixtisaslaşmış  bir  çox  daimi  və qey­
ri-daimi  komissiyaların  üzvü  olub.  Ərəb  Ölkələri  Əmək­
daşlıq  Şurası,  İslam  Əməkdaşlıq  Təşkilatı,  Birləşmiş  Mil­
lətlər  Təşkilatı  çərçivəsində  bir  sıra  Zirvə  Toplantıları, 
nazirlər görüşü,  Komissiya  iclaslarında  iştirak edib.
Cənab  Müsaid  bin  İbrahim  əs-Süleymin  səfir kimi  ilk 
təyinatı  isə  məhz  bizim  ölkəmizə,  Azərbaycan  Respub­
likasına  olub.Yurdumuza  və  xalqımıza  böyük sevgisi  olan 
səfirlə  söhbətimizdə  ilk sualım  da elə bu  barədə oldu:
-  Cənab  səfir,  ölkəmizə  gəlməmişdən  əvvəl  Ya­
poniya  və  Böyük  Britaniya  kimi  fərqli dövlətlərdə  diploma­
tik fəaliyyətdə  olmusunuz.  Səudiyyə  Ərəbistanı  Krallığının 
Xarici  İşlər  Nazirliyində  məsul  vəzifə  -  beynəlxalq  iqtisadi 
əlaqələr  şöbəsinin  müdiri  vəzifəsindən  sonra səfir  kimi  ilk
_______________
Reyhan Mirzəzadə_
________________
so 158
 c a
təyinatınızı  məhz  Azərbaycana  almısınız.  Gəlməmişdən 
əvvəl Azərbaycanı  necə tanıyırdınız?
-  Şübhəsiz  ki,  hər  bir  Səudiyyə  insanının  ürəyində 
Azərbaycanın  xüsusi  yeri  var.  Səudiyyə  xalqının  digər 
nümayəndələri  kimi,  mən  də  Azərbaycanı  qədim  tarix  və 
zəngin  mədəniyyətə  malik  olan,  bizim  üçün  əziz  bir 
müsəlman  ölkəsi  kimi  yaxşı  tanıyırdım.  Azərbaycan  Res­
publikasının  müstəqilliyindən sonra xalqlarımız əlaqələrini 
yenidən  gücləndirməyə  başladılar.  Qarşılıqlı  səfərlərin 
artması  onların  bir-biri  ilə  daha  çox  tanış  olmasına,  mü­
asir  nailiyyətləri  barədə  yeni  məlumatlar  əldə  etməsinə 
şərait yaratdı  Hazırda  xalqlarımız və  ölkələrimiz arasında 
birbaşa  təmaslara  və  münasibətlərə  mane  olacaq  heç  bir 
çətinlik  yoxdur.  Ona  görə  də  qardaş  Azərbaycam  yaxşı 
tanıyırıq  və onun sevincini də,  qəmini də bölüşürük.
-  İki  qardaş  ölkə  -  Azərbaycan  və  Səudiyyə  Ərəbis­
tanı  Krallığı  arasında  dostluq  və  əməkdaşlıq  yüksək  sə­
viyyədədir  Bu  əlaqələrin  yaradıcıları  ümummilli  liderimiz 
Heydər Əliyev və  İki  Müqəddəs Ocağın  Xadimi,  kral  Fəhd 
ibn  Əbdüləziz  əl  - Səud  (Allah hər ikisinə rəhmət eləsin!) 
olmuşlar  1994-cü  ildə  Heydər Əliyevin  ölkənizə  ilk  rəsmi 
səfəri  zamanı  Azərbaycan  Respublikası  və  Səudiyyə 
Ərəbistanı  Krallığı  arasında  iqtisadiyyat,  ticarət,  investisi­
ya,  texnika,  mədəniyyət,  gənclər  və  idman  sahələrində 
əməkdaşlığa  dair  Baş  Saziş  imzalanıb.  Baş  Saziş  əlaqə­
lərimizdə  hansı  perspektivlər yaratdı?
-  Məlum  olduğu  kimi,  ölkələr  arasındakı  əlaqələrin 
hüquqi  bazaya  ehtiyacı  var.  Bayaq  qeyd  etdiyim  kimi, 
Azərbaycanın  müstəqilliyindən,  yəni  keçən  əsrin  90-cı  il­
lərindən  qabaq  ölkələrimiz  arasında  heç  bir  əlaqə  ol­
mamışdı.  Amma  mərhum  Azərbaycan  Prezidenti  Heydər 
Əliyevin  Krallığa  rəsmi  səfəri  çərçivəsində,  1994-cü  ilin 
10  iyul  tarixində  Azərbaycan  Respublikası  hökuməti  ilə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so /59 ca

Səudiyyə  Ərəbistanı  Krallığı  hökuməti  arasında  imza­
lanmış  Baş  Saziş  iki  ölkə  arasında  müxtəlif  sahələr  üzrə 
əməkdaşlığına  güclü  hüquqi  bünövrə  yaratdı.  Adından 
göründüyü  kimi,  bu  iqtisadiyyat,  ticarət,  investisiya,  texni­
ka,  mədəniyyət,  gənclər  və  idman  sahələrində  əməkdaş­
lığın  mühüm  sahələrini  müəyyən  edən  əsas  və  geniş  bir 
Sazişdir.  Daha  sonralar  ikitərəfli  əlaqələrimizin  hüquqi 
çərçivələrini  müəyyən  edən  digər  mühüm  sazişlər  də 
imzalandı.  Bununla  belə,  qeyd  edilən  Baş  Saziş  qardaş 
ölkələrimizin  əlaqələrini  konkret  hüquqi  baza  üzərində 
gücləndirməsində önəmli  rol  oynamışdır.
-  Xalqlarımız  arasında 
mədəni  əlaqələr  qədim 
tarixi  köklərə  malikdir.  Hələ  orta  əsrlər  boyunca  bir  çox 
Azərbaycan  şairləri  ərəb  dilində  də  böyük  əsərlər  yara­
dıblar.  Bir  faktı  da  yada  salmaq  istəyirəm,  2010  -cu  ildə 
Xarici  İşlər  Nazirliyinizin  Diplomatik  Araşdırmalar  institu­
tunda  "Heydər  Əliyev  və  Azərbaycanda  milli  siyasət” 
kitabının  ərəb  dilində  ikinci  nəşrinin  təqdimatı  bizdə  xoş 
duyğular yaratdı.  Bu,  mədəniyyətlərimizə  bəxş olunan gö­
zəl  bir  töhfə  idi.  2007-ci  ildə  Səudiyyə  Ərəbistanındakı 
Azərbaycan  mədəniyyəti  günləri,  2008-ci  ildə  isə  Azər­
baycandakı  Səudiyyə  Ərəbistanı  mədəniyyəti  günləri 
xalqlarımızın  xatirəsində  unudulmaz  izlər  qoydu.  Bu  sa­
hədə gələcəkdə yeni  planlar varmı?
-  Bu  gün  mədəniyyət  əlaqələrimiz  tam  sürəti  ilə 
irəliləməkdədir.  Mədəniyyət  sahəsində  məsul  şəxslərin 
qarşılıqlı  səfərləri  həyata  keçirilir.  Bu  yaxınlarda  Səudiy­
yə  Ərəbistanından  yüksək  səviyyəli  nümayəndə  heyəti, 
18-19  may  tarixində  Bakıda  keçirilən  III  Ümumdünya  Mə- 
dəniyyətlərarası  Dialoq  Forumunda  iştirak  etmək  üçün 
Azərbaycana  səfər  etmişdilər.  Bu  cür  forumlar  dünya 
xalqları  arasında  mədəniyyət  mübadiləsi  həyata  keçir­
məkdə  böyük  əhəmiyyətə  malikdir.  Bu  Forum  çərçivəsin­
_______________
Reyhan  Mirzəzadə
_________________
Ю 
1büCA
də  ikitərəfli  mədəniyyət  əlaqələrimizin  möhkəmləndiril­
məsi  məqsədi  ilə  mühüm toplantılar keçirilmişdir.  Bundan 
əlavə,  hazırda  “Səudiyyə  Ərəbistanı  Krallığının  Mədəniy­
yət  və  informasiya  Nazirliyi  ilə  Azərbaycan  Respublika­
sının  Mədəniyyət  və  Turizm  Nazirliyi  arasında  mədəniy­
yət  sahəsində  əməkdaşlıq  haqqında  icraiyyə  proqramı” 
layihəsinin  hazırlanması  üzərində  iş  gedir.  Qeyd  edilən 
Proqram  iki  ölkədə  bir  çox  maraqlı  mədəniyyət tədbirləri­
nin  keçirilməsini  nəzərdə  tutur  Yaxın  vaxtlarda  bu  Proq­
ramın  hazırlanması  başa  çatandan  sonra  oradakı  tədbir­
lər haqqında  ətraflı  məlumat veriləcək.
-  Azərbaycan  Prezidenti möhtərəm  İlham  Əliyev öl­
kəmizlə  Səudiyyə  Ərəbistanı  arasında  hərtərəfli  əlaqələ­
rin  inkişafına  xüsusi  diqqət  ayırır.  Bu  baxımdan  cənab 
Əliyev  mütəmadi  olaraq  ölkənizə  səfərlər  edir.  Dörd  ay 
əvvəl  ölkə  başçımız  cənab  İlham  Əliyevin  Səudiyyə 
Ərəbistanına  səfəri  ölkələrimizin  dostluq  və  əməkdaşlıq 
tarixində  yeni  səhifələr  açdı.  Bu  hadisə  ölkənizin  və  icti­
maiyyətinizin  həyatında  hansı  təəssüratları  yaratdı?
-  Düzü,  zati-aliləri  Prezident  İlham  Əliyevin  Sə­
udiyyə  Ərəbistanına  səfəri  nəinki  ölkəmizdə,  eləcə  də 
xaricdə  böyük  diqqətə  səbəb  olmuşdur.  Bütün  dünya  me- 
diyası  bu  səfəri  geniş  işıqlandırmışdır.  Ər-Riyad  şəhərin­
də  onu  qarşılayanların  önündə  İki  Müqəddəs  Məscidin 
Xadimi  Kral  Salman  bin  Əbdüləziz  Al  Səud  (Allah  onu 
qorusun!)  və  Krallığın  ali  rütbəli  şəxsləri  var  idi.  Məncə 
qarşılanma  və  görüşlərin  səviyyəsi  Krallığın  zati-aliləri 
Prezidentə  və  Azərbaycan  xalqına  bəslədiyi  hörmət  və 
ehtiramın  bariz  nümunəsidir.  Bəlkə  də  ev  sahibləri  kimi 
bizim  Azərbaycan  Prezidentinə  göstərdiyimiz  yüksək  ilti­
fat  və  qonaqpərvərlik  haqqında  danışmaq  düz  olmazdı. 
Məncə  bu  səfər  haqqında  təəssürat  ən  gözəl  formada 
Azərbaycan  Prezidentinin  özü  tərəfindən  ifadə  olunub
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 76/ ca

Zati-aliləri,  Prezident  iyulun  17-də  müqəddəs  Ramazan 
ayı  münasibətilə  Qafqaz  Müsəlmanları  İdarəsi  tərəfindən 
təşkil  olunan  iftar  süfrəsi  zamanı  məmnunluqla  buyur­
muşdur ki,  iki  Müqəddəs  Məscidin Xadimi,  Səudiyyə Ərə­
bistanı  Kralının  şəxsi  göstərişi  ilə  müqəddəs  Kəbənin 
qapıları  onun  və  ailə  üzvlərinin  üzünə  açılmışdır və  həm­
çinin  o  xoşbəxt  adamdır ki,  müqəddəs  Kəbənin  içində  üç 
dəfə  dualar  edib.  Qeyd  etməliyəm  ki,  bu  səfər zamanı  iki 
qardaş ölkə  arasında  ikitərəfli  əməkdaşlığın  perspektivləri 
ətrafında  fikir  mübadiləsi  aparılmış  və  bu  əməkdaşlığın 
müxtəlif sahələr  üzrə,  o  cümlədən  neft-qaz,  turizm,  kənd 
təsərrüfatı,  qarşılıqlı  investisiyalar  sahəsində  möhkəm­
ləndirilməsi  yolları  müzakirə  olunmuşdur.  Allah  qoysa, 
yaxın  vaxtlarda bu  müzakirələrin  səmərəsini görəcəyik.
-  Cənab 
səfir, 
ölkələrimiz 
arasında 
qarşılıqlı 
surətdə  tələbə  və  müəllim  mübadiləsi,  onların  hazırlığını 
nəzərdə  tutan  müvafiq  memorandum  mövcuddur.  Bun­
dan  əlavə,  Krallıqla Azərbaycan  arasında  gənclərdən  iba­
rət  nümayəndə  heyətlərinin  qarşılıqlı  səfərləri  həyata  ke­
çirilir.  Bu  barədə fikirlərinizi bilmək istərdik.
Azərbaycan  və  Səudiyyə  Ərəbistanı  Təhsil  Nazirlik­
ləri  arasında  15  yanvar  2007-ci  il  tarixində  imzalanmış 
“Elmi  və  Təhsil  Sahəsində  Əməkdaşlıq  Haqqında  Memo­
randum”  hər  iki  ölkə  universitetlərinə  şərait  yaratdı  ki, 
onlara  uyğun  olan  təhsil  müəssisələri  ilə  ikitərəfli  əlaqələr 
qursunlar.  Buna  uyğun  olaraq,  hazırda  hər iki  ölkənin  bə­
zi  hökumət  və  özəl  universitetləri  arasında  ikitərəfli  əmək­
daşlıq  və  birgə  təhsil  mərkəzlərinin  yaradılması  ətrafında 
danışıqlar gedir.
İmzalanmış  “Elm  və  Təhsil  Sahəsində  Əməkdaşlıq 
Haqqında  Memorandum"un  canlandırılınası  üçün  son  za­
manlar  Azərbaycan  Respublikasının  Nazirlər Kabineti  ya­
nında  Tərcümə  Mərkəzi  ilə  Səudiyyə  Ərəbistanı  Təhsil
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling