Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet52/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   47   48   49   50   51   52   53   54   55

________________
Reyhan Mirzəzadə__
_______________
ю  
626 сл
çevrilən  məsələdən  də  həyəcanla  danışır:  (2006-cı  il)  “Bu 
gün 
Azərbaycanın 
ən 
böyük, 
ən 
ağrılı 
problemi 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həllidir.  Min  il  öncə olduğu  kimi,  bu  gün  də  hər bir millətin 
qarşılaşa  biləcəyi  ən  böyük  haqsızlıq,  ən  böyük  faciə 
təcavüz və torpağının  işğalıdır.  Azərbaycan  xalqı  artıq  17 
ildir  ki,  belə  bir  haqsızlıqla  üzləşmişdir.  Ermənistanın 
hərbi  təcavüzü  nəticəsində  torpaqlarımızın  20  faizi  işğal 
altındadır.  20  mindən  artıq  insan  həlak  olmuş,  50  mindən 
çox  adam  yaralanmış  və  əlil  olmuşdur.  Bir  milyondan  ar­
tıq  insan  10  ildən  çoxdur  ki,  öz  doğma  torpağından  di­
dərgin  düşərək,  qaçqın  və  məcburi  köçkün  vəziyyətində 
yaşayır.  Azərbaycanlılar ermənilər tərəfindən  soyqırımına 
və  etnik  təmizləmə  siyasətinə  məruz  qalmışlar.  Bir  mil­
yondan  çox  soydaşımızın  insan  hüquqları  tapdanmışdır. 
Bütün  bəşəriyyətə  qarşı  tarixi  bir  cinayət  olan  Xocalı 
soyqırımı  Azərbaycanın  XX  əsr  tarixinin  ən  ağır  fa­
ciəsidir”.
Azərbaycanın  Birinci  xanımı  işğal  olunmuş  əra­
zilərdə  qalan  abidələrimizin  taleyini  də  əsla  unutmur 
(2005-ci 
il):“YUNESKO 
xətti 
ilə 
keçirilən 
tədbirlər 
çərçivəsində  mənim  bu  məsələyə toxunmadığım  bir dənə 
də 
olsun 
çıxışımı 
yada 
salmaq 
çətindir. 
Bütün 
mədəniyyət  abidələrini  sadalamaq,  onların  hamısının 
adını  çəkmək  qeyri-mümkündür.  Bu  böyük  bir  siyahıdır  - 
münaqişə  zonasında  qalmış  və  talan  olunmuş,  məhv 
edilmiş  muzeylər,  arxeoloji,  təbii  abidələr.  Erməni  təca­
vüzkarlarının  Azərbaycan  torpaqlarının  zəbt  etdiyi  beşdə 
bir  hissəsində  Azərbaycan  mədəniyyətinin  korifeyləri 
Üzeyir  Hacıbəyovun,  Bülbülün  ev-muzeyinin,  Xocalı-Gə­
dəbəy və  digər Azərbaycan  mədəniyyətinə  aid  abidələrin, 
Azıx  mağarasının  və  s.  abidələrin  qaldığını  qeyd  etmək 
kifayətdir.  Lakin  abidələr  məsələsinə  münaqişənin  həlli
_____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю  
627 
ca

məsələsinin  hüdudundan  kənarda  baxıla  bilməz.  Bilirsiniz 
ki,  bu  münaqişə  artıq  17  ildir davam  edən  böyükmiqyaslı 
humanitar fəlakətə gətirib çıxarıb.  Qeyd etmək istərdim  ki, 
YUNESKO  siyasi  təşkilat,  xüsusən  də  böhran  vəziyyə­
tində  olan  konkret  abidələrin  taleyi  ilə  məşğul  ola  bilən 
təşkilat  deyil.  YUNESKO-nun  vəzifələri  bir  qədər  başqa­
dır,  belə  fikirləşirəm  ki,  bu  beynəlxalq  təşkilatın  fəaliyyəti 
artıq  münaqişə sonrası  dövrdə xeyirli  ola  bilər”.
Mehriban  xanım  bu  barədə  digər  müsahibəsində 
bildirir:“Həm  YUNESKO,  həm  də  İSESKO  qeyri-siyasi  tə ­
sisatlardır.  Ona  görə  də  mənim  hər  iki  təşkilatda  fəaliy­
yətimin  əsas  tərkib  hissəsi  humanitar  layihələrdir.  Bu  fəa­
liyyət  mənim  ölkə daxilində görməyə  çalışdığım  işlərə  çox 
yaxındır.  Eyni  zamanda  bu,  beynəlxalq  arenadır  və  mən 
orada  öz  ölkəmi  təmsil  edə  bilərəm.  Bu,  müasir  Azər­
baycanı,  onun  çox  dərin  tarixi  və  mədəni  köklərə  malik 
olan  xalqını  göstərmək,  bizim  incəsənətin,  musiqinin, 
ədəbiyyatın  nailiyyətlərini  bütün  dünyaya  çatdırmaq 
imkanıdır”.
Azərbaycanın tanınmış siyasi xadimi və ədibi  N.  Nə­
rimanov  vaxtı  ilə  yazırdı  ki,  tarixə  nəzər  salsanız,  yəni 
millətlərin  barəsində  oxusanız,  yəqin  edərsiniz  ki,  heç  bir 
millət  qılınc  və  tüfənglə  qabağa  getməyibdir.  Hansı  millət 
ki,  qabağa  gedib  tərəqqi  edibdir,  ancaq  elmin  gücünə 
xoşbəxt olubdur.
Bu  məntiqli  fikri  sanki  öz  sözləri  ilə  təsdiq  edən  və 
əsaslandıran  Mehriban  xanım  deyir:  “Azərbaycanda  sax­
lanılan  tibbə  dair  üç  nadir  əlyazma  2005-ci  ilin  iyulunda 
YUNESKO-nun  Dünya  Yaddaşı  Proqramının  Beynəlxalq 
registrinə  daxil  edilmişdir.  Mən  fərəh  hissi  ilə  qeyd  etmək 
istərdim  ki,  Dünya  Yaddaşı  Proqramına  yalnız  ayrı-ayrı 
dövlətlər  və  xalqlar  üçün  deyil,  ümumilikdə  bəşəriyyət 
üçün  əhəmiyyət  daşıyan  yazılı  abidələr  daxil  edilir və  cə­
_____ __________
Reyhan Mirzdzadə
_________________
628
 oa
mi  120  nadir əlyazmanın  daxil edildiyi bu  proqramda artıq 
Azərbaycana  məxsus  üç  əlyazma  da  var...  Tibb  elminə 
aid  olan  üç  nadir  əlyazmamıza  YUNESKO  tərəfindən  bu 
cür  yüksək  qiymət  verilməsi,  onların  qədim  yazılı  abidə 
olması  ilə  yanaşı,  həm  də  orta  əsrlərdə  Azərbaycanda 
tibb  elminin  yüksək  inkişaf  səviyyəsinə  çatmasının  gös­
təricisidir”.
2007-ci  ildə  BMT-nin  Cenevrədəki  bölməsinin 
iqamətgahında  “Azərbaycan  otağı"nın  açılışı  zamanı 
xanım  Əliyeva  bildirmişdir  ki,  bu  otağı  yaratmaqla  biz 
Vətənimizin  kiçik  bir  hissəsini  Millətlər  Sarayına  gətir­
məyə,  öz  zəngin  mədəni  və  tarixi  irsimizi,  eləcə  də  ənə­
nəvi  incəsənətimizi  nümayiş  etdirməyə  çalışdıq.  Qədim 
vaxtlardan  Azərbaycan  Qərblə  Şərqi  nəinki  coğrafi,  həm 
də  mənəvi  baxımdan  birləşdirmişdir.  Arzu  edirəm  bu 
otaqda  müzakirə olunacaq  bütün  məsələlər və  problemlər 
dözümlülük və  qarşılıqlı  hörmət əsasında  öz  həllini tapsın 
və  əminəm  ki,  tapacaqdır.  Bu  gün  biz  sülh  və  təhlü­
kəsizliklə  bağlı  bir  çox  problemlər və  çağırışlarla  üzləşən 
dünyada  yaşayırıq.  Münaqişələr,  beynəlxalq  terrorçuluq, 
yoxsulluq,  xəstəliklər  insanların  həyatına  və  daha  yaxşı 
gələcəyə  bəslənən  ümidlərinə  təhlükə  olaraq  qalır  Biz 
həmin  çağırışlara  birgə  cavab verməliyik və gələn  nəsillər 
üçün daha yaxşı  gələcəyi qorumalıyıq.
Azərbaycan  -  ABŞ  parlamentlərarası  əlaqələr  üzrə 
işçi  qrupunun  rəhbəri  kimi  iki  ölkə  arasındakı  münasibət­
ləri  yüksək  dəyərləndirən  Mehriban  xanım  Əliyeva  deyir: 
(Vaşinqton,  2006-cı  il)  “Birləşmiş  Ştatlar  Azərbaycanın 
müstəqilliyini  tanıyan  ilk  ölkələrdən  biri  olmuşdur.  Müstə­
qilliyimizin  bərpasından  sonra  Azərbaycan  ilə  Birləşmiş 
Ştatlar  arasındakı  münasibətlər müxtəlif sahələrdə  uğurla 
inkişaf  etmişdir.  ABŞ  enerji  layihələrimizdə  bizim  böyük 
tərəfdaşımızdır.  Biz  bir  çox  çətinliklərlə  üzləşmişdik,  lakin
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
629 cs

dünyada  ən  böyük  enerji  layihəsi  hesab  edilən  Bakı- 
Tbilisi-Ceyhan  boru  kəmərinin  çəkilməsinə  birlikdə  nail 
olduq.
Azərbaycan  antiterror  koalisiyasının  üzvüdür  və 
əsgərlərimiz  amerikalı  həmkarları  ilə  çiyin-çiyinə  sülhün 
bərqərar  olması  naminə  İraq,  Əfqanıstan  və  Kosovoda 
qulluq  edirlər.  Biz eyni  zamanda  siyasi  islahatlar,  demok­
ratiyanın  inkişafı  və  insan  hüquqlarının  qorunması  sahə­
sində də  Birləşmiş Ştatlarla əməkdaşlıq  edirik”.
2007-ci  ildə  Mehriban  Əliyevanın  təsis  etdiyi  Azər­
baycan  Mədəniyyətinin  Dostları  Fondunun  ərsəyə  gətir­
diyi  “Muğam” jurnalının  ilk  nömrəsinin  və  “Muğam -  Anto­
logiya”  layihəsi  çərçivəsində  çap  olunmuş  Səfiyəddin  Ur- 
məvinin  “Şərəfiyyə  risaləsi"  və  “Kitabül-ədvar”,  habelə 
Fətullah  Şirvaninin  “Musiqi  məcəlləsi” əsərlərinin təqdimat 
mərasimində  Birinci  xanım  ilk  öncə  tədbir  iştirakçılarını 
təbrik  edib  məlumatlandırdı  ki,  həmin  vaxtlar  paytaxtı­
mızda  bədii  gimnastika  üzrə  23-cü  Avropa  çempionatı 
uğurla  keçmiş  və  Azərbaycan  idmançıları  bu  yarışlarda 
çox  yüksək  nailiyyətlər  əldə  etmiş,  yığma  komandamız 
Bürünc  medal  qazanmış,  gimnastımız Aliyə  Qarayevə  isə 
Qızıl  medala  layiq  görülərək,  Avropa  çempionu  olmuşdur. 
Bu  gün  bizim  ölkəmiz  bədii  gimnastika  üzrə  dünyanın 
artıq  beş  aparıcı  dövləti  arasındadır.
Mehriban  xanım  onu  da  əlavə  etdi  ki,  Qobustan 
dövlət  tarixi-bədii  qoruğu  YUNESKO-nun  Dünya  Mədəni 
İrs  siyahısına  salınmışdır.  Bu  o  deməkdir  ki,  Qobustan 
təkcə  Azərbaycan  üçün  yox,  bütün  bəşəriyyət  üçün  çox 
əhəmiyyətli,  çox dəyərli tarixi və  mədəni  abidədir.
Digər  müsahibəsində  Birinci  xanım  dönə-dönə  qeyd 
edir  ki,  kökünü  qədim  əsrlərdən,  Qobustanın  qayaüstü 
rəsmlərindən  götürən  Azərbaycan  təsviri  sənəti  bu  gün 
öz  professional  dəyəri  və  bədii  tutumu  baxımından  müa­
_________________Reyhan_Mirzəzadə__________________8Э_630_oa'>_______________
Reyhan Mirzəzadə
________________
8Э 630 oa
sir  dünyada  ən  yüksək  yerə  layiqdir.  Bu  da  öz  növbə­
sində  Azərbaycanın  zəngin  tarixinin,  mədəni-mənəvi 
köklərinin,  ənənələrinin  dərinliyinin,  Azərbaycanın  odlar 
yurdu,  nur və  işıq diyarı  olmasının  ən gözəl  sübutudur.
“ Bizim  ölkədə  -  Azərbaycanda  ailə  dəyərlərinə  ta 
qədimdən  çox  böyük  ehtiramla  yanaşırlar.  Yaşlılara  hör­
mət,  kiçiklərə  qayğı  nəsildən-nəslə  keçən  gözəl  ənə­
nələrdir.
Düşünürəm  ki,  bütövlükdə  xalqın  və  ayrı-ayrı 
insanların  xoşbəxtliyi  və  firavanlığı  kimi  məqsədləri  rəh­
bər  tutmaq  ictimai  xadimin  fəaliyyətini  daha  da  zəngin­
ləşdirir.  Məni  vətəndaşlarımızın  rifahı  naminə  fəal  işlə­
məyə  ruhlandıran  məhz  bu  məqsədlərdir  Xeyirxah  işlər 
görəndə  nə  vaxtını,  nə  də  qüvvəni  əsirgəmirsən.  Hesab 
edirəm  ki,  siyasətlə  və  ictimai  fəaliyyətlə  məşğul  olan 
insanlar  üçün  humanist  dəyərlər  və  ideallar  birinci  yerdə 
dayanmalıdır.  Biz  təşəbbüs  və  qərarlarımızı  ən  yüksək 
insanpərvərlik  meyarları  ilə  ölçməliyik,  xalqın  firavan- 
lığına,  insanların  həyat  şəraitinin  yaxşılaşdırılmasına  ça­
lışmalıyıq”  deyən  ölkə, başçımızın  ömür-gün  yoldaşının 
bu  alicənab  mövqeyi  onu  tək öz xalqına deyil,  milyonlarla 
vətəndaşlara  sevdirir.
“Xeyriyyəçiliyin  çox  ehtimal  ki,  zərdüştülük  dövrünə 
gedib  çıxan  təzahürləri  əsrlər  boyu  müqəddəs  sayılaraq, 
ehtiram  bəslənən  bir  mənəvi-əxlaqi  kodekslə  bağlıdır: 
“Xoş  söz,  xoş  niyyət,  xeyirxah  əməl”.  Şəfqət,  başqasının 
halına  yanmaq,  xeyirxah  işlər  görməyə  çalışmaq,  qonaq­
pərvərlik  və  səxavət  kimi  keyfiyyətlər  həmişə Azərbaycan 
xalqının  ən  mühüm  həyatı  dəyərləri  olmuş  və  indi  də 
belədir"  -  bunları  da  Mehriban  xanım  deyir  və  əlavə 
edir:“XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllərində  bu  tarixi  - 
mədəni  və  mənəvi  təməl  üzərində  Azərbaycanda  filan- 
topiyanın  bir  növü  olan  mesenatlıq  geniş  vüsət  almağa
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю  63103

başlamışdı.  (Müxbirlə  söhbət  zamanı  Hacı  Z eynalabdin 
Tağıyevin,  Musa  Nağıyevin  adı  hörmətlə  çəkilir).  O ldu qca 
qənaətcil sahibkarlar kimi tanınmış bu  insanlar cəm iyyətin 
rifahı  naminə  -  maarif  və  təhsilə,  mədəniyyət  və  incəsə­
nətin  inkişafına,  mülki  tikinti  işlərinə küllü  məbləğdə və sa it 
sərf  etmişlər.  Gövhər  xanım  Qacar,  Həmidə  xanım  C a ­
vanşir,  Nigar  xanım  Şıxlinskaya  və  digərlərinin  yaratdığı 
çoxsaylı  qadın  xeyriyyə  cəmiyyətləri  çox  böyük  işlə r 
görmüşdür”.
Mehriban  xanım  Azərbaycan  Mədəniyyətinin  D ost­
ları  və  Heydər Əliyev  Fondunun  rəhbəri  kimi  işə  başladığı 
andan  Azərbaycan  xalqının  milli  musiqisi,  xüsusilə  m uğa­
mının  dünyada  geniş  tanıdılması  məsələsi  həmişə  onun 
diqqət mərkəzində olmuşdur.
2009-cu  ildə  “Muğam  aləmi”  beynəlxalq  festivalı 
çərçivəsində  beynəlxalq  elmi  simpoziumunu  yada  salaq, 
xanım  Əliyeva  çıxışında  demişdir  ki,  biz  azərbaycanlılar 
hamımız  haqlı  olaraq  öz  doğma  muğamlarımızla  fəxr 
edirik.  Qərblə  Şərq  arasında,  Böyük  İpək  yolu  üstündə 
yerləşən  Azərbaycan,  sivilizasiyaların  qovuşduğu  bir 
məkanda  əsrlər boyu  öz  mədəniyyətini formalaşdırmışdır. 
Bəzi  dövrlərdə  biz  müxtəlif  imperiyaların  daxilində  yaşa­
saq  da,  dinimiz,  milli  dəyərlərimiz,  dilimiz,  mədəniyyətimiz 
bizi  bir xalq  kimi,  millət kimi qoruyub saxlamışdır.
Muğam  Azərbaycan  xalqına  xas  olan  ən  gözəl 
xüsusiyyətlərin  daşıyıcısıdır.  Torpağa,  köklərə  bağlılıq, 
vətənpərvərlik,  milli  ləyaqət  hissi,  qonaqpərvərlik,  xeyir­
xahlıq,  mərhəmət,  emosional  zənginlik  -  bütün  bu  hisslər 
muğam  fəlsəfəsinin  əsasındadır.  Odur ki,  desəm,  muğam 
gözəlliyin  və  məhəbbətin  rəmzidir,  səhv etmərəm.  Bu gün 
biz  tarixə  nəzər  salsaq  görərik  ki,  Azərbaycanın  musiqi 
mədəniyyətində  elə  bir  janr  yoxdur  ki,  orada  muğamın 
təsirini  görməyək.  Balet,  opera,  estrada,  mahnı  janrı,  caz
_______________
Reyhan Mirzdzadd
_________________
so 
632
 caa
-  hamısında  biz  muğamla  sintezi,  muğamın  təsirini  hiss 
edə bilirik.
“Bizim  ən  böyük  sərvətimiz  bizim  mədəni  irsimizdir. 
Bizim  ədəbiyyatımız,  poeziyamız,  musiqimiz,  təkrarsız, 
nadir  xalçaçılıq  məktəbimiz,  təsviri  sənətimiz,  memarlıq 
abidələrimizdir.  Bu  mədəni  irs  bizi  millət  kimi  qoruyub 
saxlayır.  Bu  gün  bu  mədəniyyəti  qorumaq,  saxlamaq, 
təbliğ  etmək  hər  birimizin  mənəvi  borcudur”  deyən  Azər­
baycanın  Birinci  xanımının  bu  nəsihətamiz  sözləri  hər  bir 
ləyaqətli  soydaşımızın  milli  məfkurəsinin  əsasını  təşkil 
edir və etməlidir.
Mehriban xanım  Əliyeva  xarici  ölkələrə  səfəri  zama­
nı  müstəqilliyimizin  bərpasına  uzanan  çətin,  lakin  şərəfli 
yollardan  bəhs edir.
“Azərbaycan  uğrunda  əsrlər  boyu  mübarizələr 
aparılmışdır.  Baxmayaraq  ki,  müxtəlif  dövrlərdə  Azər­
baycan  müxtəlif imperiyaların tərkib  hissəsi  olub,  xalqımız 
öz  tarixini,  mədəniyyətini,  dilini  qoruyub  saxlayaraq  milli 
mənliyini  itirməmişdir...  1918-ci  ildə  yaradılmış  Azərbay­
can  Xalq  Cümhuriyyəti  Şərqin  ilk  demokratik  parlament 
respublikası  olmuşdur.  Həmin  il,  həmin  dövr Azərbaycan 
müsəlman  dünyası,  müsəlman  Şərqi  üçün  əsl  mayaka 
çevrilmişdir.  Müsəlman  qızları  üçün  ilk  dünyəvi  məktəb 
açılmışdır,  Azərbaycan  qadınları  səsvermə  hüququnu 
qazanmışdır,  Şərqin  ilk  operası  və  baleti  yazılmışdır. 
Lakin  əfsuslar  olsun  ki,  Xalq  Cümhuriyyətinin  ömrü  cəmi 
23  ay  çəkdi.  Respublika  çox  ciddi  geosiyasi  problem  və 
amillərlə  üzləşdi.  Bu  amillərin  sırasında  Bakı  neftinə  olan 
marağın  artması  da  çox  böyük  rol  oynayırdı.  Nəticədə 
ölkəmiz  müstəqilliyini  itirdi  və  hərbi  intervensiya  yolu  ilə 
Azərbaycanda  Sovet  Hakimiyyəti  quruldu.  70  ildən  çox 
sürən  bu  dövrdə  xalqımız  sovet  rejiminin  sərt  qanunları 
ilə  üzləşdi.  Lakin  buna  baxmayaraq,  həmin  illərdə  Azər-
_____
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
_____
Ю 
633 
CA

baycanın  iqtisadi  potensialı  formalaşdı,  savadsızlıq tam a­
m ilə  ləğv  olundu,  təhsil  şəbəkəsi  yarandı,  universitetlər 
açıldı,  Milli  Elmlər Akademiyası  fəaliyyətə  başladı.  Bütün 
bu  illərdə  Azərbaycan  xalqı  müstəqillik  arzusu  ilə  yaşa­
yırdı.  Nəhayət,  1991-ci  ildə Azərbaycan  xalqı öz taleyinin, 
öz torpağının,  öz ölkəsinin sahibinə çevrildi”.
Mehriban  xanım  Əliyeva  sevimli  xalqının  həyat  və 
tarixi  yolunun  məqamlarını  təqdim  etdikdən  sonra  böyük 
şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq" şeirinin  əzəmətli 
misraları  bu  çıxışın  sanki yekun şüarı  kimi  səslənir:
Üçrəngli  bayrağın  kölgəsində mən,
Qaraca torpağı  Vətən görmüşəm.
Zəfər güllərini dövri  - qədimdən 
Bayraq  işığında bitən görmüşəm.
Bayraq  mənliyimdir,  bayraq kimliyim,
Bayraq - öz yurdumda Ö2 hakimliyim.
ö tə n   il  ölkəmizin  zəngin  və  bənzərsiz  təbiətini  əks 
etdirən  “Azərbaycan”  nəşrinin  təqdimatı  oldu.  Çıxış  edən 
xanım  Əliyeva  ürəklərimizin  dərinliklərində  məskən  salan 
həssas  və  zərif  duyğulara  toxunub  dedi:“Mən  dahi  Hey­
dər  Əliyevin  bir  kəlamını  xatırlamaq  istərdim  “Mən  fəxr 
edirəm  ki,  mən  azərbaycanlıyam”.  Çox  sadə,  adi  bir  kəl­
mədir.  Lakin  doğma  torpağına  sonsuz  qədər  bağlı  olan, 
Vətən  yolunda  ömrünü  və  canını  qurban  verən,  bu  yolda 
bir an  da  olsun  belə əyilməyən  insanın,  böyük şəxsiyyətin 
dilindən  çıxmış  bu  kəlmə  artıq  tarixə  yazılıb.  Mənim 
arzum  odur  ki,  bu  kitabı  vərəqləyən  hər  bir  azərbaycanlı 
ürəyində  məhz  bu  kəlamı  söyləsin:“Mən  fəxr  edirəm  ki, 
mən  azərbaycanlıyam”.
Mehriban  xanımın  azərbaycançılıq  məfkurəsinə  xid­
mət  edən  bütün  fəaliyyəti  və  çıxışları  öz  doğma  xalqının 
böyük  ehtiramını  qazanıb.  Onun  həyata  keçirdiyi  çoxsaylı
so  
634 
CA
________________
Reyhan Mirzəzadə
__ _____________
işlər istər öz dövlətimiz,  istərsə də xarici ölkələr tərəfindən 
ən  ali  mükafatlarla  qiymətləndirilib.  Bu  qədər  zəhmət  və 
əməyin  müqabilində  həm  zahirən,  həm  də  daxilən  gözəl 
olan  Mehriban  xanım  barədə  bir sual məni tez-tez düşün­
dürür:  Ondakı  bu  fədakarlıq,  insanpərvərlik,  qayğıkeşlik 
haradan  qaynaqlanır?  Və  sualıma  xanım  Əliyeva  müsa- 
hibələrindəcə  cavab  verir:
“Mənim  anam  ağlasığmaz  dərəcədə  gözəl  qadın 
olub.  O,  istənilən  yerə  daxil  olan  zaman  hamı  qeyri-ixti­
yari  dönüb  ona  baxardı.  O  hədsiz  dərəcədə  mehriban  və 
kifayət  qədər  qapalı  qadın  idi.  Anam  Azərbaycanda  ilk 
qadın  -  professor,  şərqşünaslıq  üzrə  elmlər  namizədi  idi. 
Görünür o,  məndə yüksək  məsuliyyət  hissini  formalaşdır­
mağı  bacarıb...
Aida  xanım  unudulmaz  bir  şəxsiyyət  idi.  O,  qısa, 
amma  çox  parlaq  və  xoşbəxt  həyat  yaşamışdır.  Azər­
baycan  qadınına  xas olan  ən  gözəl  xüsusiyyətləri  özündə 
cəmləşdirmişdi.  Yüksək  savadlı,  ziyalı,  vətənpərvər,  prin­
sipial  bir  alim,  eyni  zamanda  çox  zərif,  çox  gözəl,  bütün 
sevgisini  ailəsinə  bağışlayan,  hər  zaman  ürəkdən  kömək 
göstərməyə hazır olan bir qadın  idi".
Bu  munis  xatirələrdəki  bir  cümləni  yenidən  təkrar- 
layıram:“Görünür  o,  məndə  yüksək  məsuliyyət  hissini 
formalaşdırmağı  bacarıb".
Artıq  bu  məqaləmdə  əlavə  heç  nə  yazmaq  istəmi­
rəm.  Düşüncələrimi  isə  böyük qürur  hissi ilə türk dünyası­
nın  unudulmaz övladı  Mustafa  Kamal Atatürkün sözləri  ilə 
bitirirəm:“Buna  inanmaq  lazımdır  ki,  dünya  üzərində  gör­
düyümüz  hər şey  qadının  əsəridir.  Böyük  uğurlar qiymətli 
Anaların  böyütdükləri  övladların əməllərinin  bəhrəsidir”.
“Azad Azərbaycan" qəzeti,
5 oktyabr 2 0 1 1-ci il
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
 6
35
 ca

HƏYATIN  MÜQƏDDƏS A M ALI
26 avqust - Azərbaycanın Birinci xanımı 
Mehriban Əliyevanın doğum günüdür.
Onun  ad  günüdür  Əllicə  yaşı  tamam  olur.  Bu  əllicə 
ildə  taleh  ona  hər  şeyin  ən  gəncini  nəsib  etdi.  Gənc  ikən 
tələbə  oldu.  Gənc  ikən  ömür  yoldaşı  oldu.Gənc  ikən  ana 
oldu.Gənc  ikən  peşəkar  həkim  oldu.  Gənc  ikən  Birinci 
xanım  oldu.  Gənc  ikən  böyük  bir  quruma  rəhbərlik  et­
di.Gənc  ikən  dünyəvi  layihələr  həyata  keçirdi.  Gənc  ikən 
iki  nüfuzlu  beynəlxalq  təşkilatın  xoşməramlı  səfiri  ol­
du.Gənc  ikən  Vətənini  ən  ali  tribunalarda,  ən  ali  məclis­
lərdə təmsil etdi.  Xalqının adına  hörmət  gətirdi.  Gənc ikən 
ən  böyük  dövlətlərin  ən  ali  mükafatlarını  aldı.  Gənc  ikən 
qayınana  oldu.Gənc  ikən  nənə  oldu.  Nəhayət,  gənc  ikən 
əllicə  yaşın  özünü  gəncləşdirdi.  Lakin  bu  yaş  özü  gənc­
ləşsə  də,  ingilis  filosofu  sözlərində  haqlıdır.  Con  Lokk 
deyib  ki,  qadın  öz  yaşını  doğum  tarixindən  deyil,  evlən­
dikdən  sonra  hesablamalıdır.  Doğru fikirdir.  Odur ki,  Meh­
riban  xanımı  otuz  yaşlı  gənc  kimi  qəbul  etmək  halal­
ca  haqqımızdır.
İspan  dilşünası  Tomas  Navarro  etiraf  edib  ki,  qa­
dınların  ən  yaxşısı  ərini  xoşbəxt  edən  qadındır.  Mehriban 
xanım  bu  cəhətdən  də  ölkəmizdə  elə  Birinci  xanımdır.  Bu 
birincilik  əsl  xanımlıq  xəzinəsi,  xanımlıq  fəlsəfəsidir. 
Ondan  nümunə götürən  hər bir qadın bu  xəzinənin  mənə­
vi  sərvətindən  faydalanmaqla  ən  zəngin  qadına,  fəlsəfə­
sindən faydalanmaqla ən zəkalı qadınlardan  birinə  çevrilə 
bilər.  Bununla  yanaşı,  Mehriban  xanımın  bəşəri  cə­
miyyətdəki  xidmətlərini  görəndə,  qadınlığın  nə qədər zərif 
və  nə  qədər  güclü  varlıq  olduğu  bir  daha  təsdiqini  tapır. 
Hindistan  və  Pakistanın  böyük  şairi  Məhəmməd  İqbalın 
dediyi  kimi:
_______________
Reyhan Mirzdzadd
_________________
£o 
636
 ca
Qadın cilvələrilə işıqlanır bu cahan,
Bu  nəfəssiz aləmə odur verən  nəfəs,can.
Qadın qədəmi dəyən torpağın  tozu  belə 
işıqlıdır göylərin bütün çıraqlarından.
Mehriban  xanım  olduqca,  dedikcə 
böyük  işlər 
görür.  Bu  böyük  işlərin  içində  ən  çətini,  ən  məsuliyyətlisi 
və  ən  şərəflisi  ölkə  rəhbərinin  həyat  yoldaşı  kimi  ərinə 
stimul  verməkdir.  Dost  kimi  həyat yollarında  ona  arxa-da­
yaq,  dar  günlərdə  həyan  olmaqdır.  Qəlbinin  dərinliklə- 
rindəkini  paylaşmaq,  gərgin  anlarda  çıxış  yollarını  bölüş­
məkdir.  Xoşbəxtliyin səadətini  bərabər yaşamaqdır.  Məhz 
bu  bərabərlikdən  xalqımızın  və  ölkəmizin  taleyinə  böyük 
inkişaf,  uğurlar,  qələbələr  yazılır.  Bu  bərabərlikdən  millə­
timiz  ucalır.  Bu  bərabərlikdən  çoxları  nümunə  götürüb 
haqq  yolunu  seçir.  Səadət yoluna  tapınır.  Bu  bərabərliyə 
qürurla  baxanlar  da  olur,  qibtə  ilə  baxanlar  da.  Bu 
bərabərlik  yalnız  qətiyyətli  və  humanist  addımlarla  onlara 
yadigar  qoyulan  zəngin  bir  irsin 
ədalətli  yolu  ilə 
addımlayır.
İndi  bu  bərabərlik  bəşəriyyətin  baxışları  önündə 
canlı  bir  abidəyə  dönüb.  Elə  bir  canlı  abidəyə  ki,  dilindən 
və  dinindən  asılı  olmayaraq,  dünyanın  milyonlarla  insanı 
onları  görməyəndə,  darıxır.  Ali  məclislərdə,  beynəlxalq 
tədbirlərdə  baxışlar  maraqla  onları  arayır.  Ən  müxtəlif 
irqlərin  övladları  onları  sevir.
İngilis  filosofu  Con  Lebbok  düz  deyib:“Xoşbəxtlik 
yaxşı  dost  və  yoldaş  seçə  bilməkdən  asılıdır”.  Bu,  bir 
daha  sübut  edir ki,  ölkəmizin  başçısı,  hörmətli  Prezidenti­
miz  ilham  Əliyev peşə  baxımından  mahir diplomat olduğu 
kimi,  özünə  dost  -  həyat  yoldaşı  seçməkdə  də  əsl  dip­
lomat olub.  Şair  sözləri  ilə  desək  :
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   47   48   49   50   51   52   53   54   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling