Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi ____ so
- _______________ Reyhan M irzazadə _______________ ю 3S0 ca
- _______________ Reyhan Mirzazada ________________ ю 382 03
- _______________ Reyhan Mirzszadd ________________ ю
- _______________ Reyhan Mirzəzadə ________________ ю 386 ся
- _______________ Reyhan Mirzəzadə ________________ £o 388 ca
_______________ Reyhan Mirzəzadə _________________ sn378 ca Mopassan isə yazıçının “ivan iliçin ölümü” adlı əsərini oxuduqdan sonra demişdi:“Mən belə görürəm ki, bütün fəaliyyətim mənasız imiş, mənim on cildlik əsərlərimin qiyməti yox imiş". Yalnız Flober və Mopassan deyil, fransız yazıçısı Romen Rollan, İrlandiya yazıçı, dramaturq və romanisti, Nobel mükafatçısı Corc Bernard Şou, ingilis yazıçı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuopsi, Avstriya yazıçı və tənqidçisi Stefan Sveyq, eləcə də Tolstoyu “dünya vətəndaşı” adlandıran bir çox Avropa və Amerika yazıçıları heyrət və məftunluqla Tolstoyun dahiliyindən dönə-dönə bəhs etmişlər. Qolsuopsi “Hərb və sülh” haqqında demişdi: “Bu, yazılmış olan bütün əsərlərin ən əzəmətlisidir”. Doğrudan da “Hərb və sülh” rus xalqının dahiyanə bir epopeyası, demək olar ki, rus “lliada ’sıdır. Bu əzəmətli əsər rus xalqının öz istiqlaliyyəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsinin epik bir nəğməsi, ölməz bir dastanıdır. Romanı oxuyan zaman məndə belə bir fikir formalaşırdı ki, əsərin əsas qəhrəmanı nə Andrey Bol- konski, nə Pyer Bezuxov, nə də Platon Karatayevdir. Bu həqiqi və böyük qəhrəman öz Vətənini Napoleon işğal çılarından igidliklə qoruyan və düşməni rus torpaqla rından, rus şəhərlərindən qovan, öz vətənpərvərliyi, əzmkarlığı, döyüşkənliyi ilə bütün Avropanı sarsıdan rus xalqı, böyük bir millətdir. Borodino müharibəsi, partizan dəstələrinin fəaliyyəti, rus əsgərlərinin şücaəti, Rusiyanın müdafiəsi uğrunda aparılan böyük mübarizə unudulmaz səhnələrlə son dərəcə istedad və sənətkarlıqla canlan dırılmış, əbədiləşdirilmişdir. Əsər dərin bir həyat sevgisi, xalqın varlıq, qüvvətinə və qüdrətinə dərin bir inamla yazılmışdır. Flober bu əsəri oxuduğu zaman “Bu Şekspirdir, bu Şekspirdir!” - deyə heyrətlə qışqırmışdı. Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi ____ so 379 ca Qərb və Şərq ölkələri, Şimal və Cənub xalqları, müxtəlif millətlərdən olan oxucular hələ yazıçının sağ lığında ona güclü maraq göstərirdilər. Tolstoyla Şərq ara sında yazıçının lap gənclik illərindən möhkəm ünsiyyət yaranmışdı. Kazan Universitetinin ərəb-türk ədəbiyyatı fakültəsində təhsil alan Tolstoy, ömrünün sonuna qədər Şərq aləminə marağını itirməmiş, Şərq Ölkələrində- Hindistanda, Ərəbistanda, iranda, Türkiyədə, Qafqazda, o cümlədən Azərbaycanda şöhrət qazanmış, bu yerlərin mədəniyyət xadimləri arasında özünə dərin hörmət, böyük etimad yaratmışdı. İftixarla yada salmaq istərdim ki, görkəmli azər- baycanəsilli alim, tarixçi, şərqşünas, türkoloq və filoloq, Kazan Universitetinin professoru Mirzə Kazım bəy Lev Nikolayeviçin sevimli müəllimi olmuşdur.Tolstoy ərəb, türk və tatar dillərini onun köməyi ilə öyrənmiş, Azərbaycanın gözəl təbiəti, qonaqpərvər xalqı haqqında onun dilindən maraqlı söhbətlər eşitmişdi. Azərbaycanın Xalq artisti Hacağa Abbasov dostu ədəbiyyat müəllimi Əli Qasımovla birlikdə 1907-ci ildə Lev Nikolayeviç Tolstoyun ömrü boyu yaşayıb-yaratdığı sevimli kəndi Yasnaya Polyanada dahi ilə görüşü zamanı dünya şöhrəti qazanmış qoca ya zıçının öz müəllimini necə ehtiramla yad etdiyini xatır layıb yazırdı:“Şəkillərdə gördüyüm ağ saqqallı yazıçı başını qaldırıb bizə baxdı, gözlərini qıyaraq gülümsündü, köhnə tanış kimi bizim salamımızı aldı. Bu əsnada onun arvadı Sofiya Andreyevna otağa daxil oldu. Tolstoy bizi nişan verərək dedi:“Mənim qafqazlı müsafirlərə artıq dərəcədə ehtiramım var. Sən bilirsən ki, Kazan Uni versitetində oxuyan vaxt mənə Şərq dillərindən təlim verən qafqazlı şərqşünas professor Mirzə Kazım bəy olmuşdur”. _______________ Reyhan M irzazadə _______________ ю 3S0 ca ...Ev sahibi Qafqaz xalqlarının həyatı, məişəti ilə maraqlandığı üçün bizə bu barədə tez- tez suallar verirdi. Lev Nikolayeviç Şərq ədəbiyyatından söhbət açdı, Sədi və hafizin yaradıcılığından danışdı, M.F.Axundovu xatır ladı”. Tanrı görkəmli yazıçıya Qafqazı görmək və bir müd dət burada yaşamağı nəsib etdi. Tolstoy 1851-ci ilin mayından 1854-cü ilin yanvarına qədər Qafqazda yaşadı, Qafqazın bir çox yerlərində oldu, Xəzər sahilini gəzdi, Nuxaya və Tiflisə getdi. “Uşaqlıq”, “Gənclik”, “Rus mülkə darının го та п Г ш burada yazdı. Sonralar bir çox əsərlərində Qafqazı vəsf etdi. Yazıçı məktublarının birin də Qafqazı “Məhəbbət ölkəsi” adlandırdı. Daim füsunkar təbiət qoynunda yaşamağa üstünlük verən Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana kəndində varlı zadəgan ailəsində dünyaya gəlmiş, ailənin beş övladın dan dördüncüsü idi. Hələ uşaq ikən valideynlərini itirmiş Tolstoyun ilk əsəri də “Uşaqlıq” adlanır. 1854-cü ildə orduya çağırılıb zabit kimi Krım müha ribəsində iştirak edən yazıçı, həmin il Sevastopola, döyü şən orduya dəyişdirilir. Hərbi qulluq zamanı gənc yazıçı nın müharibə səhnələrini düzgün, canlı təsvir edən “Se vastopol hekayələri”ni yazır. Onu da deyim ki, orduda xidmət edərkən Tolstoy göstərdiyi şücaətlərə görə orden və medallarla təltif olunmuşdu. Yazıçı 34 yaşında dostluq etdiyi həkim ailəsinin qızı 18 yaşlı Sofya Andreyevna Berslə ailə qurmuşdu. Onlar 48 il qarşılıqlı hörmət və sevgi ilə ömür sürmüşdülər. Bu evlilikdən ailədə 13 övlad dünyaya gəlsə də, onlardan beşi uşaq ikən vəfat etmişdi. Gənc yaşlarından fransız dilini mükəmməl öyrənən Tolstoy, XVIII əsr fransız filosof, şair və tarixçisi Volterin və filosof-yazıçısı Jan-Jak Russo- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ю 38 J oa nun əsərlərini geniş mütaliə etmiş, bu iki şəxsiyyətin qüvvətli təsiri ilə yaşamışdı. Onun bu barədə gözəl bir fikri vardı:“Yaradıcılığın zəruri şərtlərindən biri bütün böyük yazıçıların təcrübəsini dərindən mənimsəməkdir, ö z sələflərinin yaratdıqlarını mənimsə və irəli get”. Əlbət tə ki,Tolstoy özü də böyük sələf idi. Dahinin yaradıcılığı XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi parlaq şəxsiyyətlərinə ciddi təsir göstərmişdi. İki əsrdən artıqdır ki, Azərbaycan və rus xalqlarının taleyi qonşu olaraq bir-biri ilə sıx bağlıdır. Bu dövrdə iki xalqın mədəniyyəti bir-birinə güclü şəkildə inteqrasiya etmişdir. Tarixin müəyyən mərhələsində, bir dövlət tərki bində yaşadığı illərdə də bəşəri məqsədlər naminə xalq larımız heç bir töhfə və zəhmətini bir-birindən əsirgə məmişdir. Rus ədəbiyyatında görkəmli simaların yaradıcı lığındakı yeni fikir və inkişaf Azərbaycana da öz təsirini göstərirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusi yada olduğu kimi, Azərbaycan ədəbiyyatında da demok ratik fikirlər güclənməyə başlamışdı. Yazıçılar öz əsər lərində ictimai məsələlərə, kəndlilərin ağır güzəranı, mülkədar zülmündən xilas olması, qadın azadlığı prob lemlərinə diqqəti artırmışdılar. Kəndli azadlığı mövzusu ilə məşğul olan yazıçılarımız Tolstoyla dərindən m araq lanırdılar. Onun realist, ifşaçı qələmi Azərbaycan yazıçı larını ruhlandırır, onlara istiqamət verir, ədəbiyyatda kəndlilərin vəziyyətinin real təsvirinə kömək edirdi. Bunu aydın görmək üçün Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Əbdürrəhim bəy Haqverdiye vin “Bəxtsiz cavan” kimi əsərlərini nəzərdən keçirmək ki fayətdir. Həmin dövrdə Tolstoy Azərbaycan yazıçılarının qeyd etdiyim kimi, ən çox pərəstiş etdikləri sənətkar idi. O, Azərbaycanın ədəbi-bədii, pedaqoji və fəlsəfi fikrinə qüvvətli təsir göstərirdi. Ziyalılarımızın böyük qismi ondan _________________Reyhan_Mirzazada__________________ю__382__03'>_______________ Reyhan Mirzazada ________________ ю 382 03 pedaqoq və yazıçı kimi çox şey öyrənirdilər.Tolstoyun əsərləri Azərbaycan dilinə sürətlə tərcümə olunurdu. 1881-1920-ci illərdə Bakıda nəşr olunan rus və Azər baycan mətbuatında Tolstoyun adı həmişə ehtiramla çəkilmiş, onun həyat və yaradıcılığına dair hər bir hadisə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olmuşdu. “Kaspi” qəzeti 1881-1919-cu illərdə Bakıda rus dilində nəşr olunan kütləvi mətbuat idi. Qəzetdə Rusi yanın bir sıra mütərəqqi fikirli yazıçı və ədəbiyyatşü nasları fəaliyyət göstərirdi. Azərbaycan ziyalıları “Kas- pi”ni müntəzəm oxuyur, Nəriman Nərimanov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov və başqaları qəzetdə tez-tez çıxış edirdilər Burada Lev Nikolayeviç Tolstoy haqqında müxtəlif mövzulu yazılar dərc olunurdu. O zaman nəşr olunan “İttifaq", “Səda”, “Təzə həyat” qəzetləri yazıçının yaradıcılığına xüsusi yer verirdi. 1894-cü ilin may ayında Bakıda, Hacı Zeyna labdin Tağıyev teatrında ədibin 1886-cı ildə xalq teatrları üçün yazdığı “Əvvəlinci şərabçı” adlı pyesi ilk dəfə Azər baycanın görkəmli maarif xadimi, yazıçı, bir sıra lüğət və dərsliklərin müəllifi olan Sultan Məcid Qənizadə tərə findən tərcümə edilib tamaşaya qoyuldu. Pyes hərarətlə qarşılandı. Müvəffəqiyyətdən ruhlanan Qənizadə, 1896-cı ildə əsəri kitabça şəklində çap etdirib, pulsuz yaydı. Xatırlatmaq istərdim ki, süjeti Belorus nağılından götü rülmüş əsərin böyük tərbiyəvi əhəmiyyəti vardı. Pyesdə patriarxal kəndli təfəkkürünə uyğun tərzdə ilk dəfə arağın necə icad edildiyi göstərilirdi. Tolstoy “Rəhmanamı, yoxsa şeytanamı sitayiş etməli?” kimi digər məqalələrində də müstəqim yolla ifadə etdiyi fikirlərini burada həyati və əfsanəvi obrazlar vasitəsilə yenidən təkrar edirdi:-Spirtli içkilərə meyl etmə,-deyirdi.“İçki şeytan əməlidir. O, insan mənliyini və heysiyyətini alçaldan bəladır”. ____ Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi ____ to 383 oa Tolstoyun dünyəvi yaradıcılıq istedadı, pedaqoji fəaliyyəti ilə bərabər, insanpərvərliyi, alicənablığı, nəsil lərə aşılanan dərin mənəvi keyfiyyətləri, ailə və övlad- sevərliyi, gənclərə öz balası kimi münasibəti, həqiqət və dürüstlüyün tərənnümçüsü olması, sülhsevərliyi, xalqların azad, firavan yaşaması naminə daim çalışması ba xımından Azərbaycanın tanınmış yazıçısı, pedaqoqu, ədəbiyyatşünas alimi, uzun illər Azərbaycan Dövlət Universitetində (indiki BDU) minlərlə tələbəyə dərs demis, ədəbiyyat sahəsində çoxsaylı alimlər ordusu yaratmış filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevi daha çox xatırladır. Mir Cəlal Tolstoyu çox sevirdi. Bəlkə də ruhən və qəlbən rus xalqının böyük övladına olan bağlılığı, oxşar xarakterindən idi ki, ədibin yaradıcılığında Tolstoy mövzusu xüsusi yer tuturdu. Mir Cəlalın Tolstoya özəl münasibəti vardı. Bu barədə onun “Dahi sənətkar”, " Lev Nikolayeviç Tolstoy”, “Böyük rus ədibi”, “Dahi söz ustası” və s. adlı geniştəhlilli, maraqlı faktlarla zəngin olan məqalələri vardır. Tolstoyun yaradıcılığına mükəmməl bələd olan Mir Cəlal yazırdı: “ Tolstoy ilk əsərlərindən başlayaraq insanı və onun taleyini yaradıcılıq işinin mərkəzində qoyur, mövzuların əsası sayırdı. O, sənətin böyüklüyünü də, kiçikliyini də bunda, xalqa münasibətdə görürdü”.( “Kom munist” qəzeti, 3 sentyabr 1948-ci il, “Dahi sənətkar” məqaləsi) “Tolstoy bir çox yazıçılara və sənətkarlara xas olan şagirdlik dövrünü keçirməmişdir.O,həyata dərin müşahidə və diqqətlə yanaşaraq, yazdığı ilk əsərlərindən etibarən böyük yazıçılar sırasında durmuşdur”. (“Ədəbiyyat" qəzeti, 12 sentyabr 1948-ci il, “Lev Nikolayeviç Tolstoy” məqaləsi) _______________ Reyhan Mirzszadd ________________ ю 3S4 ся “Ədib var ki, müəyyən bir ictimai zümrəni təmsil edir. Ədib var ki, müəyyən bir dövrü, məsələni, ölkəni göstərməklə kifayətlənir. Ədib də var ki, günəş şüası kimi cəmiyyət həyatının, insanın mənəvi aləminin bütün mü rəkkəbliyinə nüfuz edir, zaman keçdikcə, nəsillər dəyiş dikcə təsirini azaltmır, əksinə, artırır. Tolstoy sənəti za man, məkan hüdudu bilməyən, həmişə, hər yerdə qüdrət və kəsərini saxlayan bir sənətdir. L.N.Tolstoy böyük rus xalqının bəşəriyyətə, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi çox mühüm sima- lardandır. Dahi ədib öz xalqının və zamanının ləyaqətli və xələf oğludur”. ( “Dahi söz ustası” məqaləsi, 1978-ci il) Tolstoy doğrudan da sənətin və ədəbiyyatın qar şısında böyük vəzifələr qoyan, sənəti Mir Cəlalın qeyd etdiyi kimi, zaman, məkan hüdudu bilməyən, həmişə hər yerdə qüdrət və kəsərini saxlayan bir sənətkar idi. O, bütün dünya xalqları arasında həmişə dostluğun və dinc həyatın yaradılmasını arzulayırdı. Ədib humanist şəx siyyət, parlaq ziyalı olaraq, xalqlar arasındakı dostluğu pozan, millətləri bir-birinin üzərinə qızışdıran, qanlı mübarizələrə, kütləvi qırğınlara, insan tələfatlarına sürük ləyən adamların xəbis və təhlükəli hərəkətlərinin qarşısını almağı özünə vətəndaşlıq borcu hesab edirdi.Yazıçı bütün sənətkarları xalqa xidmət etməyə, həyatı əks etdirməyə çağırırdı. Sənəti yalnız həyata bağlılıqda görən ədib, ədəbiyyat və sənəti həyatdan uzaqlaşdıran, onu mənasız və məzmunsuz əyləncəyə çevirən qüvvələrlə heç bir zaman barışa bilmirdi. Lev Tolstoy bədii düşüncənin ən nəhəng ifadəçisi idi. Dahi sənətkarın ölməz əsərlərində irəli sürülən böyük məsələlər ona nəinki rus xalqı tarixində, hətta bütün dünyada, bütün mədəni xalqların tarixində əbədi bir şöhrət qazandırmışdır. Böyük sənətkar öz bədii zəkası, ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ £o 385 ca müdrik düşüncəsi, insanpərvərlik mövqeyi, dərin sənət karlıq müşahidəçiliyi, misilsiz həssaslığı ilə bütün dünya oxucularını heyrətdə buraxmış, haqlı olaraq ona “dünya vətəndaşı” adını qazandırmışdır. Bu bir həqiqətdir ki, dünya ədəbiyyatı tarixində yara dıcılıq vüsəti etibarı ilə Tolstoya bərabər olan bir sənətkar tapmaq çox çətindir. Yazıçı XIX əsr sənətinin ən yüksək zirvəsinə qalxmışdır. Heç bir sənətkar insan qəlbinin sirrlərindən Tolstoy qədər agah olmamışdır. O, sözün həqiqi mənasında insan qəlbinin ustadı idi. Bu barədə Mir Cəlalın qeydlərinə diqqət yetirək:“Sənətə müqəddəs iş kimi baxan Tolstoy deyirdi:“Ancaq o zaman yazmaq lazımdır ki, hər qələmi mürəkkəbə batıranda, orada bir parça ət qoyursan”. Doğrudan da Tolstoy sənətə həyatını vermişdi. 0,deyirdi:“0 adam ki, qayəsi şəxsi səadətdir, axmaqdır, o adam ki, qayəsi başqalarını təqliddir, o, zə ifdir. O adam ki, qayəsi başqalarının səadətidir, xoş bəxtdir!”. Tolstoy mənşəyi etibarı ilə zadəganlar nəslinə mən sub olduğu halda, (onun qraf olaraq dvoryan titulu vardı) məhz səmimi və dürüst təsvirləri sayəsində milyonlarla kəndlilərin etiraz səsini ifadəyə qədər ucala bilmişdi, kütlələri dilənçi kökünə salan ictimai səbəbləri, məzlum kəndlilərin şüurunda əmələ gələn təbəddülatı qüvvətli bir hiss, inandırıcılıq və cəsarətlə ifadə edərək öz tənqidində məsələnin kökünə gedib çıxa bilirdi. Odur ki, Azərbay canda da Tolstoy çox sevilirdi. Mir Cəlalın bu barədə yazdıqlarından:“Hələ əsri mizin ilk illərində Azərbaycanda böyük rus xalqının bütün görkəmli yazıçılarına olduğu kimi, Tolstoy yaradıcılığına da artıq maraq duyulmaqda idi. 1903-1904-cü illərdə “Şərqi-rus” qəzetində ədibin , iki hekayəsi (“Buğda dənəsi", “Zəhmət, ölüm və naxoşluq”) tərcümə və nəşr _______________ Reyhan Mirzəzadə ________________ ю 386 ся olunmuşdur. Tolstoyun 20-dən çox hekayəsi Azərbaycan dilində kitab şəklində buraxılmışdır. “İnsana çoxmu yer lazımdır?” (1908), “Tanrıyamı, harunamı xidmət etməli?” (1907), “Qafqaz əsiri” (1912), “Fransuaza" (1912) və sairə. Tolstoyun hekayələri oxucular arasında tez yayılır və şöhrət qazanırdı. “Qafqaz əsiri” bir neçə dəfə nəşr olunmuşdur. Həsənbəy Zərdabi Tolstoyla şəxsən yazışır dı...Cəlil Məmmədquluzadə Tolstoyun yaradıcılığındakı xalqçılıq, həqiqətpərəstlik və sənət məharətini, tənqid meyllərini alıb təbliğ edirdi.Təsadüfi deyil ki, o, böyük ədibin ancaq kəndli və torpaq məsələlərinə aid olan hekayələrini o zaman çalışdığı “Şərqi-rus” qəzetində nəşr etmişdir. Bu hekayələrdən birini isə özü sadə xalq dili ilə tərcümə etmişdir. Tolstoyun xalq jurnalı nəşr edənlər üçün yazdığı məsləhətləri (aşağı təbəqələrin anlayacağı sadə bir dildə yazmaq) Cəlil Məmmədquluzadə öz jurnalında əməli olaraq tətbiq edirdi ”. Tolstoy kimi sənətkarların məhz Rusiyada yetişməsi təsadüfi deyildi. Tolstoy rus milli şəraitində yaranmış XIX əsr realist sənətkarlarının ən gözəl ənənələrini özündə toplayan rus qüdrətinin böyük ifadəçisi idi. Mütləqiyyət və təhkimçilik sisteminə qarşı rus xalqının apardığı azad lıq mübarizəsi ilə ruhlanan Tolstoy, nəinki rus həyatının misilsiz təsvirini, bəlkə də dünya ədəbiyyatının birinci dərəcəli əsərlərini yaratmışdı. O, yorulmaz və fədakar bir zəhmətkeş idi. Onun arxiv, kitabxana və muzeylərdəki əl yazıları hər bir əsər, hər bir cümlə və söz üzərində nə qədər səylə, diqqətlə işlədiyini, özünə qarşı nə qədər tələbkar olduğunu aydın göstərir. İki min səhifədən ibarət böyük “Hərb və sülh” romanını o, yeddi dəfə düzəltmiş və yenidən köçürmüşdü. Mir Cəlal, Tolstoyun öz sənətinə müstəsna dərəcə də tələbkar olduğu, yazdığını dəfələrlə düzəldib köçür- ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 3S7 ea düyü, hər cümlənin, hər sözün üzərində düşünməkdən yorulmadığı, əksinə, bundan həzz aldığından geniş bəhs edirdi. “Qafqaz təbiətini və dağlıların məişət tərzini hey rətli bir həqiqət gücü ilə verən “Hacı Murad” kimi bir əsər onu razı salmadığı üçün sağlığında çapa verməmişdi”. “Dahi söz ustası”nda Çernışevskidən sitat gətirərək, Mir Cəlal yazır:“N.Q.Çernışevski “Sovremennk”də çap etdirdiyi “L.l.Tolstoy. Uşaqlıq və ilk gənclik. Hərbi hekayələr” adlı məqaləsində hələ gənc olan ədibin yaradıcılıq xüsusiyyətlərini aydın görür, onun əsl sənətkar adlandırır, yaradıcılığının ideya və bədii əsaslarını dərin təhlil edərək, əsərlərində “qəlbin dialektikasının” inikası olduğunu yazırdı... Kimki insanı öz şəxsiyyətində öyrən mədi, heç vaxt insanları dərindən dərk etməyə nail ola bilməz...Biz qabaqcadan deyirik ki, qraf Tolstoyun indiyə qədər ədəbiyyatımıza verdikləri ancaq onun gələcəkdə görəcəyi işlərin rəhnidir”. 1812-ci il müharibəsində Vətənin taleyi həll olunurdu. Xalqın bir məqsədi vardı ki, o da öz torpağını işğalçılardan təmizləmək idi. Bu məqsədin və bu qanlı mübarizənin qəhrəmanlıqla həyata keçirilməsini, rus tari xinin böyük sınağı qarşısında çardan tutmuş əsgərə, ən sadə kəndliyə qədər hər kəsin öz vəzifəsini necə fədakarlıqla yerinə yetirməsini Tolstoy öz romanında ecazkar bir həqiqət və inandırıcılıq qüdrəti ilə can landırmışdı. Mir Cəlal Paşayevin “Hərb və sülh” haqqındakı maraqlı fikirlərindən nümunələri təqdim etmək istərdim: “Tolstoyun sənətkar dühasının və eləcə də bütün bəşə riyyət sənət xəzinəsinin ən parlaq əsərlərindən biri məş hur tarixi-xalq epopeyası - “Hərb və sülh” romanıdır. Ədib göstərir ki, insanların həyatını, onların mühüm maraq larını - sağlamlığı, xəstəliyi, zəhməti, istirahəti, _______________ Reyhan Mirzəzadə ________________ £o 388 ca fikir, elm, şeir, musiqi, məhəbbət, dostluq, nifrət, ehtiras ları ilə təsvir etmədən tarixin bədii lövhəsini vermək olmaz. Tolstoy realizmi burada özünü aydın göstərir. Romanda tarixi hadisələrə yalnız onların zahiri, rəsmi tərəfindən yox, bir şairin dediyi kimi “zər tikişli mərasim paltarından yox, iç tərəfdən, cana yaxın olan köynəkdən yanaşmaq “bir üsul kimi qoyulmuşdur”. Romanın baş qəhrəmanlarından biri Kutuzovdur. Əsərdə o, xalq müharibəsinin əsl sərkərdəsi, xalq fikri, iradəsi və hissinin ifadəçisi, rus ruhunun əzəmətli mücəs səməsi kimi təsvir olunur. Sərkərdə rus əsgərlərinin həyatını qayğıkeşliklə qoruyur, ordusunu və onun hər bir üzvünü ata məhəbbəti ilə sevir. O, sadə, təvazökar, xeyirxah, zahiri parlaqlıqdan və xudpəsəndlikdən uzaq, təbii və cəsur bir insandır. Mixail illarionoviç Kutuzov siyasi xadim olmaqla bərabər, həm də müdrik sərkər dədir. Tolstoya görə, onun gücü və qüdrəti xalq ilə möhkəm əlaqəsində, xalqın dərdlərini, istəklərini duyub eşitməsindədir. Romanda general - feldmarşal Kutuzovun siması, vücudu, yerişi, hərəkətləri, davranışı, xoş təbəs sümü dəqiqliklə qələmə alınmışdır. Mir Cəlal “Hərb və sülh”ü bəşəri sənət nümunəsi kimi dəyərləndirib daha sonra yazır ki, müharibə səh nələri Tolstoyun əsərində birtərəfli və rəsmi deyil, bütün dəhşəti, həqiqi çılpaqlığı, qan, iztirab və ölümü ilə əhatəli bir şəkildə təsvir olunur. Bu müharibədə ədib xalqı əsas qüvvə kimi göstərir və müharibənin ruslar üçün ədalətli müharibə olduğunu, buna görə də rus xalqında coşqun vətənpərvərlik hissinin daha da alovlandığını görü rük...1812-ci il müharibəsində partizanların fəaliyyəti məhz belə bir iftixar hissi ilə Tolstoyun əsərində əks olunur. Ordu da, partizanlar da, əhali də həmin bu vətənpərvərlik duyğusu ilə yaşayır və vuruşurdu. Qabaq- Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling