Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet26/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

_______________
Reyhan Mirzəzadə
________________
jo
 
32C
 03
Yaponiyada  əhalinin  qış  geyimindən  yay  geyiminə 
keçdikləri  xüsusi  mərasim  günü  mövcuddur.  Bu,  ay  təq­
viminə görə,  dördüncü ayın  ilk günüdür.
Yaponiyada  yağış  ən  çox  may  ayında  yağır.  Ya­
ponlar buna  “samidare”,  yəni  “yağışlar çağı"  deyirlər.
Yaponların  sevdikləri  məşğuliyyətdən  biri  də  iyun 
ayında  atəşböcəyi  tutmaqdır.  Atəşböcəyi  tutmaq  istəyən­
lər gölün,  yaxud  çayın  sahilinə  gedirlər.  Yaponlar tutduq­
ları  atəşböcəkləri  gətirib  öz  bağlarına  buraxırlar,  ya  da 
onları  kiçik qəfəsə salıb evlərinin tavanından asırlar.
Yaponiyada  da  Çindəki  kimi  ilin  axırında  borcları 
qaytarmaq  adəti  vardır...
Yaponiya  möcüzələr  diyarıdır.  Bunu  bizim  yazıçıla­
rımız  və  şairlərimiz  də  öz  əsərlərində  dəfələrlə  tərənnüm 
ediblər.  1966-cı  ildə  Yaponiyada  səfərdə  olmuş  tanınmış 
Azərbaycan  kinorejissoru  və  yazıçısı  mərhum  Həsən 
Seyidbəylinin  “On  beş  gün  Yaponiyada”  adlı  kitabındakı 
xatirələri olduqca  maraqlıdır:
“Yaponiyada  yaşadığımız  on  beş  gün  ərzində  (qeyd 
etmək  lazımdır  ki,  bütün  bu  on  beş  günün  çoxunu  biz 
maşınlarda  keçirmişik)  saysız-hesabsız  maşınlarda  gəz­
dik,  ancaq  bir  dəfə  də  bir  sürücünün  başqa  sürücünü 
hədələdiyini,  kobud  bir söz dediyini eşitmədik.
Məndən  Sovet  İttifaqının  hansı  güşəsindən gəldiyimi 
soruşduqda:  -  Mən  Azərbaycandanam,  -  deyə  cavab 
verirdim.  Təəssüf  ki,  hətta  mədəni  yaponların  çoxu  belə 
Azərbaycanın  harada  olduğunu  bilmirdilər.  O  vaxt  mən 
daha  ümumi  bir  coğrafi  anlayışla  öz  yerimizə  tanışlıq 
verib  “Qafqaz”  deyirdim.  Bəziləri  “Kaukaz”  -  deyə  baş­
larını  tərpədir,  bəziləri  heç  Qafqaz  məvhumunu  da  başa 
düşmürdülər.  O  zaman  mən  “petrol,  neft-Baku",  “petrol, 
neft  -  Baku”  -  deyə  təkrar  edirdim.  Bunu  hamı  başa 
düşürdü.  Bütün  bunlar ondan  irəli  gəlirdi  ki,  Yaponiya  biz­
_____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 
321
 oa

dən  çox  uzaqdır,  ancaq əsas səbəb uzaqlıq deyil,  mədəni 
əlaqələrimizin zəifliyidir".
Yaponiyanın  adlı-sanlı  kino  sənətkarları  Kenedo 
Sindo,  Isixara,  Yaponiya  kinodramaturqlar  təşkilatının 
rəhbəri  Noda  Can  ilə  görüşlərindən  bəhs  edən  H.Seyid- 
bəyli  yazır:“Söhbət  get-gedə  daha  mənalı,  daha  dərin 
məsələlər  ətrafında  gedirdi:Eyzenşteynin  yaradıcılığın­
dan,  Kurasavanın  filmlərindən,  yazıçıların  həyata  müna­
sibətlərindən...  Biz  deyirdik  ki,  yazıçı,  kinodramaturq, 
rejissor,  ümumiyyətlə,  sənətkar  -  oxucu,  tamaşaçı  və za­
man  qarşısında  böyük  məsuliyyət  daşımalıdır.  Yaponlar 
da  bizimlə  razılaşıb dedilər:
-  Bizim  xalqın  gözəl  bir  məsəli  var:‘‘Pələng  öləndən 
sonra  da  onun  qiymətli  dərisi  qalır”.  Pələng  kimi  olmaq 
lazımdır...”
H.Seyidbəyli  daha  sonra  təsvir  edir  ki,  Kamakura 
yaşıllığa  qərq  olmuş  yapon  şəhərlərinin  ən  yaşıl  güşələ- 
rindəndir.  Lakin  burada  da  maşın  əlindən  tərpənmək 
olmur,  hara  dönürsənsə,  şüşəbənd  mağazalar  görürsən. 
Elə zərif,  elə  ustalıqla yaranmış suvenirlər var ki,  saatlarla 
onlara  tamaşa  etmək  istəyirsən,  ancaq  vaxt  azdır.  Yapon 
xalqına  aid  olan  hər şeyi görmək,  hər şeyi  bilmək  istəyirik. 
Ən  gözəl güşələri fotoya çəkirik.
Kamakuranın  qədim  ibadətgahlarına  səyahət  edirik. 
Əyinlərində  kimono  olan  qadınlar  və  kişilər  ibadətgaha 
yaxınlaşıb  əllərini  bir-birinə  çırpırlar,  üç-dörd  dəfə  əl 
çalırlar  ki,  ibadətgahın  içindəki  budda  onları  eşitsin.  Dua 
edirlər,  xahiş  edirlər,  səadət,  cansağlığı  istəyirlər.  Yal­
varırlar  ki,  budda  onları  ac  qoymasın.  Ancaq  bura  təkcə 
ibadətgah  deyil,  buradan  da  pul  çıxarırlar.  İbadətgahın 
ətrafını  muzey etmişlər.  Orada  nümayiş  etdirilən  samuray 
paltarlarını,  qədim  yapon  cəngavərlərinin  qılınclarını, 
buddaları,  cürbəcür  tapıntıları  seyr etmək  üçün  gərək  pul
_______________
Reyhan Mirzdzadd
________________
во 
322 ca
verib  bilet  alasan.  Avtomobil  sürənlər  üçün  üstündə  bud­
danın  duası  yazılmış  açar  zənciri  satılır.  Bundan  da  pul 
qazanırlar.  Hətta  cürbəcür  bəzək  şeylərinin  üzərində  də 
dua  yazılmışdır.  Büdpərəstlər  və  turistlər  onları  həvəslə 
alırlar.
Yaponiya  gözəl  diyardır,  çox şairanədir.  O dərəcədə 
şairanədir  ki,  onu  olduğu  kimi  təsvir  etsən,  oxucu  inan­
maz,  deyər  ki,  yazıçı  hissə  qapılıbdır.  Yaponiya  elə  bil 
böyük  bir  dekorasiyadır,  elə  bil  hər  şey  burada  insan  əli 
ilə  yaranmışdır.  Elə  bil  Yaponiyanın  özünü  yox,  güzgü 
kimi  sularda  əksini  görürəm  və  bu  əks titrəyir.  Buna  görə 
də  əlçatmazdır.  Halbuki  hər  şey  gözümün  qabağında  idi. 
Mən  maşından  düşüb  əlimi  bu  otlara,  bu  daşlara,  bu 
sulara vura  bilərdim. Ancaq  nədənsə mənə belə gəlirdi ki, 
bütün  bunlar çox-çox uzaqdadır...
Mənbələrdən  onu  da  öyrənirəm  ki,  yaponlarda  ürək 
genişliyi  güclü  şəxsi  ləyaqət  hissi  ilə  birləşir:  bu, 
adamların  pula  münasibətində  özünü  daha  çox  göstərir. 
Yapon  həmişə  nəzərə  çarpdırmağa  çalışır  ki,  pula 
biganədir.  Hətta  deyingən  evdar  qadınlar  pulun  qalığını 
saymırlar:  adət  deyil.  Əgər  beş  fəhlə  pivə  içəndən  sonra 
pulunu  biri  verirsə,  sonradan  heç  kəs  öz  payını  zorla 
onun  cibinə  qoymağa  cəhd  göstərməyəcək: burada 
“alman  haqq-hesabı"  ağlasığmaz  şeydir.  Yaponların 
təsəvvüründə  xırdaçılıq,  xüsusən  xəsislik  qüsurların  az 
qala  ən böyüyüdür.
Yaponların  gözütoxluğundan  Marko  Polo da  “Səya­
hət”  kitabında  bəhs  edir:“Çipinqu  adası  Şərqdə,  açıq 
dənizdədir;  qitədən  ora  min  beş  yüz  mildir.  Çox  böyük 
adadır.  Sakinlərinin  rəngi  ağdır,  onlar  gözəl  və  nəzakət­
lidirlər,  bütlərə  sitayiş  edirlər,  müstəqildirlər,  heç  kəsə  ta­
be deyillər.  Deməliyəm  ki,  qızıllarının  sayı-hesabı  yoxdur; 
qızıl  həddindən  artıq  çox  olsa  da,  heç  yerə  aparmırlar.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
323
 03

Qitədən  bura tacirlər gəlmirlər,  heç kəs gəlmir,  buna  görə 
də  sizə  dediyim  kimi,  onların  qızılı  lap  çoxdur.  Burada 
mirvari  boldur,  mirvari  dənəsi  çəhrayı  rəngdədir  və  çox 
qəşəngdir,  yumrudur,  iridir,  o  da  ağ  mirvari  kimi  bahadır. 
Orada  başqa  qiymətli  daşlar da  var.  Zəngin  adadır,  onun 
sərvətlərini  saymaqla qurtarmaz”.
Bu  günlər  Yaponiyada  şəhər  və  kəndlərin  küçələri 
məzarları  təmizləmək,  orada  ətirli  maddələr  yandırmaq, 
rəhmətə  gedən  insanlara  ehtiram  göstərmək  üçün 
əllərində  güllərlə  qəbiristanlığa  tələsən  adamlarla  dolu 
olur.ölkədə  yaz  gecə-gündüz  bərabərliyi  gününün  qeyd 
olunması  qədimlərdən  gələn  ənənə  kimi,  vəfat  edənlərə 
ehtiramı  əks  etdirən  dini  ayinlə  əlaqədardır.  Bu  ənənənin 
tarixi  şahzadə  Syotokunun  hakimiyyəti  dövründən  (593- 
621-ci  illər)  başlayır.  Yaponiyada  yaz  gecə-gündüz  bəra- 
bərliyi-Syumbun-no günü  martın 21-də qeyd  edilir.  Bəzən 
təqvimdəki  istisnalarla  bayram  martın  20-nə  keçirilir.  Bu 
bayramı  həm  də  Tyuniti  adlandııırırlar  ki,  bu  da  “adi  gün” 
kimi  tərcümə  olunur.  Syumbun-no  həftənin  ortasına 
düşəndə  Xiqan,  yəni  “digər  sahil"  adlanır.  Həmin  həftə 
ərzində  imperator  ailəsindən  başlayaraq,  bütün  ailələr 
əcdadlarına  hörmətini  ifadə  etmək  üçün  məzarlıqlara  və 
məbədgahlara  gedirlər.  Məzarların  ətrafı  qaydaya  salınır, 
ibadətlər  icra  edilir.  Budda  etiqadlarına  görə,  (bu  etiqad 
qədim  Misir,  qədim  Yunanıstan  və  digərlərinin  etiqadları 
ilə  də  çox  oxşardır)  əzab,  qəm,  haqsızlıq  və  xəstəliklə 
dolu  həyat  çayı  ilə  bölünmüş  iki dünya  mövcuddur.  Həyat 
yolunda  bütün  nəfslərinə  qalib  gələn  kəs  digər  sahilə- 
nəcib  insanlar  dünyasına  keçə  bilər.  Xiqanda  icra  edilən 
ayinlər  insanlara  narahat  və  qarışıqlı  dünyadan  rahat  və 
sevincli  dünyaya  keçməkdə  kömək  edə  bilər.  Yaz  gecə- 
gündüz  bərabərliyi  günündə  Günəş  həqiqətən  Şərqdən 
çıxıb  Qərbdə  batır,  gündüz  isə  gecəyə  bərabər  olur.  Bir
_______________
Reyhan Mirzəzadə_
_______________
s o  
324 GA
yapon  atalar  sözündə  deyilir  ki,  isti  və  soyuq  Xiqanda 
qurtarır.  Yaponların  ümidinə  görə,  qışın  soyuğu  və  yayın 
istisi  əcdadların  məzarlarına  baş  çəkən  zaman  geri 
çəkiləcəklər,  ölənlərin  ruhu  naminə  dostları  və  qonşuları 
xüsusi  hazırlanmış  yeməyə  dəvət  etmək  də  bu  bayramın 
milli  adətidir.  Hər  hansı  canlıya  zərər  verməmək  kimi 
budda  ənənəsini  yadda  saxlayaraq,  Xiqan  vaxtı  ət yemir­
lər.  Qonaqlıqlarda  əsas  yemək  “botamoti”,  yəni  düyü 
kökələri  və  ya  “O-xaq”,  “adzuki”  kimi  şirin  paxla  məcunu 
ilə  örtülmüş  yumşaq  düyü  kökələridir.  Bu  cür  yeməkləri 
məhz  bu  bayramda  yemək  ənənəsi  hələ  Edo  dövründə 
yaranmışdı.  Hesab  edilirdi  ki,  “adzuki”nin  qırmızı  rəngi 
ecazkar  təsirə  malikdir  və  bədbəxtliyi  qovur.  Hələ  qədim 
zamanlarda  onlardan  müalicə  məqsədi  ilə  tətbiq  olunur, 
həmçinin  dini  ayinlərdə  istifadə  edilirdi.  İndi  də  Xiqan 
ərəfəsində  rahiblər  bu  şirniyyatı  kilsələrdə  ildə  iki  dəfə 
olmaqla  hazırlayırlar.  Qədim  reseptlər  üzrə  hazırlanmış 
“o-xaq”ların  dadına  baxmaq  istəyənlərin  uzun  növbələri 
səhər  tezdən  qapıya  düzülür.  Meydzi  dövründə  Yaz  və 
Payız  gecə-gündüz  bərabərliyi  günləri  dövlət  bayramı 
olmuşlar.
Bizim  bol  ruzi-bərəkətli,  yaşıl  səmənili,  milli  şirniy- 
yatlı  Novruzumuzla  qardaş  olan  bu  bayram  dost  yapon 
xalqının  milli  məfkurəsinin  təcəssümüdür.  Qoy  bayram­
larımız mübarək olsun!
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Azad Azərbaycan” qəzeti, 
14 fevral 2012-ci  il
325
 c a

YAPON XALQI  ƏSRİMİZİN TAPM A CA SID IR
3 may-Yaponiyanın  Konstitusiya Günüdür
Yapon  xalqı  haqqında  müxtəlif  mənbələrdəki  faktlar 
həmişə diqqətimi cəlb etməkdədir.
Eliza  Skidmorun  “Yaponiyada  rikşamn  günləri”  kita­
bında yazılır:“Yapon  xalqı  əsrimizin  tapmacasıdır,  ən 
dərkolunmaz,  ən  qəribə  xalqdır.  Tarix  onları  təcavüzkar, 
qəddar,  qisasçı  adlandırsa  da,  təcrübə  göstərir  ki,  onlar 
üzüyola,  mehriban,  həlim  insanlardır”.
1811-1813-cü  illərdə  yaponlara  əsir düşmüş  kapitan 
V.Qolovin  isə  yazırdı:“Necə  vəziyyətdə  olurlarsa  olsunlar, 
yaponlar  çox  nəzakətlidirlər,  bir-birilərinə  hörmətlə  müra­
ciət etmələri  bu  xalqın  əsl  nəcibliyini  göstərir.  Biz  o qədər 
də  varlı  olmayan  yaponlar  içində  yaşadıq,  bir  dəfə  də 
olsun,  onların  öz  aralarında  söyüşdüklərini,  savaşdıq­
larını  görmədik.  Qızğın  mübahisə  etmək  yaponlarda  mə­
dəniyyətsizlik  və  kobudluq  sayılır.  Onlar  həmişə  öz  fikir­
lərini  nəzakətlə,  dəfələrlə  üzr  istəyə-istəyə,  etiraz  edəndə 
açıqdan-açığa  yox,  işarələrlə,  əksər hallarda misallarla və 
müqayisələrlə danışırlar”.
Yaiti  Xaqanın  uzun  illərin  müşahidələri  və  tədqiqatı 
əsasında  yazılmış  “Milli  xüsusiyyət  haqqında  on  oçerk” 
adlı  kitabında  yaponların  milli  xüsusiyyətlərinin  məcmuəsi 
belə  xarakterizə  olunur: 1)hakimiyyətə  sadiqlik  və  vətən­
pərvərlik,  2)  valideynlərə  hörmət  və  ailənin  şərəfini  hifz 
etmək,  3)dünyəvilik  və  praktiki  yanaşma,  4)  təbiətdən 
zövq  almaq  bacarığı,  5)  nikbinlik və yumor hissi,  6)  zəriflik 
və  incəlik,  7)nəzakətlilik  və  həssaslıq,  8)  saflıq  və  ürə- 
yiaçıqlıq,  9)  mərifət və ədəb,  10)  sadəlik və  mərdlik.
Yaponlar  hələ  məktəb  yaşlarından  nəfsini  saxlamaq 
haqqında  qaydaları  mənimsəyirlər,  onlara  bunun  həyat 
fəlsəfəsinin  əsasını  təşkil  etdiyini  daim  təlqin  edirlər.
so 
326
 ca
___________
Reyhan Mirzəzadə
______________________
Bununla  əlaqədar  olaraq  Yaponiyada  insanlara  erkən 
yaşlarından  növbəti  həyat  qaydalarına  da  riayət  etməyi 
tövsiyə  edirlər:  1)  nə  cür  olmasından  asılı  olmayaraq, 
vəziyyətinlə  barış,  2)  müəyyən  olunmuş  qaydalara  riayət 
etmək  imkanını  axtarıb  tap,  3)  əyləncələrini  məhdud­
laşdır,  4)  bədbəxtliyinin  səbəbini özündə axtar.
Q.Vostokov  da  öz  tərəfindən  yaponların  təmkinli 
olduğunu  və  hisslərini  nümayişkaranə  ifadə  etmədiklərini 
qeyd  edir.  “Kənar  şəxslərin  yanında  böyük  sevinc,  qəm 
və  ya  qorxu  hissini  nümayiş  etdirmək  onlarda  nəlayiq 
hərəkət  hesab  olunur”,  -  deyə  müəllif  yazır.  Bu,  bir 
çoxlarında  yaponların  başqa  xalqlardan  fərqli  olaraq, 
saxta  davranışa  malik  olması  haqqında  təəssürat  oyatsa 
da,  əsl  həqiqətdə  bu,  yaponların  bəlkə  də  təkrarolunmaz 
həqiqi  mənəvi  keyfiyyətləridir.
Yaponiyada  bu  ifadə  çox  məşhurdur:“Samuray  (ya- 
ponca  “xidmət  etmək”  deməkdir,  daha  çox  yapon  hərb­
çiləri  mənasında  işlədilir)  bu  qılıncın  döyüldüyü  atəşi 
unutsa  da,  öz  qılıncı  kimi  soyuqdur".  Onu  da  əlavə  edim 
ki,  dünya  şöhrətli  yapon  samurayları  üçün  döyüşçünün 
meyidini  düşmənin  ərazisində  qoymaq  dövlətin  bayrağını 
itirməyə  bərabərdir.Təkrar  edirəm,  dövlətin  bayrağını 
itirməyə  bərabərdir.  Məncə,əsgərə  və  döyüşçüyə  bundan 
dəyərli  qiymət  verilə  bilməz.Və  bir  anlıq  xəyal  məni  çox 
da  uzaq olmayan keçmişə aparır.
On  beş  il  əvvəl  ilk  dəfə  İranda,  Tehranın  “Behişti- 
Zəhra”  məzarlığında  saysız-hesabsız  şəhid  qəbirlərinin 
hər  birinin  üstündə  ölkənin  bayrağının  dalğalandığım, 
məzarlığın  sanki  bayraq  dənizinə  döndüyünü  görəndə 
xeyli kövrəlmişdim.
Həqiqətən  də  yaponlar  üçün  səbr  və  özünüələalma 
ta  qədim  zamanlardan  cəsarətin  əlaməti  kimi  qiy­
mətləndirilib.  Milli  xarakterin  bu  cizgiləri  bir  sıra  hallarda
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
327
 ca

dözümlülük,  təmkinlilik  və  ədəb-ərkanı  təbliğ  edən  bud­
dizmin  təsirinə  əsaslanıb.  V.Rantsovun  “Yaponiyanın tari­
xi  oçerki”  kitabı  yaponların  etnoqenizinə  və  onun  xarak­
terinə  həsr olunub.  Müəllif belə bir qənaətə gəlir ki,  yapon 
milləti  adaya  nəinki  cənub  və  şimaldan,  həm  də  Asiya 
qitəsindən  gələn  qəbilələrin  bir-birinə  qarışmasından 
əmələ gəlib.
Yazını  hazırlayarkən  təbii  qibtə  notları  içimə  diqtə 
edirki,  bəs  bizim  yerli  müəlliflərimiz  hanı?  Onların  qeyd­
lərini  tap.
Çox axtarıram.  Tapıramki  1966-cı  ildə Azərbaycanın 
tanınmış  yazıçı  və  kinorejissoru  Həsən  Seyidbəyli  həm­
karı,  keçmiş  sovet  kinodramaturqu  Daniil  Xrabrovitski  ilə 
birlikdə  Yaponiyada  yaradıcılıq  səfərində  olub  və  səfər 
təəssüratlarını  “On  beş  gün  Yaponiyada”  adlı  kitabında 
oxucularla  paylaşıb.
Burada  maraqlı  müşahidələr  çoxdur.  İlkin  təəssü­
ratını  bölüşən  müəllif qeyd  edir  ki,  hər  ikimiz adət etmiş­
dik  ki,  təyyarə  vağzalı  ilə  şəhərin  arası  ən  azı  20-30  kilo­
metr  olur.  Lakin  burada  elə  birdəfəlik  şəhərin  küçələri  ilə 
hərəkət etməyə  başladıq.  Mən  bir il əvvəl  Yaponiyada ol­
muş  bir  dostumun  sözlərini  xatırladım:“Yaponiyada  şə­
hərlər arasında  sərhəd  yoxdur.  Bir şəhər qurtaran  kimi,  o 
biri  şəhər  başlanır”.
Bura  Tokionun  ucqar  küçələri  idi.  Lakin  ucqarlığa 
xas  olan  heç  bir  əlamət  görünmürdü.  Küçələr  saysız- 
hesabsız  işgüzar  adamlarla  dolu  idi.  Bir-birinin  böyrünə 
qısılmış  mağazalar,  emalatxanalar,  yolun  sağında  və so­
lunda  avtomobil  təmiri  emalatxanaları,  təmiz,  səliqəli, 
meyvə  dükanları,  maşınlar,  maşınlar!  Maşınlar elə  bil sa­
pa  düzülmüşdü,  sanki  bir-birinə  bağlanmışdı.  Bir-birindən 
aralana  bilmirdilər,  çünki  nə  irəlidə,  nə də  arxada  yol  boş 
deyildi,  buna  görə də maşınlar çox  ağır hərəkət edirdi.  Bu
_______________
Reyhan Mirzəzadə
________________
ю  
328
 oa
qədər  maşın  birdən-birə  hərəkət  edir,  bu  qədər  mühərrik 
işləyir,  ucqar  küçələrdəki  bu  sakitlik  isə  bizi  təəccüblən­
dirirdi.
Tokionun  mərkəzindəki  enli  küçələrdən  hansı  tərəfə 
dönürsənsə,  -  deyə,  yazıçı  əlavə  edir  -  Bakının  “İçəri 
şəhər”  inin  dar dalanları  kimi  küçələrə  düşürsən.  Düzdür, 
Tokionun  bu  yaşayış  rayonlarını  heç  bir  vəchlə  “İçəri 
şəhəri’lə müqayisə etmək olmaz.  “İçəri  şəhər”də  üçmərtə­
bəli,  bəzən  dördmərtəbəli  evlərə  də  təsadüf  edirik. 
Burada  isə evlər əsasən  birmərtəbəlidir.  Səliqəlidir,  təmiz­
dir.  Evlərin  quruluşunda  müəyyən  bir tənasüb var.  Həyət­
lər  bağ-bağatdır.  Küçələr  o  qədər  dardır  ki,  iki  maşın  üz- 
üzə  gələndə  az  qalır  bir-birilə  toqquşsun.  Sürücülərin 
ustalığı  bizi  valeh  edirdi.  Elə  məharətlə  maşım  döngə­
lərdən  keçirir,  toqquşmamaq  üçün  vaxtında  saxlayır, 
maşını elə təmkinlə idarə edirdilər ki,  lap məəttəl qalırdıq.
Biz  yenə  də  qəribə  bir  mənzərəni  seyr  etdik.  Küçə­
nin  hər  iki  tərəfindəki  səkilərdə  işıq  dirəklərinə  xırda  bay­
raqlar sancılmışdı.  Məktəblilər,  qocalar,  evdar qadınlar bir 
səkidən  o  biri  səkiyə  keçmək  istəyəndə,  bayraqlardan 
birini  əlinə  alıb  qaldırır,  həmin  saniyə  bütün  maşınlar 
dayanırdı.  Qadınlar,  yaxud  uşaqlar  rahatca  qarşı  səkiyə 
keçirdilər.  Bayraqların  üzərində:  "Biz  gəlirik"  sözləri 
yazılmışdı.  Onlar  həmin  bayraqları  o  biri  səkidəki  dirək­
lərə sancır və yollarına davam edirdilər.
H.Seyidbəyli  maraqla  davam  edir:“Nömrələrtmizdə 
alçaq  balaca  masadan,  bu  masanın  ətrafında  iki  alçaq, 
rahat  kürsüdən,  üzərində  həmin  otelin  markası  olan  zərf, 
kağız  qoyulmuş  tumbadan  və  çarpayıdan  başqa  heç  bir 
şey  yox  idi.  Otaq  elə  bil  həm  boş,  həm  də  dolu  idi. 
Burada  lazım  olan  hər şey var idi,  lakin  heç bir şey  ayağa 
ilişmir,  darısqallıq  törətmirdi.  Mən  hiss  edirdim  ki,  nöm­
rədə  paltar  dolabım  əvəz  edən  bir  yer  olmalıdır.  Əlimi
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£o 
329
 ce

divardakı  düymələrdən  birinə  toxundurdum,  divar  a ra ­
landı.  İçəridə  işıq  yandı:  paltarasan,  paltartəmizləyən. 
Düyməni  basdım,  qapı  örtülməyə  başladı,  içəridəki  işıq 
söndü.  O  biri  qapı  vanna  otağına  açılırdı.  Vannanın 
üstündəki  dəsmallar  ingilis  dilində  çap  olunmuş  kağız 
qaytanla  sarınmışdı.  Elə  bil  bu  vaxta  qədər  bu  vannada 
heç  kəs  çimməmiş,  bu  otağa  heç  kəs  ayaq  basmamışdı. 
“Hər şey tərtəmizdir”,  “hər şey dezinfeksiya  olunmuşdur” - 
yazısı  bütün  mehmanxanalarda  nömrəyə  ilk  dəfə  qədəm 
basan  qonağın  nəzərinə  çarpır.  Bəli,  o  qədər  də  böyük 
olmayan  bu  nömrələr  adama  həm  böyük  görünür,  həm 
də  adamın  ruhunu  oxşayır.  Ümumiyyətlə,  yaponlar 
interyer  yaratmaqda,  yəni  mənzillərin  daxili  görünüşünü 
böyük  qənaətlə  sahmana  salmaqda  demək  olar  ki, 
dünyada  birinci  yer  tuturlar.  Yaponlar  kimi  evin  hər 
metrindən  səmərəli  istifadə  edə  bilən  az  tapılar.  Yapon 
memarları  bütün  dünyada  məşhurdurlar.  Lakin  zəlzələ, 
daşqın,  tufanlar  xırda  adalarda  özlərinə  yuva  qurmuş  bu 
zəhmətkeş xalqın evlərini  dağıdır,  əkinlərini  məhv edir".
Sovet  dövrü  qəzetlərinin  birində  oxuduğum  mə- 
qalədəki  qeydləri  indi  də  maraqla  xatırlayıram.Orada 
yazılmışdıki  xalq  deyiminə  görə,  yaponlar  üçün  beş 
fəlakət  vardır:  zəlzələ,  vulkan,  yanğın,  daşqın  və  tufan. 
Tufanı-“kamikadze”  adlandırırlar  (və  yaxud  cinlər  tərə­
findən  əsdirilən  külək).  Guya  1281-ci  ildə  Çingiz  xanın 
nəvəsi  Xabulay  “Gün  doğan  ölkəni”  (yəni  Yaponiyam) 
zəbt  etmək  istəyir.  O,  qərara  gəlir ki,  Koreya  körfəzinə  on 
min  gəmi  düzsün,  onları  birləşdirsin  və  süvari  qoşunlarını 
bu  gəmilərin  üzəri  ilə  keçirib  Yaponiyanı  zəbt etsin.  Lakin 
körpü  düzəldib  süvari  keçmək  istəyəndə,  tufan  qopur, 
gəmilər  də,  süvari  ordusu  da  batıb  dənizin  dibinə  gedir. 
Yaponiya  xilas  olur.  Bundan  sonra  tufanı  “cin  küləyi”  yox, 
“İlahi  külək”  adlandırırlar.  Ölkə  bəladan  xilas  olub,
_______________
Reyhan Mirzdzadd
_________________
so  330 ea
sonralar  həmişə  çiçəklənir.  Tokioda  məşhur  Ueno  adlı 
gilənar xiyabanı  var ki,  vaxtı  ilə  Ueno gilənarlarının  çiçək­
lənməsi  ümumxalq  bayramına  çevrilirdi.  Gilənar  çiçəyi 
indi  də  Yaponiyada  hərtərəfli  çiçəklənmənin  rəmzi  sim­
volu  kimi əziz tutulur.
H.Seyidbəylinin  xatirəsinə  qayıdıram:“Mən  kapitalist 
ölkələrindəki  reklamlar  haqqında  çox  eşitmişəm,  qəribə, 
parlaq  reklamları  saysız-hesabsız  filmlərdə  görmüşəm. 
Ancaq  Tokionun  reklamları  mənə  daha  zəngin,  daha 
parlaq  görünürdü.  Nə  isə  bir  incəlik  duyulurdu,  reklamlar 
zövqlə  yaradılmışdı.  Yenə  də  firmalar,  kampaniyalar  öz 
mallarını  tərifləyir,  “Soni”  radio  və  televiziya  cihazları, 
içkilər,  kosmetika,  geyim,  əyləncə  yerləri,  kino-filmlər, 
qəzet xəbərləri gözlərimizi qamaşdırırdı.
Ən  böyük  çətinliyə  yemək  sifariş  verəndə  rast  gə­
lirdik.  Yeməklərin adlarını  başa düşmürdük.  Yeganə  başa 
düşdüyümüz  “amlet”  sözü  idi.  Buna  görə  də  hər  səhər 
“amfet”  sifariş  edirdik.  Yeməkdən  qabaq  və  yeməkdən 
sonra  həmişə  buzlu  su  verirdilər.  Bizə  xidmət edən  qızlar 
üzlərindən  uşağa  oxşayırdılar.  Nə  deyirdiksə,  cəld  “hay” - 
deyə  cavab  verirdilər.  “Hay”  həm  “baş  üstə”,  həm  “bəli”, 
həm də “oldu” deməkdir".
H.Seyidbəylinin  xatirələrindəki  bu  faktlar  Vsevolod 
Ovçinnikovun  “Sakura  budağı”nı  yenidən  yada  salır:  “Öz 
yerini  bil;  özünü  lazım  olan  kimi  apar;  yalnız  tapşırılan  işi 
gör-yaponların  həyatını  və davranışını  tənzim  edən  yazıl­
mamış qaydalar bunlardır”.
“Oteldə  milli  restoran  da  vardır.  Mən  ora  bir-iki  dəfə 
tək  getməli  olmuşdum,  çünki  Xrabrovitski  özünü  pis  hiss 
edirdi.  Orada  “tempura”  yeməyi  mənim  çox  xoşuma 
gəlirdi.  Xüsusi  bitki  yağlarında  gözümüzün  qabağında 
bişirilən  xərçəng  və  cürbəcür  balıqlar,  otlar  mənə  ləzzət 
verirdi.  Kimono  geyinmiş  qızlar  incə  səslə  “buyurun-
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling