Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi


Download 216 Kb.
Pdf ko'rish
bet46/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so 
555 ea

laşırdı:(  “Ədəbiyyat”  qəzeti,  28  noyabr  1948-ci  il) 
“...Üzeyir  öz  sənəti  ilə  qəlbləri  fəth  etməyi  bacaran,  d ə rin  
və  həqiqi demokratik fikirləri,  saf və yüksək  insani  hissləri 
zərif,  təbii,  mənalı  səs  dalğalarında  gözəl,  bədii  ifadə 
edən  bir sənətkardır..  Qırx  il  əvvəl yazdığı  ilk Azərbaycan 
operası  olan  “Leyli  və  Məcnun"da  böyük  bəstəkar,  zülm  
və  zorakılıq  dünyasında  alovlu  bir  eşqin  qüssəli  sər­
güzəştini  dərin  lirika  ilə  bəstələyir.  Üzeyir  Hacıbəyov 
musiqinin  mənasında ancaq  kədər və  məhzunluq  axtaran 
köhnə,  mürtəce  Şərq  ənənəsinə qarşı çıxaraq,  “Arşın  mal 
alan”  əsərində  hər  bir  kəsə  aydın  olan  sadə  dil  ilə  nikbin 
xalq  yumorunu,  gülüşünü  ifadə  etmişdir...Coşqun  ilhamın 
parlaq  məhsulu  olan  “Koroğlu”  operasında  isə  Azərbay­
can  xalqının  zülmə,  əsarətə  qarşı  tarixi  mübarizə  ənə­
nələri,  hünər  və  qəhrəmanlıq  dastanı  bütün  əzəməti  ilə 
əks  olunmuşdur...  Azərbaycan  musiqisi  dedikdə,  nəzə­
rimizə  hər  kəsdən  əvvəl  Üzeyir Hacıbəyov  canlanır.  Üze­
yir  Azərbaycanda  birinci  dəfə  olaraq  musiqi,  şeir,  dram 
sənətinin  ahəngdar sintezini yaratmışdır...
Mərhum  ilə  vidalaşmağa  gələnlərin  sayı-hesabı  yox 
idi  və  arası  kəsilmirdi.  Ən  gec vaxtda  işdən  çıxan  fəhlələr 
də  yorğunluqlarına  baxmayaraq,  gecə  vaxtı  evlərinə  get­
məzdən  qabaq  böyük  sənətkar  ilə  vidalaşmağa,  öz 
vətəndaşlıq  borclarını  verməyə gəlirdilər...Belə  ümumxalq 
sevgisi  hər  sənətkara  müəssər  olmur...Bu  səadətə  nail 
olanlara  heç  bir zaman  ölüm  yoxdur.  Onların  şöhrəti  əbə­
didir.  Üzeyir  Hacıbəyov  da  belə  xoşbəxt  sənətkarlar­
dandır.”
1961-ci  il  6  may  tarixli  “Ədəbiyyat  və  incəsənət” 
qəzeti.  Bu  nömrədə də  Mir Cəlalın  parlaq  imzası  görünür. 
“Qoca  Şərqin  qocaman  filosofu”  məqaləsini  birnəfəsə 
oxuyuram.  Ədib  yazır:
“Taqor Bakıya gəlir!
______________
_Reyhan Mirzazada
_________________
до 556 ca
Hələ  sağlığında  şöhrəti  dünyaya  yayılan  hind 
filosofunun  Azərbaycana  səfəri,  eşidənlər  üçün  çox 
maraqlı  bir  xəbər  idi.  Bu,  həmin  illər  idi  ki,  Qərb  müs­
təmləkəçiləri  Çini,  Hindistam  və  bütün  Şərqi  inqilab  işı­
ğından  məhrum  eləmək  üçün  hiylə  qalmırdı  işlətmə­
sinlər...Hələ  1905-ci  ildə  ingilis  lordu  Gerzonun  Ben­
qalıyam  parçalamaq  tədbiri  Hindistanda  Svadeşi  deyilən 
azadlıq  hərəkatını  alovlandırmışdı.  Paytaxtda  nümayişə 
çıxan kütlələr Taqorun şeirini oxuyaraq addımlayırdılar.
Taqor  ədəbiyyatın  rəsmi  təntənə  stilini  pozan,yazım 
danışıq  dilinə  yaxınlaşdıran  qüdrətli  bir  ədib  idi.  Onun 
əsərlərində  müasir  cəmiyyət,  xüsusən  hind  ictimai,ailə 
münasibətləri  başlıca  mövzu  idi...  “Fəlakət”  romanında 
məzlum  Şərq  qadın  və  qızlarının  hüquqsuz  həyatı  təsirli 
və  inandırıcı  lövhələrlə  göstərilir.  Ən  adi  insani  hüquq­
lardan  məhrum,  qapılarda  bir  tikə  çörək  üçün  əsir  kimi 
yaşayan  Kumula  dəhşətli  işgəncələrə  məruz  qalır.  Azər­
baycan  oxucusu  bu  nisgilli  qız  ilə  tanış  olanda  gülba­
harları,  sevilləri.sonaları  nəzərinə  gətirir,  bu  məzlum, 
məhrum,  həm  də  məsum  insanların  düşməni  olan  köhnə 
həyata,  çürük  ənənələrə,  istismar və  bərabərsizliyə  daha 
artıq  nifrət edir...”
Mir  Cəlalın  nəinki  Hindistanda,  bu  gün  də  bütün 
dünyada  əbədi  şöhrət  qazanan  Rabindranat  Taqora, 
onun  şəxsiyyətinə  və  yaradıcılığına  olan  ehtiramı  öz 
səmimiyyəti  ilə məqalədə əksini tapır.
Mir  Cəlal  Azərbaycanın  böyük  şairi  Səməd  Vur­
ğunu,  onun  yaradıcılığını  çox  sevirdi,  şairlə  dost  idi. 
Yazıçının  şair dostu  haqqında  yazdığı  məqalələrdən  birini 
ayırıb  təkrarən  oxuyuram.  (“Ədəbiyyat  və  incəsənət” 
qəzeti,  12  may  1956-cı  il.)  Yazıdan  bəzi  qeydləri  təqdim 
edirəm:'1...Səməd  Vurğun  şeirinin  qüdrəti  onun  xalqa, 
müasir  həyata,  böyük  ictimai  ideallara  möhkəm  bağlı
Azarb ay c atıcılıq və vatanparvarlik  məfkıırəsi_
___
so 557 оз

olmasındadır.  Şairin  elə  bir  şeiri  yoxdur  ki,  orada 
xalqımızın,  Vətənimizin  həyatı  bu  və  ya  başqa  dərəcədə 
görünməsin.  Onun  əsərlərində  milli  kolorit,  Azərbaycan 
xalqının  həyatı,  məişəti,  tarixi,  ruhu,  xüsusiyyəti  bariz  b ir 
şəkildə  özünü  göstərir.  Səməd  Vurğunun  şeir  stili  elə 
orijinal,  müəyyən  və  billurlaşmışdır  ki,  oxucu  onun  əsər­
lərini  imzasından  tanıyır...Qəzet  və  jurnallarda,  natiqlərin 
dilində,  ya  mahnılarda  imzasız  gətirilən  şeir  parçalarını 
biz  dərhal  tanıyırıq.  “Bu  -  Səməddir”  -  deyirik.  Səməd 
şeirində  xalq  zəkası  və  idrakının  gözəl  və  səlis  bir  şəkil­
də,  şirin  və  aydın  bir dildə,  xoş  və  saf bir  musiqidə  daimi, 
təmkinli  ifadəsi  vardır...  Böyük  Sabirdən  sonra  xalq 
arasında  ən  çox  oxunan,  dillər  əzbəri  olan  şair  Səməd 
Vurğundur.  Bu  isə yazıçı  üçün ən  böyük səadətdir”.
Azərbaycan  mədəniyyətinin  inkişafında  kinomuz 
kimi  teatrımızın  da  yeri  və  xidmətləri  danılmazdır.  Güclü 
əsərlərin  öz əzəməti  ilə  milyonlara  çatdırılmasında teatrın 
şübhəsizki  daim  istedadlı,  bacarıqlı  və  yaradıcı  re­
jissorlara  ehtiyacı  olub  və  bu  gün  də  ehtiyacı  var.  Adil 
İsgəndərovun  adı  gələndə  onu  tanıyanların  demək  olar 
hamısından  xoş  sözlər  eşitmişəm.  Bu  böyük  sənətkarın 
ərsəyə  gətirdiyi  dəyərli  işlər  barədə  az  oxumamışam. 
Lakin  Mir  Cəlal  müəllimin  həm  də  bir  teatr  bilicisi  kimi 
yazdığı  rejissora  ehtiram  dolu səmimi fikirləri  mənə nəcib 
hisslər  bəxş  etdi.(“Ədəbiyyat”  qəzeti,  1  may  1948-ci  il) 
“...Bizdə  340  dəfə  oynanmış  “V aqifin  ən  gözəl  klassik 
quruluşunu  Əzizbəyov  adına  Dövlət  Dram  Teatrı  və 
rejissor  Adil  İsgəndərov  yaratmışdır.  “Teatr”  məcmu­
əsində  P.Altman  bu  quruluş  haqqında  çox  hərarətli  bir 
məqalə  çap  etdirmişdi.  O,  yazırdı:  “Şair,  quruluşçu  rejis­
sor  və  bəstəkar  incəsənətin  qədim  və  sınanmış  ənənə­
lərindən  bacarıqla  istifadə  etmişlər.  Mən  başqaları  ilə 
birlikdə  elektrik  vurmuş  kimi  tamaşa  salonunda  oturub
_______________
Reyhan Mirzəzadə
_________________
К>55<У 08
səhnədə  gedən  hadisələrə  gərgin  tamaşa  edirdim.  Mən 
bu  tamaşaya  bir  də,  dəfələrlə  baxmaq  istəyirdim.  Ayrı- 
ayrı  şəkillər  heykəltəraşın  mücəssəm  əsəri  kimi  yadda 
qalır...”
Adil  İsgəndərov  mənalı  mizanlar  ustasıdır.  Onun 
tamaşalarında  aktyorun  hər  addımı,hər  baxışı  surətin  öz 
vəziyyətinə,  tamaşanın  və  dramatik  hadisənin  məzmu­
nuna  tabe  edilmişdir.  Yüksək  bədiilik,siyasi  kəskinlik  bu 
mizanların əsas xüsusiyyətidir...
Adil  İsgəndərov  hər  tamaşada  siyasi  məfkurəvi 
məzmunun  mümkün  qədər  qabarıq  və  yüksək  bədii 
səviyyədə  açılmasına  nail  olur.  Quruluşda  məna  dərinliyi, 
reallıq və  inandırıcılıq  onun əsas tələbidir.
Adil  İsgəndərov  xalq  mübarizəsini  təsvir  edən 
əzəmətli  epik  səhnələri,  lirik  məqamları,  adi  məişət 
səhnələrini,  yaxud  psixoloji təfərrüatı  eyni  dərəcədə  usta­
lıqla  canlandıra  bilir.  O,  gərgin  dramatik  vəziyyətləri,  faci­
ənə  əsərləri  inandırıcı  yaratdığı  kimi,  komediya  əsər­
lərinin quruluşunda da müvəffəqiyyət qazanır”.
Mir  Cəlal  Paşayev  elə  bir  yazar-şəxsiyyət  idi  ki,  o, 
əsərlərinin  mövzusunda  bütün  peşə  sahiblərinə  eyni  də­
rəcədə  maraq göstərib  həssaslıq  nümayiş etdirirdi.  Onun 
yaradıcılığı  sanki hər sahədə seçilən  insanların  həyatı  ilə 
dost idi.  Böyük Vətən  müharibəsi  dövründə xüsusi  diqqət 
göstərdiyi  əmək  və  müharibə  cəbhəsi  qəhrəmanlarının 
zəhmətini  tez-tez  işıqlandırırdı,  ö z   yazılarında  onların 
işlərinə  yüksək  qiymət  verir,  bu  şərəfli,  ləyaqətli  yolu 
bütün  insanlara,  bütün cəmiyyətə aşıiayırdı.  Qəhrəmanlıq 
mövzusunda  onun  xeyli  əsərləri,  povest  və  hekayələri 
vardı.  Mən  bu  mövzuda  ədibin  yalnız  ikicə  məqaləsin­
dən bəhs etmək istəyirəm.
“Kommunist”  qəzetinin  1941-ci  il  28  sentyabr  tarixli 
nömrəsində  “Vətən  oğlu”  məqaləsində  Mir  Cəlal  yazırdı:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
se>559c&

“Rüstəm  1933-cü  ildə  qazma  kantoruna  gələndə,  lap 
cavan  idi.Neçə  illər  adi  fəhlə  işlədi.  Üzüyola,  zirək,  işini 
sevən  bu  gənc  bir  çox  ustaların  diqqətini  özünə  cəlb 
etmişdi.Buruq  ustası  Nazarov  hətta  Rüstəm  ilə  fə x r 
edərdi:“Bu,  sabah  hamımızdan  yaxşı  usta  olacaqdır!”- 
deyərdi.  Elə  də  oldu.  Rüstəmi  ləyaqətinə  görə  buruq 
ustası  təyin etdilər.
Vətən  müharibəsi  günlərində  Rüstəmin  işi,  qayğısı, 
ciddiyyəti  qat-qat  artmışdır.  Molotov  yoldaşın  radio  ilə 
çıxışını  dinləyən  kimi  o,  briqada  üzvlərini  başına  yığıb 
söhbət aparmışdı:
-  Yoldaşlar,  buranı  görürsünüzmü,  bu  quyunun  başı 
da  bir  səngərdir,  cəbhədir!  Niyə  cəbhədir,  çünki  neft 
məsələsi  var!..Bizim  neft  quyusu  qazmağımız,  faşistlərə 
qəbir  qazmaq  kimi  şeydir.  Nə  qədər  çox  qazsaq,  tez 
qazsaq,  yaxşı  qazısaq,  düşməni  o  qədər  tez  məhv  edə 
biləcəyik...
Rüstəmin  izahatından  sonra  fəhlələr  müzakirəni 
uzatmaq  istəmədilər.  Hamı  işdən  daha  möhkəm  yapış­
mağı  qərara  aldı.
Briqada  o  gündən  işə  daha  ciddi  girişərək  çox 
mühüm  bir buruğu  vaxtından  41  gün  qabaq  qazdı.  Vətəni 
müdafiə üçün  qaynayan  neft bulaqlarından  biri də artdı...
Rüstəmdən  soruşsan  ki,  işdəki  müvəffəqiyyətlə­
rinizə  səbəb  nədir?  O,  üzünü  yuxarı  tutaraq,  Bakının, 
sahil  boyu  uzanan  bu  nəhəng  şəhərin  mənzərəsini 
göstərər:“Bakının  adına  layiq  işimiz  olmasa,  bizə  bakılı 
deməzlər!”
ö n   cəbhə  döyüşçü  və  qəhrəmanlarının  fədakarlı­
ğını  bir  an  unutmayan  Mir  Cəlal,  bu  mərdlikləri  qələmə 
almaqla  həm  oxucuları  ilə  paylaşır,  həm  də  qəhrəmanlıq 
irsini  gələcək  nəsillərə  yadigar  qoyurdu:  (“Ədəbiyyat” 
qəzeti,  3 fevral  1945-ci  il)  “Ölüm  var bir ailə  üçün  itki olur,
_________________Reyhan_Mirzdzadd___________________s_o__560'>_______________
Reyhan Mirzdzadd
_________________
s o  
560
 o a
ölüm  var  bir  şəhər  üçün  müsibət  olur,  ölüm  də  var  ki, 
bütün  bir  xalq  üçün,  bütün  Vətən  üçün  ağır  olur.  Sovet 
İttifaqı  Qəhrəmanı,  qvardiya  general-mayoru  Həzi  As­
lanovun  ölümü  belə  ölümdür...  Müharibə  adamına  lazım 
olan  silahdan,  təlimdən,  sürsatdan  başqa,  hər  şeydən 
başqa,  Həzidə  əlavə  bir  üstünlük  var  idi:  o  da  həqiqi  və 
böyük  vətəndaşlara  məxsus  olan  bir  ehtiras,  alovlu  bir 
hiss  idi...  Aslanovun  vuruşmalarda  göstərdiyi  hərbi 
məharət  döyüşçüləri  heyran  edirdi...  Bütün  müharibə 
dövründə,  bütün  döyüşlərdə  Həzi  həmişə  düşməni  döy­
müş,  həmişə  alman  imperialistlərindən  xalqımızın  inti­
qamını  almışdır...  Biz  belə  bir  qəhrəmanı  itirmişik.  Əl- 
bəttəki  bu  itki  bizim  üçün  ağır və  çox  kədərlidir.  Lakin  bu 
kədər  bizi,  bizim  komandir  və  əsgərlərimizi  daha  da 
şiddətli  döyüşlərə,  son  qələbəmiz  üçün  qəti  hücumlara 
çağırır,  bu  kədər  bizi  qəhrəmanımızın  qanını  almağa, 
intiqama  çağırır.  Həzi  Aslanov  döyüşlərdə  minlərlə 
qəhrəmanlar  tərbiyə  etmişdir.  Bu  qəhrəmanlar  Həzinin 
müqəddəs  işini  davam  etdirəcəklər.  Hitlerçiləri  onların  öz 
torpaqlarında  qırıb  məhv  edəcək,  qələbə  bayrağımızı 
Berlinin  kəlləsinə sancacaqlar!.."
Elə  də  oldu!  Mir  Cəlalın  qətiyyətli  uzaqgörənliyi  öz 
sözünü  dedi!
“Azərbaycan  gəncləri”  qəzeti,  25  aprel  1958-ci  il 
tarixli  nömrəsini  vərəqləyirəm.  Zəmanəmizin  hər  bir 
dövrində  yeniyetmələrin,  gənclərin  hərtərəfli tərbiyəsinə, 
əxlaqı'  keyfiyyətlərinin  zənginləşməsinə,  ölkəsi  üçün 
yetkin  vətəndaş  kimi  yetişməsinə,  doğru  və  haqq  yolu  ilə 
kamilləşməsinə  xidmət  edən  ağsaqqal  sözünə  ehtiyac 
olub.  Gəlin  “Gənclərə  sözüm”  məqaləsində  Mir  Cəlal 
Paşayevin  bu  müqəddəs  məfkurəyə  köklənən  ibrətamiz 
fikirlərinə  diqqət  yetirək:“Gənclik  elə  bir  zəruri  yoldur  ki, 
hamı  onu  keçməlidir.  Ömrün  baharı!  Bəzən  gənclik
Azərbaycancılıq və vətənpərvərlik məfkurəsi
_____
so 567 oa

həyatına  belə  ad  verirlər.  Gənclik  bahardır,  ancaq  hər 
bahara  bənzəməz.  Bahar  hər il təkrar olunur.  Gənclik  isə 
insanlara  bir  dəfə,  yalnız  bircə  dəfə  verilir.  Ona  görə 
verilir  ki,  həyata  yol  açasan,  gələcəyi  görəsən,  ömrün 
məqsədini  təyin  edəsən...  Müvəffəqiyyət  heç  bir  zaman 
çağırışla,  arzu  ilə  gəlmir,  mübarizə,  zəhmət,  səylə  əldə 
edilir.  Əngin  fəzalara  yol  açan,  zəngin  torpaqları  kəşf 
edən,  günəşi  də,  havanı  da,  suyu  da  insanın  səadətinə 
xidmət  üçün  səfərbər edən  yalnız  arzu  deyil,  ağır,  şərəfli, 
ardıcıl,  aydın  məqsədli  zəhmətdir.  Zehnin,  ağlın,əlin 
tükənməz  inadla  işləməyidir.  Dünyada  zəhmətdən  kənar 
səadət  yoxdur...Əkdiyin  ağacın  meyvəsini,oxutduğun 
uşağın  kamilləşdiyini,  tikdiyin  mənzilə  insanların  köçdü­
yünü,  yaratdığın  əsərin  zehinlərə  işıq  verdiyini  gör­
məkdən  ləzzətli  nə var?  Ömür ötüb  keçəndir,  yaranan  isə 
qalandır.  Gənclərimizin  amalı  həmişə  yarışmaq,  yarat­
maq  olmalıdır.  Heç  vaxt  mən  gücsüzəm,  mənim  yarat­
dığım  vecsizdir  deməyin!..  Bu  gün  bir  ağac  bəsləyən 
uşaqda gələcəyin  bağbanı  olmaq  meyli güclənəcəkdir.
Ən  qorxulusu  budur  ki,  vaxtı  hədər  keçirəsən, 
vaxtından  əvvəl  “ləzzətlər,  keflər”  eşqinə  düşəsən. Aydın 
gənclik fəzasını  tüstü-duman  ilə  örtənlər  itirdikləri günləri, 
illəri  çətin  qaytara  bilərlər.  Vaxt  qızıldır!  Bu  müdrik  xalq 
sözü  əsrlərin  imtahanından  keçmişdir.  Mən  istərdim  ki, 
gənclərimiz  yaradıcı  əmək,  mütaliə  və  təhsil  vaxtlarını 
ömürlərinin ən  məzmunlu saatları  saysınlar...”
Mir  Cəlal  Paşayevin  tərbiyə  mövzusunda,  əsl  ağ­
saqqal,  ata  öyüd-nəsihəti  ilə  qələmə  aldığı  (“Ədəbiyyat 
və  incəsənət"  qəzeti,  19  sentyabr  1964-cü  i l )  “Gəncliyin 
qədrini  bilək”  məqaləsini  həyəcansız  oxuya  bilmədim. 
Oxudum  və  kövrəldim.  Düşündüm  ki,  doğrudan  da  Mir 
Cəlal  kimi  həyatın  hər  cür  enişini-yoxuşunu,  hər  cür 
sınaqlarını  görmüş  əsl  söz,  fikir  sahibinin,  adı  böyük
_______________
Reyhan Mirzdzadd
________________
ю  562 os
hərflə  yazılan  Ziyalının  bütün  nəsihətləri,  vəsiyyətləri, 
tövsiyələri  günü  bu gün də,  sabah da,  qərinələr keçsə də, 
son  dərəcə  əhəmiyyətli,  son  dərəcə  vacibdir və  vacib  də 
olacaqdır.  Görün,  elimizin  mənəvi  atası  olan  Mir  Cəlal  nə 
yazır:  “Ailə  və  gənclik”  məzmunlu  və  əbədi  sözlərdir. 
Dünyada  elə  bir  normal  adam  tapılmaz  ki,  bu  məfhumlar 
ilə  bağlı  olmasın...  Hər  bir  xoş  arzu  və  ideal  yolunda 
olduğu  kimi,  sağlam  ailə  uğrunda  zəruri  mübarizənin  də 
çətinlikləri  var.  .  Ailə  qurmağa  yüngül,ötəri  əyləncə  kimi 
baxanlar  həmişə  yanılır  və  bu  səhvin  ağrısını  çəkir, 
peşimançılığa,  hətta  fəlakətə  düşür,  ömür  boyu  həsrətlə 
köks ötürürlər.
Cavanlar  arasında  yəqin  ki,  yad  təsirlər  nəticəsində 
müəyyən  bir  zümrə  əmələ  gəlib  ki,  evlənmək  işinə 
kostyum  almaq  kimi  asan,  ani  baxırlar...Başlıca  səbəb­
lərdən  biri  budur  ki,  bəzi  gənclər  bu  işə  şüur,  məsuliyyət 
hissi  ilə  yanaşmırlar.  Oğlan,  ya  qız  sevdiyinin  simasında 
ömür  yoldaşını,  həyat  qardaşını,  gələcək  ailə  səadətini, 
balalarının  əziz  ata,  ya  anasını  yox,  bir  neçə  saatlıq,  ya 
günlük  əyləncə,  öpüşmə,  qucaqlaşmaları  görür,  əylə­
nirlər.  Buna görə də “sevgilim” dedikləri adamın  xasiyyəti, 
mənliyi,əxlaqı,  insani  keyfiyyətləri  ilə  maraqlanmağa 
ehtiyac  duymur,  qaşdan,gözdən,  zahiri  yar-yaraşıqdan 
nəticə çıxarır,  hökm verirlər.
Adətən  şirin  sevişmə  günləri  uzun  sürmür.  Gənclər 
bir-birinə  qovuşandan,  bir  neçə  ay  yaşayandan  sonra 
alovlu  hisslər  sönür,  qəlblər  soyuyur,  sevənlərin  bir-birinə 
əsl  ayıq,  obyektiv,  tənqidi  münasibəti  ön  plana  keçir...  Ən 
xırda,  adi,  mənasız  şey  ailənin  pozulmağına  səbəb 
olur...Sevgi,  insan  xarakterinin  ən  pak  və  gözəl  xüsu­
siyyətlərindən  olan  məhəbbət  həyatında  yalnız  ləzzəti, 
təminatı  görmək  düz  olmaz.  Əsl  məhəbbət  yolunda  məc­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  563 ce

buriyyət,  hətta  məhrumiyyət  də  var,  onu  görmək,  qəbul 
etmək  lazımdır.
Sevdiyin  bir  qız  bəzən  ağır  naxoşluğa  tutulur,  ya 
valideyni  ilə  əlaqədar fəlakətə  düşür.  Belə  məqamda  geri 
çəkilmək,  peşman  olmaq,  əhdindən  dönmək  əclaflıq  olar. 
Məşhur  inqilabçı  demokrat  qadınların  könüllü  olaraq  öz 
ərləri  ilə  Sibir  sürgünlərinə  getdikləri  məlumdur.  Bütün 
ömrü  boyu  şikəst,  xəstə  yoldaşını  uşaq  kimi  gəzdirib 
bəsləyən  vəfalı  yoldaşlar  az  deyildir.  Sevgiyə  əyləncə 
kimi  yox,  məsuliyyətli,  fədakar  iş  kimi,  əsl  mərdlik  kimi 
baxmaq  lazımdır...  Bəzən  belə  də  eləyirlər:  cavanlar  var 
ki,  ildə  neçə  arvad  dəyişir.  Ailə  səadəti,  ailə  sədaqəti 
olmayanların  cəmiyyətdə,  xalq  arasında  hörmət  qazana­
cağına  inanmaq  çətindir  .  Yeni  həyat,  məhəbbət,  məişət 
yoluna  çıxan  bütün  gənclərə  sağlam  yolda  ictimai  şüur, 
vətəndaşlıq  borcu  və  məsuliyyətilə  möhkəm  addımla­
malarını,  hər  bir  hərəkətlərini  böyük  gələcəyə  və  xoşbəxt 
günlərə  layiq  etmələrini,  yalnız  ani,  qızğın  və  kor  hissləri 
ilə yox,  düşüncəli,  tədbirli,  uzaqgörənliklə,  qarşılıqlı  razılıq 
və əsl sevgi  ilə ailə qurmalarını  arzu edərdik".
Vaxtilə  Mir  Cəlal  müəllimlə  bir  yerdə  işləmiş  pro­
fessor  Firidun  Hüseynovun  xatirələrində  maraqlı  mə­
qamlar  çoxdur.Müəllif  qeyd  edir  ki,  Mir  Cəlal  bir  insan, 
ədib,  müəllim,  alim,  kafedra  müdiri  kimi  həmişə,yaşının 
bütün  çağlarında  və  hər  yerdə  bu  cür  görünən  adam  idi. 
O,  sadəlik,  səmimilik,  təvazökarlıq  timsalı  bir  adam  idi. 
Ahıllığında  da  bir  yazıçı  məsumluğu,  paklığı,  kövrəkliyi 
duyulurdu.  Əslində  böyük  yazıçı,  böyük  alim,  ustad  mü­
əllim  olan,  onu  şəxsən  tanıyanların  dilində  ‘yaxşı  kişi" 
kimi  ad  qazanmış  Mir  Cəlalın  ağzından  "mən  yazıçıyam”, 
“mən  aliməm”  sözlərini  ömründə eşidən  olmadı.  O,  bütün 
hallarda  asta  yeriyər,  yavaş  danışar,  səsinin  tonunu 
qaldırmazdı.  Ancaq  addımını  sərrast  atar,  sözü  mənalı,
___ ____________
Reyhan Mirzazada
________________
so 
564 ся
təsirli  olardı.  Onun  sadəliyi,  təmkini,  dözümü,  zahirən  loru 
danışığı,  fıtrətən  xəlqiliyi,  bütün  bunlarla  yanaşı,  dərinliyi, 
ciddiliyi,  səmimiyyəti,  suyuşirin  adam  olması  haqqında 
çox  şey  demək  olar.  İncə  təbəssümü,  mənalı  baxışları, 
duzlu yumoru,  sümüyə işləyən kəsərli sözü,  aydın  məntiqi 
vardı.  Obrazlı  danışar,  obrazlı  yazar,  az  sözlə  dərin  fikir 
ifadə  etməyə  çalışardı.  Yazıçılıqdan  gələn  bir  həssaslığı, 
dəqiqliyi,  ən  başlıcası  isə  incə  və  dərin  müşahidə 
qabiliyyəti  vardı.  Müşəhidəçiliyi  lap  heyrət  doğururdu. 
Tanış  küçələrdən  keçib  gedəndə  ayrı-ayrı  məşhur  bina­
ların  divarlarında,  qapılarında  olan  xırda  detallara  işarə 
edər, diqqəti yönəldərdi ki,  adamın matı-mutu quruyardı.
Mir Cəlal  üşün ədəbiyyat hava və su  idi.  Həmişə,hər 
yerdə,  bütün  söhbətlərində  ədəbiyyatdan,  sənətdən, 
bunların  elmi  təhlilindən  uzağa  getməzdi.  Nizami,  Füzuli, 
Mirzə  Fətəli,  Mirzə  Cəlil,  Sabir,  Cavid,  Səməd  Vurğun 
kimi  sənətkarlar  haqqında  danışmaqdan  usanmaz,  doy­
maq  biməzdi.  “Ədəbiyyat  tarixi  yazılanların  tarixi  deyil, 
oxunanların  tarixidir-  deyərdi.  Və  öz  sözləri  ilə  desək, 
“kiflənmiş  ədəbiyyatı"  üzə  çıxarıb  mübaliğəli  şəkildə  tərif 
edənləri  sevməzdi.  Ədəbiyyatda  ən  çox  qiymətləndirdiyi 
həqiqət,  müasirlik,  xəlqilik,  sadəlik  və  yığcamlıq  kimi 
məziyyətlər,  aydın  dil  və  üslub  idi.  Bütün  əsərlərindən  ən 
çox  istədiyi,övladları  qədər  sevdiyi  “Bir  gəncin  manifesti” 
romanından  tez-tez  söhbət  açsa  da,  bunu  öz  yazıçılığını 
gözə  soxmaq  üçün  eləmirdi,  roman  janrında  yığcamlığa 
əməl etmək baxımından  nümunə göstərirdi.
Ədəbiyyatdan  canlı  həyat  qədər  zövq  alan,  şeir  və 
sənətdən  danışmaqdan  doymaq  bilməyən,  bədii  əsər­
lərin,  klassik  irsin  nəşri  və  ardıcıl  təbliğini  bir  an  belə 
unutmayan,  həssas,  tələbkar,  qayğıkeş  bir  vətəndaş  olan 
Mir  Cəlal,  ədəbiyyatşünaslara  ədəbiyyatımızın  və  dilimi­
zin  qeyrətini  çəkməyi  həmişə  tövsiyə  edərdi.  Sabirdən
____
Azərbaycançılıa va vatanparvarlik maflturasi
so 565 ca

daha  çox  misallar  çəkər,  xüsusilə  “Fəhlə”  şeirindən 
misralar  deməyi  xoşlardı.  Mirzə  Cəlildən  nə  vaxt  söhbət 
düşsəydi:“XX  əsrdə  Yaxın  Şərqdə  heç  bir  xalqın  belə 
böyük  adamı  olmayıb”-  deyər  və  bu  böyük  həqiqəti  dərk 
etməyənləri  dünyadan  xəbərsiz  sayardı.  Odur  ki,  Mirzə 
Cəlil  yaradıcılığından  dissertasiya  mövzuları  verməkdə 
səxavətini əsirgəmirdi.  “Cəlil  Məmmədquluzadə filosof ya ­
zıçıdır”  fikrinə  qarşı  çıxıb  “onun  sistemi  yoxdur”  söy­
ləyənlərə  Mir  Cəlal  müəllim  istehza  ilə  deyərdi:“Bəs  sizin 
fəlsəfi  sisteminiz  var  ki,  diplomunuzda  “filosof'  yazdı­
rırsınız?”
Bədii  yaradıcılıqda  istedadın  gücünə  üstünlük  verən 
ədib,  hər  yazıçını  bəyənməzdi.  Füzuli,  Mirzə  Cəlil,  Sabir, 
Lev  Tolstoy,  Çexov  onunçün  sənətkarlıq  meyarı  idi.  “Biz 
Mirzə  Cəlilin  “Poçt  qutusu”ndan  çıxmışıq” fikri  məşhur  idi. 
Yazıçılar  siyahısında  adamların  çoxluğu,  əsl  qələm  sa­
hiblərinin,  yaxşı  yazanların  azlığı  onu  daim  narahat  edir­
di.  Ona  görədir  ki,  tez-tez  deyirdi:“Qardaş,  küçədə  kimi 
görürsən,  qoltuğunda  papka,  deyir  yazıçıyam,  heç 
oxucuyam deyən yoxdur".
Həm  görkəmli  bir  ədib  kimi  çıxış  və  söhbətlərində, 
həm  də  ədəbiyyatşünas  alim  kimi  qiymətli  monoq­
rafiyalarında,  məqalələrində  tarixi  və  ədəbi  şəxsiyyətlərə 
düzgün,  obyektiv  qiymət  verən,  ağı  qaradan,  yaxşıını 
pisdən,  güclünü  zəifdən  seçməyi  bacaran  Mir  Cəlal, 
başqalarından da  bunu tələb edərmiş.  Yaradıcılığını  başa 
vurmuş  hər  hansı  bir  qələm  sahibi  haqqında  mübaliğəli 
fikrə,məqalə  və  kitabçaya  rast  gələndə  bunu  ümumən 
ədəbiyyat  və  elm  üçün  zərərli  hal  kimi  pisləyirmiş.  Yazılı 
bir  cavaba  imkan  tapa  bilməyəndə,  həmkarlarına,  cavan 
ədəbiyyatçılara  öz  fikrini  şifahi  olaraq,  maraqlı  bir  ədəbi 
tövrlə  çatdırmaq  fürsətini  əldən  buraxmazmış:“Vallah,  bu
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling