Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ ю 4-C2 ce
- _______________ Reyhan Mirzəzadə ________________ so 404 o a
- _______________ Reyhan Mirzəzadə ________________ so 406 ca
- Reyhan Mirzəzadə _____________ _ в
- _______________ Reyhan Mirzəzadə _______________ _ ю
ю 400 ca təsiri altında olmuşlar. Hətta Lev Tolstoy kimi nəhəng dünya yazıçısı özünün məşhur “Anna Karenina” romanını Puşkinin əsərlərini dönə - dönə oxuduqdan sonra yaz mağa ruhlandığını etiraf etmişdi. Puşkin isə özünün böyük vəzifəsini iftixarla tərənnüm edib yazmışdı: Yayılıb səsim tutar bu böyük Rusiyyəni, Hər tayfa öz dilində oxuyacaqdır məni. Aleksandr Sergeyeviç Puşkinin yaşadığı dövrdə Rusiya ictimai - siyasi hadisələrlə zəngin idi. Oyanan rus xalqının mədəniyyət və mənəviyyatında həmin illərdə olduqca böyük dəyişikliklər meydana gəlmişdi. Bu hadi sələr Rusiyanın hüdudundan kənara çıxmış, beynəlxalq aləmə səs salmışdı. O zaman Rusiya bütün Avropaya Napoleon işğalından nicat vermişdi. 1812-ci il müharibəsi Rusiyada həmin dövrə qədər görünməmiş milli iftixar hissi oyatmış, rus vətənpərvərliyini qüvvətləndirmiş və Avro panı zülm altında inlədən Napoleon üzərində cahanşümul tarixi qələbə ilə nəticələnmişdi. Burada kiçicik bir haşiyə ilə Puşkindən az qala əsr yarım sonra, İkinci Dünya və Böyük Vətən müharibəsində keçmiş sovet ölkəsinin xalqları ilə bərabər, yenə elə Avropanın özündə yaranmış və Avropanın özünü də darmadağın etmiş alman faşizminə qarşı mübarizə və qələbədə Rusiyanın danıl maz mövqeyini yada salmaq istəyirəm. Yada salınası faktların az olmamasına baxmayaraq, yenidən Puşkin dövrünə qayıdıram. Puşkinin özü bunu aydın ifadə edə rək demişöi:“Ruslar öz qanları ilə Avropa üçün azadlıq, şərəf və dinclik qazandılar”. 1812-ci il müharibəsi Puşkinin qəlbində böyük və tənpərvərlik duyğusu, öz Vətəni, onun gələcəyi üçün iftixar hissi alovlandırmışdı. Aleksandr Sergeyeviç hələ 14 ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ Ю 401 G8 yaşlı uşaq ikən böyük rus sərkərdəsi Kutuzovun vəfatını eşitdikdə, qəmli duyğuları ilə yazmşdı: Qələbəylə, şöhrətlə bəzənsə də həyatı, Vətənini ağlatdı Kutuzovun vəfatı. Əbəs ümid bəsləyib, əbəs sevinir cani Zənn edir yoxdur artıq qarşısında bir mane. Sıralar üzərində gəzəcək ruhu onun Xalqın içindən çıxan böyük Vətən oğlunun. Belə oğul verən xalq zənn etmə ki, xar olar, Yeni bir rəhbər çıxar, Allah bizə yar olar. Şair rus torpağı tarixinin bu şanlı dövrünü öz əsərlərində dəfələrlə tərənnüm etmişdi. O, məşhur “Yev geni Onegin” romanında qədim və möhtəşəm Moskvanın simasında öz xalqının qüdrət və qüvvətini qürur hissi ilə tərənnüm etmişdi: Artıq, Pyotr qəsri görünür, budur! Ağaclıq içində qaranlıq və tək Yaxın keçmişilə fəxr edib durur. Bir son səadətlə nəşələnərək, Napoleon elə zənn etdi ki, təkdir... önündə Moskva diz çökəcəkdir, Ona veriləcək Kremlin açarı; Xeyr! Moskvanın qəhrəmanları Başını əymədi onun önündə. Ona bac vermədi mənim Moskvam, Onun şərəfinə qurmadı bayram, Yanğın hazırladı ona o gündə! O da fikirlərə daldı heyrətlə, Qorxunc alovlara baxdı heybətlə. _______________ Reyhan Mirzəzadə ________________ ю 4-C2 ce Rus xalqının daxili düşmənlərinə qarşı sonsuz nifrətini gizlətməyən Puşkin, onun xarici düşmənlərini də ifşa edirdi.“Rusiyaya böhtan atanlara” şeirində Puşkin üzünü müharibə qızışdıran ölkələrə tutaraq deyirdi:“Siz sözdə müdhişsiniz, özünüzü işdə göstərin. Ruslar qalib gəlməyi yadırğamamışlar. Yatağında dinc uzanan cənga vər Izmayil uğrunda döyüşdə qələbəyə yol açmış süngü sünü yenidən taxa bilər. Qəzəbdən titrəyən Kremldən başlamış Çin səddinədək rus torpağı polad süngülərlə parlayıb ayağa qalxar. Əgər tarixin dərsləri sizə bəs deyil sə, öz qudurmuş oğullarımızı üstümüzə göndərin. Rusi yanın çöllərində sizə tanış olan qəbirlər arasında onlara da yer tapılar!”. “Rusiyanın gözləri sənə dikilmişdir. Səni sevirlər, sə nə inanırlar, səndən nümunə götürürlər”. Bu sözləri 1825- ci ildə dekabrist şair K.Rıleyev Puşkinə yazmışdı. Bu sözlər Puşkin sənətinin yüksək qayə və əzəmətinə işarə idi. Dekabrist A. Bestujev 1833-cü ildə öz dostu N. Pole- voya məktubunda Puşkin haqqında yazmışdı: “Mənim adımdan ona deyin ki, sən Rusiyanın ümidisən”. Böyük sənətkar haqqında deyilmiş bu sözlər tarixi bir həqiqət idi. Əgər dekabrist Bestujev Puşkini Rusiyanın ümidi hesab etmişdisə, Puşkin isə gələcək nəsli Rusiyanın ümidi adlandırmışdı. Puşkin rus poeziyasının ən yaxşı milli ənənələrini davam və inkişaf etdirməklə bərabər, bu poeziyanı dünya səhnəsinə çıxarmış və yeni tipli poeziya yaratmışdı. Puşkinin poeziyası dünya poeziyası tarixində realizmin qələbəsi idi. Real varlıqdakı, xalqın gündəlik mübarizə və həyatındakı şairanəliyi, gözəlliyi görmək, duymaq bacarığı Puşkinin ən gözəl xüsusiyyətlərindən idi. Şairin realizminə qüvvət verən bu xüsusiyyət ən yaxşı bir ənənə kimi rus ədəbiyyatının inkişafında böyük rol oynamışdı. Bu cəhətinə görə Puşkin bütün dünya ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ to 403 аз. yazıçıları və şairləri içərisində fərqlənirdi. Heç bir yazıçı və şair öz xalqının mənəvi saflığını, gözəlliyini Puşkin kimi məharətli bir şəkildə təsvir edə bilməmişdi.İnsan qəlbini, xüsusilə rus qəlbini çox gözəl bilən, rus ruhunun sirlərinə, incəliklərinə dərindən bələd olan Puşkin, eyni zamanda müqtədir bir dil ustası idi. Onun dili sadə, təmiz və ifadəlidir. O, zahiri bəzək və dəbdəbə ardınca qaçmır, hər şeydən əvvəl, mənaya, fikrə və həyat həqiqətinə əhəmiyyət verirdi. Şairin müasiri olan yazıçı N.V. Qoqol yazırdı:“Puşkinin adı çəkiləndə dərhal fikrimizdə rus milli şairi canlanır. Onda sanki bir lüğət kimi dilimizin bütün zənginliyi, qüvvəti və incəliyi toplanmışdır. O, hamıdan artıq dilimizin hüdudunu genişləndirdi, onun bütün vüsətini göstərdi. Puşkin fövqəladə bir hadisədir və bəlkə də rus ruhunun yeganə bir hadisəsidino, rus adamının son inkişaf nəticəsidir, belə bir adam bəlkə iki yüz il sonra yarana bilər”. ‘‘Rus şeirinin günəşi” adlandırılan Puşkin rus xalqında tükənməz yaradıcılıq qüvvəti olduğunu hiss etmişdi. Buna görə də şair həmişə xalq yaradıcılığına böyük mənəvi bir sərvət mənbəyi kimi baxırdı. Xalq mah nıları, nağılları, atalar sözlərini həvəslə və diqqətlə top layıb öyrənən şair, buradakı xalq hikmətinə, dərin məna ya heyran olurdu. Xalq nağıllarının hər birini "bir poema" adlandırırdı. O, yazırdı ki, rus dilinin xüsusiyyətlərini mü kəmməl surətdə bilmək üçün qədim mahnıları, nağılları və s. öyrənmək lazımdır. Puşkindən sonra yetişən bütün rus sənətkarlarının, istər şair və yazıçıların, istərsə də bəstəkar və rəssamların əsərlərində biz rus ədəbiyyatının ölməz dahisindən şəfəqlər görür, onun mövzularının yeni üsulda davamı ilə rastlaşır, onu bu gün də müasirimiz hesab edirik. Bu gün Rusiyada elə bir rəssam yoxdur ki, Puşkin əsərlərinə illüstrasiyalar çəkməsin, elə bir bəstə _______________ Reyhan Mirzəzadə ________________ so 404 o a kar yoxdur ki, Puşkinin söz sənətini musiqi və balet dilinə çevirməsin, elə bir şair və yazıçı yoxdur ki, onun sənət çeşməsindən su içməsin. Çünki Puşkin mənsub olduğu xalqın ruhunu, mənəviyyatını formalaşdıran elə bir sənət yaratmışdır ki, bu sənət güzgüsündə xalq özünü, öz milli varlığını görmüş, özünü dərk edib tanımışdır. Belinskinin “Yevgeni Onegin” mənzum romanım “Rus həyatının namusu” adlandırması da məhz bununla izah olu nurdu.Puşkini yalnız rus xalqı üçün deyil, bütün zəh mətkeş xalqlar üçün sevimli edən hər şeydən əvvəl, onun böyük insanpərvərliyi, dərin humanizmi idi O, doğrudan da böyük vətənpərvər, azadlıq və sülhsevən bir şair idi. Rus xalqının qabaqcıl fikirlərini ifadə edən Puşkin, hər cür sinfi və milli əsarətə, köhnəliyə düşmən idi.O, insanları hansı millətdən olursa-olsun, azad, rahat görmək istəyirdi. O, başqa xalqları əzən çar mütləqiyyətinə, onun zülmkar siyasətinə düşmən idi. Şair süngülər və dar ağacları üzərində qurulmuş çar mütləqiyyətini “çürümüş bənd” adlandırırdı. “Abidə” adlı şeirində şair öz yaradıcılığının beynəlmiləl, demokratik bir ruhda olmasını fəxrlə qeyd edirdi: Mənim qəddar əsrdə nəğməm hürriyyət oldu, Rübabımla oyatdım incə-incə duyğular. İstəyim məzlumlara yalnız mərhəmət oldu, Onunçun da xalq məni hər zaman əziz tutar... Puşkin rus ədəbiyyatı üçün bir günəş idi. Bu ürfan günəşinin nuru təkcə rus xalqına və rus ədəbiyyatına deyil, başqa xalqların mədəniyyətinə də ruh verirdi. Azər baycan xalqının mütərəqqi düşüncəli övladları, ziyalı və sadə insanları nəinki Puşkini yaxşı tanıyır, hətta onu dərin bir məhəbbətlə sevirdilər. Sənətini və dühasını yük sək qiymətləndirirdilər. Böyük şairin Qafqaz haqqındakı, ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 405 ca azərbaycanlıların qoçaqlığı barədəki şeirlərini də sevə- sevə oxuyurdular.Rus ədəbiyyatını maraqla öyrənən Mirzə Fətəli Axundov Puşkini “şairlər ordusunun başçısı” adlandırmışdı. Təsadüfi deyildir ki, Puşkinin ölüm xəbə rinə Lermontovdan sonra Axundov həyəcanlı bir poema ilə münasibət bildirmişdi. “Səbuhi"nin kədərli, eyni zaman da qəzəbli şeirləri ilə ağsaçlı Qafqazın Puşkinə yas tutduğunu bildirmişdi. Hadisəni sevimli oxucularımın bir daha yaddaşında canlandırmaq istəyirəm. Puşkinin son illərdəki ədəbi və mühərrirlik fəaliyyəti mürtəce dairələrdə və sarayda böyük narazılıqla qarşıla nırdı. Xüsusilə I Nikolay şairin özünü müstəqil aparma sından, açıqfikirli sözləri və şeirləri ilə heç kəslə hesab laşmaq istəməməsindən çox narazı idi. Bu narazılıq böyük şairlə hökmdar arasındakı vəziyyətin getdikcə kəs kinləşməsinə səbəb olurdu. Nəhayət, bu gərgin vəziyyət son həddinə çatdı. Çarın satqın nökərləri gizli, təhqiramiz məktublar vasitəsilə şairi kübar məclislərində tüfeyli həyat keçirən Dantes adlı bir gənc ilə duelə çıxmağa məcbur etdilər. Bu dueldə Dantes Puşkini ölümcül yaraladı. Üç gün sonra, 1837- ci il fevralın 10 - da Puşkin vəfat etdi. Şairin dörd uşağı var idi.iki oğlu, iki qızı. Aleksandr Sergeyeviç namərd gülləsindən öləndə onun böyük qızı Mariyanın hələ beş yaşı tamam olmamışdı, kiçik qızı Natalya isə doqquz aylığında idi.Rus yazıçısı və filosofu Aleksandr Ivanoviç Gertsenin sözləri ilə desək:“Puşkinə açılan tapançanın səsi Lermontovun ruhunu ayıltdı”. 22 yaşlı gənc Lermontov böyük şairin ölümü münasibətilə yazdığı məşhur “Puşkinin ölümünə” şeirində çarın ətra fında toplanmış “azadlıq, şərəf və düha cəlladlarını” qəzəb və nifrətlə lənətlədi. Puşkinin ölüm xəbərini eşidən Qafqaz isə o zaman öz kədərini 25 yaşlı bayaq qeyd etdiyim kimi, gənc Səbuhinin (Axundovun) məşhur “Şərq _______________ Reyhan Mirzəzadə ________________ so 406 ca poeması” ilə izhar etdi. Şairin ölümünə həsr edilmiş poeziya nümunələri içərisində ürək ağrısı ilə yazılmış bu iki əsər Puşkinə olan ümumxalq məhəbbətinin ən gözəl ifadəsi idi. M.F. Axundovun poeması rus dilinə tərcümə edildikdən sonra 1837-ci ilin mart ayında “Moskovski nablyudatel” jurnalında dərc edilmiş və rus mətbuatında “ Böyük rus şairinin məzarına qoyulmuş gözəl bir çiçək” kimi qiymətləndirilmişdi. Əgər nəzərə alsaq ki, Mixail Yuryeviç Lermontovun “Puşkinin ölümünə" şeiri müəyyən səbəblərə görə hələ o zaman mətbuata yol tapa bilmə mişdi, şeir əlyazması halında qorxulu əsər kimi əldən-ələ gəzirdi, deməliyəm ki, Axundovun poeması dahi rus şairinin ölümü haqqında dərc olunan ilk əsər idi Xal qımızın parlaq məfkurə sahibləri olan ziyalılarından Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haq verdiyev rus ədəbiyyyatımn mütərəqqi rolunu başa dü şüb, Azərbaycan ədəbiyyatını da bu yol ilə inkişaf etdir məyə çalışırdılar. Ədəbiyyatımızda və ədəbiyyatşünaslıq elmində öz sözünü demiş və imzasını təsdiqləmiş simalarımızdan biri də görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, professor, böyük insan və şəxsiyyət Mir Cəlal Paşayevdir. Tanınmış ədibin yaradıcılığı rus ədəbiyyatı ilə sıx bağlı idi. Rus xalqının dahi şairi kimi qiymət verdiyi A.S. Puşkinin 150 illik yubileyinə həsr etdiyi “Puşkin və Azərbaycan ədəbiyyatı” məqaləsində (“Azərbaycan gənc ləri” qəzeti, 5 iyun 1949-cu il) Mir Cəlal yazırdı: “Azər baycanda Mirzə Fətəli ilə başlayan yeni demokratik ədəbiyyat böyük rus klassiklərinə, onların zəngin sənə tinə arxalanırdı... Mirzə Fətəli Axundovdan sonra rus ədəbiyyatının böyük tərəqqipərvər əhəmiyyətini dərk ____ Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi ____ so 407 ся edən və o yola meyl göstərən şairlərdən biri də Seyid Əzim Şirvanidir. Seyid Əzimin yeni ədəbiyyata doğru meylinin ən qüvvətli nümunəsini “Puşkinə heykəl qoyul ması münasibətilə” (1880) yazdığı şeirdə görmək olar. Həcmcə kiçik olan bu şeirdə Seyid Əzim Puşkin şeirinin “fərasətindən, kamillik və şirinliyindən” və şairin məclisləri zinətləndirən şeir və nəsrindən bəhs edir... Məlumdur ki, Seyid Əzim rus dilini və ədəbiyyatını yaxşı bilmirdi. Buna baxmayaraq, o, böyük rus şairinin əsərlərini, romanlarını öyrənməyə, onlar haqqında ətraflı məlumat almağa çalışırdı. Çünki Seyid Əzim də Puşkin yolunu yeni, həqiqi ədəbiyyat yolu sayırdı”. Mir Cəlal Paşayev daha sonra yazır ki, yalnız mərkəzdə, böyük şəhərlərdə deyil, Azərbaycanın rayon mərkəzlərində də Puşkini tanıyır və sevirdilər, onun xatirəsini əziz tuturdular. 1899-cu ildə Puşkinin anadan olmasının 100 illik yubileyi mədəniyyət bayramına çev rilmişdi. Ədib yazırdı:“1899-cu ildə mayın 26-da Naxçı vanda “Məktəbi-tərbiyə” adlı məktəbdə Puşkinin yubile yinə həsr edilmiş xüsusi təntənəli yığıncaq keçirilmişdi. Burada ziyalılardan, məktəblilərdən başqa, şəhər əhali sinin başqa təbəqələri də iştirak etmişdi. Yığıncaqda qabaqcıl maarifpərvər müəllimlərdən şair Məmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə et mişdi. Bu məruzə sonradan "Puşkin” adı ilə kitabça halında çap olunmuşdur”. Məqaləsində rus ədəbiyyatından, xüsusilə Puşkin yaradıcılığından Azərbaycan dilinə edilən tərcümələrdən bəhs edən Mir Cəlal, Abbas Səhhətin adını önə çəkir. Yazır ki, bədii tərcümə sahəsində çox müvəffəqiyyətlə çalışan şair Abbas Səhhət dahi rus şairinin əsərlərindən gözəl, orijinal tərcümələr etmişdir. A.Səhhətin Puşkindən etdiyi tərcümələr içərisində (‘ Uçqun və ya uçurum”, “Qış Reyhan Mirzəzadə _____________ _ в ъ Ш с я yolu”,“Qaraçılar"(bir parça),“Suda boğulmuş”, "Gəzərəm sə" və s.) "Qafqaz” şeirinin xüsusi əhəmiyyəti vardır. Puşkinin bu şeiri o zamandan bəri dərs kitablarında təkrar nəşr olunur.Mir Cəlal məqaləsini bu fikirlərlə bitirir: “Puşkin özünün dahiyanə əsərlərilə yalnıız rus xalqının deyil, Azərbaycan xalqının da mədəniyyətinə, ədəbiy yatına böyük xidmət etmişdir və indi də etməkdədir. Puşkinin mədəniyyət və ədəbiyyat adamlarının, Azər baycan oxucularının və bütün zəhmətkeşlərin qəlbində doğurduğu məhəbbət, iftixar hissi təbii və qanunidir. Puşkin böyük qardaşımız rus xalqına olduğu qədər bizə də doğma və əzizdir. Puşkin bizim də iftixarımızdır” . Sevindirici hal kimi yada salmaq istərdim ki, Mir Cəlalın dediyi kimi, bizim də iftixarımız olan unudulmaz Puşkinin doğum günü, yeni təqvimlə 6 iyun tarixi 2011-ci ildən etibarən Rusiyada dövlət səviyyəsində Rus dili günü kimi qeyd olunur. Şairin vəfatı - 10 fevral tarixi ölkədə hər il Puşkinin anım günüdür. Tanınmış rus tənqidçisi Vissarion Qriqoryeviç Belinski hələ “Ədəbi düşüncələr” məqaləsindən sonra 1835-ci ildə yazdığı “Rus povesti və s. Qoqolun povestləri haqqında” ikinci məşhur məqaləsində “Xalq yazıçısı kimdir?" sualına cavab olaraq, yalnız N.V.Qoqolu bu bö yük ada layiq görürdü. Onun povestlərinin əsasında hə yat həqiqətlərinin durduğunu, onların orijinallığını və xəl- qiliyini qeyd edirdi. Belinski Qoqolun simasında heç kəsi təkrar etməyən son dərəcə orijinal, realist bir yazıçı görür və onun Rusiya üçün çox qiymətli şəxsiyyət olduğunu göstərirdi. Daha sonra, 1842-ci ildə Belinski yazırdı: “Qoqolun ümumiyyət tərəfindən ləyaqətlə qiymətləndiril məsi və anlaşılması üçün hələ çox zaman keçəcək və çox yeni nəsillər həyat səhnəsinə gəlib - gedəcəklər”. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ю 409 сл Görkəmli şair, yazıçı, dramaturq, tənqidçi, publisist Nikolay Vasilyeviç Qoqolun bəşəriyyət qarşısında xid mətləri böyükdür. O, rus ədəbiyyatının ən böyük düha larından, klassiklərindən biridir. Sənət aləmində Puşkinlə yanaşı olan böyük yazıçı, rus ədəbiyyatının qüdrətini qat- qat artırmış, onun şöhrətini bütün dünyaya yaymışdır. Qoqol vətənpərvər bir yazıçı, öz zəmanəsinin açıq- fikirli adamlarının mənəvi silahdaşı, rus xalqının həqiqi oğlu idi. Qoqol üçün rus torpağı, Rusiya hər şeydən əziz idi. O, deyirdi ki, ürəyimdə yalnız Rusiya, təkcə gözəl Rusiya yaşayır... Qoqol rus xalqının qüdrətinə, Rusiyanın məğlub edilməz olduğuna böyük inam bəsləyirdi. Yazıçının sənətinin gücü onun dərin realizmində idi. Əlbəttə, bu realizm öz-özünə təşəkkül tapmamışdı. Bu realizmi təmin edən sənətkarın yorulmaq bilməyən həyat müşahidələri və malik olduğu zəngin həyat təcrübəsi idi. Xalqın həyatı ilə dərindən, daimi və ardıcıl surətdə tanış olmağa can atmaq həmişə Qoqolu düşündürən əsas vəzifələrdən biri idi. Hələ kamil bir sənətkar olduğu zamanlarda belə, Qoqol xalq həyatı haqqında bildikləri ilə kifayətlənmirdi. Qoqol belə hesab edirdi ki, xalqın həyatı ilə qısa müddətə belə, əlaqəsini kəsən yazıçı böyük sənət əsərləri yarada bilməz. 1847-ci ildə Qoqol tanışlarının birinə yazırdı: “Mənə hələ çoxlu bilik toplamaq lazımdır, mənə Rusiyanı yaxşı bilmək lazımdır... Mənim əzizim, incəsənət böyük işdir... Yaradıcılıq qabiliyyəti böyük qabiliyyətdir... Bu qabiliyyətdən bir hissə də məndə var. Mən yaxşı bilirəm ki, bu qabiliyyəti lazım olan yerə və tələb olunan qədər işə sərf etməsəm, xilas ola bilmərəm, rahat ola bilmərəm. Lakin bunu da bilirəm ki, mən bu qabiliyyəti düzgün bir yolda işlətmək üçün ancaq o zaman özümdə qüvvət hiss edə bilərəm ki, mənim ağlım iş haqqında tam aydınıq _______________ Reyhan Mirzəzadə _______________ _ ю 410 oa əldə edə bilsin... Mənim obrazlarım canlı çıxmaz, əgər mən onları bizim materialdan, bizim torpaqdan qur masam. Mən elə obrazlar yaratmalıyam ki, bizlərdən hər kəs dərindən hiss etsin ki, bu, onun ətindən, qanından götürülmüşdür; ancaq belə olduğu halda o, yuxudan ayılar, ancaq bu zaman o, başqa adam ola bilər”. Qoqol haqqında Mir Cəlalın yazdıqları ilə tanış olaq:(“Böyük realist” məqaləsi, “Kommunist” qəzeti, 4 mart 1952-ci il) “Hələ 15-16 yaşlarında məktəbli olduğum zaman həyat və məişətdən, həqiqi ictimai münasibət lərdən, canlı insanlardan danışan hekayələri maraqla oxuyardım. Nədənsə o zaman bu hekayələrin müəllifi ilə heç də maraqlanmazdım. "Şinel" hekayəsini məhz bu illərdə (1924-1925) yazıçılıq ilə heç bir əlaqəm olmadığı, yazmağı heç fikrimə də gətirmədiyim zamanlar oxumu şam. Hekayənin qəhrəmanı, ömrü boyu kağızları köçür məkdən nəinki təngə gəlməyən, hətta bu işdən qəribə bir həzz duyan Akaki Akakiyeviç Başmaçkin indi də yadım dadır. O zaman bu tipi mən qəribə, bəlkə də əyləncəli, ələsalmaiı adam kimi təsəvvür edirdim. Onun “İnşallah sabah da üzünü köçürməyə kağız tapılar” - deyə, gecələr də keçirdiyi “həsrətə" təəccüb edirdim. Sonralar, məndə yazmaq həvəsi doğandan, əlimə qələm alandan sonra, məhz öyrənmək üçün böyük rus ədəbiyyatının A.Puşkin, A.Çexov, M. Qorki kimi nümayəndələrilə yanaşı, Qoqol yaradıcılığına da müraciət edəndə, bu hekayəni təkrar oxuyanda, gördüm ki, burada mətləb yalnız bir kargü- zarın məsələsi deyil. Yazıçı çox böyük bir məsələni- insanda qeyri-insanilik törədən, insan ləyaqətini alçaldan, adi adamları möhtac, ağır vəziyyətə salan, təhqir edən bir mühiti və münasibəti, əslində isə ictimai bir faciəni gös tərmiş, haqsızlıq, zülm və istismar dünyasını satira atə şinə tutmuşdur”. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling