Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ______________ __ so 650
- _______________ Reyhan Mirzdzadd ________________ so 652 ся
- Azərbavcançılıq və vətənpərvərlik məfkurəsi SO 653
- _______________ Reyhan Mirzəzadə ______________ _ ю 654 oa
- _______________ Reyhan Mirzəzadə ________________ в o 656 ся
- _______________ Reyhan Mirzdzadd _______________ so 658 caa
_________________ "Azad Azərbaycan” qəzeti, 24 avqust 2015-ci il BD 648 G8 “AZƏRBAYCANI MÜASİR D Ö VLƏ T KİMİ GÖRM ƏK İSTƏYİRƏM ” İ l h a m Ə l i y e v : “ M ə n i b u y o ld a n h e ç k im v ə h e ç n ə d ö n d ə r ə b ilm ə z ! ” Onun 50 yaşı tamam olur. Sevimli, hörmətli ölkə başçımız, möhtərəm Prezidentimiz İlham Əliyevin. Onun şərəfli həyatının, fəaliyyətinin müxtəlif məqamlarına Əli yevlər ailəsinin üzvləri haqqında yazdığım əvvəlki məqa lələrimdə də imkan daxilində toxunmuşam. Lakin indi başqa bir ruh, başqa bir xürrəm duyğu məni bir daha həzin xatirələri ehtiramla yada salmağa sövq edir. Çünki onun 50 yaşı tamam olur. Əlbəttə, kəmiyyət baxımından bu 50 il o qədər də böyük rəqəm deyil. Lakin ölkəyə rəhbər seçilən andan indiyə qədərki bu qısa zamanda o, gördüyü irimiqyaslı və ağılasığmaz işlərlə bir çox yaşlı Prezident, Kral və İmperatorları üstələdi. Azərbaycan iqtisadiyyatının heyrətamiz inkişafı sayəsində ölkəmizin zahiri görünüşünün parlaq və hər cür dünya rəqabətinə hazır olan müasir mənzərəsi ilə xalqımızın köhnə dostları və yeni qonaqlarını təəccübləndirməyi davam etdirdi. Çünki o, zəhməti, zəkası, azərbaycançılıq və vətən pərvərlik məfkurəsi ilə dünyanüfuzlu bəşəri bir dövlət xadimi - Heydər Əliyev ailəsinin və siyasətinin övladıdır. İlham Heydər oğlu təkrarolunmaz, qüdrətli məktəb lər keçib:həyat və dövlətçilik məktəbləri.Bu məktəblər onu sınaq dolu ömür yollarında çox yetkinləşdirib, çox mətin- ləşdirib.O, saniyəbəsaniyə, anbaan, saatbasaat, günbə gün müdrikləşib. Mədəniyyət, siyasət və iqtisadiyyatın vəhdətini təşkil edən dövlətçilik zirvələrinə ucalıb. Zəngin azərbaycançılıq irsi doğrudan da etibarlı, çalışqan, qədir bilən və uzaqgörən bir varisə - Əziz Əliyev, Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi şöhrətli dövlət və elm xadim- so 649 ca Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ lərinın genlərini daşıyan, onların vəsiyyətlərinə və tutduğu müqəddəs yola sadiq qalan, idarəçiliyə və liderliyə hər tərəfli hazır olan şəxsiyyətə təhvil verilib. Yada salaq ki, 2003-cü ilin seçkilərində artıq xalqımızın etimadını neçə illər öncə qazanmış İlham Əliyev səs çoxluğu ilə Prezident seçildikdən sonra jurna listlərə ilk müsahibəsi zamanı “Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin?” sualına cavab verib demişdir: “Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azər baycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl bir binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaq. Amma mən bu çətinliklərə hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda du ran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. De mişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”. İlham Əliyev xalqımız üçün həqiqətən yaxşı Pre zident oldu, olmaqda davam edir və ürəkdən inanırıq ki, olmaqda da davam edəcək. Ən qüdrətli faktlara rəğmən, sadə bir misal çəkəcəyəm. Tanınmış yaxın ziyalı, əvvəllər dəfələrlə Yevlax ra yonunda olmuş xanımlardan biri yayda bu rayona mö təbər tədbirə getmişdi. Bir neçə saatdan sonra onun tele fonda həyəcanlı səsi məni diksindirdi^Canım, mən göz lərimə heç cür inana bilmirəm, çaşıb qalmışam! Mən doğ- rudanmı Yevlaxdayam? Bura sanki Fransanın füsunkar əyalətlərindən biridir. Bu qədər dəyişiklikmi olar? Hər yan necə də müasir, necə də gözəldir! Mən elə bilirdim təkcə _______________ Reyhan Mirzəzadə ______________ __ so 650 <» Bakı çiçəklənib. Rayonlarımız gülüstan imiş ki. Halal olsun bizim İlhama!” Məşhur xanımın bu sözləri ürəyimi riqqətə gətirdi. O, Bakının da çiçəklənməsini qeyd etməkdə haqlı idi. Çünki Prezidentimizin paytaxtımıza olan məhəbbəti onun hər addımında özünü büruzə verir. Bu barədə ölkə başçımızın ömür-gün yoldaşı, Hey dər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO - nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva danışır: “Bakı orijinallığı və bənzərsizliyi ilə fərqlənir. Onun bugünkü görünüşü isə böyük peşəkar komandanın əmə yinin nəticəsidir. Bakıda baş verən dəyişikliklərin təşəb büsçüsü Azərbaycan Prezidentidir. Mənə elə gəlir ki, İl ham kimi Bakıya olduqca vurğun olan insan tapmaq çətin məsələdir, iş rejiminin olduqca gərgin olmasına baxmaya raq, o, Bakıdakı dəyişikliklərdə iştirak etməyə vaxt tapır. Bakı həmişə gözəl şəhər olub, özündə qədimliyi və müa sirliyi təcəssüm etdirib. Lakin bu gün gördüyümüz yeni liklər bakılıların iftixar mənbəyidir” . Mehriban xanımın bu kəlmələri kövrək xatirələri yada salaraq məni yaxın keçmişə “qanadlandırır”. İlk öncə ehtiram dolu duyğularla səmimi, qayğıkeş, alicənab, həs sas, gülərüz, göyçəkçöhrəli bir ananı xatırlayıram. Gözəl şəxsiyyət və böyük alim olan Zərifə Ananı. Balalarının tər biyəsində və hərtərəfli inkişafında onun çox böyük rolu olub, isti nəfəsi və xoş nəvazişi ilə onları daim isindirib. Nailiyyətləri ilə qürur duyub. Lakin çox təəssüflər olsun ki... ö m ü r vəfa etmədi!..Çox, çox təəssüf!.. övladlarının intellektual səviyyəsinə, mənəviyyatına, təfəkkürünə bəxş etdiyi mükəmməl töhfələri sonralar həmkar rəfiqələri öz yazılarında əbədi yaddaşlara həkk etdi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ SO 65/ G8 Helmqolts adına Moskva Elmi - Tədqiqat Göz Xəs təlikləri institutunun direktoru K.Trutneva yazırdı: “Mən xobəxtəm ki, uzun müddət Zərifə Əziz qızı ilə işgüzar, habelə ailəvi dostluq şəraitində görüşmək səa dəti mənə nəsib olub. Mənim mərhum ərim ivan ivanoviç Şerbatov Əliyevlər ailəsi ilə məndən qabaq tanış olmuş du, ilk dəfə ondan Zərifə xanımın, Heydər Əliyevin, övlad ları-ilham və Sevilin haqqında səmimi sözlər eşitmişəm". Professor O.Dobromislova ailənin qonağı olarkən gördüklərini qələmə alır:“... Artıq gec idi və şam yeməyin dən sonra getməyə hazırlaşırdıq. Bu zaman Zərifə xa nımın əri işdən qayıtdı. Hündürboylu, şuxqamətli bir kişi iti addımlarla otağa daxil oldu. Sifətindən yorğun olduğu se zilirdi,Biz çıxıb getməyə tələsdik. Zərifə xanım isə üzündə təbəssüm ərini qarşılayırdı. Zərifə xanım ona yaxınlaşıb, barmaqlarının ucunda qalxaraq, - belə ki, əri ondan xeyli hündür idi, -ərini öp dükdən sonra astadan nəsə pıçıldadı. Görünür, evdəki qonaqların kim olduğunu xəbər verirdi. Ev sahibi ədəb-ər kanla salamlaşdıqdan sonra təkidlə bir qədər ayaq saxla mağı və birlikdə çay içməyi təklif etdi. Ailənin bütün üzv ləri masa ətrafına toplaşdı və ev sahibəsinin sanki bir diri jor kimi ailədə necə böyük rol oynadığı üzə çıxdı. Zərifə xanım ailədə xüsusi mehribançılıq əhval-ruhiyyəsi yara dır, sanki ailənin yeni üzvləri arasına səmimilik körpüsü salırdı. Bu ailədə əsl səmimiyyətin hökm sürdüyünə ikinci gəlişimdə bir daha yəqinlik hasil etdim. Hələlik isə ev sa hibi ilə birlikdə armudu stəkanda Azərbaycan çayı içirdik... Onların övladları xüsusi ilə xoş təsir bağışladılar. Belə ki, Sevil xanım da, İlham da özünü sərbəst aparır, artıq boya-başa çatsalar da, dərin hörmətlə analarının üzünə baxırdılar. Bizim söhbətlərimiz onların maraq _________________Reyhan_Mirzdzadd___________________so_652_ся'>_______________ Reyhan Mirzdzadd ________________ so 652 ся dairəsindən kənarda olsa da, onlar özlərini əsl tərbiyə almış övlad kimi aparır, söhbətə yerli-yersiz qarışmır, eyni zamanda diqqətlə qulaq asır, lazım gəldikdə isə verilən sualları cavablandırmaqla kifayətlənirdilər”. Ülvi ana sevgisini həmişə ürəyində yaşadan İlham Əliyevin 1995-ci ildə “Günay” qəzetinə verdiyi müsahibə də həssas duyğularla Zərifə xanımı yad edən həsrətli mə qamları qeyd edirəm. M ü xb ir: - Dediniz ki, məktəbə altı yaşında getmisiniz. O vaxt Sizi məktəbə kim apardı, kim Sizi geyindirdi və əlinizdən tutdu? ilham Əliyev: - Anam. Müxbir: - Zərifə xanım yadınızda necə qalıb? İlham Əliyev: - Ən əziz adam kimi qalıb. O, rəhmətə gedəndən sonra mənim, bütün ailənin həyatı bütövlükdə dəyişib. Yəni mən daha o vaxtlar güldüyüm kimi gülə bilmirəm. Onun vəfatından 10 ildən artıq vaxt keçsə də, həyatımda könülaçan bir hadisə baş verəndə, fikirləşirəm ki, kaş, o da bunu görəydi... İlham Əliyev sevimli Zərifə xanımı başqa bir mü sahibəsində də sonsuz məhəbbətlə yada salır: “Anamın həyat fəlsəfəsinin köklərini hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O, tez-tez bizə deyirdi ki, uşaqlıq insanın özünüdərketməsində fövqəladə dərəcədə vacib dövrdür və heç bir şey uşaqlıq mərhələsini əvəz edə bilməz. Uşaqlıq insanın bütün həyatı boyu müraciət etdiyi aləmdir. İnsan xeyirxahlığın və canıyananlığın nə demək olduğunu uşaqlıqda dərk edir. Azərbavcançılıq və vətənpərvərlik məfkurəsi SO 653 0 5 “Xoşbəxlik odur ki, səni anlasınlar”- bu ifadə hər bir uşağın xoşbəxliyi üçün onun müddəası idi. Bu mənada o, çox xoşbəxt uşaq olmuşdur, uşaqlıq onun yaddaşında məhəbbətlə dolu bir atmosfer kimi, ən əziz xatirələrin mənbəyi kimi qalmışdır... Anam həqiqi elm adamı idi. O, təbabətin bütün incəliklərinə vaqif olmağa çalışırdı. Həm də bu zaman mənimlə və qızı Sevillə məşğul olmağa, bizi Azərbay canın layiqli vətəndaşları kimi böyütməyə macal tapırdı. O, həmişə mənim qəlbimdədir". Anasının xeyirxah ruhu onu həmişə hifz edir, yol larına nur çiləyir, xalqını və dövlətini xoşbəxt gələcəklərə aparmaqda ona xeyir-dua verir. Allah Zərifə xanıma qəni- qəni rəhmət eləsin! Onu qarşıda zəhmət və işgüzarlıq dolu yeni həyat, vərəqləri Azərbaycanımızın şanlı səhifələri kimi çevrilən əzəmətli tarix gözləyirdi. Çətin və şərəfli Prezidentlik yol larında ilk addımlarını atan cənab İlham Əliyev, 2004-cü ildə “La Politique Internationale" jurnalına verdiyi müsa hibədə əslində tək bir jurnalisti deyil, milyonları düşün dürən suala peşəkarcasına cavab verdi. Müxbir: - Beləliklə, Azərbaycan hansı istiqamətdə gedəcək: Birləşmiş Ştatlar, Avropa, yoxsa Asiya? İlham Əliyev: -Bizim xarici siyasət yalnız Azərbaycanın maraqları və onun tarixi əlaqələri əsasında müəyyən edilir. Ümu miyyətlə, biz əməkdaşlıq və dostluğa üstünlük veririk. Kimlər ki, hər yerdə qarşıdurma üçün yer axtarırlar, onlar bunu burada yox, digər yerdə axtarsınlar. Misal üçün, bizim həm İranla, həm də Birləşmiş Ştatlar ilə müna sibətlərimiz var. Bunlar o iki ölkədir ki, əgər belə demək olarsa, aralarında heç də yaxşı münasibətlər yoxdur. _______________ Reyhan Mirzəzadə ______________ _ ю 654 oa Bizim Gürcüstanla tarixi münasibətimiz var. İranla - mən bunu təkrar edirəm - qədim tariximiz var, orada çoxlu azərbaycanlı yaşayır. Rusiya ilə çoxdankı münasibət lərimiz mövcuddur. Biz elə bir alternativ qarşısında deyilik ki, kiminlə əməkdaşlıq etməliyik? Biz, sadəcə öz mövqe yimizi müdafiə edirik, vəssalam. Rusiyaya münasibətindəki özəllikləri məqam düş dükcə sədaqətlə qeyd edən möhtərəm İlham Əliyev deyir:“Mənim həyatım Moskva ilə bağlı olmuşdur - 15 il orada oxumuş, işləmişəm. O illər pis illər deyildi, məhz gənclik, formalaşma illəri idi. Ona görə də Rusiyada baş verən hadisələr təbii ki, qonşu dövlətin Prezidenti kimi, habelə şəxsi nöqteyi-nəzərdən mənim üçün əhəmiy- yətlidir.Mən Rusiyanın uğurlarına sevinirəm. Sevinirəm ki, Rusiya yenidən dünya miqyasında sanballı dövlətə çevrilir". Sanballı ölkələrə çevrilən məmləkətlərdən biri kimi Azərbaycanın da aparılan uğurlu iqtisadi və sosial siyasəti nəticəsində maddi imkanları xeyli artdı, iqtisa diyyatımız liberallaşdırıldı. Bunu etmək üçün müxtəlif qərarlar qəbul edildi, proqramlar indi də icra olunmaq dadır. İstər ölkə daxilində, istərsə də beynəlxalq maliyyə qurumları ilə aparılan islahatlar respublikamızın iqtisadi potensialını gücləndirdi. Dövlət Neft Fondunda toplanmış neft gəlirlərinin bir qisminin Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Oğuz-Qəbələ- Bakı su kəməri kimi böyük perspektiv vəd edən layihə lərin maliyyələşdirilməsinə nail olundu. Neftdən gələn gəlirlər eyni zamanda Azərbaycanda insan potensialının dünya inkişaf proseslərinə inteqrasiya edilməsinə, yüksək keyfiyyətli təhsillə təmin olunmasına xərclənərək, “qara qızıl" “intellektual qızıl” a çevrildi. Bu məqsədlə “2007-2015- ci illərdə Azərbaycan gənclərinin ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 655 ca xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edildi və beş min nəfər gəncin xaricdə təhsil alması üçün şərait yaradıldı. Dünyanın aparıcı maliyyə təsisatı olan Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etdi ki, bu, ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi kursa verilən çox yüksək qiymət idi. “Nezavisimaya Qazeta”nın müxbiri Viktoriya Panfilo va müsahibəsi zamanı möhtərəm İlham Əliyevdən əldə olunan nailiyyətlər, xüsusilə təhsillə bağlı soruşur: “Növ bəti sualım qeyri-adi olacaq. Sizin fikrinizcə, insanlar və xalqlar arasında sülhün bərqərar olunması üçün nə lazımdır? Dünyada əmin-amanlığı təmin etmək üçün han sı sirri bilmək lazımdır? Bunun üçün siz nəyi seçərdiniz: məhəbbəti, təhsili, yoxsa tanışlığı?" İlham Əliyev cavab verir: “Şübhəsiz, bunların hamısı vacibdir. Lakin bu sualı daha sistemləşdirilmiş formada vermək lazımdır. Məncə, təhsili mən birinci vacib element kimi hesab edərdim. Çünki təhsil olmadan, savadlı nəsil olmadan, heç bir nailiyyət əldə etmək mümkün deyil. Hazırda biz ölkəmizdə bir sıra təhsil proqramlarını sürətlə həyata keçiririk. Çünki indi ölkəmizdə böyüyən gənclər tamamilə başqa mühitdə formalaşırlar. Yəni mənim həmyaşıd- larımla müqayisədə, indiki vəziyyət tamamilə fərqlidir. Misal üçün mən Sovet İttifaqında təhsil almışam. Yaxşı təhsil idi, lakin mənim elə imkanım olmayıb ki, gedim Avropanın və ya Amerikanın təhsil ocaqlarında təhsilimi davam etdirim. O vaxt bu mümkün deyildi. Hər şey qada ğan idi. Əksinə, indi gənc nəsil tam azaddır. Müstəqil ölkədə yaşayır. Gənclər asanlıqla istədiyi fakültəni və yaxud istədiyi təhsil ölkəsini seçir. Onlar özləri yaşayış yerlərini müəyyən edirlər. Zənnimcə, bu, üstün cəhətdir _______________ Reyhan Mirzəzadə ________________ в o 656 ся və xoşbəxtlikdir. Bəlkə də gənc nəsil özü bunu anlamır. Ona görə anlamır ki, heç vaxt totalitar rejimdə yaşa mayıblar. Yeni gənc nəsil azad bir ölkədə, bazar iqtisa diyyatı şəraitində böyüyür. Buna görə də təhsil məsələsi öncül xarakter daşımalıdır. Əgər tarixdə ən böyük nailiyyətləri əldə etmiş ölkələrə nəzər salsaq görərik ki, həmin ölkələrdə təhsilin inkişafına böyük diqqət yetirilirdi. Biz də istəyirik ki, bu istiqamətdə atdığımız addımları davam etdirək və bu modeldən istifadə edək". Prezident İlham Əliyevin dəstəyi ilə xarici ölkə lərdəki Azərbaycan diasporunun təşkilatlanması, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, eləcə də türk diaspor təşkilatları ilə birgə, əlaqələndirilmiş fəaliyyəti təşkil olundu və onların lobbiçilik imkanları genişləndirildi. Lakin qeyd olunan uğurlarla bərabər, həlli nin zamana ehtiyacı olan məsələlər də mövcuddur. Mə sələn, ölkəmizin Avropa Birliyinə daxil olması ilə bağlı ölkə başçısının dediyi kimi: “Biz bu məsələdə realist olmalıyıq. Bu gün Azərbaycanın reallıqları var ki, onlar Avropa Birliyinin tələblərinə cavab vermir. Lakin bütün bi zim siyasətimiz Avropaya tam inteqrasiya olunmaq məq sədi daşıyır. Biz Avropa ilə daha sıx əlaqələr qurmaq istə yirik. Təbii ki, bir neçə il keçdikdən sonra bəlkə bizim üçün də belə bir imkan yaranacaq və bu məsələni nə zərdən keçirəcəyik. Azərbaycan da öz növbəsində Av ropa Birliyinə və ümumiyyətlə Avropaya öz töhfəsini verə bilər, ölkəm izin zəngin tarixində bir çox mühüm faktlar mövcuddur. Bizim böyük potensialımız var. Məhz buna görə də biz həqiqətən istəyirik ki, Azərbaycan ilə Avropa Birliyi arasında daha geniş əməkdaşlıq aparaq. Bu əməkdaşlıq eyni zamanda bizim Avropa ölkələri ilə olan sıx münasibətlərimizə arxalanır”. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 657 ся Cənab İlham Əliyev çoxlarını düşündürən bir mə sələyə - Azərbaycanın NATO-ya qoşulması işinə aydınlıq gətirərək deyir:“NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramından başlamış “Fərdi tərəfdaşlığa dair fəaliyyət plam”na qədər çox illərdir ki, əməkdaşlıq edirik. Biz bu qurumun müxtəlif proqramlarında iştirak edirik. Ümid edirik ki, bu tərəfdaşlıq və əməkdaşlıq davam edəcəkdir. Lakin bu və ya digər beynəlxalq təşkilatda iştirak qarşılıqlı surətdə razılaşdırılmalıdır. Bu gün həm NATO, həm də bizim üçün aydındır ki, ölkəmiz buna hazır deyildir. Buna görə də biz tərəfdaşlar kimi çalışmaqda davam etməliyik. Azərbaycan NATO tərəfindən dünyanın müxtəlif yerlə rində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və biz etibarlı tərəfdaşıq. Bu tərəfdaşlıq və əməkdaş lığın sonunun nə olacağını zaman göstərəcəkdir. Mən hər şeyi qabaqcadan demək və ya bu gün real olmayan bir hədəfi qarşıya qoymaq istəməzdim”. Azərbaycanın işğal olunmuş torpaqlarının, qaçqın və köçkünlərinin taleyi Prezident İlham Əliyevin qarşısın da bir nömrəli məsələdir. Respublika rəhbəri bu barədə qətiyyətlə bildirir: “Ermənilər Dağlıq Qarbağ üçün müstəqillik istəyirlər. Bu, mümkün deyildir. Azərbaycan bunu heç vaxt qəbul etməyəcəkdir. Biz onlara öz hüdudlarımız çərçivəsində muxtariyyət verə bilərik... Biz danışıqları 15-30 ilə qədər davam etdirə bilmərik. Yəni biz baxacağıq, əgər danışıq lar bir fayda verməsə, Ermənistan bizim torpaqlarımızı azad etməsə, onda Azərbaycan müxtəlif variantları nə zərdən keçirə bilər”. “Mən bütün Azərbaycan xalqının, hər bir Azər baycan vətəndaşının Prezidentiyəm.Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" -deyən cənab İlham _______________ Reyhan Mirzdzadd _______________ so 658 caa Əliyev, eyni zamanda vəzifəli adamlar, məmurlar qarşı sında da ciddi tələblər qoyur: “Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi ilə, zəhməti ilə ümumi işimizə öz töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin”. ... Onun 50 yaşı tamam olur. Uşaqlıqda general ol maq istəyirdi. Amma olmadı. Tanrı öz humanist hökmünü diqtə etdi: O, ölkəsinin Silahlı Qüvvələinin Ali Baş Ko mandanı oldu. Uşaqlıq arzusu yalnız yaddaşının səhifələ rində qaldı: “Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda, mənim altı yaşım vardı. Əlbəttə, hərbi forma, general poqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir. Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, hamımız özümüzü sərkə- dələr kimi təsəvvür edirdik Mənə gəldikdə isə, hər gün generalı evimizdə görürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olma ğa çalışıram”. Atasının yolunu ləyaqətlə davam etdirən 50 yaşlı Prezidentimizin bu sözləri isə hər bir vətənpərvər Azər baycan vətəndaşı qarşısında bir şüara çevrilib: “Bir daha demək istəyirəm ki, mənim dünyagörüşüm belədir, mənim fəlsəfəm belədir: ____ Azərbaycançılıq və vdtənparvərlik mafkurdsi ____ Mən Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm. Zəngin, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən azad, müasir, dünyaya açıq, əməkdaşlığa Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling