Reyhan Mirzəzadə azərbaycançiliq və
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ so 412 ca
- _______________ Reyhan Mirzəzadə ________________ ю 414
- ________________ Reyhan Mirzəzadə_ _____________ _
- _______________ Reyhan Mirzəzadə _________________ ю 41S as.
- _____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ bs > 4 J9 oa
- _______________ Reyhan Mirzəzadə _________________ so 420 ca
____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ ю 411 ca Mir Cəlal yazıçıya böyük dəyər verərək yazır ki, Qoqolun təsvirindəki həqiqilik, əyanilik, tipiklik, adamları, hadisələri müstəsna həssaslıqla müşahidə edib qələmə almaq, hər bir epizodda böyük bir aləm canlandırmaq qüdrəti məni heyran edirdi. Onun bədii xarakteristika üsulları çox müxtəlif və zəngindir. Akaki Akakiyeviç şika yət və xahiş etməyə “əhəmiyyətli adam” axtarır. “Əhə miyyətli adam”, vəzifə sahibi isə onu qapısında çox gözləməyə məcbur edir. Ona görə yox ki, məşğuldur, yox! O, çoxdan görüşmədiyi uşaqlıq yoldaşı ilə doyunca söhbət edib yorulmuşdur, divana söykənib papiros çəkir, söz axtarırdı. Buna baxmayaraq, “əhəmiyyətli adam" Başmaçkini qəbul etmir, o, bununla yoldaşına göstərmək istəyir ki, “Gör mənim qapımda çinovniklər nə qədər gözləməli olurlar”. Qapıda isə Başmaçkin böyük ümid və intizarla həyəcan keçirməkdədir... Qoqolun yaradıcılığının inkişafında təbii ki, Puşkinin rolunu da etiraf etmək yerinə düşərdi. Onlar 1831-ci ildə tanış olmuşdular. Puşkin Qoqolun əvvəlki əsərlərini oxuyub bəyəndiyini etiraf edir, yazıçıya məsləhətlər verir, gələcəkdə onun böyük bir ədib olduğuna inandığını bildirir, bunula da Qoqolun ruhuna ilham, qələminə qüvvət aşılayırdı. Məşhur “Müfəttiş" və “ölü canlar” əsərlərinin mövzusunu da Qoqola Puşkin vermişdi. Rus xalqının milli ədəbiyyatının özülünü qoyan da bu iki parlaq sima - Puşkin və Qoqol olmuşdu. Rus ədəbiyyatını dərindən bilən Mir Cəlal, Belinskinin sözlərini bir daha təsdiq edərək yazırdı:“Puşkinin şeirdə etdiyi çevrilişi Qoqol nəsrdə etmişdir". Bu hökmü əlbəttə ki, yalnız rus ədəbiyyatı çərçivəsində düşünməməliyik. Çünki Rusiyada realizm ədəbi məktəbini yüksək mərhələyə qaldıran Puşkin, Qoqol, Tolstoy və başqa bu kimi böyük yazıçılar keçən əsrdə ümumən dünya ədəbiyyatının parlaq realist _______________ Reyhan Mirzəzadə ________________ so 412 ca nümunələrini yaratmışlar... M.Qorki böyük rus ədəbiy yatının ümumdünya tarixi əhəmiyyətindən danışanda, bu ədəbiyyatda realizm və romantizmin bir növ birləşdiyini göstərir. Bu xüsusiyyəti Qoqol yaradıcılığında da görürük. Onun ölməz əsərlərində lirika ilə təhkiyə, kəskin sarkazm ilə mülayim yumor, qəhrəmanlıq təntənəsi və romantika ilə öldürücü satira orijinal bir surətdə verilmişdir. Bir tərəfdən “Şinel", “Köhnə dünya mülkədarları”, “Müfəttiş” və s. kimi xalis realist - satirik planda yazılmış əsərlər, digər tərəfdən romantik - qəhrəmanlıq planında, yüksək cəngavərlik xüsusiyyətlərilə yazılmış “Taras Bulba”, Qoqol yaradıcılığının zənginliyinin, çoxcəhətlili- yinin, mürəkkəbliyinin, öz doğma xalqının həyatı, taleyi ilə möhkəm bağlı olduğunu göstərir. XX əsr Azərbaycan ədəbi tənqidinin ən çox diqqət yetirdiyi, yaradıcılığına dərin maraq göstərdiyi rus yazı çılarından biri də Lev Nikolayeviç Tolstoy idi. Rus cə miyyətinin misilsiz bədii təsvirini verən bu dahi söz ustasının əsərləri, ictimai-siyasi və fəlsəfi baxışları ən müxtəlif yazıçıların fikrini özünə cəlb edirdi. Tolstoy haq qında fikir söyləyənlərdən biri də Mir Cəlal idi. Mir Cəlalın Tolstoy haqqındakı çoxsaylı yazıları özü nəməxsus əhəmiyyətə malik olduğuna görə, bu barədə bir müddət əvvəl Tolstoyun vəfatının 105 illiyi münasibəti ilə yazdığım “Mir Cəlal və Lev Tolstoy” adlı məqaləmi (“Həftə içi” qəzeti, 4 noyabr 2015-ci il) oxuculara təqdim etmişəm. Ədəbiyyatşünas alim, müəllim və yazıçı kimi Mir Cəlal rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri Anton Pavloviç Çexovun da yaradıcılığına diqqət və maraqla yanaşmışdır, ixtisasca həkim olan, dünyanın məşhur yazıçı, dramaturqlarından biri kimi şöhrət qaza nan Çexov, 25 illik yaradıcılıq dövründə 900-dən çox əsər ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 413 oa yaratmışdır. Yeniyetmə yaşlarından çətin həyat yolu keçmiş Çexovun daxili aləmində insanlıq vüqarı, əda lətlilik, vicdan və həqiqət meyli getdikcə güclənirdi. Bəzən ailə içərisində də Çexovun “Yalan danışma”, “Bu, düz deyil”, “İnsaflı olmalıdır” və s. sözlərini eşitmək mümkün olurdu. Onun yaradıcılığına xas olan əsas xüsusiyyət namuslu insan olmaq arzusu idi. Namuslu insan isə heç bir zaman yalan, haqsızlıq və zülm ilə razılaşa bilməz. Hələ 16 yaşında ikən kiçik qardaşına yazdığı bir məktubda Çexov deyirdi: “Sənin yaxşı xəttin var və bütün məktubda bir dənə belə qrammatik səhvə rast gəlmədim. Ancaq bir şey mənim xoşuma gəlmir: sən nə üçün öz şəxsiyyətini “heç olan və görkəmsiz qardaşın”, - deyə adlandırırsan? ö z heçliyini etiraf edirsən?.. Bilirsənmi heçliyini harada etiraf et? Tanrı qarşısında, bəlkə də ağıl, gözəllik, təbiət qarşısında etiraf et, lakin insanlar qarşı sında deyil, insanlar qarşısında öz ləyaqətini etiraf etmə lisən. Sən ki, fırıldaqçı deyilsən, sən ki, namuslu adam san? Elə isə, namuslu adam olduğun üçün özünə hörmət et və bunu bil ki, namuslu adam heç demək deyildir". Bu sözlər sonradan daha da qüvvətlənib Çexovun həyat məramnaməsi oldu. O, artıq öz qarşısında böyük bir məqsəd qoymuşdu: insan özü-özünü tərbiyə etməli, öz təbiətini pislikdən, köləlik ruhundan, meşşanlıqdan, yalandan təmizləməli, namuslu insan olmalı! Çexov özü üçün istədiyini bütün həyat, cəmiyyət, bəşəriyyət üçün arzu edirdi. Odur ki, bütün varlığını, bütün hünər və qabiliyyətini, bütün yaradıcılığını meşşanlıqla mübarizəyə həsr etdi. 1888-ci ildə yazdığı bir məktubunda bildiirirdi: “Mən yalan və təcavüzün hər bir növünə nifrət bəslə yirəm. Riyakarlıq, kütbaşlıq və istibdad yalnız tacir evlə rində və həbsxanalarda deyil; bunu mən elmdə, ədə biyyatda, gənclik içərisində də görürəm... Mənim üçün ən _______________ Reyhan Mirzəzadə ________________ ю 414 oa müqəddəs şey-insan vücudu, can sağlığı, ağıl, istedad, ilham, məhəbbət və mütləq bir azadlıqdır, qüvvətdir, yalandan azadolmaqdır. Əgər böyük bir sənətkar ol saydım, tətbiq edəcəyim məramnamə bu olardı..." Çexovun novellası dünya və rus ədəbiyyatının ən gözəl zinətlərindən biri sayılır. Novella aləmində Çexov həqiqətən xarüqələr yaratmışdır. Tolstoy Çexovu bu xü susda fransız ədibi Gi-de Mopassanla müqayisə edərək yazırdı:“Fransızların üç yazıçısı var: Stendal, Balzak, Flober, bir də Mopassan. Lakin Çexov ondan yaxşıdır”. “Mopassandan yaxşı olan” Çexov haqqında Mir Cəlalın yazdıqlarından:(“Böyük ustad" məqaləsi, “Kommunist" qəzeti, 28 yanvar 1960-cı il) “Mənim Çexovdan oxu duğum və möhkəm yadımda qalan ilk hekayələrdən biri “Vanka” olmuşdur. Bu kiçik hekayəni oxuduğum gün, həmin kitab, səhifələr, hətta ayrı-ayrı cümlələr belə yadmdadır. O zaman mən Vanka Jukovun, böyük bir həsrət və azu ilə babasına məktub yazan yazıq uşağın həyatını oxuyub çox mütəəssir olmuşam. Gəncliyimin ilk illərində mənə “Vanka" qədər təsir bağışlayan ikinci bir hekayə xatırlamıram, heç vaxt güman etməzdim ki, balaca bir hekayədə insan taleyini belə dürüst və təsirli vermək, oxucunu bu qədər heyran qoymaq mümkün olar. Vanka nə qədər məhrum, kimsəsiz, ümidsiz bir uşaqdır! Onun acı həyatı bizi yandırır, qəlbimizin bütün riqqətli tellərini dilləndirir, köhnə dünyaya qəzəbimizi coşdurur...” Çexov özünə qarşı son dərəcə tələbkar bir sənətkar idi. Antoşa Çexonte imzası ilə nəşr etdirdiyi kiçik parlaq əsərlərinə qarşı son dərəcə tənqidi yanaşardı. O, əvvəlki əsərlərini bəyənməyərək, “Çexonte çox şey yaza bilərdi, fəqət, Çexovun buna haqqı yoxdur" - deyərdi. Çexovun yaradıcılığı rus həyatının əzəmətli bir simfoniyası idi. Yazıçı ayrı-ayrı insanların deyil, bütün ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 415 сл xalqın, bütün Rusiyanın səadətini arzulayırdı. Onun iste dadının əzəmətli qüvvəsi bunda idi ki, o, heç bir zam an heç bir şeyi uydurmaz, dünyada olmayan şeyi təsvir etməzdi. Yazıçı “6 nömrəli palata”nı 1892 - ci ildə yaz mışdı. Yazıçının bir-birinin ardınca ərsəyə gəlmiş “ Na məlum şəxsin hekayəsi", “Mənim həyatım", “Kəndlilər”, “Qılaflı adam”, “İonıç”, “Dərədə”, “Gəlin", “Cansıxıcı ha disə” və s. kimi əsərləri dünyanın müxtəlif dillərinə tər cümə olunmuşdur. Mir Cəlal deyirdi ki, Çexovu milyon - milyon oxuculara, o cümlədən Azərbaycan oxucularına sevdirən hər şeydən əvvəl onun sadə insanların taleyinə həssas, səmimi və dost münasibəti, köhnə dünyanın acınacaqlı, ibrətli mənzərələrini canlı və əyani surətdə ifadə etməsidir. “ Biz Çexovun nəsrindəki bu qüdrətindən daim öyrənməliyik. Böyük rus ədibinin bir və ya bir neçə hekayəsində deyil, onun ümumən yaradıcılıq istiqa mətində, yazı manerasında, həyata münasibətində, gülü şündə, bir sözlə, realizmində Azərbaycanın klassik nasirləri ilə səsləşən, həmahəng olan cəhətlər çoxdur” - deyə Mir Cəlal bildirirdi. Çexov Qafqaza dəfələrlə ziyarət etmiş, Azərbay cana da gəlmişdi. Qafqaza ilk səyahəti onda dərin izlər qoymuşdu. O, bu barədə şair Pleşşeyeve yazırdı:“Qafqaz mənə o qədər yeni və çox ciddi təsir bağışlamışdır ki, bütün gördüklərim indi mənə yuxu kimi gəlir”. Çexov Qafqazdan aldığı təəssüratı daha sonra bir daha etiraf edirdi: “Mənə elə gəlir ki, mən bütün dünyanı gəzmişəm” . Bu ilin yanvarın 29-da bir çox ölkə və şəhərlərdə dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının se vimlisi olan A.P.Çexovun anadan olmasının 155 illiyi təntənə ilə qeyd olundu. Böyük rus ədibinin adı xalqımız üçün bir də ona görə əzizdir ki, Böyük Vətən müharibəsi dövründə Azərbaycanda yaradlmış və əksəriyyəti azər __________________Reyhan_Mirzəzadə_________________'>________________ Reyhan Mirzəzadə_ _____________ _ 8 0 416 03 baycanlılardan ibarət olan məşhur 416-cı diviziyanın döyüşçüləri Ordunun başqa hərbçiləri ilə birlikdə 1943-cü il avqustun 30-da Çexovun Vətənini - Taqanroq şəhərini alman faşist işğalçılarından qəhrəmanlıqla azad etmiş, buna görə də diviziyaya Taqanroq atıcı diviziyası adı verilmişdi. Mir Cəlalın rus yazıçı və şairlərinin yaradıcılığına həsr etdiyi çoxsaylı məqalələri onun zəngin rus ədə biyyatı tarixinə dərindən bələd olduğu, bu barədə xeyli əsaslı tədqiqatlar apardığını göstərir. Unudulmaz yazıçı mızın nəsillərə yadigar qalan və sevə-sevə bəhs etdiyi növbəti rus ədibi Maksim Qorkidir. Maksim Qorki Azərbaycan xalqının ən çox sevdiyi, ən çox oxuduğu rus yazıçılarındandır. Azərbaycan, Azərbaycan xalqı, xüsusilə Bakı şəhəri Qorkinin həmişə diqqətini özünə cəlb etmişdi. Ədib Bakıya ilk dəfə 1892-ci ildə 24 yaşında ikən, ikinci dəfə 1897-ci ildə gəlmiş, Azərbaycan zəhmətkeşlərinin həyatı ilə yaxından tanış olmuşdu. Yazıçı eyni zamanda Azərbaycan xalqının şifahi ədəbiyyatı, xalqın içindən çıxmış qəhrəmanların həyatı ilə dərindən maraqlanmış, Qaçaq Nəbi və Qaçaq Kərəm haqqında məlumat toplamış, bu məlumatları rus dilinə tərcümə etmiş və hazırladığı kitabçada nəşr etdirmişdi. Qorki Bakıya üçüncü dəfə 1928-ci ildə oğlu ilə birlikdə gəlmişdi. Bu dəfə o, Bakıda cəmisi üç gün qal mışdı. Bu müddətdə ədib neft mədənlərinə, bir sıra zavodlara, Mərdəkana getmiş, alimlər, yazıçılar, ictimai xadimlərlə görüşmüşdü. Qorki Bakıya şəhərimizi gördüyü ilk gündən bağlanmışdı. Xalq Şairi Səməd Vurğun Qor kinin Bakiya bəslədiyi məhəbbəti xatirələrinin birində belə təsvir edirdi: “...Arada bir o məndən Bakını soruşdu. Mən ona Bakının bu son illərdə nə qədər dəyişdiyindən, ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 8 0 417 03 gözəlliyindən danışdığım zaman onun arıq üzündə təbəssümlər oynayır, gözləri gülür və “Çox gözəl!”- deyirdi. O, bizim Bakını çox sevirdi".(“Ədəbiyyat” qəzeti, 30 mart 1938-ci il.) Qorki həmin vaxtlar təzə yaranmaqda olan Dağüstü parkdan Bakı gecələrini təsvir edərək deyirdi: “Gecə mən Bakıya dağ üzərindən baxırdım. Burada nəbatat bağı salmaq ehtimalı vardır. Buradan baxarkən şəhərdə, mədənlərdə, gecə işin davam etdiyi Bibiheybətdə işıq ların çoxluğu və gözəlliyi məni heyrətə salmışdı. G ecələr Vezuvi dağından baxdıqda, Neapol çox gözəl görünür. Bu qədim şəhərdə və onun limanında yanan işıqlar körfəzin sularına əks edərək, zəngin bir rəng oynağı əmələ gətirir. O gecəyədək mən bundan gözəl mənzərə təsəvvür etmirdim. Lakin Bakı daha zəngin, daha bol işıqlandırılır. Neapol körfəzində olduğu kimi, burada da sahilin minlərlə işığı Xəzərin qara güzgüsündə əks edir” . Sonuncu dəfə Bakıya gəldiyi zaman Qorkinin sevinc və fərəhinin səbəbi burada tamamilə yeni bir aləmlə, əvvəl gördüklərindən xeyli seçilən yeni bir həyatla qarşılaşması idi. Yazıçı sonralar çıxışlarının birində bu barədə demişdi:“Mən artıq çoxları ilə söhbət etmişəm, çoxlarını görmüşəm, çoxlarına diqqət yetirmişəm. Bu, başqa xalqdır. Bu, o xalq deyildir... O, istədiyi hər şeyi yaratmalıdır və bunu o bacarır, bunu o edəcək də”. (“Pravda” qəzeti, 29 may 1928-ci il). 1928-ci ildə Bakıda olduğu zaman Qorkinin Azərbaycan xalqını “qədim istedadlı xalq” adlandırması (“Bakinskiy raboçi" qəzeti, 22 iyul 1928-ci il) onun mütə- madi müşahidələri və qənaətləri ilə bağlı idi. Azərbaycan xalqı Qorki kimi böyük bir insana, böyük bir yazıçıya biganə qala bilməzdi. Xalqın sevgisini qələmləri ilə yaddaşlara köçürən yazıçılarımıza Allah qəni-qəni rəhmət _______________ Reyhan Mirzəzadə _________________ ю 41S as. eləsin ki, onlar bu məhəbbəti mədəni tariximizin səhi fələrində əbədi olaraq yaşatdılar. Mir Cəlal Paşayev kimi. Mir Cəlala görə, Maksim Qorki ölməz, əbədi yaşayan, qəlblərə nüfuz edən dahi bir ədib, yeni mədəniyyətin böyük ustası idi. Böyük ədib bədii yaradıcılığa böyük ictimai-siyasi iş, böyük mədəniyyət işi, xalq işi kimi baxırdı.“Yazıçı insan qəlbinin mühəndisidir!” Bu sözləri Qorki hər zaman iftixarla təkrar edirdi. Qorkinin həyat yolu son dərəcə çətin və mürəkkəb olmuşdur. O, bədii ədəbiyyata məktəb, institut skamyala rından deyil, kənardan, təsadüfdən-təsadüfə əlinə düşən kitablardan, rus xalqının rəngarəng və zəngin folklo rundan aldığı qüvvətli bədii təsirlə gəlmişdir. Qorkinin ilk müəllimi xalq ədəbiyyatı olmuşdur. Məhz buna görə də bu ədəbiyyatın təsir qüvvəsini bir yazıçı kimi öz təcrü bəsində sınaqdan keçirən ədib, folklorun yazılı ədə biyyatın inkişafında tutduğu mövqeyi əsaslı və inandırıcı misallarla izah edə bilmişdir. Mir Cəlalın Qorki haqqında biri-birindən dəyərli və maraqlı xeyli məqalələri vardır. Lakin yazıçının təkcə 1968 - ci ildə rus ədibinin 100 illik yubileyi münasibəti ilə qələmə aldığı “Bədii söz ustaları nın böyük müəllimi” məqaləsi qalın-qalın kitabların mahiy yətinə bərabərdir. Həmin məqalədə Mir Cəlal yazır:“Mən realist ədəbiyyatın, zəhmət adamlarına, onların ağır həyat, məi şətinə dair əsərlərin məftunu kimi, hələ ilk gənclik illə rindən böyük ədibin əsərlərinə müraciət edirdim. “Uşaq”, “A na”, “Çelkaş”, “İnsanın doğulması” kimi sırf realist, canlı həyat lövhələri verən hekayələri dönə - dönə oxuyur, hər dəfə onların sətir və epizodlarında parlaq ictimai mən zərələr görürdüm. Görürdüm ki, bu yazılar yalnız ayıq təxəyyül və iti təsəvvürün məhsulu olmaqdan başqa, canlı həyat lövhələrini şəxsən yaşamış həssas bir qəlbin _____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ bs > 4 J9 oa həyəcanlı çırpıntılarıdır. Maksim Qorkinin əsərlərində sadə insanın nə qədər qürur, nə qədər qüdrət və vüsətlə təsvir olunması məni heyran etməkdən başqa, m əndə iftixar hissi doğururdu. Mən görür, dərk etməyə başla yırdım ki, dünyanın bu əzəmətli kaşanələrini, ecazkar şəhər, kənd mənzərələrini yaradanlar məhz sıravi, sadə insanlardır.” Mir Cəlal daha sonra qeyd edir ki, XX əsrdə xalq içində Maksim Qorki qədər oxunan, sevilən, m əşhur olan ikinci bir yazıçı təsəvvür etmək çətindir. Adam lar Qorkinin əsərlərindən qüvvət, mətanət, böyük gələcək uğrunda mübarizə ilhamı alırdılar və alırlar... "Böyük ədibin əsərləri oxucuda həmişə ruh yüksəkliyi, həyat, mübarizə eşqi və həvəsi, gələcəyə doğru bir çırpmış oyatmışdır, "insanlar və həyat haqqında elə yazmaq lazımdır ki, hər söz mahnı kimi səslənsin və işıq saçsın! Ədəbiyyatın işi daha çox enerji oyatmaqdır! "Bu, böyük söz ustasının yazıçılara verdiyi sadəcə məsləhət deyil, möhkəm inam və etiqad idi... Elə bu möhkəm inam və etiqadın nəticəsiydi ki, “M. Qorki eyni zamanda alovlu bir publisist, yeni dünya, yeni həyat, yeni mədəniyyət uğrunda yorulmaz bir döyüşçü idi. O, ömrünün axırına qədər faşizmə qarşı mübarizənin bayraqdarlarından idi. O, faşizmi “məhv edilməli olan vəhşi heyvan" adlandırırdı. O, hələ 30-cu illərin əvvəl lərində “faşist canavarlar”ın milyonlarla ən sağlam adam ları mənasız qırğına, əsrlər boyu yaranmış mədəniyyət abidələrini məhv etməyə hazırlaşdıqlarını görür və bunu uca, nüfuzlu səsilə bütün dünyaya elan edirdi", - deyə, Mir Cəlal Paşayev yazırdı. Mir Cəlalın obyektiv yanaşmasına görə, M.Qorkinin gənc yazıçılarla nə qədər ciddi işləməsi, onlara müəllim, usta köməyi, verdiyi məsləhətlər, onları gündəlik qayğı ilə yetişdirməsi ədəbiyyat tarixində nadir nümunədir. M. _______________ Reyhan Mirzəzadə _________________ so 420 ca Qorki işinin çoxluğuna, mühüm ictimai dövlət vəzifələrinə baxmayaraq, qocalığına, səhhətinin pozulmasına baxma yaraq, gənc yazıçıların əlyazmalarına ən həssas, ən diqqətli bir müəllim kimi baxır, ən sıravi müəlliflərin ümid- verən yazılarını şəxsən düzəldir, çapa verir, müəlliflərə məktub yazır, bəzən onları yanına çağırıb məsləhətlər verirdi.Qorkinin “Əgər çörək bişirən xəmiri pis yoğurur, xəmirə zibil və çör-çöp düşməyə imkan verirsə, o, bu çörəyi yeyənlərə hörmət etmir. Eləcə də pis əsər yazan yazıçı oxuculara hörmət etmir" kimi fikrini məqaləsində əks etdirən Mir Cəlal bildirir ki, yazıçı işlərkən eyni zamanda işi sözə, sözü işə çevirir. Yəni sənətkar ictimai varlığımızı doğru - düzgün, canlı və parlaq əks etdir məklə, eyni zamanda bu varlıqda fəal iştirak edir, quruculuq işi görür... Ədəbiyyatşünas alim davam edir:"Qorki təsvirində zahiri təntənə, dəbdəbə, təmtəraq yox, insan həyatı, mə nəviyyatının daxili, mənəvi gücü ilk plana çəkilir, qabarıq verilir”. “Qorkinin əsərlərini diqqətlə nəzərdən keçirəndə möhkəm inanırsan ki, ədəbiyyat doğrudan da insan- şünaslıqdır, həyat dərsliyidir, böyük bir məfkurə silahıdır! Böyük ədibin əsərləri bir neçə nəslin tərbiyə edilib kamil ləşməsində dərin təsir göstərdiyi kimi, bir çox əsrlər boyu təravətini saxlayan həyat dərsliyi olaraq qalacaqdır” , - de yə Mir Cəlal müəllim məqaləsinin son fikirlərində bildirir. Ədəbiyyat üzrə beynəlxalq Nobel mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi, keçmiş SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Mixail Aleksandroviç Şoio- xov 1905-ci ildə Don vilayətindəki Veşenski stanitsasmın (kazaklar yaşayan kənd) Krujilina xutorunda anadan olmuşdur. Yazıçının anası Anastasiya Danilovna təhkimçi kəndli qızı olmuş, ata - anasını tez itirmiş, 12 yaşında ərə ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 421 ca gedənə kimi bir mülkədar qadının qulluqçusu olmuşdur. Şoloxovun anasını yaxşı tanıyan A. S.Serafimoviçin de diklərinə görə, Anastasiya Danilovna tamam savadsız olsa da, canlı, obrazlı nitqə malik, anadangəlmə istedadlı, qabiliyyətli bir qadın idi. Bəlkə də böyük sənətkara bu irs anasından keçmişdi. Yeddi yaşında ikən kənd müəllimi Timofey Mrıxindən evdə dərs alan, öz fərasəti, bacarığı, istedadı ilə müəllimini heyran qoyan Mixail, cəmi üç aya birinci sinfin proqramını mənimsəmişdi. 1914-1918-ci il lərdə müxtəlif gimnaziyalarda oxuyan Mixail Aleksan- droviç böyük həvəslə rus və dünya klassik yazıçılarının əsərlərini mütaliə edir, tarix və ədəbiyyat dərslərinə xüsu si həvəs göstərirdi. 1923-cü il sentyabrın 19-da “Yunoşeskaya pravda” qəzetində “İmtahan” adlı maraqlı bir felyeton çıxmışdı. Felyetonun axırında “M. Şolox” imzası qoyulmuşdu. Bu tarixdən etibarən ədəbiyyat və mətbuat aləmində yeni bir şəxsiyyət, yeni bir soyad meydana çıxmışdı. Bu, Şoloxov idi. Mir Cəlal özü istedadı və zəhməti, yaratdığı əsərləri, kitabları ilə böyük xalq məhəbbəti, oxucu sevgisi qazan mış nüfuzlu qələm sahibi idi. Pedaqoqluq fəaliyəti ilə bərabər, zəngin təcrübəsinə istinadən haqlı olaraq yazırdı ki, (“Ədəbiyyat” qəzeti, 1955-ci il 21 may) yazıçı üçün qəlbləri fəth etməkdən, oxucu kütlələrinin məhəbbətini qazanmaqdan, ümumxalq şöhrətinə nail olmaqdan böyük hünər və səadət yoxdur. Bunun ardınca, Mir Cəlal müəllim Mixail Aleksandroviç Şoloxovu belə səadətə nail olan ədiblərdən biri, zəmanəmizin böyük yazıçısı kimi təqdim edir:“1923-cü ildə, hələ 18 yaşında mətbuatda çıxış edən, 20 yaşında isə “Don hekayələri" adlı ilk ki tabını nəşr etdirən M.Şoloxovun ədəbiyyata gəlişi mühüm bir hadisə olmuşdur. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling