Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ ю 436 ca
- _______ ______ _Reyhan Mirzəzada_ _______________ so 438 ca.
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ «o 439 ce
- _____ __________ Reyhan Mirzəzadə ________________ во
- _____________ Reyhan Mirzəzadə __________________ m 4 4 2
- _______________ Reyhan Mirzdzadd ________________ ю 444 ca
_______________ Reyhan Mirzəzadə_ ____________ _ ю 434 c a işləri asanlıqla başa çatdırır. Belə adamlar xalq şairidir.Belə adamlar doğma torpağının şairləridir”. Yesenin “həqiqəti özünə doğma ana” hesab etməyi sənətkarın ən başlıca keyfiyyətlərindən biri hesab edirdi. Bunlar gəlişigözəl sözlər deyildi. Gənc Yesenin imperialist müharibəsi əleyhinə səsini ucaldanda da,fəhlələr arasın da çarizm əleyhinə gizli vərəqələr yayanda da, siyasi mövzularda fəal çıxışlar edəndə də, hətta fəhlələrin əmə yinə ehtiram əlaməti olaraq, ilk şeirlərini “Serqey Molot" imzası ilə çap etdirəndə də qeyd etdiyim həqiqəti axtarır dı. Belə sağlam zəmin üzərində yüksələn Yesenin poezi yası bir müddət yabançı ədəbi-siyasi təsirə məruz qalmış dı. 1918-ci ildə şair əvvəlcə proletkultçulara yaxınlaşmış, sonra, 1919-cu ildə imajinist-şairlər qrupuna qoşulmuşdu. Imajinizm-XX əsrin 20-ci illərində Rusiyada fəaliyyət göstərmiş ədəbi, əsas nümayəndələri Yesenin, Ivnev, Mariyenqof, Şerşeneviç, Kusikov, Qruzinov və başqala rından ibarət qrup idi. Yesenin rus dilinin təbii obrazlılı- ğına, xalq yaradıcılığına əsaslanırdısa, Şerşeneviç və Mariyenqof süni obrazlılığı canlı gerçəkliyə qarşı qoyur dular. Imajinizm formalizm və “sənət sənət üçün" nəzə riyyəsinin təzahürlərindən olub, sənəti dövlətə, inqilaba qarşı qoymağa, onun ictimai rolunu inkar etməyə yönəl dilmişdi. 1924- cü ildə Yeseninin imajinistlər sırasını tərk etməsi, əslində bu qrupun dağılmasına səbəb olmuşdu. Çünki Yesenin ideya-nəzəri və yaradıcılıq mövqeyi eti barilə ümidsizliyi, bədbinliyi, tərki-dünyalığı təbliğ edən imajinistlərdən çox uzaqda idi. Bu, bir həqiqətdir ki, parlaq istedadı, rəzalət və çirkabla dolu bataqlıq da heç bir zaman söndürə bilməzdi. Yeseninin öz fıkirlərin- dən:“ 1919-cu ildə qoşulduğumuz imajinizm axını formal cəhətdən rus poeziyasına müəyyən hava gətirsə də, onun nümayəndələrindən heç biri yüksək şair istedadı ilə __ Azərbaycançılıq va vdtanpdrvarlik mdfkurdsi ____ s o 4 3 5 c a seçilə bilmədi.İndi mən bütün ədəbi məktəbləri inkar edirəm. Məncə, şair hər hansı cərəyandan,ədəbi mək təbdən asılı qalmamalıdır. Bu, onun sərbəstliyini əlindən alır. Ancaq daxilən sərbəstlik hesabına gözəl şeylər yarana bilər”. Qeyd edim ki, Yesenin öz tərcümeyi-halını bir neçə dəfə qələmə almışdı. Onun 1922-1924-cü illərdə yazılmış “Avtobioqrafiyasr’nın üç variantı və tərcümeyi-hal səpki sində olan “özüm haqqımda", “özüm barədə bəzi şeylər ” adlı əlavə iki yazısı məlumdur. Bunların heç biri tam tər cümeyi-hal formasında olmasa da, həmin yazılarında şairin özü haqqında verdiyi bəzi məlumatlar onun həyat və yaradıcılığını öyrənmək üçün maraqlıdır. Bu məlumat lardan biri diqqətimi xüsusilə cəlb edir. Yesenin ya- zır:“Müharibə və inqilab illərində tale məni müxtəlif yerlərə aparıb çıxarmışdır. Şimal Buzlu okeanından Qara dənizə və Xəzərə qədər. Qərbdən-Çinə, irana və Hindistana qədər bütün Rusiyanı eninə və uzununa gəzmişəm”. S.Yesenin Moskvaya ilk dəfə 1912-ci ilin payızında gəlir. Atası onu idarədə işə düzəldir. Lakin Aleksandr Nikitiç oğlunun şeir-sənətə bağlanmasını istəmirdi, ata öz oğlunu müəllim görmək arzusunda idi. Bir tərəfdən ailə- daxili narazılıqlar, qəriblik, maddi çətinlik, digər tərəfdən Moskva mühitində əsərlərinin çox çətinliklə çap olunması, ən başlıcası, onu əhatə edən insanların laqeydliyi, biganə və soyuqqanlılığı, yeknəsəq həyat keçirmələri gənc, təcrübəsiz Yesenini bezdirmiş, ağır və bədbin düşüncələ rə gətirib çıxarmışdı. Həmin il Sergey uşaqlıq və məktəb dostu Qrişa Panfilova Moskvadan göndərdiyi məktubun da yazırdı:“Bu usandırıcı həyata baxır və istər-istəməz düşünürsən: yaşayırsan, yoxsa, yox? özün bir fikirləş, mən heç özümü təsəvvür etmirəm, yaşayasan, lakin özü nü hiss etməyəsən, elə yalnız fikirləşəsən...” _______________ Reyhan Mirzəzadə ________________ ю 436 ca 1913-cü ildə yazdığı məktubda isə atası ilə yollarının ayrıldığını, yalqız və köməksiz qaldığını qeyd edib, bir daha sualla müraciət edirdi ki, həyat nədir?.. Mən bu mənanı dərk edəmmirəm.Bunun mənasını heç isa da aça bilməyib. İstər-istəməz Kolsovun fikirləri yada düşür: Dünya Allahın sirridir, Allah - dünyanın sirri. Əgər doğrudan da bu bir sirrdirsə, qoy elə belə də qalsın. Lakin necə olsa, biz bilməliyik ki,nə üçün yaşa yırıq? Bilirəm ki, sən deməzsən: yaşayırıq ki, ölmək üçün.Sən özün bir vaxt demirdinmi öləndən sonra başqa bir həyat da var...Yaşamaq nə üçündür? Görəsən doğru- danmı bunu bilmək mümkün deyil? Kim deyər, kim açar mənə Həyatın bu sakit gərdişini. Yaradıcı əl hardadır, kimdir? Bu müqəddəs, ilahi səslər Necə, nə vaxt yaranmış? Yazdığım bu parçalar yeni başladığım “ö lü m ” şeirin- dəndir. Sağlıqla qal, hələlik.. .” Yeseninin digər məktublarından: “Şəxsi qənaətimə görə ətdən, balıqdan imtina et mişəm. Qənd işlətmirəm. Şokolad, kakao, kofe kimi şey lərdən də istifadə etmirəm, tütün də çəkmirəm”. “Hər şeyə yuxarıdan-aşağı baxma, yoxsa aşağıları görüb-duya bilməzsən. İnsanı o vaxt dərk edə bilərsən ki, onun həyatını təhlil edib, özünü onun yerində qoya bilə sən, onun mövqeyindən çıxış edəsən. Bütün insanlar ey nidir. Həqiqət- həqiqətdir, ona sübut-dəlil gərək deyil, ona sərhəd də yoxdur, belə ki, alfa da, omeqa da özüdür”. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 437 oa 1913-cü ilin mart ayında o, yenidən Moskvaya gəlir. Mətbəədə işə düzəlir. Bir müddət korrektor müavini, sonralar isə korrektor vəzifəsində işləyir. Hər gün səhər saat 8-dən axşam saat 7-yə qədər mətbəə işi onu yorsa da, inqilabi əhval - ruhiyyəli mətbəə işçilərinin təsiri, Moskva fəhlələri ilə yaxından təmas onda dövrün ictimai hadisələrinə böyük maraq oyadır. Moskvada İ.Surikov adına ədəbi - musiqi dərnəyi də Yeseninin ictimai-mədəni tərbiyəsində böyük rol oynayır. Daha sonra Yes enin Moskvada həmin vaxtlar Rusiyada birinci “Mədəniyyət Universiteti” olan Şanyavski xalq universitetinə daxil olur. Lakin Moskvanın ədəbi mühiti onu qane etmədiyi üçün o, Peterburqa gedir. Şair bu barədə yazır:“On səkkiz ya şımda şeirlərimi jurnallara göndərib, onların çap olunmadığını görəndə təəccübləndim və Peterburqa yola düşdüm. Orada məni sevinclə qarşıladılar.ilk gördüyüm Blok, ikincisi - Qorodetski idi. Bloka baxanda məni tər basdı, çünki ilk dəfə idi ki, canlı şair görürdüm”. Şərq aləmi, o cümlədən, Azərbaycan öz qədim və zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, həmçinin ecazkar təbiəti ilə dünyanın böyük şəxsiyyətlərinin, söz- sənət adamlarının həmişə diqqətini cəlb etmiş, onların qəlbini rövnəqləndirmişdir. Dahi ingilis şairi Bayronun “Şərq poeması” bu məftunluğun məhsuludur. Fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” də eyni duyğuların, məhəbbətin nəticəsində ərsəyə gəlib.Təbii ki, belə nümunələr çoxdur. Vaxti ilə Aleksandr Sergeyeviç Qriboyedovun Azər baycanı qarış-qarış gəzdiyi, Abbasqulu ağa Bakıxanovla birlikdə böyük Nizaminin qəbrini ziyarət etdiyi, Ərzuruma səyahəti zamanı Puşkinin Azərbaycan ziyalıları və Qara bağ atlıları ilə tanışlığı, Mixail Yuryeviç Lermontovun Azərbaycanı gəzərkən dilimizə və xalq ədəbiyyatımıza _______ ______ _Reyhan Mirzəzada_ _______________ so 438 ca. böyük maraq göstərdiyi, dekabrist şair və yazıçılarla qabaqcıl ziyalılarımızın dostluğu, Maksim Qorki, Vladimir Vladimiroviç Mayakovskinin Bakıya gəlişi, müxtəlif təbə qədən olan insanlar və yaradıcı ziyalılarımızla görüşü mədəni tariximizdən xalqımıza yaxşı məlumdur. Yaradı cılığı Bakı ilə bağlı olan böyük rus şairlərindən biri də “Rusiyanın ağcaqayını” hesab edilən əlbəttə ki, Sergey Yesenindir. Yeseninin şeirlərində xalqlar dostluğu ideyası mühüm yer tutur. O, insan ləyaqətini, xalqların, millətlərin ləyaqətini tərənnüm etməyi şairin vətəndaşlıq borcu hesab edirdi. Ondakı Vətən eşqi dərin humanist arzularla döyünən ürəkdən süzülüb - gəlirdi. Bu isə Yesenin poezi yasının təbiiliyini və vətəndaş səmimiyyətini daha da gücləndirirdi Lakin Rusiyaya bir oğul məhəbbəti ilə yana şı, başqa xalqların adət-ənənələri, poeziyası, musiqisi, bir sözlə, mənəvi gözəlliklərinə və sərvətinə dərin ehtiram hissi Yeseninin lirikasında ən ümdə yer tutan cəhətlər dəndir. O, Lermontovu, Puşkini, Qoqolu, Kolsovu, Nekra- sovu nə qədər sevirsə, Firdovsini, Xəyyamı, Sədini də bir o qədər yüksək qiymətləndirirdi.Yeseninin “İran nəğmə ləri” buna canlı misaldır. Şair məktublarının birində Şərqin musiqi və milli şeir ənənəsinə istinadən yazmışdı: “Müsəl manlar (azərbaycanlılar) hədər yerə demirlər ki, əgər o mahnı oxumursa, şuşalı, şeir yazmırsa, şirazlı deyil. Yesenin 1924-cü ildə ilk dəfə Bakıya gələndə 29 yaşı vardı. Məşhur şair kimi kifayət qədər tanınmışdı. Onun həyatının son iki ili, yəni 1924 -1925-ci illər yaradıcılığının Bakı dövrü hesab olunur. S.Yesenin yaradıcılığının tədqiqatçıları olan Pyotr Fyodoroviç Yuşin, Yuri Lvoviç Prokuşev, Vladimir Ger- manoviç Belousov, Sergey Petroviç Koşeçkin, Korneliy Lyutsianoviç Zelinski, Pyotr Ivanoviç Çagin, Titsian Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ «o 439 ce Yustinoviç Tabidze və başqaları haqlı olaraq şairin yaradıcılığının bu mərhələsini ən məhsuldar dövr - qızıl dövrü adlandırırlar. Vaxtilə Puşkinin yaradıcılığında “Bol- dino payızı" necə mühüm rol oynamışdısa, Yesenin yara dıcılığında da Bakı, Mərdəkan payızı xüsusi əhəmiyyət kəsb edirdi. Bəs necə oldu ki, Yesenin Azərbaycana gəldi, onu Bakıya kim dəvət etmişdi? Pyotr Çagin “Sergey Yesenin Bakıda” məqaləsində yazır:“1924-cü ilin fevralında mən partiya işləri ilə əla qədar olaraq Moskvada ezamiyyətdə idim. O vaxtlar mən Azərbaycan KP MK - nın ikinci katibi və “Bakinski raboçi” qəzetinin redaktoru idim. Bakıya yola düşməzdən qabaq, axşam Vasili Ivanoviç Kaçalova (böyük rus sovet aktyoru, SSRİ Xalq Artisti - R.Mirzəzadə) qonaq getdim və orada Sergey Yeseninlə tanış oldum.Yesenin Bakı haqqında, hələ də “mürgüləyən qızıl Asiyadan” çoxlu nişanə qalan, ancaq indi neft buruqları məskəni olan şəhər haqqında hekayələrimi acgözlüklə dinlədi. Ertəsi gün səhər tezdən mehmanxanada qapının hündürdən döyülməsinə oyandım. Belə erkən gələn Ser gey Yesenin idi. O, utancaqlıqla gülümsəyərək dedi: “Ba ğışlayın, deyəsən, biz dünən sizinlə qaloşlarımızı dəyişik salmışıq...” Doğrudan da belə idi. Yesenin getməyə tələsmirdi, mən isə onu saxlamağa cəhd edirdim. O qaldı, məni vağzala qədər ötürdü. Bizim dostluğumuz belə başlandı. O, öz tərəfindən bu dostluğu Bakıya gəlmək vədi ilə möhkəmlətdi. Mən isə onun “İranı da göstərərsinizmi?” sualına cavab olaraq vəd etdim ki, İranı da, əgər istəsə, lap Hindistanı da göstərərəm. _______________Reyhan_Mirzəzadə_____________________m_4_4_2'>__________________Reyhan_Mirzəzadə__________________во'>_____ __________ Reyhan Mirzəzadə ________________ во 440 ca ...Aylar keçirdi. Mən artıq Yesenini Bakıda görmək ümidimi itirmişdim. Ancaq sentyabrın 20-də axşam redaksiyaya gələndə stolumun üstündə kiçik bir məktub gördüm: “Yoldaş Çagin, mən gəlmişəm. Yanınıza gəldim, lakin sizi görə bilmədim. “Yeni Avropa” mehmanxanasında 59-cu otağa düşmüşəm. Mehmanxananın direktoruna zəng vurun ki, sizi nə vaxt görə bilərəm. 20/IX-24 S.Yesenin Elə həmin gün Çagin Yeseninlə görüşür. Bir- birini əvəz edən maraqlı tədbirlər, mərasimlər, görüşlər, söh bətlər Yeseninin qəlbində və ruhunda silinməz izlər qoyur. Həmin təəssüratlardan bəhs edən xeyli yazılar mövcud olsa da, P. Çaginin həyat yoldaşı Mariya Çagina- nın "Yeseninlə görüşlər" məqaləsini xüsusi qeyd etmək istəyirəm. M.Çagina yazır: ("Sovetskaya kultura” jurnalı, 1980 № 81) “Sergey Yeseninlə Pyotr Çaginin dostluğu haqqında çox yazılıb. Pyotr Ivanoviçin Yeseninə böyük təsiri olub, ancaq şair də Çaginin həyatında, bizim taleyimizdə mü hüm yer tutub, silinməz iz qoyub. ...Bir dəfə Çagin mənə dedi: - Sergey Yeseninlə tanış olmaq istəyirsiniz? Mən sizə danışmışam, o, bir az əvvəl Moskvadan gəlib. İste daddır, sadədil şairdir. Onunla hər yeri gəzirəm, şəhərlə tanış edirəm, mədənləri göstərirəm. - Pyotr Ivanoviç gülümsündü, - çox həvəslidir, hər şey onu maraqlandırır... Siz görüşməyin əleyhinə deyilsiniz ki? Mən necə əleyhinə ola bilərdim? Biz hamımız Yese nin haqqında çox eşitmişdik, çıxışlarını izləmişdik, şeirlə __ Azəvbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ во 441 oa rini əzbər bilirdik. “Bakinski raboçi”də də onlar dem ək olar hər nömrə dərc edilirdi. Tezliklə bu görüş baş tutdu. Əvvəlcə Yesenin mənə qəribə təsir bağışladı. O, nəyə görəsə həyəcanlanmışdı. Onun sınayıcı nəzərlərini öz üzərimdə hiss elədim. Belə güman etdim ki, onun bu qısqanclıq, nigarançılıq ifadə edən halı mənimlə Pyotr Ivanoviç arasında yaranan münasibətlə bağlıdır: dostunu ondan bəlkə ayıra bilərlər. Odur ki, narahatlıq keçirir. Amma sonra Yesenin isinişdi.O, Pyotr ivanoviçlə birlikdə mənə demək olar ki, hər gün baş çəkirdi. Mən diqqətlə baxır və təəccüb edirdim ki, bunlar nə qədər də müxtəlif təbiətli adamlardır. Yesenin emosional, coşqun, tez inciyən, tez-tez haldan-hala düşən idi. Çagin isə poe tik təbiətli olmasına baxmayaraq, eyni zamanda möhkəm, qətiyyətli xarakterə malik idi, “öz canını qanadları altında saxlaya” bilirdi. Lakin bir-birilərinə münasibətlərinin doğur duğu rəğbət onların qarşılıqlı səmimiyyətlərinə şübhə oyatmırdı... ...Yeseninin ad günü xüsusilə yadımda qalıb. Pyotr Ivanoviç zəng vurub dedi ki, onlar həmin günü bizdə qeyd etmək fikrindədirlər və məni hədiyyə ilə sevindirmək istə yirlər. Bu hədiyyə iki fotoşəkildən ibarət idi. Onladan biri - Pyotr İvanoviçlə Yeseninin yanaşı əyləşdikləri şəkil (indi geniş məlum olan foto) mənim xüsusilə xoşuma gəldi. Pyotr Ivanoviç şəklin üstündə yazmışdı: “ M.A. İki qələm cəngavərindən Dost hədiyyəsini qəbul elə sən: Coşqun Pyotrdan, cəncəl Sergeydən”. _____________ Reyhan Mirzəzadə __________________ m 4 4 2 c a Onun da yanında Yesenin narın xətt ilə yazmışdı: “ Əzizim Mariya Antonovna, Bu, haqq sözüdür, inanın ona. And içmək olar gözlərinizə: Hərdənbir nəzər yetirin bizə. Cəncəl Sergey. 3 oktyabr 1924-cü il. Pyotr Ivanoviç Yeseninin yazdığını oxudu, öz re daktor adətincə, gözünə dəyən səhvi düzəltdi və narazı halda dedi: - Yəni sən Mariya Antonovnaya yaxşı bir şey yaza bilmədin?.. Bir neçə gündən sonra Yesenin mənim yanıma tək gəldi. Tutulmuş, utancaq bir təbəssümlə papiros kağızın dan kiçik bir zərfi mənə verib dedi:"Bunu sizə Pyotr gön dərib”. Zərfdə üzərində “P.l." yazılmış bir nişan üzüyü var idi.Sergey Aleksandroviçin dediyinə görə, üzərində mə nim inisialım yazılmış ikinci üzüyü Pyotr Ivanoviç özündə saxlayıb. Hər iki üzüyü Pyotr Ivanoviç sifariş edibmiş. Bu anda mənə hansı hisslərin hakim kəsildiyini, nələr keçir diyimi demək mümkündürmü?!” (Məqalədən digər qeyd ləri bir qədər sonra təqdim edəcəyəm - R.Mirzəzadə) l.lsaxanlı “Şeir gülüstanının təkrarolunmaz çiçəyi- Sergey Yesenin” adlı kitabında yazır ki, 1924-cü ildə məşhur rus şairi Sergey Yesenin Bakıya gəlir. O, dəfə lərlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edir. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ s o 4 4 3 cü Şair Azərbaycan xanəndəsinin gözəl səsini eşitməkdən doymur. Bir gün Əliheydər Qarayevin evində Sergey Yese- ninin şərəfinə ziyafət verilir. Həmin ziyafətdə Azərbaycan bolşevik firqəsi Mərkəzi Komitəsinin Birinci Katibi Sergey Mironoviç Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi nin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edir.Məclis qızışır. Qaryağdıoğlu oxumağa başla- yır.Yesenin heç cür inana bilmir ki, qocada belə zəngin və məlahətli səs ola bilər. Lakin Qaryağdıoğlunun zil, həm də təravətli səsi, xüsusilə uzun və sürəkli zəngulələri şairi vəcdə gətirir, heyran edir. Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı yerə qoyur. Salonu alqış səsləri titrədir. Lakin Yesenin sanki ovsunlanır. O, sakit oturub nəyinsə xəyalında olur. Heç özü də bilmir ki, Qaryağdıoğlunu necə mükafatlan dırsın. Doğrudan da çox maraqlıdır: Şair şairi necə müka fatlandıra bilər? Yalnız şeir ilə! Yesenin Cabbarın şərə finə bədahətən şeir deyir. Onu “Şərq musiqisinin Pey ğəmbəri” adlandırır. Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu aya ğa durur. O, şairə yaxınlaşıb gülümsər halda, ata məhəb bəti ilə deyir: - Oğul, artıq qocalmışam. Düz, 50 ildir ki, xalqımın qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum olmayan həyat sirrlərindən xəbər verir. Oxuduğun şeirin sözlərinin çoxunu anlamadım. Lakin mən inanıram ki, sən böyük şairsən. Mən də qoca bir sənətkar kimi, sənin fitri istedadına baş əyirəm! Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri deyib Yeseninə yaxınlaşır və onu qucaqlayıb bağrına basır. _______________ Reyhan Mirzdzadd ________________ ю 444 ca Yesenin təzəcə yazdığı şeirini ona verib bir daha deyir:“Şərq musiqisinin Peyğəmbərinə". Rəssam R. Mehdiyevin gözəl və maraqlı bir rəsm əsərində Sergey Yesenin şair Əliağa Vahidlə bir qəzəl məclisində təsvir olunub. Yeseninin Mərdəkan yaxınlığın dakı Şağan kəndində keçirilən Füzuli, həmçinin aşıq məclislərində iştirak etməsi barədə də məlumatlar möv cuddur. Hüseyn Nəcəfovun “Balaxanı mayı” adlı kitabın da Əliağa Vahidlə Sergey Yeseninin görüşündən maraqla bəhs edilir. Mənbələrin birində qeyd olunur ki, bir dəfə Yesenin aşıq poeziyası gecəsinə dəvət olunur. Şair ifaçıların son dərəcə məharətli çıxışlarını diqqətlə dinlədikdən sonra deyir:“Burada o qədər müdriklik var ki, bütün Şərqə, bütün Rusiyaya yetər”. Bu, gənc, lakin dahi şairin bizim milli musiqi mədə niyyətimizə verdiyi layiqli qiymət idi. S.Yeseninin həyatının Bakı dövründə ən əlamətdar günlərdən biri 1925-ci ilin 1 May günü qeyd olunur. Bu bayram günündə şairi əsl dost kimi qarşılayırlar. O, hər yeri partiya rəhbərləri ilə birlikdə gəzir, şeir deyir, çastuşkalar oxuyur, hamı ilə birlikdə şənlənirdi. Yesenin cəld halda, danışa-danışa bir dəstədən o biri dəstənin yanına keçir, fəhlələr önündə sağlıq deyir, poeziya şərəfinə deyilən sağlıqları qəbul edirdi. Üzündəki zərif qırışlar hamarlanır, solğun dodaqlarına təbəssüm qonur du. Adama elə gəlirdi ki, öz tənhalığında üşüyən Yesenin insan hərarəti ilə alovlanan bayram tonqalları başında camaat arasında qızınırdı. Kirov dostcasına, ağıllı nəzərlərlə şairin “kütlə içərisinə" bu yaz səfərini seyr edirdi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 445ся Sonra Mərdəkandakı bağ evinə gedirlər. Burada Yesenin S. M. Kirovun yanında təzə çap olunmağa başlayan “iran nəğmələri” silsiləsindən şeirlər oxuyur. Böyük estetik zövqə malik olan, inqilabdan əvvəlki dövrdə gözəl ədəbiyyatçı və həssas ədəbiyyat tənqidçisi olan Kirov, Yesenin oxuyub qurtardıqdan sonra məzəm mətlə Çaginə deyir: “Sən nə üçün indiyə qədər Yesenin üçün Bakıda İran illüziyası yaratmamısan? Bax, gör necə yazıb, elə bil doğrudan da iranda olub. Biz təhlükələrlə qarşılanacağını nəzərə alaraq, həyatı üçün qorxaraq, onu irana buraxmadıq. Axı sənə tapşırılmışdı ki, onun üçün Bakıda İran illüziyası yaradasan.Yarat! Hər nə çatmasa, özü təsəvvür edər. O ki şairdir, özü də gör necə şair!.." 1925-ci ilin yayında Çagin Yesenini bağ evinə aparır.Bura doğrudan da əsl İran illüziyası idi.Yekə bağ, fəvvarələr, hər cür Şərq əyləncələri - əsl İran idi! O, burada arvadı Sofiya Andreyevna Tolstoy - Yesenina ilə yaşayır və yaradıcılıqla məşğul idi. Sergey, Puşkinin öz arvadına müraciətlə yazdığı son şeirindən misralar oxu yaraq deyirdi: “Sənin səyin nəticəsində əmək və səmimiy yətlə dolu uzaq bir monastra düşdüm”. Xəzərin mavi dalğalarına, Bakının füsunkar gecələrinə məftun olan şair: Bakının lampaları Ulduzlardan gözəldir, - deyə Bakıya olan sevgi dolu duyğularını şeiriyyətə çevirirdi. Bakıya ürəkdən bağlanan Yesenin, hələ 1925-ci il aprelin 9-da arvadına göndərdiyi məktubunda yazırdı: “Burada mənə müstəsna diqqət və qayğı göstərirlər. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling