Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- A zərbaycançılıq və vətənpərvərlik məfkurəsi _______ ю 285 ca.
- A zərb aycançılıq və vətənpərvərlik m əfkurəsi _______ so 289 оз
- _______________ Reyhan Mirzəzadə _________________ ю 290 c «
- A zd rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi _______ 8 0 291 G8
- _______________ Reyhan Mirzazadə _________________ ю 292 oa
- A zə rb a y c a n ç ılıq va vətənparvarlik m afkurasi _______ k >293 g
- R eyhan M ir z ə z a d ə ______________________ so 294 ca
- A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ 80 295 ca
oa Uzaq Ana yurdu anıram bu dəm, Sevincim bir inam yaradır məndə: Mənim öz yurdumdur bu əziz diyar, Bakı fəhləsiyəm bu gündən mən də... Uzun illər bundan əvvəl olsa da, həmin illəri xatırlayan bakılıların yaddaşından Hindistanın Qucarat ştatından gələn qonaqlarla görüşü heç bir zaman silinmə yəcək. Nümayəndə heyətinə şair Ə.Cəfri başçılıq edirdi. Ə.Cəfri respublikamızdan aldığı təəssüratlardan silsilə şeirlər yazmışdı. Həmin şeirlərdən ikisini yada salaq. “Bakı” və “Bakılılara” şeirlərinin misraları insanın qəlbini riqqətə gətirir: Bakı, sən adi şəhər, ya canlı ulduzlarla Gecə-gündüz alışan kəhkəşan bir şəhərsən? Ya qızıl nəhıisənki dağlardan baş alaraq, Mavi gözlü dənizlə görüşüb öpüşərsən? _____________ _______ R eyhan Mit'zəzadə ________________________ ...Yolların qıvrım-qıvrım, sevgilimin saçı tək, Qəlbimizin içindən cığır açıb uzanar Gözəl Qız qalasının sinəsində sayrışan Mirvaridir elə bil qoynundakı hər fanar. Sən hər gün büsat quran Divalisənmi Bakı? Ya Niyazi eşqinin böyük təntənəsisən? Ya bəstəkar Tofiqin şirin musiqi dolu, Qaynar nəğmə çeşməsi, ürəyinin səsisən? Ağyelkənli qayıqlar bizim hind qızlarının Kağızdan düzəltdiyi “qayıqlara" bənzəyər. Onlar uzağa getməz, qayıdar sənə sarı, Axı sevgi, səadət məbədisən ey şəhər! fo 284 ca Sən - Nizami dühası,Təbrizinin nəğməsi, Vurğun kimi şairin qızıltorpaqlı yurdu. Nəbi Xəzri bəxş edib öz ilhamını sənə O füsunkar hüsnünə gözəllik nəqşi vurdu. İstəyirəm torpağın duyğusu deyim sənə, Yox, dəyişir, çoxalır, azalır o hər saat Bəlkə yerin günəşi adlandırım səni mən? O da gah çıxır-batır, yaddır hüsnünə bu ad. Sən Qafqaz vadisində Xəzəri qucaqlayan, Ömrü neçə əsrlik odürəkli Anasan. Arzum budur həmişə xoşbəxt balalarınla Belə çiçəklənəsən, belə işıqlanasan! Nəzərə çatdırım ki, şeirdə əksini tapan Divali-hər il Hindistanda keçirilən atəşfəşanlıq bayramıdır.“Hind qızlarının kağızdan düzəltdiyi qayıqlar" fikri - ərə getmək istəyən hind qızlarının adaxlı tapmaq niyyəti ilə ildə bir dəfə ağ kağızdan “qayıq" düzəldib çaya buraxması inancına işarələnib. “Bakılılara” şeirindən: Mənim Ana yurdum tək nə böyükdür yurdunuz, Mehriban qəlbiniz tək mehriban eliniz var. Məhəbbətlə ölçülür ucalığı insanın Hər Bakı sakininin gözündə bir od yanar. ...Bakılı dost, zülmətin pərdəsini üzündən Öz əlinlə bilirəm, həmişəlik atmısan. Keçib nur dənizindən qəlbindəki baharla Qışbilməz, xəzanbilməz gülüstan yaratmısan. A zərbaycançılıq və vətənpərvərlik məfkurəsi _______ ю 285 ca. R eyhan Mirzəzadə . Çıraq tutub yoluna öz qəlbinin odundan, Sən süd arxı çəkmisən dağ çapan Fərhad kimi. İlhamın bir günəşdir-bilməz nədir soyumaq, Safsan məhəbbət kimi, güclüsən həyat kimi. Salam deyirəm sizə - haqq, ədalət naminə Canını qurban verən igidlər, qəhrəmanlar! Salam deyirəm sizə dünənki arzuları Bu gün çiçəkləndirib sabaha yol açanlar! ...Qulaqlarımda sanki həzin hind musiqisinin zərif melodiyaları səslənir. Gözəl və ahəngdar hind nəğmələri dünyanın çox yerində olduğu kimi, Azərbaycanın da musiqi həyatında mühüm yer tutub. Dünya şöhrətli sə nətkar Rəşid Behbudov, unudulmaz müğənni Şövkət Ələkbərova, istedadlı xanəndə Elmira Rəhimovanın ifa larında hind musiqi və mahnıları özünəməxsus incəliyi ilə ürəkləri həmişə riqqətə gətirib. Hələ 1956-cı ildə Hin distan Respublikasının Prezident müavini Sarvapallı Rad- xakrişnan Bakıda olarkən konsert proqramında iştirak edib demişdi:"...Dünənki konsert göstərdi ki, sizin hind xalqlarının mədəniyyətinə olan marağınız nə qədər bö yükdür. Əmin ola bilərsiniz ki, bizim ölkənin xalqları da sizin haqqınızda, mədəniyyətiniz haqda çox şey öyrən mək istəyir. Burada, Azərbaycanda olmaq bizdə böyük və dərin təəssüratlar yaratdı”. Və yenidən hind musiqişünaslarının korifey sənət karımız haqqında dediyi sözlər yada düşür:"...Rəşid Behbudov kamil sənətkardır. O, burada olarkən Azər baycan musiqisini iliyimizə yeritmişdir". яо 286 oa Əsrlərdən bəri bir-birinə qarşılıqlı ehtiram bəsləyən xalqlarımızın yadigar irsinə xidmət göstərmək isə hər birimizin vətəndaşlıq borcudur. ______ A zə rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi “Yeni təfəkkür” qəzeti, 26 yanvar 2006-cı il sn287 ca DÜHALAR DİYARI 25 mart -Yunanıstanın müstəqillik günüdür Bəşər elmi və mədəniyyətinə misilsiz töhfələr bəxş edən Yunanıstanı (İtaliya ilə bərabər) Avropa “sivilizasi yasının beşiyi” adlandırırlar. Hələ bizim eradan əvvəl III əsrdə ümumyunan birliyi və ümumyunan dili yaranıb. Yunandilli əhali “ellinlər”, onların yaşadıqları ərazi “Ellada" adlanıb. 1991 -ci ildə bütün dünya ictimaiyyəti Elladada yaranan demokratiyanın 1500 illiyini təntənəli şəkildə qeyd etdi. Həmin dövrdə Yunanıstanın şimalında yaşa yan yalnız bir ellin tayfasına “qreklər” deyilirdi. Buna baxmayaraq, romalılar Yunanıstanda yaşayanların hamı sını dünyaya qrek adı ilə tanıtdırmışdı. Tarixdən məlumdur ki, ellinlər Avropa xalqlarının elmi, mədəniyyəti, xüsusilə incəsənəti və ədəbiyyatında özünəməxsus tarixi izlər qoymaqla, güclü sivilizasiya yaratmışlar. Bir çox elmlərin əsası onların dövründə qoyulduğundan, elmi terminlərin əksəriyyəti qədim yunan sözlərinin kökündən əmələ gəlmişdir. Qədim yunan fə l səfəsi hələ bizim eradan əvvəl VII-VI əsrlərdə quldarlıq cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaran mışdır. Dünya ictimaiyyətinin böyük ehtiramla yanaşdığı Sokrat, Platon, Aristotel, Herodot və digərlərinin bəşə riyyət qarşısında böyük xidmətləri olmuşdur. Qədim Yunanıstanın tarixini oxuyanda buradakı tərbiyə sistemləri marağıma səbəb oldu. Attika əyalətində (Vil-Vəsrlər) Afina şəhər - dövləti yerləşirdi. Burada yaranmış tərbiyə sistemi - Afina tərbiyəsi qədim Yunanıs tanda ən məşhur tərbiyə sistemlərindən biri idi. Afina tərbiyəsi dövrünə görə daha demokratik sistem olub, əqli, əxlaqi, estetik və fiziki tərbiyəni bir vəhdətdə götürürdü. ю 2 8 8 oa ______________________ R e yh an M irzəzad ə ________________________ Eramızdan əvvəl VII-IV əsrlərdə isə Sparta dövlət tərbiyə və təlim sistemi barədə bir qədər ətraflı bəhs etmək istəyirəm. Spartanın əsasını Lakoniyada (qədim Yunanıstanda Peloponnesin cənub-şərqində vilayət adı idi.Eramızdan əvvəl V-IX əsrlərdə Lakoniya ərazisində ehtimal ki, iki icmanın- dori və axay icmalarının birləşməsi nəticəsində Sparta məskəni yaranmışdı.) hakimiyyəti irsən 1500 il davam etmiş Lakedomon qoymuş və öz sevimli arva dının adını şəhərə vermişdi. Sparta eramızdan əvvəl 431- 404-cü illərdə Yunanıstanda hegemonluğa sahib idi. Ellinizm dövründə Sparta zəifləmiş və Romanın təşkil etdiyi Axey əyalətinin tərkibinə daxil edilmişdi. Spartanın tarixi şöhrəti buradakı polisin özünə məxsus dəyərli xüsusiyyətləri ilə də səciyyələnirdi. Spar- tanın polisləri heç bir zaman qarışıqlıq, iğtişaş törədib, yaxud digər cinayətlər edib məsuliyyətə cəlb olunası vətəndaşla qarşılaşmamışdı. Ordusu düşmən qarşısında heç vaxt geri çəkilməmişdi. Oğulları vuruşda həlak olan spartalı qadınlar həmin döyüş meydanına gedir, övladlarının hansı yerindən ya ralandığına diqqət edirdilər. Sinəsindən yaralanan döyüş çülərin anaları qürurla ətrafdakılara baxır, övladlarını ata - baba məzarlığında şərəf və ehtiramla dəfn edirdilər. Ar xadan, kürəyindən güllə yarası alan hərbçilərin anaları utandığından hönkür-hönkür ağlayaraq qaçıb gizlənməyə çalışır, ölünü dəfn etməyi başqalarına həvalə edirdilər. Sonralar hakimiyyətdə olan Likurq spartalıların hə yat tərzinin qaydası barədə xüsusi sərəncam vermişdi:- bütün spartalılar, sadə vətəndaşlardan tutmuş çara qədər hamısı eyni şəraitdə yaşamalı idi. Xüsusi əmretmədə evlərin necə tikilməsi, geyimlərin necə olması göstərişi verilirdi. Geyimlər o qədər sadə olmalı idiki, əsla bər ______ A zərb aycançılıq və vətənpərvərlik m əfkurəsi _______ so 289 оз bəzəyə, dəbdəbəyə yer verilməməli idi. Hətta evdə bişən xörəklər də hamıda eyni olmalı idi. Belə olan vəziyyətdə spartalılarda var-dövlətə, təm tərağa olan münasibəti tamamilə soyumuşdu. Onsuzda bunlardan istifadə etməyə imkan yox idi. İnsanlar onlar üçün əlçatmaz olan şeylərə nail olmaq barədə deyil, yalnız öz dövlətləri haqqında düşünürdülər. Spartanın heç bir yerində kasıbçılıq varlılıqla qonşuluq etmirdi. Buna görə də heç kəsdə paxıllıq və həsəd hissi, tam ah karlar arasında rəqabət yox idi. Əgər hər hansı bir gənc çox ucuz qiymətə, yaxud da havayı torpaq sahəsi əldə edirdisə, onu dərhal məhkəməyə verirdilər. Ittihamna- mədə deyilirdi ki, bu vətəndaşın hələ çox gənc olmasına baxmayaraq, o, öz mənfəəti barədə düşünərək yolunu azıb. O dövrdə fayda, qazanc hər bir Sparta sakininin düşməni idi. Spartada uşaqların tərbiyəsi vətəndaşın ən ümdə vəzifələrindən biri sayılırdı. Keşikçi kimi xidməti vəzifə daşıyan spartalının üç oğlu vardısa, o, bu xidmətdən azad olunurdu. Beş oğul atası isə bütün xidməti borcla rından azad olunurdu. Yeddi yaşından etibarən spartalı uşaqlar artıq ailəsinə mənsub deyildi. Uşaqlar valideynlə rindən ayrılaraq ictimai həyata başlayırdılar. 20 yaşadək oğlanlar hərbi sahəli dövlət internatlarında həmvətənləri tərəfindən tərbiyə olunsa da, onlara xüsusi təhkim olunmuş senzorlar nəzarət edirdi. Sparta tərbiyəsi uşaqlarda oxumaq, yazmaq, qısa və dəqiq danışmaq qaydalarının mənimsənilməsindən, fiziki cəldlik, onların hərəkətlərində ahənglik yaradan müxtəlif bədən tərbiyəsi və idman növlərinin, hərb sənə tinin öyrənilməsindən, xorda oxumaq, musiqi alətində ifa etmək bacarığı aşılanmasından və ovçuluq təlimlərindən _________________Reyhan_Mirzəzadə___________________ю__290_c_«'>_______________ Reyhan Mirzəzadə _________________ ю 290 c « ibarət idi. Belə tərbiyə sistemi ailədə böyüyən qızların da fiziki inkişafını nəzərdə tuturdu Uşaqları adətən az qidalandırırdılar. Çünki burada qanunla köklüyə icazə verilmirdi. Əgər hansısa yeniyetmə güclü və möhkəm idi, o, təriflənirdi. Kiminsə bədənində boşluq və bürüşüklük tapılırdı, xarici görkəmi Spartanı, onun qanunlarını rüsvay etdiyinə görə həmin yeniyetmə cəzalandırılırdı. Spartada nikah da qanunlara tabe idi. Şəxsi hisslər heç bir əhəmiyyət daşımırdı. Çünki bütün bunlar dövlət işi idi. Nikaha yalnız fiziki cəhətdən bir - birinə uyğun gələn və dünyaya sağlam uşaqlar gətirə biləcək gənclər daxil ola bilərdi. Xarici görkəmləri uyğun olmayan oğlan və qızlara nikaha girməyə icazə verilmirdi. Uşaqlarda və yeniyetmələrdə dözümlülük, mətinlik, məhrumiyyət və çətinliklərdən qorxmamaq kimi keyfiy yətlər aşılayan tərbiyə sisteminə indi də məcazi mənada Sparta tərbiyəsi deyilir. Yunanıstanın qədim tarixindən danışarkən təbiiki Olimp və Olimpiyadan söz açmamaq mümkün deyil. Olimp qədim yunan mifologiyasında Müqəddəs Dağ, Zevs başda olmaqla, Allahların məskəni hesab olunurdu. Burada bütün Allahlar Zevsə tabe olmuşdur. Onun yüzlərlə epiteti, ən geniş yayılmış emblemi isə şimşək və qartal idi. Zevs insanların birliyinə çalışır, köməksizləri, incidi- lənləri daim müdafiə edirdi. O, həmçinin onun ilahi fikir lərini, xoş məramlarını həyata keçirən çoxsaylı qəhrəman oğulların atası idi. Onun övladları - Herakl, Pepsey, Dios- kurlar, Sarpedon Yunanıstanda məşhur hökmdarlar, Mi nos, Radamanf və Eok isə tanınmış müdrik simalar olmuşlar. ___ A zd rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi _______ 8 0 291 G8 Yunanların qədim əfsanələrinə görə, dövlətçiliyin yaranması, əxlaq normalarının və qaydaların bərqərar olmasında Zevsin böyük xidmətləri var idi. İnsanlara məxsus olan və formalaşan abır, həya, vicdan, səm im i ünsiyyət də onun aşıladıgı mənəvi prinsiplər kimi təbliğ olunurdu. Qədim Yunanıstanın ən məşhur, ən cazibədar abidəsi olan Olimpiya Kiparisiakos körfəzinin sahilləri yaxınlığında yerləşir. Bura qədim yunan şəhəri olmaqla, həm də dini mərkəz, qeyd etdiyim kimi, qədim yunanların baş Allahı Zevsə sitayiş və ona həsr edilmiş Olimpiya oyunlarının keçirildiyi yer idi. Olimpiyanın mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli yerlə şirdi. Əzəmətli heykəl dünyanın yeddi möcüzəsindən dör düncüsü idi. Böyük heykəltəraş Fidi tərəfindən yaradılmış heykəl qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmişdi. 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Başındakı zeytun budaqlarından hazırlanmış çə ləng xalis qızıldan idi. Bu, zəhmli Allahın sülhsevər olma sına işarə verirdi. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi, saçları və saqqalı da qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti insana təkcə ciddilik deyil, həm də xeyirxahlıq təsiri bağışlayırdı. Olimpiya şəhəri 426-cı ildə Roma imperatoru II Feodosinin əmri ilə yandırılmışdı. Salamat qalmış tikili və heykəllər sonralar baş vermiş güclü zəlzələlər nəticəsində dağılmışdı. XIX əsrdə fransız və alman arxeoloqlarının apardığı sistematik qazıntılar zamanı Olimpiyanın nümu nələri aşkar olunmuşdu. _______________ Reyhan Mirzazadə _________________ ю 292 oa ilk olimpiya oyunları Yunanıstanda eramızdan əvvəl 776-cı ildə keçirilmişdi. Yunanlar əsas idman növləri üzrə dörd ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar. Dörd at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri xüsusi mərasimdə Zevsin başında təsvir olunan zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında yalnız varlı təbəqənin nümayən dələri iştirak edə bilərdi. Çünki kasıbların belə yarışlara hazırlaşmağa imkanı olmurdu. Yarışlarda iştirak, yaxud onlara tamaşa etmək qadınlara icazə verilmirdi. Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi. Beş gün davam edən yarışlar zamanı müharibələr dayandırılır dı. Sonralar Bizans imperatoru I Feodosi Olimpiya oyun larını qadağan etdi. Yeri gəlmişkən qeyd edim ki, ilkin dövrlərdə keçirilən Olimp oyunlarına dini və siyasi baxımdan yanaşırdılar. Roma işğalı zamanı olimpiadalar dayandırılsa da, XIX əsrin sonunda ənənə yenidən canlandı və 1896-cı ildə Afina şəhərində ilk Dünya Olimpiadası keçirildi. Hazırda dörd ildə bir dəfə hansı ölkədə olmasına baxmayaraq, Olimpiya oyunlarının məşəli Yunanıstanda günəş şüala rından odlanmış alovla yandırılır, okeanlardan və mate riklərdən keçirilərək, yarış yerinə çatdırılır. Yunanıstan həm də teatrın vətənidir.Yunanların teatra olan böyük məhəbbət və marağı xeyli tarixi mən bələrdə əksini tapıb. Bunlardan birini təqdim edirəm: “Miladdan əvvəl, 470-ci il idi. Afina böyük hadisəyə hazırlaşırdı. Marafon və Salamin döyüşlərinin qəhrəmanı, 13 dəfə dram əsərləri yarışında qalib gəlmiş və 70-dən artıq faciə müəllifi olan 55 yaşlı Esxilin “Fivaya qarşı yeddilər” faciəsi tamaşaya hazırlanırdı. Nəhayət, tamaşa günü gəlib çatdı və məşhur Afina amfiteatrı ağzına kimi _______ A zə rb a y c a n ç ılıq va vətənparvarlik m afkurasi _______ k >293 g & adamla doldu. Afinanın ən böyük siyasi xadimləri, sərkərdələri, şair və dramaturqları, filosof və tarixçiləri- Efialt və Periki, Anaksaqor və Sofokl, nəhayət, bir-biri lərinin amansız siyasi düşmənləri olan Aristid və Fe- mistakl - Afina dövlətinin bu iki nəhəng rəhbəri tribu nalarda oturmuşdular. Tamaşa başlandı. Qüdrətli aktyorların Afina və Elladanın müasir həyatına və adamlarma aid hər kəlməsi tamaşaçılar arasında coşqun əks-səda oyadırdı...” Bu məqamlarda qeyd etməyə bilmərəm ki, müasir Azərbaycan teatrları da qədim yunan pyeslərinə həvəslə müraciət etməkdədirlər. Bu ondan irəli gəlir ki, Azər baycan teatrsevərlərini ümumbəşəri problemlər və həyat həqiqətləri mövzusu daim düşündürür. Odur ki, Evripidin “Medeya”, Sofoklun “Antiqona” faciələri xüsusi əhə miyyətə malikdir. Hər iki əsər Azərbaycan səhnəsində tamaşaya qoyulub uğur qazanmış, tamaşaçılar tərəfindən sevilmiş, hətta “Antiqona” vaxtilə Respublika Dövlət Mü kafatına layiq görülmüşdü. Bu ondan irəli gəlir ki, yunan eposu, ədəbiyyatı və incəsənəti əsrlər boyu bəşəriyyətin mənəvi həyatında böyük rol oynamış, müdrikliyi, bədii kamilliyi ilə bu gün də yeni nəsilləri məmnun etməkdədir. Yunan əlifbası bir çox əlifbaların, o cümlədən rus əlifbasının əsasını təşkil edib. Çoxlu yunan sözləri müasir dillərə keçib. Qədim yunanların ecazkar tikililəri, abidə və heykəlləri sonrakı dövr dünya memarları üçün nümunə olub. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerə istinad edilən “llliada" və “Odisseya” poemala rının əhəmiyyəti o qədər böyükdür ki, həmin əsrlərə məhz Homer dövrü deyilir, “llliada” (əsər 15695 sətirdən ibarətdir) və “Odisseya” uzaq keçmişin dili, qədim tarixin müvafiq xüsusiyyətləri və milli ruhu baxımından çox şeyi özündə əks etdirə bilib. Hər iki eposda zəngin şifahi poe _______ R eyhan M ir z ə z a d ə ______________________ so 294 ca ziya ənənələri qorunub saxlanılıb. Miken dövründə yazılı ədəbi mətnlərin olmaması tədqiqatçılar üçün işi nə qədər çətinləşdirsə də, yalnız Homerin poemaları sayəsində Miken dövrü haqqında müəyyən məlumatları əldə etmək mümkündür. Yunanıstanda tarix elminin əsası eramızdan əvvəl V əsrdə qoyulub. Həmin dövrdə yunan tarixçisi Herodot “Tarix” əsərini yazmış, Plateya vuruşmasına qədər olan dövr haqqında sanballı məlumatlar vermişdi. Midiya əfsanələrini də ilk dəfə Herodot qələmə almışdı. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar haqqında da maraqlı faktlar var. Əlavə edim ki, yunan müəlliflərindən Strabon, Eratosfen, Mitilenli Feofan, Miletli Hekatey, Ptolomeyin əsərlərində də qədim Azərbaycan haqqında əhəmiyyətli məlumatlar olub. Qədim Roma filosofu, siyasi xadimi, natiqi, şərəf və düzlüyü ədalətin təməli hesab edən ən vicdanlı və ədalətli hakimi Mark Tulli Siseron əbəs yerə Herodotu “tarixin atası” adlan dırmamışdı. Herodotla bərabər, Fukidid və Ksenofon da yunanların iki əsr ərzində apardığı müharibələrin tarixini dahiyana şəkildə əks etdirdiklərinə görə, onların kitabları bütün dünya tarixçiləri üçün örnək olaraq qalmaqdadır. Məlumdur ki, antik yunan ədəbiyyatının banisi Homer “Odisseya”nı “llliada’ dan xeyli əvvəl qələmə alıb. Hər iki əsər hekzametrlə idi) yazılıb. 12 110 sətirdən ibarət olan “Odisseya” antik yunan naşirləri tərəfindən 24 kitaba bölünüb. Poema məişət və nağıl materialları üzə rində qurulub. Hələ eramızdan əvvəl III əsrdə həmçinin “Odisseya” Roma ədəbiyyatının ən böyük abidələrindən birinə çevrilib. Orta əsrlərdə epos ancaq Bizansda məş hur olub, sonralar XV-XVI əsrlərdə poemanın nağıl - mifologiya ənənələrindən bir sıra sənətkarlar bəhrələnib. Höte, Şiller və başqaları burjua dünyası eposunun nəzə _______ A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi _______ 80 295 ca riyyəsini hazırladıqda, bir mənbə kimi bu qüdrətli əsərə də müraciət etmişlər. “Odisseya” dünyanın bir çox xalqlarının dilinə tə r cümə olunub. Azərbaycan oxucuları əsərin əvvəlcə ayrı- ayrı hissələri ilə tanış olmuş, sonralar epos bütöv şəkildə nəfis tərtibatla, kütləvi tirajla “Azərbaycan” nəşriyyatı tərəfindən çap edilib. Əsəri rus dilindən şair Ələkbər Ziya- tay tərcümə edib. Unudulmaz ədibimiz Mikayıl Rzaquluzadə hələ 1926-1927-ci illərdə “İlliada” əsəri ilə maraqlanıb. Əsərin müxtəlif variantlarını hissə-hissə Ana dilimizə tərcümə edib. Sonra eposun bəzi parçalarını 1948-ci ildə “V. Belinski” kitabında, 1950-ci ildə “Antik ədəbiyyat” müntə- xabatında çap etdirən Mikayıl Rzaquluzadə, 1978-ci ildə eposun Azərbaycan dilinə bütöv tərcüməsi və nəşrinə nail olub. Düşünürəm ki, bu adı xatırlayanda oxucunun çöh rəsinə təbəssüm qonacaq: Hippokrat! Tibbin atası, tibb elminin banisi sayılan qədim yunan həkimi. Bu gün dünya həkimlərinin peşə andı məhz onun adı ilə bağlıdır. Məşhur bir Şərq məsəlində deyilir ki, yaxşı həkim, yalnız yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz Elə Homer də vaxtilə “illiada"da yazırdı:“Məharətlə müalicə edən bir həkim ömrü çox-çox insan ömrünə dəyər”. Eramızdan əvvəl 460-360-cı illərdə yaşamış Hippokrat tərəfindən peşəkar tibbi etikanın əsasını təşkil edən bəzi davranış qaydaları və mənəvi-əxlaqi ehkamlar yazılmışdır ki, bu, bəşəriyyətə “Hippokrat andı" kimi məlumdur. Hippokrat hesab edirdi ki, həkim pula meylli ol mamalı, vicdanlı, alicənab, təmizkar, müxtəlif qüsurlardan uzaq, Allah qarşısında xürafat qorxusunu inkar etmək kimi xüsusiyyətlərə malik olmalıdır. Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling