Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet20/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

_______________
Reyhan Mirzəzadə
________________
вг> 246 
ca
Sonralar  mətn  alman,  çex,  rumın,  Azərbaycan  və  başqa 
dillərə də tərcümə olunmuşdu.
Azərbaycanın  görkəmli  simalarından  olan  Nəriman 
Nərimanov  və  Məşədi  Əzizbəyov  hələ  1908-ci  ildə 
“Varşavyanka"nın Azərbaycan  dilinə tərcüməsini təşkil et­
mişdi.  Sonralar şair Mirzə Əbdülqədir Vüsaqi  ismayılzadə 
(Mikayıl  Müşviqin  atası)  mətnin  yenidən  tərcüməsinə  nail 
olmuşdu.  Bu  da  məlumdur  ki,  Müslüm  Moqamayevin 
Balaxanı,  Sabunçu  fəhlələrindən  və  məktəblilərindən 
təşkil  etdiyi  xor  dəstəsi  “Varşavyanka”nı  həmin  tərcü­
mədə  dəfələrlə  ifa  etmişdi.  Azərbaycanın tanınmış  bəstə­
karı  Fikrət  Əmirov  özünün  “Sevil”  operasında  “Varşav- 
yanka”nın  melodiyasından faydalanmışdı.
Vaxtilə  paytaxtımız  Bakı  şəhərinin  baş  memarı  olan 
polyak  mühəndis  Yuzef  Qoslavski,  şəhərsalmanın  inki­
şafına  dair  mükəmməl  plan  işləyib  hazırlamışdı  Bibi- 
heybət  körfəzindəki  ilk  neft  quyuları  polyak  mütəxəssis 
Pavel  Potoskinin  rəhbərliyi ilə qazılmışdı.  Professor Mixail 
Abramoviç  uzun  illər  Azərbaycan  Neft  Yataqlarının  Kəşfi 
İnstitutunun  direktoru  vəzifəsini  icra  etmişdi.  1913-cü  ilin 
məlumatına  görə,  təkcə  Bakıda  2183  polyak  yaşayırdı. 
Onları  maarifləndirmək  məqsədi  ilə  paytaxtımızda  “Polşa 
evi” yaradılmışdı.  Birinci  Dünya  müharibəsi  başlandıqdan 
sonra  “Polşa  çarlığı  əhalisinə  yardım  komitəsi"  təsis 
olunmuşdu.  Birinci  Dünya  müharibəsindən  sonra  depor­
tasiya  zamanı  on  minlərlə  polyak  Azərbaycana  gəlmişdi. 
Xüsusilə  yada  salmaq  istəyirəm  ki,  1918-ci  ildə  yara­
dılmış  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  ilk  Milli 
Ordusunun  qərargah  rəisi  də  milliyyətcə  polyak  olan 
general Sulkeviç olmuşdur.
1918-ci  il  Azərbaycanın  siyasi  tarixində  müstəsna 
rol  oynadığı  kimi,  Polşanın  da  həyatında  əvəzsiz  izlər 
qoydu.  Polşa  torpaqları  XVIII  əsrin  sonunda  Prussiya,
____
Azərbaycançılıq və vətənpərvərlik məf.mrəsi
_____
sn 247
 ca

Avstriya-Macarıstan  və  Rusiya  arasında  bölüşdürülmüş­
dü.  Buna  baxmayaraq,  polyak  xalqı  öz  milli  dövlətinin 
bərpası  uğrunda güclü  mübarizə aparırdı.
Birinci  Dünya  müharibəsi  dövründə,  yəni  1914- 
1918-ci  illərdə  Rusiya  tabeliyində  olan  Polşa  torpaqlarını 
Almaniya  və  Avstriya-Macarıstan  qoşunları  işğal  etdi. 
Polşanın  azadlığı  uğrunda  mübarizələr  getdikcə  daha 
geniş  vüsət aldı.
Polşanın  müstəqilliyi  uğrunda  gərgin  mübarizələrdə 
Polşanın  Milli  Qəhrəmanı, 
marşalı  Yuzef  Klement 
Pilsudskinin  böyük  xidmətləri  olmuşdur.  Hərbi  əməliy­
yatlarda  səlahiyyət  sahibi  kimi  həlledici  gedişlər  edən 
Pilsudski,  1917-ci  ildə  Maqdeburqda  15  ay  müddətinə 
həbsxanaya  salınmışdı.
1918-ci  il  noyabrın  əvvəlində  Birinci  Dünya  müha­
ribəsi  bitdikdən  sonra  sovet  hökuməti  müstəqil  Polşa 
dövlətini  tanıdığını  bildirdi  və  Polşanın  bölüşdürülmısinə 
dair  əvvəllər  çar  hökumətinin  bağladığı  bütün  müqa­
vilələri  ləğv  etdi.  Noyabrın  9-da  Yuzef  Pilsudski  həbs­
xanadan  azad  olunub,  Varşavaya  gəldi,  Polşanın  siyasi 
tarixində  ən  böyük  şərəfə  -  Polşanın  müstəqilliyinə  nail 
oldu  və  ölkənin  rəisi  kimi  dövləti  idarə  etməyə  başladı. 
Lakin  1926-cı  ildə  polyak  xalqı  Pilsudskinin  fəaliyyətində 
diktatorluq  dönüşünün  şahidi  oldu.  Doğrudur  o,  tarixə 
zəmanəsinin  Mussolini  və  Hitler kimi  qatı  diktator müasir­
ləri  kimi  düşmədi.  Çünki  onun  1934-cü  ildə  faşizmlə -  Hit- 
lerlə  bağladığı  hərbi  müqaviləyə əsasən  Şərqi Avropa  və 
SSRl-ni  darmadağın  etmək  niyyətləri polyak xalqının  heç 
də ürəyindən  deyildi.
1935-ci  ildə  Pilsudskinin  vəfatından  sonra  həmin 
müqavilə  demək  olar  ki,  mənəvi  cəhətdən  qüvvədən 
düşmüşdü  və  1939-cu  ildə  Hitler öz simasını  bir daha  nü­
mayiş  etdirərək,  hüquqi  cəhətdən  qüvvədə  olan  həmin
_______________
Reyhan Mirzəzadə
________________
во 248 os
müqaviləyə  əhəmiyyət vermədən  Polşaya  amansızcasına 
hücum etdi.
İkinci  Dünya  müharibəsində  faşizmə  qarşı  mübari­
zədə tək Polşa  altı  milyon  nəfərədək itki verdi.  1945-ci  ilin 
yanvarında  keçmiş  Sovet  Ordusu və  Polşa qoşunları  Var­
şavaya daxil  olanda,  şəhər faşist işğalçıları  ilə döyüşlərdə 
həlak  olmuş 700  min  varşavalının  məzarına  bürünmüşdü. 
İndi  ölkənin  paytaxtında  yaradılmış  süni  təpədə  Varşava 
üsyanı  qurbanlarının  da  xatirəsini  əbədiləşdirən  abidə 
ucaldılmışdır.  Ətrafına  xeyli  xırda  çay  daşları  döşənmiş 
'Məğlub  edilməyən  həlak  olanlar”  adlandırılan  memarial 
polyakların  və  ölkəyə  gələn  qonaqların  ziyarət  etdikləri 
məbədgaha  çevrilmişdir.  Hər  il  oktyabrın  1-də  xüsusi 
olaraq  on  minlərlə  insan  buraya  gəlir,  daşlar  arasında 
saysız-hesabsız  şam  yandırırlar.  Gecə  burada  əfsanəvi 
bir mənzərə yaranır.
1950-ci  ildə  Ümumdünya  Sülh Tərəfdarlarının  ikinci 
konqresində  Varşava  şəhəri  Fəxri  Beynəlxalq  Sülh 
Mükafatı  ilə təltif olunmuşdu.
Polyak  xalqı  Polşanın  müstəqilliyi  naminə  böyük 
xidmətlər göstərən  Yuzef Pilsudskinin  xatirəsinə  ehtiram­
la  yanaşır.  Bu  gün  Polşada  onun  heykəlləri  qoyulmuş, 
küçə  və xiyabanlara  Pilsudskinin  adı  verilmişdir.  Politoloq 
və  tarixçi  Meçislav  Pruşinski  demişdir:“Pilsudski  özünə 
elə bir şöhrət qazanıb  ki, yəqin ki,  Polşada yaxın  iki əsrdə 
çətin  kimsə ona  nəsib olsun”.
Hər bir xalqın  müstəqillik tarixi  ona  əziz olduğu  kimi, 
Azərbaycanımızın da  bu  müqəddəs amal  uğrunda  keçdiyi 
şanlı  yol  bizlərə  əzizdir,  unudulmazdır.  1918-ci  ildə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərindən  və  Azər­
baycan  siyasi  mühacirətinin  liderlərindən  biri  olan  Məm­
mədəmin  Rəsulzadə  1920-ci  ilin  aprelində  Azərbaycan 
bolşeviklərin  Qırmızı  Ordusu  tərəfindən  işğal  olunduqdan
Azərbavcançılıq və vətənpərvərlik məfkurəsi_
____
во 249
 ca

sonra  tez  bir  zamanda  ölkəni  tərk  etməli  oldu.  Finlan­
diyadan  sonra  Polşaya  gələn  Rəsulzadə  burada  bir  neçə 
il  yaşadı.  1921-ci  ildə  Polşa  artıq  bolşevik  Rusiyasını 
məğlub  edib  öz  müstəqilliyini  yenidən  bərpa  etmiş  bir 
ölkə  idi.  Qafqazın,  ilk  növbədə Azərbaycanın  da  öz  istiq­
laliyyətinə  nail  olmasını  istəyən  Polşa  hökuməti  M.Rəsul­
zadənin  bu ölkədə fəaliyyət göstərməsinə imkan yaratdı.
Həmin  illərdə  Varşavada  “Wschod”  (polyak  dilində 
“Şərq”  deməkdir)  jurnalı  nəşr  olunurdu.  Bu  jurnalın  möv­
zusu  Polşanın  Şərqdəki  mənafelərinin,  onun  Sovet  Rusi­
yası  ilə  münasibətlərinin  təhlili  idi.  20-ci  illərin  ikinci  yarı­
sından  etibarən  jurnaldakı  məqalələrin  çoxu  Qafqaz  mə­
sələlərinə  həsr  olunmuşdu.  M.Rəsulzadə  həmin  vaxtdan 
bəri  mütəmadi  olaraq  “Wschod”  jurnalında  məqalələrini 
çap  etdirirdi.  1930-cu  ildə  jurnalın  12-ci  nömrəsində
M.Rəsulzadə  “Azərbaycan  Respublikası”  adlı  geniş  mə­
qaləsində  Azərbaycan  xalqının  mədəni  inkişafını  və 
azadlıqsevərliyini  qısaca  təsvir  etmişdi.  Azərbaycanda 
incəsənət  və  ədəbiyyat  ənənələrini,  iqtisadi  potensialını 
və  kommunizm  ideologiyasının  Azərbaycan  xalqının  də­
yərlər  sisteminə  zidd  olduğunu  jurnalın  çoxsaylı  oxu­
cularına  təqdim  edən  Rəsulzadə,  Azərbaycanın  yalnız 
müstəqil  şəraitdə  inkişafının  tərəfdarı  olduğunu  bir  daha 
sübut etmişdi.
Polyak  xalqı  Azərbaycan  mədəniyyətinə,  musiqi  və 
incəsənətinə  həmişə  böyük  məhəbbətlə  yanaşmışdır. 
Dahi  sənətkarlarımız  Üzeyir  Hacıbəyov  və  Rəşid  Behbu­
dov  ölkədə  vaxtilə  çox  məşhur  olmuş  və  onlar  indi  də 
sevgi  ilə  xatırlanırlar.  “Arşın  mal  alan”  komediyası  barədə 
tanınmış  Polşa  dramaturqu  Povolotski  1979-cu  ildə 
yazırdı:  “Mən  istər  Rəşid  Behbudovun  söhbətindən,  istər­
sə  də  komediyanın  rus  mətnindən  gördüm  ki,  Üzeyir 
Hacıbəyov  təkcə  böyük  bəstəkar  deyil,  həm  də  böyük
_________________Reyhan_Mirzəzadə__________________£65__250_CA'>_______________
Reyhan Mirzəzadə
________________
£65 
250 CA
komediyanəvisdir.  Onun  bənzərsiz  obrazları,  incə,  təbii 
yumoru  həyata  nikbin  baxışı  hamını  valeh  edir.  Bəli,  bu 
gün fəxr edirəm  ki,  “Arşın  mal alan” komediyasının  polyak 
dilinə  ilk tərcüməçisi  mən  olmuşam.  “Arşın  mal  alan”  mu­
siqili  komediyası  mənim  tərcüməmdə  ilk dəfə  1954-cü  il­
də  A.Venqerska  adına  Belostok  Dövlət  Teatrında  tama­
şaya  qoyulmuşdur.  Sonra  öyrənəndə  ki,  bu,  polyak  səh­
nəsində  ilk  Azərbaycan  pyesidir,  sevincim  ikiqat  artdı. 
Deməli,  mən  Azərbaycan  dramaturgiyasından  Polşa  səh­
nəsinə  əsər gəlməsinin  ilk təşəbbüskarıyam.  Mən  ilk  kör- 
püsalanam.  Aldığım  məlumata  görə,  son  bir  neçə  ildə 
“Arşın  mal  alan”  Polşa  səhnələrində  1500  dəfədən  çox 
oynanılmışdır.  Təkcə Vrotslav  şəhər teatrında  450  tama­
şada getmişdir”.
Onu  da  qeyd  edim  ki,  vaxtilə  Katovitse  şəhərində 
konsertlər vermiş Rəşid  Behbudovun  mahnılarını  katovit- 
selilər  heç  zaman  unutmurlar.  Polyaklar  ölməz  Rəşidi 
“Katovitse  qızları”  mahnısının  ən  mahir  ifaçısı  kimi  qəbul 
etmişdilər.
Yaxşı  yadımızdadır  ki,  YUNESKO-nun  qərarı  ilə 
böyük  şairimiz  Nəsiminin  dünya  miqyasında  600  illik  yu­
bileyi  qeyd  olunan  zaman  şairin  həyat və fəaliyyəti  ilə  ya­
xından  tanış  olub  heyrətlənən  polşalı  heykəltəraş  Qustav 
Zemla  Nəsiminin  portretini  yüksək  sənətkarlıqla  işləmiş, 
həmin  portret  Fransa  və  Almaniyada  keçirilən  sərgilərdə 
nümayiş etdirilmişdi.
1810-cu  ildə  Varşava  yaxınlığında  dünyaya  göz 
açmış  Friderik  Şopen  cəmi  38  il  ömür  sürsə  də,  gözəl 
əsərləri  və  mahir  ifaçılığı  ilə  musiqi  korifeyləri  arasında 
özünə  layiqli  yer  tutmuşdur,  öm rünün  təxminən  yarısını 
Parisdə  yaşamasına  baxmayaraq,  Şopen  daim  Polşa  ilə 
sıx  bağlı  olmuş,  doğma  yurdundan  ayrı  düşdüyü  üçün 
üzüntülərini  musiqilərində  səsləndirmişdir.  Şopenin  yara-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
£65 
251
 c a

dıctlığı  Polşa  milli  musiqisinin  böyük  nailiyyəti  olmaqla 
yanaşı,  dünya  klassik musiqi sənətinin 
zirvələrindən
  birini 
təşkil  edir.  1927-ci  ildən  başlayaraq,  Varşavada  piano­
çuların  Şopen  adına  ənənəvi  beynəlxalq  müsabiqəsi  ke­
çirilir.  1970-ci  ildə  Azərbaycan  pianoçusu  Validə  Rəsu­
lova  bu  müsabiqənin diplomuna  layiq görülmüşdü.  Polyak 
xalqının  Azərbaycan  musiqisinə  sonsuz  sevgisinin  nü­
munəsidir  ki,  XX  əsrin  əvvəllərində  Varşavada  Polşanın 
məşhur  "Sport  -  Rekord”  şirkətində  Azərbaycanın  bir çox 
muğam  ustaları  və  ifaçılarının  əsrarəngiz  nümunələri 
qrammofon  valına yazılmışdı.  Müslüm  Maqomayev  1969- 
cu  ildə  Sopotda  keçirilən  beynəlxalq  estrada  mahnısı 
festivalında  Birinci Mükafata layiq görülmüşdü.
Polşa  həm  də  dünya  elminə  Nikolay  Kopernik  kimi 
böyük  alim-astronom  verməsilə  tanınır.Kopernik  1473-cü 
ildə  Torun  şəhərində  doğulub. 1973-cü  ildə  məşhur 
astronomun  anadan  olmasının  500  illiyi  ilə  əlaqədar 
Torunda  yubilyarın  adını  daşıyan  universitet şəhərciyi  sa­
lınıb.  Əlbəttə,  mən  Koperniki  təsadüfən  yada  salmadım. 
Xatirimə  Bakıxanovun  “Əsrarül-mələkut”  əsəri  gəlir. 
Abbasqulu  ağa  düz  dörd  əsr  sonra  Kopernikin  “Səma 
sferasının  dövrləri  haqqında”  kitabını  əldə  edir,  oxuyur, 
astronomun  heliosentrik  sistemini  müdafiə  edir  və  onun 
əsasında  özünün  həmin  əsərini  yazır.  Bu  əsərində  azər­
baycanlı  mütəfəkkir  görkəmli  polyak  astronomunun  dərin 
zəkasına,  hərtərəfli  biliyinə,  parlaq  istedadına,  mətin  ira­
dəsinə  ehtiram  hissi  ilə  yanaşır,  onun  kəşflərini  yüksək 
qiymətləndirir.
Bu  gün  paytaxtımız  Bakı  şəhərinin  mənzərəsinə 
diqqət yetirdikdə,  Azərbaycanda yaşamış  istedadlı  polyak 
memarların  füsunkar  işlərini  heyranlıqla  seyr  edirik.  Belə 
ki,  XIX  və  XX  əsrlərdə  Polşa  memarları  müasir  Azər­
baycan  memarlığına  böyük  töhfələr  bəxş  etmişlər.  Me­
_______________
Reyhan Mirzəzadə
________________
so 
252 
c a
mar  Skibidski  1900-cü  ilə  kimi  250  binanın,  o  cümlədən 
Dəmiryolu  idarəsi  binası,  Tağıyev  teatrının  layihələrini 
hazırlamışdı.  Memar Qoçlavskiyə  1891-ci  ildə  Müqəddəs 
Aleksandr  Nevski  kilsəsini tikmək tapşırılmışdı.  O,  həmçi­
nin  Bakı  Sovetinin  binası  və  Zeynalabdin  Tağıyevin 
sarayının  layihəsini  hazırlamışdı.  Digər  polyak  memar 
Skureviç  çoxsaylı  ictimai  binaların,  o  cümlədən  ilk  Milli 
Bankın binasının  müəllifi  idi.  Venesiya  qotikası  üslubunda 
yaradılmış,  milli  ornament  və  xəttatlıq  nümunələrimiz  ilə 
bəzədilmiş,  neft  sənayeçisi  Musa  Nağıyevin  tikdirdiyi 
məşhur  “Ismailiyyə”  binasının  memarı  da  milliyətcə 
polyak  olan  Ploşko  olmuşdur.  Ploşko  həmçinin  Murtuza 
Muxtarovun  tikdirdiyi  çoxmərtəbəli  evlər  və  Müqəddəs 
Mariya  katolik kilsəsinin  layihələrini işləyib  hazırlamışdır.
“Azərbaycan” jurnalının  1972-ci  ildə çap olunan  3-cü 
sayında  əvvəllər  Bakıda  yaşamış  polyak  yazıçı  Stanislav 
Strumf-Voytkeviçin  “Mənim  Bakıya  qayıtmağım”  adlı 
məqaləsini  oxuyuram.  Yazıçının  səmimiyyəti  ürəklərə 
asanlıqla  yol  tapır.  Uzun  illərdən  sonra  yenidən  Bakıya 
gələn  Strumf  -  Voytkeviçin  bu  yazısında  maraqlı  qeydlər 
çoxdur.  Bu  qeydləri  oxuduqca,  köhnə  Bakının  sanki  film ­
lərdə  əksini  tapan  görüntüləri  gözlərim  önündə  canlanır. 
Yazıçı  yazır:"...57  ildən  sonra  yolu  düz  getdiyimə 
doğrusu,  o  qədər  də  əmin  deyildim.  Məktəb  binasının 
qarşısında  yana  buruldum,  bərbərxanaya  girdim,  icazə 
alıb ağsaçlı  ustanın kreslosunda əyləşdim.
-  Tinin  o  tərəfindəki  küçə  köhnə  Persidski  deyilmi?- 
deyə  soruşdum.
Usta  cavab verdi:
- Bəli,  elə  adlanırdı.
-O küçəylə getsəm,  Kamenistiyə çatarammı?
-Çatarsan,  çatarsan...  Ancaq  indi  Şors  küçəsi 
adlanır.  Sən  Bakıda  nə vaxt olmusanki?
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so 
253 o&

-  Axırıncı  dəfə  1917-ci  ildə.  Hər  şeyi  tanıya  bilmi­
rəm.  Bu  rayonda  nəsə dəyişilibdir.
Usta başımı  qırxdı,  daradı  və ayrılanda təsəlli verdi:
- Ancaq insan dəyişilmir
...Bakıya  gələndən  iki gün  sonra telestudiyaya  dəvət 
olundum.  Telestudiya  Kirovun  abidəsi  ucalan  Dağüstü 
parkın  yaxınlığındadır.  Buraya  funiklyorla  da  qalxmaq 
olar.
Televiziya  redaktoru  ilə  söhbətim  Moskvadan  gös­
tərilən  bir sensasiyalı  futbol oyunu  qurtaran  kimi verildi.  O 
gecə yorğun  idim,  pis danışırdım,  sonra  şəhərin tərəqqisi­
nə  gələndə,  necə  oldusa,  birdən-birə açılışdım.  Doğrudan 
da  300  mindən  bir  milyon  300  min  nəfər əhaliyə,  bir  neçə 
orta  məktəbdən  və  90  faiz  savadsızlar  mühitindən  doq­
quz  ali  məktəb  və  başqa  yüzlərcə  təhsil  ocaqlarına  qə- 
dər-məsafə  çox  böyükdür!  Hələ  çoxlu  digər  elmi  müəs­
sisəni,  muzeyləri,  Elmlər  Akademiyasını,  bir  neçə  teatrı, 
operanı,  filarmoniyanı,  kitabxanaları,  mədəniyyət  evlərini, 
stadionları,  Şirvanşahlar  Sarayı  silsiləsi  ilə  birlikdə  tarixi 
abidələri,  məscidləri,  əfsanəvi  Qız  qalasını,  içəri  şəhəri 
dövrələmiş  qala  divarlarını  demirəm.
Bu  böyük  nailiyyətlərdən  ətraflı  danışandan  sonra, 
intervümün  axırında  təəssüfləndim  ki,  “yoldaşlarımdan 
çoxunu  tapmadım,  məsələn,  əziz  dostum,  Bakının  bir 
nömrəli taksi  şoferi  Mustafa  Əliyev  vəfat etmişdir...1'
Bunlar  sözün  əsl  mənasında  köhnə  Bakının  sanki 
filmlərdə  əksini  tapan  görüntüləri  idi.  Düşünürəm,  nə 
olaydı,  kaş  Stanislav  Strumf-Voytkeviç  indi  həyatda 
olaydı,  bir  daha,  bir  daha  Bakımıza  gələydi,  bu  gün  se­
vimli  paytaxtımızı  seyr  edərdi,  dünyanı  heyrətləndirən 
Bakıya  öz  gözləri  ilə  yenidən  baxaydı...Oxucularım  qoy 
məni  qınamasın,  bilmirəm,  vallah  bilmirəm  o,  nələr 
yaşayardı,  nələr  deyərdi?  Duyğularını  hansı  sözlərlə,
__________  
Reyhan Mirzəzadə
________________
ю  
254
 03
hansı  ifadələrlə,  hansı  kəlmələrlə  bölüşərdi?  inanın  ki, 
bilmirəm!.. 
Bakı  müstəqilliyimizdən  sonra  inanılmaz 
dərəcədə,  bəlkə  göz  dəyməsin,  kosmik  sürətlə  dəyişdi, 
gözəlləşdi.  Azərbaycan  möcüzələrlə  üz-üzə  dayandı. 
Allah  bəd - nəzərdən  qorusun!
Bəli,  suverenliyimiz  bizə  çox  şey  verdi.Azərbaycan 
Respublikası  1991-ci  ildə  öz  müstəqilliyini  bərpa  etdikdən 
sonra  Polşa  ilə  tarixi  əlaqələrini  daha  yeni  məcrada 
inkişaf  etdirdi  və  bu  ənənə  bu  gün  də  şərəflə  davam 
etdirilməkdədir.
Qarşıda  dost ölkənin  şanlı  tarixinin  böyük  nümunəsi 
olan  Milli  Bayramı  yaxınlaşır.  3  may  gününü  onlar 
Konstitusiya  günü  kimi  dövlət  səviyyəsində  qeyd  edirlər. 
Əslində  bu  bayram  ümumbəşəri  xarakter  daşıyır.  Çünki 
Avropanın  ən  qədim,  dünyada  isə  tarixinə  görə  Amerika 
Birləşmiş  Ştatları  Konstitusiyasından  sonra  ikinci  Kon­
stitusiya  sayılan  Polşa  Konstitusiyası  1791 -ci  ildə  qəbul 
edilib  və  220  ildən  artıq  mübariz  yol  keçib.  Polşada  Ali 
Seym  tərəfindən  Konstitusiya  qəbul  edildikdən  iki  gün 
sonra,  3  may  tarixi  Milli  Bayram  elan  edilib.  Sonralar  ölkə 
işğal  altında  olduğu  illərdə  bu  bayram  uzun  illər  qeyd 
olunmayıb.  Bayram  yalnız  1918-ci  ildə  ölkənin  müstə­
qilliyinin  bərpa  olunmasından  sonra  yenidən  keçirilməyə 
başlanılıb.  1946-cı  ildə,  ikinci  Dünya  müharibəsindən 
sonra  kommunist  hakimiyyəti  bayramın  geniş  şəkildə 
qeyd  olunmasını  qadağan  edib,  bütün  nümayişlər  milis 
tərəfindən  sərt  şəkildə  yatırılıb.  1951-ci  ildə  isə  bayram 
rəsmi  şəkildə  ləğv  edilib.
1990-cı  ildən  etibarən  3 may  günü yenidən  Polşanın 
dövlət  bayramı  və  qeyri-iş  günü  elan  edilib.  Hər  il  Var­
şavada,  Pilsudski  meydanında  yerləşən  Naməlum  Əsgə­
rin  məzarı  qarşısında  Konstitusiya  günü  münasibəti  ilə 
təntənəli  mərasim  keçirilir.  Mərasimlər  hərbi  paradla,  top
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o  
255
 03

atəşləri,  qarovulun  ali  səviyyədə  dəyişdirilməsi  və  əklil 
qoyulması  ilə  müşaiyət olunur.
Tarixin  bir  daha  təsdiq  etdiyi  kimi,  Azərbaycan  və 
polyak  xalqları  arasında  dostluq,  qardaşlıq  əlaqələri 
zamanın  böyük,  çətin  sınaqlarından  keçib.  Deyərdim  ki, 
uğurla,  hətta  çox  uğurla  keçib.  Məhz  elə  buna  görə  də 
Polşa  Respublikasının,  Polşa  vətəndaşlarının,  polyak 
xalqının  sevinci  də,  səadəti  də  bizim  sevincimiz,  bizim 
səadətimizdir.
3  may  -  Konstitusiya  Gününü  bayram  edən  bacı- 
qardaşlarımızı  müstəqil  ölkəmizin  azad  övladları  kimi 
bizlər  də  ürəkdən təbrik edir,  “Qoy birliyimiz,  dostluğumuz
əbədi  olsun!  Möhkəm  olsun!"  - deyirik.
_______________________
R eyhan  Mirzəzadə
________________________
“Strategiya, az” 
30 aprel  2013-cü  il
s o  
256
  o a
BİZƏ  YAXIN  VƏ   DOĞMA  HİNDİSTAN
Tac-Mahal  Şərq  memarlığının nadir incisidir
Hindistanı,  hind  xalqını  və  hind  mədəniyyətini  çox 
sevirəm.  Hələ  uşaq  və  yeniyetmə  ikən  hind  filmlərinə 
sonsuz  maraqla  tamaşa  edir,  əfsanəvi  hind  nağılları, 
müxtəlif yazıçı  və şairlərinin əsərlərini  həvəslə oxuyurdım. 
Böyük  hind  aktyoru  Rac  Kapurla  görkəmli  sənətkarımız 
Rəşid  Behbudovun  mehriban  dostluğuna  sevinc  dolu  bir 
hisslə  qibtə  edirdim.  Sonralar  bu  iki  dost  xalqın  -  Azər­
baycan  və  hind  xalqının  tarixi  əlaqələri  barədə  mütaliə­
lərdən xeyli  maraqlı məlumatlar öyrəndim.
Azərbaycanla  Hindistan  arasında  əsrlər  boyu  da­
vam  edən  mədəni  əlaqələrin  zəngin  tarixi  vardır.  Bu 
əlaqələr demək olar ki,  heç bir vaxt kəsilməmişdir,  iki  xalq 
arasında  təxminən  min  ildən  artıq  yaşı  olan  bu  yaxınlıq 
iqtisadi,  fəlsəfi,  ədəbi  və  mədəni  əlaqələrin  inkişafında 
özünü  daim göstərmişdir.
Tarixdən  məlum  olduğu  kimi,  əlaqələrimizin  kökü  X 
əsrdə  Bəsrədə  təşkil  olunan  “Ixvan-əs-Səfa"  (“Saf 
qardaşlar”)  adlı  fəlsəfə cəmiyyətinin  fəaliyyəti  ilə  başlanır. 
Xatırlatmaq  istərdim  ki,  cəmiyyətin  məqsədi  İslam  dünya­
sında  yunan  fəlsəfəsi  ilə  bərabər,  hind  fəlsəfəsini  də 
yaymaqdan  ibarət  idi.  Bu  cəmiyyətin  ensiklopediyasını 
yazan  müəlliflər  sırasında  azərbaycanlılar  da  var  idi  ki, 
bunlardan  biri  də  Əbül-Həsən  Harun  Zəncanidir.  Sonrakı 
əsrlərdə,  yəni  XI  əsrdə  Qətran  Təbrizi,  XII  əsrdə  Xaqani 
Şirvani,  Nizami  Gəncəvi,  Mücirəddin  Beyləqani,  XIII 
əsrdə  Zülfüqar  Şirvani,  XIV  əsrdə  Nəsimi  Şirvani,  XVI 
əsrdə  Bayram  xan  Baharlı,  Məhəmməd  Füzuli,  Fədai, 
Allahi  Ərdəbili,  ibrahim  Ordubadi,  Sənan  Hüseyn,  Pir 
Məhəmməd  Şirvani,  Şeyx  Həsən  Təbrizi,  Əli  Nəzmi
_______
A z ə rb a y c a n ç ılıq   və  vətənpərvərlik  m əfkurəsi
_______
ю  257
 oa

Təbrizi  və  bir  çox  başqaları,  XVII  əsrdə  Qövsi  Təbrizi, 
Saib  Təbrizi,  Bəzmi  Ərdəbili,  Bürhan  Təbrizi,  XVIII  əsrdə 
Marağalı  Hamid,  Şeyx  Əhməd  Şirvani,  Hacı  Zeynalabdin 
Şirvani,  Əbdül-Məcid  Təbrizi,  Sayir  Ordubadi,  Əvəzəli 
Şirvani,  XIX  əsrdə  Mirzə  Şəfi  Vazeh,  Abbasqulu  ağa 
Bakıxanov,  Mirzə  Fətəli  Axundov  Hindistan  xalqlarının 
böyük  mədəniyyətinə  dərin  maraq  göstərərək,  ona 
ehtiramla yanaşmışlar.
Hindistanı  azərbaycanlılara,  eləcə  də  bütün  dün­
yaya  tanıtmaq  məqsədi  ilə  Azərbaycanın  tanınmış  coğ­
rafiyaşünas-səyyahlarından  XV  əsrdə  yaşamış  Əbdür- 
rəşid  əl-Bakuvi  və  XVIII  əsrdə  yaşamış  Hacı  Zeynalabdin 
Şirvaninin  adları  xüsusi  olaraq  çəkilməlidr.  Ayrı-ayrı 
əsrlərdə  Hindistana  səfər etmiş  səyyahlarımız  bu  ölkənin 
tarixi,  əhalisi,  şəhərləri,  mədəniyyəti,  memarlıq  abidələri, 
həyat  tərzi,  adət-ənənələri  haqqında  zəngin  məlumatlar 
təqdim  etmişlər.
Hindistanla  mədəni  əlaqələr  saxlayan  azərbaycanlı 
müəlliflərdən  bəziləri  Hindistana  köçmüş,  Hindistanı  özlə­
rinə  ikinci  Vətən  hesab  edərək  burada  qalıb  yaşamışlar. 
Onlar  bu  Vətənlərinə  də  sədaqətlə  xidmət  edib,  onun 
yüksəlişində  yaxından  iştirak  etmişlər.  Bu  barədə  azər­
baycanlı  elm  və  zəka  sahiblərindən  biri  kimi  Bayram  xan 
Baharlını  misal  göstərmək  olar.  O,  Hümayun  şahın 
qoşununun  baş  komandanı,  o  vəfat  edəndən  sonra  oğlu 
kiçik  yaşlarında  taxta  çıxan  Əkbər  şahın  regenti  təyin 
olunmuşdu.
Hindistan  mənbələrinin  çoxunda  qeyd  edilir  ki, 
müsəlman  ölkələrindən  Hindistana  gələnlərin  arasında 
Şeyx Əhməd  Şirvani qədər böyük alim-filosof olmamışdır. 
Görkəmli  alimin  ən  böyük  və  unudulmaz xidməti  bu  idi  ki, 
o, 
Hindistanda  “Ixvan-əs-Səfa”  fəlsəfə  cəmiyyətinin 
ensiklopediyasını  nəşr  etdirmişdi.  Onun  şəxsi  kitab­
______________________
R e yh an  M irzəzad ə
________________________
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling