Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- A z ə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 259 ca
- R e y h a n Minzdzadə _______________________ so 260 oa
- A zə rb a y c a n ç ılıq və vatənparvərlik mdfkurasi_ ______ so 261 ea
- A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ £o 263 ся
- R e y h a n M irzəzad ə ________________________ во 264 ся
- A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 265 ca
- R eyhan Mirzdzadd ______________________ so 266 ca
- A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 267 ca
- R e y h a n M irzdzadd _______________________ so 268 ce
- A zə rb ayca n çılıq из vatdnpərvarlik mdfkurəsi__ _____ “Yeni təfəkkür” qəzeti, 12 yanvar 2006-cı il. so 269 or
- ZƏ NG İN M ƏDƏNİYYƏTİ OLAN XALQ
so 258 ca xanasında bu ensiklopediyanın XIV əsrdə Şamaxı şəhə rində əl ilə yazılmış bir nüsxəsi varmış və həmin ensiklo pediya Hindistanda bu nüsxənin üzündən çap edilmişdir. Zəngin mədəniyyətə malik olan hind xalqının nəcib xarakteri Azərbaycanın ən istedadlı şair və mütəfək kirlərinin əsərlərində yüksək qiymətləndirilmişdir. Əvvəldə qeyd etdiyim kimi, Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanovun əsərləri ilə bərabər, Molla Pənah Vaqif, Qasım bəy Zakirin qəzəllərində, Cəfər Cabbarlının dramaturgiyasında, Səməd Vurğun, Süley man Rüstəm, Rəsul Rza, Məmməd Rahimin şeirlərində Azərbaycan xalqının hind elinə sonsuz məhəbbəti ifadə olunmuşdur. Hind mədəniyyətinə olan dərin maraq və ehtiram hissi N.Gəncəvinin “Yeddi gözəl” poemasının dəyərli novellalarında da öz bədii ifadəsini tapmışdı. Poemada şair Hindistan şahzadəsi Furakın gözəlliyini tərənnüm edərək ay işığının hind qızının gözəlliyi qarşısında qaran lığa büründüyünü göstərmişdi. Nizami özünün ikinci əsəri olan “Xosrov və Şirin” poeması üzərində çalışarkən qədim hind ədəbi abidəsi olan “Pançatantra”nın (yəni “beş kitab’ ın) motivlərindən istifadə etmişdi. Azərbaycanın görkəmli lirik şairi Məhəmməd Füzuli özünü Nizami Gəncəvinin şagirdi adlandıran Əmir Xosrov Dəhləvini dünyanın ən istedadlı şairlərindən biri hesab edirdi. Dəhləvi böyük hind şairi, alimi, musiqişünası kimi dünya ədəbiyyatında tanınmış sima idi. Füzuli özü də hind mədəniyyəti və ədəbiyyatı ilə dərindən maraqlanır, hind fəlsəfəsini yunan fəlsəfəsi qədər dəyərləndirirdi. “Ənisül-qəlb” adlı poemasında Füzulinin hind fəlsəfəsinə yaxından bələd olduğunu aydın hiss etmək olar. ______ A z ə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 259 ca Sevimli şairimiz Səməd Vurğunun şeirlərində hind xalqının mübarizəsindən, onun qədim və zəngin mədə niyyətindən məhəbbətlə danışılır. Şair “Buruqlar səltənəti” adlı poemasında məşhur hind alim və şairi Rabindranat Taqorun müdrik sözlərini Azərbaycanın şeir dilində can landırmış, Hindistanda gedən milli-azadlıq hərəkatına böyük rəğbət bəsləyərək yazmışdı: “Azad şüur” deyir “zəncirsiz ürək”, O qocaman Taqor, o böyük insan, Onun rübabilə vəcdə gələrək, İstiqbal eşqilə yanır Hindistan. Qoy onun kiçicik bir şeirini mən Burdaca köçürüm öz dilimizə, Hər böyük dühanın xəzinəsindən Sadə bir inci də dövlətdir bizə: “Bir aləm ki, nə zindan var, nə zəncir, İnsan oğlu ömür sürür vüqarla. Fikir dustaq, ürək dustaq deyildir, Bölünməmiş min bir hasarla. Həqiqətin ürəyindən söz gəlir, Ağlın hüsnü şəfəqlənir günəş tək. Şərəf sözü ülviyyətə yüksəlir, Qaralmayır çirkablara düşərək. Bu azadlıq göylərində Ya Rəbbim ! Qoy göz açsın mənim də öz Vətənim!”. Hörmətli oxucum ölməz şairin son kəlmələrinə yəqinki daha həssaslıqla yanaşacaq. Bəli, Səməd Vurğun “Qoy göz açsın mənim də öz Vətənim!” deməklə, əsl həqiqətdə hələ sovet rejimində ikən Vətəni Azərbaycanın ______________________ R e y h a n Minzdzadə _______________________ so 260 oa göz açaraq azad, müstəqil, dostu Hindistan kimi suveren bir məmləkət olmasını arzulayırdı. Hind xalqının müstəqillik qazanmaq uğrunda apar dığı böyük mübarizə yolunun tarixi səhifələrinə qısa nə zər salaq. 1746 -1763-cu illərdə İngiltərə və Fransa arasında Hindistana sahib olmaq uğrunda aparılan rəqabət İngiltə rənin xeyrinə qurtardı. Hindistan hissə-hissə zəbt olu naraq 1859-cu ildə tam İngiltərənin müstəmləkəsinə çev rildi. Lakin yadellilərin hökmranlığı xalqı son dərəcə həyə canlandırmışdı. Odurki, milli - azadlıq uğrunda mübarizə güclənməyə başladı. İngiltərə Parlamentinin 1935-ci ildə qəbul etdiyi qanun Hindistanın müstəmləkə vəziyyətini daha da ağır laşdırdı. Hindistanın əsas siyasi qüvvələri həmin qanuna qarşı etiraz hərəkatında birləşdilər. Siyasi vəziyyət kəs kinləşdi. Milli-azadlıq mübarizəsinin qələbəsi nəticəsində 1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyuldu. Həmin il avqustun 15-də Hindistan ərazisində dini xüsu siyyətlərə görə Hindistan və Pakistan adlı iki müstəqil dövlət yarandı. 1950-ci ildə Hindistan Respublika elan olundu. Bu siyasi qələbənin əldə olunmasında Hindistanın mədəniy yət xadimləri, yazıçı və şairlərinin böyük xidməti vardı. Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov Hindis tan Tərəqqipərvər Yazıçılar Cəmiyyətinin növbəti kon fransındakı çıxışında bu barədə demişdi:' ...Böyük hind xalqının müstəmləkə əsarəti zəncirlərini necə uzun çəkən mübarizədən sonra, nə cür qəhrəman səylər sayəsində, nə qədər əzablar, məhrumiyyətlər və qurbanlar bahasına parçalayıb atdığını biz yaxşı bilirik. Bu mərdanə müba rizədə tərəqqipərvər hind ədəbiyyatının, xalq və Vətən ______ A zə rb a y c a n ç ılıq və vatənparvərlik mdfkurasi_ ______ so 261 ea qarşısında öz borcunu dərk edən yazıçıların nə qədər böyük rol oynadıqları bizə məlumdur. Hindistan yazıçıları bədii sözün qüdrəti ilə milyonlarla insanları azadlıq və tərəqqi uğrunda acgöz, heç bir qarətkarlıqdan doymaq bilməyən imperialistləri Vətən torpağından qovub çıxar maq uğrunda mübarizəyə ruhlandırırdılar. Bu gün Hindistanın tərəqqipərvər yazıçılarının keçmiş mübarizə səhifələrini vərəqləyərkən mən böyük Prem Çandı hədsiz ehtiram hissi ilə xatırlayıram . O, sizin milli-azadlıq hərəkatının çeşməsi başında, beşiyi başında dayanmışdı və sizin cəmiyyətinizin ilk prezidenti olmuş dur. Bu cəmiyyətin birinci konfransına göndərdiyi təbrik teleqramında ölməz Rabindranat Taqor Hindistan xalqı nın böyük azadlıq hərəkatına xeyir-dua vermişdi...” Dörd dəfə Hindistana səfər etmiş M.ibrahimovu hindlilər yaxşı tanıyırdı. Həmin illərdə Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayev Hindistana yaradıcı lıq səfəri etmiş, bir müddət bu ölkədə yaşayıb fəaliyyət göstərmiş, Hindistan mövzusunda bir-birindən gözəl əsərlər yaradıb dünya sənətsevərlərinə təqdim etmişdi. 1950-1960-cı illərdə məşhur hind rejissor və aktyor larından Rac Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə Kauşal, Abxi Bhataçariya Bakıya gəlmişdilər. Bu səfər xalqımız və ictimaiyyətimiz tərəfindən böyük sevinc və məhəbbətlə qarşılanmışdı. Azərbaycanın mədəni həya tında tarixi hadisə kimi mühüm yer tutan görüşlər yaddaşlarda dərin izlər qoydu. Sonralar Rac Kapur, Nər gizlə Rəşid Behbudov, Şövkət Ələkbərova arasında dostluq və sənət əlaqələri uzun illər davam etdi. Müğənni Elmira Rəhimova Hindistanda musiqi təhsili aldı. Çox keçmədi ki, müğənnimiz Hindistanda və Azərbaycanda hind mahnılarının mahir ifaçısı kimi sevildi. ______________________ R e y h a n M irzəzadə _______________________ so262ca Görkəmli hind şairəsi və yazıçısı Amrita Pritamın da Bakıya səfəri sevgi ilə qarşılanmışdı, ölkəsinə qayı dandan sonra o, paytaxtımız, burada ziyalılar, elm və mədəniyyət xadimləri, zəhmətkeşlərlə keçirdiyi görüşləri barədə xatirələrini yazıb, kitabça şəklində nəşr etdirmişdi. Hindistanlı xanım xatirələrində eyni zamanda Azərbay canın tanınmış şairələri Mirvarid xanım Dilbazi və Nigar xanım Rəfibəyli haqqında məhəbbətlə söz açır, sevimli həmkarları ilə birlikdə çəkdirdiyi fotoşəkli təqdim edirdi. Hind xalqının mehribanlığından və həyata fəlsəfi təfəkkürlə yanaşmasından bəhs edərkən bu xalqın milli mənəvi dəyərlərinin simvolu olan iki qədim yazılı abidəsi göz önünə gəlir. “Hitopadişa və ya xeyirli öyüdlər”, “Kəlilə və Dimnə”. Hindistanın ibtidai insanlardan, ulu babalardan nəvə-nəticələrə söylənmiş əfsanə və təmsillərindən, nağıl və rəvayətlərindən başlamış orta əsrlərin böyük şairlərinin epik poemalarına qədər olan əsərləri min illərdən, əsr lərdən keçə-keçə gəlib bizim zəmanəmizə çatmışdır. Bu, xalq dühasının tükənməz xəzinəsidir. Guya heyvanların heyvanlara nağıl etdiyi və racənin ərköyün oğlanlarına hikmətli nəsihətlər şəklində müdrik Vişnu Şarmanın söylədiyi əyləncəli rəvayətlər məcmuəsi olan “Hitopadişa” bu xəzinənin çox cüzi hissəsidir. “Hitopadişa və ya xeyirli öyüdlər” məcmuəsi sözün həqiqi mənasında xeyirli öyüdlər verir. Məcmuə uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər üçün də əhəmiyyət lidir. “Tanış olmadığınla dostluq eləmə”, “Dost seçərkən ehtiyatlı ol”, “Hər şeylə maraqlanmaq bədbəxtliyə səbəb olur", “Ağıl kimdədir, güc də ondadır”, “Axmağa məsləhət vermə”, “Hiyləyə qarşı hiylə”, “Nə özününkülərdən, nə yadlardan”, “Dilində şirin sözlər, əlində isə xəncər”, “Vəziyyətə görə hərəkət elə", “Düşünmədən iş görmə” və ______ A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ £o 263 ся s. kimi dəyərli öyüdlər məcmuəsi olan “Hitopadişa” uzun əsrlərdir ki, çoxsaylı xalqlar arasında böyük şöhrət qazanıb. Məcmuə qədim və orta əsr Hindistan dili olan Sanskrit dilində yazılmış və eramızın VI - XIV əsrləri arasında daha qədim və məşhur “Pancatantra” məcmu əsi əsasında tərtib edilmişdir. Məşhur hind yazılı abidəsi olan “Kəlilə və Dimnə” Azərbaycan dilinə (türk dilinə) 1809-cu ildə Əvəz-Əli Səfiqulu oğlu tərəfindən tərcümə olunub, xeyli sayda miniatürlərlə illüstrasiyalaşdırılmışdı. Epos eramızdan əvvəl I əsrdə yaşadığı düşünülən Bəydaba tərəfindən qələmə alınmış təmsil şəklində hekayələrdən ibarət olan kitabdır Kitabın Depşelem adlı bir hind hökmdarına ithaf edildiyi, hökmdara məsləhət və nəsihət səciyyəsi daşıması fikri mövcuddur. “Kəlilə və Dimnə”dəki hekayələr siyasətdən tutmuş mərhəmət və xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirir. Əsər adını ilk bölümündəki bir heka yənin qəhrəmanları olan iki çaqqaldan almışdır. Doğru- nun və dürüstlüyün simvolu olan Kəlilə ilə yanlış və yalanın simvolu - Dimnə. Kitabda hekayələr “Min bir gecə nağılları”nda olduğu kimi, bir-biri ilə əlaqəli və qarışıq hekayələrdən ibarətdir. Beş fəsli, bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr, nəzm şəklində nəsihətlər vardır. “Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar”. “Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaq dır”. “Büdrəyib yıxılanda, bədbəxtlik üz verəndə, əqildən başqa heç nə insana kömək edə bilməz”. “Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur”. “Hiylə və xəyanət ağacının barı müsibət və fəlalkət olar”. “Nə qədər çalışsalar da, yenə hünər və istedadı gizli saxlamaq olmaz”. “Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl ______________________ R e y h a n M irzəzad ə ________________________ во 264 ся nəticə verər” . Bu cür müdrik fikirlər bəşəri tərbiyəyə xidmət edən kamil mənəviyyat dərsliyidir. Dünyada şahmatın Vətəni kimi də sevilən Hindis tanda qədim memarlıq abidələri, tarixi incəsənət nümu nələri çoxdur. Bunlardan ikisini - çox sevdiyim Tac - Mahal və Acantanı göz önünə gətirirəm. Tarixdən məlumdur ki, 1526-cı ildən 1858-ci ilədək Hindistanda baburilər, yəni Böyük moğollar sülaləsi hökmranlıq etmişlər. 1627-ci ildə Şah Səlim Cahangir öldükdən sonra, onun oğlu Şah Cahan 1658-ci ilə qədər Hindistanda hökmdarlıq edir. Şah Cahanın Banu Bəyim Mümtazi Mahal adlı 14 uşağın anası olan gözəl bir arvadı var imiş. Şahın arvadı zəkası, xeyirxah əməlləri ilə bütün imperatorluğun qəlbini fəth eləmişdi. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün beş il göz ləmişdi. Şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü. Bir gün Banu Bəyim ərindən soruşur ki, mən ölsəm, sən nə edərsən? Şah Cahan ona misilsiz bir abidə tik dirəcəyini bildirir. Doğrudan da şahın sevimli arvadı 1631-cu ildə 39 yaşında ikən vəfat edir. Şah Cahan Banu Bəyim Mümtazi - Mahal üçün türbə tikdirmək məqsədilə Şərqin əsas me marlıq mərkəzlərindən Aqraya sənətkarlar toplayır. iqor Mojeyko “27 möcüzə” kitabında yazır:“Mümtaz Mahal 1631-ci ildə on dördüncü uşağı dünyaya gətirərkən ölmüşdür. Bu hadisədən kədərlənən Şah Cahan Şərq aləminin ən yaxşı memarlarını buraya toplamağı arzula dı.Çaparlar məsləhət üçün ustaları istənilən qiymətə al maq əmri ilə qonşu ölkələrə getdilər. Şahın elçiləri Şiraz da və Buxarada, Səmərqənddə və Bağdadda, Şamda və İstanbulda qapıları döydülər.Digər çaparlar isə təcili ______ A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 265 ca olaraq (o dövrün imkanları daxilində) Asiyadakı bütün məşhur qurğuların plan və təsvirlərini Aqraya gətirdilər. Nəhayət, şura toplandı. Bir sıra variantlar müzakirə olundu, yüzlərlə cizgi, plan yoxlandı və bəyənilmədi. İmperator dünyada tayı-bərabəri olmayan və gələcəkdə də olmayacaq bir bina tikdirmək istəyirdi. Nəhayət, Ustad İsa adlı hind memarının layihəsini bəyəndilər. O, həm bütün ustalara, həm də imperatora xoş gələn variant təklif etdi. Şah Cahan gələcək mavzoleyin ağac modelini hazırlamağı əmr etdi. Model bəyənildikdən sonra inşaat işlərinə hazırlığa başladılar. Ustalar gələcək künbəzlərin cizgilərini çəkir, mə murlar fəhlə toplayır, Racputan karxanalarında mərmərin ən yaxşı parçaları doğranırdı. Baş bənnalar Dehlidən və Kəndəhardan gəlmişdilər. Memarlardan istanbullu Xan Rumi və səmərqəndli Şərif künbəzlərin tikintisinə rəh bərlik edirdilər, onlara Lahor ustaları kömək göstərirdilər. Buxaralılar və Dehli sənətkarları bəzək işlərini görürdülər. Benqaliyadan bağban, Şamdan, Bağdaddan və Şirazdan xəttatlar, rəssamlar çağırtdırmışdılar. Baş memar yerli usta, layihənin müəllifi Ustad isa idi. Şərq memarlığının o dövrlərdə qazandığı ən yaxşı nailiyyətləri Mümtaz Mahalın nə üçün özündə cəmləş dirdiyini anlamaq üçün bu siyahım oxumaq kifayətdir: Buxara, Şam, Səmərqənd, Bağdad və Şirazın təcrübəsini ustalar bu tikintiyə gətirmişdilər. Axı həmin şəhərlərin hər biri öz məscidləri, minarələri, mavzoleyləri və sarayları ilə məşhur idi. Mümtaz Mahalın nə üçün təkraredilməz hind məbədi olaraq qaldığı da aydındır- ustaların tən yarısı hindistanlı idi. Baş memar da, rəssamlar, tişə ustaları, fəhlələr da hindli idilər. Tikinti dünya miqyasında aparılsa da, hind məbədi olaraq qalırdı. _______________ R eyhan Mirzdzadd ______________________ so 266 ca ...Sanki hər yer - divarlar, döşəmə, kenotaflar başdan-başa xalçalarla bəzədilmişdir. Mümtaz Mahalın baş salonunda yalnız kenotaflar-zəngin bəzədilmiş saxta sərdabələr yerləşir.Şah Cahanın və onun arvadının əbədi uyuduğu əsl sərdabələr isə aşağıda, mavzoleyin zirzəmi- sindədir. Mümtaz Mahalın və onunla yanaşı basdırılmış Şah Cahanın sərdabələri xatəmkarlıqla, az qiymətli daş larla bəzədilmişdir. Əsrarəngiz ağacların budaqları gül- çiçəklə qovuşur; divarlarda süslənmiş yarpaqlar və ləçək lər füsunkar naxışlar yaratmışdır. Xatəmkarlıq da bütün mavzoleyə yaraşıq verən ağ mərmər üzərində edilmişdir və qiymətli daşlar qırmızı, yaşıl və mavi qığılcımlar kimi işıq saçır. Seylondan və Pamirdən füruzə, Çindən nefrit, İrandan əqiq gətirilmiş, iyirmi min fəhlə, rəssam və tişə ustası on səkkiz il Mümtaz Mahalın yaradılması üzərində işləmişdir. Aqranın iki kilometrliyində, Camna çayının sahilində, başda aqralı memar Ustad İsa olmaqla, istanbullu, səmərqəndli, şirazlı, lahorlu, təbrizli, bağdadlı, dəməşqli usta və sənətkarların çalışdığı tikintinin materialları Tibet, Yəmən, Seylon, Anadolu, İran, Ural, Ərəbistan və digər yerlərdən gətirilmişdi. Tac-Mahal hündürlüyü 75 metr olan beş qübbəli, dörd həmahəng minarədən ibarətdir. Bina gümüş və qızıldan düzəldilmiş rəngli daş omamentləri və Quran ayələri ilə bəzədilmişdir. Abidə tikilib qurtarandan sonra Şah Cahan onun ilahi gözəlliyindən riqqətə gələrək demişdi:“Tanrı qüdrə tinin insanlara görünməsi üçün dövr bu abidəni yaratdı!” . Türbə düzgün cizgiləri, daşlarının gözəl düzülüşü, mütə nasibliyi ilə memarlıq tarixində təmizlik və incəlik idealına, böyük sevgi simvoluna çevrildi. ______ A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ so 267 ca Bombeydən səkkiz saatlıq aralıda qədim Auran- qabad şəhəri yerləşir. Məşhur məbədlər məskəni Acanta buradan yüz kilometr kənardadır. Acantanın hündür dağlarında, sıldırım qayalarında nəhəng mağara məbəd ləri qazılıb. Acanta Buddaya sitayiş edən mohaxlar tərəfindən salınıb. Eramızdan əvvəl II əsrdə başlanan iş, düz 300 il sonra başa çatıb. Nəhəng bir qayada 29 məbəd və qəsr tikilib. Bu tikililər heykəltəraşlıq, rəssamlıq nümunələri ilə bəzədilib. Burada yerləşən qədim hind incəsənətinin misilsiz abidələrindən biri də Ellora adlanır. Onun da məbədləri qayada yonulub. Bu məbədlər IV və X əsrlər- arası yaranıb. Onların bəziləri hinduların, bəziləri bud- daçıların, bəziləri isə caynistlərindir. Ən gözəl məbəd VIII əsrdə tikilmiş Kaylasdır. 40 metr hündürlüyü, 50 metr eni, 80 metr uzunluğu olan nəhəng parça daşdan məbəd, heykəllər, qalereyalar yaradılıb. Bu tarixi yerlər indi minlərlə turistin ziyarətgahına çevrilib. Çandraqunta sütunu, Qara Məbəd, qədim Fatehnur - Sekri şəhəri hind mədəniyyətinin əzəmətli abidələri kimi dünya sənətsevərlərinin daimi ziyarətgahı kimi çox məşhurdur. Hindistan mətin və etibarlı yol ilə gedərək, həm ölkənin daxilində, həm də xaricində çoxsaylı problemləri aradan qaldırmışdır. Böyük müvəffəqiyyətlər qazanmış dır. Onun beynəlxalq nüfuzu xeyli artmışdır. Ötən onilliklər ərzində Hindistan böyük iqtisadi tə rəqqiyə nail olmuşdur. Hazırda Hindistan polad və prokat, dəzgah və ekskavotor, hesablayıcı elektron maşın və reaktiv təyyarələr, müxtəlif sənaye avadanlığı və kənd təsərrüfatı texnikası istehsal edir. Hələ 1980-cı ilin iyulunda Yerin “Rohini-1” süni peykinin Hindistan daşıyıcı ______________________ R e y h a n M irzdzadd _______________________ so 268 ce raketi ilə orbitə çıxarılması ölkənin elmi-texniki nailiyyət lərinə parlaq misaldır. 1950-ci ildə Hindistanın həyatında tarixi günə çevrilmiş 26 Yanvar - Respublika günü hind xalqı üçün böyük bayramdır. Bu bayram günündə dost xalqın sevincinə qoşulur, onu ürəkdən təbrik edir, Hindistanda yaşayan bütün insanlara Sülh və əmin-amanlıq arzu layırıq. Qoy həyatımız boyu xalqınız xoşbəxt və azad yaşasın! Qoy dövlətlərimizin səmasında daim Sülh və Səadət Günəşi şəfəq saçsın! Qoy xalqlarımızın, ölkələrimizin dostluq təravəti Hindistan çayının ətri kimi bütün dünyaya yayılsın! ______ A zə rb ayca n çılıq из vatdnpərvarlik mdfkurəsi__ _____ “Yeni təfəkkür” qəzeti, 12 yanvar 2006-cı il. so 269 or ZƏ NG İN M ƏDƏNİYYƏTİ OLAN XALQ Hindistanın himni Şərqin böyük filosofu Rabindranat Taqorun əsəridir. Qədim, zəngin mədəniyyəti olan istedadlı hind xalqı tarixin fırtına və qasırğalarına həmişə mərdliklə sinə gərib, gözəl incəsənət və ədəbiyyat əsərləri yaratmışdır. Bu əsərlərdə xalqın dərin zəkası, əzəmət və qüdrəti, onun ən nəcib hiss və duyğulan, humanizm və xeyirxah lığı, sadəlik və müdrikliyi ifadə olunmuşdur. Hind mədəniyyəti hələ qədim zamanlardan xalqlara tanış idi. Hind xalqının azadlığı uğrunda böyük mübariz, demokrat və filosof Mahatma Qandinin əsasını qoyduğu “Qandizm” adlı fəlsəfi-siyasi cərəyanın başlıca idealı hind milli təfəkkürü və ənənələri ilə bağlı idi. M.Qandi de- yirdi:“Mədəniyyət - elə bir davranışdır ki, o, insana öz insani borcunun nə demək olduğunu aydınlaşdırır.lnsani borcunu ödəmək və əxlaq normalarına riayət etmək oxşar, həmcins anlayışlardır. Əxlaq normalarına sadiq qalmaq- öz hiss və ehtiraslarına hakim olmaq deməkdir. Yalnız belə bir davranış sahəsində biz özümüzü dərk edirik.Təsadüfi deyildir ki, “sivilizasiya" qudcarat dilində “gözəl davranış” deməkdir. Əgər bu məfhum doğrudursa, o zaman Hindistanın kimdənsə nəyisə öyrənməyinə heç bir ehtiyac yoxdur”. Hind musiqisinin məşhur tədqiqatçılarından Silven Levi yazır ki, irandan Çinə qədər, Sibirin buzlu yerlə rindən Yava adasınadək hind musiqisi hər yerdə tanın mışdı. Hind musiqisindən bəhs edən alimlər, yazıçı və təzkirəçilər göstərmişlər ki, hindlilər musiqiyə çox meyl göstərən xalqdır. Musiqi hind əfsanələrində, milli epos larında mühüm yer tutur. “Ramayana” və “Məhəbhəram” dastanlarında ən qədim hind musiqisindən də bəhs edilir. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling