Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi


Download 216 Kb.
Pdf ko'rish
bet40/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Stepan  Şipaçev
Musa  Cəlilin  adı  gələndə,  böyük  rus  yazıçısı  Mak­
sim  Qorkinin  "Izergil  qarı”  əsərindəki  əfsavəvi  qəhrəman 
Danko  obrazını  xatırlayıram.  Danko  ürəyini  çıxarıb  məşəl 
edərək,  qaranlıqda  zülmə  və  ölümə  məhkum  olan  insan­
ların  yolunu  işıqlandırır.  Onları  azadlığa  çıxarır,  özünə  isə 
bu  azadlıq  nəsib  olmur.  Böyük  tatar  şairinin  mənalı  və 
şərəfli  həyatı  da  bizə Dankonun taleyini xatırladır...
1954-cü  ilin  avqust  ayı.  Qəhrəman  şair  Musa  Cəlilin 
hitler  faşizminə  qarşı  müharibə  cəbhələrində  igidliklə 
həlak  olmasının  10  illiyi  münasibəti  ilə  şairin  Vətəni  Ka­
zanda  keçirilən  yığıncaqda  Azərbaycanın  xalq  şairi 
Səməd  Vurğun  SSRİ  Yazıçılar  İttifaqı  adından  nitq 
söyləyir. 
Həmin 
nitqində 
görkəmli 
şairimiz 
deyir:
“Əziz  və  hörmətli  yoldaşlar,  bizim  ümumi  dostu­
muz,  böyük  və  əsl  şair  Musa  Cəlilin  həmyerliləri!  Bizim 
qabaqcıl,  böyük  poeziyamıza  Musa  Cəlil  kimi  ölməz 
sənətkar  verən  bir  xalq  böyük  və  xoşbəxt  xalqdır!  Dünya 
poeziyası  tarixində  yaxşı,  gözəl  və  böyük  şairlər  çox 
olmuşdur,  lakin  onların  hamısı  xalqın  şərəfi  və  iftixarı  ola 
bilməmişdir.  Musa  Cəlil  tarixin  yetişdirdiyi  elə  nadir  və 
xoşbəxt  şairlər dəstəsinə  mənsubdur  ki,  onlar  hər zaman 
xalqın,  yaşadığı  zəmanənin  şərəfi  və  iftixarı  olmuş  və 
olmaqdadırlar.  Bəzi  şairlər  özlərinin  böyük  yaradıcılığı, 
özlərinin  böyük  və  gözəl  poeziyası  ilə  əsrlərin  sınağından 
çıxmış,  öz  adlarını  əbədiləşdirmişlər.  Yalnız  böyük  poe­
ziyası  ilə  deyil,  həm  də  özünün  şəxsi  qəhrəmanlığı  ilə, 
tarixin  amansız  qara  qüvvələrinə  qarşı  döyüşdə  özünün
sd4S1
 ce

ölümsüz  ölümü  ilə  adını  əbədiləşdirmək  onların  çox  c ü z i 
bir  qisminə  nəsib  olmuşdur.  Böyük  ingilis  şairi  Bayron, 
məşhur  macar  şairi  Petöfi,  çex  şairi  Fuçik  və  bizim  ə z iz  
tatar şairimiz  Musa  Cəlil  belələrindən olmuşlar!
...Mən  xoşbəxtəm  ki,  Musa  Cəlilin  mərdliklə,  gə lə­
cəyə  inam  hissi  ilə  dolu  olan  coşqun  və  gözəl  poeziyasını 
onun  öz  ana  dilində  oxuya  bilirəm...  Biz  öz əziz və  böyük 
şairimiz Musa Cəlili  ona  görə  bütün  varlığımızla sevirik  ki, 
o  da  bizi  bütün  varlığı  ilə  sevirdi.  İllər  ötəcək,  nəsillər 
keçəcək,  ancaq  Musa  Cəlilin  parlaq  siması  əfsanəvi  b ir 
obraz  kimi  gələcək  nəsillərə  yadigar  qalacaqdır.  Musa 
Cəlil  haqqında  simfoniyalar  bəstələnəcək,  dram  əsərləri 
yaranacaqdır.  Onun  şərəfinə  gözəl  mahnılar  qoşulacaq, 
yüzlərlə  təravətli  şeirlər  yazılacaqdır.lcazə  verin,  belə 
əlamətdar  bir  gündə  dərin  kədər  və  böyük  iftixar  hissi  ilə 
Musa  Cəlilin  əziz  xatirəsinə  həsr etdiyim  kiçicik  bir şeirimi 
Azərbaycan  dilində oxuyum:
O günkü  üstünü  cəlladlar aldı,
Günahsız töküldü  müqəddəs qanın.
Bizim  dərdimizdir yarımçıq  qaldı,
Sənin  söz dastanın,  həyat dastanın.
Yarandın,  yaşadın şanlı  bir gündə 
özün  ulduz-ulduz,  çiçək-çiçəkdin.
Xatirən  daima torpaq  üstündə,
Yaşıl  bir ot kimi göyərəcəkdir!
Sənin  qəlbin  kimi  safdır,  düm  ağdır,
Vətən  göylərinin  ağ  ulduzları.
Adına  nəğmələr oxuyacaqdır,
Edil yılqasının tatar qızları.
____ ____________
Reyhan Mirzəzadə
_________________
ъ?>482 ся
Mənim  şair dostum,  şair qardaşım,
Vüqarın böyükdür uca dağ  kimi.
Sənin hünərinlə mənim  də başım,
Ucaldı göylərə bir bayraq  kimi.
Neçə sərhəd aşır,  el gəzir şeir,
Yurd salır neçə min ürəkdə,  canda.
Sənə oğlum deyir,  öz balam deyir,
Mənim Ana yurdum Azərbaycan  da!
Səməd  Vurğun  bu  təntənəli  axşamda  rus  dilində 
danışır,  öz  şeirini  azərbaycanca,  Musa  Cəlilin  şeirini  isə 
tatarca  oxuyurdu.  Həmin  vaxtlar  Tatarıstanın  bir  çox  qə­
zet  və  jurnalları  Səmədin  şeirinin  tatarca  tərcüməsini 
təqdim  etmişdi.  Ruhları  bir daha  şad  olsun  deyə.  Səməd 
Vurğunun  adlarını  yad  etdiyi,  Musa  Cəlilin  tarixi  əqidə  və 
məslək  silahdaşlarının  ömrünə  qısaca  da  olsa,  ziyarət 
edək.
İki  əsr  bundan  əvvəl  yaşamış,  Şərqi  və  Şərq 
ədəbiyyatını  sevən  ingilis  romantik  şairi  Corc  Qordon 
Bayronun  yaradıcılığı,  əsərlərinin  dili  və  poetikası  bu  gün 
də  dünya  ədəbiyyatşünaslığının  diqqət  mərkəzindədir. 
Mütərəqqi  romantizmin  görkəmli  nümayəndələrindən  biri 
olan  Bayronun  əsərləri  dünya  ədəbiyyatının  inkişafına 
güclü  təsir  göstərmişdir.  Əbəs  yerə  deyil  ki,  dünya 
ədəbiyyatında  məhz  Bayron  “Sevimli  şair”  ləqəbi  ilə 
tanınır.  XIX  əsrdə  Avropa  ədəbiyyatında  bayronizm  adla­
nan  ictimai  əhval-ruhiyyə  Bayronun  adı  ilə  bağlıdır. 
Dünyagörüşündəki  ziddiyyətlər-fərdiyyəçilik,  ümidsizlik, 
ekzotikaya  aludəçiliklə  yanaşı,  üsyankar  ruh,  azadlıqse- 
vərlik,  məzlum,  əzilən  xalqlara  rəğbət  Bayron  yaradıcılı­
ğının  əsas  xüsusiyyətləridir.  Şairin  Şərq  ölkələrinə  səya­
hət  etməsinə  səbəb  onun  bu  ölkələrin  tarixi,  ədəbiyyatı,
ÄzdrbaycançıliQ və vətənpərvərlik məfkurəsi
_____
ю  
4H3
 ся

incəsənəti  və  digər  mədəni  həyatı  ilə  tanışlığı  idi.  Bayron 
qeyd  edirdi  ki,  “Türkiyə  tarixi” mənə  hələ  uşaq  ikən  ləzzət 
verən  ilk  kitablardan  biri  olmuşdur.  Əminəm  ki,  sonradan 
mənim  Levantı  (Aralıq  dənizinin  Şərq  hissəsində yerləşən 
ölkələr və  ərazinin  ümumi  adı.  “Günəşin doğuşu”  adlanan 
məkan  kimi  də  qəbul edilir -  R.Mirzəzadə)  səyahət  etm ək 
arzuma  bu  kitabın  müəyyən  təsiri  olmuş,  ola  bilsin  ki, 
şeirlərimdə hiss  olunan  Şərq  ruhuna da  səbəb budur...
Bayron  “Çayld  Haroldun  səyahətləri",  “Şərq  poe­
maları”  (bura  “Gavur”,  “Abidos  gəlini”,  “Korsar”,  “Lara”, 
“Korinfin  mühasirəsi”  və  “Parizina”  kimi  altı  məşhur 
poema  daxildir),  “Qabil”,  “Don  Juan”,  “Manfred”  və  s. 
dünya  ədəbiyyatı  xəzinəsinin  nadir  nümunələri  olan 
məşhur əsərlərin  müəllifidir.
Şair  bütün  millətlərə  eyni  gözlə  baxırdı.  Bayron 
deyirdi  ki,  əgər  türklər  məhkum,  yunanlar  hakim  olsaydı, 
yəqin  ki,  mən  türklərə  qoşulub,  yunanların  əleyhinə,  türk 
azadlığı  uğrunda vuruşardım.
Ədib  bütün  məhkum  xalqların  müdafiəçisi  idi. 
İngiltərə  cəmiyyətindən  üz  döndərən,  ingilis  burjuazi­
yasının  çirkin  əməllərindən  cana  gələn  şair,  oranı  əbədi 
olaraq tərk etmək məqsədi  ilə  səyahətə çıxır.  Bayron yola 
düşməzdən  əvvəl  müasiri  Hansona  yazdığı  məktubunda 
deyirdi:“Mənə  lənətə  gəlmiş  bu  ölkədən  çıxıb  getməyə 
icazə  verin  və  mən  sizə  söz  verirəm  ki,  müsəlmanlığı 
qəbul  edərəm,  lakin  geriyə  qayıtmaram”.  Şair  ərəb  dilini 
də  öyrənmişdi.  Bayron  1824-cü  ildə  yunanların  azadlığı 
uğrunda  gedən döyüşdə  həlak olmuşdu.
Macar  xalqının  böyük  vətənpərvəri,  Xalq  Şairi  və 
Milli  Qəhrəmanı  Şandar  Petöfi  1848-1849-cu  illərdə 
Macarıstan  inqilabının  fəal  xadimlərindən  biri  olub.  Onun 
ilk  “Şeirlər”  kitabı  1844-cü  ildə  nəşr  edilib.  Şairin  “Yabanı 
çiçək”,  “Saray və  koma”,  “19-cu  əsrin  şairlərinə” və  s.  kimi
_______________
Reyhan Mirzəzadə
________________
so 
484 
c a
şeirləri,  “Pəhləvan  Yanoş”  nağıl-poeması  əsarət  və  zülm 
əleyhinə  etiraz  duyğuları  ifadə  etdiyi  üçün  xalq  arasında 
geniş  yayılmışdı.  Petöfinin  şeirləri  insanların  dilində  xalq 
nəğmələrinə  çevrilmişdi.  Ədib  1847-ci  ildə  “Gənc  Maca­
rıstan”  təşkilatına  başçılıq  edib,  Peşt  və  Budada  15  mart 
1848-ci  il  üsyanının  rəhbərlərindən  biri  kimi  tanınmışdı. 
Sonralar zabit  kimi  inqilabçı  ordunun  apardığı  döyüşlərdə 
vuruşan  Petöfi,  yazdığı  şeirləri  ilə  silah  yoldaşlarını 
qələbə  uğrunda  mübarizəyə  ruhlandırırdı.  Şair  “Apostol” 
poemasında  xalqının  mənafeyi  naminə  canından  keçən 
inqilabçı  qəhrəman  obrazını  yaratmışdı.Şairin  əsərləri 
dünyanın  çoxsaylı  xalqlarının  dilinə  olduğu  kimi,  Azər­
baycan  dilinə  də  tərcümə  edilib.  “Pələng  və  kaftar”  adlı 
tarixi  dramı  Azərbaycan  səhnəsində  tamaşaya  qoyulub. 
Şandar  Petöfi  1849-cu  ildə  çar  kazaklan  ilə  toqquşmada 
mərdliklə  həlak olub.
Tanınmış  çex  yazıçısı,  jurnalisti,  publisisti,  teatr 
tənqidçisi  Yulius  Fuçik  Musa  Cəlildən  üç yaş  böyük  idi.  O 
da  fevral  ayında  doğulmuşdu.  20-ci  illərdə  “Rude  pravo” 
qəzeti  və  “Tvorba”  jurnalının  redaktoru  kimi  çalışmışdı. 
Hələ  İkinci  Dünya  müharibəsindən  qabaq  üç  dəfə  keçmiş 
Sovet  İttifaqına  gəlmiş,  Orta  Asiya  xalqlarının  ədəbiyyatı 
ilə  yaxından  tanış olmuşdu.Fuçik  Müqavimət və Antifaşist 
Hərəkatının  fəal  üzvlərindən  idi.  Ədib  1942-ci  ilin 
aprelində  GESTAPO  (Hitler  Almaniyasında  faşizm  düş­
mənlərinə  qarşı  ən  vəhşi  üsullar  tətbiq  edən  gizli  siyasi 
polis)  tərəfindən  həbs  edilmiş,  1943-cü  ilin  sentyabrında 
edam  olunmuşdu.  Yulius  Fuçikin  Praqadakı  Pankrats 
həbsxanasında  yazdığı  “Edamqabağı  reportaj”  əsəri 
1945-ci  ildə  çap  edilmişdi.  Dünyanın  80-dən  artıq  dilinə 
çevrilən  əsər,  Azərbaycan  dilinə  “Faşist  zindanından 
səslər”  adı  ilə  tərcümə  olunmuşdu.  Bakı  küçələrindən 
birinə  çex  xalqının  Milli  Qəhrəmanı,  Beynəlxalq  Sülh
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8o 485 
c a

Mükafatı  laureatı  Yulius  Fuçikin  adı  verilmişdir.İndi  Bay- 
ron,  Petöfi,  Fuçik,  Cəlil  kimi  mübariz  və  qəhrəman  qələm  
sahiblərinin  adları  bütün  dünya  xalqlarının  qəlbində 
yaşayır.  Səməd  Vurğunun  nitqi  Yulius  Fuçikin  nəsillərə 
yadigar  qalan  sözlərini  bir  daha  yadıma  saldı:  “Biz  ölsək 
belə,  sizin  böyük  səadətinizin  bir  hissəsi  kimi  yaşaya­
cağıq.  Axı  bu səadətin yolunda biz həyatımızı  verm işik”.
Səməd  Vurğunun  ömrünü,  taleyini,  bütün  varlığını 
azadlıq  və  qələbə  uğrunda  fəda  etmiş  Musa  Cəlil  haq­
qında  dedikləri  həqiqətə  çevrildi,  özü  də  böyük  həqiqətə. 
B.Zernikin  “Kötük  üstə  mahnı",  qazax  şairi  və  xalq 
yazıçısı  Cuban  Muldaqaliyevin  “Mahnı  ölmür”,  kalmık 
şairi  David  Kuqultinovun  “Ürəyin  gözü  ilə”,  Tatarıstanın 
xalq  şairi  və  dramaturqu  ildar Yuzeyevin  “Axırıncı  sınaq”, 
rus  şairi,  publisisti,  rəssamı  və  memarı  Andrey  Vozne- 
senskinin  “Ustad",  tatar  dramaturqu,  ictimai  və  əm əkdar 
incəsənət  xadimi  Riza  işmuratovun  “Əbədi  m ahnı”, 
Azərbaycanın  Xalq  Şairi  Bəxtiyar  Vahabzadənin  “Uçun, 
nəğmələrim!”,  digər  dost  və  qardaş  yurdların  söz-sənət 
ustadlarının  əsərləri  Musa  Cəlili  bir  daha  dünyaya  tanı­
dıb,  bütün  tərəqqipərvər,  sülhsevər  bəşəriyyətin  sevim­
lisinə çevirib.  Görkəmli  fransız yazıçısı  Lui Araqon,  alman 
alimi  L.Nebensal,  italyan  yazıçısı  Ciovanni  Cermanetto, 
rus  şairləri  Stepan  Şipaçyov,  Konstantin  Simonov,  Mixail 
Lukonin,  qardaş  xalqların  şair  və  yazıçılarından  qazax 
Muxtar Auezov,  qırğız  Aalı  Tokambayev,  başqırd  Mustay 
Kərim,  çuvaş  Yakov  Uxeşay  və  başqaları  Musa  Cəlilin 
qəhrəmanlıqla 
dolu 
həyatından  və  yaradıcılığından 
həmişə məhəbbət və ehtiramla  söz açmışlar.
Musa  Cəlil  1906-cı  il  fevralın  15-də  Rusiyada,  Uralın 
cənubunda  yerləşən  Orenburq  quberniyasının  Mustafino 
kəndində  zəhmətkeş,  sadə  bir  ailədə  anadan  olmuşdur. 
Gələcək  şair  hələ  uşaq  yaşlarından  yoxsulluq  və  məhru-
_________________Reyhan_Mirzazadd___________________so__486_c'>_______________
Reyhan Mirzazadd
_________________
so 
486 c&
miyyətlərlə  üz-üzə  gəlmişdi.  Onun  elmə,  biliyə,  mütaliəyə 
hədsiz  marağı  və  həvəsi  vardı.  Musa  əvvəlcə  Orenburq- 
dakı  “Huseyniyyə"  mədrəsəsində  təhsil  almış,  sonralar 
Kazanda  “Tatarıstan”  qəzeti  redaksiyasında  işləyə-işləyə 
fəhlə  fakültəsinə  daxil  olmuş,  1931 -ci  ildə  Moskva  Dövlət 
Universitetinin 
ədəbiyyat 
fakültəsini 
müvəffəqiyyətlə 
bitirmişdi.  Lakin  Musa  Cəlilin təhsil  illəri  sakit keçməmişdi. 
Q,vətəndaş  müharibəsi  zamanı  Orenburqda  kazak- 
ataman,  general  Aleksandr  lliç  Dutovun  ağqvardiyaçı 
cinayətkar  dəstələri  ilə  döyüşlərdə  iştirak  etmişdi.  Gənc 
şair  1920-ci  ildə  fəal  yaşıdları  ilə  birlikdə  aclığa  qarşı 
ümumxalq  mübarizəsinə  qoşulmuş,  ağqvardiyaçıların 
dağıtdıqları  kəndlərin,  sənaye  müəssisələrinin  bərpası  və 
yenidən qurulması  uğrunda fəal  mübarizə  aparmışdı.
Musa  Cəlil  on  yaşından  şeir  yazmağa  başlamışdı. 
Onun  “Xoşbəxtlik"  adlı  ilk  şeiri  1919-cu  ildə  “Ulduz” 
qəzetində  dərc  olunmuşdu.  Sonralar  mübariz  inqilabçılar, 
gizli  təşkilatçılar,  çar  həbsxanalarının  dəhşətini  görmüş 
adamlar,  cəbhələrdə  vuruşmuş  döyüşçülər  Musa  Cəlilin 
1925-ci  ildə nəşr olunmuş  "Biz gedirik” ilk  şeirlər kitabının 
əsas  lirik  qəhrəmanlarına  çevrildilər.  30-cu  illərdə çapdan 
çıxmış  “Ordenli  milyonlar” ,  “Şeirlər  və  poemalar”  kitabları 
Musa  Cəlilin  hələ  müharibədən  əvvəl  yaradıcılığının  xeyli 
zənginliyini  nümayiş  etdirirdi.  “Gənc  yoldaşlar"  və  “Ok­
tyabr  balaları”  uşaq  jurnallarmdakı  redaktorluq  və  jur- 
nalistlik  fəaliyyəti  onun  poetik  inkişafinda  böyük  rol 
oynadı.  Həmin  illərdə  Tatarıstan  Dövlət  Nəşriyyatı  Musa 
Cəlilin  tərcüməsində  XI!  əsr  gürcü  şairi  və  dövlət  xadimi 
Şota  Rustaveli,  rus  şairi,  dramaturqu  Samuil  Marşak,  rus 
uşaq  şair və  yazıçısı  Aqniya  Barto  və  başqalarının  kitab­
larım  çap  etmişdir.  Tatar  dövri  mətbuatında  şairin  gör­
kəmli  rus  şairi  və  dramaturqu,  müasir  rus  ədəbi  dilinin 
banisi  Aleksandr  Sergeyeviç  Puşkin,  rus  ədəbiyyatının
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  
487
 oa

klassiki  Nikolay  Vasilyeviç  Nekrasov,  tanınmış  ukraynalı 
şair  Taras  Şevçenko,  unudulmaz  rus  şairləri  V ladim ir 
Vladim iroviç  Mayakovski,  Vasili  ivanoviç  Lebedyev-Ku- 
maç,  fransız  inqilabçısı  Ejen  Potyedən  tərcümə  etdiyi 
yüzlərlə şeir oxucular tərəfindən maraqla  qarşılanmışdı.
Alovlu  vətənpərvər,  azadlıq  və  səadət  nəğməkarı 
olan  Musa  Cəlil  əsl  insana,  vətəndaşa,  söz-sənət  sa­
hibinə  məxsus  şərəfli,  mübarizələrlə  dolu  ağır  bir  həyat 
yolu  keçmişdi.  Tatar,  rus və Avropa ədəbiyyatını  dərindən 
bilən  Musa Cəlil,  təkcə  şair və ədəbiyyatçı  kimi  deyil,  həm 
də  istedadlı  bəstəkar  və  rəssam  kimi  də  fəaliyyət  gös­
tərirdi.  Tatar  xalqının  mədəni  həyatının  elə  bir  sahəsi 
yoxdur  ki,  orada  Musa  Cəlilin  xidməti  olmasın.  Tatar poe­
ziyası,  ədəbiyyatşünaslığının  inkişafına  təkan  verən  poe­
tik  əsərlər,  maraqlı  uşaq  pyeslərinin  yaradılması,  opera 
teatrının tərəqqisi  sahəsində böyük yaradıcılıq  işləri  məhz 
onun  adı  ilə  bağlıdır.
İncəsənət  işləri  onu  həmişə  maraqlandırmışdır. 
Ədibin  bir  sıra  məqalələri  opera  və  balet  sənətinə,  tatar 
xalqının  estetik  mədəniyyətinin  inkişafına  həsr  olunmuş­
dur.  Xalqın  dinc  həyatını  tərənnüm  etmək,  insanların 
əməyə,  zəhmətə,  xalq  və  Vətən  yolunda  mübarizəyə 
misilsiz  qəhrəmanlıq  nümunələri  göstərməyə,  bir-birini 
sevməyə,  bir-birinə  hörmət  etməyə  çağıran  nəğmələr ya­
ratmaq  arzusu  ilə  yaşayan  şairin  yaradıcılıq  üfüqləri  də 
olduqca  geniş  idi.  Təkcə  Tatarıstanda  deyil,  Vətənindən 
kənarda  belə,  baş  verən  hər  bir  mühüm  hadisə,  yaranan 
yenilik  Musa  Cəlilin  ilhamına  qanad  verirdi.  Az  müddət 
ərzində  onlarca  şeirlə  yanaşı,  onun  ilhamla  yazdığı  “Poç­
talyon” ,  “Direktor  və  günəş”  kimi  irihəcmli  poemaları  da 
oxucularını  sevindirdi.  Musa  Cəlil  “Altınçeç”  (“Qızıl  saçlı”) 
adlı  tatar  milli  operasını  yaratdı.  Onun  ardınca  “Eldar” 
poema-librettosu  tatar mədəniyyətinə  şəfəq  saçdı.  Zəngin
________________
Reyhan Mirzəzadə
_______________ _
ю Ш  ca
təcrübəyə  malik  olan  Musa  Cəlil  gənc  rəssam,  bəstəkar, 
aktyor,  ümumiyyətlə,  incəsənətlə  məşğul  olan  adamların 
püxtələşməsi  yolunda öz zəhmət və  səylərini  əsirgəmirdi. 
O,  istedadlıları  lazımınca  qiymətləndirir,  onlara  dəyər ve­
rir,  öz  üzərində  daha  mükəmməl  işləməyə  ruhlandırırdı. 
Tatar  xalqının  adlı-sanlı  bəstəkarları  Salix  Saydaşev, 
Aleksandr  Klyuçarev,  Nazib  Jiqanov  və  başqalarına  bö­
yük  incəsənət  yoluna  məhz  Musa  Cəlil  həyat  vəsiqəsi 
vermişdi.
1939-cu  ildən  1941-ci  ilin  iyununa  -  Ordu  sıralarına 
çağırılana  qədər  Musa  Cəlil  Tatarıstan  Yazıçılar  İttifaqına 
rəhbərlik edirdi.
1945-ci  ilin  mayı  idi.  Berlində  Böyük  Vətən  müha­
ribəsinin  son  döyüşləri  gedirdi.  Keçmiş  Sovet  ittifaqına 
məxsus  ordunun  əsgərləri  vuruşa-vuruşa  Moabit  həbsxa­
nasının  həyətinə  girdi.  Həbsxanada  heç  kim-  nə  gözət­
çilər,  nə  də  məhbuslar  vardı.  Həyətə  tökülmüş  qovluqlar 
yanırdı.  Külək  zibili,  kağız  qırıntılarını  bütün  həyət  boyu 
qovurdu.  Döyüşçülərdən  birinin  gözü  rus  dilində  yazılmış 
bir  kağız  parçasına  sataşdı.  Əsgər  vərəqi  qaldırdı,  əli  ilə 
hamarladı,  Vətəndən  uzaqlarda,  doğma  ana  dilində yazıl­
mış  bu  kağız  parçasını  maraqla  oxudu.  Məktubda  yazıl- 
mışdı:“Mən  tatar  şairi  Musa  Cəliləm.  Moabit  həbsxa­
nasında  yatıram.  Yəqin  ki,  faşistlər  məni  güllələyəcəklər. 
Xahişim  budur  ki,  bu  qeydləri  oxuyan  şəxs  ruslar  Berlini 
azad  etdikdən  sonra  bu  barədə  Moskvaya  və  Kazana 
xəbər  versin.  Həm  də  Fadeyevə,  Qladkova,  Korneyçuka 
və başqa  yazıçılara  mənim  salamımı yetirsin...”
Sonra  şair  bu  barədə  ailəsinə  xəbər  verməyi  xahiş 
edir  və  ev  ünvanını  göstərirdi.  Bu  kiçik  məktub  görünür, 
çox  əllərdən  keçmişdi.  Kənarlarında  müxtəlif  vaxtlarda, 
müxtəlif  xətlə  yazılmış  iki  qeyd  vardı.  Qeydlərdən  birinin 
müəllifi  Cəlilin  hələ  sağ  olduğuna  ümid  etdiyini  bildirirdi.
Azərbavcancılıa və vətənpərvərlik  məfkurəsi_
____
bd
 
4X9
 оз

Savadsız  və  antisovet  xarakterli  ikinci  qeyddə  isə  qəlbi- 
qaralı  sevinclə  xəbər  verilirdi  ki,  “Sizin  Cambul  (qeydi  ya ­
zan  avamlığı  ucbatından  Cəlili  Cambulla  dolaşıq  sal­
mışdı) artıq çoxdan  o biri dünyadadır”.
Döyüşçülər  bir  yerə  toplaşıb  məktubu  oxudular.  Cə­
lili  şair  kimi  tanıyan  tatar döyüşçüləri  də  tapıldı.  Hərbçilər 
elə  buradaca  faşist  cəlladlarından  şairin  qisasını  almağı 
qət  etdilər.  Hissə  yenidən  döyüşə  atıldı.  Cəlilin  mək­
tubunu  Yazıçılar  ittifaqına,  Fadeyevə  göndərdilər.  Bu, 
tatar  xalqının  qəhrəman  oğlu,  şair  Musa  Cəlil  haqqında 
1942-ci  ildən  sonra  ölkəsinə  gələn  ilk  məlumat  idi. 
Təəssüf ki,  həmin  qiymətli  sənəd  Yazıçılar  İttifaqının  apa­
ratında  naməlum  səbəb  özündən  itmiş  və  tapılmamışdı. 
Bu  xəbərdən  yalnız  bir  şey  məlum  olurdu:  Musa  Cəlil 
Moabit həbsxanasında  öldürülmüşdü...
...Qaranlıq  zindan...  Gecənin  yarısı...  Kiçik  bir 
kameranın  qarşısında  əlisilahlı  bir gözətçi  gəzişir,  hərdən 
dayanır,  kameranın  balaca  pəncərəsini  açıb  içəri  baxır. 
İçəridə  gecə  köynəyində  əyləşən  cavan  məhbus,  gözət­
çinin  anlamadığı  bir  dildə  əl-qolunu  ata-ata  öz-özünə 
danışırdı.  Bütün  gözətçilər  bu  kameradan  gələn  qəribə 
səslərə  çoxdan  adət  etmişdilər.  Cavan  məhbus  haqqında 
həbsxanada  gedən  maraqlı  söhbətlər  artdıqca,  o,  hamı­
nın  diqqətini  özünə  cəlb  edir,  öz  qeyri-adi  hərəkətləri  ilə 
hamının  heyrətinə səbəb olurdu.Cavan  məhbus tatar şairi 
Musa  Cəlil,  zindan isə Moabit həbsxanası  idi.
1943-cü  ilə  qədər  yalnız  Berlində  məşhur  olan 
Moabit,  sonralar  bütün  dünyada  tanındı.  Onun  divarları 
arasında  odlu-alovlu  bir  şairin  əli  ilə  qara  günlərin  tarixi 
yazıldı.  Musa  Cəlili  çox  sevən  Bəxtiyar Vahabzadə  şairə 
həsr etdiyi “Uçun,  nəğmələrim!” adlı  poemasında yazırdı:
_______________
Reyhan Mirzəzadə
_________________
so 
490 
ca
Gözətçi əlində zağlı  avtomat,
Cəlili güdürdü,  qaça  bilməsin.
Gözətçi bilmədi,  çətindir heyhat,
Fikrinə sədd  çəkmək düşünən  kəsin.
Gözətçi bilmədi,  cəhdi əbəsdir,
Burda  keşik çəkir o nahaq yerə,
Onun qoruduğu  bir quru  səsdir,
Cəlil  çoxdan qaçıb  uzaq  ellərə...
Tarix boyu  belə olmuşdu:  hakim  sinif söz sahibi  olan 
məhkumları  yalnız  cismən  tabe  edə  bilmiş,  fikirləri, 
düşüncələri  dustaq  etmək  mümkün  olmamışdı.  Vaxtilə 
məşhur  alman  şairi,  publisisti,  tənqidçisi  Xristian  lohann 
Henrix  Heyne  Fransadan  Almaniyaya  gedərkən  polislər 
sərhəddə  onun  çamadanlarını  açmış,  orada  qorxulu  ola 
biləcək  yazılar  axtarmışdı,  lakin  heç  nə  tapa  bilməmiş­
dilər.  Bu  zaman  Heyne  onlara demişdi  ki,  siz  nahaq  yerə 
əziyyət  çəkdiniz.  Qorxulu  fikirləri  mən  çamadanda  deyil, 
başımda  aparıram.  Onu  isə  tapmaq,  məhv  etmək  çox 
çətindir.
İşgəncə  və  zülm  divarları  arasında,  olduqca  çətin 
şəraitdə  başa  gələn,  bəzən  divara  kömürlə,  tabaşirlə 
cızılan,  bəzən qırıq  karandaşla marqarin  kağızına yazılan 
“Moabit  dəftəri"nin  misralarında  yanmağa  başlayan  əbədi 
məşəli  heç  bir  faşist  qasırğası,  ölüm  tufanları  söndürə 
bilmədi.  Çünki  Azərbaycanın  Musa  Cəlil  məfkurəli  gör­
kəmli  şairi  Xəlil  Rzanın  dediyi  kimi,  bu  şeirlər  tamamilə 
qeyri-insani  şəraitdə  ən  insani  duyğularla  nəfəs  alan,  özü 
dustaq  olduğu  halda,  qəlbinin  və  idrakının  dustaq  edil­
məsinə  imkan  verməyən,  təfəkkür  və  ilham  azadlığını 
qoruyub  saxlamış  böyük  bir  şairin  ildırım  kəsərli  qələ­
mindən  saçılmışdı.  Mübariz  nəğməkarın  azadlıq  səsi  qa-
Azərbavcancılıa  və vətənpərvərlik məfkurəsi
____
so 
491 
ca

lanın  daş  divarları  arasından  da  eşidilirdi.  Şair  burada 
yazdığı  “Azadlıq”  adlı  şeirində  böyük  həsrət  və  yanğı  ilə 
deyirdi:
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling