Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- A zə rb ayca n çılıq və vətənpərvərlik məfkurəsi so 271 ca
- R e yh an M irzəzad ə _______________________ in 272 ce
- A z d rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ ю 273 o3
- 274 ся _______ ______________ R e yh an M irzazada
- A zd rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ £o 277 03
- Azərb ay c o n c ilia və vətənpərvərlik m əfkurəsi _______ so 279 ca
- J le y h a n M irzəzadə ________________________ k >280 c*
- A zə rb a y c a n ç ılıq və vətənpərvərlik məfkurəsi_ ______ so 281 ca
- R e yh an M irzəzadə _____ ___________________ so 2H2 ca
- A zərb aycan çılıq və vətənpərvərlik m əfkurəsi _______ so 283
_______________ Reyhan Mirzdzadd ________________ so 27(1 oa "Sanqitaratnakada" adlı musiqi risaləsində göstərilir ki, musiqi insana ruh verir, ürəkləri həyəcanlandırır, şər qüvvələri uzaqlaşdırır. Hindistanda elə bir məclis olmaz kı, orada oxuyub - oynamasınlar. Hind musiqisi Azərbaycan xalq musiqisinə çox yaxındır. Hindistanın böyük dövlət xadimi Cəvahirləl Nehru özünün “Hindistanın kəşfi" adlı elmi əsərində mü səlman musiqiçilərinin sənətkarlığından danışır və gös tərir ki, onlarla hindli musiqişünaslar arasında yaxın yaradıcılıq, dostluq əlaqəsi olmuşdur. Hind xalqı öz gözəl musiqisini min illərdən bəri qoruyub inkişaf etdirmişdir. Mütəxəssislər bildirir ki, hind musiqisi öz kökünü raqalardan-muğamlardan alır. Raqa- lar, yəni köklər hind musiqisinin əsasını təşkil edir. Azər baycanın milli mədəniyyətinə məxsus “Mahur” muğa mının üç min il əvvəl Hindistanda yaradıldığı məlumdur. Müasir hind musiqisini dinləyərkən raqaların, xüsusilə "Mahur” muğamının bütün hind musiqisində nə qədər mühüm yer tutduğunu aydın görmək olar. Hindistan və Azərbaycan arasında mövcud olan mədəni əlaqələr XIII-XIV əsr Azərbaycan tarixçilərinin əsərlərində də öz əksini tapmışdır. Alimlərimizdən Rə- şidəddin 600 il əvvəl yazdığı “Cameüt-təvarix” kitabında Hindistan, Çin, Monqolustan və başqa ölkələrin tarixindən ətraflı bəhs etmişdir. Azərbaycan alimi Zeynalabdin Şirvani Hindistanı gəzmiş, gördükləri barədə üç kitab yazmışdı. O, hind alimləri ilə görüşmüş, Hindistanın əfsanələrini, musiqisini, memarlığını bəyənmiş, təqdir etmişdi. Onun “Cənnət bağı səyahətləri" (“Riyazüs səyahə”), “Səyahət bağlan” (“Hə- dayqus səyahə”), “Səyahət bağı" (“Bustanüs səyahə") əsərlərində hind xalqı, Hindistan haqqında maraqlı fikirləri vardır. O, bu əsərlərində Hindistanı cənnət adlandırır, ______ A zə rb ayca n çılıq və vətənpərvərlik məfkurəsi so 271 ca gözəl hind sənətindən danışır, hind adət-ənənələri, el şənliklərindən bəhs edirdi. Bütün bunlardan həvəslə söhbət açan Zeynalabdin Şirvani, eyni zamanda hind xalqının başı üstündəki ingilis imperializmini kəskin ifşa edirdi. XIX əsrin ikinci yarısından başlayaraq hind ədə biyyatında, habelə hind poeziyasında dönüş dövrü baş lanmışdı. Xalq kütlələri fəallaşdıqca, müstəmləkə zülmünə və onun mənfur qanun-qaydalarına qarşı milli is tiqlaliyyət uğrundakı mübarizələr genişləndikcə, ədəbiy yatda da yeni ideya və formalar yaranırdı. Hind şeirində başlanan yeni istiqamətin görkəmli nümayəndəsi Bxa- ratend Xarişçandra öz satirik şeirlərində, siyasi yazı və məqalələrində zülm və əsarətə qəzəblə nifrət edirdi. “Hindistanın dərdi" adlı əsərində o, ölkənin bədbəxtliyini qəlbindəki yaraya oxşadır və yadların hökmranlığını ən böyük biabırçılıq və təhqir adlandırırdı. Bütün ölkədə hökm sürən aclığı, talan və ağır vergiləri ürək acısı ilə qə ləmə alaraq, xalqı qaranlıq gecələri işıqlı gündüzlərə çevirməyə çağırırdı. Onun “Qanqa” adlı şeiri Ana Vətənə, onun füsunkar təbiətinə məftun olan bir şairin könül mahnısı kimi səslənirdi. Hind şeirinin ən böyük nümayəndələrindən biri Svalen Vivekananddır. Onun ictimai və ədəbi fəaliyyətinə yüksək qiymət verən Rabindranat Taqor yazmışdır ki, Hindistanı başa düşmək istəyənlər, gənc nəsildə Vətənə məhəbbət və sədaqət duyğusu, onun keçmişi üçün iftixar və parlaq gələcəyi üçün ümid hissi oyadan bu böyük sənətkarı oxumalıdırlar. XX əsrin böyük şairi Məhəmməd İqbalın adı Hin distanın hər yerində dərin hörmətlə çəkilir. Klassik hind ədəbiyyatının vətənpərvərlik kimi nəcib ənənələrini inkişaf etdirən şairin “Bizim Hindistan” şeiri dillər əzbəri olan bir _______________________ R e yh an M irzəzad ə _______________________ in 272 ce xalq mahnısına çevrilmişdi. Bu şeir həcmcə kiçik olsa da, böyük bədii təsir qüvvəsinə malikdir. O, böyük və unu dulm az şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri kimi xalqın iftixar duyğularını tərənnüm edərək ürəkləri riqqətə gətirir. Hind xalqının azadlıq mübarizəsindən danışarkən böyük vətənpərvər Tilakın xatirəsini yad etməmək müm kün deyil. 0, xalq arasında “Purna svarac”ı, yəni İngiltərə müstəmləkə ağalığından tamamilə azad olmaq şüarını irəli sürmüşdü. Şair Xarindranat Çattopadxayyanın “Yalan” şeiri isə... Böyük öyüddür, çox böyük: Şairsən, şeirində vəsf eyləyirsən Sərin kölgələrin şeiriyyətini. Baxıb qızıl rəngli üfüqlərə sən- Sevirsən göylərin ülviyyətini. Söylə,dinlədinmi barı bircə an Bu ac qadınların ahu-zarını? Axı, bir əl boyda çörək ucundan Onlar satır cavan vücudlarını. Belə deyirlər ki, bezib həyatdan, öm rünü sürürsən zahid kimi tək: Zövq alıb göylərdən və kainatdan, Dağlardan şeirinə alırsan bəzək. Lakin söylə mənə, baxmısanmı heç Yorğun baxışlara, qəmli gözlərə? Dünyadan ümidsiz eləyəndə köç Payız yarpağı tək solan üzlərə?! _______ A z d rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ ю 273 o3 Nadan! Tərif etdin illər uzunu Sakit gecələrin ulduzlarını. Lakin söylə mənə, qoy bilim bunu, Gördünmü yurdumun ac qızlarını? Bil, aclar sevməyir ulduzu əsla, Ay da cüzam kimi gəlir onlara; Aclar həmdəm olub əbədi yasla, Gözlərdə duman var, qəlblərdə yara. Şair utanmadan təsvir edirsən Gümüşü çayları bəlkə yüz kərə. Yoxsa bilmirsənki bu zamanda sən Şəhərlər çevrilir xərabələrə? Milyonlar köməksiz kölələr kimi Məhv olur altında cəbrin, zəhmətin. Dünyaya sığmayır insanın qəmi. Başında od çaxır bəşəriyyətin. ...Lakin en torpağa, əzabkeş yerə, Onun dərdlərini yaz varaqlara! Nəzər sal, ey şair, barı bir kərə Acından büzüşən bu uşaqlara! Böyük siyasi xadim, Hindistanda milli-azadlıq hərə katının görkəmli liderlərindən biri, sülh, demokratiya və sosial tərəqqi uğrunda mübariz, milli əsarətin barışmaz əleyhdarı olan Cəvahirləl Nehru parlaq sima kimi xalq ların yaddaşında əbədi yaşayır. Nehru qədim hind mədəniyyətinin, ölkənin milli azadlıq hərəkatı tarixinin, o, cümlədən qandizm fəlsəfəsi və təcrübəsinin ənənələrini dərindən mənimsəmişdi. Cəvahirləl Nehrunun fəaliyyəti tək siyasət dairəsi ilə məhdudlaşmırdı. O, daxilən yüksək mədəniyyətli, hər sahədə erudisiyalı, dərin fəlsəfi zəkaya malik bir şəxsiy- 274 ся _______ ______________ R e yh an M irzazada _______________________ yət idi. Nehru eyni zamanda mütəfəkkir və şair idi. Onun adı onilliklər ərzində Hindistanın müstəmləkə əsarətindən azad edilməsi, ölkənin dirçəlişi və Asiyanın böyük, su veren dövləti kimi təşəkkülü uğrunda mübarizə ilə qırılmaz surətdə bağlı olmuşdur.HHindistan mənim qanım da - canımda idi və ondakı çox şey məni instinktiv olaraq dərindən həyəcanlandırırdı’ -deyən Cəvahirləl Nehru yazırdı:“Bizim idealımız və məqsədimiz tarixi meyllərə zidd gedə bilməz. Tarixin əsl yaradıcısı xalqdır. Siyasi rəhbərlərin fəaliyyəti isə xalq kütlələrinin arzu və niyyət lərinin ödənilməsi uğrunda mübarizəyə tabe edilməlidiP1. Cəvahirləl Nehru 1947-ci il avqustun 15-də Dehli- dəki tarixi Qırmızı qalaca üzərində Hindistanın üçrəngli milli bayrağını qaldırdı. 200 ildən artıq İngiltərənin əsarəti altında qalmış Hindistan müstəqil və suveren dövlət oldu. Şair Şankar Şaylandra “ 15 avqust” şeirində böyük sevinc və iftixar hissi ilə hind xalqına deyirdi: Yaşa ey hind eli, salamlar sənə! Yar olmuş çiçəkli bir bahar sənə. Çəkir karvanlarını o qatı zülmət, Yanaşıb qapını açır səadət, Hünərlə, zəfərlə gülür bu bayram Salam, ey oyanan qədim xalq, salam! Artıq böyük Vətən çıxmış səfərə, Alqış haqq yolunda ölən kəslərə. Yaşadır onların eşqini torpaq, Mümkünmü dostları xatırlamamaq?! Bu gün sıramızda yoxsa da onlar, Hər vaxt bizimlədir mərd qəhrəmanlar. ____ AzarbaycançıliQ va vatanparvarlik mafkurasi_ ___ so 275 ca İstiqlaliyyəti elan olunduğu gün ölkənin ilk Baş naziri olan Cəvahirləl Nehru demişdi: ‘İndi hind xalqı yeni, müstəqil və demokratik Hindistan uğrunda mübarizəyə başlayacaqdır. Yeni Hindistan digər xalqlarla sülh və dostluq şəraitində yaşayacaqdır” . Müxtəlif dünyagörüşlərinə, ədəbi cərəyanlara, siyasi və dini baxışlara mənsub olan hind şairləri öz doğma xalqına xidmət edir, ölkənin gələcək rifahı və səadəti naminə qüdrətli əsərlər yaradırdılar. Onlar geniş xalq küt lələrinin arzu və əməlləri ilə yaşayırdılar. 1950-ci il yanvarın 26-da hind xalqının həyatında daha bir əlamətdar hadisə baş verdi. Hindistan Respub lika elan olundu. Müasir hind şairlərindən İsrar Ulxan Macaz “Bayrağımız” adlı şeirində azadlığa çıxmış ölkənin üzərində dalğalanan zəfər bayrağını ilhamla tərənnüm edirdi: ______________________ R e yh an M irzəzad ə ________ Öldü əlimizdə düşmənlərimiz, Yadların qan izi çölümüzdədir. Sevirik, sevirik azadlığı biz, Zəfər bayrağımız əlimizdədir. Vurur, sevinc ilə vurur qəlbimiz, Səadət nəğməsi dilimizdədir. Həyat mahnısını oxuyuruq biz, Zəfər bayrağımız əlimizdədir. Şair Mannulal Şarma Şil “Təklikdə öz-özümlə” şeirində insanları daima mərd olmağa, çətinliklərdən əsla qorxmamağa, ölümün gözünə dik baxmağa, tufan və fırtınalardan, od-alov içərisindən qalib çıxmağa, dost yo lunda candan keçməyə hazır olmağa çağırırdı: £ o 276ca Yolun keçilməmiş sıldırımsa - get! Dəhşətə gəlib, geri dönmə sən! Əgər mübarizə alovlarında Ərimək lazımdır - əri, sönmə sən ! Əgər görsən alır göyü buludlar, Gurlayır qəzəblə qasırğa, tufan - Tərəddüd eləmə, öz dostlarının Səsinə cürətlə səs ver hər zaman! Hindistanın paytaxtı Dehli şəhəridir. Şəhər iki his sədən - köhnə Dehli və Yeni Dehlidən ibarətdir. “Bağlı- bağatlı şəhər” adlandırılan Dehlinin on milyondan çox əhalisi var. Ölkənin əsas sənaye, elm və mədəniyyət mərkəzləri burada yerləşir. Şəhərdə Hindistanın siyasi tarixində böyük xidmətləri olan unudulmaz şəxsiyyətləri - Mahatma Qandi, Cəvahirləl Nehru, Ləl Bahadur Şastri və Indira Qəndinin əbədiləşdirilmiş xatirə ocaqları hin- distanlıların və ölkənin qonaqlarının ziyarətgahına çev rilmişdir. Kəlküttə Hindistanın ən böyük ticarət şəhəridir. Benqal körfəzinin sahilində yerləşən bu şəhər Avro- pasayağı tikilib. Dünyanın ən böyük nəbatat bağlarından olan Kral Nəbatat bağı Kəlküttədədir. Qeyd edim ki, bu bağ Böyük Britaniya nəbatat bağından sonra dünyada ikinci yeri tutur. Bağ çox gözəldir. Burada nəzəri daha çox cəlb edən 1044 ədəd müstəqil sütun kimi ucalan nəhəng ağaclardır. Deyilənə görə, bir kökdən törəyən bu "sütun ların” qol-budaqları altında doqquz min əsgər kölgələnə bilərmiş. Dünya ədəbiyyatının ən görkəmli simalarından biri, böyük ədib, şair, filosof, ictimai xadim və vətənpərvər maarifçi Rabindranat Taqor Kəlküttədə doğulmuşdur. ______ A zd rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ £o 277 03 Reyhan Mirzəzadə Ailədə on dördüncü uşaq olan Rabindranatın tərbiyəsində özündən yaşca böyük olan qardaşlarının, xüsusilə be şinci qardaşı Cotirindronathın böyük rolu olmuşdu. 1913- cü ildə Şərq ölkələri yazıçıları arasında birinci olaraq Nobel Mükafatına layiq görülən Taqor, eyni zamanda istedadlı rəssam və bəstəkar kimi də şöhrət qazanmışdı. Rabindranat Taqor 80 il ömür sürmüş, onun ədəbi- elmi və ictimai fəaliyyəti 65 ildən artıq bir dövrü əhatə etmişdir.Ədib 12 roman və povest,yüzdən artıq hekayə və novella, 50 şeir məcmuəsi,üç min mahnı,bir neçə poema və dramatik poema, 30 dram əsəri, bir neçə opera və balet, hind fəlsəfəsi, ədəbiyyat və incəsənəti, musiqi nəzəriyyəsi, hind maarifi, tərbiyə və digər mövzulara aid 200-dən artıq elmi əsərlərin, bir sıra rəsm əsərlərinin və bir neçə dərsliyin müəllifi idi. Onun vətənpərvər şeiri son- ralar Hindistan Respublikasının himni oldu. Taqor nəinki təkcə Hindistanın, həm də əsrinin və bəşəriyyətin ləyaqətli oğlu olaraq ömrünün böyük məna sını xalqının mədəniyyətinə, maarifinə, mənəvi yüksəlişi nə xidmətdə görürdü. Cəvahirləl Nehru deyirdi ki, Taqor Hindistan xalqını məhdud təfəkkür yolundan çıxıb insan lığı məşğul edən böyük problemlər üzərində düşünməyə çağırdı. Taqorlar ailəsi XIX əsr boyu Benqaliyada müxtəlif islahatçılıq hərəkatında fəal iştirak etmişlər. Bu ailədə gözəl yazıçılar, sənətkarlar yetişmişdir. Ədibin babası Dvarkanaxt Taqor və atası De- bendrananxt Taqor XIX əsrdə hind ictimai fikrinin inki şafında mühüm rol oynayan və məşhur hind yazıçısı, ictimai xadimi Ram Maxai Roy tərəfindən əsası qoyulmuş “Brəhma Samac” cəmiyyətinin görkəmli xadimlərindən olmuşdur. Bu cəmiyyətin əsas məqsədi kasta sistemini ləğv etmək, büdpərəstlik, qurban vermək, qadın so 278 ся hüquqsuzluğu, vaxtsız kəbin, dul qadınların özünü yan dırması kimi mürtəce feodal adət-ənənələri və köhnə hindçilik qalıqları ilə mübarizə aparmaq, müasirləşməyə yol açmaq idi.Gəncliyində Rabindranat Taqor da bu cə miyyətin işlərində fəal iştirak etmiş və sonradan 1907- 1909-cu illərdə yazdığı “Qora" romanında “Brəhmə Samac” hərəkatının çox geniş təsvirini vermiş, bununla bərabər, bu cəmiyyət daxilində olan fikir, siyasi rəy ziddiyyətlərini təhlil etmişdi. Taqor xalqının dərdi ilə yaşayan bir filosof idi. O deyirdi:“Mənim həmvətənlərimi adam hesab eləmirlər, hər hansı bir imtiyaz sahibi olmağıma utanıram”. “Qora” romanında əsərin qəhrəmanı və Taqorun "işıq düşüncəli igid” adlandırdığı Qaurmaxon xalqdan uzaq düşmüş ziyalılardan biri olan və daha çox öz şəxsi səadəti haqqında düşünən yoldaşına deyir: “Qardaşım, mənim Allahım şəxsi səadət deyildir. Mənim Allahım saray xanımları arasında deyildir.Mənim ilahəm, mənim gözəlim gözü ilə odlar görən yoxsulların, kasıbların, dərdlilərin, təhqir olunmuşların arasındadır. Bu elə bir ilahədir ki, ona aşiqanə mahnılar oxumurlar. Ona çiçəklər təqdim etmirlər. Ona ruhunu, varlığını verməli sən. Mənim üçün dünyada ən böyük sevinc, səadət hə yatımı xalqın səadəti uğrunda qurban verməkdən iba rətdir”. Lakin Rabindranat Taqoru yalnız hind xalqının taleyi deyil, bütün məhkum xalqların taleyi dərindən düşün dürürdü. O, eyni narahatlıqla, eyni həyəcanla o zaman əsarətdə olan böyük Çin xalqını, ağır müstəmləkə şərai tində hüquqları tapdalanan Afrika xalqlarını, Amerika zəncilərini müdafiə edir, onlara hüquq, azadlıq tələb edirdi. Azərb ay c o n c ilia və vətənpərvərlik m əfkurəsi _______ so 279 ca Taqor butun dünyada sülh və xalqlar dostluğunun fəal müdafiəçilərindən biri olmuşdur. O, yalnız hind ictimai həyatı ilə deyil, bütün dünya hadisələri ilə ciddi maraq lanır, bütün dünya işlərinə qarışır, bütün insanlığın məna feyini, ləyaqətini və xoşbəxt gələcəyini müdafiə edən dəyərli ümumbəşəri ideyalar irəli sürürdü.Həyati xüsu siyyətləri ilə Taqora çox yaxın olan fransız yazıçısı, icti mai xadimi, alimi, musiqişünası, Nobel Mükafatı laureatı Romen Rollan “Taqor haqqında etyüd” məqaləsində çox haqlı olaraq yazmışdır ki, Rabindranat Taqor öz əsər lərində ümumdünya əhəmiyyəti olan bir çox problemlər qaldırmışdır. Taqor bir nasir olaraq dünya miqyasında psixoloji romanın, kiçik hekayə və novellanın nadir ustalarından hesab olunur. Onun “Qora”, “Dostlar”, “Dördlər", “Biqha sahili”, “Fəlakət”, “Ev və dünya”, “Axırıncı poema”, “Qum zərrəsi” romanları dünya ədəbiyyatında şöhrət qazan mışdır. Xalqın başına gətirilən müsibətlərin əsas səbəbini cəhalətdə və gerilikdə görən Taqorun fəaliyyətində mək təb və maarif məsələləri mühüm yer tuturdu. Hələ 1901-ci ildə o, atasının Bolpur şəhərindəki “Şantiniketan”, yəni “Sakit guşə” adlanan malikanəsində uşaqlar üçün bir məktəb açmışdı. Bu məktəbdə Taqor öz üsulu ilə dərs deməyə başlamışdı. Azərbaycanın əməkdar elm xadimi, pedaqoq, nasir, ədəbiyyatşünas alim, akademik Məmməd Arif yazdığı bir məqaləsində Taqorun pedaqoji fəaliyyətindən danışarkən demişdi ("Ədəbiyyat qəzeti”, 11 iyun 1935-ci i!):“Tolstoyun “Yasnaya Polyanadakı” məktəbi məşhur olduğu kimi, Taqorun da “Şantiniketan”dakı məktəbi bütün Avropa pedaqoji aləmində məşhurdur. Məfkurəvi cəhətdən Tolstoyla Taqor arasında müəyyən ümumi cizgilər olduğu __ ___________________ J le y h a n M irzəzadə ________________________ k >280 c* kimi, bu iki pedaqoqun pedaqoji prinsipləri arasında da ümumi cizgilər az deyildir” . Azərbaycan poeziyasında Taqor surəti xalqımızla hind xalqı arasındakı tarixi dostluq və qardaşlığın, hind xalqının azadlıq və səadət eşqi ilə çırpıntılarının təcəssümü olan poetik bir surət kimi xüsusi yer tut- muşdur.Taqor S.Vurğun,M.İbrahimov, R.Rza, M.Müşfiq və s.kimi sənətkarlarımızın əsərlərində hörmətlə xatırlan mışdır. Taqorun “Kxonika” adlı kitabında atalar sözü və zərb-məsəllər kimi ən yığcam aforizmlərdən ibarət olan şeirlərin mühüm bir hissəsi “Gəldi-gedər quşlar” adı altında çap edilib. Bunlardan bəzilərini təqdim etməklə, böyük humanist - vətənpərvər şairin həyat və ölüm, məhəbbət və sədaqət, zəhmət və səadət, azadlıq və əsarət kimi ümumbəşəri mövzu və məsələlərə baxışı haqqında müəyyən təsəvvür almağa kömək edər: Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər”. “İşıq saçdığı üçün alova minnətdar ol, amma daimi dözümlə kölgədə qalan çırağı da unutma!”. “Köklər - yerin dərinliyinə işləmiş eyni budaqlar, Budaqlar - havaya ucalmış eyni köklərdir”. “Ölüm də doğum kimi həyata aiddir”. “Yerimək - ayaqları qaldırmaq və endirməkdən ibarətdir”. “Quşun qanadlarını qızılla bəzəyib ağırlaşdırsan, o bir daha səmalarda süzə bilməz”. “Çiçək bütün ulduzlarını itirmiş səhər səmasına şikayətlənir ki: “Mən şeh damcımı itirmişəm!”. “Çayın qurumuş yatağı öz keçmişinə minnətdar ola bilməz”. “Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir. O, sənin sədaqətinin dərinliyini göstərir". _______ A zə rb a y c a n ç ılıq və vətənpərvərlik məfkurəsi_ ______ so 281 ca “Sərçənin tovuza yazığı gəlir ki, elə ağır quyruğu var”. “Quşa elə gəlir ki, balığı havaya qaldırmaq, ona yaxşlıq etməkdir”. Kəlküttədə Rabindranat Taqorun gözəl bir ev- muzeyi var. Ev-muzey ikimərtəbəli böyük imarətdə yerləşir. Orada hər şey yazıçının sağlığında olduğu kimi mühafizə edilir.Qeyd etdiyim kimi, Rabindranat Taqor eyni zamanda şair, nasir, rəssam, rejissor, aktyor və musiqişünas kimi tanınmışdı. Yazıçının ev-muzeyində bütün bunları əks etdirən yüzlərlə şəkil və eksponatlar vardır. Dünyanın hər yerindən buraya yazıçının müxtəlif dillərə tərcümə olunub nəşr edilmiş əsərləri göndərilir. Caypur Hindistanın təmiz və səfalı şəhərlərindəndir. Bu şəhəri “Asiyanın Parisi" adlandırırlar. Hind memarları burada gözəl saraylar ucaldıb. Caypurda ən gözəl saray Maharacın sarayıdır. Qədim Dağüstü sarayda bir iba- dətgah var. Deyilənə görə, bu ziyarətgah dini etiqadından asılı olmayaraq, hamıya xidmət edir. İnsanlar hündür təpənin üstündə yerləşən həmin ocağa fillərin üstündə qalxır. Benqal körfəzinin sahilində daha bir gözəl şəhər var. Bu, təmtəraqlı Mədrəs şəhəridir. Hindlilər Mədrəsi “Rəqqasların və kino aktyorlarının Vətəni” adlandırırlar. Vaxtilə Asiyadakı ən böyük kinostudiyalar burada yer ləşirdi. Hətta digər ştatlardakı studiyalar da kinofilm çəkərkən Mədrəs artistlərini dəvət edirdilər. Hazırda Bom- bey kinostudiyası ölkənin kino istehsalının mərkəzi sayı lır. Bunlardan başqa, Kəlküttə şəhərində də kinofilmlər çəkən studiya fəaliyyət göstərir. Hind xalqı kinonu çox sevir, ölkədə hələ müstə qilliyindən çox qabaq, 1913-cü ildə kinofilm istehsalına başlanılmışdır. Xatırladım ki, 1980-ci illərdə Hindistan kino istehsalına görə dünyada birinci yeri tuturdu, indi isə ___________ ___________ R e yh an M irzəzadə _____ ___________________ so 2H2 ca ölkədə- hər il 800-dən artıq kinofilm istehsal olunur. Satyadcit Ray, Mrinal Sen, Şyam Beneqal və Adur Qopa- lakrişnan Hindistanda kino yaradıcılığının görkəmli nüma yəndələridir. Hind elində Azərbaycana sevgi dolu şeirlər həsr edən şairlər az deyil. Gözəl, sevimli Xəzərimizə də dün yada xeyli söz inciləri həsr edilib. Amma hər dəfə əsra rəngiz Xəzərin pıçıldaşan mavi suları ilə görüşərkən - sahil ətrafında salınmış füsunkar parkı ziyarət edərkən tanınmış hind şairi Sədhü Sinqh Həmdərdin “Xəzərin sahilində” şeirini təbəssümlə xatırlayıram: ö z qum beşiyində çalxanır Xəzər - Nəhəng okeanın körpə yavrusu. Dəlisov dalğalar baş alıb gəlir, Sahilə çatmaqmı dalğa arzusu ?! Çarpıb, geri dönür nəhəng dalğalar, Dənizin qoynuna baş alıb gedir. Dəniz ürəyinin öz xisləti var - Qabarma, çəkilmə dəniz eşqidir. Ayrılır, qovuşur, coşur dalğalar Dalaşan, barısan aşiqlər kimi. Elə bil sahildə ovsunlanmışam, Arzular aparıb yenə fikrimi. Ah! Xəzər! Dayanıb sahilində mən Deyirəm, dünyada xoşbəxtlər də var. Nəğmə, gülüş səsi alıb sahili, Qoşa sevgililər, dəcəl uşaqlar... Fəhlələr bitirib iş növbəsini, Polad sinələri öpür şəfəqlər. Gündüz yorğunluğu qalar dənizdə, Dənizsə onlara yüngüllük verər... ______ A zərb aycan çılıq və vətənpərvərlik m əfkurəsi _______ so 283 Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling