Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet24/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

____________
Reyhan Mirzəzadə
__________________ _
ro
 
296 ся
Hippokratın  bütün  həyatı  öz  biliyini  dərinləşdirmək 
və  zənginləşdirmək  uğrunda  yorulmadan  işləməklə  keç­
mişdir.  “Həyat qısa,  elmin  yolu  uzun,  əlverişli hallar keçici, 
təcrübə  aldadıcı,  mühakimə  yürütmək  çətindir.  Ona  görə 
həkimlə  bərabər,  xəstə  özü,  onun  ətrafındakılar və  bütün 
xarici  amillərin  hamısı  həkimin  fəaliyyətinə  kömək  etmək 
üçün  səfərbər  olunmalıdır”-  deyən  Hippokrat,  daim 
həkimlərin  mənəvi  aləminin  zənginləşməsinə,  biliyinin 
dərinləşməsinə  xidmət  göstərmiş,  həkimlərə  xəstənin 
kimliyindən  asılı  olmayaraq,  ona  ləyaqətlə,  saf  əqidə  ilə, 
məsuliyyətlə,  həssaslıqla  yanaşmasını  tövsiyə  etmiş, 
xəstənin  sağalması  yolunda  bacarıq  və  zəhmətini 
əsirgəməməyi aşılamışdır.
Azərbaycanın  arxiv  sənədləri  ilə  tanış  oluram. 
Bunlardan  biri  diqqətimi  daha  çox  cəlb  edir.  “Yunan 
xalqının  qəhrəman  oğlu  azad  edilməlidir!”  adlı  müraciət 
və  tələb  xarakterli  sənədi  Azərbaycanın  tanınmış  şair  və 
yazıçıları  imza!amışlar.“Ədəbiyyat və incəsənət” qəzetinin 
1959-cu  il  4  iyul  tarixli  nömrəsində  dərc  olunan  I.Əfən­
diyev,M. İbrahimov,S.Rəhimov,Ə. Vəliyev.O. Sarıvəlli,M.Ra 
him,  M.Cəlal,  B.Azəroğlu,  M.Dilbazi,  R  Rza,  N.Xəzri, 
A.Şaiq  kimi  böyük  mədəniyyət  xadimlərimizin  imzaladığı 
sənəddə  deyilir:“Gənc  ömrünün  yarısına  qədərini  həbs­
xanalarda  keçirən,  lakin  iradəsi  bir  an  da  olsun  sar­
sılmayan  Manolis  Qlezos  1941-ci  ildə  Afina  üzərinə  qara 
bulud  kimi  kölgə  salan  faşist  bayrağını  parçalamışdı.  Bu 
bayraq  müharibə  günlərində  yunan  və  bəşər  incəsə­
nətinin  eramızdan  əvvəlki  ən  parlaq  nümunəsi olan  Akro- 
pol  abidələrinin  zirvəsinə  sancılmışdı  Bu  isə  nəinki  yu­
nan  xalqının  iqtisadi,  siyasi  hüquqlarına,  istiqlaliyyətinə 
təcavüz  idi,  eyni  zamanda  bəşər  mədəniyyətinə təhqir  idi. 
Yunan  xalqının  doğma,  həqiqi  övladı  olan  Qlezos, 
əlbəttə,  bu  təhqirə  heç  cür  dözə  bilməzdi.  Faşist  işğal­
_______
A zə rb ayca n çılıq   və vətənpərvərlik m əfliurəsi
_______
ю  
297 ся

çıları  onu  dəfələrlə  mühakimə  etmiş, 1943-cü  ildə  Hitlerin 
şəxsi  əmrinə  əsasən  qiyabi  olaraq  edam  cəzasına
məhkum  edilmişdi...
Biz,  Azərbaycan  yazıçıları  da  səsimizi  bütün  dün­
yanın  ucaltdığı  haqq  səsinə  qoşur  və  tələb  edirik  ki, 
yunan  xalqının  düşmənlərinin  qurduğu  rüsvayçılıq  toru 
parçalansın,  azadlığın fədakar mübarizi azad edilsin!” 
Azərbaycan  müəllimi  Məmmədəli  Əliyevin  Manolis 
Qlezosa  həsr  etdiyi  “Əyilməz  vüqarın  sənin"  şeirində 
oxuyuruq:
Ey yunan  xalqının qəhrəman  oğlu,
Bu  gün bir zindandır qəlbinə məskən.
Nurludur getdiyin  azadlıq  yolu,
Böyük arzularla yaşayırsan  sən...
Əyiməz heç zaman mətin  bir vüqar,
Sağalar qəlbində sənin də yaran.
Səsinə  səs verir bizim də dağlar,
Bilki  milyonlardır arxanda  duran!
Bu  gözəl  şeirdən  yan  keçə  bilmirəm.  Onu  məşhur 
yunan şairi  Fotula Yannokopulu  yazıb.  “Bakı” adlı  şeiri  isti 
duyğularla  yazan  şair,  1960-cı  ildə  yurdumuza  qonaq 
gəlib  və  sevimli  paytaxtımızı  “Dostluq  şəhəri”  adlandırıb. 
Şeirdə deyilir:
Burda azadlığın  yanır məşəli,
Ürəklər sevincli,  üzlər nəşəli, 
igid  bakılılar hünər göstərir,
Qartal gözləridir sanki gözləri.
___________ 
R e vh an  M irzəzad ə
_________________________
so 298
 oa
Can  Bakı,  qoy nəğmən dağları  aşsın,
Günəşi dolaşsın,  ayı dolaşsın!
Gəzsin insanların dodaqlarında,
Dinsin gələcəyin qulaqlarında.
Gəzsin qitə-qitə qüdrətli səsin,
O ölkə bilməsin,  sərhəd  bilməsin.
Kaş bütün şəhərlər nəğməkar olsun,
Qoy dostluq  var olsun,  həyat var olsun!
Müasir  Yunanıstanın  tarixi  1453-cü  ildə  Bizans 
İmperiyasının  torpaqları  Osmanlı  İmperiyasının  tərkibinə 
qatıldıqdan  sonra  başlayır.  Rusiyanın  himayəsi  altında 
1800-cü  ildə  loni  adalarında  yaradılmış  Yeddi  Ada  Birliyi 
Respublikası  XIX  əsrin  əvvəllərində  Yunanıstanın  milli 
mərkəzinə  çevrildi.Yunanların  siyasi  azadlıq  uğrunda 
mübarizəsi gücləndi.
1821-ci  ildə  Yunanıstanda  baş  verən  Milli  -  Azadlıq 
İnqilabı  yunan  tarixinə  xalqın  istiqlaliyyət  uğrunda  milli- 
azadlıq  mübarizəsinin  yüksəlişi  kimi  daxil  oldu.  İnqilabın 
baş  verməsində  rus  ordusunda  xidmətdə  olan  general 
A. 
Ipsilantinin  rəhbərlik  etdiyi  gizli  inqilabi  təşkilatı  -   “Filiki 
eteriya",  (yəni  “Dostluq  cəmiyyəti”)  təşkilatı  da  böyük  rol 
oynadı.
Üsyan  qısa  müddət  ərzində  əksər  yunan  ərazilərini 
bürüdü.  1822-ci  ilin  yanvarında  çağrılmış  Milli  Məclis 
Yunanıstanın  azadlığını  elan  etdi  və  1821-ci  ilin  25  martı 
ölkə tarixinə  Müstəqillik Günü kimi daxil oldu.
Mənsə  dost  ölkənin  bu  xoşbəxt  günü  münasibətilə 
dünyanın  dühalar  diyarına  əbədi  sülh  və  səadət 
diləyirəm.
_______
A zə rb a y c a n ç ılıq  və vətənpərvərlik m əfkurəsi
______
“Strategiya az”, 
23 mart 2013 - cü il
so 299 
ca

BÖYÜK XALQIN  PARLAQ QƏLƏBƏSİ
“Çinin  çox  zəngin  və  qədim   tarixi  var.  B u n la rın   h a ­
m ısı  bütün  dünyaya,  o  cüm lədən  bizə,  a zə rb a y c a n lıla ra  
yaxşı  m əlum dur.  A m m a   1949-cu   ildə  b a ş   verm iş  h ad isə 
h ə r  ş e y i  köklü  surətdə  dəyişdirm iş  və  Çin  xalq ı  ö zü n ü n  
seçdiyi  yo l  ilə,  yən i  müstəqil,  qeyri-asılı  siyasət yeritm ək, 
öz  ölkəsinin  inkişafı  ilə  m əşğ u l olmaq,  öz xalq ı  üçün  d a h a  
yaxşı  şəraiti  təmin  e tm ək  yolu  ilə  getmişdir.  Çin  xalq ın ın  
seçdiyi  yol  Çinin  milli  m araq ların a  və  ən ə n ələrin ə  tam  
uyğundur  və  təbii  ki,  bütün  dünyada,  o  cüm lədən  A z ə r­
b aycan d a hö rm ət və  təqdirə  m alikdir”.
R eyhan M irzəzadə
________________________
HEYDƏR  ƏLİYEV 
Azərbaycan  xalqının  Ümummilli Lideri
Dünyanın  müasir  siyasi  tarixində  özünəməxsus  yeri 
olan  Çin  bəşəriyyətin  həm  də  qədim  mədəniyyət  ocaq­
larından  biri  olan  məmləkətdir.  İstər  Şərqdə,  istərsə  də 
Qərbdə  bir  çox  xalqların  mədəni  yüksəliş  və  inkişafında 
Çin xalqının  zəkası  və  səyi  nəticəsində  əldə edilmiş mad­
di  və  mənəvi  sərvətlər  mühüm  rol  oynamışdır.  Çin  tor­
pağında  böyük  mütəfəkkirlər,  alimlər,  ixtiraçılar,  siyasi 
xadimlər,  sərkərdələr,  habelə yazıçılar və şairlər yetişmiş, 
öz  kökləri  etibarı  ilə  çox  qədim  əsrlərə  bağlanan  olduqca 
geniş,  əhatəli  bir mədəniyyət və tarix yaranmışdır.
Qədim  zamanlarda  çinlilər  öz  ölkələrinə  “Çjun  Qo” 
(yəni  “Orta  dövlət")  deyirdilər.  Tarix  elminin  verdiyi 
məlumata  görə  bu  ad  əvvəlcə,  hələ  quldarlıq  zamanın­
dakı  ilk  Çin  sülalələrindən  birinin  dövründə  Lo-i  şəhərinə 
(indi  bu  şəhər  Henan  əyalətindədir  və  Loyan  şəhəri 
adlanır)  və  onun  ətrafındakı  yerlərə  -  Qərbi  Çjou  ərazi­
sinə  verilmişdi.  O  zaman  belə  hesab  edirdilər  ki,  Lo-i  gu-
во .Шсаа
ya  Yer  kürəsinin  mərkəzində,  günəş  ilə  yerin  birləşdiyi 
nöqtədə,  canlı  və  cansızlar  aləminin,  sükunət  və  hə­
rəkətin  qovuşduğu  yerdə  yerləşir.  Çinlilərin  özlərinə 
verdikləri  ən  çox  yayılmış  adlardan  biri  -  “Orta  dövlət 
adamları”,  yaxud  “Çjun  Qo  Jen”  adı  da  buradan  əmələ 
gəlmişdir.
Rusların  bu  ölkəyə  verdikləri  “Çin”  adı  Orta  Asiya 
xalqlarından  götürülmüşdür.  Orta  Asiya  xalqları  Orta 
dövləti,  uzun  zaman  ölkənin  şimal  hissəsində  yaşamış 
çinlilərin  adı  ilə  adlandırmışlar.  Qədim  romalılar  və  yu­
nanlar  Çini  “Sin”  və  ya  “Sina"  adı  ilə  tanımışlar.  Çox 
güman  ki,  bu  da  “Tsin” sözünün  (  eramızdan  əvvəl  IV-III 
əsrlərdə  Çindəki  ilk  sülalələrdən  birinin  adıdır)  başqa 
şəkildə  işlədilməsindən  əmələ  gəlmişdir.  Güman  edildi­
yinə  görə,  Çin  adı  romalıların  və  yunanların  işlətdiyi 
“Sina"  sözündən  əmələ  gəlmişdir  ki,  buna  da  Qərbdə 
oxşar  adlarla,  məsələn,  İngiltərədə  “Çayna",  Fransada 
“Şin”,  Almaniyada  "Xina” deyirdilər.
Qədim  Çinin  iqtisadiyyatı  və  mədəniyyəti  indi  də 
heyrət  doğurur.  Kağızın,  barıtın,  kompasın  kəşfi,  kitab 
nəşri,  tibb  elminə  aid  ən  qədim  “Neytszin”  və  “Farma­
kologiya”  kitablarının  çapı,  XVI-XVIII  əsrə  qədər təbabətə 
dair  62  mindən  çox  dərmanın  tapılması  dünya  sivilizasi­
yasının təşəkkülündə əvəzsiz rol oynamışdır.
Qədim  Çin  ədəbiyyatının  ən  məhşur  abidəsi  poetik 
antologiya  olan  “Şitszin”  (“Nəğmələr  kitabı”)  hesab  edilir. 
Antologiyada  305 sayda şeir toplanıb.
Çin  mədəniyyətində  bir çox adət-ənənələr  buddizm­
lə  əlaqədardır.  Məsələn,  çay  və  çayiçmənin  təşəkkülü 
haqqındakı  əfsanə  buna  misaldır.  Bu  əfsanəyə  görə  bud- 
daçılar  etiqad  zamanı  gümrah  olmalı,  bir  neçə  saat  ər­
zində  hərəkətsiz  qalmalıdırlar.  Bu  zaman  mürgüləmək  və 
ya yuxuya  getmək böyük günah  hesab edilirdi.
A zd rb g ycan cılıg   və vətənpərvərlik  m əfkurəsi
_______
so 
301
 ca

Bir dəfə  görkəmli  patriarx  Bodxidxarma  etiqad  pro­
sesində  özü  də  bimədən  yatır.  Oyandıqdan  sonra  hid­
dətlənən  patriarx öz  kipriyini  kəsir.  Bu  zaman  yerə  düşən 
qan  damlalarından  çay  kolunun  yarpaqları  yaranır.  On­
dan  hazırlanan  içki  isə  insana  gümrahlıq  bəxş  edir.  Bu, 
bir  əfsanə  olsa  da,  onun  mahiyyətində  böyük  hikmət 
vardır.
Lao-Tszı  və  Konfutsi  kimi  qədim  Çin  mütəfəkkir­
lərinin  fəlsəfi  təlimləri,  XIII  əsr  Çin  ədəbiyyatının  istedadlı 
nümayəndələrindən  biri  Quan  Xantsin  və  digər  ədiblərin 
yaradıcılığı  dünya mədəniyyətinə böyük töhfədir.
Qədim  Çin fəlsəfəsinin ən qüdrətli nümayəndəsi  Lao 
Tszıdır.  Filosof  eramızdan  əvvəl  VI  əsrdə  yaşamışdır. 
Rəvayətlərin  birində  deyilir  ki,  guya  anası  onu  bətnində 
81  il  gəzdirmişdir.  Guya  doğulanda  onun  qızıl  üzü,  ağap­
paq  saçları  varmış.  Buna  görə  də  ona  Lao  Tszı,  yəni 
“qoca  uşaq” adını  qoymuşlar.
Guya  o,  bir  dəfə  Konfutsi  ilə  görüşmüş  və  öz 
müdrikliyi 
ilə 
məşhur  filosofu 
heyrətə 
gətirmişdir. 
Rəvayətə görə,  Lao Tszı  200  ilə qədər yaşamış,  ömrünün 
axırında  tərki  -  dünya  olub  Qərbə  tərəf  getmişdir.  Lao 
Tszının  fəlsəfəsinə  görə,  xeyirsiz  şər  yoxdur,  çirkinlik 
olmasa  gözəllik,  alçaqlıq  olmasa  yüksəklik  yoxdur.  Filo­
sofa  görə,  ziddiyyətlər  bir-birinə  “qayıdır”  və  ya  çevrilir. 
“Ey  bədbəxtlik,  xoşbəxtliyin  əsası  sənsən.  Ey  xoşbəxtlik, 
bədbəxtliyin  əsası  sənsən”.  “  Kim  adamları  tanıyırsa  - 
arifdir,  özünü  tanıyırsa  -  ağıllıdır,  adamlara  qalib  gəlirsə  - 
güclüdür,  özünə  qalib  gəlirsə  -  qüdrətlidir,  biliyi  çoxsa  - 
dövlətlidir,  inadkarsa  -  iradəsi  var,  təbiətini  dəyişmirsə  - 
uzunömürlüdür,  ölüb  unudulmayıbsa  -  ölməzdir”.  “Doğru 
sözlər  gözəl  olmur,  gözəl  sözlərə  etibar  etmək  olmaz. 
Xeyirxah  -  yaxşı  danışa  bilməz.  Yaxşı  danışan  xeyirxah 
ola bilməz.  Bilən  sübut eləməz” və s.
______________________
R e yh an  M irzəzad ə
________________________
я о  
302
 o a
Konfutsinin  adamlardan  ən  çox tələb  etdiyi keyfiyyət 
humanizmdir.  Filosofa  görə,  humanizm  bütün  yaxşı 
cəhətlərin  məcmusudur.  Oğulun  ataya  hörməti,  qardaşın 
qardaşa  məhəbbəti  humanizmin  köküdür.  Oğullar  ataya 
qulaq  asmalı, valideynlər də övladlarla  iltifatlı  olmalıdır.
Böyük  dramaturq  Quan  Xantsinin  hələ  səkkiz  əsr 
bundan  əvvəl  yazdığı  əsərlər  bugünkü  müasir  dövrlə  də 
çox  səsləşir.  Ədib  yaradıcılığında  Çin  xalqının  mənəvi 
qüvvəsini,  onun  istiqlaliyyətə  olan  meylini,  azadlıq  uğrun- 
da  hər  növ  mürtəce  qüvvələrə  qarşı  mübarizə  əzmini, 
həm  Çin  xalqının  özünün,  həm  də  digər  sülhsevər  xalq­
ların  yüksək  və  nəcib  dostluq  hisslərini,  beynəlmiləlçilik 
ənənələrini  böyük  bir  məhəbbətlə  tərənnüm  etmişdir.  Çin 
filoloqları  və  bir  sıra  xarici  ölkə  alimləri  Quan  Xantsinin 
Çin  dramaturgiyasındakı  rolunu  qədim  yunan dramaturqu 
Esxilin  antik  dramda  tutduğu  mövqe  ilə  müqayisə edirlər. 
Onlar  qeyd  edirlər ki,  Esxil  yunan  faciəsini yaratdığı  kimi, 
Quan  Xantsin  də  XIII  əsrdə  Çində  yeni  formalı  dramı 
yaratmışdır.  O,  çox  məhsuldar  bir yazıçı  olmuşdur.  Ədib 
66  pyes,  deməli,  Şekspirdən  iki dəfə artıq əsər yazmışdır 
Təəssüf  ki,  böyük  Çin  dramaturqunun  bu  əsərlərinin 
hamısı  qalmamışdır.  Onlarının  çoxunun  yalnız  adı  mə­
lumdur.  Quan  Xantsinin  pyeslərindən  on  səkkizi,  deməli, 
bütün  əsərlərinin  yalnız  dörddə  biri  bizə  gəlib  çatmışdır. 
“Yayın  ortasında  qar”,  “Arvadları  oğurlayan",  “Pərvanənin 
yuxusu”,  “Ayın  duası”,  “ölm üş  əsgərlər  kralın  yuxusuna 
girir”,  “Hiyləgər  qız”  və  başqaları  Quan  Xantsinin  pyesləri 
arasında ən  çox  məşhur olanlarıdır.
Quan  Xantsinin  yaradıcılığına 
Azərbaycanda  da 
məhəbbətlə  yanaşılmış  və  yanaşılır.  Belə  ki,  ötən  əsrin 
50-ci  illərində  böyük  yazıçı  və  dramaturqun  ədəbi 
fəaliyyətə  başlamasının  700  illiyi  respublikamızda  geniş 
miqyasda  qeyd  edildi.  Həmin  illərdə  Çində  qastrolda  olan
______
A zə rb a y c a n ç ılıq  və vətənpərvərlik m əfkurəsi
_______
t o  
303
 С Я

Rəşid  Behbudovu  çinlilər  hərarətlə  qarşıladılar. 
Bu 
barədə 
“Suntıyan 
Jinbao”  qəzeti  yazırdı: 
“Çinlilər
Behbudovu  hələ  “Arşın  mal  alan"  filmindən  tanıyırlar. 
Bu  dəfə də  o,  öz zəngin  repertuarı  ilə  Çin  xalqının  böyük 
məhəbbətini  qazandı.  Elə  bir  konsert  olmamışdır  ki, 
Behbudov  “Arşın  mal  alan”dan  Azərbaycan,  çin  dillərin­
də  ariyalar  oxumasın.  Qeyri-adi  istedada  malik  olan 
Azərbaycan  müğənnisi  çin  mahnılarını  da  bir  çinli  kimi 
ifadə  etdi”.
Çin  xalqının  əsrlər  boyu  arzuladığı  istiqlaliyyətə 
gedən  yolu  mübarizələrlə  zəngin  olub.  Eramızdan  əvvəl 
221-ci  ildə  hökmdar  Sin  Şixuan  xırda  şahlıqları  bir­
ləşdirərək  Çin  tarixində  ilk  mərkəzləşdirilmiş  çoxmillətli 
dövlət  -  Sin  imperiyasını  yaradıb və  imperiya  təqribən  iki 
min  il yaşayıb.
1911-ci  ildə  böyük  ictimai  -  siyasi  xadim,  Qomindan 
Partiyasının  yaradıcısı,  Sun  Yatsenin  rəhbərliyi  altında 
burjua-demokratik  inqilabı  baş  verib  ki,  bu  inqilab  nəticə­
sində  imperatorluğa  son  qoyularaq  tarixdə  ilk  dəfə  Çin 
Respublikası  elan olunub.
Mütləqiyyət devrildikdən  sonra  Çin  rəsmi olaraq  “Da 
Çjun Xua  Min  Qo”,  yəni  “Çiçəklənən  Böyük Orta  Respub­
lika”  adlanırdı.  Xalqın  qələbəsinə  qədər  Çin  yalnız  söz­
də  respublika  idi.  Mülkədar  -  komprador  blokunun 
hökmranlığı  və  xarici  imperialistlərin  ağalığı  Çini  özünə 
layiq  olan  böyük ölkə  adından  məhrum  etmişdi.  Keçmiş 
hökumətlərin  rəsmi  sənədlərində  Çin  həm  “Böyük”,  həm 
də  “Çiçəklənən”  ölkə  adlandırılırdı.  Lakin  əsarət  altında 
yaşayan  xalq  kütlələri  üçün  bu  adlar istehzadan  başqa  bir 
şey deyildi.
1919-cu  ilin  4  may  hərəkatı  Çin  inqilabının  köhnə 
demokratik  mərhələdən  yeni demokratik  mərhələyə  keçi-
_________ _____________
_________________________so__304__ca'>R eyhan Mirzəzadə
_______________________
so 
304
 ca
dini  göstərirdi.  1925-ci  ildə  Sun  Yatsenin  vəfatından  son­
ra ölkəyə  marşal -  Prezident  Çan  Kayşin rəhbərlik etdi.
1949-cu  il  oktyabrında  böyük  bir  hadisə  baş  verdi. 
On  illərdən  bəri  davam  edən  ağır  mübarizələrdən  sonra 
xalq  həm daxili,  həm də xarici düşmənlər üzərində qələbə 
çaldı.  Ayın  1-də  Pekinin  Tiananmen  meydanında  keçi­
rilən  izdihamlı  mitinqdə  Mərkəzi  Xalq  Hökumətinin  sədri 
Мао  Tze-dun  təntənəli  surətdə  Çin  Xalq  Respublikasının 
yaradılmasını  bildirdi.  Çin Xalq  Respublikası  -  “Çjun Xua 
Jen  Min  Qun Xe Qo” elan  edildi.
Xalqın qələbəsi  haqqında  Mao-Tsze - dunun sözləri 
yeni  Çinin  həyatını  təcəssüm  etdirirdi:  “Biz  hamımız  dərk 
edirik  ki,  bizim  işimiz  bəşəriyyət  tarixinə  daxil  olacaqdır. 
Tarix  göstərəcəkdir  ki,  bəşəriyyətin  dörddə  bir  hissəsini 
təşkil  edən çinlilər bu gündən  etibarən xoşbəxt  bir həyata 
qədəm  qoymuşlar.  Çinlilər 
həmişə 
böyük,  cəsur  və 
əməksevən  millət  olmuşdur,  onlar  yalnız  ən  yeni  dövrdə 
geridə  qalmışlar.  Bu gerilik ancaq xarici imperialistlərin  və 
mürtəce  Çin  hökumətinin  zülm  və  istismarının  nəticəsidir. 
Yüz  ildən  artıq  bir  müddətdə,  o cümlədən  Çin  İnqilabının 
böyük  müjdəçisi  olan  doktor  Sun  Yatsenin  başçılıq  etdiyi 
1911-ci  il  inqilabı  dövründə  sələflərimiz  xarici  və  daxili 
zülmkarlara  qarşı  mübarizəni  fədakarlıqla  davam  etdir­
mişlər.  Bizim  sələflərimiz,  onların  ən  səmimi  arzularını 
həyata  keçirməyi  bizə  vəsiyyət  etmişlər.  Biz  də  bunu 
həyata  keçirmişik.  Biz  birləşdik,  Xalq  -  Azadlıq  mühari­
bəsinin və  böyük xalq  inqilabının  gedişində xarici və daxili 
zülmkarları  yıxdıq...  Bizim  millətimiz  daha  heç  bir  zaman 
alçalmayacaqdır...  Biz  artıq  qanad  açmışıq...”
Asiyanın  şərqində  yerləşən  Çin  Xalq  Respubli­
kasının  ərazisi  9,6  milyon  kvadratkilometrdir.  Çinə  məx­
sus  olan böyük dəniz akvatoriyasında  beş minə yaxın  irili-
_______
A za rb a y c a n ç ılıq   və vətənpərvərlik m əfkurəsi
_______
so 305 ся

xırdalı  ada  var.  Onların  ən  böyükləri  Tayvan  və  Xay- 
nandır.  Bu adaların  hər biri Çinin  əyaləti  sayılır.
Əhalisinin  sayına  görə Çin dünyada  birinci yeri tutur, 
ölkədə  bir  milyard  dörd  yüz  milyon  nəfərə  yaxın  əhali var 
ki,  bu  da  Yer  kürəsi  əhalisinin  21-22  faizinə  bərabərdir. 
Çində  altmışa  yaxın  millət  və  xalqın  nümayəndəsi 
yaşayır.
ölkənin  Konstitusiyasında  xarici  siyasətə, 
başqa 
ölkələrə  münasibətə  dair  beş  məşhur  prinsip  əsas 
götürülür.  Bunlar  -  bir-birinin  suverenliyinə  və  ərazi 
bütövlüyünə  qarşılıqlı  hörmət  etmək;  təcavüz  etməmək; 
daxili  işlərinə  qarışmamaq;  bərabərlik;  qarşılıqlı  fayda  və 
dinc yanaşı  yaşamaq  prinsipləridir.
Çinin  paytaxtı  Pekin  şəhərini 
“Böyük  Çin  kəndi” 
adlandırırlar.  Pekin  sözü 
“Şimal  paytaxtı” 
mənasımı 
daşıyır.  Bu,  Cənub  paytaxtı  olan  Nankin  şəhərinin  möv­
cud  olduğu vaxtdan qalmışdır.
Şəhər  iki  hissəyə  bölünür;  daxili  şəhər  və  xarici 
şəhər.  Daxili  şəhər  də  öz  növbəsində  ustalıqla  salınmış 
daha  iki  şəhərdən  ibarətdir  -  imperator  şəhəri  və  “qada­
ğan edilən  şəhər”  sayılan  Ququn.
Pekin  ölkənin  əsas  siyasi  -   iqtisadi  və  mədəni 
mərkəzidir.  Təqribən  800 yaşı  olan  bu  şəhərdə xeyli tarixi 
abidə,  memarlıq  kompleksləri,  misilsiz  sənət  inciləri 
vardır.
Şanxay  -  Çinin  dəniz qapısıdır,  ölkənin  ən  iri  şəhəri 
və  limanıdır.  Bu  liman  vasitəsilə  Çin  dünyanın  yüzdən 
çox  ölkəsi  ilə  ticarət  əlaqələri  saxlayır.  “Paytaxt  olmasa 
da,  ikinci şəhər deyil” -  bu,  çinlilərin  sözüdür.
Qədim  Çin  məsəlində  deyilir:  “Allah  göydə  cənnət, 
yerdə  isə Xançjou yaratmışdır”.  Bəzi səyahətçilər Xançjo- 
unu  Çinin ən ecazkar və füsunkar şəhəri  hesab edirlər.
_______________
Reyhan Mirzəzadə
________________
so 306
 ca
Azərbaycanla  Çin  arasındakı  əlaqələrin  iki  min  il­
dən  çox tarixi  var.  Bu tarixin  kökləri  “İpək yolu” dövrlərinə 
gedib  çıxır.  Böyük  İpək  yolu  eramızdan  əvvəl  138-126-cı 
illərdə  Çinin  qərbindəki  ölkələrlə  genişlənən  ticarət 
əlaqələri  sayəsində yaranmışdır.
Çin  xalqının  coşqun  və  mənalı  həyatı,  bu  ölkənin 
zəngin  və füsunkar təbiəti,  insanı  valeh  edən  mədəniyyəti 
Azərbaycan  şairlərini  ta  qədimdən  düşündürməyə  başla­
mışdı.  Hələ  doqquz  əsr  bundan  əvvəl  yaşayıb-yaratmış 
dünya  şöhrətli Azərbaycan şairi  Nizami  Gəncəvi  ilk  böyük 
poeması  olan  “Xosrov  və  Şirin”lə  yanaşı,  bir  çox 
əsərlərində  Çindən,  Çin  xalqının  mədəniyyətindən,  sə­
nətindən,  sənətkarlığından  dönə  -  dönə  bəhs  etmişdir. 
Onun  Xosrova  qarşı  qoyduğu  Fərhad,  mahir  bir  rəssam 
kimi  göstərdiyi  Şapur  sənətkarlığı  Çində  öyrənmişlər. 
Bəhramın tərəf - müqabili  Fitnə də  çinlidir.
“isgəndərnamə"də  Çin  xalqının  qəhrəmanlığından, 
vətənpərvərliyindən  daha  geniş  danışılır.  Şair  İsgəndərin 
at oynatdığı  yamyaşıl düzənliklərin,  xoş  iqlimi,  xoş  havası 
olan  meşələrin  tablosunu  ölməz  sənətkarlıqla  yaradıb 
oxucuların  gözü  qarşısında  canlandırır.  Burada  o,  eyni 
zamanda  çinli  qadınların  bacarıqlı,  işgüzar  olduqlarını 
tərənnüm  edir.  Çin  rəssamları  ilə  Rum  rəssamlarının 
müsabiqəsi  təsvir  olunan  yerdə  şair  Çində  rəssamlığın 
çox inkişaf etdiyini göstərir.
Bütün  bunlar  Nizami  Gəncəvinin  Çin  xalqına,  onun 
qədim  tarixinə,  incəsənətinə  və  mədəniyyətinə  yaxından 
bələd  olduğunu  və  hələ  XII  əsrdə  Çinlə  Azərbaycan 
arasında  mədəni  əlaqələrin  inkişafını  təsdiq  edir.  Əsrlər 
ötdükcə  bu  əlaqələr  genişlənir,  hər  iki  xalqın  ürəyində 
özünəməxsus layiqli yer tutur.
Çin  qızlarının  gözəlliyi  XVIII  əsr  Azərbaycan  şairi 
Vaqifin  də  müqayisə  və  təsvir  vasitələrinə  çevrilir.  Şair
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____ .
to  307
 caa

"Kür  qırağı”  nın  oynağan,  çalıb-şağıran  qızlarını  təsvir 
edərək yazır:
Elə gözəl vardır bunlar içində,
Ələ düşməz hərgiz Çinü- Maçində.
XIX  əsr  Azərbaycan  şairlərinin  Çin  haqqında  çox 
təbii  və  qiymətli  misralarına  rast  gəlirik.  Sonralar  Səməd 
Vurğun,  Süleyman  Rüstəm,  Mikayıl  Müşfiq,  Məmməd 
Rahim,  Osman  Sarıvəlli,  Əhməd  Cəmilin  və  daha  çox 
Rəsul  Rzanın  yaradıcılığı  bu  cəhətdən  xüsusilə  diqqə­
təlayiqdir.  R.Rzanın  "Çapey”  və  "Su-Au"  kimi  əsərləri 
İkinci  Dünya  müharibəsi  ərəfəsində  Çinə  müdaxilə  edən 
imperialistlərin  azğın  siyasətindən  və  onlara  qarşı 
mübarizə  aparan  Çin  xalqının  möhkəm  iradəsindən  bəhs 
edir.  Çinin  bu  savaşlarında  həlak  olmuş  Çapeyin,  balaca 
istedadlı  aktyor  Su  - Aunun  taleyindən  şair  dərin  bir  kə­
dərlə  danışır.  Çin  xalqını  bu  qanlı  fəlakətləri  törədən 
düşmənlərə qarşı  mübarizəyə çağıraraq:
Silah  başına!
Eyyy...
Çinin  mərd  oğulları!
Qaldırın  qan  rəngli 
Bayrağı  yuxarı!
Bağırın  gur səslə:
“Çindən əlini  çək!
Çin öz tarlasını 
özü  biçəcək!”  - deyir.
Şairin  hələ  1932-ci  ildə  dediyi  bu  sözlər  böyük  Çin 
xalqının  rahatlığını  pozmaq  istəyən  imperialistlərə  qarşı 
Azərbaycan  xalqının  bu  gün  də  əzəmətli  marşı  kimi 
səslənir.
____________________
__Reyhan M irzəzadə
_________________________
so3C8
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling