Reyhan Mirzəzadə azərbaycançiliq və
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ so 532 ca
- _______________ Reyhan Mirzəzadə ________________ so 534
- _______________ Reyhan Mirzəzadə ________________ “525-ci qəzet” 30 aprel 2010-cu il. во 538 ca
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 539 oa
- _______________ Reyhan Mirzdzadd ________________ so 540 ca
- _______________ Reyhan Mirzəzadə _________________ so 542 ca
- Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi_
____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ oyadır. Tanışlığı və müşahidələri dərinləşdikcə, yazıçı bu qənaətə gəlir:1 Onun qəlbində qəribə bir həyat eşqi vardı. Xəfif yumor hissi bu həyat eşqinə xüsusi təravət və sirayətediei bir qüvvət verirdi”. Böyük Vətən müharibəsinin qızğın çağlarında həyat onları daha da yaxınlaşdırır. Bakıdan Cənubi Azər baycana sovet əsgərləri sırasında böyük bir ziyalı dəstəsi göndərilir. Orada Əziz Əliyevlə bir yerdə işləmək və gündəlik işgüzar əlaqələr saxlamaq sayəsində M.İbra himov onun şəxsiyyətini, işə və insanlara münasibətini, xarakterinin incə cizgilərini lap yaxından müşahidə etmək imkanı qazanır. 1941-ci ilin avqustunda SSRl-nin cənub sərhəd lərində yaranmış təhlükəni aradan qaldırmaq üçün məlum Sovet-İran müqaviləsinə əsasən sovet qoşunları irana daxil olur. Təqribən ay yarımdan sonra Əziz Əliyev və Mehbalı Əmiraslanovun başçılığı ilə dəstə Təbrizə - sovet qoşunları qərargahının sərəncamına göndə rilir. Təbriz, Urmiya, Ərdəbil, Mərənd, Zəncan və digər şəhərlərdə ilk dövrlərdə aparılan geniş mədəni-maarif işində, həmçinin “Vətən yolunda” qəzetinin redaksiya sında Azərbaycan mədəniyyəti jurnalistikası və ədəbiy yatının Süleyman Rüstəm, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov kimi görkəmli nümayəndələri fəal surətdə, qüvvə və bacarığını əsirgəmədən iştirak edir və Əziz Əliyev onların bu fəaliyyətini yüksək qiymətləndirir. Əziz Əliyevin təşəbbüsü ilə şəhərdə əhaliyə pulsuz xidmət göstərən xəstəxana və məktəb açılır. Gülüstan bağında teatr və çalğı dərnəkləri yaradılır. 41-ci ilin noyabr-dekabr aylarında Təbrizdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrol _______________ Reyhan Mirzəzadə ________________ so 532 ca tamaşaları təşkil olunur. Bu gözəl tədbirlər Cənubi Azərbaycan zəhmətkeşləri və ziyalıları arasında böyük ruh yüksəkliyi, sevinc və iftixar hissi oyadır. Ali insani keyfiyyətlər, işə ciddi münasibət, geniş məlumat və bilik, irəli sürülən məsələdən məharətlə baş açmaq qabiliyyəti Əziz Əliyevə işlədiyi bütün sahələrdə kollektivin, geniş kütlələrin hörmət və məhəbbətini qazandırır. Əziz Əliyevin təşkilatçılığı ilə İran əhalisinə “Azərbaycanfilm”in çəkdiyi filmləri göstərmək qərara alınır. Bakıdan “Kəndlilər”, “fsmət” və digər filmlər gətirilib nümayiş etdirilir. İran camaatına Azərbaycandan gələn artistlərin iştirakı ilə “Koroğlu” və “Arşın mal alan” tama şaları da təqdim olunur. Xalq çalğı alətləri ansamblının və xorun dirijoru, bəstəkar Niyazini və müğənni Bülbülü İranda daha yaxından tanıyır və sevirlər. General-polkovnik N.I.Trufanov həmin vaxtlar İran da qərargah rəisi işləyir. Ordu qərargahının hərbi komis sarı polkovnik Şmakov Əziz Məmmədkərim oğlunu onun la tanış edir. Əziz Əliyev xoş siması və təbəssümü ilə onda xoş təsir yaradır. İranda vəziyyətin mürəkkəb olduğu vaxtlarda taxıl, şəkər, tərəvəz məhsulları ticarətdən yoxa çıxmağa baş layır. Ərzaq məhsulları xalqdan gizlədilir. Üstəlik də kənd lərdən şəhərə göndərilən gündəlik tələbat mallarının da arası kəsilir. Trufanov Əziz Əliyevlə məsləhətləşir. Ciddi tədbirlər görmək qərara almır:“Biz onların toxunulmazlığına və inzibati-təsərrüfat İşi azadlığına təminat veririk. Elan edilsin ki, bütün möminlər öz ibadətləri və oruc-namazı ilə sərbəst məşğul ola bilərlər. Alış-verişçilərə təklif olunsun ki, ticarəti, xüsusilə də gündəlik tələbat və ərzaq malları alverini tezliklə inkişaf etdirsinlər. Bu məqsəd üçün ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 533 ca müvəqqəti olaraq müəyyən miqdarda yük maşınları ayrılsın. Külli miqdarda taxıla, ətə, tərəvəzə malik olan sahibkarlara təklif olunsun ki, biz gələndən əvvəl qüvvədə olan satış qiymətləri əsasında həmin ərzaq məhsulları ilə şəhəri təchiz etsinlər”. Aradan bir müddət keçəndən sonra, 1941-ci ilin oktyabr-noyabr aylarında qoşunun bir hissəsi İrandan çıxarılıb Şimali Qafqaza göndərilir. Beləliklə, Əziz M əm - mədkərim oğlu ilə Trufanovun yolları ayrılır: Trufanov ordu ilə bərabər gedəsi olur, Əziz Əliyev isə qoşun hissə lərinin müəyyən qismi ilə bir müddət İranda qalır. 1945-ci ildə Əziz Məmmədkərim oğlu Dağıstanda işləyəndə Trufanov qatarla Bakıdan Moskvaya gedir. Mahaçqaladan keçəndə, onunla yolüstü görüşmək m əq sədi ilə teleqram vurur. Qatar Mahaçqala vağzalına ça tanda Trufanovun gözləri perronda dostunu axtarır. Lakin Əziz Məmmədkərim oğlu görünmür. Qatar tərpənib yoluna davam edir. Xasavyurt əra zisindən keçəndə, qəflətən vaqonun qapısı açılır və Əziz Əliyev içəri girir. Sən demə, o, Xasavyurtda imiş, teleq ram barədə ona məlumat verilir, o da maşına əyləşib təci li qatarın arxasınca tələsir. Trufanov İrandan qayıdandan sonra orada baş verən bütün hadisələr barədə ətraflı söhbət edirlər. Növbəti stansiyaya qədər Əziz Əliyev Trufanovu yola salır, ayrılanda, Əziz Məmmədkərim oğlu dostuna yapıncı, dostu isə ona öz qızıl saatını yadigar bağışlayır. Dağıstanın Xalq Şairi Rəsul Həmzətov ibrətamiz bir əhvalatı ömrünün sonunadək unutmayıb. O, ucqar Qunibdə ezamiyyətdə olanda Mahaçqalaya qayıtmaq vaxtı çatır. Həmin səfərdə onunla birgə bir dağlı qadın da xidməti ezamiyyətdən qayıdır. Çətin illərin sərt qış günü olur. Yük maşınının kuzovuna xeyli adam doluşur. Bir- _______________ Reyhan Mirzəzadə ________________ so 534 c a a birilərinə sığınıb maşının tərpənməsini gözləyirlər. Dağlı qadını isə kabinəyə mindirirlər. Bu vaxt məsul vəzifəli bir şəxs də onlarla Ma haçqalaya gedir. Həmin şəxs məmura yaraşmayan kobud əda ilə qadına kabinədən düşməyi tələb edir. Qadın bunu inkar edib, düşməyəcəyini bildirir. Məmur maşım saxlat dırıb, gözlənilmədən qadının paltosunu və çamadanım kənara atır. Kuzovda getmək onun arına gəlir. Hamı bu vəziyyətdən pərt olur. Maşın artıq yola düşür. Rəsul öz paltosunu çıxarıb qadına verir. Onlar Mahaçqalaya çatır. Qadının yazdığı məktub əsasında Əziz Əliyev əhvalatdan xəbər tutur. O, Rəsul Həmzətovu yanına çağırtdırıb, bərk danlayır:“ö z paltonu qadına verdiyinə görə çox sağ ol! Amma bir şair və dağlı kimi nə üçün o şəxsin qabalığının qarşısını vaxtında almamısan!. Eyib dir, biabırçılıqdır!". Rəsul özünə bəraət qazandırmağa çalışır ki, gəncəm, üstəlik də...O, məsul vəzifəli şəxsdir... Əziz Əliyev zəng edib prokuroru yanına çağırt dıraraq əmr edir: -Cəzalandırmaq!!! - Axı, o... - prokuror kəkələyir... - Onun üçün daha pis! Bu, lovğalıq və vicdan- sızlıqdır! Əgər məsul vəzifəlilər dağlı qadınlara bu cür yanaşsalar, işimiz irəli getməzi”. Bu əhvalat Rəsul Həmzətovun yaddaşına həmişəlik həkk olunur: Həyatında aldığı ilk töhmət də bu əhvalatla bağlı olur. Həmin təşəkkür üçün də, töhmət üçün də onun Dağıstanının dəyərli rəhbərinə və Azərbaycanın şərəfli oğluna ömrü boyu minnətdar olur. Dağıstan Respublikası Lak Rayon keçmiş Partiya Komitəsinin Birinci katibi, fərdi təqaüdçü Əhməd Musayev ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi_ _ so 535 ca qeyd edir ki, Əziz Əliyev təkcə müdrik rəhbər yox, həm də həssas və diqqətcil yoldaş idi. ö z iş yoldaşlarına göstərdiyi müstəsna həssaslıq, qayğıkeşlik,insanpərvərlik Dağıstan camaatına yaxşı məlum idi. Ə.Musayev etiraf edir ki, o, həyat yolunda Əziz Əliyev kimi ikinci nurlu ada ma rast gəlməyib. Bir dəfə Əziz Mərftmədkərim oğlıı söhbət əsnasında Ə.Musayevə diqqət yetirib soruşur: - Üz-gözündən xəstəyə oxşayırsan, həkimə müraciət etmisənmi? - Bronxitim var. - Maliyyə-təsərrüfat bölməsindən putyovka götür,get kurorta. - İndi putyovka olmur. Əziz Məmmədkərim oğlu qələm götürüb masaüstü təqvimində nəsə qeyd edib deyir: -Putyovka üçün mən MK-ya zəng vuraram, sən isə məzuniyyətə hazırlaş. İki həftədən sonra Ə.Musayev Kislovodska müa licəyə gedir. 1944-cü ilin axırlarında Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağını Dağıstana təntənəli surətdə təqdim etmək üçün kənd təsərrüfatı qabaqcıllarının geniş müşavirəsi çağırılır. Həmin müşavirəyə Lak və Kulin ra yonlarından otuz nəfər nümayəndə gətirən avtomaşın yolda qəzaya uğrayır, iki çoban, bir sağıcı həlak olur. Ciddi xəsarət almış digər nümayəndələr isə Buynaksk xəstəxanasına yerləşdirilir. Bu xəbər Əziz Əliyevi həddindən artıq sarsıdır. O, dərhal, yaralıların yemək və ən vacib dərmanlarla təmin olunması barədə sərəncam verir. Qospitallardan təcili cərrahlar yığıb, Buynaksk xəstəxanasına göndərir. Zərər çəkənlərin hamısı vaxtında həyata qaytarılır. so 536 ________ _______ Reyhan Mirzəzadə ________________ l Dağıstanlılar qeyd edir ki, alicənab bir insan, yüksək mədəniyyət sahibi olan Əziz Əliyevə səsini qaldırmaq və yaxud hökmranlıq ədası ilə rəhbərlik etmək üsulları yad idi. Ayrı-ayrılıqda hər işçiyə qarşı onun özünəməxsus fərdi yanaşma metodu vardı, kimini ürəkləndirir, kimiyə qol-qanad verir, kimini də düşünməyə, baş işlətməyə məcbur edirdi. Müharibənin şüddətli vaxtında Əhməd Musayevin ailəsində gərgin vəziyyət yaranır. Kiçik qardaşı mühari bədə həlak olduğundan anası gecə-gündüz aravermədən göz yaşı axıdır. O, hər dəfə işdən evə qayıdanda, gecələr anasını inildəyən görür. 0, çox pis yatır, yeməkdən kəsilir, tez-tez xəstələnir. Bütün bunlar Əhmədin də yuxularını və əsəblərini pozur. 0, bu əzabverici vəziyyətdən canını qurtarmaq üçün cəbhəyə getməyi qərara alır. Bu niyyətlə işdən azad olunması barədə Vilayət Partiya Komitəsinə üç dəfə müraciət edir. Üçüncü ərizədən sonra onu Mərkəzi Komi təyə çağırırlar. Əhməd Musayev ön cəbhədə Vətənə arxa cəbhədə işlədiyindən daha çox fayda verə biləcəyini söyləyir. Əziz Əliyev isə bununla razılaşmır: - Siz çox səhv edirsiniz, - deyir və sözünə davam edir - Möhkəm arxa cəbhə olmadan biz düşməni məğlub edə bilmərik. Siz rayon rəhbəri kimi bütöv bir diviziyam ən vacib ləvazimatlarla təmin edirsiniz. Amma cəbhəçi kimi faydanız ola bilməz, çünki döyüşçü səriştəniz yoxdur, orduda xidmət etməmisiniz... Əziz Əliyev Musayevi baş dan-ayağa süzüb mənalı-mənalı gülümsünür: “Əminəm ki, bu cür ərizəni zehin yorğunluğu və əsəb gərginliyində yazmaq olar. Belə əsəbləşmək nə üçün?" Musayev onunla səmimi və açıq danışmağı qərara alır. Əhvalatı olduğu kimi söyləyir. Lakin Əziz Əliyev onun bütün ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 537 oa dəlillərini alt-üst edib başa salır ki, o, sadəcə çətinlikdən qaçır: - Sən hətta orasını düşünməmisən ki, bu hərəkətin ananı daha da sarsılda biləri-deyir. Bu sözlər Musayevi elə təsirləndirir ki, ərizəni alıb elə oradaca cırır. Əziz Əliyevin müdrik nəsihətlərinin ona necə mənəvi kömək göstərdiyini çox-çox sonralar anlayır. Artıq dünya ictimaiyyəti faşizm üzərində Qələbənin 65 illiyini qeyd edir. Ağır, çətin, məsuliyyətli, əzablı, son dərəcə cəsarət və səbr tələb edən müharibə illəri bir da ha sübut etdi ki, doğrudan da heç bir zəfərə çiçəkli yol larla gedilmir. Milyonlarla oğulun, qızın qanı, canı ba hasına, iki qüdrətli xalqın mərd və ləyaqətli oğlu Əziz Əliyev kimi güclü rəhbərlik qabiliyyətinə malik olan şəx siyyətlərin bacarığı və zəkası hesabına bəşəriyyət faşizmi diz çökdürdü. Böyük elm və dövlət xadimi, ən ali mənəvi dəyər lərin və humanizmin carçısı olan Əziz Əliyevin isə adı Azərbaycan və Dağıstan xalqlarının ürəyində yaşayır, əbədi olaraq da yaşayacaq!.. _______________ Reyhan Mirzəzadə ________________ “525-ci qəzet” 30 aprel 2010-cu il. во 538 ca FƏDAİ Böyük Vətən müharibəsində alman faşizminə qarşı qanlı mübarizə zamanı keçmiş sovet marşalı Qeorgi Jukov Moskvanın müdafiəsindəki xidmətlərinə görə Stalin haqqında belə bir fikir söyləmişdi:“0 , həlli mümkün olmayan işləri həyata keçirdi”. Təcrübəli hərbçinin bu sözlərini inkar etmək istə məzdim. Lakin umduğum odur ki, Jukov kimi marşallar qısqanclığını içində boğub düşmənin az qala ikicə ad dımlığına yetişdiyi, el dilində desək, taleyi tükdən ası lı olan Dağıstanın və həmin o Stalinin, eləcə də Sovet Hakimiyyəti və hərbisinin üzünü ağ eləyən Bakı neftinin mətin müdafiəsində Əziz Əliyevin xidmət və fədakar lığının əzəmətini də haqq-ədalət naminə dillərinə gətir məkdə özlərində güc tapaydılar. Unutmayaydılar ki, Azərbaycan xalqı qələbənin qazanılmasında özünəməx sus əzmkarlıqla çalışmış, dünyanı lərzəyə gətirən faşiz min məhv edilməsində saysız-hesabsız şücaətlər göstər mişdi. Həmin vaxtlar on minlərlə oğullarımız döyüşə getdi. Cavan gəlinlərimiz körpə uşaqlarını, balalarını dəmir və taxta çarpayılarda əlverişsiz şəraitdə yatızdırıb öz cehiz yorğan-döşəklərinin yununu boşaldaraq cəbhə üçün lazı mi məhsullar istehsal etməyə göndərdi. Ağbirçək ana larımız səhərlərə qədər əsgərlər üçün isti corab, əlcək toxuyub döyüş meydanlarına yolladı. İnsanlarımız aclığa, kasıbçılığa, hər cür dərdlərə dözdü, ilk növbədə cəbhəni düşündü. Paytaxtımız istirahət bilmədi. Azərbaycanın alim övladı Yusif Məmmədəliyevin elmdə kəşf etdiyi yeni icadları ilə Sovetin qırıcı təyyarələri düşmənə aramsız zərbələr endirdi. Bakı yanacaq məhsulları, elmə yeni gətirilən donmayan benzini ilə gecə-gündüz sovet hərbi Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 539 oa sini təmin etdi.SSRl-nin tankları, BTR-ləri, bütün ağır tex nikası güvəndiyi Bakıdan və Bakı neftindən güc alıb qüdrətləndi. Bakıya layiq olduğu “Qəhrəman şəhər” adı veril məməsində keçmiş SSRİ rəhbərliyindəki ermənipərəst qüvvələrin əqidəsinə qısqanclıq və gözügötürməməzlik kimi cılız hisslər hakim kəsilsə də, xalqımızın və respublikamızın 9 May qələbəsindəki misilsiz qəhrəman lıqlarını bütün dünya dərk etdi. Mikoyan və hakimiyyətin digər mikoyansifətləri Yusif Məmmədəliyevə nəzərdə tutulan Nobel Mükafatı, Sovet İttifaqı Qəhrəmanı, yaxud Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə maneçilik törətsələr də, xalqımızın müharibədəki əvəzolunmaz işti rakı tarixin şanlı səhifələrinə yazıldı. Sovet Ordusunun yanacaq, digər neft məhsulları ilə aramsız təminatı, nəfəs dərmədən istehsal edilən sənaye, kənd təsərrüfatı malları ilə təchizatı bir yana, o ağır müharibə illərində Azərbay can xalqı 300 mindən çox oğul və qızını qurban verdi ki, bu, ərazisi bütövlükdə işğal olunmuş Belarusun itkiləri qədər idi. Bütün Azərbaycan xalqı kimi Əziz Əliyev də ölü mün, itkinin milyonlarla insana gətirdiyi acıları, müsibətlə ri gözləri ilə görmüşdü. Hələ müharibədən 4-5 il əv vəl canından artıq sevdiyi xalqı buna bənzər başqa fəlakətlə üzləşmişdi. Xalqımızın 50 min nəfərdən artıq öv ladı güllələndi, 100 min nəfərdən çoxu Sibirə və Qazaxıs tana sürgün edildi. Lakin fərq onda idi ki, həmin vaxt millətimizin balaları alman faşizmi deyil, erməni faşizmi nin əli ilə Kremlin məhz özü tərəfindən güdaza veril mişdi. O zaman Əziz Məmmədkərim oğlu respublikamız da səhiyyə sahəsinə rəhbərlik etdiyi üçün onun fədakarlı ğı həkimləri demək olar ki,bu repressiyalardan qoruya bil _______________ Reyhan Mirzdzadd ________________ so 540 ca I di. Kim bilir, bəlkə də bu görkəmli fədai Azərbaycan da birinci sima olsaydı, heç xalqımızın başına bu qədər bəlalar gəlməzdi. Çünki Moskva ilə dil tapmaq hər oğu lun işi deyildi. Kremldə məsul vəzifədə olan daşnaksüt- yunçu Anastas Mikoyan Stalinə müharibənin qızğın vax tında belə, azərbaycanlıları Orta Asiyaya yenidən sür gün etməyin vacibliyini inandıra bilmişdi. Azərbaycan KP MK-in Birinci katibi Mir Cəfər Ba ğırov o zamankı Nazirlər Sovetinin sədri Teymur Quli yevi yanına çağırıb demişdi:“Onlar erməni fitvasına əsasən bu xalqı köçürtməklə respublikamızı yox et mək istəyirlər.Bununla bağlı Stalin məni çağırır. Əgər bu planın səhv addım olduğunu ona inandırıb, fik rindən daşındırmasam, elə kabinetində öldürəcəyəm, özümlə ikinci tapança götürmüşəm. Bunu ona görə sənə deyirəm ki, geri qayıtmasam, əsl həqiqəti bilə sən, sonralar nə yolla isə xalqa, gələcək nəsillərə çat dırasan...” (F.Güney. "Qara qan” romanı II hissə, səh. 264). Xalqı qoruyan qüvvə onun ilahi sərvəti-neft oldu. İndi isə neftin özünü qorumaq lazım idi. Odur ki, hə yəcanlı baxışlar Hitlerin və faşist ordusunun dişlə rini qıcadığı Dağıstana zillənmişdi. Dağlılar da çox qurbanlar verdi. Amma bu iki qardaş xalqı və respublikanı - Azərbaycanı və Dağıstanı işğal edə, əzmini qıra, qürurunu sındıra bilmədilər. Faşizm bəlkə də təcrübəsində ən ağır zərbələrindən birinə tuş gəlib, bumu oyula-oyula, başılovlu geri çəkilərək öz vayına oturmağa məcbur oldu. Jukovlar isə belə qələbələri yalnız Stalinin adına yazmaqla kifayətləndilər. Buna əsla təəccüblənmək və təəssüflənmək lazım deyil. Çünki zaman çalxalandıqca onsuz da çox şeylər üzə çıxmaqdadır... ____ Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi ____ so 541 ca Azərbaycanın fədakar oğlu Əziz Əliyevin uşaqlıq və yeniyetməlik dövrü doğma İrəvanla bağlı olmuşdur. I.Məmmədov, S.Əsədov “Ermənistan azərbaycanlılarının acı taleyi” adlı kitabında 1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edən hökmdarların adlarını Hovhanes Şahtaxtunanın tərtib etdiyi siyahıya əsasən göstərmişlər ki, həmin dövrdə Əmir Səddən tutm uş Hüseyn xan, Həsən xan Qacar qardaşlarınadək ardıcıl olaraq nə az, nə çox, düz 50 nəfər azərbaycanlı, m ü səl man hökmdar İrəvan xanlığına rəhbərlik etmişdir. Bu dövrdə İrəvan Qafqazda elmin, maarifin, mədəniyyətin ə n çox inkişaf etdiyi mərkəzlərdən biri idi. Burada 1881-ci ildən Müəllimlər seminariyası, o cümlədən üç gimnaziya, bir qadın gimnaziyası, rus-tatar məktəbləri, iki pansionat, mədrəsələr fəaliyyət göstərirdi. “Leylək” satirik jurnalı, “Həqiqət” bədii jurnalı nəşr olunur, teatr tamaşaları nümayiş etdirilirdi. Təsadüfi deyildir ki, onlarla azərbay canlı övladı Rusiyanın və Avropanın məşhur univer sitetlərinə məhz belə zəngin mədəni - mənəvi mühitdən pərvazlanmışdı. XIX əsrin ortalarında İrəvanın məşhur Gedərçay məhəlləsində Qurbanəli adında bir vətəndaş yaşayırdı. Onun iki övladı dünyaya gəlmişdi: Məmmədkərim və Ələkbər. Məmmədkərim İrəvanın bəy nəslindən olan Zəhra xanım Süleymaribəyova ilə ailə qurmuşdu. Zəhra xanımın anası Bilqeyis Qazıyeva İrəvan Quberniyasının zadəganlarından olan Mirzə Cabbar Qazıyev nəs linin nümayəndəsi, atası isə İrəvanın sanballı şəcərə lərindən biri, kökündə məşhur rəssam Mirzə Qədim İrəvani olan Qədimbəyovlardan idi. Məmmədkərimin beş övladı vardı: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Əziz ilk təhsilini İbadulla bəy Muğanlınskinin pansionatında alıb. Pansionatda ona Fars Abbasın oğlu, _______________ Reyhan Mirzəzadə _________________ so 542 ca gələcəyin tanınmış dilçi-alimi Cabbar Məmmədzadə dərs deyib. Burada şagirdlər ərəb, fars, rus dili ilə yana şı, fransız dilini də öyrənirdilər. Görkəmli tədqiqatçı-alim Əziz Şərif yazır ki, o zaman azərbaycanlı uşaqları gimnaziyaya hazırlaşdırmaq üçün iki pansionat var idi. Bunlardan birini müəllim Cəfər bəy Cəfərov, ikincisini ibadulla bəy Muğanlınski ilə Cabbar bəy Məmmədov saxlayırdı. Əziz Əliyev pansionatı bitirdikdən sonra İrəvan Gimnaziyasında təhsilini davam etdirir. Sonralar aldı ğı mükəmməl təhsili onun fitri istedadından rövnəq lənib Əzizi tibb elminin də fədaisi zirvəsinə ucaldır. O, neçə-neçə elmi əsərin, dərsliklərin, yeni kəşflərin müəllifi nə çevrilir. Minlərlə insanın sağlamlığının qorunması, düçar olduğu xəstəlikdən qurtulub yenidən həya ta qaytarılması yolunda ürəklə, vicdanla çalışır. Həmin dövrdə Sovet hakimiyyəti rəhbərlərindən əksəriyyətinin mənəviyyatsız siyasəti insanlara psixoloji və cismani zərbələr vururdu. Bütün imperiya daxilindəki müsəlman xalqlarına münasibət heç də yaxşı deyildi. Erməni mənsəbpərəstləri xüsusən azərbaycanlılar haqqında mənfi fikir yaymaqla məşğul olub, xalqımızın gəlmə xalq kimi qələmə verilməsində dəridən-qabıqdan çıxırdılar. Azərbaycan ikitərəfli ağrılar yaşamaqda idi. Bir tərəfdən ağır müharibə, ikinci tərəfdən erməni fitnələri dayanmaq, səngimək bilmir, hər sahədə qarşıya mane ələr çıxarırdı. Belə bir ağır vaxtda gizli şəkildə azər baycanlıları və dağıstanlıları köçürtmək kimi çirkin planlar da cızılırdı. Bu planlar Stalin-Beriya-Mikoyan üçlüyü tərəfindən diktə olunurdu. Onların işbirliyi təkcə Azər baycanda yox, keçmiş İttifaqın hər yerində türkdilli xalqların bəlasına, faciəsinə çevrildi. Şimali Qafqaz xalqlarının köçürülmələri də bu siyasətin, bu hiylələrin Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi_ Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling