Reyhan Mirzəzadə azərbaycançiliq və
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ so 390 ся
- Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi ю 3 9 / ce
- _______________ Reyhan Mirzdzada ________________ sn392ca.
- AzdrbaycancıliQ vd vətənparvərlik mdfkurasi ____ so 393
- _______________ Reyhan Mirzəzadə ________________ so
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so
- _______ ;_______ Reyhan Mirzəzadd ________________ 396 m
- ___ __________ _Reyhan M irzə za d ə _____________ _
- _______________ Reyhan Mirzəzadə__ ______________
____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ se>389o a cıl zabitlərin əhvali-ruhiyyəsini böyük ədib Borodino döyüşü ərəfəsində romanın qəhrəmanlarından Andrey Bolkonski ilə Pyer Bezuxovun söhbətində belə təqdim edir: “Vuruşmada o tərəf qalib gələcək ki, qalib gəlməyi möhkəm qət etmişdir! Mən sabahı belə təsəvvür edirəm. Yüz minlik rus və yüz minlik fransız ordusu üz-üzə gəlmişdir. Kim daha qəzəblə vuruşsa, canını əsirgəməsə, o qalib gələcəkdir”. Təbiilik, sadəlik və obyektivlik baxımından Tolstoyun yaradıcılıq xüsusiyyətlərini özündə təcəssüm etdirən və yaşadan Mir Cəlal, haqlı olaraq təsdiq edir ki, yalnız rus ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müha ribənin xarici effektlərdən, zahiri parlaqlıqdan uzaq, əsl real, həqiqi lövhəsini vermək xidməti və şərəfi Tolstoya məxsusdur. O, Sevastopolda “ölməyə ləzzətlə hazırla şan” rus adamlarının şücaətini vermişdisə, “Hərb və sülh” romanında müharibə qəhrəmanlarının böyük bir sil siləsini, onların iradə və fəaliyyətini daha geniş epik planda verir. Burada ümumiyyətlə, 559 şəxsiyyət (surət) təsvir olunmuşdur. Mir Cəlal bildirir ki, Tolstoy əvvəlcə 1825-ci ildə in qilabçı dvoryanların mütləqiyyətə və təhkimçiliyə qarşı üsyanında iştirak edən bir dekabristin tarixini və müba rizəsini yazmaq niyyətində idi. 1850-ci ildə ədib bu işə başlamış və üç fəsil də yazmışdı. Əsərinin ardını düşü nəndə gördü ki, öz qəhrəmanının cavanlığını, onun 1812- ci il Vətən müharibəsindəki iştirakını mütləq təsvir etməli olacaq. Vətən müharibəsinin təsvirinə qayıdanda isə rus xalqının bu məşhur qəhrəmanlıq dastanı ədibi dərindən- dərinə düşündürür və cəlb edir.Onu yeni mövzu çox ilhamlandırır. Ədib göstərir ki, bu əsərdə mən xalqın tarixini yazmaq istəmişəm. _______________ Reyhan Mirzəzadə ________________ so 390 ся Böyük Vətən müharibəsi dövrü, 1941-1945-ci illərdə Tolstoy əsərlərinə, xüsusilə “Hərb və sülh" romanına olan maraq daha da artmışdı. Bu maraq yalnız Tolstoyun öz Vətəni olan Sovet İttifaqında deyil, xarici ölkələrdə də xeyli çoxalmışdı. 1942-ci ildə İngiltərənin “Tayms” qəze tində maraqlı bir məqalə dərc edilmişdi. Həmin məqalədə deyilirdi:“ indi ingilis oxucularının çoxu “Hərb və sülh” romanını yenidən oxuyur.“Tayms” abunəçilərindən biri redaksiyaya yazır ki, o, son ildə bu əsəri beş dəfə oxu muşdur. Xüsusilə cəbhələrdə vəziyyət gərginləşdikcə o, daha tez- tez romana müraciət etmişdir. O, yazır ki, mən, Lev Nikolayeviçin ölməz əsərində həmişə təmkin və qələbəyə inam tapıram". Tolstoyun ikinci dünya şöhrətli ən məşhur əsəri “Anna Karenina’ dır. Bu romanında ədib, özünün ailəyə, əxlaq və qadın məsələlərinə münasibətini və yaşadığı dövrdə mövcud problemlərlə bağlı hadisələri parlaq löv hələrlə ifadə etmişdir. Əsərdə ictimai tənqid daha güclüdür. “Anna Karenina” insanların iztirabları, həyəcan və qayğılarını, həyat yollarında büdrəmələrini böyük sənətkarlıqla əks etdirməkdə “Hərb və sülh”dən geri qalmayan bir əsərdir. Lev Tolstoy gəncliyin cəmiyyətdə böyük qüvvə ol duğunu, bütün nəcib vətənpərvərlik və yaradıcılıq hiss lərinin ilk növbədə cavanlara xas olduğunu, onun sima sında təcəssüm etdiyini dərindən başa düşərək öz qiy mətli əsərlərində bir sıra qabaqcıl, tərəqqipərvər gənc lərin surətini yaratmışdır. “Hərb və sülh” romanının epi loqunda Tolstoyun ən məşhur gənc qəhrəmanlarından biri Piyer Bezuxov çar mütləqiyyətinin qanlı mürtəce siya sətini ifşa edərək, sonsuz bir qəzəb hissi ilə deyir: “ Kim də gənclik qüvvəsi və namus varsa, onu məhv edirlər”. Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi ю 3 9 / ce Tolstoy gənc və namuslu qüvvələri məhv edən çarizmin əksinə olaraq, cavan nəslə böyük ümid lər bəsləyirdi. Onun məhsuldar pedaqoji fəaliyyəti məhz bu ümidlərlə bağlı idi. Böyük yazıçı xalq kütlələri içə risindən, kəndin uşaqları arasından daha parlaq iste dadlar yetişəcəyinə inanır və sevinirdi. O, kəndli uşaqları üçün yeni demokratik məktəb açır, insanpərvərlik hissi ilə dolu olan xüsusi pedaqoji əsərlər yazırdı. Gənc nəslin, xalq övladlarının tərbiyəsi Tolstoyun həyatında bö yük yer tutmuşdu. Sadə və yoxsul gənclərin qayğısını çəkərkən Tolstoy, öz xalqının, öz Vətəninin gələcəyini düşünürdü. Gələcəyə gedən yol isə əlbəttə ki, erkən yaşlardan başlayırdı.Yazıçı, gələcəyin ümidi olan uşaqların ağıllı, təhsilli, bilikli, dünyagörüşlü böyümələrini arzulayır, bu məqsəd naminə əlindən gələni əsirgəmirdi. Həyatlarını məqsəd naminə qurmalarını bütün insanlara tövsiyyə edirdi:“Bütün həyatın boyunca bir məqsədin olsun, müəyyən bir zaman üçün, gün üçün, ay üçün, il üçün, hətta dəqiqə üçün belə, məqsədin olsun”. “İnsan öz dəyərini ancaq çalışaraq qoruya bilər”- deyən yazıçı, uşaqlar üçün çox çalışırdı. Odur ki, yazıçının adı rus pedaqoji fikri tarixində “Əlifba” və dörd qiraət kitabının müəllifi kimi də məşhur idi. Qürurla yada salmaq istə yirəm ki, ədib eyni zamanda Azərbaycanın ədəbi - bədii, pedaqoji və fəlsəfi fikrinə qüvvətli təsir göstərmişdi. XIX əsrin 80-90-cı illərində Azərbaycanda milli uşaq bədii nəsri yox dərəcəsində idi, yeni tərtibli dərsliklər, sinif- dənkənar mütaliə üçün yararlı hekayələr yaradılmamışdı. Buna görə də Azərbaycan məktəbləri üçün dərslik tərtib edən A.Çernyayevski, S.Vəlibəyov, R.Əfəndiyev, M.Seyidov, M.Qəmərlinski, A.Şaiq, M.Mahmudbəyov Tolstoyun hekayələrindən istifadə etmiş, ədibin dərslik _______________ Reyhan Mirzdzada ________________ sn392ca. tərtibi prinsiplərindən öyrənmişdilər. Yeni yaradılan dərsliklərdə, “Dəbistan” və “Məktəb" uşaq məcmuələrində Tolstoyun çoxlu hekayələri çap olunmuşdu. Bununla bərabər, yazıçının hekayələri ayrıca kitab şəklində də buraxılırdı. Həmin tərcümə əsərləri milli uşaq bədii nəsrinin yaranmasına təkan verir, azərbaycanlı uşaq nasirləri üşün nümunə olurdu. Lev Nikolayeviç Tolstoy istər mənəviyyatda, əqi dədə, istər həyat tərzində, fəaliyyətdə, istərsə də xalqın taleyində, cəmiyyətdə hər şeydən əvvəl bir həqiqət, saflıq axtaran sənətkar və mütəfəkkir idi. O, həyatın mənasını anlamağa və dərk etməyə, insanın nə üçün yaşadığını özü və oxucuları üçün aydınlaşdırmağa çalı şırdı.Yaradıcılığının hələ ilk dövrlərində onu hər şeydən artıq düşündürən məsələ insan şəxsiyyətinin inkişafı və kamilləşməsi ideyası idi. Tolstoy ictimai məsələləri bu ideyaya tabe edir və inanırdı ki, insan şəxsiyyəti kamil ləşdikcə, ictimai bərabərsizlik və ədalətsizlik kimi mənfur cizgilər öz-özünə aradan qalxacaqdır. Buna görə də o, bir tərəfdən müasir cəmiyyətin bütün nöqsanlarını ifşa edir, “ maskaları açır”, digər tərəfdən özünün müsbət ideallarını təbliğ etməyə, mənəvi kamillik ideyalarını təcəssüm etməyə çalışırdı. Beləliklə, Tolstoyun simasında sanki iki adam birləşmişdi: Bunlardan biri amansız tənqidçi, ikincisi insanları kamilləşdirməyə gəlmiş peyğəmbər idi. Tolstoy cəmiyyətdəki bütün prosesləri aydın gö rürdü. O, yazıçı kimi realizmi, mütəfəkkir kimi dini təlimi ilə mövcud quruluşun dağılmasım irəli sürür, gec - tez sistemin aradan çıxacağım söyləyirdi. Dvoryan dövləti öz xəfiyyələri, jandarmları, senzurası, rəsmi dövlət kilsəsi, baş ruhani idarəsi vasitəsilə böyük, əməlisaleh sənətkarı addımbaşı təqib edirdi. Bununla belə, dövlət və kilsə Tolstoydan qorxduğu qədər heç bir yazıçıdan qorxmurdu. AzdrbaycancıliQ vd vətənparvərlik mdfkurasi ____ so 393 ca Çarizm başda olmaqla, bütün rəsmi dövlət idarələri Tolstoyun istər xalq arasında, istərsə də beynəlxalq nüfuzu qarşısında özlərini çox zəif, gücsüz hesab edir dilər. Çünki Tolstoy amansız tənqidində milyonların dilin dən danışır, milyonların ürəyindən xəbər verirdi. Buna görə də Tolstoyun istər bədii, istərsə də dini - fəlsəfi və publisistik əsərləri ciddi senzor müqavimətinə tuş gəlirdi. Xalqın mənafeyini müdafiə edən hər bir sözü, fikri xalqdan gizlədilir, böyük yazıçını xalqın gözündən salmaq üçün tədbirlər düşünülürdü. 1892-ci ildə Lev Nikolayeviç Tolstoyun “Məhəbbət haradadır, Allah da orada” və “Nə üçün insanlar bihuş olurlar?” kitablarının çapı qadağan olunmuşdu. Həmin vaxtlar o, dinə deyil, məhz kilsənin amiranəlik üslubuna, kilsə ilə hakimiyyətin əlbir olmasına qarşı çıxırdı.Tolstoya ümumxalq nifrəti yaratmaq üçün onun kilsəyə getməsi rəsmən qadağan edilmiş və dua zamanı ona lənətlər oxunurdu. Müqəddəs Sinodun - Kilsədə Ali İdarəetmə Şurasının bu barədə verdiyi qərar hökumət tərəfindən bəyənilmiş və ölkənin bütün ruhani idarələrinə, kilsələrə göndərilmişdi. Tolstoy da Sinoda cavabını vermişdi: “Mənim, özünü pravoslav adlandıran kilsədən ayrılmağım çox ədalətlidir. Ancaq mən Tanrıya qarşı çıxdığıma görə kilsədən ayrılmıram, əksinə, tək buna görə ayrılıram ki, bütün qəlbimlə Ona (Tanrıya) xidmət eləmək istəyirəm”. Buna görə də millətlərin böyük sevgisini qazanmış dahi yazıçıya ümumxalq məhəbbəti azalmaq əvəzinə, günü-gündən çoxalırdı. Baş Mətbuat İdarəsinin quber natorlara göndərdiyi gizli sərəncamda qeyd olunurdu ki, Müqəddəs Sinodun L.N.Tolstoy haqqında qərarı və rəsmi məktubu elan edildikdən sonra qəzetlər həmin yazıçıya hüsn - rəğbətlərini bildirən çoxlu yazılar və teleqramlar çap edirlər. _______________ Reyhan Mirzəzadə ________________ so 394 ca Tolstoyun yazıçı və mütəfəkkir kimi mövqeyi çox böyük olduğuna görə, onun milyonlarla sevən oxucularını heç bir sərəncamla müəllifdən uzaqlaşdırmaq olmazdı. Artıq bu mümkün də deyildi. Yaradıcılığının çoxsahə- liliyi, hadisələrə obyektiv münasibəti, yalnız həyat hadisələrini, gələcək nəslə ibrət ola biləcək məsələləri qələmə alması böyük yazıçını getdikcə məhşurlaşdırır, dünyəvi hadisələrə təsir göstərən yazıçı-filosof ki mi onu bütün xalqlara yaxınlaşdırırdı. Həyat üzü görən hər bir yeni əsəri müəllifinə diqqəti daha da çoxaldırdı. Qadağan olunan əsərləri daha tez yayılır və müəlliflə həmrəy olanların sayını birəbeş artırırdı. Onu da deyim ki.Tolstoyla həm öz sağlığında, həm də özündən sonrakı dövrdə görkəmli şəxsiyyətlər tərə findən fikir ayrılıqları yarana bilirdi. Tolstoyu dahi və əvəzolunmaz sənətkar kimi dəyərləndirən Mir Cəlalın yanaşmaları bəzən yazıçının subyektiv düşüncələri ilə üst-üstə düşmürdü. Deyirdi ki, Tolstoy bədii yaradıcılıqda böyük cəsarət sahibi idi. Səhv etsə də, Şekspirin əleyhinə yazdığı məqalədə onun şöhrətini “epidemik şöhrət” ad- landırması, Balmontu oxuyub “romantizm həqiqətin göz lərinə baxmaqdan doğan qorxudur”- deməsi sənət haqqında tamam orijinal fikirləri bu cəsarəti bir daha sübut edir. Tolstoy sərbəst mühakimə və müstəqil düşün cəni sevər, sənətdə və həyatda müəyyən olunmuş, qay da halını almış çox sxemaları rədd edərdi... İnsan amili və həyatı tərəqqipərvər, genişürəkli, yazdıqları ilə əməlləri vəhdət təşkil edən yazıçını bir an rahat buraxmırdı. Bu faktları mənbələrdən araşdıranda, təsirləndim. 1882-ci ildə Tolstoy Moskvada əhalinin si yahıya alınması tədbirlərində könüllü iştirak etmişdi. İnsanın böyüklüyünə baxın ki, bu işdə onun məqsədi ca maatın güzəranı ilə yaxından tanış olmaq, yoxsulları aş Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 395 ca kara çıxarmaq, onlara yardım göstərmək idi. O, kasıblara kömək etmək, onları işə düzəltmək, uşaqları məktəbə yazdırmaq, yurdsuzlara sığınacaq tapmaq istəyirdi. Yazı çı insanların problemlərilə bağlı mətbuatda və şəhər dumasında məsələlər qaldırırdı. Bütün bu kimi əməllərinə görə Tolstoy sağlığında ikən ölməzlik'qazanmış, xalq haqlı olaraq ona Peyğəmbər kimi yanaşırdı. Tolstoy mənəvi cəhətdən olduğu kimi, fiziki cə hətdən də sağlam adam idi. öm rü boyu tək bircə dəfə xəstələnib müalicə üçün Krıma getmişdi. Onun duruşu, oturuşu, davranışı, hər bir hərəkəti bu adamda tükən məz bir həyat enerjisi, həyat eşqi olduğunu göstərirdi. Qışın soyuğunda bədənini buz kimi soyuq su ilə yuyurdu. Yayda saatlarla bağda - bağçada əkin və biçinlə məşğul olurdı. Piyada gəzintiyə xüsusi həvəs göstərirdi. Təsadüfi deyil ki, o, 60 yaşlarında olanda üç dəfə Mos kvadan Yasnaya Polyanaya piyada getmişdi. 67 yaşın da o, velosiped, xizək sürməyi öyrənmişdi. Göldə məha rətlə üzürdü. 70 yaşında olduğu zaman ayağına konki keçirib güzgü kimi hamar buzun üstündə sürüşürdü. 80 yaşında hər gün bədən tərbiyəsi ilə məşğul olurdu. Ahıl vaxtında atını minib çapır, yorulmaq bilmirdi. Da hi işləməyi sevməyən, zəhmətlə yaşamayan adamlar haqqında sərt mövqedə dururdu:“Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir”. O,qocalığında da gənc idi. 82 il ərzində həyatda gördüklərini elə bil dünən görmüşdü.Bir hadisəni xatırlayarkən heç bir təfsilatı unutmurdu. Tolstoyun təkcə parlaq, eyni zamanda ülgüc kimi iti gözləri onu görənləri heyrətə salar və bu incə vücudda olan tükənməz mənəvi qüvvəti əks etdirərdi. Onun göz ləri qarşısındakı adamın gözlərinə ox kimi sancılardı. Onun baxışına davam gətirmək çətin idi. I.Turgenev xatır ___________________396_m'>_______ ;_______ Reyhan Mirzəzadd ________________ 396 m layırdı ki, heç kimTolstoyun nüfuzedici baxışı altında ürə yindəkini gizlədib yalan danışmağa cürət etməzdi.M. Qor- ki deyirdi ki, Lev Nikolayeviçin bir cüt gözündə min göz var idi. Tolstoyun dahiliyi onun gözlərindən sezilirdi. Tolstoyun gözləri doğrudan da çox kəsərli baxışa malik idi. İnsan qəlbinin ən dərin, ən qaranlıq, ən sirli guşələrində onun gördüklərini ondan qabaq görən ol mamışdı. Buna görə də yaşadığı dövrü hamıdan geniş və hamıdan dərin qavramaq, hamıdan yaxşı əks etdirmək ona müəssər olmuşdu. Tolstoyda bir də müstəsna fikir paklığı və həqiqilik var idi. O, obyektiv həqiqəti bəzəməz, əksinə, zahirdə zərif və nəcib görünən adamların üzün dəki maskanı açıb, onların çirkin daxili simasını oxucuya göstərirdi. Həqiqət nə qədər acı, nə qədər çirkin olsa belə, Tolstoy onu açıq qəlblə söyləməkdən çəkinməz və qorxmazdı. Səmimilik və mübarizlik, təhlildə obyektivlik, yalan satmamaq, fikrini olduqca sadə və aydın söyləmək keyfiyyəti Tolstoyun yaradıcılığına xas olan xüsusiy yətlərdən idi. Tolstoy Azərbaycan zəhmətkeşlərinə, oxucuları na məhz bu simasına görə əziz idi. Tolstoy böyük insan pərvər idi. Onun əsərlərində zəhmətkeş insana hansı millətdən olursa - olsun, böyük bir məhəbbət vardı.Tols- toy öz əlinin qabarı, alnının təri ilə yaşayan namuslu adamları sevir, belə adamları əsarət altında, kölə vəziy yətində saxlamaq istəyənlərə nifrət edirdi. O, hər şeyi açıq-aydın yazan, öz ürəyinin sözünü gizlətməyən bir ədib idi, onun cəmiyyət və, insanlar haqqında fikirləri səmimi idi. Tolstoy dahi bir söz ustadı kimi həyatı düzgün, təbii və inandırıcı şəkildə əks etdirən misilsiz bir realist sənətkar kimi milyonlarla oxucuya doğma və əziz idi. Dünyanın doğma və əziz insanı ömrünün sonuna bir neçə il qalmış Nobel Mükafatından imtina etmişdi. Rusiya ____ Azərbaycançılıq və vatanparvarlik mafkurasi_ ___ 60 397 ca Elmlər Akademiyasının 1906-cı il üçün ədəbiyyat üzrə Nobel Mükafatına onun namizədliyini irəli sürməsini eşidəndə, Lev Tolstoy tanışı fin yazıçı və tərcümə çisi Arvid Yarnefeltə məktub göndərmişdi. Həmin mək tubda yazıçı İsveç həmkarlarından xahiş edirdi:“Elə et məyə çalışım ki, Mükafat mənə təqdim olunmasın. Əgər bu baş verərsə, ondan imtina etmək mənə qətiyyən xoş olmazdı". Bundan sonra həmin il Mükafat italyan şairi Cozue Karduççiyə verilmişdi. Həyatı boyu psixoloji təsirlər altında az əziyyət çəkməyən Tolstoy, ömrünün son illərində tam sakit şəraitdə qalmağa üstünlük vermək niyyətində olur. Odur ki, şəxsi həkimi ilə bərabər, ailəsinə bildirmədən, həyat yoldaşına yalnız vida məktubu yazaraq, 1910-cu il oktyabrın 27-də Yasnaya Polyanam tərk edir. Qohumuna baş çəkəndən sonra Qafqaza getmək məqsədi olan və Ryazan - Ural istiqamətində işləyən dəmir yolu qatarı ilə yola düşən ədib, sətəlcəm xəstəliyindən əziyyət çəkdiyinə görə, oktyabrın 31- də Lipetsk vilayətinin Astapovo stan siyasında qatardan düşməyə məcbur olur. Stansiyanın rəisi əslən Latviyadan, milliyyətcə latış olan Ivan ivanoviç Ozolin axşam saat 19 - da yazıçını evinə gətirib dərin ehtiram və məhəbbətlə ona xidmət göstərir. Hadisədən artıq bütün dünya xəbər tutur. Noyabrın 3-də Tolstoy gündəliyində son qeydlərini yazır:“Nə lazımdırsa elə, qoy nə olacaqsa, olsun”. Mir Cəlal bu barədə yazır: “Deyirlər ölümündən bir gün qabaq o, başını qaldırıb hamını təəccübləndirən bir şəkildə oturmuşdu. Yaxın adamlardan biri soruşmuşdu: “Nə olub? Yastığınızı düzəldimmi?" Tolstoy belə cavab vermişdi:Yox! Sonra uca səslə demişdi:“Bir şeyi yadınızda saxlayın, dünyada Lev Tolstoydan başqa çox adam var, siz isə təkcə Tolstoya baxırsınız ”. ___ __________ _Reyhan M irzə za d ə _____________ _ to 398 ea Altı nəfər təcrübəli həkim Tolstoyun sağlamlığı naminə gecə-gündüz çalışsa da, dahini həyata qaytar maq mümkün olmur. 1910-cu il noyabrin 7-də, yeni təqvimə görə 20 - də, səhər saat 6.05-də Tolstoy stan siya rəisinin evində əbədi olaraq gözlərini yumur. Böyük oğlu Sergeyə ölümündən bir neçə saat əvvəl yalnız bun ları deyə bilir:“Seryoja. Həqiqəti...Çox şeyi sevirəm...Mən hamını sevirəm ...” Həmin dəqiqələrdə Astapovo teleqrafı bütün Rusiyaya, bəlkə də bütün dünyaya sanki bir ildırım sürətilə xəbər verirdi:“Təcili! Vəfat e td i...” Tolstoyun sadəliyinə və böyüklüyünə, onun əbədi yaşar ömrünə, bəşəriyyətə nümunə olan yaradıcılığına və mənliyinə yüksək dəyər verən Mir Cəlal Paşayevin rus dahisi haqqında yazdıqlarından son sitatımı qələmə alıram: “Tolstoy sənətdə dil, ifadə sadəliyini başlıca şərt lərdən sayırdı:“Hər kəs həqiqətə, varlığın idrakına öz xüsusi yolu ilə gedir. Mən də yazı ilə gedirəm. Lakin bircə onu deyə bilərəm ki, mən sadəcə sözlə yazmıram, bununla həm də yaşayıram. Yalnız bununla xoşbəxtəm və bununla da öləcəyəm". ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ "Həftə içi” qəzeti 4 noyabr, 2015-ci i! Eo 399 03 MİR CƏLAL VƏ RUS ƏDƏBİYYATI 2015-ci il Rusiyada rəsmi olaraq “Ədəbiyyat ili" elan olunub “ M əlu m d u r ki, realist bədii n ə s r A zərb aycanda son əsrlərdə yaranm ışdır. B u yaranışd a böyük rus ədəbiyyatı, xüsusən rus realist n əs ri həm işə qayğıkeş müəllim ol muşdur. Bizim əd ə b iy yatım ızd a elə görkəm li realist n a s ir tap m aq çətindir ki, keç ən əsrin böyük rus ədiblərini bu və y a b aş q a d ə rə c ə d ə izləm əsin, onları sevməsin, onların yarad ıcılığ ın d an öyrənm əsin. Bu yalnız bizim ədiblərə a id bir xüsusiyyət deyildir. Qoqol, Tolstoy, Çexov, Qorki kim i yazıçıla rd an bütün d ün ya ədəbiyyatında böyük sən ət ustaları kimi, bəd ii nəsrd ə həqiqi müəllim kimi bəh s olunur”. Mir Cəlal Paşayev "ötüb keçən h ə r b ir il daha istedadlı adam ları aşka ra çıxarır. Bax, bu fərəhli haldır. Vallah, Rusiya çox istedadlıdır". Maksim Qorki Bəşəriyyətin bədii təfəkkür tarixində elə dahilər yetişmişdir ki, onlar öz xalqlarının şan və şöhrətini artır mış, öz istedad və dühasını bütün dünyaya təsdiq etdir miş, öz millətlərinin yaradıcılıq qüdrətini hamıya bildir mişlər. Rus realizminin atası və banisi, rus milli dilinin yaradıcısı olan Puşkin, rus ədəbiyyatının inkişaf yolunu tam bir əsr, hətta zəmanəmizə qədər müəyyən etmişdir. XIX əsrdə və XX əsrin birinci yarısında yaşayıb - yaratmış olan dahi rus yazıçılarının hamısı müəyyən dərəcədə Puşkin əsərlərinin, onun füsunkar və doğru sözlərinin _______________ Reyhan Mirzəzadə__ ______________ Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling