Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə _______ _________
- Zərifə xanım ı xatırlamaq, bəlkə m ənim ü ç ü n dah a d a təsirlidir. Çünki Zərifə xan ım m ənim h əy at y o ld a
- ________ Reyhan Mirzdzadd ________________________ ю 570 ea “Bizim lə keçirdiyi son günlərdə Z ərifə xan ım bilirdi
- _______________ Reyhan Mirzəzadə _________________ so 572 c*
- __________ Reyhan Mirzəzadə ______________ _ во 574 ca
- _______________ Reyhan Mirzəzadə ________________ so 576 oa
_______________ Reyhan Mirzəzadə ________________ Bo 566 ca vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam” . Nizamidən tutmuş keçən əsrin 70-ci illərinə qədər Azərbaycan ədəbiyyatının elə klassiki yoxdur ki, Mir Cəlal onun ədəbi irsi haqqında sanballı yazılar yazmasın. Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman, Süleyman Rəhimov, Rə sul Rza və başqalarının şəxsiyyəti, yaradıcılığı, hikmətli sözləri haqqında maraqlı fikirlər Mir Cəlalın söhbətlərini daha da şirinləşdirər, yapışıqlı edərdi. Ədib həmişə öz müəllimi saydığı böyük şair və dramaturq Hüseyn Cavidlə yaxınlığını, görüş və söhbətlərini vaxtaşırı yada salar və deyərdi:“Cavid peyğəmbər kimi adam idi”. Sonra sözünə davam edərdi:“lçəri şəhərdə mənim mənzilimə tez-tez gələrdi. Bir dəfə gəlib mənim yazı-pozu ilə məşğul oluğumu görüb soruşdu: -Komsomol, nə yazırsan? -Dissertasiya. -Nədən? -Azərbaycan qadın şairlərinin yaradıcılığından. -Komsomol, heç çernil-kağıza heyfin gəlmir? Füzu lidən yaz ki, sənin də adın Füzuli ilə bərabər tarixdə ya şasın. Bu söhbətdən mən ayıldım."Füzuli poetikası” kitabı belə yarandı”. Azərbaycan Dövlət Universitetini Mir Cəlal müəllim öz doğma evindən, ocağından artıq sevirdi. Yeri gəldikcə deyirdi ki, universitet bizə təhsil verib, elmi dərəcə verib, iş verib, ad-sana çatdırıb, indi də uşaqlarımızı, nəvələ rimizi qoynuna alıb, ona görə də bizim üçün ən müqəd dəs yerdir. Dövlət Universiteti abırlı yerdir, onun qeyrətini biz çəkməsək, kim çəkəcək? Hər yerindən duranın ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ во 56 7 os yaradıcılığından diplom işi, dissertasiya mövzusu verib, universiteti hörmətdən salmayın, özünüzü həmişə, hər yerdə Dövlət Universitetinə layiq adam kimi aparın. Elmdə heç səriştəsi olmayan, bir təsadüf üzündən elm yoluna gəlib düşən başıboş, təkəbbürlü adamlara, əyilə-əyilə qalxıb ucalmaq istəyənlərə, bütün uşaqlarını, qohum-əqrəbasını “alimlik kürsüsü”nə qaldırmaq niyyətin də olanlara qarşı da adamın yeddi qatından keçən kəskin sözləri vardı. Ancaq bu sözlər şəkərə qatılmış acı dərman kimi, şirin, dadlı-duzlu gülüşlə ifadə olunardı, özünü həddən artıq dartan, elmi yığıncaqlarda yekə-yekə danı şan bir adam haqqında necə deyərlər, yağlı bir sual verərdi:“Bu kimin kəmərbəstəsidir?” Yaxud: “Qardaş, uşaq anadan olanda, şəhadətnaməsinə yazsınlar “kandi- dat-nauk”, vəssəlam, onsuz da gec-tez hamısı müdafiə edəcək”. Bu sözlər Mir Cəlal müəllimin elmə yersiz axına qarşı etirazının ifadəsi idi. Mir Cəlal Paşayev mənəvi cəhətdən saf, təmiz bir insan idi. Tamah hissindən uzaq, aza-çoxa qane olan, gözü-könlü tox, ləyaqətli bir ziyalı idi. Səməd Vurğun da onu dost kimi sevirdi. Onun dərinliyini, paklığını, huma- nistliyini, insanpərvərliyini tərifləyəndən sonra zarafatla deyərdi:“Mir Cəlal, sənin bir böyük eybin var, sən “sliş- kom poryadoçnı adamsan”. Səməd Vurğun haqlı idi. Məzarı nurla dolsun! Mir Cəlal həqiqətən “slişkom poryadoçnı adam” idi. Elə buna görə də onun savadı və mənliyi, qüruru və şəxsiyyəti, alimliyi və ziyalılığı xarici ölkələrin elm adamlarına, tələbə və dissertantlarına da yaxşı məlum idi. O zamanlar Çe- xoslavakiyadan gəlmiş Tomaş Lane yazırdı: (“Ədəbiyyat və incəsənət” qəzeti, 18 may 1968-ci il.) “Mən 30-cu illər Azərbaycan romanının inkişafını öyrənirəm. Elmi rəhbərim professor Mir Cəlal Paşayevdir. _______________ Reyhan Mirzəzadə _______ _________ so .56# caa Mir Cəlal mənim üçün həm müəllim, həm alim, həm də yazıçıdır... Mir Cəlal Paşayevin bu işdə elmi rəhbərim olması mənim üçün çox qiymətlidir. Azərbaycanda yaşadığım müddətdə bu gözəl öl kənin həyatına yaxından bələd olmağımda da Vətənini böyük məhəbbətlə sevən və sevdirən, orijinal yaradıcılıq simasına malik olan Mir Cəlal müəllimin məsləhətləri mə nə həmişə kömək edir”. Mir Cəlal müəllimin məsləhətləri vaxtilə yüzlərlə adamlara kömək olub. Bu gün də onun əziz ruhu pak mənəviyyat sahiblərinə dayaq olur. Belə mənəviyyat sahibləri nə qədər dürüst əqidəli, yüksək əxlaqi, böyük vicdani keyfiyyətlər yaşadırsa, Allaha bir o qədər yaxm olurlar.. Mir Cəlal Allah adamı idi. Allah ona rəhmət eləsin! ___ _Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ “Strategiya.az” 27 sentyabr 2014-cü il so 569 oa ÜRƏKLƏRDƏ ƏBƏDİ MƏHƏBBƏT MƏŞƏLİ YANDIRAN İNSAN "Faydalı vətəndaş olmaq üçün əvvəlcə insan o lm a ğ ı öyrənməli". Nikolay İvanoviç Piroqov Rus alimi və ictimai xadim i "... Zərifə xanım ı xatırlamaq, bəlkə m ənim ü ç ü n dah a d a təsirlidir. Çünki Zərifə xan ım m ənim h əy at y o ld a şım idi. B əlkə də mənim q əd ər onu tanıyan, onu m ə n im q ə d ə r hiss edən adam olmayıbdır. H ətta onun valideyn ləri də. Təbiidir ki, valideynləri onu bəsləyiblər, b öyüdüb lər, təhsil veriblər,ona h əyat veriblər. A ncaq m ən o n u n la h əyat qurandan sonra birgə yaşad ığ ım ız dövrdə, təbiidir ki, m ənim fikirlərim onun haqqında bütün deyilənlərdən daha genişdir.Ancaq təbii, mən burad a h eç b ir şey d e m ək istəmirəm. B unlar ham ısı insanın qəlbində y a ş a y ır və h ə r bir insanın, dünyasını dəyişmiş insanı tanıyanların qəlbində yaşayır. S iz isə əziz incəsənət ustalarımız, xadimlərimiz, b u nunla Zərifə xanım haqqında qəlbim də yenidən hisslər oyatdınız. G üm an edirəm ki, bu xatirə gecəsinə zə h m ə t çəkib gəlm iş insanları da təsirləndirdiniz və Z ərifə xan ı m ın nə q ə d ə r g ö zəl insan olduğunu burada bir daha n ü m ayiş etdirdiniz. Onun haqqında çox sözlər dediniz və çox s ö zlə r də dem ək olar. Ancaq m ənim üçün o, birinci n ö vbədə böyük bir insan idi. Zərifə xan ım sədaqətli h əyat yoldaşı, çox mehriban, sədaqətli Ana, m ənim ailəmi, m ə nim uşaqlarım ı, mənim nəvələrimi yaşadan, böyüdən bir fə d a k a r insan kimi qəlbim də yaşayır”. Ulu öndər Heydər Əliyevin 28 aprel 2001-ci ildə Zərifə xanımın xatirə gecəsinə həsr olunmuş mərasimdəki çıxışından. __________________________ю__570_ea__“Bizim_lə_keçirdiyi_son_günlərdə_Z_ərifə_xan_ım_bilirdi'>________ Reyhan Mirzdzadd ________________________ ю 570 ea “Bizim lə keçirdiyi son günlərdə Z ərifə xan ım bilirdi ki, ömrü sona çatır, ö zü də, bütün h əkim lər də tam açıq danışırdılar, üstüörtülü dan ışıq lard an uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı, ö lü m fikri onu qorxutmurdu. O nu narahat edən onsuz q a la c a q a d a m la r idi. G ücdən, qüvvə dən düşmüşdü. Bütün öm rü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi, ö lü m ü d ə on a h ə y a tı kim i dərin hörm ət gətirdi. O, çox g ö z ə l b a ş a düşürdü ki, əb əd iyyət qarşısında h ə r şey kiçikdir, m üvəqqətidir, qalan an caq yaxşılıqdır. O nu sakitləşdirən m ə h z bu id i...” ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti istedadlı alim. Görkəmli pedaqoq. Parlaq zəka sahi bi. Bacarıqlı həkim. Tanınmış ictimai xadim. Bu titulları xalqı verib ona. Canından artıq sevdiyi Azərbaycan xalqı. Lakin onun elmi bioqrafiyasından başqa, daha bir zəngin irsi də mövcuddur: Böyük insan. Vətənpərvər şəxsiyyət. Sədaqətli ömür-gün yoldaşı.Gözəl Ana. Bunlardan, məhz bunlardan söhbət açmaq istəyirəm. Zərifə xanım Əliyevanın tək elm və peşə sahəsində deyil, mənəviyyatın bir nömrəli meyarı olan insanlıq tari xində də böyük xidmətləri olub. Bu xidmətlərin sevinci yüzlərlə adamın ömür səhifəsinə yazılıb. Bu xidmətlər neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm, qəlbinisgillilərə sirdaş olub. Təbii ki, onun etdiyi bütün yaxşılıqlardan bəhs etmək qalın kitablara sığmaz. Elə buna görə də böyük alim olmaqla bərabər, böyük insan kimi də hər zaman sevilən Zərifə xanım Əliyevanın so 57/ ca bu günkü ünvanı on minlərlə azərbaycanlının, m inlərlə dostun ürəyi və ruhuna köçüb. Atası - böyük siyasi və elm xadimi, Azərbaycanın fəxri olan Əziz Məmmədkərim oğlu Əliyevin təbabət yolu nu sevə-sevə davam edirdi Zərifə xanım. Yiyələndiyi həkimlik ixtisasının vurğunu idi. O, deyirdi ki, həkim hansı ölkədə yaşayırsa, yaşasın, “Hippokrat andı”na sadiq qal malıdır. Qanunauyğun olaraq, bu and həkimlərin hə yatında və iş fəaliyyətində ali qanuna çevrilməlidir. Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəh- mətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi dəyəri olan “Hippokrat andı’na böyük sədaqətini nümayiş etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığı nı insanın sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəlik lərinin qarşısını almağa səy göstərdi. Harada olursa-ol sun, cəmiyyətin xeyrinə ləyaqətlə, vicdanla çalışdı. Və təndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır, sağlamlığını itirmiş insanlara qarşı diqqətli, qayğıkeş oldu. Daima öz tibbi biliklərini təkmilləşdirdi. Həkimlik mə harətini genişləndirərək, tibb elmini və təcrübəsini inkişaf etdirdi. Xəstənin mənafeyi tələb edəndə sənət yol daşlarına məsləhət üçün müraciət etdi, özü də yoldaş larına həmişə tövsiyə və köməyini əsirgəmədi. Dünya təbabətinin xeyirxah ənənəsini qoruyub daha da zən ginləşdirdi. Xalqının qarşısında məsuliyyət daşıyaraq hə kimin yüksək adını həyatı boyu mətanətlə qorudu. Zərifə xanım Əliyevanın hər bir insana, vətəndaşa, həkimə, qadına, anaya, həyat yoldaşına nümunə olan nəcib mənəvi keyfiyyətləri silinməz ülvi meyarlar kimi ürəklərdə əbədi məhəbbət məşəli yandırıb.Bu məşəlin nuru, şəfəqləri olan sözlər də onundur: _______________ Reyhan Mirzəzadə _________________ so 572 c* “Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda, o, soruşur: Ağ xalat geyinməyə haqqın varmı? Sənin əllərin, xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, xəstənin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bun dadır. N.A.Semaşko “Həkimlikdən gözəl sənət yoxdur: xəstə bizə yalnız öz sağlamlığını yox, bütün həyatını etibar edir," - deyə yazırdı. Qədim kəlamları tez-tez xatırlayan Zərifə xanım deyərdi: ‘Sağlam bədəndə sağlam ruh olar”. O, söyləyərdi ki, bizim hər birimiz öz həyatımızda bu və ya başqa şəkildə səhiyyə işçiləri ilə qarşılaşırıq. Həkim körpənin - gələcək vətəndaşın dünyaya gəlməsini gözləyir, ilk ad dımlarını atmaqda ona kömək edir, onun baxışları qarşı sında dünyanı bütün rəngarəngliyi ilə açır, qayğısı və şəfqəti ilə onun fiziki və mənəvi sağlamlığını möhkəm ləndirir. Milyonlarla adamın səhhəti və fəaliyyətinin məh suldarlığı əhəmiyyətli dərəcədə tibbi xidmətin vəziyyə tindən və effektivliyindən asılıdır. O, tez-tez böyük rus yazıçısı və həkimi Anton Pavloviç Çexova istinad edər di.“Həkimin peşəsi - mücahidlikdir. O, əsl fədakarlıq, geniş ürək və təmiz niyyət tələb edir. Heç də hamı buna qadir deyil”. Zərifə Əziz qızı dəfələrlə təkrar edirdi:“Həkim üçün xəstənin mənafeyi hər şeydən yüksəkdir”. Mükəmməl psixoloq olan Zərifə xanım başa düşürdü ki, xəstəylə etibarlı ünsiyyət həkimin ən yaxşı köməkçisidir. Həkimlə ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ Eo 573 ся xəstə arasındakı qarşılıqlı ünsiyyət, səmimi dialoq xəstənin orqanizminin müqavimətinin artmasına, onun gizli resurslarını sağlamlıq üçün səfərbər etməyə təsir göstərir. Əksinə, ehtiyatsız söz, kəskin jest, yol verilmiş nəzakətsizlik, kobudluq, ədəbsiz rəftar xəstənin vəziy yətinin pisləşməsinə gətirib çıxarır. Müdrik Hippokratın, həkimin mütləq təmənnasiz xidmət göstərməsi haqqında dediyi sözləri xatırlamaq yerinə düşər. Təəssüf ki, bəzi təbiblər xəstəni ancaq qa zanc mənbəyi olaraq görürlər.Rüşvətxor həkimlə həqiqi həkim arasında yerdən göyə qədər fərq var. “Daha çox qopartmaq üçün nə etmək lazımdır?” düşüncəsi əsl həkimə yaddır. Əsl həkim xəstəyə qarşı mərhəmətlidir, sağalmanın, şəfatapmanın sevincini xəstə ilə bölüşür. Əsl həkim hər şeydən əvvəl həyat uğrunda mübarizə aparır, qazanc, fayda uğrunda yox. Bəli, həkimin əməyi də hər cür əmək fəaliyyəti kimi qiymətə, o cümlədən maddi qiy mətə də layiqdir. İndi pullu tibbi xidmət var. Ola bilər yaşlı nəsil, pulsuz tibbi xidməti görənlər buna çətin öyrəşsinlər. Sosial dəyişikliklər bir tərəfə, ancaq həqiqət köhnəlməyib: İnsanlar təkcə çörəklə yaşamırlar və heç kim, “İnsanın ən birinci vəzifəsi yaxşılıq etməkdir” kimi əbədi vəsiyyəti ləğv etməyib. Əlbəttə, “Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir” deyənlər yanılmayıblar. Akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı" kitabında dərin təfəkkürlü düşüncə və tövsiyələri nəinki həkimlər, can sahibi olan hər bir insan üçün həyat dərs liyidir. Zərifə xanım yazır:“Həkimin fəaliyyətinin əsasını xəstənin həkimə inamı, onların arasında sıx əlaqənin yaranması, bir-birini yaxşı başa düşməsi təşkil edir. Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə __________________во__574__ca'>__________ Reyhan Mirzəzadə ______________ _ во 574 ca girib, onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılını” dinləməyi bacarmalıdır. Həkimin ehtiyatsızlıqla söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir. Zərifə xanım tövsiyə edirdi ki, həkim xəstə ilə hör mətlə, ehtiyatla, mehribanlıqla, hər sözü fikirləşə-fikirləşə davranmalıdır. Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki, həmkarları və dostları Zərifə xanımın insanlara necə xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular. Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmo loqların qurultaylarının birində nümayəndələrdən birinin ayağı sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxana ya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil, bütün müalicə müddətində davam etdiyini görən həmkar ları indi də o hadisəni kövrəkliklə xatırlayırlar. Bu cür xeyirxahlığı o, digər oftalmoloqun ailə üzvü nə də göstərmişdi. Belə ki, yol qəza hadisəsi baş vermiş, maşınlar toqquşmuş və nəticədə sərnişinlərdən biri beyin nahiyəsindən zədə almışdı. Zərifə xanım o zaman da uzun müddət xəstəni nəzarətsiz qoymamışdı. Zərifə xanımın insanlara xeyirxah münasibətini əks etdirən bir fakt da onu tanıyanlara yaxşı məlumdur. Belə ki, Zərifə Əliyeva təsadüfən kiçik bir şəhərdən gələn qızla tanış olur və aydınlaşır ki, o, instituta daxil ola bilməyib. Zərifə xanım onu inandırır ki, heç də hər şey itirilməyib və imtahanlara yaxşı hazırlaşsa, bir il sonra o, ali məktəbə qəbul oluna bilər. Zərifə xanım həmin qızı yataqxanaya düzəldir, işlə təmin edir, imtahanlara hazırlaşmasına nəzarət edir. Doğrudan da, bir il sonra Zərifə xanımın göstərdiyi səylər ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ во 575 os uğurla nəticələnir. Həyatda ilk addımlarını atan insanlara vaxtında kömək əli uzatmaq olduqca qiymətli və unu dulmazdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi. O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. İşinin həddindən artıq olmasına bax mayaraq, məsələləri ən xırda təfərrüatlarına qədər yadda saxlayır, hadisələrin gedişinə düzgün proqnoz verməyi bacarırdı. Zərifə xanım həmişə insanlara təmənnasız ola raq kömək etməyə hazır idi. Fransız yazıçısı Onore de Balzak fəlsəfi kəlamla rının birində dəyərli sualına özü cavab verir:“Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq”. Zərifə xanımın qəlbi sözün əsl mənasında gözəl liklər kainatı idi. Uzun illər akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xadimə işləmiş, yeddi uşaqla həyat yoldaşını itirib taleyin ağır çətinliklərinə tuş gəlmiş Məleykə Sadıqova Zərifə xanımla bağlı söhbə tində bu görkəmli şəxsiyyət-xanımın əsl bacı doğmalığı ilə yanaşaraq ona, balalarına etdiyi yaxşılıqlardan, ailə sinə dəfələrlə öz əmək haqları, geyim, məişət tələbatları ilə maddi və mənəvi dəstəyindən, ərə getmiş qızının mənzillə təmin olunmasından, o biri övladlarının problem lərinə necə köməkliklər göstərməsindən həsrət və sevgi ilə bəhs edir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi, Zərifə xanımın uşaqlıq rəfiqəsi Alimə Əliyeva danışır: "Sentyabr ayının 1-i mənim doğum günüm olduğu üçün hər il həmin tarixdə evimiz çox qonaqlı-qaralı olardı. Bütün ziyafətlərdə Zərifə xanım və bacıları da iştirak edərdilər. Hamımız pianoda çalıb- oxuyar, rəqs edərək ailədə şənlik yaradardıq. Biz də _______________ Reyhan Mirzəzadə ________________ so 576 oa onların mərasimlərində iştirak edərdik. Ailəvi o qədər yaxın və mehriban idik ki, məclis gec qurtaranda bir- birimizin evində qalardıq. İyul, avqust aylarında dincəl mək üçün ailəvi kurortlara gedər və çox maraqlı yay isti rahəti keçirərdik. Zərifə xanım görüşlərimizin birində mənə kiçik bir qutu verib dedi:“Alimə, mən orta məktəbi bitirəndə anam mənə qədim bir qol saatı bağışlamışdı. Gör səni nə qədər çox istəyirəm ki, bu saatı məndən yadigar saxlamaq üçün sənə verirəm”. Mən həmin saatı indi də əziz bir əmanət kimi saxlayır və qoruyuram. O vaxtlar Zərifə xanımı sevənlər, onunla evlənmək istəyənlər çox idi. Ancaq o, heç kimə, heç nəyə əhə miyyət vermirdi. Gələcək taleyinə Heydər Əliyevi seçdi və yanılmadı. Böyük şəxsiyyət olan Heydər Əliyev Zərifə xanımla evlənməyə qadağa qoyulan bir dövrdə onun polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox sevirdi. Heydər Əliyevin adı çəkiləndə, həmişə “Ona qur ban olum” - deyirdi. Zərifə və Heydərin ülvi, pak məhəb bətindən, qarşılıqlı hörmət və ehtiramından yaranan isti ailə ocağı əslində dünyanın bütün ailələrinə nümunə idi. 1955-ci ildə Zərifə xanımın ilk övladı - qızı Sevil, 1961-ci ildə oğlu İlham dünyaya gəldi. Zərifə xanım qeyri- adi dərəcədə qayğıkeş, gözəl Ana idi. övladlarını qeyd etdiyim kimi, ilahi bir məhəbbətlə sevir, onlardan ötrü az qalırdı canından keçsin, xüsusilə də uşaqlar xəstələ nəndə, özünə yer tapmırdı. İlham balacalıqda çox sakit, mehriban, saf, adama tez isinişən uşaq idi. Çox ağıllı davranırdı. Baxmayaraq ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 577 сл ki, evdə, ailədə ona sərbəstlik verilmişdi, ancaq o, dəcəl liyi, şitliyi sevmirdi. Oz yaşıdlarından ağıllı, ölçülüb- biçilmiş davranışı ilə çox fərqlənirdi. Uşaqlar gözümüzün önündə böyüyürdü. Övladlarının xeyir işinə çox tələsirdi. Sevilin övladı, Zərifə xanımın ilk nəvəsi dünyaya gələndə sevinci yerə- göyə sığmırdı. Körpəyə Zərifə xanımın adını verdilər. Bir gün mənə dedi ki, İlhamı evləndirmək istəyirik. Qız bizim Tibb İnstitutunun tələbəsidir. Ağıllı, tərbiyəli bir qızdır, dərs əlaçısıdır. Yazıçı Mir Cəlal Paşayevin nəvə sidir. Ürəyimə yatıb. Çox sevindim. Xeyir-dua verib, qurulan yeni ailəyə xoşbəxtlik, səadət dolu arzularımı bildirdim. Zərifə xanı mın oğul toyu görməkdə fərəhinin həddi-hüdudu yox idi. Onun mələk simasına sevinc hissi necə də yaraşırdı. Sonralar Sevilin iki oğlu, ilhamın isə iki qızı dünyaya gəldi. İlhamın ilk övladına anasının adını verdi - Leyla. O biri qızının adını Arzu qoydular. Nəvələrini çox sevir, on larla fəxr edirdi, sözü-söhbəti uşaqlardan olardı həmişə. Yeganə arzusu İlhamın oğlu olması idi. Çox təəssüf ki, fələk ona Heydər nəvəsini görməyə imkan vermədi. Ley la və Arzunun toy günündə süzmək, onları gəlin palta rında nənə sevinci ilə qurduqları ailə ocağına yola salmaq ona nəsib olmadı. Çox təəssüf... Zərifə xanım həddindən artıq alicənab insan idi. Tərifli sözləri heç xoşlamazdı, şan-şöhrəti özünə yaxın qoymazdı. O qədər mədəni idi ki, bir dəfə də olsun, mən onun kiməsə səsini ucaltdığını görmədim. Çox şirindil, xoşrəftar, açıqürəkli, gülərüz, çox sadə və diqqətcildi. Əl bəttə, dahilər deyib ki, hər şeydə - xasiyyətdə də, dav ranışda da, üslubda da ən böyük gözəllik sadəlikdir. Zərifə xanım bütün bu gözəlliklərə malik insan idi. Hətta xoşuna gəlməyən adam olduqda belə, ona hiss etdirməz, Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling