Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ ю 494 сл
- _______________ Reyhan Mirzəzadə ________________ во 49 боя
- Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi _____ во 497 oa
- ...______________ Reyhan Mirzəzadə ________________ so 498 oa
- Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi _____ so 499 оз
- _______________ Reyhan Mirzəzadə _________________ vr> 500 ся I I Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi.
- _______________ Reyhan Mirzazada ________________ s o 502 ca
- _______________ Reyhan Mirzəzadə ____________ _ so 504 oa Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_______________ Reyhan Mirzəzadə ________________ Atasız-anasız boy atdımsa da, Ancaq üzməmişdir yetimlik məni. Ən əziz nədirsə mənə dünyada, İtirmişəm onu: doğma Vətəni! İstintaq zamanı onun əzişdirilmiş bədəni sızıldayır, barmaqları sözünə baxmırdı, gestapoçu xrom çəkmələri nin dabanı ilə neçə dəfə bu barmaqların üstünə çıxmışdı. Hələ Varşavada, düşərgədə müstəntiqlə ilk görüşdəcə sındırılmış sol qolu əyri bitmişdi. Unudub, ehtiyatsız tər pənəndə, dözülməz ağrıları başlanırdı... Böyrəklərini zə- dələmişdilər... öldürüləcəyini sezmişdi. Dəhşətli zindan həyatı, faşist cəlladları tərəfindən verilən zülm, əzab və işgəncələr, yağdırılan təhqirlər əlləri, ayaqları qandallı şairin vüqarını pozub səsini susdura bilmirdi. O, üzünü Almaniyaya tutub deyirdi: Budurmu Vətəni böyük Marksın? O coşqun Şillerin budurmu yurdu? Məni qabağına qataraq faşist, Adıma qul deyib, buramı sürdü? Hanı al bayraqlı spartakçılar? Niyə “Rot front la titrəmir hər yer? Niyə dönə-dönə vurdun məni sən? Cavab ver, ey alman gənci, cavab ver!.. Onlara “Folkişer bsobaxter” adlı faşist qəzeti ver məyə başlamışdılar. Qəzet qaytarılmalı idi. Buna ciddi fikir verilirdi. Lakin nəzarətçilərin ağlına da gəlmirdi ki, hər ю 492 ca dəfə qəzetin nisbətən geniş kənarı bir azca daralır: Musa qəzetin qırağını səliqə ilə kəsib götürür və şeirlərinin yazılması üçün istifadə edirdi. Beləcə necə davam et mişdisə, birdən göz açıb görmüşdü ki, əsirlikdə və zin danda yüz iyirmidən çox şeir və bir poema yazmışdır! Böyük ideallar uğrunda çarpışan möhkəm iradəli mübariz olmaq, həmişə azad, başıuca, alnıaçıq yaşamaq, şairin lirik qəhrəmanının vacib həyat prinsipi idi, onun yaradı cılığının əsas ideya-bədii istiqamətini təyin etmişdi. Musa Cəlilin bizə məlum olan ilk şeirindən bir parçanı xatır latmaq istərdim: ölüm-dirim cəngi getdiyin yerdə, Səmum da, tufan da bizi saxlamaz. Assalar, kəssələr, öldürsələr də, Bizi heç bir zaman qul etmək olmaz! “Müqəddəs diləklər" adlı bu əsərini yazarkən Musa nın cəmi on beş yaşı vardı, “ölərik, qul olmarıq!” sözlərini epiqraf kimi gətirdiyi həmin şeir əslində Musa Cəlilin bü tün sonrakı əsərlərində, xüsusən “Moabit dəftərləri”ndəki məşhur şeirlərində özünü göstərən vətənpərvərlik, zora kılığa-faşizmə qarşı bəşəri mübarizlik, milli əqidəyə sadiq- liq, tatar övladı və böyük vətəndaş kimi yenilməz xa rakterinin açılmasına doğru gedən cığırın başlanğıcı idi. Tatarıstanın Menzelinski şəhərində siyasi işçilərin kursunda hərbi təlimlərə yorulmadan yiyələnən şairin qələmi qəzəbli bir silah kimi düşməni lərzəyə salırdı. ____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 493 oa. Cəbhədə vuruşanlar, arxada çalışanlar şairin alovlu ça ğırışla dolu şeirlərindən ruhlanır, düşmənə amansız nifrət bəsləyirdilər. Musa Cəlilin qələbəyə inamla dolu sözləri insanların qəlbinə yol tapırdı. Ailəsi ilə vidalaşmaq anı gəlib çatmışdı. Qızından ayrılmaq şair üçün xüsusilə çətin idi. O, yatmışdı. Musa ilə Əminə uzun müddət tərəddüd etdilər-oyatsınlar, oyat masınlar? Oyatsalar, işin nə yerdə olduğunu başa düşə cək, ağlayacaq, onu da vağzala aparmağı xahiş edəcək di. Oyatmamağa da ürəkləri gəlmirdi. Yuxudan duracaq, atasını soruşacaqdı. Sonralar atasını yola salmadığını, onun üzünə gülümsəmədiyini, bəlkə də sonuncu dəfə gözlərinə baxmadığını bilmək qız üçün ağır və əzablı olacaqdı. Musa arvadının qəmli gözlərinə baxdı. Uşaq çarpayısına yaxınlaşdı: - Çulpancığım, mənəm, atandır. Eşidirsən, qızım? Mən gedirəm Salamat qal! Çulpan yuxuda şirin-şirin gərnəşdi, dodaqlarını marçıldatdı, sonra gözlərini açmadan əllərini uzadıb ata sının boynunu qucaqladı. Musa ehtiyatla onu qucağına götürdü. Qızcığazın balaca, isti bədəninin necə mehri banlıq və səmimiliklə ona tərəf dartındığını hiss etdi. - Mən gedirəm, qızım. Olar gedim? Çulpan gözlərini açmadan yanağını şinelin kobud mahuduna sürtdü, təsdiqləyici ahənglə başını tərpətdi. Deməli, olar... Musa boğazını tutan qəhəri uddu, uşağı sinəsinə daha bərk sıxdı. Tələsmək lazım idi. Vağzalda yoldaşları gözləyirdilər. Musa üzünü bir də qızının arıq, sümükləri çıxmış çiyninə sıxdı. Sanki onun bədəninin doğma, insanı riqqətə gətirən munis ətrini özü ilə aparmaq istəyirdi. _______________ Reyhan Mirzəzadə ________________ ю 494 сл Artıq həmin anların kövrək, nisgilli duyğuları Musanın beynindəki deyil, qəlbindəki misralarına hopurdu: ...Qızım, neçin mənə həsrətlə baxdın, O ayrılıq çağı, vida anında? Bəlkə hiss etdin ki, atanın canı Həsrətdən üzülüb qaldı yanında? Gülüm, sezdinmi ki, səndən ayrılmaq Əcəldən acıdır, ölümdən betər. Dolmuş bir buluddur atanın könlü, Bircə mehə bənddir dolmuş könüllər. ...Mənim həyatımın kimlədi süsü? Anan, gözəl anan, gülüm, bir də sən. Məgər bu əbədilik bu ağ gündüzü Bizə verməmişdir bu böyük Vətən?! Əlləri baltalı, dişləri qanlı Vəhşilər soxuldu bu gülşən yurda. Qala bilərdimmi bir kənarda mən, ölüm-dirim adlı bu vurhavurda?! Gedirəm, yadların ovum burnunu, Çəkim keşiyini bizim baharın. Yıxılsam, canımla, qalsam, köksümlə, Kəsim qollarını qəsbkarların! ...Qanımı verərəm, sönməz heç zaman Ərzə ayna tutan Çulpanım mənim. Nəbzimi, canımı verərəm sənə, Məzarda dinc yatar ruhum, bədənim. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 495 ся ...Əlvida, göyçəyim, dan söküləndə Daim o ulduzu görməkdir əhdim. Dönərəm yanına qalib gələndə, Çiynimdə avtomat- zəfər şöhrətim... 1942-ci ilin yanvarında Leninqrad ərazisində Volxov cəbhəsinə göndərilən şair hərbi müxbir və siyasi işçi kimi gərgin və çətin işlər aparmağa başladı. Musa Cəlilin o dövrdəki hərbi lirikası cəbhə həyatının və əsgər taleyinin bütün cizgiləri ilə zəngin idi. “Dil”, “Qələbə", “Hücumdan qabaq", “İz”, “Yuxu” və digər şeirlərində sərt qəhrəmanlıq motivləri ilə sadə insani duyğular, sevinclər bir-birinə qarışmışdı. Şairin cəbhə şeirləri 1942-ci ildə Kazanda “Topçunun andı” adı altında nəşr edildi.Bu, Cəlilin sağlı ğında onun ana dilində buraxılmış son kitabı idi. O, bir müddət “İgidlik” adlı cəbhə qəzetində əməkdaşlıq et di.Tez-tez atəş xəttində, qaynar nöqtələrdə oldu. Əsgər döyüşçülərin igidlikləri, şücaəti, hitlerçilərin törətdikləri qanlı cinayətlər barədə həyəcanlı yazılar yazdı. Cəbhə həyatı Musa Cəlili daha da möhkəmləndirdi, mətinləş- dirdi. Sərt döyüşlər sanki onu həyatının dəhşətli, faciəli finalına hazırladı. 1942-ci il iyunun 25-26-da Novqorodun Kerest çayı sahilində vuruşma zamanı ağır yaralanan şair faşistlərə əsir düdü.Onu əvvəlcə Qərbi Dvina (Dauqava) çayı yanındakı həbs düşərgəsinə, sonralar Polşa ərazisində yerləşən Demblin qala-düşərgəsinə, ordan da hərbi əsirlərin Berlin ətrafındakı Vustrau düşərgəsinə apardılar. Əsirlik şairi sıxsa da, o, hər cür əzaba dözdü, lakin təslim olmadı. Şair faşist hökmranlığının bütün fitnələrinə qarşı mübarizə aparan gizli qrupa qoşuldu. Almanlar özlərinin _______________ Reyhan Mirzəzadə ________________ во 49 боя mühacirlərdən təşkil etdikləri “Udil-Ural”adlı tatar millətçi komitəsinə xüsusilə ümid bəsləyirdi.Bu komitə tatar, başqırd, özbək və başqa millətlərdən olan hərbi əsirlər arasında təbliğat aparmalı və onları faşistlər tərəfində vuruşmağa cəlb etməli idi.Onlar bu çirkin niyyəti üçün Musa Cəlilin nüfuzundan istifadə etmək istəyirdilər. Müd rik və uzaqgörən şair hərbi əsirlər arasında fəal gizli iş aparmaq üçün komitə ilə "əməkdaşlıq” etməyi “qərara aldı".Əslində bu qərarın özü əsl mərdlik idi. Şair hər gün, hər an ölümlə üz-üzə gəlməkdən qorxmadı.Düşmənlərlə “əlbir" olduğuna görə keçmiş sovet adamlarının onu Və tən xaini adlandıracaqlarını bilə-bilə bu yoldan çəkinmədi. Musa Cəlil düşərgədə Bryansk yaxınlığındakı gərgin vuruşlarda əsir düşmüş digər tatar yazıçısı, şairi, dram əsərləri, uşaq şeir və nağıllarının müəllifi kimi sevilən Ab dulla Əlişlə rastlaşdı. Onunla bərabər, Abdulla Əliş də “Udil-Ural legionu tərkibində {böyük qoşun birləşməsində) faşistlərə zərbələr vuran tədbirlərin həyata keçirilməsi əməliyyatlarında yaxından iştirak etdi.Yaradılmış gizli qrup müvəffəqiyyətlə antifaşist vərəqələr yayır, hərbi əsirlərin qaçmasını təşkil edirdi. “Milli !egion”dan bir batalyona qədər adam qaçıb partizanlara qoşuldu. Lakin bir satqın dəstəni ələ verdi. Faşistlər başda Musa Cəlil olmaqla, bütün qrupu həbs etdilər. Dustaqları Berlinin Moabit hərbi-siyasi həbsxanasına göndərdilər. Drezden dəki imperiya məhkəməsi onları ölümə məhkum etdi. Musa Cəlil “Məhkum" şeirində haqqında verilən amansız hökmə cavabsız qalmadı: Onun məhkəməsi olmuşdur bu gün, Gərək öldürülsün, kəsilsin başı. O isə ağlamır, çünki ağlayıb Çoxdan qurumuşdur gözünün yaşı. Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi _____ во 497 oa Hamı yuxulamışdır məhbəsdə budur, Düşmüş pəncərədən ayın kölgəsi. Bircə o yatmayır, hey düşünür ki, Yetim böyüyəcək əziz körpəsi. Qəribə işlər var, bəzi vaxt ölüm Gəlir tufan ilə, gəlir el ilə. Təəccüb etmirsən qəlbində sənin Hətta bir yarpaq da titrəmir belə. Üzündə təbəssüm məğrur durursan, “Di qalx, öləcəksən, gedək!” deyirlər. Amma nədəndirsə, daha çox indi Yazmaq istəyirəm odlu şeirlər. Sizə çətin deyil öldürmək məni, Bunu istəyirsiz - aydındır mətləb. Ancaq siz şairə ölümdən əvvəl Bircə qələm verin, bir də mürəkkəb. Qorxu deyilən hiss şair-qəhrəmanın ruhuna tama milə yad idi. Musa Cəlil heç vaxt, heç bir yerdə ölümdən qorxmamışdı.Əgər belə olmasaydı, üzünə ölüm hökmü oxunandan sonra “Azadlıq”, “Nəğmə”, “Meşə", “Quşcu ğaz”, “Qılınc”, “Pul", “Məhkum”, “Döyüşdən sonra", “Yaza köməyimiz”, “ölüm ə", “Vəhşilik”, “Alman ölkəsində”, “Dostuma”, “Cəllada”, “İnanma” və s. insan qanına susamış faşist cəlladlarını nifrətlə, azadlıq carçılarına məhəbbətlə, gələcəyə böyük inamla dolu şeirlərini yaza bilməzdi. Ana itkisinin acısını bir an unuda bilməyən şair, hələ 1938-ci ildə "Ana" adlı şeir-andında bütün mərhum anaların övladı kimi səsini ucaltmışdı: _500_ся_I_I__Azərbaycançılıq_və_vətənpərvərlik_məfkurəsi.'>________________Reyhan_Mirzəzadə__________________so__498__oa'>...______________ Reyhan Mirzəzadə ________________ so 498 oa ...Anamın uzanıb yatdığı tabut Əbədi zülmətdir mənim gözümdə. O çağdan qayğılar aldı könlümü, Tabutun kölgəsi qaldı üzümdə ...Mərhum Anaların göz yaşlarına, Ürək ağrısına and içirəm mən, Vətən sevgisinin nəbzimdə çarpan Hər bir vurğusuna and içirəm mən. Dibindən kəsərəm biləklərini, Düşmən əl uzatsa azadlığıma. Onun dırnağı da toxuna bilməz Ana Vətənimə, doğma xalqıma. Filologiya elmləri doktoru Pənah Xəlilovun yazdıq larından: “...Musa Cəlilin və dostlarlının başını balta ilə vurub bədəndan ayırmışlar. Bu vəhşi cəza tədbiri elə qurulubmuş ki, ölümünə hökm verilmiş on iki nəfər tatar üçün (bunların içində Abdulla Əliş də vardı - R.Mirzə- zadə) 33 dəqiqə - hər nəfərə üç dəqiqə vaxt lazım gəlirmiş. Pletsenzeye həbsxanasındakı eşefotda gilyotini (gilyotin - Fransada 1792-ci il Böyük Fransa İnqilabı dövründə məhkumların başının kəsilməsi üçün tətbiq edilmiş edam dəzgahıdır. Həkim J.Gilyotenin təklifi ilə yaradılmışdır. Hitler də edam cəzası üçün xeyli sayda gil yotin dəzgahı hazırlatdırmışdı.1981-ci ildə Fransa Milli Məclisi gilyotin vasitəsi ilə edamın ləvği barədə qanun qəbul etmişdir - R. Mirzəzadə) görənlərdən biri onu belə təsvir edir:“Məhkum olunmuş adam hündür taxtanın üstünə qalxmalıdır,taxtanın axırında baş üçün oyuq vardır. Məhkum özünə gələnə kimi cəllad köməkçiləri onu bu taxtaya elə atırlar ki, şarnirə birləşdirilmiş taxta 90° Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi _____ so 499 оз enir. Əyilmiş taxta məhkumu atıb lazım olan vəziyyətə salır.Məhkumun başı düz gilyotinin altına enir...Elə həmin anda cəllad düyməni basır. Gilyotinin tiyəsi qıjıltıyla aşağı enir və edam olunanın başı xüsusi hazırlanmış hörm ə səbətə düşür”. Musa Cəlil 1944-cü il avqust ayının 25-də saat 12.21 dəqiqədə edam olundu. Adətən eşefota sürüklənən məhkumlar özlərini itirərdilər. Lakin hökmdən əvvəl Musa Cəlil və onun dostları ilə söhbət edən məhbəs ruhanisinin etirafına görə, ölüm ərəfəsində tatarların üzündə təbəs süm vardı”. Həbsxananın keşişi Yurıtko Musa Cəlillə tez-tez görüşürmüş və hətta ona ömrünün son günlərində oxu maq üçün dahi alman şairi Yohann Volfqanq Hötenin “Fa ust” əsərini gətiribmiş. Musa bir italiyalı hərbi əsirlə də dostluq edirmiş. Bu italiyalı çox dindar adam imiş. Ren- niero Lanfredini adlı həmin italyan Musa Cəlil və onun yoldaşları haqqında aşağıdakı məlumatı vermişdi: “Bu on iki dost müxtəlif kameralarda yatırdı.Onlar həmişə şən və nikbin idilər. 1944-cü il avqustun 25-də səhər saat 6-da kameraların qapısı açıldı. Mən o zaman Musa Cəlillə bir kamerada qalırdım.Gözətçi onların familiyalarını oxudu və çölə çıxmağı əmr etdi.Biz məsələnin nə yerdə olduğunu başa düşdük... Mən dəhşətə gəldim. Onlar gülə-gülə mənə dedi- lər:“Sən ölümdən qorxdun, bax, biz ölümə gedirik". Sonradan eşitdim ki, tatarlar öləndə də vüqarla və əzəmətlə ölmüşlər”. Vüqar və əzəmətə gedən yol isə şairin misrala rından keçirdi: _______________ Reyhan Mirzəzadə _________________ vr> 500 ся I I Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi. Yaxud: Sənin həbsxananda dustaq olsam da əgər, Dizim bükülməyəcək sənin önündə qatil! Mənim ölüm saatım gələcəkdir bir səhər Başımı kəsəcəksən, mən ancaq ayaq üstə öləcəyəm, onu bil! öldür! Diz çökmərəm qarşında qatil! Dustağam.Qəlbimsə dustağın deyil. Başımı baltanla üzə bilərsən, Fəqət, baş əymədən öləcəyəm bil! Heyif ki, sizlərdən min qulduru yox, Yüzünü silmişəm dünya üzündən. Elə buna görə gərək xalqımın önündə diz çöküb üzr istəyəm mən. P. Xəlilovun qeyd etdiyi, müxtəlif əsrlərdə yaşayan iki qardaş xalqın mübariz şairlərinin taleyindəki bir-birinə bənzəyən acı məqamları yada salmaq yerinə düşərdi: “Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin vəhşi cəsinə edamından 600 il keçəndən sonra, ağlın, elmin, demokratik ideyaların misilsiz inkişaf etdiyi XX əsrin ortalarında təxminən bu edama bənzər yeni bir cinayət baş verdi, ö z Vətənini, xalqını, azadlığını qoruduğuna görə bir tatar şairini Almaniyanın mərkəzində vəhşicəsinə edam etdilər. Nəsiminin dərisini soymaq hökmü çıxa- rılmşdı. XX əsrin şairinin başım Hitlerin 30-cu illərdə ha zırladığı iyirmi gilyotindən birinin ağzına vermək haqqında hökm imzalanmışdı. Hər iki sənətkar hökmün icrasını gözləyə-gözləyə yeganə silaha - onları əbədi yaşada bilən qələmə əl atmışdı.İkisi də zindanda oturub səhər düşmənlərlə necə üz-üzə duracaqlarını, cəllad qarşısında so 501 ca necə dayanacaqlarını düşünmüş, düşündüklərini də ka ğıza köçürüb nəsillərə vermişlər". Görkəmli alimimiz P.Xəlilovun iki qardaş xalqın əzablarla öldürülən şairlərinin faciəli taleyini müqayisə etməsi Nəsiminin ölüm anında saralmış bənizini yenidən gözlərim önündə canlandırdı.Qardaş Özbəkistanın tanın mış şairi Nəsrəddin Məhəmmədəliyevin “Nəsiminin son sözü” şeirini xatırladım. Qoy bu kövrək misralar Nəsimi ilə Musa Cəlilin doğma ruhlarını bir-birinə qovuşdursun: ...Cəllad çəkir qılıncını, Ulduz - ulduz qızarır yer. Qışqırmıram, yalvarmıram, Mənim andım və inamım ölümdən də qüvvətlidir. Döyüşlərdə keçdi ömrüm Qanım axdı çiçək-çiçək. Həmişəlik yanacağam üfüqlərdə Əbədiyyət Günəşitək. ...Ağlatmışam əzabı mən, zülümü mən, Mənim ruhum uçur-uçur gələcəyə, Torpaq kimi tanımıram ölümü mən. Musa Cəlillə birlikdə faşistlərin ölüm düşərgəsində olmuş Niqmət Terequlov 1946-cı ildə doğma Vətəninə qayıtmış və qəhrəman-şair Musa Cəlilin birinci “Moabit dəftəri’ ni Kazanda Yazıçılar İttifaqına vermişdi.Ərəb əlif bası ilə yazılmış həmin dəftərin axırında Musa, öz ürək sözlərini demiş, əməl dostlarına xahişini bildirmişdi: “Ey tatar dilini bilib bu dəftəri oxuyan dost, bu dəftər məşhur tatar şairi Musa Cəlilindir. Onun həyat yolu _______________ Reyhan Mirzazada ________________ s o 502 ca belədir...O, 1942-ci ildə cəbhədə vuruşan zaman yaralı halda əsir alınmışdır. Əsirlikdə dəhşətlər görmüş, dəfə lərlə ölümdən qurtarmışdır. Sonra onu Berlinə gətirmişlər. Burada onu sovet təbliğatı yayan gizli təşkilatda iştirak etməkdə günahlandırmış və həbs etmişlər. Onu ölüm hökmü gözləyir. O, öləcəkdir. Ancaq onun həbsxanada və əsirlikdə olan zaman yazdığı 115 şeir qalacaqdır. O, şeirlərindən nigarandır.Əgər bu dəftər sənin əlinə keçsə, diqqətlə, səliqə ilə şeirlərin üzünü köçür, saxla və m ü haribədən sonra Kazana xəbər ver Həmin şeirləri tatar xalqının mərhum şairi Musa Cəlilin adı altında nəşr et- dir.Mənim vəsiyyətim belədir. Musa Cəlil, 1943, d e ka b r". Həmin hadisədən bir il sonra Belçika vətənpərvəri Andre Timmermans Brüsseldəki keçmiş sovet səfirliyinə Musa Cəlilin ikinci “Moabit dəftəri’ni təhvil verdirmiş, səfirlik həmin dəftəri Tatarıstana göndərmişdi. Latın hərf ləri ilə yazılmış həmin dəftərdə maraqlı bir məlumat var- dı:“Burada 33 şeir vardır. Bunlar hamısı əsirlikdə və həbsxanada yazılmışdır. 1942-ci ilin sentyabrından 1943- cü ilin noyabrına qədər mən 125 şeir və poema yazmı şam. Ancaq bunların hamısını hara köçürə bilərdim?Bu şeirlər mənimlə birlikdə torpağa gömüləcəkdir". 1955-ci ilin yayında Almaniyada çap olunan “Sovet İttifaqının mətbuatı” jurnalının redaktoru, jurnalist və tərcüməçi Leon Nebentsal sovet nəşrlərini nəzərdən keçirərkən ilk dəfə Musa Cəlilin Moabit şeirləri ilə tanış oldu. Şeirlər çox xoşuna gəldi.Faşist zindanlarında hər cür iztiraba məruz qalan şairin alman xalqına nifrət bəsləməməsi Nebentsalı xüsusilə heyrətləndirdi.Bir müd dət sonra alman jurnalisti Musa Cəlilin qəhrəman müba rizəsi və faciəli taleyi haqqında Yuri Korolkovun “Sovet İttifaqı” jurnalındakı məqaləsindən xəbər tutdu. Məqalədə deyilirdi ki, şairin son günləri haqqında az şey məlumdur, ____ Azarbaycançılıq va vatanparvarlik mafkurasi ____ во 503 ca hətta Cəlilin dəftərçəsini Vətənə göndərən adam- belçi kalı Andre Timmermans bu vaxta qədər axtarılıb tapıl mamışdır. Nebentsal da axtarışa qoşulmağı qərara alır.Lakin onun müxtəlif təşkilatlara müraciəti ilə aşkara çıxara bildiyi, dəlillərinin müəyyən qədər uyğun gəldiyi Timmer mans soyadlı adam “Cəlilin Timmermansı" olmur. 1956-cı ilin sentyabrında yazıçı Konstantin Simonov Knokkedə adlı kiçik Belçika şəhərində keçirilən poeziya festivalında iştirak edir. Belçikaya yola düşməmişdən əv vəl Musa Cəlilin həyat yoldaşı Əminə xanım onun yanına gəlir və ərinin belçikalı dostunu axtarmağı ondan xahiş edir. Konstantin Simonov Əminə Cəlilin məktubunu fes tivalın tribunasından oxuyur. Belçika şairlərinə isə Mu sanın şeirlər məcmuəsini bağışlayır. Festival başa çatandan iki gün sonra o, tanınmış şair, Belçika Elmlər Akademiyasının üzvü Roje Bodarla görüşür və Andre Timmermansın axtarılıb tapılması üçün tədbirlər görməsini ondan rica edir. İki gündən sonra Simonov artıq axtardığı adamın dəqiq ünvanını bilir. O, dərhal Tirlemon şəhərinə yola dü şür, Timmermansı tapır və maraqlandığı məsələlər ba rəsində onu geniş sorğu-suala tutur. Simonovun Timmer- mansla söhbətindən: Simonov: - Qoruyub saxladığınız dəftəri Cəlil sizə nə vaxt vermişdi? Timmermans: -Drezdenə, məhkəməyə göndərilməmişdən təxmi nən bir ay əvvəl.O, həbsxana mağazasında satılan poçt kağızından düzəldilmiş dəftərçəsini mənə verdi. _______________ Reyhan Mirzəzadə ____________ _ so 504 oa Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi Simonov: -Niyə dəftərçəni sizə məhz o vaxt verdi? Məgər onda artıq edam ediləcəyini bilirdi? Timmermans: -Bəli, o, məhkəmədən çox əvvəl də edam oluna cağına əmin idi. Bir neçə dəfə çox sakit şəkildə buna zərrəcə şübhə etmədiyini mənə demişdi... Cəlili həbsxana rəisinin yanına çağırmışdılar. Nə üçün çağırdıqlarını dəqiq bilmirəm. Deyəsən hansısa ka ğızı imzalamağı tələb edirdilər.Kameraya qayıdanda o, mənə yaxınlaşdı, dəftərçəni verdi və xahiş elədi ki, sağ qalıb evə qayıtsam, müharibədən sonra onu düşdüyüm ölkədəki sovet konsulluğuna verim. Simonov: -Siz dəftəçəni necə saxlaya bildiniz? Necə göndər diniz? Timmermans: -Məni Şpandau həbsxanasına keçirəndə dəftərçəni özümlə götürmüşdüm. Paltarımın içərisində gizlətmişdim. Məhkəmənin hökmü bildirilən günün səhəri mənə beş il katorqa cəzası kəsmişdilər. Mən həbsxana idarəsinə getməli və artıq şeyləri təhvil verməli idim. Biz daha istintaq altında olan adamlar deyildik, ona görə də artıq şey saxlamağa icazə vermirdilər. Məsələn, mənim iki cüt corabım var idi, bir cütünü saxlaya bilərdim, iki köynəyim var idi, birini götürə bilərdim. Başqa bütün xırda-xuruş şeyləri də təhvil verməli idik. Mən təhvil verəcəyim şeyləri yığışdırdım, Cəlilin dəftərçəsini onların arasına qoydum. Həm də bunu elə elədim ki, dəftərçə ilk baxışdan gözə dəyməsin, eyni zamanda xüsusi olaraq gizlədilməsi barə sində də təsəvvür yaranmasın. Dəftərçə ilə birlikdə Berlin həbsxanasında alman keşişinin mənə verdiyi dua kitabını da şeylərin arasına qoymuşdum.Bu dua kitabının ilk iki ю 505 Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling