Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ____________ _ so 580 ca
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 581 ce
- Reyhan Mirzəzadə _________________ “Strategiya.az” 15 aprel 2013-cü il so 582 ea. OFTALMOLOGİYADA MÜHÜM ELMİ
- _______________ Reyhan Mirzəzadə _____ ___________ so 584 ea
- _______________ Reyhan Mirzəzadə ________________ ю 586
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 587 oa
- _______________ Reyhan Mirzəzadə _________________ Eo 588 ca
______ Reyhan Mirzəzadə ________________ ю 57 S 03 həssaslıqla yanaşardı. Onda insanlara məhəbbət vardı ki, bu da onun böyüklüyündən, genişürəkli, səxavətli olmasından irəli gəlirdi. Allah onu o qədər sadə, təva zökar yaratmışdı ki, respublikanın birinci xanımı olduğunu heç vaxt büruzə verməzdi. Dəb-dəbəyə yad bir qadın idi. Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən iftixarla danışırdılar”. Tibb elmləri doktoru, professor Nurəddin Hümbətov Zərifə xanımın adı gələndə çox kövrəlir: “Zərifə xanım la mən uzun illər bir yerdə işləmişik. O, göz xəstəlikləri- oftalmologiya kafedrasında, mən isə daxili xəstəliklər kafedrasında. O, bir alim, bir xanım, bir həkim, bir pe- daqoq kimi hamı tərəfindən sevilirdi. Mən yalnız onun insani keyfiyyətləri, sadəliyi barədə danışmaq istəyirəm. Baxmayaraq, Zərifə xanım böyük alim, respublika rəh bərinin həyat yoldaşı idi, o, özünü işdə, cəmiyyətdə çox sadə aparırdı. İstər böyüklə, istər kiçiklə davranışında çox səmimi idi. Bir həmkar, iş yoldaşı kimi mənim xətrimi çox istəyirdi. Biz eyni ildə doktorluq müdafiəsi etmiş, eyni ildə də professor adı almışıq. İnstitutun böyük elmi şurasında doktorluq işimiz müzakirə olunandan sonra sənədləri Moskvaya göndərmək lazım idi. O vaxt Bakıda Ali Attestasiya komissiyası yox idi. İclasdan sonra məni yanına çağırıb dedi ki, Nurəddin, sən sənədlərini hazırla, ver mənə, mən sənin də elmi işini öz sənədlərimlə bərabər göndərim. Moskvada elmi işlərimizi birlikdə gö ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ___ _ so 579 ea rəndə, fikirləşəcəklər ki, sən Heydər Əliyevin ya qohumu, ya da yaxın adamısan. O zaman doktorluq işinin təsdiqi tezləşər. Bunu heç kim etməzdi. Mən adi bir insan, adi b ir həkim idim. Arxamda heç bir vəzifəli adamım, dayağım yox idi. Birinci katibin ömür - gün yoldaşının mənə qar daşlıq qayğısı göstərməsi ürəyimi dağa döndərdi. Tez sənədlərimi hazırlayıb, Zərifə xanıma təqdim etdim. Heç ay yarım keçməmiş, Moskvadan xəbər gəldi ki, sənədlər təsdiq olunub. Milli Elmlər Akademiyasındakı mötəbər mərasimdə akademik Topçubaşov doktorluq diplomlarını Zərifə xam- ma və mənə təqdim etdi. Kondisioner zavodunda da Zərifə xanımla bərabər çalışmışıq. Yaratdığı laboratoriyada o, oftalmologiya, mən isə daxili xəstəliklər üzrə elmi iş aparırdıq. Zavodun işçiləri, fəhlələri ilə elə mülayim, elə məlahətli davranırdı ki, çox adam bilmirdi Zərifə xanım kimin qızı, kimin həyat yoldaşıdır. Zavodda vəzifəsindən, işindən asılı olmayaraq, hamı ilə birinci o salamlaşar, hal - əhval tutardı. Prob lemləri, ehtiyacı olanlara heç zaman biganə qalmazdı. Onları məmnuniyyətlə qəbul edər, dinləyər, məsləhətlər verər, imkan daxilində kömək edərdi". Keçmiş SSRİ-nin tanınmış oftalmoloqlarından biri M,Krasnov Zərifə xanımın hətta fiziki nasazlığı zamanı necə qüvvətli ruha malik olmasından yazır:“ 1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər _______________ Reyhan Mirzəzadə ____________ _ so 580 ca ikisi deyib-gülür, bir-birilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!, ölümünə iki həftə qalmış o, uzaq bir ezamiyyətə hazırlaşırdı: “Aspirantlarıma kömək etmək lazımdır!”. 15 aprel, 1985-ci il. Vətənimizə qürbətdən gələn son dərəcə kədərli xəbər yüz minlərlə ürəkləri göynətdi, acı göz yaşları yanaqlara və qüssəli qəlblərə axdı. Kədər dolu baxışlar Moskvaya zilləndi. Türk dünyasının ləyaqətli övladı, Azərbaycan xal qının sevimli alim qızı Zərifə Əliyeva həyatla vidalaşıb əbədiyyətə qovuşdu. SSRİ paytaxtı, tanınmış Novode- viçye məzarlığı hələ belə bir izdihamlı dəfn mərasimi görməmişdi. İndi müstəqil yurdunun azad torpağında əbədiləşən mərhəmətli Zərifə xanımın məzarı və möhtəşəm abidəsi önünə hər gün neçə-neçə gənc, ziyalı, sadə insan, ahıl və xarici qonaqlar ziyarətə gəlir.Onu salamlayır, ruhuna dualar oxuyur. Zərifə xanım da onları xəfif təbəssümlə qarşılayır.İnsanlara sevgi dolu həyat eşqi, nəciblik və xeyirxahlıq səadəti aşılayır. Yeni ailə quranlara xeyir-dua verir. Paklıq simvolu olan Zərifə xanım uzun ömür yaşa masa da,“Həyat illərin sayı ilə deyil, insanın fəaliyyəti ilə ölçülür" - deyiblər. Zərifə xanımın yaşadığı hər bir gün - kiçik həyat qədər dəyərli oldu. Görə bilmədiyi hər bir uğurlu hadisə - onun ruhuna sevinc dolu bir töhfə verməkdə davam edir. İnsan mənəviyyatının təhlili ilə bağlı bir mütəfəkkirin fikirləri çox dəyərlidir. Alman filosofu Georq Vilhelm Frid- rix Hegel qeyd edir ki, insanın vəzifə borcu dörd növə bölünür: özü qarşısında, ailəsi qarşısında, dövlət qarşı sında, başqa insanlar qarşısında. Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 581 ce Zərifə xanım Əliyeva özü qarşısında, mənəviyyatı qarşısında, dövlət qarşısında, xalq qarşısında, başqa in sanlar qarşısında, yüzlərlə vətəndaş qarşısında unudul maz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı.Yaşadı və bun dan sonra da yaşayacaq. Zaman sürətlə ötüb keçir. Odur ki, həyatımızın hər bir anının dəyərini ilahi töhfə kimi dərindən düşünməyi və qiymətləndirməyi bacarmalıyıq. Bacarmalıyıq həm də ona görə ki, insan və zaman məkanında müvəqqəti ömrü yaşamaq üçün bu gün hər birimiz “Tanrı qonağı”yıq. Gö rün, böyük rus yazarı Vissarion Belinskinin sözləri dün yanın hər bir “qonağı” üçün nə qədər düşündürücüdür: “Dülgər olacağıq, çilingər olacağıq, fabrik sahibi olacağıq, ancaq insan ola biləcəyikmi? - Bax, budur məsələ!”. Reyhan Mirzəzadə _________________ “Strategiya.az” 15 aprel 2013-cü il so 582 ea. OFTALMOLOGİYADA MÜHÜM ELMİ YENİLİKLƏRƏ İMZA ATMIŞ BÖYÜK ALİM Akademik Zərifə Əliyeva SSRİ səhiyyəsində Averbax mükafatını alan ilk xanım idi Tanınmış ingilis şairi Tomas Strenz Edisonun eti rafına görə, uğur qazanmağın bir faizi istedadla, doxsan doqquz faizi isə zəhmət və ağılla bağlıdır. Məhz istedad, zəhmət və ağılla qazanılan bir uğurun illər keçdikdə öz- özünə zənginləşib qüdrətli bir sərmayəyə çevrilən, dünya mədəniyyətinin qiymətli abidələri qədər dəyərli olan bir xatirədən və xatirələrdən bəhs etmək istəyirəm. “Bakı" qəzetinin tarixə dönmüş 1982-ci i! 27 yanvar tarixli nömrəsini oxuyuram. Əsrlər boyu yetişdirdiyi böyük elm xadimləri ilə qürur duyan xalqımıza və respub likamızın ictimaiyyətinə “Azərbaycan -aliminə mükafat” başlığı altında xoş bir xəbər yayılıb. Həmin xəbərdən sətirlər: “SSRİ Tibb Elmləri Akademiyası Rəyasət Heyə tinin iclası olmuşdur. Akademiyanın rəyasət heyəti 1981- ci ildə ölkəmizin alimlərindən böyük bir qrupuna adlı mükafatlar və diplomlar vermişdir. Mükafat alanlar ara sında Azərbaycandan professor Z.Ə.Əliyeva da vardır. Professor Z.Ə.Əliyeva SSRİ Tibb Elmləri Akademi yasının M.I.Averbax adına mükafatını almışdır...” Daha sonra Moskva İkinci Tibb İnstitutu göz xəs təlikləri kafedrasının müdiri, SSRİ Dövlət mükafatı lau reatı, RSFSR əməkdar elm xadimi, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor A.Nesterovun “Elm və həyat” jurnalının 1982-ci il tarixli 5-ci nömrəsində dərc olunan “Akademiyanın mükafatı Azərbaycan aliminə verilmişdir” məqaləsində qeyd edilir ki, SSRİ Tibb Elmləri Akademiyası tərəfindən görkəmli sovet alimi, akademik Mixail losifoviç Averbaxın şərəfinə təsis edilmiş mükafat ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ _ ю 583 ca dörd ildə bir dəfə oftalmologiya sahəsində ən yaxşı elm i tədqiqatlara görə verilir. Mükafata layiq görülmüş əsərlər silsiləsinə “Şin sənayesində gözlərin peşə patologiyası” kitabı, “Rezin sənayesi fəhlələrində gözlərin zədələnmə- sinin profilaktikası" və “Yod sənayesi fəhlələrində gözlərin zədələnməsinin profilaktikası” adlı metodiki göstərişlər, habelə mərkəzi oftalmoloji jurnallarda və elmi konfrans ların əsərlərində dərc olunmuş bir sıra elmi məqalə və məruzələr daxildir. Z.Ə.Əliyevanın tədqiqatlarında müəlli fin öyrənilən problemə dərin və hərtərəfli münasibəti diq qəti cəlb edir. Eksperimental və laboratoriya tədqiqatları uzun illər aparılmış klinik müşahidələrlə sıx birləşir. Z.Ə.Əliyeva şin və yod sənayesi fəhlələrində göz lərin peşə xəstəliklərini tədqiq etməyə xüsusi diqqət yetirmişdir. Qeyd etmək lazımdır ki, şin istehsalı ölkə mizin kimya sənayesində getdikcə daha böyük yer tutsa da, Z.Ə.Əliyevanın tədqiqatlarına qədər nə ölkəmizin, nə də xarici ölkələrin tibb ədəbiyyatında şin istehsalının insan orqanizminə və görmə orqanlarına zərərli kimyəvi təsirinə dair müfəssəl əsərlər yox idi. Yodla uzunmüddətli iş prosesində gözlərin zədələnməsinin xüsusiyyətləri də kifayət qədər öyrənilməmişdi... Sovet mətbuatı onu da yazırdı ki, Zərifə Əziz qızı Əliyeva SSRİ-nin bu ali mükafatına layiq görülən ilk qadın alimdir. Professor Zərifə xanım Əliyeva məqalələrində qeyd edirdi ki, Azərbaycanda kimya sənayesi sürətlə inkişaf etdiyi üçün peşə xəstəliklərinə qarşı mübarizə ən vacib tibbi-bioloji problemlərdən biri idi. Geniş miqyasda apa rılan profilaktik və müalicə tədbirləri nəticəsində indi kim ya sənayesində görmə orqanının peşə xəstəliyinə tutul ması hallarına az-az rast gəlinir və özünü intoksikasi- yanın yüngül, subklinik forması şəklində büruzə verir. _______________ Reyhan Mirzəzadə _____ ___________ so 584 ea Zərifə Əliyevanın apardığı fundamental tədqiqatların yeni olduğu məlum idi. Sonralar həmin tədqiqatlar müəl lifin 1980-ci ildə Bakıda çap olunan orijinal “Şin istehsa lında gözün peşə patologiyası” monoqrafiyasının əsasını təşkil etdi. Zərifə xanımın tədqiqatlarının miqyası geniş idi. Yaşından və iş stajından asılı olmayaraq, şin istehsalında çalışan 1281 işçinin üzərində klinik müşahidə aparılmışdı. Üstəlik bu araşdırmalar uzun illər ərzində müəyyən istehsal şəraitində kimyəvi intoksikasiyaya məruz qalan heyvanlar üzərindəki eksperimentlərlə elmi şəkildə uzlaş dırılmışdı. Göz xəstəliyinin morfoloji və histokimyəvi təd qiqatları bu xəstələrin patogenetik mahiyyətini aşkara çı xarmağa kömək etdi və göstərdi ki, gözün qabaq his səsində əmələ gələn dəyişikliklər şin zavodunda istehsal amillərinin birbaşa təsiri ilə, gözün daxili hissəsinin zədə- lənməsi isə bütövlükdə həmin amillərin ümumtoksik təsiri ilə əlaqədardır. Zərifə xanımın iş günü kabinetdən yox, zəhmətkeş fəhlə əllərinin çalışdığı istehsalatdan başlanırdı. Bakı yod zavodunda istehsal prosesinin, sanitar-gigiyenik xüsusiy yətlərinin, fəhlələrin iş şəraitinin, müxtəlif təcrübə və iş stajına malik peşə sahiblərinin sağlamlığının hərtərəfli və ziyyətini ciddi şəkildə araşdırmaq lazım gəlirdi. Ekspe rimental tədqiqatlar nəticəsində Zərifə xanım müəyyən etdi ki, yod istehsalında kimyəvi maddələrin buxarının toksik təsirindən görmə orqanı daha çox zərər çəkir. Kli- nik-eksperimental tədqiqatların nəticələri görmə orqanına toksik maddələrin təsirini daha düzgün qiymətləndirməyə və rasional müalicə üsulları işləyib hazırlamağa imkan yaratdı. Zərifə xanım Əliyevanın “Xronik yod intoksiya- sında oftalmopatologiya” mövzusunda yazdığı ikinci mo noqrafiya 1981 -ci ildə çap olundu. Həmin monoqrafiya ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_ ____ ю 585 ea orijinal elmi tədqiqat əsəri kimi oftalmologiya elminin inkişafında əhəmiyyətli rol oynadı. Tibb elmləri doktoru, Ə.Əliyev adına Həkimləri Tək milləşdirmə İnstitutu göz xəstəlikləri kafedrasının profes soru Z.Ə.Əliyeva “Kommunist” qəzetinin 1982-ci il, 13 iyun tarixli nömrəsində dərc olunmuş “Fəlakətin qarşısını almaq olar!” məqaləsində gözün bəzi irsi xəstəlikləri haqqında məlumat verərək kataraktadan bəhs edib ya- zırdı:“Gözün anadangəlmə dəyişiklikləri arasında ən tez- tez təsadüf edilən xəstəlik büllurun tutqunlaşması, yəni katarakta xəstəliyidir. Katarakta gözün anadangəlmə də yişikliklərinin 60 faizini təşkil edir. Valideynlər uşağın bə bəklərinin rənginə fikir verməlidirlər. Bəbək adi halda qara görünür, kataraktada isə boz olur. Katarakta görmə qabi liyyətinin xeyli azalmasına, bəzən isə tamamilə itiril məsinə gətirib çıxarır ki, bu da ətraf aləmin predmetlərini qavramaq qabiliyyətindən məhrum olan uşağın ümumi hərəkət və əqli inkişafına mənfi təsir göstərir. Buna görə də valideynlər öz oğlunu və ya qızını cərrahi müdaxilə yolu ilə kataraktadan xilas etmək üçün mütəxəssisə tez müraciət etməlidirlər. Qlaukoması olan uşaqlar müalicə edilmədikdə, onların 55 faizə qədəri adətən məktəb yaşı na çatanadək görmə qabiliyyətini tamamilə itirib kor olur lar. Ömrün ilk aylarında uşaqda qlaukoma olduğunu onun işıqdan qorxmasından, gözlərinin yaşarmasından, iştahı olmamasından və narahat yatmasından bilmək olar. Bu hallar göz almasının böyüməsi ilə müşayiət edilə bilər. Oftalmoloq belə uşaqlarda xeyli yüksək olan göz- daxili təzyiqi ölçmək yolu ilə diaqnoz qoyur. Vaxtında aparılan dərman müalicəsi və ya cərrahiyyə əməliyyatı anadangəlmə qlaukoması olan uşağın görmə qabiliyyətini hifz edə bilər”. _______________ Reyhan Mirzəzadə ________________ ю 586 ca Zərifə Əziz qızı Əliyevanın namizədlik dissertasiyası o dövrdə oftalmologiya üçün sosial baxımdan aktual sayılan traxoma xəstəliyi ilə mübarizəyə həsr edilmişdi. Traxoma korluq hallarının ən geniş yayılan səbəblərindən biri kimi dəhşətli ictimai bəlaya çevrilmişdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada 400 milyon nəfər traxoma xəstəliyinə tutulmuş, 80 milyon nə fər bu səbəbdən kor olmuşdu. O, həmin namizədlik işi üzərində işləyərkən, yüzlərlə, minlərlə xəstəyə şəfa ver miş, uşaq evlərində yaşayan, ata-anasız neçə-neçə uşa ğı bəlalardan xilas edərək, onların gözlərinə nur, talelə rinə həyat işığı bəxş etmişdi. Zərifə xanımın atası Əziz Məmmədkərim oğlu Əli yev böyük alim, tibb elmləri doktoru, professor olmaqla bərabər, tanınmış dövlət xadimi idi. O, Azərbaycanda sə hiyyənin və tibb elminin inkişafındakı xidmətləri ilə xalq arasında nüfuz və ehtiram qazanmışdı. Çoxsaylı elmi əsərləri ilə səhiyyəmizə böyük nailiyyətlər bəxş edən Əziz Əliyev öz şərəfli yolunu övladlarına da aşılamışdı. Zərifə xanım atasının yolunu davam etdirməklə fəxr edirdi. “Mən bununla atamın ruhunu yaşadıram” deyən Zərifə Əziz qızının elm aləmini heyrətə salan, bir-birinin ardınca yüzlərlə məqaləsi, ixtira və səmərələşdirici təklifləri, neçə- neçə monoqrafiyası işıq üzü görməklə milli təbabətimizin üstünə işıq saldı. O, bu əsərlərinə “Atamın ömrü” deyirdi, ö z həyatını bu yolla atasına həsr edirdi. Həyat yoldaşı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin böyük zəhmətlə tikdirib ərsəyə gətirdiyi Bakı Məişət Kondisio nerləri Zavodunun elmi laboratoriyasındakı fəaliyyəti Zəri fə xanımın həyatında, əlbəttə ki, əvəzolunmaz izlər qoy du. Həmin illərdə zavodun istehsalat üzrə direktor müa- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 587 oa vini vəzifəsində çalışmış Məhərrəm Baxşəliyevin dedik lərindən: - Zavodun direktoru Sənan Axundov Moskvada səfərdə idi. Azərbaycan Respublikası Mərkəzi Komitə sindən Həsən Seyidov mənə zəng edib bildirdi ki, Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müvafiq sahələri ilə bağlı müdafiə etdiyi doktorluq işi SSRİ miqyasında böyük rezonans doğurub və o, aparıcı sənaye müəssisəsi kimi kondisioner zavodunda elmi laboratoriya açmaqla, isteh salat zəhmətkeşlərinin görmə orqanına təsirinə dair tədqi qatları davam etdirmək fikrindədir. Ertəsi gün səhər saat 8.45-də Zərifə xanım zavodun qarşısında maşından düşdü. Gəlib mənə çatanda müla yim səslə; “Siz yoldaş Baxşəliyevsiniz?” - deyə soruşdu. - Bəli, Zərifə xanım, - deyə cavab verdim. - Laboratoriya üçün hansı mərtəbədə otaqlar seçə bilərik? Üçüncü mərtəbəyədək zavodun idarəsi yerləşdiyini bildirib dördüncü, beşinci və altıncı mərtəbələrə baxdıq. Hər mərtəbəyə diqqət yetirəndən sonra altıncı mərtəbəni bəyəndi. 3-4 otaq seçərək təkliflərini bildirib dedi ki, sa bah gəlib sizə deyəcəklər hansı otaq hansı rəngdə boya nacaq. Ancaq sizdən xahiş edirəm, dəm-dəstgahlı təmir olmasın. Artıq xərc çəkməyə ehtiyac yoxdur. Professor Zəhra Quliyeva məhəbbətlə yazırdı ki, biz Zərifə xanımın Averbax adına ali mükafata layiq görül məsi xəbərini eşidəndə Azərbaycan Oftalmoloqlar Cəmiy yətinin iclasında qərara aldıq ki, əlamətdar hadisəni təntənəli şəkildə qeyd edək. Zərifə xanıma soraq çatanda o, bərk həyəcanlanaraq sıxıla-sıxıla həmkarlarını bu fikirdən çəkindirməyə çalışdı. Cəmiyyətin nümayəndəsi kimi mən min bir əzab-əziyyətdən sonra onu, nəhayət, inandıra bildim ki, bu fakt bütün Azərbaycan oftalmolo- _______________ Reyhan Mirzəzadə _________________ Eo 588 ca giyasımn şərəf və qüruru deməkdir. Buna görə də Zərifə xanımın öz həmkarlarını bu əlamətdar hadisəni qeyd etmək imkanından məhrum etməsi düzgün deyildir. Təbii təvazökarlığı, yüksək mədəniyyəti, öz uğurlarını çox da nəzərə çarpdırmamaq, təntənə və dəbdəbədən uzaq qaçmaq kimi xüsusiyyətləri Zərifə xanımı bizə daha da sevdirir və doğmalaşdırırdı. Cəmiyyətin dediyim iclası çox xahişlərdən sonra baş tutanda, o, heyranlıq dolu təriflərə imkan vermədən apardığı işdən söz açdı. Biz sidq- ürəkdən təbriklər hazırlamışdıq ki, onun könlü xoş olsun Zərifə xanım isə təbriklərimizi təqdim etməyə imkan ver mirdi. Bu epizod onun böyüklüyünü və sadəliyini təcəs süm etdirirdi. Biz onu sevir, onunla fəxr edirdik. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Bununla bərabər, Zərifə xa nım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Bü tün ömrü boyu meşşanlığa, mənəviyyatsızlığa, əxlaqi ideyaların itirilməsinə qarşı barışmaz mübarizə aparmış dı. Kristal dərəcədə təmiz, doğruçu və təmənnasız bir insan kimi o, yüksək keyfiyyətlərin carçısı idi. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.M.Krasnov Zərifə xanımdan bəhs edərkən qeyd edir ki, o, böyük zəhmət və gərgin axtarışlar hesabına tibb aləminə yeni bir töhfə - “Irido- diaqnostika” kimi nəhəng elmi monoqrafiya bəxş etdi ki, həmin dəyərli kitab mağazaların rəflərində görünən kimi dərhal “yoxa çıxırdı”. Zərifə xanımın elmi cəsarəti ilə elmi təvazökarlığı çox təbii və səmimi idi. Hər iki insani keyfiyyət bir-birilə təzadlı olsa da, bunlar Zərifə xanımın xarakterində vəhdət təşkil edirdi. Elmi nailiyyətlərinə görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına ____ Azarbaycançılıq va vatanparvarlik mafkurasi ____ во 5S9 oa mükafatına layiq görüləndə bütün səmimiyyəti ilə təəccüblənmişdi: “Nə üçün məhz mənə?..” Zərifə xanım tək elm aləmində deyil, həyatda da insanlığa şərəf gətirən sadə və təvazökar duyğulara malik idi. Yenə dahilərin sözləri yada düşür:“Güclü adam lar həmişə sadə olur”. “Xarakterdə, davranışda və üm u miyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir. Sadəlik həm də nəcabət əlamətidir”. “Sadəlik mənəvi gözəlliyin başlıca şərtidir”.“Ən dəyərli insanlar təvazökar insanlar dır”. “İnsanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasıdır”. Əlli ildən artıq Göz Xəstəlikləri Elmi-Tədqiqat İnsti tutunda həkim, şöbə müdiri işləmiş Suğra Babayeva Zərifə xanımı yad etdiyi zaman həm kövrəlir, həm də göz lərində işıq dolu sevinc parlayırdı. Söhbət edirdi ki, Zərifə xanım sanki hər an insanlara kömək, yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Biz o zaman təcrübəsiz idik, xəstəlik tarixini yazanda çətinlik çəkirdik. Xüsusi ilə rus dilində qeydlər etdikdə Zərifə xanım bizə kömək edir, cümlələ- rimizdəki ifadələrin, sözlərdəki şəkilçilərin düzgün işlən məsinə diqqət yetirir, redaktələr edirdi. İşə gələndə hamı ilə səmimi salamlaşıb görüşürdü. Zərifə xanım iş yoldaşlarının xeyrindən - şərindən qalmırdı. Slutski soyadlı bır işçimiz var idi, yeni mənzil almışdı. Hamımız yığışıb onu təbrik etməyə getdik. Sluts- kinin arvadı musiqi müəlliməsi idi, pianodan dərs deyirdi, odur ki, evdəki piano diqqətini cəlb etdi. Zərifə xanım piano arxasına keçdi. Gözəl musiqi nömrələri, milli ope- rettalarımızdan, musiqili komediyalarımızdan nümunələr ifa etdi. Həkimlərimiz şən əhval - ruhiyyədə qol götürüb rəqs etdilər. Nəhayət, qədim yunan filosofu Platonun müdrik kə lamlarını xatırlamaq zənnimcə son fikirlərimi söyləməyə Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling