Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
_______________ Reyhan Mirzəzadə ________________ so 446 ca Çagin məni bir qardaş kimi qarşıladı. Onun mənzilində qalıram. Fövqəladə münasibət, doğmalıq var burada". Bütün Şərq dünyasına poetik şair sevgisi ilə yanaşan Yeseninin “İran nəğmələri” ilə Şərq klassiklərinə nə dərəcədə bağlandığına yazımın əvvəlində toxunmuş dum. Bir daha bildirmək istərdim ki, bu bağlılıq və məhəbbət Yeseninin Şərq poetikasına məxsus motivləri, Şərqin ənənəvi milli dəyərləri, gözəl məkanları, sərvətləri nə də münasibətində özünü göstərirdi. Şair öz əsərlə rində tez-tez Firdovsinin, Sədinin, Xəyyamın adlarını çəkir və bəzən düşüncələrində onlara istinad edirdi. Məhəm məd Peyğəmbərdən, Qurandan danışır, Lalədən, Şaha- nədən, Gülnardan, Həsəndən söhbət açırdı. Bülbülün nəğməsini, qızılgülün ətrini, pərinin gözəlliyini vəsf edir, kamanı dinləyir, tütək səsinə qulaq asırdı. Şairin əsərlə rində Bakı, Tiflis, Batumi,Tehran, Təbriz, Xorasan, Bos for, Bağdad, Şiraz, Fərat, Şuşa, Balaxanı, Mərdəkan dəfələrlə təsvir edilirdi. Çayxana, zurna, tar, çadra, xına, zəfəran, şal və bu qəbildən olan bir çox Azərbaycan kəlmələrindən geniş istifadə olunurdu. Buna görə də bu İlahi məhəbbət çox zərif və incə tellərlə Yesenini tez-tez Azərbaycana, qoca Şərqin qapısı sayılan Odlar Yurduna çəkirdi. 1925-ci ilin iyunun sonunda P. Çagin Moskvadan Bakıya yola düşəndən az sonra, Yesenin ona belə bir məktub göndərmişdi: "Əziz Pyotr Ivanoviç! Qayğılar içində itib-batmışam və “Bakrob” qapılarına yenidən dönəcəyim günü səbirsizliklə gözləyə-gözləyə qalmışam. Necəsən? Sənə göydə deyil, yerdəki ulduzları saya bildiyin üçün həsəd aparır, qibtə edirəm. Fəqət, nə qəm! Görüşərik. Hər şey qaydasına düşər. Sənin, sənin və Azərbaycancılıa va vatanparvarlik mafkurasi ______ so 447 ca mənim ailəmizin bütün üzvlərinə salam söylə. Atanı və Peteni bağrına bas. O, Moskvaya gələcək, ya yox? Sonya salam göndərir, əllərini sıxır ö p ürə m səni Sergey. 6.VII.25, Moskva". Bu, həmin vaxtlar idi ki, məhz o zaman Pyotr Ivanoviç Sergey Yesenini və onun arvadı Sonya (Sofiya) Tolstoyu Qafqaza qonaq çağırmışdı. Sonya Tolstoy ömür yoldaşı kimi onun taleyinin son qisməti idi. Şəxsi həyatının uğursuzluqları da şairə az dərd vermirdi. Belə ki,1914-cü ildə 19 yaşlı Sergey ilk dəfə Moskva mətbəəsində korrektor işləyən Anna Romanovna izryadnova ilə evlənmiş və ondan Yura adlı oğlu dünyaya gəlmişdi. 1917-ci ildə 22 yaşlı Yesenin Zinaida Nikolayevna Rayxla ailə qurmuş, bu nigahdan Konstantin adlı oğlu və Tatyana adlı qızı doğulmuşdu. 1921-ci ildə Sovet hökumətinin dəvəti ilə məşhur Amerika balerinası Aysedora Dunkan Moskvaya gəlir və bir müddət balet məktəbində dərs deyirdi. Gözəl sənəti ilə bütün dünyada şöhrət qazanan Dunkanın uğursuz, faciəli taleyi vardı. O, Fransada qastrol səfəri zamanı avtomobil qəzasına uğramış və övladları həlak olmuşdu.Aysedora- nın xatirələrində qeyd olunur ki, o, Moskvada Yeseninlə tanış olarkən sanki oğlu Raymondla rastlaşır. Az sonra Sergeylə Aysedora kəbin kəsdirərək xaricə gedirlər. Evlilik müddətində Avropanı və Amerikanı gəzirlər. Aysedora Dunkan Yesenindən 17 yaş böyük idi və ümumiyyətlə, həyata baxışı ilə şairin yaradıcılığında mühüm rolu yox idi. Buna görə də il yarım sonra onların yolları ayrılmışdı. _______________ Reyhan Mirzdzad.ə ________________ ю 4 48 c e 1925-ci ilin mayında Yesenin Lev Nikolayeviç Tolstoyun nəvəsi Sofiya Andreyevna ilə evlənmişdi. Sonya şairə böyük qayğı və həssaslıqla yanaşır, diqqət və mehribanlığını ondan əsirgəmirdi. Bədii yaradıcılığa çox tələbkar və həssas olan Yesenin etiraf edirdi:“Mənim lirikam hər şeydən əvvəl böyük məhəbbət, Vətən məhəbbəti ilə canlıdır. Doğma Vətən duyğuları mənim yaradıcılığımın əsasıdır”. Bu, böyük həqiqət idi. Gənc şairin çoxsaylı şeirləri, o cümlədən, “Sevimli diyar...”, “Ey Rusiya, mənim meh ribanım”, “O yerdə ki gicitkən sapsarı...”, “Sən, ey alın təri ilə islanmış qara torpaq”, “Daxmada”, “Ah, Rusiya, aç qanadını...”, “Əbəs deyil əsən küləklər...", “Çöllərə baxıram, göyə baxıram...", “O yerdə ki, sirrlər mürgüləyir əbədi...", “Ah, Rusiya, qızıl moruq çölləri", “Usandım yaşamaqdan”, “Yenə doğma Vətəndəyəm mən”, “Qürub etdi günəş”, “Düşüncələr”, "Ah, mənim tarlalarım, doğma şırımlar”, “Dəmirçi”, “Marfa Posadnitsa”, habelə “Yar" povesti kimi sənətkarlıqla və yaradıcılıq qüdrəti ilə yazılan əsərlər buna ən yaxşı nümunədir. Lakin gənc şairin 19 yaşında yazdığı və 1915-ci ildə “Severnıye zapiski” jurnalında çap olunan "Rusiya” şeiri Yeseninə daha böyük şöhrət qazandırmışdı. Bakıda olarkən Yesenin Rusiyanın parlaq gələcəyini daha aydınlığı ilə dərk etmişdi. Bu barədə şair Qafqaz şeirlərində ruh yüksəkliyi ilə söz açmışdı. Onun məhz Bakıda yazdığı “Zəif ay işığı...” şeirində şairin ürəyinin ən gözəl arzusu misilsiz bir sevgi ilə əks olunmuşdu. Misralara diqqət edək: Bilmirəm taleyim necə olacaq, Bəlkə də olmadım bu günə yoldaş. Amma ki, istərəm yoxsul yox, ancaq Poladlaşan görəm Rusiyanı kaş... ___ _Azərbaycançılıq из vətənpərvərlik məfkurəsi _____ r o 4 4 9 c a Bu, onun ən böyük və ən müqəddəs arzusu idi... Bu arzu hər an onun qəlbində, ruhunda və düşüncəsində ə ks - səda verirdi. O, sevimli Rusiyam daim xoşbəxt görm ək istəyirdi. Həyatdan köçəndə də bu arzular ürəyində çırpınırdı şairin. Mən ömrümdə çox məmləkət gəzmişəm, Hamısında bir səadət gəzmişəm. Bundan delə xoşa gələn bir qismət Axtarmıram, aramıram, mən fəqət. Dəli könlüm, gəl çırpınma bu qədər! - deyən şairin 30 illik ömrü həmçinin bir nağıl kimi keçdi. Hələ sağlığında bütün dünya onu canlı bir əfsanə kimi sevdi, oxudu, öyrəndi. A.Tolstoyun dediyi kimi, böyük milli şair öz həyatını çəkinmədən alovlara atdı.O, bizim qarşımızda yanıb külə döndü.Onun poeziyası böyük qəlb xəzinəsidir... Poeziyası böyük qəlb xəzinəsi olan şairin poetik aləmi və həyatı qanı ilə yazdığı "Əlvida" şeiri ilə bitməli o lu r: Nə qoca dünyada ölüm təzədir, Nə də ömr eləmək təzədir əlbət... Çaginin yazdıqlarında həyəcan notları indi də aydın hiss olunur:“Dekabrın sonunda mən Moskvaya, Parti yanın XIV qurultayına getdim. Iclaslararası tənəffüsdə S. M. Kirov məndən soruşdu ki, Yeseninlə Moskvada görüş- müşəmmi, necədir, ona nə olub? Mironoviçə xəbər verdim ki, aldığım məlumata görə, Yesenin Leninqrada (indiki Sankt-Peterburqa-R.Mirzəza- də) gedib. _______________ Reyhan Mirzəzadə _________________ so 45C g * Kirov dedi:“Hə, nə olar ki, onun üzərində hami- liyimizi Leninqradda davam etdirərik. Bir neçə gündən sonra orada olacağıq”. Sonradan öyrəndim ki, Mərkəzi Komitə qərar çıxarıb: Kirovu Leninqrad quberniyası Partiya Komitəsinin Birinci katibi, Ivan Ivanoviç Skvartsov - Stepanovu “Leninqradskaya pravda”nın redaktoru, məni isə “Krasna ya qazeta”mn redaktoru təyin ediblər. Sonsuz kədər və təəssüflə qeyd edirəm ki, S.Yese- ninin üzərində hamiliyimizi davam etdirmək bizə müəssər olmadı. Leninqrada gəldiyimiz günün ertəsi öyrəndik ki, S.Yesenin həyatdan getmişdir". Bu barədə Mariya Çaginanın yuxarıda qeyd etdiyim məqaləsindəki yazdıqlarının davamını yada salıram: “ 1925-ci ilin axırlarında mən Leninqradda Plexanov küçəsində, “Anqleter” mehmanxanasından bir az aralıda yaşayırdım. Pyotr Ivanoviç Moskvada idi, Partiya qurulta yının işində iştirak edirdi, teleqram göndərib məni yanına çağırırdı. Dekabrın 28-də qatara əyləşərkən mən kiminsə “Yesenin vəfat edib" dediyini eşitdim. Bilmirəm, nə üçün sə, ürəyimə dammışdı ki, bu faciə baş verib. Səhər Mos kvaya gəlib perronda Pyotr ivanoviçi görərkən onun çöh rəsindən başa düşdüm ki, hissim məni aldatmayıb. İnanılması çətin olan bir həqiqəti eşitdim. Mən isə bu qədər yaxında, demək olar ki, yanında olduğum halda, heç nə ilə kömək edə bilmədim... Bunu dərk etmək acı idi, cox acı idi... Bizim arxivdə Yeseninin fotoşəkilləri, əlyazmaları, üstünü yazıb hədiyyə verdiyi kitablar ehtiramla mühafizə olunur. Yesenin xəyalımda və ürəyimdə onu ilk dəfə gördüyüm kimi, poeziyanın vəfalı cəngavəri kimi həmi şəlik qalmışdır”. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ao 451 ea “Qitələr” şeirini şair P. Çaginə həsr etmişdi. Əsərdə Çaginin daim tərəddüdlər, ziddiyyətlər, çırpıntılar içində olan şairə xeyirxah, humanist təsirini, qayğıkeş müna sibətini görməmək mümkün deyil. Burada fikirlə hissin, lirika ilə siyasətin möhkəm vəhdəti aydın hiss olunur. Yesenin yaradıcılığının zirvəsi sayılan “Anna Sne- gina” məşhur poeması da “Bakının yadigarı” idi və “Bakinski raboçi” qəzetinin 1-3 may 1925-ci il tarixli nömrəsində dərc olunmuşdu. "Yesenin Bakını çox sevirdi. O, həmişə mənə deyər di ki, hər bir şairin Bakıya getməsi zəruridir, çünki şəhər və ətrafı olduqca şairanədir”, - bunu tanınmış rus şairi, yazıçısı, dramaturqu Valentin Petroviç Katayev söylə yirdi. O, “Əlvida, Bakı” şeirində Bakıya “Əlvida!” dedi. Amma Bakının, onun əziz dostlarının, onu dərin bir məhəbbətlə sevənlərin gözləri yenə yollara dikilmişdi. Bu həsrəti Əliağa Kürçaylı necə də səmimiyyətlə qələmə alıb: Sən indi gəl Bakıya Əsl şeiriyyətdir o... Gəl, Sergeyim, Gəz, dolan bu qardaş torpağında. Şeiriyyət Xəzər kimi Qoy çağlasın sinəndə. Çörək dost süfrəsində, Nəğmə dost dodağında! Yerin ürəyimdədir Gəlsən də, gəlməsən də... İndi haqlı olaraq Azərbaycanı, doğma Bakımızı Yeseninin ikinci Vətəni hesab edirlər. Şairin xatirəsi yurdumuzda əziz tutulur Hər il oktyabrın 3-ü - Yeseninin _______________ Reyhan Mirzəzadə _________________ ю 452 an doğum günü Rusiyada olduğu kimi, Bakıda da şairin poeziya günü kimi qeyd olunur. Qürurla xatırlatmaq istəyirəm ki, 1995-ci ildə həmin vaxt ölkə Prezidenti olan Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Sergey Yeseninin 100 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi Azərbaycanda əsl bayrama çevrilmişdi. Şairin xatirəsinin bir daha yad etmək üçün Mər- dəkanda onun ev-muzeyini ziyarət etdim. Yeseninin ruhu sanki vaxtı ilə Bakı milyonçusu Murtuza Muxtarova məx sus, başdan - başa yaşıllığa bürünmüş, ən nadir bitkilərin məskəni olan nəhəng dendraridə dolaşırdı. 90 il öncə, 1925-ci ilin 28 dekabr günündə bu ruh əbədiyyətə qovuş muşdu. Ruhun əbədiyyətə qovuşmasına isə hüzn kimi baxmaq doğru deyil. Çünki o, həmişə bizimlədir. Mənsə ehtiram əlaməti olaraq, Yeseninin sevimli və onu heç zaman unutmayan Bakısında ərsəyə gələn bu yazımla unudulmaz şairin, unudulmaz Yeseninin poeziyasım bir daha salamlamağı arzuladım. O, şeiri çox sevirdi. Buna görə də şairin ruhu şad ol sun deyə, istəkli oxucularımdan Azərbaycanın xalq şairi, adaşı Sergey Vasilyevin sədaqətli misraları ilə ayrılıram: ...Aşiqəm Bakıya ona görə ki, Bir zaman Yesenin əziz dost təki Qoydu qədəmini bu doğma elə. Qədim Odlar Yurdu məhəbbət ilə Şairə rahatlıq, dinclik yaratdı. Vurğunam Bakıya ona görə ki, Qoynunda Yesenin inci yaratdı... “Həftə içi” qəzeti, 25 dekabr 2015-ci il. ____ Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi _____ ю 453 ся BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ İNSAN AŞİQİ " C in a y ə t v ə c ə z a ” r o m a n ı n ə ş r in in 1 5 0 illiyi v ə d a h i ru s y a z ıç ıs ı F M .D o s t o y e v s k in in v ə f a t ı n ı n 1 3 5 - c i ild ö n ü m ü m ü n a s ib ə t ilə “M ə n başq a cür düşünm ək və y a ş a m a q istəm irəm , yaln ız bu inam la d ü şünüb-yaşam aq istəyirəm ki, b iz im 90 milyon rusun h am ısı (ya da o z a m a n nə q ə d ə r çoxalıb- törəyəcəklərsə, onların h am ısı) b ir vaxt təhsil görmüş, insanlaşm ış və xoşbəxt olacaqlar. M ə n bilirəm v ə m öh kəm in anıram ki, üm um i m a a rif b izd ə h eç kəsə z iy a n vura bilməz. H ə tta inanıram ki, fikir s ə ltə n ə ti h ə r h a n s ı başqa b ir yerd ən daha tez bizdə, bizim R u siy ad a q u ru la c a q d ır”. Fyodor Mixayloviç Dostoyevski 1876-cı il. “N əhayət, m ən R usiyaya gəlib - çatdı m. G ördük lərimin h am ısı gözəldir. B a şq a ölkələrdəkinə oxşam ır. K ökündən gözəldir. O nlar h am ın ı a y a ğ a qaldırmış, h ərə kətə gətirm işlər'’. ”...Ə g ə r bu raya gəlm əsəydim , h əy atım ın m əqsədin i tam am yerinə yetirilm iş hesab etm əzdim ... O nların qeyri-adi cəsurluğu g ö zə çarpır... M əni m ö cü zə lər yarad a bilən Avropa elm ləri valeh edir, lakin burada gördüyüm n əh ən g işlər m ən i d ah a çox heyran qoyur... O nu da q ey d etm ək la zım d ır ki, Rusiya bir çox illər dəhşətli aclıq çəkmiş, burada çoxlu m iqdarda a d a m ölmüşdür. Lakin xaricdən köm əyin olm am asına b a x m a yaraq, o n la r bu zərb əyə davam gətirə bilmişlər... Bir dəfə m ən İngiltərədə olanda, ilk d ə fə b ir ingilisdən R u siyada xalqın rifahını yaxşılaşdırm aq üçü n n ec ə qeyri-adi işlər görülməkdə olduğunu eşitm işdim ... _______________ Reyhan Mirzəzadə _________________ so 454 ca Gördüklərimin h am ısı m ən i təəccübləndirdi. S əkkiz il ərzində m a a rif bütün əhalinin m ənəvi sim asını dəyiş mişdir... O nların yaym aqda olduqları m aarifin əsas m əqsədi insan tərbiyə etm ək cəhdindən ibarətdir... R usi yad a insan fikrinin böyük hərəkəti duyulm aqdadır. M ən heç b ir ölkədə təhsilin buradakı kimi böyük ölçüdə yayıldığını gömnəmişəm... O nlar dünya m iqyasında x a dimdirlər. Buna görə də onlara böyük zəka lazım dır... Ə g ə r m ən öz gözlərim lə görm əsəydim, heç vaxt in an m azd ım ki, o n lar cəm isi 10 il ərzində nəinki yü z m inlərlə adam ı cəh alə t və həq arət zülm ətindən çıxarm ış, onlara savad öyrətmiş, h əm də onlarda insana lə y a q ə t hissi tərbiyə etmişlər. O nların bütün səyləri ö z xalqının xeyrinə yönəldilm əklə yan aşı, həm də eyn i d ərəc əd ə başq a xalqların xeyrinə yönəldilmişdir. ...M ə n R usiyadan indicə qayıtm ışam , ölkənin ə zə m ə t və şöhrətə doğru yolunun n ec ə çətin olduğunu görm üşəm ”. Böyük hind mütəfəkkiri, filosofu, yazıçısı, şairi, dramaturqu, rəssamı, Şərqdə ilk Nobel Mükafatı laureatı RabindranatTaqorun “Rusiya haqqında məktublarından. Sentyabr - oktyabr ayları, 1930-cu il. Bütün klassiklər kimi həmişə müasir olan, ziddiy yətlər, konfliktlərlə dolu dünyamızın idrakı üçün əsərləri iiə bütün bəşəriyyətə böyük fayda, estetik və mənəvi qida verən Fyodor Mixayloviç Dostoyevski həmişə ürəklərdə yaşayan qüdrətli sənətkardır. Görkəmli filosof, Peterburq Elmlər Akademiyasının müxbir üzvü olmuş Dostoyevski, XIX əsr rus və dünya ədəbiyyatının bəşəri simalarından, dünyanın ən çox çap olunan, ən çox oxunan və ən çox sevilən dahi yazıçılarından biridir. Kiçik yaşlarından ____ Azırbaycançılıq və vətənpərvərlik məfkurəsi_ ___ so 455 ca ətrafında cərəyan edən hadisələrə son dərəcə həssas və qayğıkeş münasibət bəsləyən Fyodoru insanların yoxsul və kədərli həyatı daha çox qüssələndirmiş və sarsıtmışdı. Maksim Qorkinin haqlı olaraq dediyi kimi: İn s a n əzabları haqqında xatirələri öz ürəyində toplayan və bu dəhşətli xatirələri təsvir edən bir insan dünyaya gəlməli idi - bu insan Dostoyevskidir”. F.M.Dostoyevski 1821 -ci il oktyabrın 30-da (yeni tarixlə noyabrın 11-də) Moskvada həkim ailəsində dün yaya göz açmışdı. Altıuşaqlı ailənin ikinci övladı idi. O, qədim adət-ənənələrə hörmətlə yanaşan, müqəddəs ayinlərə riayət edən patriarxal bir ailədə tərbiyə alırdı. Ailənin məişət vərdişləri nəticəsində ədib rus memarlığı və xalq nəqqaşlığının dəyərli abidələri ilə erkən yaşla rından maraqlanmağa başlamışdı. Həyatının son illərində də yazıçı bunu ehtiramla xatırlayırdı:“Hər dəfə Kremlə və Moskva kilsələrinə getmək mənim üçün nəsə təntənəli bir mərasim idi”. Ədib 1847-ci ildə yazdığı məqalələrinin birində Moskvanın Arxangel kilsəsi (XVII əsrin memarlıq abidəsi), “Qranovitaya palata” (Kremldə memarlıq abidəsi. 1487- 1491-ci illərdə Böyük Moskva knyazı III İvanın göstərişi ilə italyan memarları Marko Ruffo və Petro Antonio Solari tərəfindən tikilib. Moskva Kremlinin 20 qülləsindən biri olan məşhur “Spasskaya Başnya”da Solarinin memarlığı ilə ərsəyə gəlib), Boris Qodunovun qəbri (XVI əsrin sonu, XVII əsrin əvvəlində rus çarı və böyük knyazı) və onun yaddaşına həmişəlik həkk olunmuş digər abidələrdən məhəbbətlə bəhs edirdi. Anası Mariya Dostoyevskayanın ilkin savad öyrət diyi Əhdi-Ətiq (Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, eramızdan əvəl lll-ll əsrlərdə tamamlanıb. Xristianlar tərəfindən Müqəddəs _______________ Reyhan Mirzəzadə _________________ 80 456 QA Yazılar kimi qəbul olunur) və Əhdi-Cədid (xristian Müqəddəs Yazılarının ikinci bölməsi.Əhdi-Cədidə həmçi nin Incil kitabı da deyilir) tarixi məcmuə kitabları ədibə güclü və dərin təsir bağışladı. Dahi yazıçı bu kitablardakı əfsanələrin bədii əhəmiyyətini yüksək qiymətləndirirdi. Onları əsl xalq dastanı hesab edirdi. Bu əfsanələr içəri sində onun diqqətini xüsusilə cəlb edən “lovun kitabı" və bu kitabdakı bir hekayət oldu. Hekayətdə deyilir ki, Allahın qəzəbinə düçar olan bir nəfər cəfakeş insan ağır sınaqlara dözməli oiur.Qohum - qardaşları həlak olur, iflasa uğrayır, cüzam xəstəliyinə düçar olur, dilənçi kökünə düşür və o, bütün bu işgəncələrə itaətkarlıqla dözür. Buna görə də həmin insan şəfa tapır, əvvəlki həyatı özünə qayıdır, yenə böyük ailə başçısı olur və xoşbəxt ömür sürərək, qocalıb ölür. Hekayətdən təsirlənən Fyodor Mixayloviç 1875-ci ildə arvadına yazır: “lovun kitabf’nı oxuyuram, bu əsər məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb, az qala göz yaşı axıda-axıda otaqda saatlarla var-gəl edirəm... Bu kitab, Anya, təəccüblüdür ki, məni həyatda sarsıtmış olan ilk kitablardan biridir, mən o zaman hələ, az qala, körpə uşaq idim!”. Dostoyevskini roman yazmaq sənətinə cəlb edən XVIII əsr ingilis yazıçısı xanım Anna Radklif olmuşdur. Yazıçı qadın Avropa ədəbiyyatında məzmunca yeni olan “qotik roman” yaratmışdı. Bu romanın müəlliflərini orta əsr cəngavər rəvayətləri, heykəltəraşlıq və memarlıq qotikası məzmunlarında əksini tapmış rəvayətlər maraqlandırıb cəlb edirdi.Fyodorun atası Mixail Andreyeviç və anası Mariya Fyodorovna uzun qış gecələrində ona Anna Radklifin coxcildli epopeyalarını oxuyardılar. Kiçik yaş larında ikən hələ oxuyub- yazmağı bilməyən Fyodor, bu romanları məftunluq, bəzən də dəhşət içərisində dinlə ___ _Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 80 457 QA yərdi.O, rus kəndi ilə, onun rəvayətləri, ayinləri, mərasim və adətləri ilə 10 yaşından sonra tanış olmağa başladı, illər keçəndən sonra o, “Yay təəssüratları haqqında qış qeydlərinndə rus xalqının təbiətində, fitrətində olan səmi miyyətdən, qardaşlıq, dostluq hisslərindən bir daha bəhs etdi. Rus kəndlisinin hiyləsiz, kələksiz, hər cür fitnə- riyadan uzaq olan bir məxluq olduğunu etiraf edib, bu keyfiyyətlərin cəmiyyətin əsası, dayağı, milli varlığının bü növrəsi olduğunu təsdiqlədi.Fyodor ilk təhsilini evdə almışdı. 1833-cü ildə böyük qardaşı Mixail ilə onun ev təhsili tamamlanmış və hər iki qardaş pansiona qoyul muşdu. Burada Fyodor ilk dəfə dvoryan pedaqogikasının nədən ibarət olduğunu anlamışdı. Bir il sonra isə qar daşlar internat-məktəbə köçürülmüşdü. Burada Moskva nın ən yaxşı alimləri, pedaqoqları dərs deyirdilər. “Yeniyetmə” romanında uşaqlıq və gənclik illərinin təəssüratlarından bəhs edən Dostoyevski yazırdı: “...Məni qardaşımla birlikdə Peterburqa mühəndislik məktəbinə gətirdilər və onunla bizim gəncliyimizi korla dılar. Mənə elə gəlir ki, bu, bir səhv idi. Doğrudan da bu, düzələ bilməyən bir səhv idi”. Gələcəyin böyük yazıçısı hərbi tikintiyə heç cür həvəs göstərmirdi. Hərbi mühən dislik maddi cəhətdən çoxgəlirli peşə sayıldığından, ata sının yanında ədəbiyyat sahəsindən söhbət gedə bil məzdi. Ata oğlanlarının fikri ilə hesablaşmaq istəmirdi. Hərbi məktəbin ciddi rejimi Dostoyevskini sənət haq qındakı düşüncələrindən ayıra bilmədi. Gecələr ilk arzu və duyğularını dəftərçəsinə qeyd edir, həyat və insan haqqında düşünürdü. Hərbi mühəndislik məktəbinin yer ləşdiyi Mixaylovski qalası, onu tikdirən Çar I Pavel, Pa- velin qətlində iştirak edən oğlu Çar I Aleksandr Fyodoru dərin fikirlərə qərq edirdi. Yazıçı düz, 40 il ata qatili olan Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling