Reyhan Mirzəzadə azərbaycançiliq və
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ________________ Reyhan Mirzəzadə ________________ ю 6 38 оз
- Reyhan Mirzəzadə ______________ so 640 ca
- _______________ Reyhan Mirzəzadə _________________ so 642 ce
- _______________ Reyhan Mirzəzadə _________________ so 644 ел
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 645 ОЯ
- _______________ Reyhan Mirzəzadə _________________ sə 6 46
- ________________ Reyhan Mirzəzadə
____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ . so 637 ce öm rünə əbədi həmdəm seçibsən, Yaratmaq eşqilə od tək yananı. Qəlbinin gözüylə görə bilmişən, Əsl məhəbbətə layiq olanı. Mehriban xanım əsl məhəbbətə layiq olan xanımdır. Bu məhəbbətin içində ümumxalq məhəbbətinin öz yeri var. Onun özünəməxsus istedadı bu məhəbbəti bir az da artırır. Belə ki, Mehriban xanımın nitqinə, çıxışlarına və müsahibələrinə diqqət yetirəndə əsl yaradıcılıq xüsusiy yətlərini aydın müşahidə etmək olur. Cümlələrdəki bir- birinə bağlılıq, söz və ifadələrin düzgün seçilməsi, şəkil çilərin yerində işlədilməsi, yığcamlıq, az sözlə böyük fikir lər ifadə etmək, səlistlik, məntiqdə birbaşa hədəfə toxun maq, fəlsəfi dərinlik kimi əsl dilçilərə layiq keyfiyyətlərlə Mehriban xanım mənin aləmimdə daha çox babası Mir Cəlal Paşayevi xatırladır. Böyük şəxsiyyət, istedadlı yazı çı, dəyərli alim, tanınmış ictimai xadim, unudulmaz Mir Cəlal Paşayevi... Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın qədim tarixə malik, inkişaf etmiş dillərindən biridir. Zəngin Azərbaycan ədəbi dili ilə ən mürəkkəb və ən dərin məna lı fikirləri ifadə etmək mümkündür. Şifahi və yazılı nitqimi zin aydınlığı, hamı üçün anlaşıqlı olması vacib məsələdir. Çünki səlist nitq mədəniyyəti hər bir xalqın mənəvi səviyyəsini müəyyən edir. Bu mənəvi səviyyədə konkret lik, lakoniklik böyük rol oynayır. XIX əsr görkəmli Avropa yazıçısı,fransalı Qü- stav Flobber vaxtilə yazırdı: “Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? - Ən qısa cümlədir”. Buna görə də sözdən yerli- yerində, qədərində, mahiyyətinin gücündən ağılla istifadə etmək az bacarıq tələb etmir. Sözə həm həssaslıqla,həm ________________ Reyhan Mirzəzadə ________________ ю 6 38 оз də ustalıqla yanaşmaq kifayət qədər təcrübə, savad, və yaradıcı qabiliyyətini zəruriləşdirir. Söz və onun qüdrəti barədə çox yazmaq olar. Lakin rus şairi A.Tvardovskinin “Söz haqqında" adlanan şe rindən misraları yada salıb, mövzumun simaları barədə fikirlərimi davam etmək istəyindəyəm: ...Dünyada hər fikri deməyə söz var, Sözlə ordular da qalxar döyüşə. Çeynənmiş kəlmələr, hazır kəlamlar Milçək uçuşuna bənzər həmişə. Söz var atəşindən yanır bədənlər, Ən dərin ümmanı üzüb qət edir. Sözü sözçülüklə əvəz edənlər Sözün qarşısında xəyanət edir. Bəlkə buna görə, ey ana Vətən, Korluq çəkməsə də sözdən bu sinə, Çox vaxt əsə-əsə, qənaətlə mən Şeir həsr edirəm sənin eşqinə. Mehriban xanım babası kimi sözə və onun qüdrətinə sədaqətlə xidmət edir. Doğrudur, onun istər ata, istər ana tərəfdən mənsub olduğu ailələr böyük ziya lıları, alimləri, dilçiləri, ictimai - siyasi xadimləri təmsil edib və indi də təmsil etməkdədir, - bu insanların hamısı sözə, onun hüquqi və məntiqi çəkisinə hörmətlə yanaşıb, lakin mən nədənsə bu barədə Mehriban xanımın genlərində daha çox Mir Cəlal özəlliyini duyuram. Nəvə öz sevimli babasının genetik xüsusiyyətlərini şərəflə, məhəbbətlə yaşadır. Mehriban xanımın çıxışını dinləyəndə, yaxud məqalələrini oxuyanda Mir Cəlal üslubu, Mir Cəlal qay dası bir daha yaddaşımda canlanır. Babadan nəvəyə keçən genetik ənənə necə də təbii və səmimi görünür. Çünki bu səmimilik və bu təbiilik Mehriban xanımın üzvü ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ £0 639 03 olduğu ailələrin insanlıq fəlsəfəsinin bir nümunəsidir. Burda alman filosofu Lüdviq Feyerbaxın sözü yadıma düşür: “Əsl yazıçılar insanlığın vicdanıdır”. Mir Cəlal əsl yazıçı idi, insanlığın vicdanı idi. İnsanlığa, məhz böyük hərflə yazılan insanlığa xidmət edirdi. Xeyirxah idi, kimsədən kömək əlini, məsləhətlərini, tövsiyələrini əsirgəmirdi. Böyük kimi, ağsaqqal kimi çoxla rının onun məsləhətlərinə ehtiyacı vardı. Çoxlarına yol göstərirdi. Onun məsləhətinə qulaq asanların hamısı həyatda xeyir tapırdı. O, işləməkdən yorulmurdu. Həm ədəbiyyatçı, həm alim, həm də yazıçı idi. “Füzulinin poetik xüsusiyyətləri", “Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" adlı böyük elmi əsərlərin, Cəlil Məmmədqu luzadə və digər ədəbiyyat korifeylərimiz haqqında onlarla elmi məqalələrin, üç yüzdən artıq hekayənin, bir-birindən maraqlı roman və povestlərin müəllifi idi. Gecəli-gündüzlü zəhmətə qatlaşmasına baxmayaraq, uzun illər ailəsi ilə birlikdə darısqal mənzildə əziyyətlər çəkmişdi. 1937-ci ildə repressiyalara məruz qalan, həbs edilən ədiblərin evlərini ona təklif edəndə, o, həmin mənzillərdə yaşamaqdan qətiyyətlə imtina etmişdi. Mir Cəlal müəllim bayağı restoran məclislərini sev mirdi. Bütün övladlarının toy şənliklərini sonralar halal zəhməti ilə aldığı mənzilində keçirmişdi. Onun evinə tez- tez alimlər, yazıçılar gəlirdi. Hər adamı öz məclisinə dəvət etməzdi. Bir dəfə irihəcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdilər. Mir Cəlal bunu eşidən də dem işdi:“Gərək onun oxucusuna da əmək qəhrəmanı adı verəydilər”. Ondan soruşanda ki, nə əcəb sizə Xalq yazıçısı adı vermirlər? - cavab verirdi ki, mən antixalq deyiləm ki?.. Qırx ildən artıq işlədiyi Azərbaycan Dövlət Uni versitetində onun kafedrası qədər elmi kadr hazırlayan _____________ Reyhan Mirzəzadə ______________ so 640 ca ikinci kafedra yox idi. Heç zaman rəqibindən qorxmurdu. Rəhbərlik etdiyi kafedrada qəddar bir müəllim tələbəni imtahandan loru dildə desək, kəsmişdi. Mir Cəlal müəllim imtahan təşkil edib həmin müəllimlə bərabər tələbənin biliyini yoxlamışdı. Müəllim qiymət vermək istəməyəndə Mir Cəlal müəllim tələbəyə demişdi ki, sovet şairlərindən birinin adını desin. Tələbə Səməd Vurğunun adını çəki mişdi. Götürüb tələbəyə qiymət yazmışdı. Yaxşı tələbələrə həmişə atalıq edirdi. Onları ruh landırır, daha yaxşı çalışmağa, həyatda öz yerini tap mağa istiqamət verirdi. Yəqinki sevimli oxucularım Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bə kir Nəbiyev, Kamran Dadaşoğlu, Məsud Əlioğlu, Təhsin Mütəllibov, Xalid Əlimirzəyev, Firidun Hüseynov və başqalarının adım yaxşı xatırlayırlar. Mir Cəlal Paşayevin tələbələri olmuş bu tanınmışlar həyatda və cəmiyyətdə öz yerini məhz bu böyük insanın köməyi ilə tapmışdılar. Mir Cəlalın əsərlərini oxuyanda onun bədii dilinin sadəliyindən həmişə zövq almışam.Xalq şairi Bəxtiyar Vahabzadə həmin vaxtlar yazırdı ki.Mir Cəlal cümləni qurmamışdan əvvəl “Bu fikri, bu mətləbi xalq necə de yər?” sualını özü-özünə verib sonra yazır.Bədii əsərləri bir yana, hətta elmi-tədqiqat əsərlərində də Mir Cəlal süni kitab dilindən qaçır. Ədibin Səməd Vurğun haqqında yaz dığı bir məqaləsi belə başlayır:“Səməd Vurğun əlinə qə ləm alan gündən şairdir.O, kağız-kuğuz korlamamışdır” Mənəviyyatını və yaradıcılığını çox sevdiyim Mir Cə lal Paşayevin “İnsanlıq fəlsəfəsi” kitabım hələ yeniyetmə ikən sayını itirdiyim qədər təkrar-təkrar oxumuşdum. Ki tab, içindəki əsərlər əsl insanlığı açıb göstərən və nəcibli yi adamlara aşılayan sənət nümunəsi idi. Mir Cəlal Paşa yev bu sənət nümunəsini ustad bir zərgərliklə yaratmışdı. Sadə və təmiz bir dillə. Son dərəcə maraqlı və dəyərli ob ____ Azarbaycançılıq va vətənpərvərlik məfkurəsi so 6 41 ea razlarla. Oxuduqca, oxumaq istəyirdim. Hadisələri izlə dikcə, insanların daxili aləmlərinə baş vurduqca, həyata məhəbbətim artırdı. Mir Cəlal müəllim böyük insanlığın böyük təbliğatçısı idi. İnsanlıq fəlsəfəsinin böyük alimi idi. Bir daha anlayırdım ki, oxucu ilə səmimi ülfət yaradan M ir Cəlal Paşayev əsl söz bayraqdan idi. Sözü yerində və qədərində işlətməyin mahiyyətinə dəqiqliklə varan söz memarı idi. Düşünürdüm ki, Latın Amerikası yazıçısı Varqas Lyosa “özünü yalnız ədəbiyyatın ixtiyarına verən, bütün vaxtını, enerjisini bu işə sərf etməyi qərara alan kəslər əsl yazıçı olmağa və özünə şöhrət gətirən əsərlər yazmağa qadirdir”- deməklə heç də yanılmamışdı. Mir Cəlal Paşayev bədii yaradıcılığa 1928-ci ildən başlamışdı. İlk hekayə və oçerkləri "Qızıl Gəncə”, “Ədə biyyat cəbhəsində", “Hücum” jurnallarında və “Gənc işçi” jurnallarında dərc olunmuşdu. Bu barədə yumoru sevən yazıçı zarafatla deyirdiı'Gördüm hamı hekayə ya zır,oxuyuram. Bir gün də mən başladım yazmağa, oxu cular bəyəndilər, oldum yazıçı”. Ədibin əsərlərini sevən oxucu kimi qeyd etmək istə yirəm ki, onun yaradıcılığında yumorla lirika, realizmlə ro mantika vəhdətdədir.Məsələn.Mir Cəlal "Kəmtərovlar ailə si”, “Anket Anketov", “İclas qurusu” kimi sırf realist, yumo- rist hekayələri ilə yanaşı, “Söyüd kölgəsi”, “imtahan", “Kəhərin son günləri” kimi lirik fəlsəfi hekayələr, “Bir gən cin manifesti” kimi ciddi, lirik povest də yazmışdır. “Dirilən adam”, “Açıq kitab”, “Yaşıdlarım", “Təzə şəhər”, “Yolumuz hayanadır?” və s. kimi irihəcmli bədii əsərləri də, yazıçı nın elmi yaradıcılığı da ədəbiyyatımızın inkişafında böyük rol oynamışdır. Böyük Vətən müharibəsi illərində Azərbaycan yazı çıları tarixdə ilk dəfə olaraq müharibə ədəbiyyatı yarat mışdı.Bu barədə Səməd Vurğun yazırdı:“Aldığımız cəbhə _________________Reyhan_Mirzəzadə____________________so_642__ce'>_______________ Reyhan Mirzəzadə _________________ so 642 ce məktubları göstərir ki, döyüşçülər bizim şeirlərimizi və he kayələrimizi oxuyaraq and içib hücuma keçirlər. Aldığım bir məktubda bir döyüşçü yazır ki, Mir Cəlalın “Vətən ya raları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum". Bu bir həqiqətdir ki, Mir Cəlal Paşayevin hər bir əsəri elə bil həyatın özüdür. Elə bil biz əsər oxumuruq, həyatın bir parçasını görür, özümüzü təsvir olunan əhva latın iştirakçısı kimi hiss edirik. Onun 1941-ci ildə öz doğ ma Azərbaycan xalqı barədə qələmə aldığı “Xalqın ürək sözü” adlı məqaləsindəki fikirlər bu günün həqiqətləri ilə tamamilə üst-üstə düşür. Yazıçı yazır: “Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər... İstilaçı nə qədər güclü, nə qədər qüvvətli olur-olsun, onun ən zəif və ən xəstə bir cəhəti vardır. O da istilaçı, qəsbkar olmasıdır. O, nə qədər qəddar, nə qədər qansız, amansız olur-olsun, xalq onunla mübarizədə yeni-yeni qüvvələr tapır... Bu gün azadlığımızı, yurdumuzu, qələbələrimizi qorumaq, düşməni məhv etmək uğrunda hər bir fədakar lıq sənətə və əbədiyyətə layiqdir. Düşmən əzildikdən, Və tən təhlükədən qurtardıqdan sonra bu fədakar oğulların, qızların hər birinin adına yeni-yeni dastanlar yaradıla caqdır. Vətən qəhrəmanları haqqında mahnılar isə hə mişə xalqın ürək mahnısı olmuşdur” . Ədib 73 il bundan əvvəl yazdığı bu cümlələrini sanki həyatımızın bugünkü reallığına həsr etmişdi.Və onun ürək sözləri, qəlbinin həyəcanları ilə bu gün nəvəsi Meh riban xanım Əliyeva dünyanın ən böyük tribunalarından bəşəriyyətə səslənir. Görün Mehriban xanımın dedik ____ Azər bay cancılıq və vətənpərvərlik məfkurəsi ____ во 643 ca ləri ilə babasının yazdıqlarında nə qədər oxşar hisslər, oxşar duyğular var: “...Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalət sizliklərlə üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cina yətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsil lərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırım Memorial Kompleksi yaradılmışdır... Azərbaycanın tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü naqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl ma hiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir. Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyon dan çox qaçqının və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu müna qişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım si yasəti haqqında həqiqətlərin və faktların dünya parla mentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ar dıcıl və davamlı fəaliyyət göstərir... Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifşa etməkdir”. “Xocalıya əda lət” kampaniyasının bir çox ölkələrdə uğurla həyata keç məsinin başlıca bir səbəbi vardır. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır”. Mehriban xanımın Azərbaycan həqiqətləri barədə bütün çıxışlarında düşmənə nifrət, torpaqlarımızın işğal dan azad olunması naminə qəsbkarlara qarşı amansız _________________Reyhan_Mirzəzadə___________________sə_6_46'>_______________ Reyhan Mirzəzadə _________________ so 644 ел mübarizə çırpıntıları, eyni zamanda Vətən məhəbbəti, yurd sevgisi özünü aydın büruzə verir. Yenə Mir Cəlal dünyasına qayıtmaq istəyirəm. İn sanlıq fəlsəfəsinə. Bu insanlıq fəlsəfəsi qanla bərabər Mir Cəlal müəllimin övladlarının ruhuna keçib Bu insanlıq fəlsəfəsindən doğan insanpərvərlik, zəhmətkeşlik, qayğı keşlik bu gün onun övladlarının, başda Mehriban xanım olmaqla, nəvələrinin, nəticələrinin daxili aləmində yaşayır. Sədaqət rəmzi kimi yaşayır. Bir məqalədə oxumuşdum ki, Mir Cəlal müəllim yaxşı adamlar irəli çəkiləndə, onlara ad, mükafat veriləndə deyərmiş:'Anasının südü kimi halaldır ”. Onun yolu ilə gedənlərə, onun qoyduğu ənənələrə sadiq qalanların hamısına anasının südü halal olsun! O, qız-qadınlara çox hörmətlə yanaşırmış, Azərbay can qızlarının daim maariflənməsinə, təhsilli olmalarına, xalqın ictimai-siyasi həyatında fəallıq göstərmələrinə ça lışırmış. Dərs dediyi universitetdə tələbə qızların güman yeri imiş. Dilçi-alim Raifə Həsənovanı başa salırmış ki, sən bu qızların yolunu kəsmə, onlara əziyyət vermə! Azərbaycanlı qızı gəlib oxuyur, savadını artırır, yüksəlir. Onlara yol açmaq lazımdır! Mehriban xanım Azərbaycan qadınına münasibətdə babasının ruhunu nə qədər şad edir. Qadınların vəzifələ rə çəkilmələrinə, idarəçilkdə, Parlamentdə, məhkəmə sis temində daha çox təmsil olunmalarına, siyasət aləmində daha fəal çalışmalarına imkanlar yaradır. Onlara istiqa mət verir. Qadınları, nəinki Azərbaycan qadınlarını, dün yanın bütün qadınlarını, analarını, onların hüquqlarını da im müdafiə edir: “Milyonlarla qadının fundamental azadlığı hər gün- hətta III minillikdə də pozulur. Ayrı - seçkilik dünyanın çox yerlərində - həm Şərqdə, həm də Qərbdə müxtəlif form a larda mövcuddur... Bizi narahat edən digər problem Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 645 ОЯ məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azər baycan da istisna deyildir... Ənənələrimiz və mentalite timizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənə lərində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Azərbaycanlılar üçün Ana müqəddəs simadır. Əgər müa sir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən onun ətrafında olan kişilər müəyyən edirsə, bilmək lazım dır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar...” Mehriban xanım Əliyeva uşaqlıq illərini yada salar kən qeyd edirki, ailədə bizə dəqiq və düzgün həyat yolu nu göstərirdilər. Yaşlı həyatımızın bütün təməli məhz o vaxt, uşaqlıq dövründə, bu ailə mühitində qoyulmuşdu. Bütün bunlar bizim ailənin yaşlı nəslinin çox böyük xidmətidir... Doğrudur. Babalarının, nənələrinin nəsihət və və siyyətləri Mehriban xanımın həyatının müqəddəs ama lıdır. Bu amal naminə yaşamaq və yaratmaq onu yalnız haqq-ədalət yolu ilə zirvələrə ucaldır. O, ailə ənənələrini bir an belə unutmur, Mır Cəlal bütövlüyünü hər kəsə aşılayır. YUNESCO tərəfindən keçirilən Mir Cəlal Paşa yevin 100 illik yubilyində həmin təşkilatın xoşməramlı səfiri kimi çıxış edən Mehriban xanım deyir: “Görkəmli müəllim və maarifçi kimi Mir Cəlal Paşa yev vurğulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədə niyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir. Bu şəxsiyyətin çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı iste dadını, alimin intellektual səviyyəsini və müəllim həssaslı ğını cəmləşdirirdi.., Bu gün mən onun ailə üzvü, nəvəsi kimi həmin böyük insanı burada, belə bir nüfuzlu təşkilat da təmsil etməkdən böyük şərəf hissi duyuram... Son də _______________ Reyhan Mirzəzadə _________________ sə 6 46 ca rəcə təvazökar insan olan Mir Cəlal heç vaxt şöhrət və fəxri adlar haqqında düşünmürdü. O, tez-tez təkrarlayırdı: “Mənim yazılarım və tələbələrim var. Bu, mənim üçün kifayətdir!”. Bu gün isə biz əlavə edə bilərik: O, Azərbay can xalqının böyük hörmətini qazanmışdır və onun əbədi xatirəsindədir”. Mir Cəlal müəllimin daxili saflığı, əqidəsinin təmizliyi, mənəviyyatının zənginliyi övladlarının hamısında əksini tapmışdır. Müsahibələrinin birində Mehriban xanıma sual verirlər ki, insanlarda hansı keyfiyyətlərə qiymət verir siniz? Mehriban xanım cavab verir:“Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifa dədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat qu ruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək bəzən onun mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin bahasına olursa-olsun, nail olmaq istəyi insanları tanın maz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür, il lər ötdükcə, mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz saydığım şeylərə görə başqalarını da bağışlaya bilmərəm. Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, sə mimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət hə mişə sevinc gətirir... ...Onun doğum günü yaxınlaşır. Bu gün ən əziz adamları - Aida xanım Imanquliyeva, Mir Cəlal Paşayev, Nəsir imanquliyev kimi sevimliləri cismən yanında olma salar da, qəlbən, ruhən onunla bərabərdirlər. Soyadını sevə-sevə, sədaqətlə daşıdığı, ikinci əvəzsiz həyat mək təbi olan Əliyevlər ocağının hər bir üzvü onunla birlikdə dirlər, istəkli qayınatası,Ulu öndərimiz Heydər Əliyev, ana sı qədər sevdiyi qayınanası Zərifə xanım Əliyeva həmişə ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 6 47 caa ona xeyir-duaçıdır. Bütün xalqımız, elimiz-obamız ona xe- yir-duaçıdır. Dünya şöhrətli Vilyam Şekspir şeirlərinin birində bütün analara üz tutub deyirdi: Versən öz ömrünü övladına sən, Onun varlığında ömür eyləyərsən. Bu gün əziz Aida xanım İmanquliyeva Mehriban xa nım kimi, Nərgiz xanım kimi övladlarının varlığında ömür eyləyir. Onların hər bir uğuruna sevinir, ruhu şad olur. Onlarla qürur duyur, fəxr edir. Atalar məsəlidir, qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır. Nərgiz xanım Mehriban xanıma sədaqətli bacı ol maqla bərabər, həm də dost olan qardaşdır. Görkəmli alim, insanpərvər ziyalı, humanist şəxsiyyət olaraq atası Mir Cəlal Paşayev kimi böyük nüfuz sahibi olan və onun vəsiyyətlərinə sadiq olub arzularını, irsini yaşadan Arif Paşayev ailədə ağsaqqal kimi yeri seçilən və seviləndir. Dünyada heç bir ev ağsaqqalsız olmasın! Leyla, Arzu, Heydər, Mikayıl, Əli, Aydın Mehriban xanımın taleyinin ul duzlarıdır. Qoy bu ulduzlar onun taleyini daim rövnəqləndirsin! Qoy İlham Əliyev və Mehriban Əliyeva cütlüyü da im könülləri şad etsin! Qoy bu cütlüyün, bu bərabərliyin səadəti hər zaman, hər an Anamız Azərbaycana xoş günlər, xoşbəxt gələcək nəsib etsin! ________________ Reyhan Mirzəzadə Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling