Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet35/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

_______________
Reyhan Mirzəzadə
________________
so 
422
 03
Şoloxovun  ilk  hekayələri  böyük  bir  sənətkarın  dərin 
bədii  təfəkkürə  malik  olduğunu  göstərirdi.  Kitabın  müqəd­
diməsində  göstərildiyi  kimi,  Şoloxovun  yaratdığı  xaraker- 
lərin  hərəsinin  öz  siması,  öz  ləhcəsi,  öz  gülüşü,  duruşu, 
baxışı,  hərəkəti,  özünəməxsus  sevgisi,  nifrəti  ilk  baxışda 
oxucunu  cəlb  edir.  Həyat  həqiqətinə  sədaqəti,  mövzu­
larının  aktuallığı,  dilinin  əlvanlığı,  müşahidəsinin  zəngin­
liyi,  incə  bədii  zövqü,  qələm  qüdrəti,  yüksək  sənət  məha­
rəti  Şoloxovu  ilk  gündən  rus  ədəbiyyatının  ən  qabaq 
cərgələrinə  gətirmişdir.  “Gənc  qartal  kimi  qanad  açıb 
gələn”  bu  istedad  haqqında  ədəbi  mühitdə  hələ  o  zaman 
sevinclə danışırdılar”.
Doğrudan  da  Mixail  Şoloxov  heç  kimə  bənzəmir. 
Əsərlərini  oxumağa  başlayan  kimi  blirsən  ki,  bu,  Şolo­
xovun  qələmindən  çıxıb.  Koloritli  dil  ilə  sadə  yazmaq, 
dərin  psixoloji  təhlil  ilə  yanaşı,  lirik  ricətlərə  vurğunluq, 
kütləvi  səhnələrə  xüsusi  rövnəq  verib  xalqın  əzəmətini 
epik  lövhələrdə  göstərmək,  nəsrdə  şairanəlik  Şoloxova 
məxsus keyfiyyətlərdir.
Rusiyanın  məhsuldar  torpağı,  əvəzsiz  gözəlliyi, 
çalışqan  və  fədakar  əmək  adamları  olan  Rostov  vilayəti 
Mixail  Şoloxovun  əsərlərində  o  qədər  təbii,  o  qədər  canlı 
təsvir  olunub  ki,  insanlar  o  qədər coşqun  ilhamla  qələmə 
alınıb  ki,  bu  əsərləri  oxuyan,  sanki  yazıçının  qəhrə­
manları  ilə  bərabər  yaşayır  və  duyur,  görür  və  düşünür. 
“Don  hekayələrindən  sonra  Şoloxov  “Sakit  don”  roma­
nının  birinci  və  ikinci  kitablarını  yazdı.  Böyük  və  gərgin 
əmək,  bədii  və  psixoloji  axtarışlar  nəticəsində  o,  1933-cü 
ildə  romanın  üçüncü,  1940-cı  ildə  isə  dördüncü  kitabını 
yaratdı.  1932-ci  ildə  “Oyanmış  torpaq”  romanının  birinci 
hissəsini  tamamladı.  Bu  əsərlər 23 yaşlı  Şoloxova  ümum- 
dünya  şöhrəti,  sənət  şöhrəti  qazandırdı.  27  il  sonra 
keçmiş  hadisələri  bir  daha  bədii  təfəkkür  süzgəcindən
Azarbaycancılıq və vətənpərvərlik məfkurəsi
____
ею 
423
 ca

keçirən  sənətkar,  “Oyanmış  torpağ”ın  ikinci  kitabını 
tamamladı.
“Sakit  don”  keçmiş  sovet  dövründə  kazakların  yeni 
həyat  uğrunda  apardıqları  mübarizədən  bəhs  edən  ilk 
roman  idi.  Əsər  təkcə  bir  ailənin,  bir  şəxsin  apardığı 
mübarizənin  bədii  təsdiqi  olmayıb,  qədim  Don  torpağında 
aparılan  azadlıq  mübarizələrinin  obrazlı  tarixidir.
1929-cu  ildə  “Sakit  don”  ilk  dəfə  alman  dilinə  tə r­
cümə  olunandan  sonra,  yazıçı  və  dramaturq  Frans  Karl 
Vayskopf  “Sola  dönüş”  jurnalında  yazırdı:"Sakit  Don”  öz 
konsepsiyasının  böyüklüyünə,  öz  həyatının  rəngarəngliyi­
nə,  öz formasının  səmimiliyinə  görə  Lev  Tolstoyun  “Hərb 
və  Sülh”  ünü xatırladır”.
Bu  barədə  Mir  Cəlal  Paşayevin  yanaşmaları  da 
olduqca  maraqlıdır:“Bu  romanı  haqlı  olaraq  kazaklar 
həyatının  epopeyası  adlandırırlar.  Burada  xalq  həyat  və 
məişəti,  siniflər  mübarizəsi  geniş,  ətraflı  və  qabarıq  bir 
şəkildə,  yüksək  bədii formada  göstərilmişdir ki,  oxucu  heç 
bir zaman  bu  lövhələri  unutmur.  Romanın  baş qəhrəmanı 
güclü,  cəsur,  zəngin  insani ehtiraslar sahibi  Qriqori  Mele- 
xovdur.  Melexovun taleyi  bütün  əsər boyu təsvirin  mərkə­
zində  durur.  Melexovun  faciəsi  ondan  ibarətdir ki,  xalqın­
dan,  onun  taleyindən  və  ideallarından  ayrı  düşmüşdür. 
Uzun  tərəddüdlər,  mənəvi  iztirablar  çəkən,  "çöldə  boran 
kimi"  dolaşan  Melexov,  vətəndaş  müharibəsi  cəbhə­
lərində  gah  bu  tərəfə,  gah  o  tərəfə  keçir.  Heç  bir arzu  və 
məqsəd  üzərində  möhkəm  dayana,  qüvvələrini  bu  yolda 
axıracan  sərf  edə  bilmir.  İradə,  mərdlik,  cəsarət,  döyüş 
məharəti  və  bu  kimi  təbii,  insani  qabiliyyətləri  onun 
xeyrinə  sərf  olunmur,  ona  nicat  verə  bilmir.  Bitib-tükən­
məyən  şübhələr  və  tərəddüdlərindən  sonra  o,  nəhayət, 
düşmən  cəbhəsinə  keçir,  mənsub  olduğu,  içərisindən 
çıxdığı  xalqa  xəyanət  edir  və  bunun  nəticəsində  də
_______________
Reyhan Mirzəzadə
________________
r d
 
424
 c a
həyatda  özünə  yer  tapa  bilmir.  Öz  günahlarına  görə  mə­
suliyyətə  çəkiləcəyindən  qorxaraq, 
axırıncı  düşmən 
dəstələrindən  birinə  qoşulur,  böyük  ictimai  hərəkat  döv­
ründə  olsa  da,  tək  qalır,  şəxsi  faciə  keçirir.  Romanda 
əhvalat  Don  kazaklarının  10  illik  həyatını  (1912-1922) 
əhatə  edir.  Ancaq  bu  on  il  məzmun  etibarilə  bütün  dünya­
da olduğu  kimi,  burada da əsrlərə  bərabərdir".
Şoloxovun  öz  sevimli  əsəri  haqqında  təəssüflə  yaz­
dığı  isə  bu  olur:“Sakit  Don”u  15  ilə  yazmışam,  buna 
heyfslənmirəm,  yalnız  romanı  20  ilə  yazmamağıma  çox 
heyfslənirəm".
Romanın  taleyi  uzun  illərin  sınağından  keçsə  də, 
xoşbəxt  əsər  kimi  tarixin  ikiqat  yaddaşına  həkk  olundu: 
“Sakit  Don”  qüdrətinə  görə  1965-ci  ildə  Şoloxova  Nobel 
Mükafatı  qazandırdı.
Rusiyada  Ədəbiyyat  ili  elan  olunmuş  2015  -  ci  il 
zəngin  ədəbi  hadisələri  ilə  bitməyə  doğru  istiqamətlənib. 
Ədəbiyyat  ilinin  biri-birindən  maraqlı  və  dəyərli  tədbirləri 
arasında  mayın  24-də  Mixail  Şoloxovun 
110  illik 
yubileyinin  keçirilməsi  olub.  Həmin  Şoloxovun  ki,  dünya­
nın  parlaq  zəkaları  yaradıcılığına  böyük  dəyər  veribdir. 
Azərbaycanda  da  belə  nurlu  zəkalar vardı.  Mir  Cəlal  belə 
zəkalardan  həm  də  onunla  fərqlənirdi  ki,  ailə  üzvləri 
arasında  onun  qədər  rus  ədəbiyyatı  və  rus  dili  mütə­
xəssisləri  yetişən  ikinci  yazıçı  və  alim  ailəsi  yox  idi. 
O,  bütün  rus  yazıçı  və  şairlərinin  yaradıcılığına  bütün 
incəliklərinə  qədər  dəyər verirdi.  Şoloxov  da  onlardan  biri 
idi.  Oxucuların  diqqətini  nəinki  onun  irihəcmli  əsərlərinə, 
hətta  hekayələrinə  də  cəlb  edib,  “Bədii  nəsrimiz  yeni 
mərhələdə”  məqaləsində  “Şoloxovun  “insanın  taleyi" 
hekayəsinin  cazibəsi  və  üstünlüyü  hər  şeydən  əvvəl, 
həyat  həqiqətini  dürüst,  qabarıq  əks  etdirməsində 
deyilmi?”  - deyə sual  verirdi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o  
4 2 5
  o a

Mir  Cəlal  digər  yazılarında  Şoloxovu  Qorki  ənənə­
lərinin  davamçısı  kimi  qiymətləndirirdi.  Qorkininsə  bu 
kəlmələri  yadımdan  heç  bir  zaman  çıxmayacaq:“Həyat 
uzundur-yaxşı  da,  yaman  da  olacaq,  hər  bir  şey  olacaq! 
Ana  Rusiya  böyük  ölkədir.  Bu  ölkədə  istedadlar  olacaq, 
bu  ölkədə  saf,  dərin,  ürəklər  var!  Yaxşı  şeyin  yalnız  çox 
olduğuna deyil,  daha çox olacağına  inanaq".
__________________“Həftə_içi”_qəzeti,_20_noyabr,_2015-ci_il_£o__426_ca'>____________  
Reyhan Mirzəzada
________________
“Həftə içi” qəzeti, 
20  noyabr,  2015-ci  il
£o 
426 ca
“VURĞUNAM  BAKIYA ONA GÖRƏ  Kİ, 
QOYNUNDA YESENİN  İNCİ Y A R A T D I...”
“M əlu m d u r ki,  A zərb aycan  S. Yesenin  üçün  əsl ilham  
m ə n b ə y i  olmuşdur.  V ar  olsun  bu  d iyar  ki,  bizim   rus  şai­
rinin  g ö z ə l əsərləri m əhz burada y ara n m ışd ır!”.
Vasili  Dmitriyeviç Fyodorov 
Görkəmli rus şairi,  ictimai xadim.
“M ə n   B akıya  çox  minnətdaram .  Bu  füsunkar,  g ö zə l 
ş ə h ə r  Yeseninin  a ğ ır keçən  həyatının  son  ayların d a  ona 
q ayğ ısız,xo şb əxt günlər b əxş etmişdir.  M eh rib an çılığ ın ıza 
və səm im iyyətinizə görə,  sizlərə  təşəkkü r e d irəm !”.
Juja  Rab
Tanınmış macar şairi,  bir çox  rus şair və
yazıçılarının  xeyli sayda, Yeseninin əsərlərinin  bütün 
külliyatının macar dilinə tərcüməçisi.
“ 
Yesenin  dünyanın  ən   böyük,  nam uslu  şairlərindən- 
dir.  O,  ö z   Vətənini,  doğm a  xalqını,  h a b e lə  gözəlliyi,  insan­
lığı  qiym ətləndirən,  bütün  dünya  xalqlarım   q əlb ən   sevən  
bir sən ətkard ır”.
Nazim  Hikmət 
Görkəmli türk şairi,  yazıçısı, 
dramaturqu,  rəssamı  və ictimai xadimi.
“B a k ıs ız   və  bakılılarsız  y aş aya  bilmirəm,  baxın, 
yen ə  gəldim !.. ”
Sergey Yesenin,  böyük rus şairi,
1925-ci il.
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
427 
ça

Sergey Aleksandroviç Yesenindən,  o böyük  rus şairi 
və  rus  insanından  söz  düşəndə,  Azərbaycanın  unu­
dulmaz  Xalq  Şairi  Məmməd  Arazın  bu  səmimi  fikirlərini 
yada  salmamaq  mümkün  deyil:  “Yeseninin  Ryazandan 
başlanan  cığırı  bir  Magellan  yolu  kimi  dünyanın  belinə 
dolanır.  Bu  yolu  nə  Savanna  otluqları,  nə  tropik 
cəngəlliklər,  nə  okean  qəzəbi  itirib-batıra  bilir.  Çünki  bu 
yolda  “bələdçilik”  edən  ağaclar  da,  quşlar  da,  daşlar  da 
zümzüməlidir,  nəğməlidir;  bu  yolu  keçənlər  xatirə  yüklü, 
gənclik  haraylı,  məhəbbət  soraqlıdır.  Bir  sənətkar  yolu, 
axtarış  yolu  onu  Bakıya,  qədim  Odlar  Məbədgahına  da 
gətirib  çıxarmışdı.  Burada  yazılan  və  bura  ilə  bağlı 
xatirələrdən  alınan  şeirlər Yesenin  yaradıcılığında  mövzu 
cəhətdən  xüsusi  xətlə  ayrılır.  Şair  burada  da  yenə  rus 
qəlbi  ilə  oxuyur,  öz  “Şimal  fırçası"  ilə  Cənub  boyalarını 
rəsm  eləyir.  Onları  ruhuna,  qanına  hopdurur,  öz  Şimal 
boyalarını  daha  da  zənginləşdirir...  Yesenin  nəğmələri  - 
şeirin,  sözün  rəngləridir.  Rus  torpağının  mənzərələrini, 
rus  sözünün  rənglərini,  rus  ürəyinin  vurğularını  Yeseninə 
qədər  uşaq  heyrəti  ilə  duyan  və  uşaq  səmimiyyəti  ilə 
ifadə edən  ikinci  sənətkar tapmaq  çətindir".
Rus  ürəyi!..  Xalq  Şairimiz  Nəbi  Xəzri  “Rus  ürəyi” nə 
necə də vurğundur:
...Burada mənim fikrim aydındır daha,
Bir də şərh etməyi artıq sayıram.
Həmişə ruslarla görüşən zaman,
Mən yaz səmasını  xatırlayıram.
...Sevirəm,  sevirəm,  sevirəm qəlbən 
Mən  rus ürəyinin yaz səmasını,
Onun  qüdrətini, onun  eşqini,
Onun tufanını,  qasırğasını.
_______________
Reyhan Mirzəzadə
________________
sn428
 ca
...Faşist gürzəsinin əzdik başını,
Zəfər marşımızla  qurtardı dava.
Güldü qəlbimizin  döyüntüsündə,
Ürəklər-ürəyi böyük  Moskva.
Yeseninin  gənc  yaşlarında,  həyatının,  yaradıcılı­
ğının  ən çiçəkli  illərində qəfil  ölümü  onu tanıyan  və sevən 
müxtəlif  xalqların  ədəbiyyat  aləmini,  oxucularını  son 
dərəcə  kədərləndirmişdi.  Bu  qara  xəbərdən  sarsılan 
Aleksey  Tolstoy  yazırdı:"...Onun  ölüm  günü  ədəbiyyatda 
matəm kimi qeyd edilməlidir” .
Faciədən  olduqca  məyus  olan  böyük  Qorki  məktub­
larının  birində yazırdı:  “Budur,  Yeseninin  şeirlərinin  birinci 
cildini  oxudum  və  qüssədən,  qəzəbdən,  az  qala  sarsıl­
dım.  Necə də xalis,  necə də əsl  rus şairidir”.
Yeseninin  xalis,  əsl  rus  şairi  olması  taleyinə  yazılan 
soyadında  da  təzahürünü  əks  etdirmişdi.  A.Tolstoy  qeyd 
edirdi  ki,  Yesenin  -  əsl  köklü  rus  soyadıdır.  Yulaf,  payız, 
görüş  mənası  ilə  bərabər,  bolluq,  torpağın  bəxş  etdiyi 
nemətlər  anlamında  işlədilən  sözdən  əmələ  gəlmişdir. 
Bu,  bəlkə  də  adi  bir  təsadüf  idi  ki,  XX  əsr  rus  poezi­
yasının  qüdrətli  nümayəndəsi  sayılan  Sergey  Aleksan- 
droviçin  soyadı  Tolstoyun  dediyi  mənada  Yesenin  idi. 
Yesenin doğrudan  da  rus xalqının  tarixindən  doğulan,  rus 
torpağında  rus  nəğməsinin  təmiz  havasını  udan  və  bütün 
yaradıcılığı  boyu  onlara  qayıdan,  onları  tamamlayıb 
şöhrətləndirən  bir  ürək  sahibi  idi.  özünün  dediyi  kimi: 
“Oxucu  mənim  şeirimdə  hər  şeydən  əvvəl,  hissin 
kövrəkliyinə  və  obrazlılığa  fikir  verməlidir;  bunlar  neçə- 
neçə  şairə,  yazıçıya  “bələdçilik"  eləyib,  yol  göstərib.  Bu 
obrazları  mən  özümdən  uydurmamışam;  bunlar  rus 
ruhunun,  rus  baxışının  ifadəçisidir...  Bunlar mənim  içimdə 
öz  hisslərim,  duyğularım  kimi  yaşayır,  nəfəs  alır.  Məndən
____
Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi
____
ю 
429
 oa

bircə  bunu  öyrənə  bilərsiniz,  mən  də  başqalarından  nəyi 
isə öyrənməyə hazıram”.
Maksim Qorkiyə görə,  “Yesenin yüz minlərlə  insanın 
fəryad  və  iniltisi  idi;  o,  köhnəliklə-yeniliyin  barışmaz  n ifa­
qının  parlaq  və dramatik simvolu  idi”.Sergey Yeseninin  ilk 
dövr  yaradıcılığı  daha  çox  kənd  həyatı,  kənd  adamları, 
kənd  adət-  ənənələri  və  zəngin  rus  təbiəti  ilə  sıx  bağlı 
olmuşdur.  Kənd  onu  bəsləmiş,  böyütmüş  və  böyük  sən ət 
yoluna  çıxarmış,  qüdrətli  poeziya  aləminə  bəxş  etmişdir. 
Buna  görə  də  Yesenin  poeziyasında  rus  kəndi,  rus 
kəndlisi,  rus təbiəti motivləri  əsas mündərəcəni təşkil  edir. 
Şairin  sevinci  də,  kədəri  də  bu  üç  məfhumla  bağlıdır. 
Xüsusilə  füsunkar  rus  təbiətinin  təsvirində  Yesenin  özün­
dən  sonra  gələn  rus  şairlərinin  müəllimi  sayıla  bilər. 
Əliağa  Kürçaylının  dediyi  kimi,  onun  şeirlərində  rus 
ağcaqayını,  rus  yasəməni,  rus  küknarı  və  şamı  elə  təsvir 
olunur  ki,  sanki  bu  ağaclar  dünyada  olan  bütün  şamlar­
dan,  ağcaqayınlardan,  yasəmənlərdən  fərqlidir.  Mübali­
ğəsiz  demək  olar  ki,  Yeseninin  şeirlərini  oxuyan  hər  kəs 
rus  təbiəti  haqqında  uzun  illər  boyu  Rusiyada  yaşamış 
adam qədər kamil  bir təsəvvür ala  bilər:
Sərmiş ağ  örpəyini  hər yana qar,
Yenə  sakit görünür rus meşəsi.
Bürüyüb  könlümü gəzmək həvəsi,
“Gəl", -  deyir sanki  mənə göy şamlar.
Səsləyir,  gəl, -  deyə  donmuş o çayın 
Sahilində  ucalan  ağcaqayın.
Çökür axşam,  yenə də qaş  qaralır,
Ay doğur,  hər tərəfə  nur çiləyir,
_______________
Reyhan Mirzəzadə
_________________
so
430
ca
Gəl,  bu  rus torpağını  seyr elə bir,
Hər tərəf indi başqa görkəm alır.
Bir gümüş şöləsidir sanki ayın,
Ağ sütuntək ucalan ağcaqayın.
Sergey  Yesenin  1895-ci  il  indiki  təqvimlə  oktyabrın 
3-də  Ryazan  mahalının  Konstantinov  kəndində  kəndli 
ailəsində  doğulmuşdu.  Onun  dünyaya  göz  açdığı  kənd 
Oka  çayının  sahilində yerləşən,  qeyri-adi  təbii  gözəlliyi  ilə 
fərqlənən  bir  məkandır.  Yaşıllığa,  gül-çiçəyə  qərq  olmuş 
bu  kəndin  mərkəzində  rus  memarlığının  ən  gözəl  nümu­
nəsi  olan  qədim  kilsə  yerləşir.  Ətraf  isə  demək  olar  ki, 
başdan-başa  ağcaqayın,  şam  və  qəndaiaş  ağacları  ilə 
örtülmüşdür.
Valideynləri  Aleksandr  Nikitiç  Yesenin  və  Tatyana 
Fyodorovna  sadə,  zəhmətkeş  insanlar  idi.  Sergey  iki 
yaşından  ana  babasının yanında böyümüşdü.  Yesenin  öz 
tərcümeyi-halında  yazdığı  kimi,  babasının  üç  subay  oğlu 
vardı.  Sergeyin  bütün  uşaqlığı,  demək  olar  ki,  onlarla 
keçmişdi.  “Dayılarım  dəcəl  və  dələduz  uşaqlardı.  Üç  yaş 
yarımından  onlar məni  yəhərsiz  at  üstə  qoyub  yortardılar. 
Yadımdadır,  vahimə  içərisində  atın  yalından  bərk-bərk 
yapışardım”,  -  deyə  Yesenin  tərcümeyi-halında  yazırdı. 
Dayıları  üzməyi  də  ona  bu  cür  öyrədər  və  çox  vaxt  onu 
özləri  ilə ova aparardılar.
1904-cü  ildə  Sergey  doqquz  yaşında  ikən  dördillik 
ibtidai  məktəbə  daxil  olmuş,  1909-cu  ildə  həmin  məktəbi 
tərifnamə  ilə  bitirmişdi.  Lakin  uşaqlıqdan  olduqca  nadinc 
olan  Sergey  dərslərini  yaxşı  oxusa  da,  dəcəl  əməllərinə 
görə  üçüncü  sinifdə  təkrar  saxlanılmış,  buna  baxmaya­
raq,  məktəbi  əla  qiymətlərlə  bitirmişdi.  Əmirxan  Xəlilovun 
qeyd  etdiyi  kimi,  şeirə-sənətə  həvəs  və  böyük  məhəbbət 
bəsləməsində  onun  babası,  nənəsi  və  anasının  böyük
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  
431
  o a

təsiri  vardı.  Sergey  həm  də  sərrast  və  aydın  hafizəyə, 
dərin  düşüncəyə  malik  idi.  Dərs  zamanı  cəsarətlə  cavab 
verər,  özünü  böyük  şeir  həvəskarı  kimi  göstərərdi 
Xüsusilə  Nekrasovdan,  Kolsovdan  şeir əzbərləməyi  daha 
çox  sevərdi.  Gənclik  illərində  isə  o,  Puşkin,  Qoqol, 
Turgenev,  Tolstoy,  Nikitin  kimi görkəmli  şair və yazıçıların 
yaradıcılığını  dərindən  öyrənərdi.  Sergey  1912-ci  ildə 
ikiillik  kilsə  müəllimliyi  məktəbini  bitirmişdi.  ‘'Məndən  tez- 
tez  soruşurlar:  yazmağa  necə  başlamısan?  Oxumağa 
beş  yaşımdan,  yazmağa  doqquz  yaşımdan...  Əvvəllər 
mənim  yaradıcılığıma  kənd  çastuşkaları  təsir edib.  Təhsil 
illərimin  mənə  elə  bir  faydası  olmayıb.  O  illərdə  slavyan 
dilini,  dini  adət-ənənələri öyrənə  bilmişəm.
Ədəbiyyatla  bağlı  ilk  maraqlı  söhbətləri  Kleme- 
novdan  eşitmişəm.  O,  məni  yeni  ədəbiyyatla,  məşhur 
şairlərlə  qiyabi  tanış  etmiş  və  klassiklərdən  nə  üçün 
qorxmaq  lazım  gəldiyini  başa  salmışdır.  Şairlərdən  ən 
çox  Lermontov  və  Kolsovdan  xoşum  gəlir.  Andrey 
Belıdan  şeirin  forma  xüsusiyyətlərini,  Blok  və  Klyuyevdən 
isə  həzinliyi  öyrənmişəm...  İndi  məni  ən  çox  Puşkin  cəlb 
edir.  Tərcümeyi-halımın  başqa  tərəflərinə  gəlincə,  onlar 
mənim  şeirlərimdədir".
Sergeyin  ilk  şeirləri  “Mirok”  və  “Dobroe  utro”  adlı 
məşhur  uşaq  jurnallarında  dərc  edilmişdi.  1915-ci  ildə 
Yeseninin  “Radunisa”  adlı  ilk  şeirlər  kitabı  çap  olun­
muşdu.  Özünü  qürurla  “kəndli  oğlu”,  “kənd  vətəndaşı” 
adlandıran  Yesenin  bütün  varlığı  ilə kəndə  bağlı  idi.  Lakin 
bununla  bərabər,  onun  poeziyasının  üfüqləri  çox  geniş 
idi.  Onun  yaradıcılıq  ilhamı  ilk  anlardan  Əhməd  Cəmilin 
dediyi  kimi,  rus  xalq  ədəbiyyatının  duru  çeşmələrindən  su 
işmişdi.  Vaxtilə  Yesenin  özü  I.Rozanova  demişdi:  “ Bilir- 
sinizmi,  hansı  əsər  mənə  qeyri-adi  təsir  bağışlamışdır?! 
“Iqor  polku  haqqında  dastan”.  Mən  onunla  kiçik  yaşla­
_______________
Reyhan Miızəzadə
_____________ _
so 
432
 ca
rımdan  tanış  olmuşam  və  o,  məni  sarsıtmışdır,  dəli  kimi 
gəzmişəm.  O  gözəllik,  bədiilik!  Bax,  mənim  imajinizmim 
haradan başlamışdır”.
Yesenin  şeirlərindəki  bədiilik,  onun  özünəməxsus 
zəngin  bədii  üslubu  “Iqor  polku  haqqında  dastan”dan 
başlamış,  bütün  rus  xalq  ədəbiyyatı  ornamenti  və  bütün 
rus  klassik  şeirindən  gəlirdi.  Yesenin  lirikası  səmimi, 
hərarətli,  zərif  və  bir  qədər  də  hüznlü  lirikadır.Nəriman 
Həsənzadə  Yeseninin  yaradıcılığına  hörmətlə  yanaşıb 
etiraf edir  ki,  həqiqətən  onun  şairlik  qisməti,  ədəbi  taleyi, 
vətənpərvər  ürəyi  şeirlərində,  misralarında,  mən  deyər­
dim,  qafiyələrində  də  duyulur.  Bunu  adi  bir  rus  oxucusu 
daha  tez  müəyyən  edər  və  çətinlik  çəkmədən  deyər  ki, 
bəli,  bu,  Yesenin  ruhudur,  onun  paklığı  və  təbiiliyidir. 
Sergey  Yesenin  şeirlərində  inandırmağa  çalışmır,  bəlkə 
heyrət  doğurur.  O,  adi  rus  kəndlisinin  insani  hisslərini 
qələmə  almaqla,  onu  bəşəri  yüksəkliyə  qaldırır  və  sev­
dirir. Yesenin doğma anası  ilə  necə danışırsa,  oxucusu  ilə 
də  eləcə  sadə,  aydın  dillə,  istiqanlı  danışır.  Oxucu  onun 
nəzərində özgə  adam  deyil,  elə bil çoxdanın tanışı,  dostu, 
qohumu,  yaxud  qonşusudur.  O  saat  dil  tapır,  ürəyini  açır, 
sevincini-kədərini  bölüşməyə  can  atır.  Onun  poeziyası 
insana,  Vətən  torpağına,  sözün  əsl  mənasında  məhəbbət 
poeziyası,  mehribanlıq  poeziyasıdır.  Bu,  qəlbin  qəlbə 
isinişməsidir.  Şairin  anasına,  babasına,  bacısına,  qadına 
yazdığı  poetik məktublarını  misal göstərmək olar.
Yesenini  oxuyan  hər  kəs  rus  kəndlisinin  məişətinə 
bələd  olur,  XX  əsrin  əvvəllərində  böyük  bir  ölkənin 
ərazisində  baş  verən  ictimai-siyasi  hadisələri  görür  və 
Rusiyanı  sevir.Yeseninin  oxucusu  kimi,  mənə  elə  gəlir  ki, 
o,  Rusiyaya  Nekrasov  məhəbbəti  bəsləmiş  və  Rusiyanı 
Yesenin  ilhamı  ilə  tərənnüm  etmişdir.  Şair  -  səsdir.  Həm 
öz  xalqının,  həm  də  öz  əsrinin  eşidilən  səsi.  O,  həm  öz
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
sn433c&

əsrində,  həm  də  başqa  əsrlərdə  yaşayan  insanların, 
ictimai  -  siyasi  quruluşların  böyük  müasiri  olur.  Şair,  bir 
növ,  canlı,  yeriyən  kürsüdür.  O,  harada  görünürsə,  ona 
qulaq  asmaq,  onu  dinləmək  istəyirsən.O,  Rusiyada  do­
ğulsa  da,  bütün  xalqların  oğlu  idi.  Şair  bütün  xalqların 
övladıdır.  Əgər belə deyilsə,  o,  şair olmur.
Yeseninin  poeziyası  tam  bir  salnamədir.  Bu  salna­
mənin  səhifələrində  şairin  gözəl  şeirləri  yerləşir.  Bu  şeir­
lərin  gücü  və  gözəlliyi  isə  Vətənə,  doğma  yurda  böyük 
şair  məhəbbətinin  yüksək sənətkarlıqla  ifadəsindədir.  V ə­
tən  eşqi  ilə döyünən  ürəkdir ki,  Yeseninin  ilhamlı  lirikasını 
yaşadır,  həmişə təzə və təravətli saxlayır.
“Bəzən  qələm  dostlarıma  elə  gəlir  ki,  sənət,  ancaq 
sənət olaraq  qalır.Guya,  həyatın  ona  heç bir dəxli yoxdur. 
Məni  ona  görə  təqsirləndirirlər  ki,  sənətin  mahiyyətini 
müəyyən  ideyalara xidmət etməkdə görürəm.  Onlar,  necə 
deyərlər,  sözün  forması,  görünüşü  haqqında  daha  çox 
fikirləşirlər.  Bir  də  elə  bilirlər  ki,  söz,  obraz  hər  şey 
deməkdir. Qoy  onlar  məndən  inciməsinlər;  mənə  belə 
gəlir  ki,  bu,  sənətə  ciddi  münasibət  deyil.  Ancaq  səthi, 
dumanlı  bir  təəssürat  əsasında  meydana  gəlmiş  deko­
rativ  sənət  nümunələri  haqqında  belə  danışmaq  olar. 
Dönə-dönə  yaşanmış  fikirlərin,  müəyyən  daxili  inamın 
ifadəçisi  kimi  ortaya  çıxan  əsl  sənət  nümunələrinə  bu 
ölçü  ilə  yanaşmaq  qətiyyən  düzgün  deyil”.  Bunlar  Yese­
ninin  sözləri  idi.  O,  belə  bir həqiqəti  tez-tez təkrar  etməyi 
sevirdi:“incəsənət mənim  üçün  əyləncəli  naxış deyil,  fikrin 
izahı,  dilimizin ən zəruri sözüdür”.
O,  hələ  1912-ci  ildə  yazdığı  “Şair"  şeirində  əsl 
sənətkarın  cəmiyyətdə  rolu  haqqında  yazırdı:“Düşmənləri 
məhv  edən,  həqiqəti  özünə  doğma  ana  sayan,  insanları 
öz qardaşı  kimi  sevən və anaların yolunda əzab  çəkməyə 
hazır  olan  şair  əsl  şairdir.  O,  başqalarının  görə  bilmədiyi
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling