Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet49/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

_______________
Reyhan Mirzəzadə
_________________
so 
590
 ca
körpü  yaradar:“Həkimlərin  etdikləri  ən  böyük  xəta  ruhu 
düşünmədən  yalnız  bədəni  müalicə  etməyə  təşəbbüs 
göstərmələridir” .
Filosofun  bu  yanaşması  akademik  Zərifə  xanım 
Əliyevanın  2003-cü  ildə  “Azərbaycan”  nəşriyyatında  çap 
olunmuş “Yüksək əqidə:  həkimlik etikası,  həkimin  ürəyinin 
və  fikirlərinin  paklığı”  kitabındakı  yüksək  təfəkkürlü  dü­
şüncəsi  və  tövsiyələri  ilə  üst-üstə  düşür:“Xəstəyə  düzgün 
münasibət  həkim  sənətinin  əsas  mahiyyətlərindəndir. 
Bəzən  həkim  xəstəyə  yardım  göstərərkən  xəstəliyin 
xüsusiyyətlərindən  asılı  olaraq,  həkim  xəstənin  və  onun 
qohumlarının  yersiz  məzəmmətlərini,  acı  sözlərini,  hətta 
hədələrini  dinləməyə  məcbur  olur.  Başqa  sənət  sahibi 
olanlar bundan  inciyərək onu  təhqir edəndən  imtina edər­
di,  üstünə qışqırıb onu qovardı.  Lakin  həkim  belə hərəkəti 
özünə  rəva  bilmir,  özünün  təhqir  olunmuş  hissiyyatını  və 
həyəcanını  büruzə  verməyə  ixtiyarı  yoxdur...  Həkim  xəs­
tənin  mənafeyini  hər  şeydən  üstün  tutmalıdır,  öz  iş  gü­
nünün  qurtarmasına  baxmayaraq,  o,  xəstəxanada  qala­
raq  xəstəsinə  yardım  edir,  hətta  onun  çarpayısı  yanında 
bir neçə  sutka qalır,  bunun cavabı  isə  xəstənin təşəkkürlü 
gülümsəmələri olur...
Həkim  xeyirxah  olmalıdır...  Həkimlik  fəaliyyətinin 
xüsusiyyəti  xəstə  ilə  həkim  arasında  həqiqi  hörmət,  həki­
min  xəstənin  əziyyətini  yüngülləşdirmək  üzərində  qurul­
malıdır...  İnsan  xəstələnib yorğan-döşəyə düşəndə  həkim 
ona  gəlir  mənbəyi  kimi  baxmamalıdır.  Bundan  biabırçı 
halı  ağla  gətirmək  olmaz  Biz  bununla  barışa  bilmərik... 
Ancaq  həqiqi  həkim  odur  ki,  o,  xəstənin  əzabını  öz  şəxsi 
əzabı  kimi  qəbul  etsin;  sağalmış,  dirilmiş  insanın  gülər 
üzü,  şadlığı  həkim  üçün  ən  böyük  mükafat,  şərəfdir... 
Həkimin  ehtiyatsız  söylədiyi  söz  xəstəliyə  gətirib  çıxara 
bilər...  Ən təhlükəlisi və dəhşətlisi  odur ki,  əyninə  ağ  xalat
___
AzərbaycancıliQ və vətənpərvərlik məfkurəsi
_____
SO 59/ G8

geymiş  həkim  laqeyd  olsun.  Həkim  insanlardan  özünü 
ayırmamalı,  özünü sevən,  laqeyd  olmamalıdır”.
Bunlar  Zərifə  xanımın  tövsiyələri  idi.  Tibb  aləmində 
zəngin  bir  təcrübə  keçmiş  həkim-akademikin  son  dərəcə 
vacib tövsiyələri.
Alicənab  insan,  mehriban  həyat  yoldaşı,  qəlbi  daim 
Vətən  və  övlad  sevgisi  ilə  döyünən  qayğıkeş  xanım,  və­
tənpərvər  və  fədakar  bir  azərbaycanlı  qızı  olan  Zərifə 
xanım  dünyadan  tez  köçsə  də,  onun  ünvanı  milyonlarla 
insanın  məhəbbət  dolu  qəlbi,  əbədi  yaşayan  müqəddəs 
bir məkan  oldu.
_____ _______
Reyhan Mirzəzadə
_________________
“Xalq qəzeti”, 
26 yanvar 2010-cu  il
ю  
592 ea
ONLAR HƏMİŞƏ  BİZİMLƏDİR
G ö r k ə m li  e lm   v ə   d ö v lə t  x a d im i  Ə z i z   Ə liy e v ,  q ı z ı   -
t a n ın m ış   m ə d ə n iy y ə t   iş ç is i,  b ə s t ə k a r   G ü la r ə   x a n ım
Ə liy e v a   v ə   o n u n   ö v la d ı  N u r id ə   A d ilo v a   2 7   iyu l  g ü n ü n d ə  
ə b ə d iy y ə t ə   q o v u ş u b la r .
İngilis  sənətşünası  və  publisisti  Con  Ryöskinin 
sözüdür:“Hər  sübh  şəfəqinə  həyatının  başlanğıcı  kimi  və 
hər  qüruba  bu  həyatın  sonu  kimi  bax.  Qoy  bu  qısa 
ömürlərin  hər  biri  hansısa  xeyirxah  əməllə  yadda  qalsın”. 
Azərbaycanın  görkəmli  alimi,  siyasi  və  dövlət  xadimi, 
respublikamızda  səhiyyə  işinin  bacarıqlı  təşkilatçısı,  zə­
kası  və  insanpərvərliyi  ilə  xatirələrdə  əbədi  izlər  qoyan 
Əziz  Məmmədkərim  oğlu  Əliyevin  zəngin  həyat  yolu  qə­
dim  Oğuz diyarı  olan  Çuxur Səd-irəvan  xanlığının  Abaran 
mahalındakı  Hamamlı  kəndindən  başlayaraq,  İrəvan, 
Bakı,  Naxçıvan,  Mahaçqala,  Moskva  və  yenidən  Bakıdan 
keçmişdir.
O  vaxtlar  Ermənistanda  Hamamlı  adını  daşıyan  iki 
yaşayış  məntəqəsi  vardı.  Digər  Hamamlı  isə  hal-hazırda 
Spitak  adlanır.  Əştərək  rayonundakı  Hamamlı  kəndi  qə­
dim  dövrlərdə  Ayvazlı  adını  da  daşımışdır.  Abaran  çayı 
zaman  dəyişdikcə Kasax,  Karpi adlanmışdır.
Hamamlı  mövcud  olduğu  uzun  dövr  ərzində  çoxlu 
təcavüzlər,  dağıntılarla  üzləşmiş, 1930-cu  illərin  sonunda 
məkrli  erməni  xəyanətinin  qurbanı  olmuş,  həyatını  qoru­
yub saxlaya  bilməmişdir.
Hamamlı  ilk  dəfə  1827-ci  ildə,  ikinci  dəfə  1905-ci 
ildə,  üçüncü  dəfə  1918-ci  ildə,  dördüncü  dəfə  isə  sovet 
dövründə  dağıdılıb  məhv  edilmiş,  adı  xəritədən  silinmiş­
dir.  Buna  görə  də  Sovet  mənbələrində  Əziz  Əliyevin  dün­
yaya  göz  açdığı  məkan  Hamamlı  kəndi  deyil,  Yerevan 
(İrəvan) şəhəri  qeyd  olunmuşdur.
____
Azərbaycançılıq vd vətanpərvarlik mafkurasi
____
ю 
593 
c a

XX  əsrin  sonlarında  İrəvan  Müəllimlər  Semi­
nariyasında  dərs  demiş  Azərbaycanın  ədəbiyyatşünas 
alimi  Firidun  bəy  Köçərli  yazır ki,  şəhri  - İrəvan  keçmişdə 
mərkəzi-üləma, füzəla və şüəra olubdur”.
XIX  əsrin  ortalarından  başlayaraq,  İrəvan  bir  sıra 
güclü  ziyalı  nəsillər yetişdirmiş və XX  əsrdə də  onların  bu 
nəsil  ənənəsi  ləyaqətlə  davam  etmişdir:  Mirbabayevlər, 
Qazıyevlər,  Qədimbəyovlar,  Məmmədzadələr və s.  İrəva­
nın  qoynunda  yaşayıb-yaratmış,  doğma  yurdu  çiçəklən­
dirmişlər.
Tarixi  araşdırmalar  sübut  edir  ki,  minilliklərdən  üzü 
bəri  indiki  Ermənistan  ərazisinin  aborigen  sakinləri  qədim 
türk tayfaları  olmuşlar.  Orada bu  qədim tayfaların varlığını 
indi  də  qoruyub  saxlayan  xeyli  tarixi  izlər  qalmaqda- 
dır.Tahir Talibimin  yazdığına  görə,  azman  oğuz qəbirləri, 
kurqanlar,  Hun  əlifbaları  ilə  yazılı  daşlar,  qayaüstü  təsvir, 
tarixi  qala,  pir,  ocaq,  məscid,  alban  kilsə,  şəhər  və 
kəndlərin  xarabalıqları,  qazıntılar  zamanı  aşkarlanmış 
qədim  mədəniyyət  və  məişət  əşyaları,  digər  milli  varlı­
ğımızın  və  şərəfli  keçmişimizin  Ermənistanda  əbədi 
yaşayan  izləri,  tarixə  həkk  olunmuş  yaddaşıdır.Əski  qay­
naqlar  və  araşdırmalar  göstərir  ki,  indiki  Ermənistan 
ərazisində  qədim  türk  tayfalarından  sayılan  kimmer,  sak, 
quqar,  peçeneq,  bulqar,  şirak,  qarqar,  xəzər,  kəngər, 
aran,  sadaklar  və  soy-kökümüzün  digər  nəsilləri  yaşa­
mışlar.  Rusiya  və  keçmiş  Sovet  tarixçisi,  etnoqrafı,  arxe­
oloqu,  filoloqu,  şərqşünası  və  qafqazşünası  akademik 
Nikolay  Yakovloviç  Marr  yazırdı  ki,  Ermənistanın  şərq 
əyalətlərinin ən  qədim əhalisi saklardır.  Bu fikri elə erməni 
tarixçisi,  akademiki  Yakov  Manandyan  da  söyləmişdir: 
in d ik i 
Ermənistanın 
qədim 
əhalisinin 
bir 
hissəsi 
kimmerlər və saklar idi”.
_______________
Reyhan Mirzəzadə
________________
в о  
594
 
03
Əziz  Əliyevin  doğulub  boya-başa  çatdığı  Hamamlı 
kəndi  də  islam,  türk  mədəniyyəti  və  məfkurəsinin  izlərini 
özündə  yaşadıb  təcəssüm  etdirən  obalarımızdan  idi. 
Qeyd  etmək lazımdır ki,  Azərbaycan,  Ermənistan və  Gür­
cüstanda  Hamamlı  adlı  bir  neçə  kənd  mövcuddur.Gür- 
cüstanın  dağlıq  Borçalı  ərazisində  yerləşən  Başkeçid 
(Dmanisi)  rayonunda  azərbaycanlılar  yaşayan  böyük  bir 
yaşayış  məskəninin  adı  da  Hamamlıdır.Hazırda  bura 
Hamamlı kənd  inzibati-ərazi dairəsinin  mərkəzidir.
Yamyaşıl təbiətin qoynunda,  şırıltı  ilə  axan  dumduru 
çayın  yaxınlığında  yerləşən  Hamamlımızın  millətimizə 
bəxş  etdiyi  Əziz  oğlunun  ömür  səhifələrini  vərəqlədikcə, 
sevilən yazıçımız Mehdi  Hüseyni anıram.Ədib yazırdı:
“Xalqımıza  böyük  qüdrət  verən  nədir?  Hər  şeydən 
əvvəl,  əlbəttə,  Vətən  məhəbbətidir.Qəsbkarda,  istilaçıda 
və  quldurda  bu  məhəbbət  yoxdur  və  ola  bilməz.  O,  baş­
qalarının  zəhməti  hesabına  yaşamaq  istəyir,  başqalarını 
özünə  möhtac  etmək  istəyir,  hər  cəhətdən  rəzil  olduğu 
halda,  özünü  başqalarından  üstün  hesab  edir.  Lakin  ona 
müqavimət göstərən  xalq  isə  həm  maddi,  həm də mənəvi 
cəhətdən  qat-qat  güclüdür.  O,  Vətən  üçün,  namus  və 
şərəf  üçün  canından  keçən  qəhrəmanlar  tərbiyə  edib 
böyütmüşdür”.
Qanında,  canında,  ruhunda  əcdadının  rəşadətini, 
millətinin  qeyrətini,  Vətəninin  sevgisini  gəzdirən  və  qanı 
bu  məhəbbətlə  coşub-daşan  Əziz,  məhz  bu  əqidə  ilə, 
Vətən  və  Xalq  amalı  ilə  yaşadı.Vətən  və  Xalq  naminə 
ağır zəhmətlər  hesabına  böyük  hünər  və  qəhrəmanlıqlar 
göstərdi.Həyatının  gözəllik  və  xoşbəxtliyini  xalqa  səda­
qətdə  və  xidmətdə  axtardı.Vətənə  olan  borcunu  qismən 
qaytarmaq  üçün  canını,  ürəyini  hər  cür  məşəqqətlərə 
fəda  etməyə  hazır  olmağı  həyatının  əsas  meyarı  hesab
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 
595 ea

etdi.Çünki  canından  artıq  sevdiyi  Vətən  doğma  xalqının 
müqəddəs evi idi.
Professor  F.Abdullazadə  yazır  ki,  harada  olma­
sından,  hansı  vəzifədə  işləməsindən  asılı  olmayaraq, 
Əziz  Əliyev  bütün  ömrü  boyu  onu  əhatə  edənlərin  dərin 
hörmətini  qazanmışdı.O,  rektor,  nazir,  Mərkəzi  Komitənin 
katibi,  Baş  nazirin  müavini  olmuş  və  həmişə  ağlı,təşki­
latçılıq  bacarığı  ilə  böyük  nüfuz  qazanmışdı.Dövrünün 
partiya  və  dövlət  xadimləri  arasında  o,özünəməxsus  ge­
niş  siyasi  və  mədəni  dünyagörüşü  ilə  seçilmişdi.Baş­
qalarının  aciz  qaldığı  bir  çox  çıxılmaz  hallardan  Əziz 
Əliyev  rahatlıqla  çıxış yolu  tapırdı.  Məsələn,  Böyük  Vətən 
müharibəsi  veteram,  əfsanəvi təyyarəçi-qəhrəman Məza­
hir Abbasov  cəbhə  hospitalından  Bakıya  gələndə  həkim­
lər  təşvişə  düşmüşdülər;  onun  yaralarının  sarğılarını 
açmaq  mümkün  deyildi.  Xəstəyə  bircə  dəfə  nəzər  salan 
Əziz Əliyev,  çox qeyri-adi  bir çıxış yolu  tapmışdı.
Əziz  Əliyev  tez-tez  övladlarına  öz  uşaqlıq  illərindən 
danışardı.  Onun  söhbətlərində  İrəvan,  bütün  Qərbi  Azər­
baycan  əsrarəngiz  bir  diyar  kimi  canlanardı.  Bu,əslində 
çox  dəyərli  tarix  dərsləri,  əsl  vətənpərvəlik  dərsləri  idi  və 
təbii  ki,  o  dövrdə  bu  dərslər  məktəbdə  keçilmirdi.Əziz 
Əliyev  İrəvan  gimnaziyasında  və  Peterburqun  Hərbi-Tibbi 
Akademiyasında  qazandığı  bilikləri ömrü  boyu  artırmış və 
bir çox sahələrdə məharətlə tətbiq etmişdi.
Azərbaycan  xalqına  qarşı  yürüdülən  soyqırımı  siya­
səti  nəticəsində  Əziz  Əliyevin  ailəsi  İrəvandan  köçüb 
gəldiyi  Şaxtaxtı  kəndindən  də  İrana  köçmək  məcburiyyəti 
qarşısında  qaldı.  Böyük  çətinliklərdən  sonra  ailə  Bakıda 
qərar tutdu.  Cənubi Azərbaycanda,  Dağıstanda,  Azərbay­
can  Ali  Sovetində,  Nazirlər  Sovetində  müxtəlif  yüksək 
vəzifələrdə  çalışarkən  o,  günün  tələbləri  ilə  bərabər, 
xalqının  sabahına  da  xidmət edirdi.
__________________ю_596_oa'>_____  
Revharı Mirzəzadə
________________
ю  596 oa
Əziz  Əliyevin  böyüklüyü  onun  sadəliyində  idi.  O, 
həm  ailədə,  həm  də  işdə,  vəzifədə  beləcə  sadə,  səmimi 
davranırdı.  Bütün  rəftarında  o  qədər  xoş  ünsiyyətli  idi  ki, 
onun  bu  xüsusiyyəti ətrafa  da sirayət edirdi.  Əziz Əliyevin 
xasiyyətindəki  zarafatcıllıq  onun  xarakterini  daha  da 
bütövləşdirirdi.  Bütün  həyatı,  məişəti  sadəlik  və  böyüklük 
üzərində qurulmuşdu.
Azərbaycan  Tibb  İnstitutunun  rektoru  işləyərkən 
Əziz  Əliyevə daha  bir məsul  vəzifə tapşırıldı.  Azərbaycan 
Xalq  Səhiyyə  Komissarlığının  əmri  ilə  Əziz  Əliyev 
həkimləri  təkmilləşdirmə  kursunun  müdiri  təyin  edildi. 
Bütün  bu  işlərin  öhdəsindən  gəlmək  üçün  böyük  enerji, 
yorulmazlıq,  gecəni  gündüzə  qataraq  işləmək  tələb  olu­
nurdu.  Əziz Əliyev bu keyfiyyətlərə malik,  həmişə dinamik 
fəaliyyətdə  olan  bir  şəxs  idi.  Həkimlik  peşəsinə  vurğun­
luq,  elmi-pedaqoji  sahədə  dönməzlik  Əziz  Əliyevə  həmi­
şə uğur gətirirdi.
Əziz  Əliyev  1941-ci  ilin  oktyabrından  1942-ci  ilin 
martına  qədər sovet qoşunları  tərkibində  İrana  göndərildi. 
O  vaxtlar  Böyük  Vətən  müharibəsinin  qızğın  çağları  idi. 
Faşist  Almaniyası  bütün  Avropanı, ələ  keçirəndən  sonra 
keçmiş  Sovet  İttifaqının  üzərinə  genişplanlı  və  çox  böyük 
qüvvə  ilə  hücum  etmişdi.  Müharibənin  ilk  günlərindən 
faşistlər  mühüm  qələbələr  qazanmış,  Rusiyanın,  Ukray­
nanın,  Belorusiyanın  (indiki  Belorus)  mərkəzi  hissələrini 
ələ keçirə  bilmişdilər,  iran  Şərqdə  hitlerçilərin qərargahına 
çevrilmişdi.  Almaniyanın  böyük  bir  hərbi  qüvvəsi  burada 
saxlanılırdı.  Bu,  cənub tərəfdən  SSRİ-nin  sərhədləri  üçün 
böyük  təhlükə  yaradırdı.iran  demək  olar  ki,  alman  casus­
ları  ilə  dolu  idi.  Hələ  Rza  şah  istibdadı  zamanı  iran  Alma­
niyanın  müttəfiqinə  çevrilmişdi.
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
so 597 ca

1941-ci  ilin avqust  ayında Sovet-iran müqaviləsi  im­
zalandı.  Bu müqaviləyə  əsasən sovet qoşunları  irana da­
xil olmaq  hüququ  qazandı.
Almanların  irandakı  şübhəli  fəaliyyətinə  son  qoyul­
ması  üçün  Azərbaycan  k(b)PMK-da  Cənuba  göndəri­
ləcək  qrupun  rəhbərliyinə  Mərkəzi  Komitənin  üçüncü  ka­
tibi  Əziz  Məmməkərim  oğlu  Əliyevin  namizədliyi  təsdiq 
edildi.  Dövlət  Müdafiə  Komitəsinin  göstərişinə  və  Zaqaf­
qaziya  cəbhəsinin  komandanı  general-leytenant  D.Kozlo- 
vun  16  sentyabr  1941-ci  il  tarixli  əmrinə  əsasən  pol­
kovnik-komissar  Əziz  Əliyev  Təbrizdə  yerləşmiş  47-ci 
ordunun  hərbi  şurasının  üzvü  vəzifəsinə  təyin  edildi. 
Əmrdə göstərilirdi:
“Ezam  olunan  yoldaşlar bütün  işlərində  Azərbaycan 
K(b)P  MK-mn  katibi və  hərbi şura üzvü  Əziz  Əliyevin gös­
tərişlərini  rəhbər tutmalıdırlar.  Komissarlar və  hərbi-siyasi 
orqanlar  "Əziz  Əliyev  qrupu”nun  işinə  qarışa  və  bilavsitə 
onlara  rəhbərlik  edə  bilməzlər.  Eyni  zamanda  ezam 
olunanlar  hərbi  işlərə  müdaxilə  edə.  hərbi  xarakterli  hər 
hansı  göstərişlər verə  bilməzlər".
Qərara  alındı  ki.sentyabrın  ikinci  yarısında  “Əziz 
Əliyev  missiyası"  Təbrizdə  fəaliyyətə  başlasın.  Süleyman 
Rəhimov  təbliğat,  Mehbalı  Əmiraslanov  inzibati-təsərrü- 
fat,  Ağasəlim  Atakişiyev  xüsusi  əməliyyat,  Mustafa  Quli­
yev  tibbi  sanitar  qruplarının,  Mirzə  İbrahimov türk  dilində 
çıxacaq  ordu  qəzetinin  redaktoru  təyin  olundu.  Cənubi 
Azərbaycanda  sovet  təsirini  yaymaq,  ədəbiyyat,  sənət, 
mədəniyyət,  iqtisadiyyat  və  digər  sahələrdə  Sovet  Azər­
baycanı  uğurlarını  nümayiş  etdirmək  məqsədi  ilə  “missi­
ya”  vasitəsi  ilə  Təbriz,  Pəhləvi,  Ərdəbil,  Rəşt,  Astara  və 
digər  yerlərə  taxıl,  qənd,  kerosin,  manufaktura  və  s.gön­
dərilməli  idi.  Cənubi  Azərbaycanın  iri  şəhərlərində  opera 
teatrının  ifasında  “Koroğlu”,  “Leyli  və  Məcnun”,  “Şah
_______________
Reyhan Mirzəzadə
____________ ___
so 
598
 oa
İsmayıl” ,  “Arşın  mal  alan”,  “O  olmasın,  bu  olsun” 
tamaşaları göstərilməli idi.
Moskvadan  razılıq  alındı  ki,  iki-üç  ay  ərzində  “Əziz 
Əliyev  missiyası”  üzvlərinin  sayı 2-2,5  min  nəfərə çatdırıl­
sın.  Ən  yaxın  günlərdə  500  nəfərdən  ibarət  əsas  hissə 
təcili yola düşməli idi.
Əziz  Əliyev  Təbrizə  gəldiyi  günün  səhəri,sentyabrın 
22-də  Cənuba  göndərilənlərlə  söhbətdən  sonra,  onlar 
ayrı-ayrı  şəhərlərdə  yerləşən  hərbi  hissələrə  getdilər. 
Birbaşa  təyinat  almayanların  çoxu  Təbrizdə  saxlanıl­
dı.Süleyman  Rəhimov  başda  olmaqla  təbliğatçılar  qrupu, 
Mehbalı  Əmiraslanov  başda  olmaqla  təsərrüfat  qrupu, 
Ağasəlim Atakişiyev  başda  olmaqla  xüsusi  qrup,  Mustafa 
Quliyev  başda  olmaqla  səhiyyə  qrupu,Mirzə  İbrahimov 
başda  olmaqla  redaksiya  qrupu,Yunis  Hacıyev  başda 
olmaqla  1-ci  Qafqaz  diviziyasına  düşənlər  Təbrizdə  işlə­
məli  idilər.  Bundan  əlavə,  ilk  göndədrilən  dəstədən  16 
nəfər  Makuya,  22  nəfər  Urmiyəyə,  15  nəfər  Zəncana,27 
nəfər  Pəhləviyə,  16  nəfər  Xoya,  15  nəfər  Ərdəbilə,  14 
nəfər  Marağaya,  15  nəfər  Dilmana,  16  nəfər  Uşnuya,  16 
nəfər  Qəzvinə,  16  nəfər  Mianəyə,16  nəfər  Rudəsərə,  15 
nəfər  Noşəhrə  göndərilmişdi.Təbrizə  gələcək  opera  teatrı 
truppası  üçün şəhərdə yer ayrılmışdı.
Əziz  Əliyev  Təbrizə  qayıdan  gün  şəhərdə  qənd 
ticarətinə  nəzarət edən  erməni  Budaryan  narazılıq  yarat­
maq  məqsədilə  əhaliyə  qənd  buraxılmasını  qadağan  et­
mişdi.  Anbarlarda  olan  qənd  və  şəkər  tozu  gizli  yolla  İra­
nın  cənubuna  göndərilirdi.  Şəhərin  normal  həyatının  po­
zulmaq  təhlükəsi olduğundan  Təbrizdə  olan  ingilis  və türk 
konsulluğu  Əziz  Əliyevdən  xahiş  etdilər  ki,  şəhərdə  nor­
mal  həyatı  bərpa etmək üçün tədbirlər görsün.
Baş  vermiş  təxribatı  aradan  qaldırmaq  üçün  şəhər 
fərmandan  və  polis  rəisi Təbrizdəki  ordu  qərargahına  də­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
sə 
599
 ca

vət edildi  və  onlara  bildirildi  ki,  bu  oyunlara  son  qoyulsun. 
Bundan  əlavə,  Sovet  Azərbaycanından  Təbrizə  gön­
dərilən  ərzaq  məhsullarının  ilk  hissəsi  sentyabrın  24-də 
axşam  gəlib  ünvana  yetişdi.  Bakıdan,  Respublika  Fon­
dundan  yardım  olaraq  800  ton  qənd,  360  ton  un, 105  ton 
buğda,  300  min  metr  parça  və  s.göndərilmişdi.  Ümu­
miyyətlə, 1941-ci  ilin  axırına  qədər  Bakıdan  Cənubi  Azər­
baycana  1.494.053  metr  parça,  2.548  ton  qənd,  1.371 
ton  un,  1.814 ton  buğda və  ümumi  dəyəri  2  milyon  manat 
olan digər mallar daxil olmuşdu.
Əziz  Əliyev  qrupu  sentyabrın  sonu,  oktyabrın  əv­
vəllərində  Cənubi  Azərbaycan  şəhərlərində  fəaliyyət gös­
tərmiş  alman  firmalarının  əmlakını  müsadirə  etdi.  “İran 
ekspress”,  “Veberbauer  transport”,  “Hes  və  Ko” ,  “AEQ" 
firmalarına  məxsus  ümumi  dəyəri  1.247.000  İran  rialı 
həcmində  olan  müxtəlif, növ  mallar  müsadirə  edildikdən 
sonra  Sovetlər  Birliyinə göndərildi.  İran  Milli  Bankının  Cə­
nubi  Azərbaycanda  olan  şöbələrində  alman  təbəələrinə 
aid  11  hesab  müəyyənləşdirildi.  Bu  hesablarda  olan 
923305.85  rial  pul  vəsaiti  47-ci  ordunun  hesabına  ke­
çirildi.  Avqustun  25-nə  qədər  İran  tacirlərinin  Almani­
yadan  aldığı  mallar zəbt olundu.
Əziz  Əliyevin  ayıq-sayıqlığı,  cəld  və  operativ  təd­
birlər  görmək  bacarığı  Moskvanın,  Kremlin  diqqətindən 
yayınmırdı.  Odur  ki,  Stalinin  ən  həyəcanlı  anlarında,  mü­
haribəni  uduzmaq  təhlükəsi  məqamlarında  Əziz  Məm- 
mədkərim  oğlu  Dağıstana  rəhbər göndərildi.  Bakını,  Bakı 
neftini  zəbt  etməklə,  Sovetlər  İttifaqına  qələbə  çalmaq 
niyyətinin  bircə  addımlığında  olan  almanların  arzusunu 
ürəyində  qoyan  Əziz Əliyev,  faşizm  üzərində 9  may  qələ­
bəsini qazandıdran  əsas simalardan  biri oldu.
1982-ci  ildə  Azərbaycanda  Əziz  Əliyevin  85  illik  yu­
bileyi  geniş  şəkildə  qeyd  olundu.  Uzun  illər  rektoru  ol­
_______________
Reyhan Mirzəzadə
________________
so 
600 oa
duğu,inkişafında,yüksək  ixtisaslı  tibbi  kadrlar  yetişdiril- 
məsində,  respublikada  tibb  elminin  potensialının  zəngin- 
ləşdirilməsində böyük zəhməti olan Tibb  İnstitutunda  Əziz 
Əliyevin  yubileyi  xüsusi  təşkil  edildi.Yubiley  gecəsində 
Əziz  Əliyevin  qızı,  tibb  elmləri  doktoru,  professor  Zərifə 
xanım  Əliyeva çıxış edib sevimli atasını  məhəbbətlə xatır­
ladı:
“ ...Ə.M.Əliyev  istər  öz  ailə  üzvləri  üçün,  istərsə  də 
Vətəni.xalqı  üçün  nəcib  ideallarla  dolu  zəngin  bir  irs  qo­
yub  getmişdir Bu  gün  biz  hədsiz  dərəcədə  fəxr  edirik  ki, 
vaxtilə  onunla  birlikdə  işləmiş  həmkarları,  yetirmələri  və 
gəncliyimizin  indiki  nəsli  bu  irsi  layiqincə  öyrənir,onun 
arzu  və tövsiyyələrinə şərəflə əməl edirlər.
Atam  ömrünün  əvvəlindən  ta  sonunadək  insanlarda 
yalnız  nəciblik,  xeyirxahlıq,  humanistlik,  beynəlmiləlçilik, 
prinsipiallıq  hisslərinin  bərqərar  olunması  uğrunda  çalış­
mış,  adamları  daim  xoşbəxt  görmək  arzusu  ilə  yaşa­
mışdır”.
Qocaman  jurnalist  Aydın  Vəlixanov  Əziz  Əliyevin 
dünyasını  dəyişdiyi  1962-ci  ilin o ağır 27  iyul  gününü belə 
xatırlayır:
“Əziz dayıgilin  evlərində  bir xidmətçi  vardı.  Tək,  heç 
kimi  olmayan  rus  qadını  idi.Səhv  eləmirəmsə,  adı  Ni- 
naydı.
Bu  qadın  qohumlarının  yanına  Rusiyaya  getməli 
oldu.  Əziz  dayı  qadını  yola  salmaq  üçün  özü  getdi. 
Əlbəttə,  kimisə yollaya  bilərdi.  Ancaq  onda  olan  böyüklük 
və  insana  hörmət  hissi  buna  yol  vermədiyi  üçün  vağzala 
məhz  özü  getmişdi.  Bir maşını  vardı  - “Volqa”.  Çox yaxşı 
insan  olan  bir sürücüsü  də  vardı.  Adı  yadımdan  çıxıb.  Nə 
isə,  qadının  bütün  yükünü,  çamadanlarını,  barxanasını 
özü  vaqona  qaldırır,  özü  də vaxt  tələsikmiş,  odur ki,  həm 
tələskənlik,  həm  də  ağır  çamadanların  daşınıb  vaqona
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
ю  
601
 оз

qaldırılması  kişini  tənginəfəs  edir,  bu  ara  qatar  yola 
düşür.
Əziz  dayı  əl  edib  vidalaşmağa  başlayır.  Elə  bu  vaxt 
ürəyi  bərk  tutur.  Əlini  ürəyinin  üstünə  qoyub  yavaş-yavaş 
yerə  çökür.  Bu  mənzərəni  arvad  vaqondan  görür və  hiss 
eləyir  ki,  Əziz  Mamedmoviçə  nəsə  oldu.  Görün,  bu 
qadındakı  etibarı,  şübhələndiyi  üçün  Biləcəridə vaqondan 
düşüb geri qayıdır.  Gəlib  Əziz dayının cənazəsini görür”.
Əziz  Əliyevin  oğlu,  tibb  alimi,  professor  Tamerlan 
Əziz  oğlu  o  günlərdən  danışdıqca  kövrəlirdi.  Qəmli-qəmli 
sevimli,  daim  ailənin  ürəyində  yaşayan  atasını  xa­
tırlayırdı:
“ 1962-ci  ilin  iyulunda  Leninqradda  idik.Tomanın 
(Tamerlan  müəllimin  həyat yoldaşı  Tamella  xanımın)  elmi 
işi  ilə  bağlı  getmişdik.  Atamın  ölüm  xəbərini  aldıq.  Ağır 
günlər idi.  Güclə atamın dəfninə çatdıq”.
O  illəri Tamella  xanım da kədərlə yada salırdı:
“Əziz  müəllim  məni  öz  qızı  kimi  sevirdi,  ö z   doğma 
övladlarından  seçmirdi.  O  vaxtlar  kimya  elmləri  doktoru, 
uzun  müddət  Azərbaycan  Dövlət  Universitetinin  (ADU) 
kimya  fakültəsinin  dekanı  işləmiş  atam  Səttar Həmid  oğlu 
Əbilov  təzə  rəhmətə  getmişdi.  Diqqətcilliyi  ilə  məni  fikir 
çəkməyə,  dərd eləməyə qoymurdu.
Mən  Leninqradda  aspirant  olanda,  elmi  işim  ilə 
maraqlanır,  məni  ruhlandırırdı.  Sonralar fizika  üzrə elmi  iş 
müdafiə  etdim,  ADU-nun  molekulyar  fizika  kafedrasında 
30  ildən  çox  bir  müddətdə  işlədim.  Alim  kimi  yetişməyim­
də şəxsən qayınatama minnətdaram”.
Əsgər  Zeynalov yazır:
“...1990-cı  ilin  sentyabr  ayında  Azərbaycan  Ali 
Sovetinə  seçkilər keçirilirdi.  Komissiyanın  üzvü  kimi əhali­
ni  siyahıya  alırdım.  Azadlıq  prospekti  41-dəki  mənzillərin 
birində  ilk  baxışdan  üzdən  tanış  gələn  ortaboylu  qadın­
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling