Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə _________________ во 344 oa
- TƏ CA VÜ ZÜ Ə S RLƏ R BOYU MİLLƏTİMİZİN Y A D D A ŞIN DA N SİLİNMƏYƏCƏKDİR
- _______________ Reyhan Mirzəzadə ________________ so 346 ca
- _______________ Reyhan Mirzdzadə ________________ ю
- ______ Reyhan Mirzəzadə ________________ яо 350 o a
- _______________ Reyhan Mirzəzadə ________________ so 352 oa
- _____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 353 ea
- _______________ Reyhan Mirzəzadə ________________ so 354 ca
so 343 Konstitusiyaya qadın hüquqlarının daxil edilməsi işi həvalə edilir. 22 yaşlı ingilis-yapon dilləri tərcüməçisi olan xanım Bit Qordon ən müxtəlif kitabxanalardan ayrı-ayrı ölkələrin Konstitusiya nüsxələrini toplayır.Bundan sonra onun tərtib etdiyi bəndlər ilk dəfə olaraq yapon qadın larına məhrum edildikləri hüquqları verir. Məsələn, yeni Konstitusiyanın 14-cü maddəsi kişilərlə bərabərlik, 24-cü maddə isə qadınların mülkiyyət vərəsəlik, həyat yoldaşını seçmək, boşanmağa təşəbbüs etmək və digər hüquq larına imkan verirdi. Proses tam məxfi olduğundan Qordon uzun illər öz rolundan heç yerdə bir kəlmə belə danışmır. O, yaxşı başa düşürdüki Yaponiya ənənəçiləri tərəfindən qadın lara verilmiş hüquqlara görə həyatı təhlükələrə məruz qala bilərdi. Lakin son illərdə Bit Qordonun bu prosesdəki rolu yapon ictimaiyyətinə aşkar olandan sonra Yapo niyada onu qəhrəman kimi qarşılayırlar. ötən ilin 30 dekabrında 89 yaşında vəfat edən Bit Qordon 1923-cü ildə Vyanada doğulmuşdu. Ata soyadı Sirota kimi qeyd olunan Bit, Ukrayna yəhudilərindən olan tanınmış pianoçu Leo Sirotanın qızı idi. O, beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdü. Atası imperatorun Musiqi Akademiyasında dərs deməsi üçün Tokioya dəvət edilmişdi. Bit ilk təhsilini şəhərdəki alman məktəbində almağa başlasa da, antisemitizm onu Amerika məktəbinə keçməyə məcbur etmişdi. Bit burada yaponiyalı uşaqlara qarışıb dili öyrənmək imkanı əldə etmişdi. Sonralarsa Tokionu tərk edib Kaliforniyada Milli Kollecdə təhsil almağa başlamışdı. Xanım Bit Sirota yapon dilini sərbəst bildiyi üçün ABŞ hökumətində iş tapmış, yapon verilişlərinin moni torinqini aparırdı. 1945-ci ildə ABŞ vətəndaşlığını qəbul edən Bit, Yaponiyaya general Makarturun heyətinin üzvü _______________ Reyhan Mirzəzadə _________________ во 344 oa kimi qayıtmışdı. Valideynlərindən uzun müddət xəbərsiz olan xanım Bit, onları xarici vətəndaşların saxlandığı həbsxanada tapmış və xilas etmişdi. Yaponiyada yeni Konstitusiya elan edildikdən bir il sonra, 1948-ci ildə Bit ABŞ hərbi kəşfiyyatının baş tərcüməçisi Con Qordonla evlənmiş və Amerikaya qayıt mışdı. Yapon Konstitusiyasına görə, imperator yapon xal qının birliyinin və yapon dövlətinin simvoludur Hegemon güc xalqın əlindədir. Qeyd edildiyi kimi, Yaponiya qəti olaraq müharibə əleyhdarıdır. Siyasi, hərbi gücü digər millətlərlə münaqişədə istifadə edilməsini rədd edir. Yapon xalqı daim diktatura, zülm və əsarətin dünyada aradan qaldırılması, sülhün qorunması üçün mübarizə apararaq, beynəlxalq aləmdə şərəfli yer tutmaq arzu sunda olmuşdur, ölkədə əsas insan hüquqları əbədi və toxunulmaz olaraq zəmanət altına alınmışdır. Zəhmətkeş, tərəqqipərvər, alicənab, dünyada hər cür yeniliyin, modernliyin, inkişafın əsas iştirakçılarından olan yapon xalqı ən səmimi arzulara layiqdir Bu xalqın, dövlətin bütün bayramlarında dost təbriklərinə qoşulur, Gündoğan ölkəsinin taleyinə həmişə günəşin doğmasını diləyirik. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ “Azad Azərbaycan” qəzeti, 7 dekabr 2011-ci il. во 345 оз K EÇM İŞ SSRİ-NİN RƏHBƏRİ M.QORBAÇOVUN A ZƏ R B A YC A N XA LQ INA QARŞI BU XƏYANƏTKAR TƏ CA VÜ ZÜ Ə S RLƏ R BOYU MİLLƏTİMİZİN Y A D D A ŞIN DA N SİLİNMƏYƏCƏKDİR Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar tarixi xalqımızın azadlıq şücaəti, mübarizliyi, cəsarəti, özünün milli qürurunun bütün dünyəvi dəyərləri ilə təcəssüm et dirməsi baxımından bizim üçün çox əhəmiyyətli, gələcək nəsillərə yadigar qalan günlərimizdən biridir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhid lərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gələn politoloq Reyhan Mirzəzadə demişdir. R. Mirzəzadə demişdir:“Qan yaddaşımız olan bu tarixin biz canlı şahidləriyik. Keçmiş SSRl-nin rəhbəri M. Qorbaçovun Azərbaycan xalqına qarşı bu xəyanətkar təcavüzü əsrlər boyu millətimizin yaddaşından silinmə yəcəkdir. Bizim mərd oğullarımız, qızlarımız azadlıq tə fəkkürümüz, azadlıq dəyərlərimiz uğrunda canlarını fəda etdilər. Bu, həm də bizim üçün milli qürur ənənələrimizi yaşadan, ucaldan, qəhrəmanlıq tariximizdə bir simvolunu əbədi məşəl kimi yandıran bir gündür. Mən bu günlə qürur duyuram. Bilirsiniz ki, Azərbaycan uzun illər sovetlər imperi yasının tərkibində olmuş, heç zaman yaşadığı imperiyaya xəyanət etməmiş, ona sədaqətlə xidmət etmişdir. Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbə Azərbaycanın nefti, imperiyaya daxil olan digər respub likalardan üstün insan potensialı sayəsində mümkün olmuşdur. Bu qələbənin əldə edilməsində xalqımızın xid mətləri misilsiz olmuşdur. Ancaq buna baxmayaraq 1990- cı illərdə Azərbaycan xalqının haqq səsini keçmiş SSRİ _______________ Reyhan Mirzəzadə ________________ so 346 ca rəhbərliyi, başda Qorbaçov olmaqla eşitmək istəmədi. Qəflətən, fövqəladə vəziyyət barədə heç bir xəbərdarlıq edilmədən yanvarın 19-dan 20-nə keçən gecə günahsız vətəndaşlara təcavüz edildi. Həmin dəhşətli hadisələrdə bizim Ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi qiymətləndirmək lazımdır. Həmin çətin zamanda Azərbaycanın haqq səsinə səs verən yox idi. SSRİ rəhbərliyinin əmri ilə respublikamızda informasiya bloka dası yaradılmışdı ki, dünyanın heç bir ölkəsi Azərbay canda baş verən hadisələrdən xəbər tutmasın. Belə bir vaxtda xəstə olmağına baxmayaraq Ulu öndərimiz Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyimizə gə lərək kəskin bəyanatla çıxış etdi və dünya jurnalistlərinə bu qanlı hadisə haqqında məlumat verdi. Lakin Ulu öndərimiz bununla kifayətlənmədi, Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə haki miyyətə gəldikdən sonra da qanlı qırğına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü işlər gördü. Bizə istər Xocalıda, istərsə də Qarabağda dünyasını dəyişən bütün şəhidlərimizin ruhu əzizdir. Bu gün biz onların ruhu qarşısında baş əyirik. Biz elə bir tarix yaratmalıyıq ki, gələcək nəsillər bundan ibrət götürsünlər və bu tarixi yaşatsınlar. Bizim millətimizin bütün dünyada qüdrətli xalq kimi ucalmasında hər bir azərbaycanlı səylərini birləşdirməlidir, bu bizim vətəndaşlıq borcu muzdur! ____ Azərbaycançılıq və vətənpərvərlik məffturəsi ____ 20 yanvar 2013-cü il so 347 ел QURTULUŞA GEDƏN YOL Müsahibimiz publisist - poiitoloq Reyhan Mirzəzadədir. - Reyhan xanım, qarşıdan tarixi bir gün, 15 iyun - Qurtuluş Günü gəlir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə dəvət olunması gününü bayram kimi qeyd edəcəyik. Siz bu böyük şəx siyyətin respublikamıza rəhbərlik etdiyi 30 illik dövrün tədqiqatçısısınız. Gəlin Ulu öndərimizin Azərbaycanda gördüyü böyük işləri bir daha xatırlatmaqla, xatirəsini ehtiramla yad edək. - Cismən bizdən ayrı, mənən isə hər zaman canından artıq sevdiyi xalqı ilə bərabər olan Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi yolunda çox böyük xidmətləri olub. Respublikamızda hakimiyyətdə olmuş heç bir məmurun Heydər Əliyevin xalqımızın yolunda çəkdiyi zəhməti qədər əməyi olmayıb. Onun şərəfli missiyasını yalnız dünyaya göz açandan, uşaq lıqdan bəri Heydər Əliyev təcrübəsinin ən yaxın şahidi, ən inanılmlş nümayəndəsi, Azərbaycan bayrağını beynəl xalq aləmdə dəfələrlə zirvələrə qaldıran oğlu İlham Əliyev davam etdirə bilərdi. Odur ki, qədirbilən Azərbaycan vətəndaşları ölkəmizə rəhbər seçimində məhz İlham Heydər oğluna üstünlük verdi. Heydər Əliyevin Azərbaycanda o qədər böyük zəhməti olmuşdur ki, qəzet səhifələrində bunların hamı sından bəhs etmək mümkün deyil. Mən onun ömrünün, böyük fəaliyyətinin yalnız bəzi məqamlarına toxunmaq istəyirəm. Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) sıravi operativ işçi kimi əmək fəaliyyətinə davam edən Heydər Əliyev, sonralar həmin orqanda ən böyük vəzifəyə kimi _______________ Reyhan Mirzdzadə ________________ ю 348 ca ucalmışdı. DTK generalı rütbəsinə qədər yüksəlmişdi. Moskvada, Leninqradda, keçmiş Sovet İttifaqının ən yüksək ixtisaslı kadrlarının yetişdirildiyi xüsusi məktəb lərdə, kurslarda təhsil almışdı. Hələ heç bir müsəlman, türk oğlu Sovet İttifaqı kimi nəhəng bir ölkədə belə yüksək rütbələrə çatmamışdı. Bir gün Moskvadan gələn bir əmrdə Əliyevdən tapşırığı yerinə yetirməyi tələb edirdilər. O, içində xeyli vərəqələr olan çantanı alıb sənədlərlə tanış olanda, burada 5 min nəfər həmvətəninin adının yazıldığını gör müşdü. Gələn gizli əmrə əlavə olunan siyahıda adları göstərilən şəxslərin Qızıl Ordudan fərarilik etdikləri, çoxunun isə cəbhədən qaçaraq Azərbaycanda gizləndik ləri qeyd olunur, onların axtarılıb tapılmaları və cəzalan dırılmaları tələb edilirdi. Əliyev xeyli düşündü. Azərbaycan xalqının övladı olduğu halda, öz millətinin övladlarını bilə-bilə necə ölümə göndərə bilərdi? O, siyahıda dəyişikliklər etdi. Bəzi adları pozub yerinə başqa adlar yazdı. Stalinin Böyük Vətən müharibəsindən sonrakı qarışıqlıq dövründə rəqiblərini aradan götürərək təmizlik əməliyyatlarına baş laması Əliyevə yaxşı məlum idi. O, son dərəcə iti ağlı, uzaqgörən siyasəti, bacarıqlı təcrübəsi ilə çevik addımlar ataraq siyahıdakı adların bir qismini müharibə itkinləri və ölülər siyahısına salmağa müvəffəq oldu. Yüzlərlə həm vətənini Stalinin ölüm əməliyyatı caynağından və düşər gələrdən xilas edə bildi. Onun xilas etdikləri arasında sonralar Azərbaycanda şan-şöhrət sahibi olan sənət adamları, rəssam, şair, bəstəkar və alim lərdə vardı. SSRl-nin o zamankı rəhbəri Leonid Brejnev Heydər Əliyevi dərin ağlı, zəkası, savadı və təcrübəsinə görə hələ 1967—ci ildə Azərbaycan Respublikasının başçısı təyin etmək fikrindəydi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ во 349 on Bir müddət sonra Moskvaya dəvət olunan Heydər Əlirza oğlu Əliyev, 1969-cu il iyulun 14-də respub likamızda nazirlik səviyyəsində olan Dövlət Təhlükəsizlik Komitəsi sədrliyindən Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə təyin edilir. Bu vəzifədə Əliyev düz 14 il çalışır. Azərbaycan üçün çox böyük işlər görür. Bu illər ərzində 250 - dən çox zavod, fabrik, digər iri sənaye və istehsalat müəssisələri istifadəyə verilir. Xalq və kənd tə sərrüfatı, neft sənayesi, meliorasiya, enerji və qaz sə nayesi, ağır və yüngül sənaye, kimya sənayesi, səhiyyə, elm, təhsil, mədəniyyət, rabitə sahələrində Əliyev respub likada çoxsaylı işlərin həyata keçirilməsinə rəhbərlik edir. Tikilən böyük müəssisələrdən Bakı Məişət Kondi sionerləri Zavodu, Bakı Soyuducu Zavodu, Ulduz, Elekrtik Cihazları Zavodu, “Azon” Zavodu, Bakı Şampan Şərabları Zavodu, Bakı Dərin Dəniz Özülləri Zavodunu misal göstərə bilərəm. Bu müəssisələrin tikilib istifadəyə verilməsi asanlıqla başa gəlməmişdi. Məsələn, Kon disioner Zavodunun tikintisi İttifaqın başqa regionunda, Zaporojest şəhərində, Dərin Dəniz özülləri Zavodunu isə Həştərxan şəhərində istifadəyə vermək nəzərdə tutul muşdu. Lakin Heydər Əliyevin gərgin əməyi, nüfuzu sa yəsində SSRİ rəhbərləri onunla hesablaşaraq hər iki zavodun Bakıda tikilməsinə qərar verdilər. Kondisioner Zavodu plana görə dörd ilə tikilməli idisə, Əliyev onu iki ilə, həm də yüksək keyfiyyətlə tikdirdi. Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq sahələ rinin inkişaf etdirilməsi üçün kompleks inkişaf proqramları hazırlandı. Ən başlıcası, respublikamızın ayrı-ayrı regi onları üzrə əkinçiliyin və heyvandarlığın ixtisaslaşdırılmış sahələrinin yaradılmasının əsası qoyuldu. Naxçıvan, Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Salyan və Şirvan ________Reyhan_Mirzəzadə__________________яо__350__o_a'>______ Reyhan Mirzəzadə ________________ яо 350 o a zonalarının bir çox rayonlarında 350-dən çox ixti saslaşdırılmış üzümçülük təsərrüfatları yaradıldı. Heydər Əliyevin bilavasitə iştirakı ilə Azərbaycanda nəhəng və mürəkkəb hidrotexniki qurğular, suvarma sistemləri tikilib istifadəyə verildi. Abşeronda da bu işə düşdü. Şamaxıda Zaqolovçay Su Anbarı, Qusarda Cahar-cabi suvarma kanalı, Lənkəranda Yuxarı Xan- bulançay Su Anbarı, Tərtərçay Su Anbarı, Naxçıvanda Arpaçay, Sirab Su Anbarları, Şəki və Qax rayonları ərazisində Əyriçay Su Anbarı, Baş Mil Magistral Kanalı, Viləşçay Su Anbarı, Füzulidə Aşağı Göndələnçay Su Anbarının istifadəyə verilməsi əkin sahələrinin suvarıl masını təmin etdi. - Heydər Əliyev bu günümüz üçün çox əhəmiyyətli olan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında hansı işləri həyata keçirmişdi? - Bəli, Heydər Əliyev bu sahədə də çox işlər həyata keçirib. Beləki, keçmiş SSRİ - də ölkədaxili yükdaşı- manın 90 faizdən çoxu Xəzər Dəniz Gəmiçiliyinin payına düşürdü. Azərbaycanda gəmiçiliyin təhcizat bazası köhnə olduğundan onu dünya standartları səviyyəsində inkişaf etdirmək mümkün deyildi. Əliyev qəti addımlar atdı. SSRİ rəhbərliyi ilə danışıqlar aparıb Azərbaycanda gəmiçilik bazasını təzələmək, onu yeni mütəşəkkil surətdə inkişaf etdirmək üçün böyük səylər göstərdi. Yeni plan və layihələr quruldu. Gəmiçilikdə sürətli dönüş yarandı. Gəmiqayırma zavodlarının təhcizatı gücləndirildi. Volqo- qradda və Rumıniyada Azərbaycan üçün neftdaşıyan yeni tankerlər sifariş verildi. Yuqoslaviyadan eləniz nəqliyyatı donanması üçün müasir tələblərə cavab verən 8 yeni gəmi-bərə və sifariş verilən 15 tanker respub likamıza gətirildi. Hazırda işləyən “Azərbaycan", “Dağıs tan”, “Naxçıvan", “Akademik Həsən Əliyev”, “Mustafa ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ___ _ so 3 5 /ea Topçubaşov”, “Professor Gül" və digər gəmi - bərələr istismara başladı. “İslam Səfərli”, “Qəhrəman Hacıyev”, “Nigar Rəfibəyli”, “Qəhrəman Xəlilbəyli”, “General Şıx linski", “Qəhrəman Həsənov”, “Lənkəran”, “Abşeron” və s. tankerlər isə Qara Dəniz, Aralıq Dənizi və Xəzər Dənizi hövzəsinə aid olan ölkələrə strateji məhsullar daşımaq dadır. Dünyanın məşhur limanlarına yan alan, nəhəng okean sularında üzən gəmilərimiz Azərbaycanı bu gün də yüksək səviyyədə təmsil edir. Heydər Əliyevin rəhbərliyi altında Bakıda neçə-neçə qəsəbələr, yaşayış massivləri salındı. 8-ci km, Musabə- yov, indiki Bakıxanov, Əhmədli, Günəşli, Mərdəkan, Hövsan, Xırdalan kimi iri qəsəbələri misal göstərə bilərəm. - Milli mədəniyyətimiz Heydər Əliyevin qayğısı ilə hansı inkişaf yolları keçmişdir?Bu barədə sizi dinləmək maraqlı olardı. - Milli mədəniyyətimizin inkişafı Heydər Əliyevin son dərəcə diqqət mərkəzində olan məsələlərdən biri idi. Onun köməkliyi sayəsində Azərbaycanda 52 memarlıq abidəsində, bir sıra mərkəzlərdə bərpa işləri aparılmışdı. 700-ə qədər tarixi və mədəniyyət abidələrinin vahid şəkildə pasportu hazırlanmışdı. Qobustan Arxeoloji Qoru ğunda, Atəşgah məbədində, Əmircan məscidində və Təzəpirdə genişmiqyaslı təmir işləri aparılmışdı. Qədim Karvansara və digər tikililər torpağın altindan çıxarılıb bərpa olunmuşdu. Bakı şəhərində Qafqaz Müsəlmanla rının Ruhani İdarəsi yaradılmışdı. Əliyev miniatür sənətini xalqımızın milli ənənəvi incəsənət nümunəsi kimi sevə-sevə dəyərləndirirdi. Milli nailiyyətimiz olan bu təsviri sənətin Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Məhəmmədi, Mirzə Qədir irəvani, Mir Möhsün Nəvvab, Bəhruz Kəngərli, Əli bəy Hüseynzadə _______________ Reyhan Mirzəzadə ________________ so 352 oa kimi ustadlarımızın adını öyünc yeri hesab edirdi. Odur ki, xalçaçılıq simpoziumlarında miniatür bölmələri də işləyir di. Yeri gəlmişkən, bir qədər də xalçaçılıq barədə danış maq istəyirəm. Heydər Əliyev xalçaçılığı bizim milli, mənəvi, eyni zamanda maddi sərvətimiz hesab edirdi. Lakin bu sahəyə göz dikən, xalçaçılığı özünküləşdirmək istəyən məkrli qüvvələr var idi. Heydər Əliyev xalçaçılıq problemləri ilə dərindən məşğul olmağı lazım bildi. Mütəxəssislərdən Lətif Kərimov və Kamil Əliyevin köməkliyi ilə mühüm təşkilati işlər həyata keçirildi. İlk növbədə xalça muzeyi yaradıldı. Muzeyin açılışına keçmiş İttifaqın və dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar xalqımızın ilmələrdə yaşatdığı, ilmələrdə yaratdığı möcüzələrə heyran qaldılar. Dünya ictimaiyyətinin nəzər-diqqəti xalçalarımıza və xalçaçılıq sənətimizə yönəldi. Heydər Əliyevin əməyi sa yəsində ümumdünya miqyaslı xalçaçılıq incəsənətinin simpoziumları keçirildi, Gəncə şəhərində xalçaçılıq kom binatı tikildi. Heydər Əliyevin tarix və mədəniyyətimizə olan yüksək ehtiramın rəmzi kimi şəhərlərimizin ən görkəmli yerlərində Məşədi Əzizbəyov, Qəzənfər Musabəyov, İma dəddin Nəsimi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mehdi Hü seynzadə, Səttar Bəhlulzadə və başqalarının əzəmətli heykəlləri ucaldıldı. Şuşada Molla Pənah Vaqifin yaraşıqlı məqbərəsi tikildi. Şuşa şəhərinin sosial-iqtisadi inkişafı haqqında qərar verildi, orada müasir memarlıq üslubunda mehmanxana, sanatoriya kompleksləri, yaşayış evlərinin inşası, tarixi abidələrin bərpa və təmir olunması işləri hə yata keçirildi. Natəvan xanıma heykəl ucaldıldı. Şairənin ev- muzeyi yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə tarix və diyarşünaslıq muzeyləri ilə bərabər, Üzeyir Hacıbəyov, Müslüm Maqo _____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 353 ea mayev, Bülbül, Səməd Vurğun, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, 37-ci ilin rep ressiya qurbanları- Mikayıl Müşfiq və Hüseyn Cavidin ev- muzeyləri yaradılıb xalqın ziyarətgahına çevrildi. Respublika rəhbərinin mənəvi dəstəyi ilə səmərəli fəaliyyəti, zəngin yaradıcılıqları olan böyük mədəniyyət və elm xadimlərimiz Süleyman Rəhimov, Süleyman Rüs təm, Rəsul Rza, Mirzə İbrahimov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov dövrün ən ali mükafatlarından biri - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Mehdi Məmmədov, Müslüm Maqomayev, Sultan Hacıbəyov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Zeynəb Xanlarova, Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Arif Məlikov kimi sənət ulduzlarımız SSRİ Xalq Artisti, Tahir Salahov SSRİ Xalq Rəssamı fəxri adlarına layiq görüldü. Bakıda yaşayan cənublu şair və yazıçılarımızın da yaradıcılığına Heydər Əliyev qayğıkeşliklə yanaşırdı. Onun təklifi ilə Balaş Azəroğlu Yazıçılar Birliyinə katib seçilmiş, Azərbaycanın Xalq Şairi fəxri adına layiq görül müşdü. Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir, Hökümə Billuri kimi ziyalıların yaradıcılıqlarının daha geniş təbliğ olunmaları barədə tövsiyələr verilmişdi. - Bildiyimizə görə, Heydər Əliyev dövlət və mədə niyyət xadimi Nəriman Nərimanovun xatirəsinin əbədi ləşdirilməsi üçün də xeyli işlər görüb. - Bəli, haqlısınız. N.Nərimanova bədxah qüvvələr "millətçi” damğası vurmalarına baxmayaraq, Heydər Əli yev bütün maneələri dəf etmişdi. Görkəmli Azərbaycan oğlunun mənəvi hüquqlarının qorunması yolunda çox işlər görmüşdü. _______________ Reyhan Mirzəzadə ________________ so 354 ca 1972-ci ildə Heydər Əliyev N. Nərimanovun 100 illik yubileyinin keçirilməsinə nail oldu. Onun Bakıda nəhəng abidəsini ucaltdı. Abidənin təntənəli açılışında Əliyev çıxış edərək Nərimanovun xidmətlərini belə qiy mətləndirdi: “Nəriman Nərimanov bir ziyalı, publisist kimi, öz istedadlı qələmi ilə kütlələrin mübarizəsinin təşkilatçısı və başçısı kimi, öz zəkası və iradəsi ilə xalqına xidmət edirdi. N.Nərimanov bu gün də bizimlədir. O, özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalmaqdadir”. Bir qədər sonra Heydər Əliyevin “Pravda" qəze tində Nərimanovun həyatina və yubileyinə həsr olunmuş məqaləsi dərc olundu. Xatırladım ki, Xalq Yazıçısı isa Hüseynovun “Doktor Nəriman” adlı əsəri əsasında çəkil miş filmin nümayişinə Moskvada məhdudiyyətlik qoyul muşdu. Heydər Əliyev işə qarışandan dərhal sonra həmin filmin efirə buraxılmasına icazə verildi. Heydər Əliyevin səyi ilə Ulyanovsk şəhərində Nəri manovun abidəsi qoyuldu. Moskvada Vorovski küçəsində onun xatirə lövhəsinin açılışı oldu. - Reyhan xanım, söhbətimizdə filmdən söz düşdüyü üçün bu mövzuda daha ətraflı bilmək istəyirik. Ümu miyyətlə, Azərbaycan filminin inkişafında Heydər Əliyevin hansı xidmətləri olub? - Maraqlı məsələyə toxunursunuz. Deyim ki, hələ Heydər Əliyev respublikamıza başçılıq etməzdən əvvəl kinomatoqrafçılarımız Rüstəm ibrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində" adlı film çəkmişdilər. Lakin bu filmin nümayiş etdirilməsinə nə Moskvada, nə də Azərbaycanda icazə vermədilər. Əliyev filmə baxdıqdan sonra dedi ki, bu, gözəl filmdir və onu efirə buraxmaq lazımdır. Həmin film bütün SSRİ - də nümayiş etdirilərək böyük nüfuz qazandı. Mən daha iki filmi də misal göstərə Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling