Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ____ ____________
- Vətən i N am u s da, vicdan da y a ra n m ış şanlı hüsnündən, Vətən qoynunda bəslənm iş əm əllər, arzular, şəksiz
- D ü nyaya m ərd gəlib, m ərd g e d ə n lə ri!”.
- Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi ____ ю 6 07
- _______________ Reyhan Mirzəzadd _________ __ __ ю
- _______________ Reyhan Mirzəzadə ________________ so
- _______________ Reyhan Mirzəzadə _____________ __ ю 6
_______________ Reyhan Mirzəzadə ________________ so 602 ca dan adr - soyadını soruşduqda, cavab verdi: “Gülarə Əziz qızı Əliyeva”.Cəld soruşdum. - Siz Əziz müəllimin qızısınız? - Bəli - dedi. Azərbaycanlıların dədə-baba yurdlarından kütləvi surətdə son nəfərinədək qovulması ona çox pis təsir et mişdi. Bəzən gözləri bir nöqtəyə dikilib baxan Gülarə xa nım, bəlkə də öz ulularını, ata ocağını xatırlayırdı.Ona söylədim ki, əgər görüşəcəyimizi bilsəydim, yenicə nəşr olunmuş “İrəvanda nə qaldı ki?..” məqaləmi sizə gəti rərdim. Cavab verdi ki, sağlıq olsun, bir də görüşəndə gətirərsən. Təəssüf ki, bu bizim Gülarə xanımla ilk və son görüşümüz oldu...” Axı Əsgər müəllim nə biləydi ki, cəmi on aydan sonra, 1991-ci ilin 27 iyul günündə zərif barmaqları ilə Azərbaycan mədəniyyətinə neçə-neçə dəyərli əsərlər bəxş edən Gülarə xanımın taleyində həyatın son akkord ları səslənəcək. Baş verən müdhiş hadisənin ildırımsürətli qara xəbəri qızmar yay günündə yüz minlərlə insanın qanını damarında “donduracaq”. Sənətşünaslıq elmləri namizədi Gülarə xanım Əli yeva Azərbaycanın tanınmış musiqiçisi, pianoçusu, əməkdar incəsənət xadimi, “Dan ulduzu” instrumental an samblının rəhbəri idi. Azərbaycan Mədəniyyət və İncəsə nət Universitetinin musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışmışdı. Xalq arasında eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, “Humayun” süitası, “Ba yatı-kürd”, “Şur” fantaziyalarının müəllifi kimi də hörmətlə qarşılanırdı. Gülarə xanım istəkli ömür-gün yoldaşı, mədəniyyət- şünas alim Adil Adilovu Moskvaya müalicəyə yola sa larkən, sonuncu dəfə eyvandan əlini yelləyib onunla sa ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 603 ca ğollaşan zaman qədim tikilinin eyvanının qəfil uçulması nəticəsində qızı Nuridə Adilova və musiqiçi həmkarı Mini rə xanımla bərabər, həyatla vidalaşdı. 1962-ci ilin 27 iyul günü və 1991-ci ilin 27 iyul günü. Bir görkəmli şəcərənin üç övladının ruhlarının bir-birinə qovuşduğu gün. Hər üçü məsafəcə uzaqlara yaxın in sanları yola salarkən özləri haqqın dərgahına yola düş dülər. Doğrudan da düz deyirmişlər, həyatın yazılmamış qanunları yazılmış qanunlarından güclüdür. Dahi Cəla ləddin Ruminin unudulmaz sözləri kövrəlmiş qəlbimə təs kinlik verir:“öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın”. Bu gün xalqımızın Əzizini, Gülarəsini, Nuridəsini minlərlə ariflərin, ədalətlilərin, vətənpərvərlərin, insanpər vərlərin, zəhmətkeşlərin, ləyaqətlilərin, qeyrətlilərin, cəsa- rətlilərin, mərdlərin qəlbində axtarmağa haqqımız var. Çünki bu “doğma məkanlar” Əliyevlərin və onların övlad larının əbədi və möhtəşəm ünvanıdır. Bu ünvana salamlar olsun! _______________ Reyhan Mirzəzadə ____ ____________ “Azad Azərbaycan” qəzeti, 26 iyul 2011-ci il. s o 6 0 4 ca BABALARIN VƏTƏNPƏRVƏRLİK M ƏFKURƏSİ A lm a n f a ş iz m i ü z ə r in d ə q ə lə b ə n in 7 0 - c i ild ö n ü m ü m ü n a s ib ə t i ilə "... Vətən i N am u s da, vicdan da y a ra n m ış şanlı hüsnündən, Vətən qoynunda bəslənm iş əm əllər, arzular, şəksiz, Vətənsiz, yurdsuz in s a n la r y a ş a r aləm d ə m əsləksiz". “U n utm az tarixin böyük g ü n ləri - D ü nyaya m ərd gəlib, m ərd g e d ə n lə ri!”. Səməd Vurğun Bəşəriyyətin fəlakətinə çevrilmiş qəsbkar faşist Almaniyası üzərində tarixi qələbənin 70-ci ildönümü yaxınlaşmaqdadır. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu.dün- yanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanı nın eyni arzularını, eyni məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, dərisinin rəngindən, şimalda, cənubda, qərbdə, şərqdə, istidə, soyuqda yaşamasından asılı olmayaraq, neçə-neçə millət övladının babalarının, nənələrinin bu günkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi. Bu səadət qələbəsi naminə bizim babalarımız da həyatından, canından, qanından keçdi. Azərbaycan cəb həyə etibarlı arxa, hər an ən gərgin mübarizəyə, ən qanlı döyüşlərə hazır olan əzəmətli varlıq oldu.Gecə-gündüz işlədi, çalışdı, ölüm-dirim savaşında cəbhədən heç bir ___ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ so605ce ________________ R e y h a n M ir z s z a d d __________________ sərvətini əsirgəmədi. Bakı nefti Qələbənin qarantına çevrildi. Xalqları qul etmək planlarını həyata keçirməyə ha zırlaşarkən faşistlər bu çirkin planı irq nəzəriyyəsi ilə pərdələyirdilər. Alman mətbuatı, radio və televiziyası, Hitlerin bütün çıxışları geniş kütləni bəşəriyyətin “yüksək” və “alçaq” irqlərdən əmələ gəlməsinə inandırmağa çalışır dı. Faşist ideoloqlarından Quonter və Leptsin yazdıqla rına görə, guya alman faşistləri insanın bütün kamil ruhi və fiziki xüsusiyyətlərini özündə birləşdirən tam qiymətli insanlar idi, buna görə də bütün digər xalqlar onlara tabe və onların hüquqsuz qulu olmalıydı. Hitlerin və onun qaniçənlərinin az qala qanun kitabına çevrilən “Mənim mübarizəm” adlı kitabında yazılmışdı:“Hər bir vasitə ilə almanların bütün dünyanı fəth etmələrinə nail olmaq lazımdır”. Hitlerçi Eybi də “Müasir düşüncə” kitabında etiraf edirdi ki, faşist istilasının yolu Yaxın Şərqdən keçir. Faşist siyasəti məqsədyönlü vəzifələri ilə buna yaxınlaşır." Özlərini ən yüksək irqin nümayəndələri hesab edən hitlerçilər açıq-aydın və qətiyyətlə bildirirdilər ki, zəbt edil miş ölkələrin əhalisini qırmaq lazımdır. Tələb edirdilər ki, faşistlərə ilk əvvəl Ukrayna və Qafqaz verilməlidir. Faşist Paulun dediyi kimi, burada yeni tipli müstəmləkə insanı yaradılmalı idi. Odur ki, bütün canlı və texniki qüvvələr, ordu bu məqsəd yolunda səfərbər edilib təlimatlanmışdı. Faşizm və militarizm üzərində qələbə naminə Azər baycan öz xidmətini hələ İkinci Dünya müharibəsin də əsirgəməmişdi. Yurdumuzun igid oğul və qızları 1939- cu ilin payızında sovet-fin müharibəsi cəbhəsinə yola düşüb əzmkarlıqla vuruşmuşdular. Əsrlər boyu olduğu kimi, Azərbaycan bu dəfə də iri dövlətlərin strateji plan larında mühüm yer tuturdu. ЮбОбсА Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniyanın “Velvet” planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmələri göstərilirdi. Almaniya Bakı neftini ələ keçirməklə,şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı na əsasən Bakının sənaye və hərbi əhəmiyyətli obyekt lərinin dəqiq xəritəsi hazırlanmışdı."Edelveys “ adlanan Qafqaza hücum planında Bakının zəbt edilməsinin kon kret vaxtı qeyd olunmuşdu. 1941-ci il iyunun 22-də Sovet İttifaqının alman fa şizminə qarşı Böyük Vətən müharibəsi başlanandan bir gün sonra, Amerika Hərbi Dəniz Donanmasının Katibi Frenk Noks ABŞ Prezidenti Franklin Ruzveltə yazmışdı: “Rusiyanın (yəni keçmiş SSRl-nin) işini bitirmək üçün Hitlerə cəmi altı həftədən iki aya qədər vaxt tələb olunacaq”. Əlbəttə, həmin vaxtlar kənardan müşahidəçi kimi baxanlara siyasi proqnozlar vermək, irəli gedib canını, qanını verənlərdən qat-qat asan idi. Lakin onu da unut maq olmazdı ki, bu vuruş və mübarizə faşizm və faşist Almaniyası kimi kifayət qədər əhəmiyyətli və qəddar düş mənə qarşı idi. Azərbaycan bu mübarizəyə də fədakarcasına qoşul du. Bütün ziyalıların, o cümlədən yaradıcı insanların fəa liyyəti faşizm üzərində qələbəyə yönəldi. Cəbhəyə,döyüş meydanlarına 700 min nəfərə yaxın vətəndaşımız yola düşdü. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırıldı. Məzuniyyətlər ləğv olundu. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb edil di. Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 402- ci, 416-cı diviziyalar yaradılıb formalaşdırıldı. 227-ci və Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi ____ ю 6 07 c s 396-cı diviziyaların tərkibində azərbaycanlılar çoxluq təşkil etdi. Azərbaycan oğulları faşizmə və nasizmə qarşı partizan və müqavimət hərəkatında canlarını əsirgəmə dilər. Respublikamızı təmsil edən cəsurlar müharibədə şücaətlə döyüşdülər, ad-san qazandılar. Qələbəyə gedən yollarsa uzun və dəhşətli idi. Müharibə fəlakətlərinə mərdliklə qatlaşmaq xüsusilə Azərbaycan övladlarından son dərəcə məsuliyyət və ayıq-sayıqlıq tələb edirdi. Çünki... Çünki hədəf Bakı idi. Bizim əziz, doğma Bakımız. Böyük Vətən müharibəsinin 70 yaşı tamam olacaq bu möhtəşəm qələbəsi yolunda Azərbaycan saysız- hesabsız işlər gördü, xidmətlər göstərdi. Respublikamız bütün cahana əsl nümunə oldu. Azad, müstəqil yurdumuz elə bir məsələdə də bu gün qürurverici nümunədir. indi dünyanın müasir xəritəsində elə bir məmləkət, diyar, ölkə yoxdur ki, onun Birinci Vətəndaşı və Birinci xanımının babaları qədər bu ümumbəşəri savaş mey danında milyonları faşizmin qanlı caynaqlarından xilas etmək yolunda, Azadlıq, Qələbə və Sülh naminə əvəz olunmaz töhfələrini bəxş etsin. Azərbaycan Respub likasının Prezidenti cənab İlham Əliyevin babası Əziz Məmmədkərim oğlu Əliyev və Prezidentimizin sevimli ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın babası Mir Cəlal Paşayev qədər. Hər iki Babanın vətənpərvərlik məfkurəsi zəngin irs olaraq müasir nəsillər üçün də çox qiymətlidir. Bu, şanlı tarixdir, bu faktdır,bu reallıqdır və gəlin üzümüzü bir daha bu ədalətli tarixdə yaşayan həqiqətlərə çevirək. Böyük ərəb filosofu Əbu Turxan deyirdi ki, fəlsəfə- ümumbəşəri ruhun milli ifadəsidir. Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. Ispanəsilli Amerika yazıçı və filosofu Corc Santayana ədəbiyyatın _________________Reyhan_Mirzəzadd_________________ю'>_______________ Reyhan Mirzəzadd _________ __ __ ю 608 az vəzifəsindən bəhs edəndə yazırdı:"Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir”. Doğru fikirdir. Hər kəsə məlumdur ki, dünya tarixində ən böyük hünər və qəh rəmanlıqlar Vətən naminə edilib. Ədəbiyyat adamlarının qələmi bu hünər və qəhrəmanlıqlar meydanında güclü meyara çevrilib. Çünki həyatın ən böyük silahı olan Söz, insan qüdrətinin hər zaman nəhəng sərkərdəsi olub. Elə buna görə də ədəbiyyatı insanşünaslıq elmi adlandıranlar yanılmırlar. Müharibə başlananda Azərbaycanda böyük söz sa hiblərindən, insanşünaslığı yaradanlardan biri olan Mir Cəlal Paşayevin də qələmi məğrur və döyüşkən bir silaha çevrildi. Yaradıcılığında yeni səhifələr açıldı. Hə min illərdə onun yazdığı bütün əsərləri xalqı alman fa şizminə qarşı səfərbər edən və qələbəyə ruhlandıran əsil vətənpərvərlik nümunələri idi. Yazıçı müharibə illərində ana və bacıların iztirablı günlərini, onların sədaqət və səbrini öz əsərlərində məharətlə təcəssüm etdirirdi. Deyirlər, yazıçının ürəyi Vətən üçün, xalq üçün alışıb yanmasa, o, həmvətənlərinə haqq və həqiqət yolunu gös tərə bilməz. Doğrudan da yazıçı dünyaya yaşamaq üçün deyil, özünü yandırıb başqalarını yaşatmaq üçün gəlir, cəmiyyətin dərdini, xalqının yaşadığı ağır vəziyyəti öz şəxsi dərdi kimi qəlbində daşıyır. Məhz Mir Cəlal Paşa yev kimi. Böyük fikri adi, sadə və hədəfə toxunan sözlərlə ifadə etmək əsl siyasi lirikanın ədəbi qaydalarıdır. Aydın, səmimi və təbii yazmaq Mir Cəlalın əsas yaradıcılıq prinsipləri idi. Mir Cəlal müəllim bütün qəlbi ilə xalqa bağlı olan yazıçı idi. O,həmişə xalqın mənafeyinə xidmət edən ədəbiyyatdan, yazıçıdan yazır, ədəbiyyatımızın böyük ənənələrinə sadiq olan sənətə maraq göstərir, müasir ideyalı ədəbiyyat uğrunda mübarizə aparırdı. Onun ____ AzərbaycancıliQ və vətənpərvərlik məfkurəsi ____ яо 609 az əsərlərində xalqımızın nəcib ruhu indi də duyulmaqdadır. Mir Cəlalın qəhrəmanları həyatın müxtəlif sahələrindən götürülmüş sadə insanlar idi. O,bu adamların sevincini, kədərini, arzu və xəyallarını həmişə həssas bir sənətkar ürəyi ilə duyub əks etdirirdi. O, heç bir zaman oxucunu heyrətləndirən mürəkkəb süjetlər qurmağa cəhd etmir, fövqəladə əhvalatlar quraşdırmır, həyatın müəyyən bir parçasını qələmə alaraq, canlı və aydın bir dil ilə təsvir edirdi Onu da deyim ki, insanın kədərini, sevincini yalnız həqiqi istedad sahibi olan yazıçı düzgün duyub təsvir edə bilərdi. Mir Cəlal Paşayev əsərlərində daha çox böyük siyasi əhəmiyyəti olan gündəlik aktual məsələlərdən bəhs edirdi. Yaradıcılığının bir xüsusiyyəti də günün zahirdə xırda görünən hadisələrində böyük həqiqətləri görə bilməsi idi. O, xalqının qurub-yaratmaq qabiliyyətindən bəhs etdiyi zaman öz qəhrəmanlarından birinin dili ilə deyirdi:“Yaratmaq azdır. Yaratmaqla Vətən vəzifəsi bit- məyir. Bu müqəddəs Vətənin hər bir qarış torpağını qorumağı bacarmalıyam”. Mir Cəlal həmişə müstəsnalıqdan, təmtəraq və uydurmadan sağınaraq, mümkün olduqca təbii, adi hadisələri qələmə alırdı. Bu da onun əsərlərinin həyatla yaxından səsləşməsini təmin edən bir keyfiyyət kimi üzə çıxırdı. Ədib özü bir dəfə belə bir maraqlı əhvalat danış- mışdı:“Müharibənin ağır günlərində respublikamızın kəndlərindən bir nəfər qoca kişi yanıma gələrək mənə dedi ki, sən mənim oğlumu yaxşı tanıyırsan, çox təvəqqe edirəm, onun indi harada olduğunu, nə etdiyini öz dilinlə mənə danışasan. Mən çox and-aman elədim ki, əmi, sizin oğlunuzu mən haradan tanıya bilərəm, mən birdən-ikidən sizi, yaxud oğlunuzu görmüşəmmi? Onda qoca qoltuq cibindən qat kəsilmiş, oxunmaqdan sürtülmüş, bəzi _______________ Reyhan Mirzəzadə ________________ so 610 ca yerlərinin yazısı getmiş bir qəzet çıxararaq dedi: Budur, burada yazıbsan ki! Mən işin nə yerdə olduğunu anlayaraq, qocaya ürək-dirək verib yola saldım. Doğrudan da həmin qəzetdə mənim cəbhə həyatından bəhs edən bir hekayəm dərc olunmuşdu. Orada təsvir olunan gənc döyüşçünü qoca öz oğlu bilm işdi". 1941-ci ilin avqustunda Zaqafqaziya Hərbi Dairə sinin qoşun hissəsi Sovet-İran razılığına əsasən İranda faşist agenturasının qarşısını almaq və özünümüdafiə məqsədi ilə İran sərhəddini keçib Təbrizə daxil olmuş du.Ordu Hərbi Şurasının üzvü polkovnik Əziz Əliyev orduya siyasi rəhbər təyin olunmuşdu.Onun bilavasitə iştirakı ilə Cənubi Azərbaycanda strateji planların məq sədyönlü şəkildə həyata keçirilməsi yolunda xeyli işlərdə uğurlar qazanılmışdı. Həmin vaxtlar Təbrizdə, Urmiyada, Ərdəbildə, Mə- rənddə, Zəncanda və digər şəhərlərdə geniş mədəni- maarif işləri aparılırdı. “Vətən uğrunda“ qəzetinin re daksiyasında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və jurnalistikasının Süleyman Rüstəm, Osman Sarıvəlli, Qıl man Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov kimi görkəmli nümayəndələri səylə çalışırdı, özü böyük mənəviyyat sahibi, 45-ə qədər dərs lik və elmi kitabların müəllifi olmuş, eyni vaxtda iki ali məktəbə - Azərbaycan Dövlət Universiteti və Tibb İnstitu tuna rəhbərlik etmiş, nəhəng kadr və mütəxəssislər or dusu yaratmış Əziz Əliyev, bu əzmkar yaradıcı insanların fəaliyyətini, çoxmilyonluların mübarizəsində ədəbiyyatın rolunu yüksək qiymətləndirirdi. O illərdə böyük zəhmətə qatlaşan Mir Cəlal Paşayev də tez-tez “Vətən uğrunda“ da çıxışlar edir, ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 61J ca müharibə mövzusunda, insanları böyük qələbəyə hazır lamaq istiqamətində aravermədən sanballı əsərlər ya zırdı. Bir-birinə hörmətlə yanaşan və səmimi münasi bətləri olan iki məsləkdaş insan - Əziz Əliyev və Mir Cəlal Paşayevsə haradan biləydilər ki, uzun illərdən sonra onların nəvələri İlham və Mehriban bir-birini sevib xoş bəxt ailə quracaq, Vətən, onun azadlığı, işıqlı sabahı na minə böyük zəhmətləri olan hər iki Babanın arzuları bu nəvələrin əməllərində çiçəklənib əbədi yaşayacaqdır... Əziz Əliyevin həyatında ən ağır, ən çətin, ən məsuliyyətli, bəşəriyyət üçünsə ən həlledici məqamlar başlanırdı. Bəli, məhz məqamlar! Çünki doğrudan da bə şəriyyətin taleyi anlardan, saniyələrdən, dəqiqələrdən və necə deyərlər, bir tükdən asılı idi.Hitlerin Bakını zəbtetmə planındakı 25 sentyabr, 1942-ci il tarixinə cəmi doqquzca gün qalmışdı. Əziz Əliyev həmin ilin 16 sentyabrında dərdlər və bəlalar məkanı olan Dağıstanın Birinci şəx si təyin olunmuşdu. Hərbi tarixdən məlumdur ki, ikinci Dünya müharibəsi dövründə Qara dənizlə Xəzər dənizi arasında baş verən döyüş əməliyyatları 15 aya qədər davam etmiş, bu döyüşlər müdafiə və hücum əməliyyatlarından ibarət mü rəkkəb bir kompleks yaratmışdı. Qafqaz uğrunda döyüşlərdə quru qoşunları, Qara dəniz donanmasının qüvvələri, Azov və Xəzər dənizinin hərbi gəmi dəstələri, aviasiyaçılar və partizanlar iştirak edirdilər. 1942-ci il iyul ayının 1-də “Cənub” ordusunun qə rargahında keçirilən müşavirədə Hitler bəyan etmişdi: “Mənim əsas niyyətim - rus qüvvələrini əsaslı surətdə darmadağın etməklə, Qafqaz vilayətini ələ keçirməkdir”. Bir neçə gün sonra Münhendə keçirilən zabit müşa virəsində Gebbels də bildirmişdi:“Biz Şərqdəki ölkəni _______________ Reyhan Mirzəzadə _____________ __ ю 612 ca Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi. təkcə ona sahib olmaq üçün deyil, həmçinin onu özümüz üçün təşkil etməkdən ötrü tutmuşuq. Biz kömür, dəmir və neft uğrunda mübarizə aparırıq. Əgər Qafqazdakı döyüş lər bizim komandanlıq tərəfindən təyin olunmuş müddətə qədər sona çatarsa, o halda biz Avropanın ən zəngin neft vilayətlərini öz əllərimizə almış oluruq. Kim buğda, neft, almaz və kömürə sahib olarsa, o da müharibəni udmuş olacaq”. Hitler komandanlığının Qafqazı ələ keçirməsi planı 1942-ci il 23 iyul tarixli, kod adı “Edelveys” olan 45 saylı direktivdə ətraflı şəkildə şərh olunmuşdu: 1. Qafqazın neftverən rayonları ilə birlikdə ələ keçirilməsi - Bakı, Qroznı, Mahaçqala. 2. Sovet İttifaqının Qafqazın neft rayonlarının itirilməsi hesabına zəifləməsi. 3. SSRİ-nin Qafqaz və İranı itirməsi nəticəsində xarici aləmdən təcrid olunması. 4. Vermaxt tərəfindən sənaye üçün nəzərdə tutulmuş xammal mənbələrinin əldə olunması. 5. Türkiyənin SSRİ-yə qarşı müharibəyə cəlb olunması. 6. Qara dəniz donanmasının tam məhvi, onun bazalarının ləğv edilməsi və Qara dənizdə alman donan ması hökmranlığının bərqərar olunması. 7. Alman qoşunlarının Zaqafqaziyadan Yaxın Şərqə daxil olması üçün əlverişli şəraitin yaradılması. İşğalçılıq planlarında vermaxt komandanlığı Xəzər dənizi ilə Baş Qafqaz sıra dağları arasında mühüm strateji mövqeyə malik olan Dağıstana da xüsusi diqqət ayırmişdı. Hitlerçilər Mahaçqalanı özlərinin Xəzər dənizin dəki ən başlıca hərbi-dəniz bazasına çevirməyi planlaş dırmışdılar. Bu barədə Əziz Əliyevin yaxın adamlarından biri Həbib Həsənov yazırdı: ю 613 ca "1941-1945-ci illərin qanlı-qadalı hadisələri, İkinci Dünya müharibəsi.. Hitler Almaniyasının dişlərinə qədər silahlanmış hərbi qüvvələri Sovet İttifaqının həyat əhəmiyyətli ərazilərini zəbt edərək, Şimali Qafqaza, Za qafqaziyaya doğru irəliləyir. Qroznı neft mədənləri hitlerçi faşistlər tərəfindən zəbt olunur... Bakını ələ keçirmək arzusunu reallaşdırmaq üçün tədbirlər görür, yeni həm ləyə hazırlaşırlar. Daha bir həmlə, Dağıstan zəbt oluna caq, Azərbaycana doğru yol açılacaq, Bakı nefti alman faşistlərinin əlinə keçəcək, Sovet Ordusunun mühərrikləri dayanacaq, faşistlər qələbə çalacaqlar. Belə bir gərgin dövrdə Dağıstanın müdafiəsini möhkəmləndirmək, bir nəfər də olsun, faşist əsgərinin Azərbaycana keçməsinə yol verməmək üçün qəti təd birlər görmək tələb olunurdu...” Əziz Əliyev vilayət partiya komitəsinin ıv plenu munda “Dövlət Müdafiə Komitəsinin 16 sentyabr 1942-ci il tarixli qərarı ilə əlaqədar Dağıstan qarşısında duran vəzifələr barədə məruzə edərkən son dərəcə ciddi məsələlərə toxundu. Həmin məruzədən bəzi sətirlər:"...Bu gün düşmən Dağıstanın bir addımlığında ikən, respublika cəbhə zolağına çevrilərkən hərbi-müdafiə məsələsi, hər yaşayış məntəqəsinin bir qala kimi möhkəmləndirilməsi vəzifəsi olduqca kəskin xarakter alır. Bakı neftinin qapısı olan Dağıstanı düşmən üçün alınmaz bir qalaya çevirmək!..- Dağıstan partiya təşkila tının qarşısında duran vəzifə bax, budur! ...indi əsas məsələ hərbi-müdafiə işini kəskin şəkildə yaxşılaşdırmaqdan, bütün rayonlarda və aullarda müharibə dövrünün sərt rejimini bərqərar etməkdən ibarətdir. Elə etmək lazımdır ki, düşmən haradan gəlir- gəlsin, özünü hansı formaya salır-salsın, hər yerdə bizim kilər onların qarşısına çıxmalı, onları məhv edib zərərsiz Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling